BU İLİN YANVAR-AVQUSTUNDA AZƏRBAYCAN ƏHALİSİNƏ 9,9 TRLN. MANATLIQ İSTEHLAK MALLARI SATILIB

BAKI.15.09.2003.MEDİA-PRESS: 2003-cü ilin yanvar-avqustunda azərbaycan əhalisinə 9,9 trln. manatlıq itehlak malları satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhali daha çox ərzağa pul xərcləyir. Belə ki, həmin müddətdə 6,6 trln. manatlıq (67,6%) ərzaq alınıb. Qeyri-ərzaq mallarına isə 3,3 trln. manat xərcələnib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilərin artımı 9 və 12,8% olub.
Həmin müddətdə əhaliyə 1,8 trln. manatlıq xidmətlər (artım-10,7%) göstərilib. Bu xidmətlərin 68,9 faizi hüquqi, 31,1 faizi isə fiziki şəxslər tərəfindən göstərilib.


AZƏRBAYCANLI SAHİBKARLAR ÜB-NIN KİÇİK BİZNESƏ DƏSTƏK LAYİHƏSİNDƏ MARAQLIDIRLAR

BAKI.15.09.2003. MEDİA-PRESS: Azərbaycan Milli Sahibkarlar konfederasiyası Ümumdünya Bankının (ÜD) kiçik və orta biznesə dəstək məqsədilə gerçəkləşdirdiyi layihədə iştirakda maraqlıdır. Konfederasiya prezidenti Ələkbər Məmmədov belə deyib. O, məsələni müzakirə etmək üçün ÜB missiyasının sentyabrın axırlarında Bakıya gələcəyini vurğulayaraq deyib:" 12 milyon dollar dəyəri olan bu layihə çərçivəsində sahibkarlıq infrastrukturunun, informasiya mərkəzlərinin yaradılması və biznes-inkubatorlar təşkilinin reallaşdırılması nəzərdə tutulur".
Konfederasiya informasiya mərkəzləri və biznes-inkubatorlar yaradılmasında maraqlıdır. 4 ilə reallaşmalı olan bu layihə ÜB-nın 2004-2006-cı illərdə Azəbaycana kömək strategiyasına daxildir. İnterfaks-Azərbaycan xəbər verir ki, ÜB ekspertlərinin fikrincə,Bank bu layihəyə gələn il kredit ayıracaq.


İSPANİYALI SAHİBKARLAR AZƏRBAYCANA GƏLƏCƏK

BAKI.15.09.2003.MEDİA-PRESS: İspaniyanın 20 iş adamı Azərbaycanla işgüzar əməkdaşlıq məqsədilə sentyabrın 17-18-də Bakıda olacaq. Səfəri İspaniyanın Ankaradakı səfirliyi və Azərbaycan Milli Sahibkarlar Konfederasiyası təşkil edib.
Tikinti materiallarının, dərmanların istehsalı və satışı, tibbi avadanlığın təmiri və quraşdırılması, xarici ticarət, xidmət, konsaltinq, kənd təsərrüfatı, telekommunikasiya, ekologiya, habelə mədən, trikotaj-tikiş və mebel istehsalı sahələrində çalışan şirkətlərin nümayəndələri İspaniya heyətinin tərkibinə daxildir.


AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN XİN BAŞÇILARI QARABAĞ MƏSƏLƏSİNİN TƏNZİMLƏNMƏSİNƏ DAİR YENİ TƏKLİFLƏRİ NƏZƏRDƏN KEÇİRƏCƏKLƏR

BAKI.15.09.2003.MEDİA-PRESS: Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vilayət Quliyev və Vardan Oskanyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilərin yeni təkliflərini müzakirə edəcəklər. Azərbaycan XİN-in başçısı bu barədə jurnalistlərə bazar ertəsi məlumat verib.
Məlumdur ki, sentyabrın 15-də Minsk qrupunun həmsədrləri Vyanada toplaşacaq. Bundan 10-15 gün keçəndən sonra vasitəçilər neytral ərazidə Azərbaycan və Ermənistan XİN-in rəhbərləri ilə görüşəcəklər. Vilayət Quliyev deyib: "Bu görüşdə biz həmsədrlərin münaqişənin tənzimlənməsinə dair yeni ideyalarını nəzərdən keçirəcəyik".
Xatırladırıq ki, Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Yuri Merzlyakov bir qədər əvvəl regiona səfəri gedişində demişdi ki, Minsk qrupunun yeni təklifləri noyabrın əvvəllərində həmsədrlərin regiona səfəri zamanı qarşıduran tərəflərə təqdim olunacaq. O, yeni ideyaların mahiyyətini açıqlamayaraq, yalnız onu qeyd etmişdi ki, "bunların modifikasiyalı təkliflər və yaxud yeni yanaşma da adlandırmaq olar. Bu təkliflərə tərəflərin necə münasibət bəsləməsi onların güzəştə getməyə hazır olub-olmaması barədə mülahizə yürütməyə imkan verəcək".
Yuri Merzlyakov ümidvar olduğunu bildirib ki, Azərbaycandakı prezidient seçkilərindən sonra, Yerevanla Bakı arasında yüksək səviyyədə danışıqları bərpa etmək mümkün olacaq. O, deyib: "Hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentləri səviyyəsində əvvəllər qüvvədə olmuş danışıqlar mexanizmi hələ əhəmiyyətini itirməyib, yalnız obyektiv səbəblər üzündən dayandırılıb".


DAĞLIQ QARABAĞ İQTİDARI TAXILIN AŞAĞI QİYMƏTİNƏ ZƏMANƏT VERƏ BİLMƏYƏCƏYİNİ DEYİR

BAKI.15.09.2003.MEDİA-PRESS: Üzdəniraq Dağlıq Qarabağ respublikası baş nazirinin müavini, Kənd Təsərrüfatı naziri Benin Baxşiyan deyib ki, iqtidar taxılın qiymətinin ucuzlaşmasına zəmanət verə bilmir. Bu yaxınlarda Dağlıq Qarabağda taxılın təqribən 15 faiz bahalaşması probleminə toxunan Baxşiyan Xankəndində mətbuat konfransında qeyd edib ki, bu il 100 min ton həcmində rekord məhsul yığılmasına baxmayaraq, taxılın ucuz qiymətinə zəmanət vermək "əməli surətdə mümkün deyil".
Baxşiyan deyib: Dağlıq Qarabağ " Ermənistanla vahid iqtisadi və gömrük məkanında yerləşir. Əgər biz burada qiymətləri süni şəkildə dondursaq, yerli itsehsalçılar onu sadəcə olaraq, Ermənistana aparacaqlar".


GÜRCÜSTAN SİLAHLI QÜVVƏLƏRİNİN NATO STANDARTLARINA KEÇİDİ ÜZRƏ TƏLƏBLƏRİN 70-80 FAİZİNİ YERİNƏ YETİRİB

BAKI.15.09.2003.MEDİA-PRESS: Gürcüstan artıq silahlı qüvvələrin NATO standartlarına keçməsi üzrə tələbləri 70-80% yerinə yetirib. Bu gün milli radioya müsahibə verən prezident Eduard Şevardnadze daha sonra qeyd edib ki, bu, Gürcüstanın NATO ilə fərdi əməkdaşlığı üzrə öhdəliklərin yerinə yetirilməsinə aidiyyəti olan güc strukturlarının rəhbərləri və mütəxəssislərlə bu yaxınlarda keçirilmiş müşavirədə öz təsdiqini tapıb. Gürcüstan artıq yaxın vaxtlarda NATO-ya, habelə Avropa İttifaqına üzvlüyə hazır olacaq.


AZƏRBAYCAN HÜQUQ -MÜHAFİZƏ ORQANLARI RUSTAVİ HƏBSXANASINDAN QAÇMIŞ İKİ MƏHBUSU TUTUBLAR

BAKI.15.09.2003.MEDİA-PRESS: Azərbaycan hüquq- mühafizə oraqanları sentyabrın 10-da Rustavi həbsxanasından qaçmış və çətin yerlərdən keçərək Azərbaycanın Gürcüstanla həmsərhəd rayonunda gizlənməyə cəhd göstərmiş iki məhbusu həbs ediblər. Gürcüstanın hüquq-mühafiə oranlarıında hər iki məhbusun gürcüstan tərəfinə verildiyini qeyd ediblər.
Rustavi məhbəsindən qaçmış 129 məhbusdan artıq 65-i ələ keçib. Onlardan səkkizi könüllü təslim olub, 5-ni Rustavidən 15 kilometrdən yerləşən Rusiya hərbi hissəsinin əsgərləri, ikisini isə, dediyimiz kimi, Azərbaycan tərəfi tutub. Fərarilərin böyük əksəriyyəti ağır cinayət törətdiklərinə görə, 10 ildən 20 ilə kimi həbs cəzasına məhkum edilmiş şəxslərdir. Onların hamısı silahsızdır.


AZƏRBAYCANLI TƏLƏBƏLƏR TÜRKİYƏ TURİST AGENTLİKLƏRİ ASSOSİASİYASININ SERTİFİKATLARI İLƏ TƏLTİF OLUNUBLAR

BAKI.15.09.2003.MEDİA-PRESS: Azərbaycanlı tələbələr Türkiyə turist agentlikləri Asosiasiyasının (TURSAB) sertifikatları ilə təltif olunublar. Bu barədə Gənclər, İdman və Turizm nazirliyində "İnterfaks-Azərbaycan" agentliyinə məlumat veriblər ki, "sertifikatlar bir sıra Bakı Ali məktəbləri turizm fakultələrinin 30 tələbəsinə təqdim olunub. Onlar Türkiyədə 2003-cü ilin iyul-avqust aylarında təcrübə keçiblər. Tələbələr turizm biznesinin təşkili sahəsində əməli vərdiş və təcrübəyə yiyələnib, beynəlxalq normalara uyğun olaraq turistlərə xidmət metodlarına yiyələniblər. Bu biliklər onlara Azərbaycanda turizm biznesinin inkişafında kömək edəcək". Bu, TURSABL-a respublikanın Turiz nazirliyi arasında bu sahədə kadrlar hazırlığı barədə ikitərəfli saziş çərçivəsində azərbaycanlı tələbələrin Türkiyəyə ilk səfəri idi. Təcrübə məqsədli səfərlər hər il təşkil ediləcək. Növbəti səfər 2004-cü ilin yayında olacaq.
İndi Bakı Dövlət Universitetində, Azərbaycan Beynəlxalq Universitetində, Bədən Tərbiyəsi və İdman Akademiyasında turizm fakultələri vardır.
2002-ci ilin avqust ayında Azərbaycan prezidenti Heydər Əliyev 2002-2005-ci illərdə ölkədə turizmin inkişafına dair dövlət proqramını və onun həyata keçirilməsi üçün turizm sənayesinin yaradılmasına yönəlmiş tədbirlər planını təsdiq etdi. Bu tədbirlər sırasında informasiya bazasının inkişafını, peşəkar kadrlar hazırlığını, keyfiyyətli xidmətin təmin edilməsini və dünya turizmi infrastrukturuna inteqrasiyanı qeyd etmək olar.


"LUKOYL"XƏZƏRDƏ QAZ YATAĞININ İŞLƏNMƏSİ ÜZRƏ MÜƏSSİSƏDƏ "ENİ"-NİN PAYINI ALA BİLƏR

BAKI.15. 09.2003. MEDİA-PRESS: Rusiyanın "Lukoyl" neft şirkəti Xəzər dənizində Azərbaycanın "Şah-Dəniz" qaz yatağının işlənməsi layihəsində öz italyan tərəfdaşı "ENİ"nin payını ala bilər. Belqraddakı mətbuat konfransında "Lukoyl"un prezidenti Vahid Ələkbərov belə bir bəyanat verib.
"Lukoyl" İtaliyanın Agip (ENİ-nin istixrac qurumudur) şirkəti ilə yaratdığı "LUKAgip" müştərək müəssisəsində (MM) onunla bərabər paya malikdir. MM-in "Şah-Dəniz" layihəsindəki payı 10 faizdir.
BLOOMBERQ agentğliyi V.Ələkbərovdan belə bir sitat gətirir:" Ola bilsin , biz ENİ-nin bu layihədəki payını alaq. Biz səhmlərimizin strukturunu nəzərdən keçiririk. Hələ bir qərar yoxdur. Biz hələ hesablayırıq və sövdələşmə çətin ki, bu il baş tutsun"-Sitatın sonu.
"Şah-Dəniz" yatağının işlənməsi layihəsi 1996-cı ilin iyununda imzalanıb. İştirakçılar və onların payları belədir: BP (25,5%, layihənin operatoru ), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%). OIEC (10% ), TotalFinaElf ( 10 %) və TPAO (9 % ).
İNTERFAKS-ANİ-nin xatırlatdığı kimi, Agip hələ 2002-ci ilin dekabrında özünün MM-dəki payını satmaq niyyətini açıqlamışdı. MM LUKAgip Misirdə işlənən Meleiha neft yatağı layihəsində 24 % paya da malikdir
Lap bu yaxınlarda "Aton" investisiya şirkətinin təhlili məruzəsində ehtimal olunurdu ki, "LUKoyl" Şah-Dəniz" layihəsindəki payını sata bilər. Çünki şirkət neft-qaz yataqlarındakı iştirakını optimallaşdırır və operatoru olmadığı layihələrdən, guya, imtina etmək fikrindədir. Düzdür, o vaxt Bakıda səfərdə olan Vahid Ələkbərov bəyanat verdi ki: "LUKoyl" özünün "Şah-Dəniz" layihəsindəki 5-faizlik payını bu il satmaq fikrində deyil" və eyni zamanda " LUKoyl", guya onun "Şah-Dəniz"dəki payını almağa hazır olan şirkətin axtarışına çıxmış məsləhətçi firma seçib" deyənləri də yalanladı.V.Ələkbərov gələcəkdə şirkətin bu layihəyə dəfələrlə qayıdacağını da vurğulamışdı. O zaman sonuncu ibarəni çoxları şirkətin öz payını satmaq istəyinə işarə kimi qiymətləndirsələr də, ində aydınlaşır ki, "LUKoyl" prezidenti bunun tamamilə əksini nəzərdə tuturmuş.


8 AYDA AZƏRBAYCAN 2,5 MLRD. KUB METRDƏN ÇOX QAZ İDXAL EDİB

BAKI.15.09.2003.MEDİA-PRESS: Cari ilin 8 ayında Azərbaycan 2,660 mlrd. kub metr qaz idxal edib. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Media-Pressə məlumat veriblər ki, bunun 311 mln. kub metrdən çoxu, yaxud gündə 10 mln. kub metr, avqust ayında alınıb. Qaz ARDNŞ-lə "İtera" şirkəti arasındakı müqaviləyə əsasən idxal olunur. Bu sənədə görə, 2003-cü ildə Azərbaycana 1000 kub metri 52 dollara, 4 mlrd. kub metr qaz verilməlidir. "Mavi yanacaq" Şirvanovka-Qazı Məhəmməd xətti ilə daxil olur.
Bundan əlavə cari ildə "İtera"dan daha 1,5 mlrd. kub metr qaz alınacaq. Lakin bu qaz 2003-cü ilin baharında "Azəriqaz" SC ilə bağlanmış müqaviləyə əsasən alınmalıdır. Lakin hələ ki, bu qazın idxalına başlanmayıb.


VİKTOR KALYUJNI: RUSİYA XƏZƏR DƏNİZİNİN DİBİ İLƏ NEFT VƏ QAZ KƏMƏRLƏRİ ÇƏKİLMƏSİNİN ƏLEYHİNƏDİR

BAKI.15.09.2003.MEDİA-PRESS: Rusiya Xəzər dənizinin dibi ilə neft və qaz kəmərləri çəkilməsinin əleyhinədir. Bu haqda bəyanat verən RF prezidentinin Xəzər regionu məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı qeyd edib ki, Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə boru xətti çəkmək planlarını öyrənirlər. Bu xətt Aktaunu Bakı ilə, sonradan isə Bakı-Tbilisi-Ceyhan ixrac sistemi ilə birləşdirəcəkdir.
Kalyujnının sözlərinə görə, bu layihənin reallaşması Xəzərətrafı mühit üçün təhlükəsiz ötüşməyəcək. Rusiya tərəfi Qazaxıstanda keçirilmiş Xəzər üzrə beynəlxalq ekoloji forumun sessiyalarından birində bu ciddi məsələnin müzakirə olunmasını təklif etdi. Lakin qazaxlar mövzunu kofransın gündəliyinə salmadılar. Kalyujnının əqidəsincə, "asan nəzərat olunan quru ərazilərdə" neft-qaz kəmərlərinin çəkilişi üçün kifayət qədər imkanlar vardır. O, deyib:"biz hamımız anlamalıyıq ki, Xəzər nadir su tutarıdır. Əgər burada bir hadisə baş verərsə, bu, beş Xəzəryanı dövlətin hamısına aid olcaq".


QAZAXISTANDA "SEVERNIYE BUZAÇİ" YATAĞINI ÇİN MİLLİ ŞİRKƏTİ ALIB

BAKI.15.09.2003.MEDİA-PRESS: Çinin Milli Neft Korporasiyası (CNPC) Qazaxıstanın qərbində malik olduğu neft istixracı və emalı müəssisələrinə birini də əlavə edib. Korporasiya "Severnıye Buzaçi" yatağının 100 faizlik sahibi olub. Bu barədə İnternet nəşriyyəsi KZ-today məlumat verib.
Məlumdur ki, CNPC avqustda Səudiyyə Ərəbistanın Nimir Petroleum şirkətinin "Texaco North Buzachi Inc" müştərək müəssisəsindəki (MM) 35 faizlik payını almış və bəyan etmişdi ki, layihənin ikinci iştirakçısı Amerika ChevronTexaco-dan onun qalan 65 faizini də satın almaq niyyətindədir. Doğrudur, belə sazişin nə vaxt bağlanacağı müddəti göstərilmirdi.
Qəzetin məlumatına görə, "Severnıye Buzaçi" yatağındakı payın qalan hissəsi sentyabrda alınıb və artıq bu sazişi Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar naziri Vladimir Şkolnik bəyənibdir.
CNPC yaxın vaxtlarda neftin gündəlik hasilat səviyyəsini 1 mln. tona (indi 300 min tondur) çatdırmağa ümid edir. Əvvəllər ChevronTexaco şirkəti bu niyyətdə idi. Ancaq amerikanlar 1 ildən çox müddətdə Qazaxıstan hökümətinin razılığını ala bilmədilər.
"Severnıe Buzaçi" yatağının çıxarılan ehtiyatları təqribən 300-500 mln. barrel civarındadır. Yatağın potensial neft ehtiyatları 1 mlrd. barrelə çata bilər.
Qazaxıstanda 1997-ci ildən işləyən CNPC ildə 5 mln. tondan çox neft çıxaran "CNPC-Aktobemunayqaz" MM-in səhmlərinin 85 faizindən çoxunun sahibidir. Bu müəssisə cari ilin yayından öz neftini Xəzər boru xətti konsorsiumu sistemi ilə nəql etməyə başlayıb.
Bundan başqa, "Kazmunayqaz" və CNPC razılığa gəliblər ki, qazax neftinin Qərbi Çinə ixracı üçün boru xətti tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) bu ilin axırına kimi işləyib hazırlasınlar. Çin şirkəti Xəzərin Qazaxıstan şelfindəki strukturların mənimsənilməsində də iştirak etmək niyyətindədədir.
MEDİA-PRESS: Qeyd edək ki, CNPC Azərbaycan neft bazarında da "fəal oyunçu" sayılır. O, burada 2 layihənin iştirakçısıdır. Bunlardan biri ehtiyatları 100-150 mln. ton neftə bərabər olan "Kürsəngi-Qarabağlı" blokunun bərpası və işlənməsi layihəsidir. CNPC bu layihəyə yalnız keçən il daxil olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının oradakı payını satın alıbdır. Şirkət Salyan Oyl əməliyyat şirkətində iştirakını bu il genişləndirərək, Səudiyyə Ərəbistanın Delta Hess-nin payını satın almaqla layihədə səhmlərini 50 faizə çatdırıb. Salyan Oyl- da qalan 50 % ARDNŞ-ə məxsusdur.


"KAZMORTRANSFLOT" NEFT GƏMİLƏRİNİN YAN ALDIQLARI GÖRPÜLƏR YENİDƏN QURULDUQDAN SONRA AKTAU LİMANININ GÜCÜNÜ ARTIRACAQ

BAKI.15.09.2003.MEDİA-PRESS: Milli şirkət "Kazmortransflot" Aktau dəniz limanın modernləşdirilməsinin ikinci mərhələsi çərçivəsində onun illik buraxılış gücünü 8-10 mln. ton neftə çatdırmağa və 1,5 mln. ton quru yükü yola salmağa imkan verən 4-cü və 5-ci körpülərin yenidən qurulması məqsədilə açıq müsabiqə keçirib. KZ-todayın bu barədə məlumatında deyilir ki, böyük tutumlu tankerlərin limana daxil olmasını təmin etmək üçün dərinləşdirmə işləri aparılır, gəmilərin yan aldıqları barılar möhkəmləndirilib, yeni enerji təchizatı və yanğınsöndürmə sistemləri quraşdırılıb.
"Kazmortransflot" Aktaudan Mahaçqalaya, Batuma və İranın Neka limanına neft daşıyır. Hər il Mahaçkalaya Aktaudan 2,5 mln. ton neft, Bakı-Batum nəqliyyat dəhlizi ilə- 1,8 mln. ton neft göndərilir. İndi şirkətin Xəzəryanı dövlətlərdən icarəyə götürdüyü 25 tankeri bu istiqamətlərdə neft daşıyır.


ODESSA-BRODI KƏMƏRİNƏ TEXNOLOJİ NEFT GƏRƏK DEYİL

BAKI.15.09.2003.MEDİA-PRESS: Xəbər verdiyimiz kimi, "Ukrtransneft" Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistandan Odessa-Brodı boru xətti üçün texnoloji neft vermələrini xahiş etmişdi. İndilikdə aydın olur ki, bu kəmərə texnoloji neft ümumiyyətlə gərək deyil. Ona görə ki, artıq konservantla doldurulub və qışda paslanmaq təhlükəsi yoxdur. "Ukrtransneft"in Avrasiya neft nəqliyyatı dəhlizləri üzrə idarəsinin rəhbəri Mixail Qonçar bu haqda məlumat verib. Onun fikrincə, boru xətti üçün texnoloji neft verilməsi barədə məktubu imzalamış "Ukrtransneft"in baş direktoru Stanislav Vasilenko, görünür, Odessa-Brodı xəttindəki vəziyyəti başqa cür qiymətləndirib. "Neft Rossii" nəşriyyəsi yazır ki, bu sözü deməklə, Qonçar əslində öz rəisini səriştəsizlikdə təqsirləndirib. Qonçar məlumat verib ki, hazırda Xəzər neftinin Odessadan Brodıya nəqli, oradan isə dəmir yolu ilə daşınması barədə Polşa ilə danışıqlar gedir. Həmçinin Xəzər neftinin "Drujba" boru xətti ilə Brodıdan Almaniya və Çexiyaya kimi nəqli barədə də danışıqlar davam edir.
"Alman dalğası" radiosu Qonçardan sitat gətirir: "təsadüfi deyildir ki, revers və borunun texnoloji neftlə doldurulması barədə təkliflər məhz bu məqamda peyda olub. Bu qəbil hərəktlərdən məqsəd Avrasiya neft nəqliyyatı dəhlizi layihəsinin gələcək inkişafını pozmaqdır". Sitatın sonu.
Qonçar həmçinin Odessa-Brodı xəttinin taleyi barədə hökümətin yeni qərarının gözlənilməsi zərurətini inkar edir. Onun sözlərinə görə, bu boru xətti artıq Aropada nəqliyyat dəhlizi kimi müəyyənləşib.


BP BAŞÇISI LORD CON BRAUN: RUSİYA ÇİNƏ VƏ AVROPAYA NEFT İXRAC EDƏN ƏSAS ÖLKƏYƏ ÇEVRİLƏ BİLƏR

BAKI.15.09.2003.MEDİA-PRESS: Rusiya neft ixracında Çinin və Avropanın ən böyük tərəfdaşına və dünya iqtisadiyyatında ən böyük oyunçuya çevrilə bilər. "TNK-BP" şiirkətlər qrupunun prezidenti lord Con Braun Moskvada Beynəlxalq əlaqələr institutunda tələbələr qarşısındakı çıxışında belə deyib. Braunun sözlərinə görə, "Yaxın Şərq hələ də enerji ehtiyatları ixracının mühüm mənbəyi olaraq qalır, lakin bu regionda gərginliyin artması ilə əlaqədar oradan yanacağın dünya bazarlarına çıxarılması ciddi təşviş doğurur. Rusiyanın isə ehtiyat imkanları, bəlkə də, Səudiyyə Ərəbistanı və Kanadadan sonra ən böyükdür".
Prezident qeyd edib ki, "TNK-BP" şirkətlərinin yaradılması Rusiyanın dünya iqtisadiyyatında aparıcı rolunun bərpasında mühüm rol oynayır. Bu layihəyə 7,7 mlrd. dollar məbləğində investisiya qoyulması enerji ehtiyatları sahəsində BP-nin Rusiyada uzunmüddətli layihələrinin gerçəkləşməsində atılan ilk addımdır. "TNK-BP"-nin yaradılması isə enerji ehtiyatları sahəsində dünyanın təhlükəsizliyi sistemində mühüm amilə çevriləcək".
Bu yaxınlarda birləşdikdən sonra "TNK-BP" neft şirkətinin kəşf olunmuş ehtiyatları 5 mlrd. barrelə çatıb, gündəlik hasilat isə 1 mln. barreldən artıqdır. Ekspertlərin hesablamalırna görə, "TNK-BP" Rusiyada neft istixracının həcminə görə- üçüncü, dünyada isə- səkkizinci olacaqdır.


MİNGƏÇEVİR SES-DƏ ÜÇÜNCÜ HİDROAQREQAT YENİDƏN QURULUR

BAKI.15.09.2003.MEDİA-PRESS: Mingəçevir Su- Elektrik stansiyasında (SES) üçüncü hidroaqreqatın yenidən qurlumasına başlanıb. "Azərenerji" Səhmdar Cəmiyyətində (SC) Media-Pressə məlumat verilib ki, enerji şirkətinin daxili imkanları hesabına görülən təmir işləri gedişində mənəvi və fiziki baxımdan köhnəlmiş turbinləri dəyişmək nəzərdə tutulur.
Hazırda yeni turbinin istehsalı Leninqrad (Sankt-Peterburq) Metal zavoduna sifariş edilib.
İndi köhnə turbin sökülüb və SES 4 enerji bloku ilə işləyir. 1 blok ehtiyatdadır. Yenidənqurma işləri 2004-cü ildə başa çatacaq.
"Azərenerji" də qeyd ediblər ki, əvvəllər SC bu miqyasda təmir işlərini apara bilməzdi və belə sifarişləri əcnəbi şirkətlər alırdılar. Məsələn, Hindistanın BCL şirkətinin mütəxəssisləri Mingəçevir SES-in 2-ci, 4-cü, 5-ci və 6-cı generatorlarını təmir ediblər. Bundan sonra hər enerji aqreqatının gücü 60 meqavatdan 70,4 meqavata kimi artmışdı. Bundan əlavə SES-də kabellərin dəyişdirilməsi və avtomat idarə sisteminin modernləşdirilməsi başa çatıb. Bu işlərin hamısı "Mingəçevir şəhərinin yenidən qurulması" layihəsi çərçivəsində görülüb.
Son illərdə energetika sahəsində vəziyyət kökündən dəyişib: vaxtlı-vaxtında profilaktika və təmir işləri aparılır, SES zəruri ehtiyat hissələri ilə sabit və etibarlı şəkildə təmin olunur.


AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİNİN KƏSİRİNİ 2004-CÜ İLDƏ ÜDM-İN 0,7 FAİZİNƏ QƏDƏR AŞAĞI SALMAQ PLANLAŞDIRILIR

BAKI.15.09.2003.MEDİA-PRESS: Maliyyə naziri Əvəz Ələkpərov deyib ki, 2004-cü ildə Azərbaycan Dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun ((ÜDM) 0,7 faizi səviyyəsində planlaşdırılır. Nazirlik büdcə kəsirinin ixtisarına tərəfdardır və bu proses tədricən cərəyan edəcək. 2003-cü ilin dövlət büdcəsi 1% ÜDM kəsiri ilə təsdiq olunub. Nazir deyib: "Layihəyə görə, 2004-cü ildə ÜDM-in 9% səviyyəsində, dövlət büdcəsinin gəlir və xərclərinin isə 10 faizdən çox artırılması planlaşdırılır".
Əvəz Ələkpərovun sözlərinə görə, Maliyyə nazirliyi gələn ilin dövlət büdcəsi layihəsini cari həftənin axırına kimi hökümətə təqdim edəcək. Beynəlxalq Valyuta Fondunun ekspertləri bu sənədin başlıca maddələrini bəyəniblər.
Hökümətdə "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri 6,7 -6,8 trln. manat, ÜDM həcmi isə-37,3 trln. manat həcmində planlaşdırılır.
Respublikanın 2003-cü il dövlət büdcəsi 331 mln. manat və yaxud ÜDM-in 1 faizi həcmində kəsirlə təsdiq edilib. Büdcənin gəlirləri 6,092 trilyon, xərcləri isə 6,423 trilyon manat məbləğində nəzərdə tutulub.