AZƏRBAYCAN DÖVLƏT NEFT FONDUNDA (DNF) TƏQRİBƏN 820 MLN. DOLLAR YIĞILIB
BAKI.19.09.2003.MEDİA-PRESS: Azərbaycan DNF-də təqribən 820 mln. dollar vardır. Fondun icraçı direktoru Samir Şərifov jurnalistlərə bu barədə məlumatında əlavə edib ki, ilin axırına kimi biz bu vəsaitin 70 milyonunu xərcləməliyik. Pulun bir qismi Azərbaycan prezidentinin fərmanlarına uyğun qaçqınlar və məcburi köçkünlər üçün tikiləcək evlərin maliyyələşdirilməsinə yönəldiləcək, bir qismi isə dövlət büdcəsinə transfer ediləcək. Bu xərclər, həmçinin 2003-cü ilin axırına kimi gözlənilən mədaxil də nəzərə alınarsa, Fondun hesabında 750 mln. dollardan çox vəsait olacaq".
Şərifov məlumat verib ki, Fondun Müşahidə şurasının yaxın zamanlarda keçiriləcək iclasında Fondun səhmdarları ilə işi canlandırmaq üçün onun səhmlərini idarə edən əcnəbi şirkətlərin mükafatlandırılması sisteminə keçid məsələsinə baxılacaq.
Xatırladaq ki, 2003-cü il yanvarın 1-də Fondda 692 mln. dollar var idi. Təsdiq olunmuş büdcəyə görə, bu il DNF-nin gəlirləri 1 trln. 219,5 mlrd. manat, xərcləri-1 trln. 217,7 mlrd. manatdır. Bu ilin ilk yarısında fondun gəlirləri 1 trln. 142,8 mlrd. manat olub.
DNF-nin səhmlərini Clariden (41,5 mln. dollar həcmində səhmləri idarə edir), Deutche Asset Management - (60,7 mln. dollar), Societe Generale Asset Management (50 mln. dollar) şirkətləri idarə edir.
UKRAYNA ƏRAZİSİNDƏN RUSİYA İXRAC QAZININ TRANZİTİNDƏ PROBLEMLƏR YARANIB
BAKI.19.09.2003.MEDİA-PRESS: Dünən işə başlamış illik "MDB neft və qazı" konfransı heç bir sensasiya vəd etmirdi. Tədbirdə qaz sənayesinin mühüm simalarından yalnız "Qazprom" idarə heyətinin müavini Aleksandr Ryazanov (o çıxışdan dərhal sonra salonu tərk edib) və "Nefteqaz Ukrainı" konsorsiumu rəhbərinin baş müşaviri İlya Rıbçiç iştirak edirdilər.
Lakin Ryazanov "Rusiya ixrac qazının Ukrayna ərazisindən tranzitində problemlər yaranıb. Üstəlik bəzi ixrac müqavilələri indinin özündə tam həcmdə yerinə yetirilmir. "- deməklə tədbirdə sensasiya doğurdu. O, tribunadan Ukrayna tərəfi gecikmədən bu prolemlərlə məşğul olmağa çağıraraq deyib ki, əks təqdirdə bahara kimi "vəziyyət son dərəcə kəskinləşəcək".
"Qazprom"un baş menecerinin izah etdiyi kimi konsern "Soyuz" qaz-nəqliyyat sistmeminin Dolina-Ujqorod sahəsində (Novopskov-Ujqorod) qurğuların azlığı üzündən ixracı davam etdirə bilmir. Borunun "dar yerini" (o yeri həm də "butulka boğazı" adlandırırlar) enlətmək üçün təqribən 300 km .uzunluğunda əlavə şaxə çəkmək lazımdır. 1 km. boru döşənməsinin 1 mln. dollara başa gəldiyini nəzərə alsaq, deməli problemin ümumi qiyməti 300 mln. dollara yaxındır.
"Vremya Novvostey" qəzeti aydınlaşdıra bilib ki, "butulka boğazı" "Qazprom"un ixrac imkanlarını 1 ildə təqribən 10 mlrd. kub metr məhdudlaşdırır ki, bu da indiki qiymətlər baxımından hardasa 130 mln. dollar valyuta itirilməsi deməkdir.
OPEK "QIŞDA" NEFTƏ TƏLƏBAT MƏSƏLƏSİNİ NOYABRDA MÜZAKİRƏ EDƏ BİLƏR
BAKI.19.09.2003.MEDİA-PRESS: OPEK-ə üzv olan ölkələrin Neft və Energetika nazirləri dünya neft bazarındakı vəziyyəti vaxtında qiymətləndirmək üçün noyabrda yenidən görüşə bilərlər. Məqsəd adətən qış dövrlərində neftə olan tələbatın artması ərəfəsində hər şeyi bir daha ölçüb-biçməkdir. ABŞ işgüzar dairələrinin nüfuzlu nəşriyyəsi "The Wall Street Journal" bu haqda yazaraq qeyd edir ki, müzakrələr yanvarın 1-dən qüvvəyə minən yeni istixrac həcmlərində vaxtında dəyişiklər etməyə imkan verəcək. Ancaq ekspertlər belə dəyişiklik olacağını ehtimal etmirlər.
Neft istehsal edən 11 ölkənin daxil olduğu OPEK-in sentyabrın 24-də Vyanada növbəti iclası keçiriləcək. Orada gündəlik 25,4 mln. barrel həcmində olan indiki kvotaların saxlanması barədə qərar qəbul ediləcəyi ehtimal olunur. Kartelin bir sıra üzvləri istixrac həcmlərinin dəyişdirilməsi üçün əsas olmadığını iddia edir. Çünki bazarda indi tarazlıq vardır və qiymətlər OPEK-in özünün qəbul etdiyi səviyyədə- 1 barrel -22-28 dollar səviyyəsində qalmaqdadır.
OPEK-dəki mənbələr bildiriblər ki, noyabr görüşü təşkilata üzv olan ölkələr üçün neftin istixracı və ixracı kvotalırının artırılmasına zəmanət verə bilməz. Bununla belə, bəzi təhlilçilər tələbatın qeyri-sabitliyini və Rusiyadan neft ixracının artmasını nəzərə alaraq, gələn il neftin qiymətinin düşəcəyini proqnozlaşdırırlar.
AZƏRBAYCAN 8 AYDA KƏND TƏSƏRRÜFATI İSTEHSALINI 3% ARTIRIB
BAKI.19.09.2003.MEDİA-PRESS: Azərbaycan 2003-cü ilin yanvar-avqustunda 4 trln. 758,6 mlrd. manatlıq kənd təsərrüfatı məhsulları tədarük edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur. Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, hesabat dövründə bitkiçilikdə məhsul istehsalı həcmi 1,7% artıb. Yanvar-avqust aylarında 1mln. 888,2 min ton dənli bitkilər (7,2% azalma), 800,7 min ton-tərəvəz (artım-5%), 195,2 min ton- meyvə (artım-2,2%), 2,3 min ton- tütün (artım-2,3 dəfə) tədarük edilib. Bu müddətdə 543,7 min ton- kartof (14% çox) və 11,6 min ton- üzüm (azalma-31,8%) yığılıb.
Heyvandarlıq sahəsində məhsul istehsalının həcmi 5,1% artıb. Bu ilin 8 ayında 153,6 min ton- ət (artım-6,7%), 881 min ton-süd (artım-5%) və 416,9 mln. ədəd- quş yumurtası (artım-2,9%) tədarük edilib.
AZƏRBAYCAN VƏ İSPANİYA ÜÇ HÖKÜMƏTLƏRARASI SAZİŞİN LAYİHƏSİNİ HAZIRLAYIRLAR
BAKI.19.09.2003.MEDİA-PRESS: Azərbaycan və İspaniya ekspertləri 3 hökümətlərarası sazişin layihəsini hazırlayırlar. Republika Milli Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Hümmət Quliyev bu haqda məlumat verərək deyib: "İndi " İnvestisiyaların müdafiəsi və təşviqi haqqında", "Gəlirlər və sərmayə barəsində ikiqat vergiqoymadan çəkinmə haqqında " və "Hava daşımaları haqqında" sazişlərin layihələri işlənilməkdədir. Sənədlərin imzalanması tarixini 2 ölkənin hökümətləri müəyyənləşdirəcək".
Bundan əvvəl Azərbaycanın Baş naziri İlham Əliyev İspaniyanın Türkiyədəki səfiri ilə birlikdə Bakıya gəlmiş bir qrup ispan sahibkarlarını qəbul edərkən, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının zəruriliyini qeyd edərək, bu ölkə şirkətlərinin republikamızın iqtisadiyyatına marağını yüksək qiymətləndirib.
İspaniyalı sahibkarların səfəri həftənin axırınadək davam edəcək. Heyətin tərkibində xarici ticarət, aqrar bölməsi, tikinti materialları istehsalı və qida məhsulları hazırlanması, habelə telekomunikasiya sahəsində fəaliyyət göstərən 5 şirkətin nümayəndələri vardır.
Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Hümmət Quliyevin sözlərinə görə, "bu iki ölkənin xarici ticarət dövriyyəsini artırmaq imkanı vardır. 1995-ci ildə Azərbaycanla İspaniya arasında mal dövriyyəsinin həcmi cəmi 1,4 mln. dollar olub. 1998-də bu rəqəm bir qədər artıb- 5,1 mln. dollara çatıb. Ancaq cari ilin yanvar-iyul aylarında artıq bu məbləğ 264,3 mln. dollar olub. Bunun 23 mln. dolları İspaniyadan idxalın, 241,3 mln. dolları isə- Azərbaycandan ixracın payına düşür". İspaniyadan gələn mallar strukturunda biz daha çox tikinti və sənaye avadanlığına, ərzağa rast gəlsək də, respublika ixracının əsasını neft və neft məhsulları, kənd təsərrüfatı və kimya məhsulları təşkil edir.
Hümmət Quliyev deyib: "Azərbaycan iqtisadiyyatında İspaniya sərmayəsi az təmsil olunub. Neft bölməsində bu, "Kürdaşı" perspektiv onşor strukturunun mənimsənilməsi layihəsində 5 faizlik paya malik Repsoil şirkətidir. Başqa sahələrdə ispan kapitalı, demək olar ki, təmsil olunmayıb".
İspaniyanın Türkiyədəki səfiri Manuel De La Kamaranın sözlərinə görə, iki ölkə arasında xarici ticarət dövriyyəsi həqiqətən aşağıdır. O, deyib: "Biz Azərbaycanı İspaniyalı sahibkarların fəaliyyət coğrafiyasına daxil etmək istəyirik".
Son 15 ildə İspaniya iqtisadiyyatı çiçəklənməkdədir. Bu, ölkəyə iqtisadi inkişafın səviyyəsinə və investisiyalar həcminə görə, dünya onluğuna daxil olmağa imkan verir.
İspaniya Sahibkarları və sənayeçiləri konfederasiyası xarici əlaqələr departamentinin rəisi Xose Qarsias Markes deyib: "İspaniyalı sahibkarlar Azərbaycan iqtisadiyyatının balıqçılıq, kənd təsərrüfatı, turizm, meşəçilik, ayaqqabı istehsalı, tikinti və nəqliyyat kimi sahələrində fəaliyyət göstərmək istərdilər".
TACİS BÜROSU AZƏRBAYCANDA 2004-CÜ İL ÜÇÜN MİLLİ PROQRAM LAYİHƏLƏRİNİ MÜƏYYƏNLƏŞDİRMƏYƏ BAŞLAYIB
BAKI.19.09.2003.MEDİA-PRESS: Avropa İttifaqının Azərbaycana Beynəlxalq Texniki yardım üzrə TACİS proqramının Əlaqələndirmə bürosu 2004-cü il üçün milli fəaliyyət proqramı layihələrini müəyyənləşdirməyə başlayıb.
TACİS-in Əlaqələndirmə büyrosunda jurnalistlərə məlumat verilib ki, gələn ilin fəaliyyət proqramının işçi variantı bu həftə Brüsseldə müzakirə olunur. Bu müzakirələrdən sonra Avropa komissiyasının nümayəndə heyəti Bakıya gələcək. Missiyanın səfəri gedişində Milli proqramların sayı və dəyəri dəqiqləşdiriləcək. 2004-cü il üçün fəaliyyət proqramının tarixi gələn ilin fevralında müəyyənləşdiriləcək.
Sentyabrın 19-da Brüsseldə qiymətləndirmə komitəsinin iclası başa çatacaq. Komitə Azərbaycanda "Vergi sisteminin modernləşdirilməsi (dəyəri 1,5 mln. avro)" və "İqtisadi inkişaf nazirliyinə yardım (1,6 mln. avro)" layihələrini qiymətləndirəcək. Büronun icraçı direktoru Əsgər Ələkpərov komitənin bu iclasında iştirak edir.
Azərbaycan TACİS-in 2004-2006-cı illər üçün indikativ proqramı çərçivəsində 30 mln. avro dəyərində yardım alacaq. Bu vəsaitlər dövlət qurumları, hüquqi və inzibati islahatlar (17 mln. avro) aparılmasına və özəl bölməyə, habelə iqtisadi inkişafa yardımlara (13 mln. avro) ayrılacaq.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq və Əməkdaşlıq sazişi 1996-cı ildə imzalanıb və 1999-cü ildə qüvvəyə minib.
1992-2002-ci illərdə Aİ respublikamızda müxtəlif proqramların gerçəkləşməsinə 370 mln. avro kredit vəsaitləri və maliyyə yardımı ayırıb. Bundan əlavə, Aİ 92 mln. avro dəyərində (o cümlədən TACİS proqramı çərçivəsində-86 mln. avro) texniki yardım proqramını gerçəkləşdirib.
ÜB TƏHSİL SİSTEMİ İSLAHATININ İKİNCİ MƏRHƏLƏSİNİN REALLAŞMASI ÜÇÜN AZƏRBAYCANA 18 MLN.DOLLAR KREDİT AYIRIB
BAKI.19.09.2003.MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) Azərbaycanda təhsil sisteminin islahatı layihəsinin reallaşması üçün 18 mln. dollar kredit ayırıb. Bu barədə saziş sentyabğrın 19-da Bakıda imzalanıb.
Repsublikanın Təhsil naziri Misir Mərdanov sənəd imzalandıqdan sonra deyib ki, 4 ilə reallaşacaq bu layihə yaxın 10 ildə Azərbaycanda təhsil sisteminin inkişaf strategiyasının işlənib hazırlanmasını nəzərdə tutur. Yeni proqram təhsil sisteminin keyfiyyətcə yaxşılaşdırılmasına, tədris proqramlarının təzələnməsinə, yeni dərsliklər buraxılmasına, müəllimlər hazırlanmasına və onların ixtisaslarının artırılmasına, sahənin maddi-texniki bazasının inkişafına üstünlük verir.
Bu ilin fevralında Bakıda olarkən, ÜB ekspertləri işçi qrupu ilə birlikdə layihənin hər bəndinin büdcəsini müəyyənləşdiriblər. Layihənin idarə mexanizmi də hazırlandıqdan sonra bütün zəruri sənədlər Bankın Direktorlar şurasının müzakirəsinə verilib.
Xatırladaq ki, ÜB Azərbaycanda təhsil siteminin islahatı üzrə artıq ikinci layihəsini tətbiq edir. Bankla Azərbaycan arasında bu məsələyə dair birinci saziş 1999-cu ilin iyulunda imzalanıb. 2002-ci ilin sonunda başa çatmış və 5,5 mln. dollar dəyərində olmuş bu layihənin 500 min dollarını respublika höküməti maliyyələşdirib.
AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİ POLŞADA BİR İL TƏHSİL ALIBLAR
BAKI.19.2003.MEDİA-PRESS: Azərbaycan sərhədçilərinin bir qrupu Polşanın Sərhəd xidməti akademiyasında illik təhsilini başa vurub.
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) komandirinin müavini Asif Cəbrayılov təhsilin qurtarması münasibətilə keçirilən mərasimdə məlumat verib ki, 15 nəfər, o cümlədən 5 qadın sərhədçimiz Polşanın Sərhəd xidməti akademiyasında təkmilləşdirmə kursu keçib. Azərbaycan sərhəd xidmətinin islahatına kömək edən ATƏT-in Demokratik İnstitutlar və İnsan hüquqları üzrə bürosu bu təlim proqramının təşəbbüsçüsü və sponsorudur.
Cəbrayılov qeyd edib ki, bu gün ölkənin sərhəd xidməti qarşısında bir çox vəzifələr, o cümlədən beynəlxalq terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizə vəzifələri durur. Bununla bağlı transsərhəd cinayətləri ilə mübarizə məsələsində Azərbaycan-Polşa əməkdaşlığını genişləndirmək lazımdır.
Polşa Daxili İşlər Nazirliyinin mərasimdə çıxış etmiş nümayəndəsi Yeji Mazurek deyib: "Azərbaycanlı sərhədçilərin Polşa Sərhəd xidməti akademiyasında təlim keçmiş ilk xaricilər olması faktının çox böyük əhəmiyyəti vardır".
TÜRKİYƏ ABŞ TƏYYARƏLƏRİNİN İCAZƏSİZ ONUN ƏRAZİSİ ÜZƏRİNDƏN UÇMASINI QADAĞAN EDİB
BAKI.19.09.2003.MEDİA-PRESS: Bundan sonra ABŞ təyyarələri Türkiyə üzərindən İraqa uçmaq üçün türk hökümətinin icazəsini istəməli olacaq. Ölkənin xarici İşlər naziri Abdullah Gül bu ilin fevral ayında Türkiyə parlamentində bəyənilmiş "Ölkənin hava məkanından istifadə hüququnun verilməsi haqqında" qanunun qüvvədən düşməsi ərəfəsində bu bəyanatı verib.
Gül qeyd edib ki, indiyə kimi İraqa uçan Amerika hərbi təyyarələrinin Türkiyənin hava məkanından istifadə etməsi barədə biz ABŞ-dan heç bir xahiş almamışıq. Türkiyə XİN-in başçısı vurğulayıb ki, bundan sonra ABŞ təyyarələrinə də vahid beynəlxalq qaydalar tətbiq ediləcək. Abullah Gül deyib: "İraqda müharibə qurtarıb və ora hərbi qüvvələr göndərilməsinə ehtiyac yoxdur".
GÜRCÜSTAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AZƏRBAYCANIN ƏVVƏLKİ XƏTTİNİ DAVAM ETDİRMƏKDƏN RAZIDIR
BAKI.19.09.2003.MEDİA-PRESS: Gürcüstan prezidenti Eduard Şevardnadze baş nazir İlham Əliyevin qonşu Azərbaycanın prezidenti Heydər Əliyevin dəst-xəttini davam etdirməsindən razı qaldığını bildirib.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, Gürcüstan prezidenti Yaltada Azərbaycan hökümətinin başçısı iə danışıqların yekunları üzrə brifinqdə deyib: "Mən Heydər Əliyevi və onun oğlu İlham Əliyevi çoxdan tanıyıram və şadam ki, İlham Əliyev Heydər Əliyevin siyasi xəttini davam etdirir".
Şevardnadze Azərbaycan-Gürcüstan münasibətlərinin indiki səviyyəsindən razı qaldığını bildirib. İlham Əliyev də öz növbəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsində Azərbaycan və Gürcüstanın indiki prezidentlərinin xidmətlərini qeyd edib və bu münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə əmin olduğunu deyib.
LEONİD KUÇMA VƏ İLHAM ƏLİYEV ENERGETİKA SAHƏSİNDƏ UKRAYNA-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR
BAKI.19.09.2003.MEDİA-PRESS: Ukrayna prezidenti Leonid Kuçma dünən MDB dövlət başsçıları sammiti çərçivəsində Azərbaycanın Baş naziri İlham Əliyevlə görüşüb. Ukayna prezidenti mətbuat xidmətinin bu barədə məlumatında eyilir ki, görüş zamanı İlham Əliyev MDB çərçivəsində azad ticarət zonaları yaradılmasına tərəfdar çıxıb. İkitərfli münasibətlər, xüsusən də, energetika sahəsində əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə edilib. Tərəflər beynəlxalq problemlərə , o cümlədən İraq ətrafında vəziyyətə toxunublar. İlham Əliyev Azərbaycanda prezident seçkiləri ilə əlaqədar seçkiqabağı tədbirlərin gedişindən bəhs edib. Ukrayna lideri isə öz növbəsində onun ölkəsinin bu tədbirdə müşahidəçi kimi çıxış edəcəyini deyib.
UKRAYNA AZƏRBAYCANLA YANACAQ VƏ ENERGETİKA SAHƏSİNDƏ ƏMƏKDAŞLAQ ETMƏK İSTƏYİR
BAKI.19.09.2003.MEDİA-PRESS: Qara dənizi iqtitsadi əməkdaşlıq təşkilatı (QİƏT) ölkələri ekspertlərinin Bakıda cərəyan edən iclasında Ukraynanın Yanacaq və Energetika nazirliyi Beynəlxalq Əməkdaşlıq Departamentinin sədri Sergey Pavluşin deyib ki, Ukrayna ilə Azərbaycan arasında energetikanın bütün sahələrində əməkdaşlıq maraq doğurur. O, deyib: ""İlk növbədə neftin və neft məmulatının nəqli, Odessa-Brodı boru xəttinin istifadəsi və doldurulması buna misal göstərilə bilər. Bundan əlavə, bizim elektroenergetika sahəsində əməkdaşlıq üçün imkanlarımız da vardır ".
Onun sözlərinə görə, söhbət elektrik enerjisi mübadiləsindən getmir. Ukraynada kifayət qədər inkişaf etmiş energetika-maşınqayırma kompleksi mövcuddur ki, bu da azərbaycan tərəfinin marağına səbəb ola bilər.
Pavluşin deyib: "Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq məsələsi üzrə şirkətlər səviyyəsində danşıqlar gedir, ancaq mən onların kommersiya maraqlarını şərh edə bilmərəm". O, qeyd edib ki, energetika sahəsində 2 ölkənin əməkdaşlığı QİƏT ölkələri energetika nazirlərinin Bakıdakı iclasının yekunları üzrə qəbul ediləcək deklarasiya çərçivəsində öz inkişafını tapacaqdır.
Xəbər verdiyimiz kimi, QİƏT ölkələri energetika nazirləri noyabrın 18 və 19-da Bakıda davam etmiş müşavirədə neft-qaz və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlələrini müzakirə ediblər. QİƏT-ə 11 ölkə: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumınya, Türkiyə və Ukrayna daxildir. Azərbaycan 2003-cü ilin mayından təşkilatın həmsədr ölkəsidir.
MEDİA-PRESS: Qeyd edək ki, Ukrayna şirkətləri, xüsusən "Naftoqaz" son vaxtlar Azərbaycanın energetika layihələrində daha fəal iştirak etməyə başlayıblar. "Naftoqaz Ukrainı" və ölkə XİN-i rəhbərliyinin birgə iclasında (neft-qaz layihələrinin reallaşmasında şirkətin özü üçün daha əlverişli tərəfdaş saydığı ölkələrin Ukraynadakı səfirləri də iclasda iştirak ediblər) xarici-iqtisadi fəaliyyəti gücləndirməkdən bəhs olunub. Həm də "Naftoqaz Ukrainı" Azərbaycan, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Əlcəzair, Liviya, Suriya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İraq ərazilərində neft-qaz bloklarının kəşfiyyatı, işlənməsi və istismarını, habelə servis xidmətləri göstərilməsini özü üçün üstün istiqamətlər sayır.
BTC ƏİK TİKİNTİSİNDƏ İŞLƏRİN 40 FAİZİ GÖRÜLÜB
BAKI.19.09. 2003.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin (BTC ƏİK) tikintisində işlərin 40 faizi görülüb. Səngəçal terminalında tikintinin başlanmasının birinci ildönümünün təntənə mərasimində çıxış edən BTC Co. (kəmərin tikintisi və istismarı üzrə operator) prezidenti Maykl Taunsend bu haqda məlumat verərək deyib: "Əgər bir il əvvəl layihə üzrə işlər yalnız 1 məntəqədə aparılırdısa, indi 17 belə məntəqə var. Əgər bir il əvvəl layihədə bir neçə yüz nəfər çalışırdısa, indi belələlrinin sayı 10 mindən çoxdur".
Bütövlükdə indiyə kimi Azərbaycan,Gürcüstan və Türkiyə ərazilərində 400 kilometr sahədə tikinti dəhlizi açılıb və 200 kilometr boru qaynaq üçün hazırlanıb. BTC Co. prezidenti vurğulayıb ki, Azərbaycanda qaynaq edilmiş 40 kilometr borunun 20 kilometri artıq torpağa döşənib.
Maykl Taunsend əlavə edib ki, indi Səngəçal terminalında baş nasos stansiyasının tikintisi davam edir. Ümüumiyyətlə, BTC ƏİK layihəsi çərçivəsində tikinti başlanandan bəri üst-üstə 1 mlrd. dollarlıq iş görülüb.
QAZAXISTAN XƏZƏR DƏNİZİN DİBİ İlƏ BORU ÇƏKİLMƏSİ VARİANTINI ÖYRƏNİR
BAKI.19.09.2003.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Qazaxıstan neftinin daşınması üçün sualtı boru xəttinin çəkilməsi indilikdə müzakirə olunmur. Bununla belə, tikintinin mümkün variantları nəzərdən keçirilir. Belə variantlardan biri Aktaudan Rusiya sərhədinə, digəri isə Aktaudan Bakıya boru çəkilməsini nəzərdə tutur. Bu haqda jurnalistlərə məlumat verən Qazaxıstan Energetika nazirinin müavini Ləzzət Kiinov deyib: "Hesablamalar göstərir ki, neftin tankerlərlə daşınması həcm 20 mln. tona çatanadək sərfəlidir. Bu həcm artarsa, boru xətti çəkilməlidir. Neftin daşınması üçün Aktaudan, həmçinin onun 76 kilometr cənub-şərqində yerləşən Kurık limanından istifadə olunacaq, ya da Türkmənistan sərhədinə yaxın yerdə yeni terminal tikiləcəkdir."
Xatırladaq ki, Qazaxıstanın BTC Əik-ə qoşulması məsələsinə sentyabrın əvvəllərində Bakıda Azərbaycan-Qazaxıstan danışıqlarının növbəti raundunda baxılıb və hökümətlərarası sazişin 2 variantı nəzərdən keçirilib.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) prezidenti Natiq Əliyevin sözlərinə görə, "Kazmunayqaz" la danışqların növbəti raundunda irəliləyiş var. Bu danışıqlarda Qazaxıstan neftinin BTC ilə axıdılmasına əlverişli şəraitin təmin edilməsi üçün ölkə qanunvericiliyinin hökümətlərarası sazişin tələblərinə uyğunluğu, habelə qazax neftini ixrac edən şirkətlərin 2 ölkənin müvafiq infrastruktrunuda iştirakı məsələləri müzakirə edilib.
Danışıqların Bakı raundunda ARDNŞ, "Kazmunayqaz", "BTC Co. (BTC tikintisi və istismarı üzrə operator) konsorsiumu, ENİ, TOTALFİNALELF, CONOCOPHİLLİPS və İNPEX (sonuncu 4 şirkət Qazaxıstan yataqlarının işlənməsi layihələrində də iştirak edir) şirkətlərinin çoxlu ekspertləri iştirak edib. Gələcəkdə isə danışıqlar prosesini sürətləndirmək üçün daha dar çərçivədə işçi qrupu yaradılacaq. Natiq Əliyev deyib: "Bu qrup artıq cari ilin sentyabr-oktyabr aylarında toplaşa bilər. Yüksək səviyyədə növbəti raund isə oktyabrın sonuna planlaşdırılır. İlin axırına kimi biz hökümətlərarası sazişi tamamlamağı və onu iki ölkə hökümətinin müzakirəsinə verməyi nəzərdə tuturuq. Hökümətin müzakirəsindən sonra sənəd imzalanacaq".
İki ölkə arasında danışıqların növbəti mərhələsi tranzit ərazinin sahibi olan ölkə ilə investorlar arasında tranzit sazişinin hazırlanmasıdır. ARDNŞ prezidenti deyib: "Tranzit sazişinə nəinki Qazaxıstanın neft ehtiyatlarının işlənməsində də iştirak edən BTC Co-nun 4 səhmdar şirkəti, həm də başqaları cəlb edilə bilər. Məhz bu şirkətlər Qazaxıstan neftini BTC kəmərinə çatdıracaq Aktau-Bakı boru xətti üçün infrastrukturlar (yeni terminallar, limanlar və s.) tikintisinə vəsait ayıracaqlar. Bundan sonra BTC Co və Qazaxıstan neftini ixrac edən şirkətlər arasında kommersiya müqavilələri bağlanmalıdır".
ARDNŞ rəhbəri məlumat verib ki, qazaxıstan tərəfinin istəyi ilə Xəzərin sağ sahilindən BTC-yə neft vurulmasına 2007-2010-cu illərdə başlana bilər. BTC Co.-nun 4 qazax səhmdarı Əsas ixrac kəməri layihəsində 15 faizlik paya malikdir. Bu o deməkdir ki, BTC kəmərinin gündəlik buraxılış qabiliyyəti 1 mln. barrelə çatarsa, onlar da özlərinin 150 min barrel neftini axıda bilərlər. Ancaq nə qədər ki, bu dörd şirkət öz neftini bizim boruya verməyib, o vaxta kimi bu həcmdə yanacaqdan başqa səhmdarlar istifadə edə bilərər".
BTC Co. BTC ƏİK-İ MALİYYƏLƏŞDİRƏN ŞİRKƏTLƏRLƏ ÜMUMİ SAZİŞ BAĞLAYACAQ
BAKI.19.09.2003.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəmərinin (BTC ƏİK) tikintisi və istismarının operatoru boruçəkmə şirkəti BTC Co. ƏİK-in tikintisinin maliyyələşdirilməsi barədə banklar və kredit təşkilatları ilə bir ümumi saziş bağlayacaq. Jurnalistlərə bu məlumatı verən BTC Co. prezidenti Maykl Taunsendin sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Beynəlxalq Maliyyə korporasiyası (BMK) tərəfindən təşkil edilmiş layihə üzrə dinləməlrin 120 günlük müddəti oktyabrın ortalarında başa çatacaq.Taunsend ilin axırına kimi sazişin imzalanacağına ümid etdiyini bildirərək deyib ki, layihəyə kreditlər ayıran və onu təmin edən təşkilatlar 4 qrupa bölünür. Birinci qrupa AYİB və BMK daxildir. Onlar öz vəsaitlərini ayıracaq və kommersiya banklarının kreditlərinə təminatlar verəcəklər. İkinci qrupa ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan göndərilən material və avadanlığın maliyyyələşdirilməsi üçün kommersiya banklarına təminat verən ixrac-kredit agentlikləri daxildir. Üçüncü qrupu kommersiya bankları (bu bankların sayı 10-30 arasındadır), dördüncüyə- iri kreditor şirkətlər, o cümlədən BP və Statoil daxildir.
Dəyəri 2,95 mlrd. olan ƏİK-in vəsaitlərinin 30 faizi layihə iştirakçısı olan şirkətlərin, 70 faizi isə kreditlərin payına düşür. Əvvəlcə, kreditlərin 2003-cü ilin may- iyun aylarında almaq nəzərdə tutulurdu. Lakin layihənin yubanması kreditlərin ayrılmasını noyabradək təxirə saldı. Şirkətlər öz daxili mənbələri hesabına maliyyələşdirməni davam etdirməyi qərara aldılar. Bunuçün təqribən 800 mln. dollar lazımdır.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və
Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır
ARDNŞ AZƏRBAYCAN QAZININ YUNANISTANA VERİLMƏSİ BARƏDƏ DEPA İLƏ DANIŞIQLARI SÜRƏTLƏNDİRMƏYİ LAZIM BİLMİR
BAKI.19.09.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkə qazının Yunanıstana ixracı barədə DEPA yunan şirkəti ilə danışqların tezləşdirilməsini zəruri saymır. ARDNŞ prezidenti Natiq Əliyev bu haqda jurnalistlərə məlumatında "Şah-Dəniz" yatağı qazının Türkiyəyə çatdırılmasını qarşıda duran birinci dərəcəli vəzifə adlandıraraq, yanacağın Yunanıstana nəqlinin çox mürəkkəb proses hesab etdiyindən bu barədə danışmağın hələ tez olduğunu deyib.
Natiq Əliyev qeyd edib ki, hal-hazırda Türkiyə ilə Yunanıstan arasında elə bir boru xətti yoxdur ki, qazı bu ölkəyə ixrac etməyə imkan versin. ARDNŞ prezidenti deyib: "Türkiyə ilə Yunanıstan arasında hökümətləraarası sazişlər imzalanıb, bu məsələyə müəyyən dəstək verilir. Lakin hələ heç bir əməli işə başlanmayıb. Mənim bildiyimə görə, bu xəttin çəkilişi 2005-2006-cı illərdən tez başlaya bilməz".
N. Əliyev ARDNŞ-in Avropa qaz bazarını öyrəndiyini və orada öz yerini tutmaq istədiyini bildirərərək deyib: "Əgər "Şah-Dəniz"dən çıxarılan qaz çox olarsa, onun Avropaya ixracı ilə bağlı bütün məsələlər ən qısa müddətdə həllini tapacaq".
Yunanıstanın DEPA qaz şirkətinin strateji planlaşdırma üzrə baş direktoru, hazırda Bakıda səfərdə olan Vassilios Sonbanopulos da Natiq Əliyevin fikirlərinin təsdiqləyərək deyib ki, Azərbaycan qazı Avropaya 2006-cı ildən sonra, yəni "Şah-Dəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi gerçəkləşəndə (təqribən 2008-ci ildə) verilə bilər. Hal-hazırda Türkiyə və Yunanıstanın qaz sistemlərini birləşdirə biləcək borunun tikintisi layihəsi tərtib edilməkdədir. Bu layihənin gerçəkləşməsi üçün 250 mln. dollar lazımdır. O, həmçinin qeyd edib ki, 2015-ci ildən sonra Yunanıstan 3,5 mlrd. kub metr qaz almağa hazır olacaqdır.
Xatırlatmaq isətrdik ki, Sonbanapulos Bakıda ARDNŞ və DEPA arasında aprel ayında olmuş son danışıqlar gedişində tamamilə fərqli rəqəmləri və tarixi göstərərək demişdi ki, Yunanıstan "Şah-dəniz" qazının idxalına 2006-cı ildən başlayacaq. Onun ölkəsi ildə 2-3 mlrd. kub metr qaz almağa və gələcəkdə bu həcmi daha da artırmağa hazır olacaqdır.
O zaman Azərbaycan qazının Türkiyə ərazisindən Yunanıstana nəqli barədə uzunmüddətli saziş layihəsi də müzakirə olundu. DEPA başçısı qeyd etmişdi ki, Azərbaycan qazı Yunanıstan ərazisindən Avropanın başqa ölkələrinə də ixrac ediləcək. O, bildirmişdi ki, Türkiyə və Yunanıstan boru sistemi ilə daxil olan qazı İtaliyada almağa hazırdır. Onun sözlərindən belə çıxırdı ki, İtaliyanın "Edisson-qaz" şirkəti ilə artıq müvafiq saziş bağlanıb. İlk mərhələdə oraya ildə 2 mlrd., sonradan isə 4 və hətta 8 mlrd. kub metr həcmində qaz ixrac ediləcəyini iddia edən DEPA nümayəndəsi hər şeyin planauyğun gedəcəyi təqdirdə, layihənin 2007-ci ildə reallaşacağını demişdi.
"ŞAH-DƏNİZ" YATAĞINDA İLK QABAQLAYICI QUYU QAZ EHTİYATLARININ İLKİN QİYMƏTLƏNDİRİLMƏSİNİ TƏSDİQLƏYİB
BAKI.19.09.2003.MEDİA-PRESS: Azərbaycanın ofhor "Şahdəntz" yatağında qazılmış ilk qabaqlayıcı quyu oradakı ehtiyatın ilkin hesablamalrını təsdiqləyib. Ancaq əlavə ehtiyatların olmasından danışmaq hələ tezdir. Bu haqda jurnalistlərə məlumatına layihənin direktoru Rob Kelli deyib ki, qazma işləri zamanı "fasilə qatı" və ondan aşğıdakı lay( qaz burada aşkarlanıb) açılıb. İndi hesablamalar aparılı. Birinci quyunun qazılması da bir həftəyə qurtarmalıdır.
Kelli deyib ki, sentyabrın 24-də yataqda 2-qi qabaqlayıcı quyunun qazılmasına başlanacaq. Layişə dərinliyi 7250 metr olan quyu 150 günə qazılmalıdır. Daha çox dərinliyə hesablanmın 3-cü quyunun indi texniki layihəsi hazırlanmaqdadır. Xatırladaq ki, ilk quyu ifrat təzyiq üzündən layihə dərinliyinə çatdırılmamışdı. Bu hal 3-cü quyunun qazılmasında nəzərə alınacaq.
"Şah-Dəniz" yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metrə çatdığı yerlərdə 15 quyu qazılması üçün TPG-500 platformasının quraşdırılmasını, sonradan dərinliyin artıq 300 metrə çatdığı yerlərdə qazılacaq 5 quyunun olduğu yataqda sualtı hazırlıq işləri görülməsini, hər biri 100 km. uzunluğunda 2 sualtı kəmərin (26 düyməlik- qaz və 12 düyməlik- kondensat) TPG-500 platformasından Səngəçal terminalına çəkilməsini, sahil terminalında qaz və kondensat hazırlanması üçün qurğu tikilməsini, habelə Bakı-Tbilisi-Ərzrum Cənubi Qafqaz kəmərinin (BTƏ-CQK) çəkilməsini nəzərdə tutur. Layihənin ümumi dəyəri 3,2 mlrd. dollardır.
"Şah-Dəniz" yatağının qiymətləndirilmiş qaz ehtiyatları 1 trln. kub metrdir. BP-25,5%, Norveç Statoylu-25,5%, ARDNŞ-10%, fransız-belçika Total FinaElf-i-10%, Rusiya "Lukoyl"u-10%, İran şirkəti OIEC- 10% və Türkiyə TPAO-su-9% iştirak payı ilə layihənin səhmdarları sayılırlar.