ARDNŞ DİGƏR ÖLKƏLƏRİN NEFTİNİN AZƏRBAYCANIN ZAVODLARINDA EMAL OLUNMASI İMKANINI NƏZƏRDƏN KEÇİRİR

BAKI.22.09.2003.MEDİA-PRESS: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) başqa ölkələrin neftinin ölkə zavodlarında emalı imkanını nəzərdən keçirir. Şirkətin Marketinq və İqtisadi Münasibətlər idarəsinin (MİMİ) rəisi Elşad Nəsirov jurnalistələrə bu haqda məlumatında indi Azərbaycanın 2 emal zavodunda yalnız yerli neftin təmizləndiyini və Azərbaycanın həmin müəssisələri yükləmək üçün müxtəlif variantlar axtardığını vurğulayaraq deyib: "Biz vaxtaşırı Türkmənistan və Qazaxıstanda neft istehsalçılarına sorğular göndərir, onlar da çıxardıqları neftin nümunələrini bizə yollayır. Bu təşəbbüs qarşılıqlıdır. Hal-hazırda "Azərneftyanacaq" emal zavoduna Polşa neftinin nümunələrini vermişik. Zavod mütəxəssisləri həmin neftin 1 tonundan alınan neft məhsullarının toplum dəyərinin necə olacağını, onun Bakıda emalının, sonra isə dünya bazarlarına ixracının nə dərəcədə səmərəliyi olacağını yoxlayırlar.

E.Nəsirov Polşa neftinin yaxşı keyfiyyətə və az tərkibdə kükürdə malik olduğunu deyərək qeyd edib ki, onun emalı problem doğurmayacaq. ARDNŞ ildə 9 mln. tona yaxın neft çıxarır. Bunun 6,5 mln. tonu emal, 2,5 mln. tonu isə- Bakı-Novorossiysk marşrutu ilə ixrac edilir. Respublikanın 2 emal zavodu il ərzində 24 mln. ton neft təmizləyə bilər. SSRİ dövründə burada azərbaycan nefti ilə yanaşı, Qərbi Sibir və Qazaxıstandan gələn neft də emal edilirdi.

2003-cü ilin yanvar-avqust aylarında neft emalı zavodlarımız keçən ilin müvafiq dövrü ilə müqayisədə neft məhsulları istehsalını 5,01% azaldıb (3,823 mln. ton). Bu həcmin 1 mln. 874 min t onu- "Azərneftyanacaq"ın, 1 mln. 949 min tonu isə- "Azərneftyağ"ın payına düşüb. ARDNŞ_də qeyd ediblər ki, neft məhsulları buraxılışının azalması emala göndərilən neft həcmlərinin düşməsi ilə bağlıdır. Bütövlükdə 2003-cü ildə respublikada 6 mln. 075 min ton neft emal ediləcəyi gözlənilir.


İRAN ÖZÜNÜN ƏN BÖYÜK YATAĞI -"AZADEQAN" IN İŞLƏNMƏSİ HÜQUQUNDAN YAPONİYANI MƏHRUM EDİB

BAKI.22.09.2003.MEDİA-PRESS: Yapon şirkətləri İranın ən böyük neft yatağı "Azadeqan"ın işənməsi ilə məşğul olmayacaq. Bu bəyanatla çıxış edən neft naziri Bijan Namdarın sözlərinə görə, "Yapon şirkətləri yekun sazişini imzalamaqdan imtina etdikdən sonra, başqa neft korporasiyaları ilə danışıqlara başlayıb . Tokio Vaşinqtonun təzyiqi ilə danışıqlar prosesini yubatmağa başladıqdaq sonra, belə bəyanat səslənib.

Yaponiyanın Yomiuri qəzetinin yazdığına görə, ABŞ Yaponiyaya təzyiq göstərməyə başladıqdan və əslində Japan National Oil Corp-la müqavilə bağlamasını pozuqdan sonra, Tehran "nəzərlərini Çinə və Avropaya yönəltdi". Qəzetin məlumatına görə, Avropanın Royal Dutch/Shell Group, Total S.A. və Çinin China's Sinopec Corp-u "Azadeqan"ın işlənməsində iştirak edə bilərlər.

GlobalRus.Ru agentliyinin fikrincə, rus və çin şirkətləri kəşf edilmiş ehtiyatları 26 mlrd. barrel həddinə çatan dünyanın bu ən böyük yataqlarından birinin işlənməsinə başlıca namizədlər olacaq. Bu zaman üstünlük artıq yatağın işlənməsi üçün müraciət etmiş rus şirkətlərinin tərəfində olacaqlar. Ancaq bu hal vəziyyəti çətin ki, dəyişsin. Çünki Tokionun rolunda bu dəfə Moskva çıxış edəcək. Amma ABŞ yəqin ki, ümumi etiralazrla kifayəilənməli olacaq. Axı, Amerikanın Rusiyaya təzyiq vasitələri o qədər də çox deyil. Bir də İiranı Çinə verməkdənsə, Rusiyaya vermək ona daha sərfəlidir.


"AZƏRENERJİ" SC "AZƏRBAYCAN" DRES-İN MODERNLƏŞDİRİLMƏSİNƏ 80 MLN. DOLLAR CƏLB ETMƏK NİYYƏTİNDƏDİR

BAKI.22.09.2003.MEDİA-PRESS: "Azərenerji" Səhmdar Cəmiyyəti (SC) "Azərbaycan" Dövlət rayon elektrik stansiyasının (DRES) modernləşdirilməsinə təqribən 80 mln. dollar cəlb etməyi planlaşdırır. SC prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, hal-hazırda danışıqlar apardığımız Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 50mln. dollar ayıra bilər. Layihəmizin reallaşmasına Almaniyanın bəzi bankları da, məsələn, Kreditanstalt fur Wiederaufbau (KfW) maraq göstərir. Prezident fikrini dəqiqləşdirərək deyib ki, "Biz DRES-in 8 blokunun hamısını yenidən qurmağı, yeni tüstü sobası tikməyi və sair işlər aparmağı planlaşdırırıq".

AYİB artıq "Azərenerji" ilə əməkdaşlıq təcrübəsinə malikdir. Belə ki, Mingəçevir Su- Elektrik stansiyasının (SES) modernləşdirilməsi (21 mln. dollar ) və Yenikənd SES-in tikintisinin başa çatdırılması (53 mln. dollar) bu bankın kreditləri hesabına baş verib. "Azərbaycan" DRES-in layihə gücü -2,4 QBt.-dır. Stansiyanın ilk bloku- 1981, 8-ci bloku isə-1989-cu ildə istismara verilib. DRES repsublikanın bütün elektrik enerjisinin yarısından çoxunu hasil edir.


FONDEL METAL RESPUBLİKANIN ALÜMİN SƏNAYESİNƏ 40 MLN. DOLLAR SƏRMAYƏ QOYUB

BAKI.22.09.2003.MEDİA-PRESS: Niderlandın Fondel Metal Participation B.V. ("Azəralümin" SC-nın idarəedici şirkəti) şirkəti Gəncə Giltorpaq və Sumqayıt alümin zavodlarının (hər ikisi SC tərkibindədir) modernləşdirilməsinə təqribən 40 mln. dollar sərf edib. SC direktorlar şurasının sədri Əli Özkurt bu barədə jurnalistələrə məlumatında qeyd edib ki, bu pulun 26 mln. dolları Sumqayıt alümin zavodunda iki istehsal xəttinin modernləşdirilməsinə, qalanı isə Gəncə Giltorpaq zavodunda istehsalın bərpasına və bu müəssisənin borclarının ödənilməsinə sərf edilib. Onun sözlərinə görə, indi Gəncə Zavodunda ayda 27,5 min ton giltorpaq istehsal edilir. Gələcəkdə zavodun gücü 37,5 min tona çatdırılacaq. Buradakı giltorpaq Qvineya və Hindistandan idxal edilən boksitdən hazırlanır.Bu səbəbdən nəqliyat xərcləri çox böyükdür. Ona görə də, biz Zəylik alunit mədənində (bu müəssisə də SC tərkibindədəir) olan alunit filizindən giltorpaq hazırlanması imkanını nəzərdən keçirdirik.

Özkurt deyib ki, təcrübə qurğusu sınaqlarının nəticələri müsbət olarsa, müəssisə artıq 2004-cü ildə alunitdən giltorpaq hazırlanması üçün mədənin işlənməsinə başlaya bilər.

O ki, qaldı Gəncə giltorpağını emal edən Sumqayıt zavoduna, indi burada ayda 2,4 min. ton alümin istehsal edən 2 xətt işləyir. Bu isə ildə təqribən 30 min ton deməkdir. 2004-cü ilin sentyabrında və 2005-ci ilin martında daha iki istehsal xətti istismara veriləcək ki, bu da ildə 60 min ton alümin buraxmağa imkan verəcək. İki xəttin modernləşdirilməsinə 25 mln. dollar xərclənməlidir. "Azəralümin" SC Nideraland şirkətinin idarəsinə 2001-ci ildə verilib. Bu şirkət Azərbaycanın alümin kompleksinə 25 ildə 1 mlrd. dollar (ilk 5 ildə-500 mln. dollar) sərmayə qoymağı öhdəsinə götürüb.


AZƏRBAYCAN ƏHALİSİNİN PUL GƏLİRİ 8 AYDA TƏQRİBƏN13 FAİZ ARTIB

BAKI.22.09.2003.MEDİA-PRESS: 2003-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 14 trln. 988,8 mlrd. manat olub ki, bu da 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,8% çoxdur. Repsublika Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə əhalinin adambaşına pul gəliri 11,9% artaraq, 1 mln. 849, 9 min manata çatıb.

Əhali öz vəsaitlərinin əsas hissəsini (63,6%)- müxtəlif mallara, həmçinin xidmətlərin ödənilməsinə (12,9%), vergilərə və hər cür rüsumlara (3,7%) xərcləyib.


İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ AZƏRBAYCAN-AMERİKA İQTİSADİ İŞÇİ QRUPUNUN İCLASI İLİN SONUNA TƏXİRƏ SALINIB

BAKI.22.09.2003.MEDİA-PRESS: "İnterfaks-Azərbaycan" agentliyinə Maliyyə nazirliyində verilən məlumata görə, iqtisadi əməkdaşlıq üzrə azərbaycan- amerika işçi qrupunun iclası 2003-cü ilin noyabr-dekabr aylarında Vaşinqtonda olacaq. Nazirliyin məlumatına görə, "Bu, işçi qrupun ikinci iclası olacaqdır. Plana görə, yığıncaq sentyabrda keçirilməli idi, lakin tərəflərin qərarı ilə tədbir təxirə salındı".

Nazirliyin nümayəndəsinin sözlərinə görə, iclasın gündəliyi hələ müzakirə olunmalıdır. Ümumiyyətlə iclasda kiçik və orta sahibkarlığın, sığortanın, aqrar bölmənin və bir sıra başqa sahələrin inkişafında Azərbaycana kömək göstərilməsi məsələləri müzakirə olunacaq. Azərbaycan tərəfdən işçi qrupun həmsədri maliyyə naziri Əvəz Ələkpərovdur. Razılığa görə, işçi qrupu ildə ən azı 2 dəfə toplaşmalıdır. İşçi qrupun ilk iclası bu il mayın 15-də Bakıda olub.


ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ DAĞLIQ QARABAĞ ƏTRAFINDAKI VƏZİYYƏTİ AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN XİN BAŞÇILARI İLƏ MÜZAKİRƏ EDƏCƏKLƏR

BAKI.22.09.2003.MEDİA-PRESS: Oktyabrırn ilk günlərində Parisdə YUNESKO konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması məsələləri üzrə Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşəcəklər. ATƏT-in Minsk qrupunun Rusidan olan yeni həmsədri Yuri Merzlyakov bu haqda jurnailistlərə məlumatında sentyabrın 15-də Vyanada Minsk qrupu üzrə öz amerikalı və fransalı həmkarları ilə görüşünün yekunundan razılıq edərək bildirib ki, Azərbaycanda oktyabrın 15-nə təyin edilmiş prezident seçkiləri başa çatandan sonra həmsədrlərin münaqişə regionuna birgə səfərinin tarixi barədə danışmaq olar.

Rusiyalı həmsədr Ermənistanın bir sıra mətbuat orqanlarında münaqişənin tənzimlənməsi üzrə azərbaycan-ermənistan danışıqlarına Dağlıq Qarabağın cəlb edilməsinin zəruriliyi barədə onun sözlərinin bir qədər təhrif olunduğunu vurğulayıb: "Mən sadəcə bunu arzu etmişəm. Lakin sonda hər şey tərəflərin, yəni Azərbaycan və Ermənistanın, habelə həmsədrlərin fikrindən asılı olacaq ".


BP BTC ƏİK TİKİNTİSİNƏ 500 MLN. DOLLAR AYIRMAĞA HAZIRDIR

BAKI.22.09.2003.MEDİA-PRESS: BP şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin (BTC ƏİK) tikintisinə təqribən 500 mln. dollar kredit ayırmağa hazırdır. BP-Azərbaycanın rəhbəri Devid Vudvord bu haqda məlumatında vurğulayıb ki, kredit kommersiya banklarının şərtlərinə uyğun veriləcək.

Xatırladırıq ki, kredit ayırmalı və ƏİK layihəsinin icrasını təmin etməli olan təşkilatlar 4 qrupa bölünür. Birinci qrupa həm öz vəsaitlərini ayıran, həm də kommersiya banklarının kreditlərinə zəmanət verən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Beynəlxalq Maliyyə korporasiyası (BMK); 2-ci qrupa- ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan material və adanlıq alınmasını maliyyəlşdirmək üçün kommersiya banklarına təminat verən ixrac-kredit agentlikləri; üçüncüyə- kommersiya banklarının özləri (10-dan 30-dək bank ); dördüncüyə isə- iri kreditor şirkətlər, o cümlədən BP və Statil daxildirlər. Bu zaman nəzərdə tutulur ki, ƏİK tikintisinin maliyyələşdirilməsi barədə banklar və kredit təşktlatları ilə bir ümumi saziş balğansın.

Ümumi dəyəri-2,95 mlrd. dollar olan ƏİK tikintisində vəsaitlərin 30 faizi layihə iştirakçılarının, 70 faizi isə kreditlərin payına düşür. Əvvəlcə kreditləri bu ilin may-iyun aylarında almaq nəzərdə tutulurdu. Lakin layihənin reallaşmasındakı yubanma kredit ayrılmasını noyabra kimi geri atdı. Şirkətlər öz daxili imkanları hesablarına maliyyələşməni davam etdirdilər. Bunun üçün təqribən 800 mln. dollar tələb olunur.

Uzunluğu 1767 kilometrə çatan ƏİK Azərbaycan (443 km.)- Gürcüstan (248 km.) və Türkiyə (1076 km.) ərazilərindən keçir. İllik buraxılış qabiliyyəti 50 mln. ton neftə bərabər olan bu xətdə 2003-cü ilin aprelində başlamış inşaat işlərini gələn ilin son rübündə tamamlamaq nəzərdə tutulur. Türkiyənin Ceyhan limanından azərbaycan neftinin ixracına isə 2005-ci ilin 2-ci rübündə başlamaq planlaşdırılır.

BP ( iştirak payı-30,1%), QNKAR (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) layihənin iştirakçısıdır.


"QƏRBİ AZƏRİ" YATAĞINDA QAZMA SÜTUNLARI YERİNDƏN QAÇDIĞI ÜÇÜN 9 QUYU YENİDƏN QAZILMALIDIR

BAKI.22.09.2003.MEDİA-PRESS: "Qərbi Azəri" (Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli"meqastrukturu) yatağında qazma sütunlarının sürüşməsi üzündən 9 quyu "paket şəklində" yenidən qazılacaq. Bu barədə məlumatlı mənbələr xəbər verib. Xatırladaq ki, bu quyuların "paket" qazması hələ avqustda başa çatmışdı. Üst-üstə 4000 metr dərinlikdə quyular qazılıb.

Hazırda "Azəri" yatağının bu hissəsində "AzeriFugro" müştərək müəssisəsi (MM) sürüşmənin səbəblərini aşkar etmək məqsədilə üç geotexniki quyu qazhmağa başlayıb. Tədqiqatlar "Dədə-Qorqud" yarımdalma platformasından aparılır. Geotexniki quyular 200 metrdlən dərin olmayacaq. Mənbə deyib: "Tədqiqatların nəticələri mütəxəssisələrə nəinki sütunların sürüşməsi səbəbəini anlmağa, həm də paket qazmasının davam etdirilməsi üçün yeni sahəni müəyyənləşdirməyə kömək edəcək ". Mənbə qeyd edib ki, sütunların sürüşməsinin qazma podratçısının təqsiri üzündən baş vermədiyi və qazma avadanığında hər şey qaydasında olduğu artıq aydınlaşıb. Başlıca səbəb geologi amildir. "Qərbi-Azəri"də təkrar qazma 5 aydan sonra başlayacaq. O vaxta kimi, burada yeni tava daşı quraşdırılacaq. Media-Pressin müsahibi:" dayaq kimi köhnə tava daşından istifadə oluna bilməzmi?"sualına cavab verib ki, köhnə daşın qaldırılıb təzə yerə aparılması da yeni tava daşının quraşdırılması qiymətinə başa gələcək. Lakin bu, layihənin realizə müddətinə mənfi təsir göstərməyəcək, çünki bütün işlər indiyə kimi vaxtından əvvəl başa çatdırılıb. Hələlik isə "Mərkəzi Azəri"də qazma işlərini davam etdirmək üçün "Dədə-Qorqud" bu yatağa aparılacaq. Xatırladaq ki, "Qərbi-Azəri" də qabaqlayıcı qazma proqramı 10 quyu (9 istismar quyusu və 1 qazma şlamını sovuran quyu ) qazılmasını nəzərdə tutur.


YAPONİYA KONSORSİUMU VƏ ARDNŞ "ATƏŞGAH-YANAN TAVA-MUĞAN-DƏNİZ" LAYİHƏSİNİN TALEYİNİ SENTYABRIN SONUNDA MÜƏYYƏNLƏŞDİRƏCƏKLƏR

BAKI.22.09.2003.MEDİA-PRESS: "Atəşgah-Yanan Tava-Muğan-dəniz" perspektiv blokunun işlənməsi operatoru JAOC yapon konserninin nümayəndələri Xəzərin Azərbaycan şelfindəki bu layihənin sonrakı taleyini müəyyənləşdirmək üçün sentyabrın sonunda Bakıya gələcəklər.

Konsorsiuma daxil olan İtochu Oil şirkətinin Bakı ofisinin rəhbəri Kotaro Morişitanın məlumatına görə, nümayəndə heyəti Azərbaycan respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə danışıqlar aparacaq. Orada blokda qazılmış ilk kəşfiyyat quyusu müzakirə olacaq. O, deyib: "Biz müqavilə öhdəliklərini yerinə yetirib-yetirmədiyimizi ARDNŞ-lə müəyyənləşdirməliyik və yalnız bundan sonra layihənin gələck taleyini həll etməliyik". Media-Press əvvəllər xəbər vermişdi ki, JAOC həmin blokda 2 quyu qazıb. "Yanan Tava" strukturunda qazılan quyu geoloji çətinliklər üzündən axıra çatdırılmadı (layihə dəriniyi-5050) və işlər 4715 metrdə dayandırıldı. İkinci quyu, özüqalxan üzən qazma qurğusu "Qurtuluş"dan qazılıb və "Atəşgah" yatağındakı birinci quyudan 20 kilometr aralıdır. Layihə dərinliyi 5500 olan bu quyuda qazma hələ fevralda başa çatıb. Konsorsium alınan məlumatları tutuşduraraq, yataqda karbohirogenlərin kommersiya ehtiyatlarının aşkarlanmadığını elan etdikdən sonra, Azərbaycandakı fəaliyyətini dondurdu. Buna görə də, ilk kəşfiyyat quyusunda qazma başa çatdırılmadı. ARDNŞ hesab edir ki, yapon konsorsiumu öhdəliklərini axıra kimi icra etməyib və buna görə də, daha bir quyu qazmalıdır.

Media-Press: "Atəşgah-Yanan Tava-Muğan- dəniz" strukturlarının daxil olduğu müqavilə blokunun ümumi sahəsi 510 kv.km., dənizin dərinliyi isə 20-100 metrdir. Məhsuldar qatlar 2 kilometrdən 4 kilometrədək dərinlikdə aşkarlanıb. 75-90 mln. ton neft ehtiyatına malik olan bu layihəyə təqribən 2,3 mlrd. dollar sərmayə qoyulmalıdır. 1998-ci il dekabrın 25-də ARDNŞ (iştirak payı-50%) və Yapon şirkətləri konsorsiumu (22,5%) müqavilə imzaladılar. Konsorsiuma Japex (layihənin operatoru, 22,5% iştirak payı) İNPEX (12,5%), Teikoku (7,5%) və İtochu (7,5%) daxildir. Yaponiya Milli Neft Korporasiyası (JNOC) konsorsiumun xərcələrinin 50 faizini ödəməyi öhdəsinə götürərək, layihənin təşkilatçısı, risklərin sığortalayıcısı və maliyyə zamini kimi çıxış etdi. JNOC konsorsium iştirakçısı olan bütün yapon şirkətlərinin qazancının üçdə ikisini (66,6%) almalı idi.


EXXONMOBİL "ZƏFƏR-MƏŞƏL" BLOKUNDA İLK KƏŞFİYYAT QUYUSUNU OKTYABRDA QAZMAĞA BAŞLAYACAQ

BAKI.22.09.2003.MEDİA-PRESS: Amerika ExxonMobili əvvəllər nəzərdə tutulduğu kimi, sentyabrın deyil, oktyabrın ortalarında Azərbaycanın offşor strukturu "Zəfər-Məşəl"də ilk kəşfiyyat quyusunu qazmağa başlayacaq. Bu haqda məlumat verən Exxon-Azərbaycan şirkətinin baş meneceri Drü Qudberd qazmanın "Lider" yarımdalma qurğusundan aparılacağını bildirərək deyib ki, indi qazma qurğusu testlə yoxlanılır. Bu iş iki-üç həftəyə başa çatmalıdır. Sonra "Lider" qazma nöqtəsinə aparılacaq.

"Zəfər-Məşəl" bloku Bakıdan 130 kilometr cənub-qərbdə yerləşir. Onun müqavilə sahəsi 643 kv. kilometrdir. Burada Xəzərin dərinliyi 450-950 metr arasındadır. İlk kəşfiyyat quyusunun qazılacağı nöqtədə dərinlik -618 metrdir. Quyunun layihə dərinliyi 6800 metrdir. Qazmada əsas məqsəd "fasilə layını" və "Balaxanı layı"nın 8-ci üfüqünü açmaqdır. ARDNŞ və transmilli Schlumberger şirkəti tərəfindən təsis edilmiş Caspian Geophysical müştərək müəssisəsi (MM) quyunun özülünün qoyulması yerini seçməzdən qabaq 850 kv.kilometr sahədə 3-miqyaslı seysmik kəşfiyyat aparıb.

"Zəfər"- "Məşəl" strukturu 1961-ci ildə aparılan seysmik tədqiqatlar nəticəsində aşkarlanıb və orada ilk geofiziki işlər 1985-87-ci illərdə görülüb. Blokda kəşfiyyat qazması aparılmayıb. Müqaviləyə görə, podratçı kəşfiyyat dövrü ərzində 3- miqyaslı seysmik kəşfiyyat aparmağa və 2 kəşfiyat quyusu qazmağa borcludur.

"Zəfər-Məşəl" üzrə müqavilə 1999-cu il aprelin 27-də ABŞ-da imzalanıb. Pay bölgüsü belədir: ARDNŞ -50%, amerika şirkəti ExxonMobil-30% və Conoco-20%. Layihəyə təqribən 2 mlrd. dollar sərmayə qoyulmalıdır. Proqnoz ehtiyatları-140 mln. tondur. Bu neftin 100 mln. tonu- "Zəfər"in, 40 mln. tonu isə- "Məşəl"in payın düşür.


BP ZIĞ ZAVODUNU MODERNLƏŞDİRMƏYƏ BAŞLAYIB

BAKI.22.09.2003.MEDİA-PRESS: Bp-Azərbaycan şirkəti Bakıdakı Zığ zavodunu modernləşdirməyə başlayıb. Burada TPG-500 dəniz platforması üçün modullar yığılacaq. Xatırladaq ki, həmin platforma Xəzərin Azərbaycan şelfinin "Şah-Dəniz" qaz yatağında quraşdırılacaq. "Şah-Dəniz" l ayihəsinin direktoru Rob Kelli zavodun modernləşdirilməsinin 9 ay çəkəcəyini və işlərin 15-20 mln. dollara başa gələcəyini deyib.

Platformanın özünü isə Sinqapurun Keppel Fels şirkəti tikir. Burada da işlər cədvələ uyğun gedir. Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" layihəsinin reallaşmasına bu ilin fevralında rəsmən icazə verilib. İlk mərhələdə 2 layihə gerçəkləşməlidir. Birinci mərhələ qazın işlənməsini, istixracını və daşınmasını, habelə Səngəçal terminalının genişləndirilməsini, ikinci - Bakı-Tbilisi-Ərzrum Cənubi Qafqaz ixrac qaz kəmərinin tikintisini nəzərdə tutur.

Yatağın işlənməsi və istixrac layihəsi TPG-500 dəniz platformasının tikintisini nəzərdə tutur. Bu platformadan dərinliyin 105 metrə qədər olduğu yerlərdə 15 quyu qazıla bilər. Səngəçal terminalını bu ilin son rübündə genişləndirmək nəzərdə tutulub. Bakı-Tbilisi-Ərzrum xəttinin çəkilişinə isə 2004-cü ilin 2-ci rübündə başlanacaq. Azərbaycan qazının Türkiyəyə veilməsi 2006-ci ilin 3-cü rübündə reallaşacaq. İlk mərhələdə TPG-500 platformasından 5 quyu qazılacaq və hər birinin uzunluğu 100 kilometr olan 2 boru xətti ( Səngəçal terminalına kimi -20 düyməlik qaz və 12 düyməlik kondensat) çəkiləcək . Britaniya-Amerika şirkəti -BP (layihənin operatoru, iştirak payı-25,5%), Norveç Statoili (25,5%), Türkiyə TPAO-su (9%), ARDNŞ, italyan-rus MM-i LUCAgip, fransız Total SA-sı (sabiq TotalFin Elf) və NİCO (hərəyə 10%) layihənin iştirakçılarıdır.


HESABLAMALARA GÖRƏ, ARDNŞ 2004-CÜ İLDƏ 8,8 MLN. TON NEFT ÇIXARACAQ

BAKI. 22.09.MEDİA-PRESS: Hesablmalara görə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2004-cü ildə 8,8 mln. ton neft çıxaracaq. Bu barədə jurnalistlərə məlumat verən Yanacaq və Energetika nazirliyi Baş Yanacaq- Energetika Əməliyyatları idarəsinin rəisi İdris Rzabəyovun sözlərinə görə, dövlətə təqribən 8,7 mln. ton neft veriləcək. Qalan 100-120 min ton neft isə ARDNŞ-in daxili ehtiyaclarına və təbii itkilərə hesablanıb.

Rzabəyov kəşfiyyat qazmasının nə üçün az olması sualına cavabında qeyd edib ki, ARDNŞ "Yeni neft yataqlarında işləmir və bu işi yaxın illər üçün planlaşdırmır da. Çünki perspektiv sahələrin hamısı üzrə əcnəbi şirkətlərələ müqavilələr bağlanıb. Köhnə yataqlarda isə kəşfiyyat quyuları qazmaq səmərəli deyil. Çünki kəşfiyyat qazması istsimar qazmasına nisbətən 3-4 dəfə çox vəsait tələb edir. O ki, qaldı qaz istixracının artırılması imkanlarına, Azərbaycanda qazma işləri aparılası perspektiv strukturlar vardır. Məsələn, "Günəşli" yatağının dayaz hissəsində məhsuldar laylar mövcuddur ".


"BAHAR" - "NEFT DAŞLARI" SUALTI QAZ BORUSU ÇƏKİLİŞİNİN 80 FAİZİ BAŞA ÇATIB

BAKI.22.09.2003. MEDİA-PRESS: "Bahar" yatağını "Neft daşları" ilə birləşdirəcək sualtı qaz borusunun 80 faizi çəkilib. 68 kilometrlik boru xəttinin artıq 56 kilometri Xəzərin dibinə döşənib. Hava şəraiti imkan versə, çəkiliş işləri sentyabrın sonuna kimi başa çatacaq. Müvafiq sınaqlardan sonra, oktyabrda qaz xətti istifadəyə veriləcək. Azərbaycan Yanacaq və Energetika nazirliyi Baş yanacaq-energetika əməliyyatları idarəsinin rəisi İdris Rzabəyov jurnalistlərə bu haqda məlumat verərək deyib ki, yeni qaz borusu "Günəşli" yatağından qaz daşımaları həcmini artırmaq üçün yox, ona paralel çəkilən və hazırda işləyən 20- düyməlik kəmərdə təzyiqi azaltmaq üçündür. Yeni kəmər qazın daşınması həcmlərini paylaşdırmağa imkan verəcək. Bununla belə, qaz nəqlinin həcmi çox da artmayacaq. Gündəlik artım təqribən 250 min kub metr olacaq.

Əgər "Günəşli" dən qaz nəqlinin xeyli artırılmasından danışmalı olsaq, bunun üçün daha bir yüksək təzyiqli boru çəkilməlidir. Rzabəyovun sözlərinə görə, bel layihə artıq planlaşdırma mərhələsini keçir. Yeni "Bahar"-"Neft daşları" xətti ilə gündə 5,5 mln. kub metr qaz axıdılacaq. Tikinti 32 mln. dollara başa gələcək.


"GÜNƏŞLİ" YATAĞININ DAYAZ YERİNDƏ 13 SAYLI DSP-NIN TİKİNTİSİ GƏLƏN İLİN ƏVVƏLLƏRİNDƏ BAŞA ÇATACAQ

BAKI.22.09.2003.MEDİA-PRESS: Xəzərin azərbaycan şelfində "Günəşli" yatağının dayaz yerində 13 saylı dəniz stasionar (daimi) platformasının tikintisi 2004-cü ilin əvvəllərində başa çatacaq. Media-Pressə bu haqda ARDNŞ-də verilən məlumatda qeyd olunur ki, hazırda platformada modullar yığılır və elektrik avadanlığı quraşdırılır. Platforma yalnız 2001-ci ildə Həştərxandan Azərbaycna qaytarılmış 7 blok-moduldan ibarət olacaq. Rusiya tərəfi ARDNŞ-lə əmlak münasibətləri həll edilmədiyi üçün ,10 il idi ki, modulları özündə saxlayırdı. Qaytarılmış blok-modulların texniki vəziyyəti qənaətbəxş olmadığı üçün, ARDNŞ onların təzələnməsinə əlavə vəsait xərcləməli olub.

2004-cü ilin axırları üçün 13 saylı platformadan quyular qazılmasına başlamaq planlaşdırlır. Buradan 8 qaz və 12 neft quyusu qazılmalıdır. Platformadan gündədlik 2,3 mln. kub metr qaz hasil ediləcəyi gözlənilir. Neft istixracının həcmləri isə hələlik dəqiqləşdirilməkdədir. ARDNŞ bundan əvvəl "Günəşli" yatağının dayaz yerində- 14 saylı istixrac platformasında genişləndirmə işləri aparıb. Bu platformadan qazılmalı olan 12 quyu artıq gələn il yataqda neftin gündəlik istixrac həcmini 16 min tondan 18 min tona çatdırmağa imkan verəcək. Xatırladırıq ki, hazırda bütün azərbaycan neftinin 65 faizi, yaxud dəniz hasilatının 83 faizi "Günəşli" yatağının dayaz yerlərində çıxarılan yanacağın payına düşür. Burada hesablanan neft ehtiyatları təqribən 94-135 mln. tondur.


SƏMT QAZININ "AZƏRİQAZ"A VERİLMƏSİ ÜÇÜN SƏNGƏÇALDA YENİ KOMPRESSOR STANSİYASI TİKİLMƏYƏCƏK

BAKI.22.09.2003.MEDİA-PRESS: Səmt qazının "Azəriqaz" Səhmdar Cəmiyyəti (SC) sisteminə verilməsi üçün Səngəçal neft terminalında yeni kompressor stansiyası tikilməyəcək. Yanacaq və Energetika Nazirliyi Baş yanacaq-energetika əməliyyatları idərsinin rəisi İdris Rzabəyov bu haqda məlumatında qeyd edib ki, səmt qazı terminaldan 40-41 atmosver təzyiqlə daxil olacaq. SC-nın ixtiyarında olan borular bu təzyiqə tab gətirməz. Ona görə də, orada təzyiqi 20 atmosferə endirə bilən qaztənzimləyicisi quraşdırmaq və yalnız bundan sonra yanacağı "Azəriqaz"ın paylaşdırma şəbəkəsinə vermək planlaşdırılır.

Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində beynəlxalq konsorsiumun istixrac etdiyi səmt qazıının Azərbaycana verilməsi üçün yeni boru xətti tikiləcək. Bu xətt Səngəçal terminalından "Azəriqaz"ın paylaşdırma şəbəkəsinədək uzanacaq. Bu barədə BP (AÇQ operatoru), ARDNŞ və "Azəriqaz" SC arasında artıq razılaşma mövcuddur. 3,5 km. uzunluğunda olan boru ildə 700 mln. kub fut qaz nəql edə biləcək. Boru xəttinin çəkilişi Səngəçal terminalının genişləndirilməsi layihəsi çərçivəsində nəzərdə tutulsa da, ARDNŞ-ın öz vəsaitləri hesabına reallaşacaq. Bütün zəruri materiallar artıq sifariş edilib. Qaz borusunun çəkilişi 2004-cü ilin birinci rübündə başlayacaq.

Bu gün Səngəçal terminalına daxil olan neftin hamısı sudan və qazdan ayrılma prosesi keçir. Bu zaman alınan səmt qazı isə yandırılır. Yeni qazqurutma qurğusunun tikilməsi imkan verəcək ki, səmt qazı yandırılmasın və ARDNŞ-ə verilsin. Şirkət isə bu yanacağı öz istehlakçılarına paylayacaqdır. Terminalda qaz məşəllərini daha nadir hallarda görmək mümkün olacaq. Gələcəkdə bu, qaz idxalını azaltmağa imkan verəcək.