AZƏRBAYCAN HÖKÜMƏTİ 2004-CÜ İL, YANVARIN 1-DƏN DİVİDEND GƏLİRİNDƏN 10 FAİZLİK VERGİ TUTMAQ NİYYƏTİNDƏDİR

BAKI.26.09.2003.MEDİA-PRESS: Azərbaycanda fiziki və hüquqi şəxslərin hər növ səhmdən dividend şəklində aldıqları gəlirə 2004-cü il yanvarın 1-dən 10 faizlik vergi dərəcəsi tətbiq edilə bilər. Repsublika Maliyyə nazirliyində "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda məlumatda qeyd olunub ki, "dividendlərə vergi qoyulması məsələsi hökümətdə razılaşdırılıb və artıq müvafiq qanun layihəsi də hazırlanıb".

1999-cu ildən repsublikada qüvvədə olmuş vergi güzəştləri müəssisə və şirkətlərin aksiyalarından dividendlər şəklində alınan gəlirin vergidən azad olunmasını nəzərdə tuturdu. Güzəştlər fiziki və hüquqi şəxsləri səhmlər almağa həvəsləndirmək üçün müəyyən edilmişdi.


BAKIDA MÜASİR TEXNOLOGİYALAR ÜZRƏ NATO SEMİNARI KEÇİRİLİR

BAKI. 26.09.2003.MEDA-PRESS: Azərbaycanın elmi sahədə NATO ilə əməkdaşlığının ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı nöqteyi-nəzərindən böyük əhəmiyyəti vardır. Azərbaycan Milli Elmlər akademiyasının prezidenti Mahmud Kərimov sentyabrın 26-da Bakıda fəaliyyətə başlamış NATO-nun müasir texnoloiyalar üzrə seminarında belə deyib. O, həmçinin indiki seminarın elmi sahədə NATO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım olacağına inandığını bildirib.

Seminarda 28 ölkənin 70 nümayəndəsi iştirak edir. Azərbaycan NATO-nun Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulan "Virtual (mümkün) ipək yolu" elmi proqramı layihəsinə bu ilin mayında qoşulub. Layihədə məqsəd həmin ölkələrin elmi-təhsil ocaqlarını Avropanın yüksək sürətli peyk-internet şəbəkəsinə qoşmaqdır.


GƏNCƏDƏ ƏRZAĞIN KEYFİYYƏTİNİ YOXLAYAN MÜNSİFLƏR LABORATORİYASI AÇILIB

BAKI.26.09.2003.MEDİA-PRESS: Azərbaycanın 2-ci böyük şəhəri Gəncədə ərzaq mallarının keyfiyyətini yoxlamaq məqsədilə münsiflər laboratoriyası açılıb. Laboratoriya Azərbaycan İqtisadi İnkişaf nazirliyinin istehlak mallarının ekspertizası mərkəzi yanında fəaliyyət göstərəcək.

Nazirlikdə Media-Pressə verilən məlumata görə, laboratoriya respublikanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Xanlar,Samux və Goranboy rayonlarnın daxil olduğu bütün şimal-qərb zonasında fəaliyyət göstərəcək.

Labaratoriyanın müasir avadanlığı imkan verir ki, qida məhsullarının dövlətdaxili və beynəlxalq standartlara uyğunluğu yoxlanılsın və əhali daha keyfiyyətli ərzaqla təmin edilsin. Belə bir labaratoriya artıq keçən il Naxçıvan Muxtar Respublikasında açılıb.


"EKOLOGİYA VƏ İQTİSADİYYAT ARASINDA AHƏNG" MÜSABİQƏSİNİN QALİBİ MƏLUMDUR

BAKI.26.09.2003.MEDİA-PRESS: BP-Azərbaycan şirkəti öz tərəfdaşları- Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), "Şah-Dəniz" və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəməri (BTC ƏİK) layihələri üzrə öz tərəfdaşları adından Azərbaycanda biorəngarənglik üzrə ikinci müsabiqənin qaliblərinə mükafatlar verildiyini elan edib. Bu dəfə "Ekolojiya və iqtisadiyyat arasında ahəng" müsabiqənin mövzusu olub.

Müsabiqə iştirakçılarının təkliflərini qiymətləndirmək üçün iki komissiya yaradılıb. Qalibləri müəyyənləşdirən meyarlar: elmi əsaslandırma, uzunmüddətli üstünlük, İqlimin dəyişdirilməsi üçün və bioloji müxtəlifliyi qorumaq üçün ikiqat fayda, sabitlik istiqamətində təşəbbüslər, ölçüyə gələn nəticələr və uğur, habelə iqtisadi səmərədən ibarət olub. Komissiyalar Azərbaycanın aparıcı ekspertlərinin və elmi ictimaiyyət nümayəndələrinin daxil olduğu elmi məsləhət qrupundan və BP ekspertləri və rəhbərliyinin nümayəndələrindən ibarət mükafatları təltif edən komitədən ibarət olub.

Müsabiqəyə yerli elmi istehsalat şöbələrindən 25 layihə daxil olub. Bu ilin müsabiqəsinin baş mükafatı Azərbaycan Demoqrafları Assosiasiyasının Xəzərdə nərəkimilərin sayının bərpasına yönəlmiş layihəyə verilib. Layihənin dəyəri 20 min dollardır.

İkinci mükafat "Azərbaycanda məməlilərin biomüxtəlifliyi haqqında bilgi" layihəsinə verilib. Layihəni "Ekosfera" sosioloji mərkəzi və yerli elmi istehsalat birliyi "Azərbaycan Mamoloqları" (zoologiyanın məməlilər bəhsi) birgə təqdim ediblər. Bu layihənin dəyəri 5 min dollardır. Üçüncü mükafat isə Balıq Təsərrüfatı institutuna Xəzərdə nərəkimilərin müdafiəsi işinə görə verilib.

Müsabiqənin iki iştirakçısı hər biri min dollar olmaqla həvəsləndirici mükafat alıb. Müəlliflər bioloji müxtəlifliyin qorunması üzrə elmi işlərinə görə təşviq ediliblər. Azərbaycan zooloqları cəmiyyəti "Xəzərin Cənub sahilində məskunlaşan və kökü kəsilmək təhlükəsi altında olan quş növləri və onların müdafiəsi " layihəsini, Azərbaycan Ornitologiya (zoologiyanın quşlar bəhsi) cəmiyyətinin NABU (Almaniya) təşkilatı ilə birlikdə təqdim etdiyi "Azərbaycanda quşların məskunlaşmasının mühüm zonalarının monitorinqi proqramının hazırlanması" layihəsinin sahibləridir.


BP AZƏRBAYCANIN "İNAM" OFŞOR STRUKTRUNDA KƏŞFİYYAT QUYUSUNU LAYİHƏLƏŞDİRİR

BAKI. 26.09.2003.MEDİA-PRESS: BP şirkəti Xəzərin Azərbaycan hissəsində "İnam " perspektiv strukturunda kəşfiyyat quyusunu layihələşdirməyə başlayıb. Bu barədə juranlistlərə məlumat verən BP-Azərbaycan şirkətinin rəhbəri Devid Vudvord deyib ki, bu işə başlamaq ərəfəsində biz sahənin yeni seysmik xəritəsini tərtib edərək yeni quyunun qazılacağı nöqtəni seçdikdən sonra, sənədləri layihə üzrə tərəfdaşlarımız olan "Shell" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə razılaşdırdıq. Bütün gələn il ərzində də hazırlıq işləri görüləcək. Qazma işləri 2004-cü ilin sonunda başlayacaq".

Amma BP rəhbəri yarımdalma platformasının hələ seçilmədiyinə istinad edərək qazma işlərinin hansı platformadan aparılacağını demədi.

Media-Press əvvəllər xəbər verib ki, "İnam"da İNX-1 saylı ilk kəşfiyyat quyusunun qazılması 2001-ci ilin baharında lay təzyiqi yüksək olduğu üçün 4550 metr dərinlikdə (layihə dərinliyi 5025) dayandırılıb. Bununla əlaqədar qərara alınmışdı ki, ən münasib variant tapılana qədər qazma işləri bərpa edilməsin. 2 yoldan biri seçilməli idi: ya xüsusi avadanlıqdan istifadə etməklə qazma davam etdirilməli, ya da yeni quyu qazılmalı idi. Cənab Vudvordun qeyd etdiyi kimi ilk kəşfiyyat quyusu hələlik konservləşdirilib. Əgər ikinci kəşfiyyat quyusu müsbət nəticə verərsə, birincidə də qazma işlərinin bərpası imkanına baxıla bilər.

"İnam" strukturunun kəşfiyyatı və işlənməsi üzrə PSA (məhsulun bölüşdürülməsi) tipli saziş 1998-ci il iyulun 21-də imzalanıb, həmin il dekabrın 1-də ölkə parlamentində təsdiq edilib. İştirakçılar: ARDNŞ-50%, BP-25% və Shelldir-25%. Strukturda dənizin dərinliyi 30-150 metr arasındadır. Məhsuldar layların ümumi uzunluğu-18, eni-4,5 kilometr, hündürlüyü-700 metrdir. Məhsuldar qatların dərinliyi 4500 metrə yaxındır. ARDNŞ mütəxəssislərinin hesbalamalarına görə, "İnam" da 100 mln. ton neft və 100 mlrd. kub metr qaz vardır. Müqavilənin şərtlərinə görə, yataqda neftin sənaye ehtiyatları tapılarsa, 25 il istismar ediləcək. Layihəyə 1,7-2 mlrd. dollar sərmayə qoyulacaq.


D.VUDVORD: "QƏRBİ AZƏRİ" DƏKİ PROBLEMLƏR AÇG YATAQLARININ İŞLƏNMƏSİ MÜDDƏTİNƏ TƏSİR ETMƏYƏCƏK

BAKI.26.09.2003.MEDİA-PRESS: "Qərbi Azəri" yatağında qazma zamanı yaranmış problemlər "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı layihəsinin reallaşması müddətinə heç cür təsir etməyəcək və təsdiq olunmuş cədvələ uyğun gələn ilin axırlarında "Azəri"də ilk neft çıxarılacaq. "BP-Azərbaycan" şirkətinin başçısı Devid Vudvod jurnalistlərə bu haqda məlumat verib.

Xatırladaq ki, Xəzərin Azərbaycan hissəsindəki AÇG yataqlarının meqastrukturu "Qərbi Azəri"də 9 qabaqlayıcı quyu qazılarkən sütunlar yerindən qaçıb. Bu quyuların "paket" qazması hələ avqustda başa çatmışdı. Üst-üstə 4 min metr dərinliyində qazma işləri görülmüşdü. İndi orada geotexniki tədqiqat aparılır. Yalnız bu iş başa çatdıqdan sonra qəzanın səbəblərini müəyyənləşdirmək, sonrakı işlərin gedişini və dəyən ziyanın miqyasını hesablamaq mümkün olacaq. Vudvord eyni halda vurğulayıb ki, belə iri layihələrin reallaşmasında bu qəbil hadisənin baş verməsində qeyri-adi bir şey yoxdur. Hal-hazırda AzəriFugro müştərək müəssisəsi "Azəri" yatağının həmin hissəsində qazma sütunlarının çürüməsi səbəblərini aydınlaşdırmaq üçün 3 geotexniki quyu qazmağa başlayıb. Tədqiqat işləri "Dədə-Qorqud" yarmdalma platformasından aparılır. Geotexniki quyunun dərinliyi 200 metri keçməyəcək. Tədqiqatların nəticələri mütəxəssislərə nəinki sütunların sürüşməsi səbəbini anlamağa kömək edəcək, həm də paket qazmasının davamı üçün yeni yeri müəyyənləşdirməyə imkan verəcək. İndinin özündə artıq məlumdur ki, sütunun sürüşməsi qazma podratçısının təqsiri üzündən baş verməyib və qazma avadanlığı qaydasında olub. Başlıca səbəbi geoloji amildə axtarmaq lazımdır.

5 aydan sonra "Qərbi Azəri" də təkrar qazma başlayacaq. O vaxta kimi burada yeni tava daşı quraşdırılacaq. Hələlik isə "Dədə-Qorqud" platforması "Mərkəzi Azəri"də qazma işlərini davam etdirmək üçün oraya aparılacaq. Xatırladaq ki, "Qərbi Azəri"də qabaqlayıcı qazma proqramı 10 quyunun (9 istismar və 1 qazma şlamını sovuran) qazılmasını nəzərdə tutur. Vudvordun sözlərinə görə, "Mərkəzi Azəri" və "Şərqi Azəri" layihələri üzrə işlər cədvəli qabaqlamaqla görülür və xərclər də nəzərdə tutulduğundan azdır.


AZƏRBAYCAN HÖKÜMƏTİ ENERJİ DAŞIYICILARININ DAXİLİ TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ YENİDƏN BAXIR

BAKI.26.09.2003.MEDİA-PRESS: Azərbaycan höküməti eneridaşıyıcılarının topdansatış qiymətlərinə yenidən baxır. Respublika Yanacaq və Energetika naziri Məcid Kərimov jurnalistələrə müsahibəsində belə deyib.

Xatırladaq ki, Azərbaycanda enerji daşıyıcılarının daxili qiymətlərinin dünya qiymətləri səviyyəsinə çatdırılması Beynəlxalq Valyuta Fondunun (BVF) tələblərindən biridir. Ölkə höküməti hələlik bu addımı atmaqdan qəti imtina edir. Belə ki, İqtisadi İnikşaf naziri Fərhad Əliyevin sözlərinə görə, BVF-nin təklifi yerinə yetirilə bilməz. Çünki, "ölkə daxilində topdansatış qiymətləri ilin əvvəlində artırılıb. Pərakəndə satış qiymətlərinin artırılması məsələsi yaxın zamanda gündəlikdə durmur. Əgər biz görsək ki, vətəndaşlarımız müvafiq xidmətləri dünya qiymətləri üzrə ödəyə bilərlər, onda biz bu məsələyə baxılmasına yenidən qayıda bilərik". Öz növbəsində Ümumdünya Bankı (ÜB) bu məsələdə fərqli siyasət aparır. Məsələn, ÜB-nın Azərbaycandakı nümayəndəsi Əkbər Nouman deyib ki, bu mərhələdə bank enerji daşıyıcılarının qiymətlərinin artırılmasına yox, istifadə olunan energiyə görə haqq yığılmasının yaxşılaşdırılmasına üstünlük verir. Noumanın fikrincə, Azərbaycanda elə vəziyyət yaranıb ki, bir tərəfdən qaz və enerji paylaşdırıcı strukturların normal işi üçün əlavə dövlət vəsaitləri tələb olunur, digər tərəfdən isə əhalinin yoxsul təbəqələri bu xidmətləri ödəmək gücündə deyil. Bununla belə, dövlət müəyyən mərhələdə istəsə də, istəməsə də qiymətləri artırmalı olacaq. Ancaq bu, gələcəyin məsələsidir.

Bundan əlavə, belə vəziyyətin əhalinin aztəminatlı təbəqələrinə daha mənfi təsirinin qarşısını amaq üçün onların sosial müdafiəsi üzrə tədbirlər hazırlanmalıdır. İndi ÜB ekspertləri və Azərbaycan höküməti belə proqram üzərində işləyirlər.


VƏSAİT OLMADIĞI ÜÇÜN AZƏRBAYCAN "İTERA"-DAN ƏLAVƏ 1,5 MLRD. KUB METR QAZI ALA BİLMİR

BAKI.26.09.2003.MEDİA-PRESS: "Azəriqaz" Səhmdar Cəmiyyəti (SC ) ilə "İtera" arasındakı müqaviləyə əsasən əlavə 1,5 mlrd. kub metr qazın alınması sərbəst vəsaitin mövcudluğundan asılıdır. İndilikdə lazımi vəsait olmadığı üçün, Azərbaycan əlavə qaz ala bilmir. Respublikanın Yanacaq və Energetika naziri Məcid Kərimov jurnalistlərə deyib ki, 2004-cü ilə kimi vəsait tapılmasa, gələn il bu həcmi "İtera"dan tələb etmək mümkün olmayacaq.

SC 2003- cü ildə əlavə 1,5 mlrd. kub metr qaz alınmasına dair "İtera" ilə müqaviləni martın 24-də Bakıda imzalayıb. Qazın hər min kub metri 52 dollara başa gələcəkdi. Həm də azərbaycan tərəfi dəyərin 50 faizini pulla, 50 faizini isə avadanlıqla ödəməli idi.

O ki, qaldı Azərbaycan Dövlət Neft şirkətinin 4 mlrd. kub metr qazın alınmasına dair elə həmin "İtera" ilə bağladığı müqaviləyə, burada heç bir problem yoxdur. Nazir müqavilənin qüvvədə olduğunu və qiymətinin tam ödənildiyini vurğulayaraq xatırladıb ki, Azərbaycan ildə 5 mlrd. kub metrdən bir qədər çox qaz istixrac edir, 4 milyardı isə elektrik stansiyaları üçün alır. Ancaq ölkənin qaza tələbatı daha çoxdur. Deməli, ya çox istehsal eləməli, ya da idxal artırılmalıdır. "Şah-Dəniz yatağı"nda qaz hasil edildikdən sonra, oradan daxili ehtiyaclar üçün zəruri miqdarda yanacaq götürüləcəkdir.


QAZPAYLAŞDIRICI ŞƏBƏKƏLƏRİN UZUNMÜDDƏTLİ İDARƏYƏ VERİLMƏSİ MƏSƏLƏSİNƏ GƏLƏN İL BAXILACAQ

BAKI.26.09.2003.MEDİA-PRESS: Azərbaycanın qazpaylaşdırıcı şəbəkələrinin uzunmüddətli idarəyə verilməsi məsələsinə 2004-cü ildə baxılacaq. Respublika Yanacaq və Energetika naziri Məcid Kərimov bu haqda məlumatında qeyd edib ki, qaz şəbəkələrini idarəyə götürmək istəyən şirkətin qazancı olmalıdır. Ona görə də qazın qiyməti kommersiya baxımından əlverişli olacaq.

İqtisadi İnkişaf naziriyində Media-Pressə bildiriblər ki, bu məsələnin həllinin gecikdirilməsi Azərbaycan qaz emalı zavodunun (AzQez) özəlləşdirilməsi ilə bağlıdır. Nazirlik bu müəssisəni ayrıca yox, sahənin digər obyektləri ilə birlikdə özəlləşdirmək istəyir. İş burasındadır ki, AzQez dəfələrlə özəlləşdirilməyə çıxarılsa da, onu alan hələlik tapılmayıb. İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sözlərinə görə, Azqez özəlləşənə kimi bir sıra məsələləri, o cümlədən qaz alınması, onun əhaliyə satılması və qaz idxalına dövlətin yardımı məsələlərini həll etmək lazımdır. Az QEZ 2002-ci ilin yanvarında özəlləşdirilməyə çıxarılmışdı. Ancaq qazın topdansatış qiyməti kimi məsələnin öz həllini tapmaması (bu qiyməti dövlət tənzimləyir və hər min kub metr qazın qiyməti 64 min manat- 13 dollar həcmindədir) nəticəsində müsabiqə keçirilmədi. Özəlləşmədən sonra müəssisənin yeni sahibləri qazın və başqa məhsullarının qiymətini artırmaq barədə məsələ qaldıra bilərlər.

Az Qez 1961-ci ildə tikilib. Orada təbii qaz və qaz kondensatı emal edilir. Əsas məhsul quru qazdan, qaz benzinindən (qazoil), texniki butan və ağır kondensatdan ibarətdir. İstehsalat gücü ildə 6 mlrd. kub metr qaz emal etməyə imkan verir.


AMERİKANIN CASTNER ŞİRKƏTİ "AZƏRNEFTYAĞ" ZAVODUNDA TƏMİZLƏMƏ QURĞUSUNDA ELEKTRON İDARƏ SİSTEMİNİN QURAŞDIRILMASINI GƏLƏN İL BAŞA ÇATDIRACAQ

BAKI.26.2003.MEDİA-PRESS: Castner ameika şirkəti "Azərneftyağ" Bakı Neft Emalı zavodunda GLOU-avt- 6 qurğusunda elektron idarəetmə sisteminin quraşdırılmasının 2004-cü ilin ilk günlərində başa çatdırmaq niyyətindədir.

"İnterfaks" agentliyinin bu məlumatında dəyəri 8,4 mln. olan müqavilənin Castnerlə cari ilin fevralında bağlandığı və hal-hazırda Lotar Tradinq Britaniya şirktinin həmin qurğuda əsaslı təmir apardığı qeyd olunur. Zavod bu şirkətlə 5 mln. dollar dəyərində olan müqaviləni də fevralda bağlayıb. Təmirdən əlavə şirkət bunun üçün 6,1 mln. dollar dəyərində material və avadanlıq da gətiribdir. Bütün işlər ilin axırına kimi yekunlaşmalıdır.

"Azərneftyağ" zavodu Azərbaycan Dövlət Neft Şirktinin qurumu kimi, dizel yanacağı, mazut, təyyarə benzini və müxtəlif yağlar istehsalı üzrə ixtisaslaşıb. Zavodun emal gücü ildə 14 mln. ton olsa da, son illərdə burada 3 mln. tona yaxın neft emal edilir.


TÜRKMƏNSAYAĞI MÜBALİĞƏ: 17 İLDƏ NEFT-QAZ SƏNAYESİNƏ 63 MLRD. DOLLAR İNVESTİSİYA QOYULACAQ

BAKI.26.09.2003.MEDİA-PRESS:2003-2020-ci illərdə Türkmənistanın neft-qaz sahəsinə 63 mlrd. dollara yaxın sərmayə qoyuluşu planlaşdırılır. Özü də bu vəsaitin 25,6 mlrd. dollarını məhsulun bölünməsi barədə sazişlər üzrə neft sahəsinə birbaşa xarici investisiyalar təşkil edəcək.

8-ci Beynəlxalq "Türkmənistan neft və qazı" konfransında çıxış edən respublika Neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Taçberdı Tağıyev bu haqda bəyanat verib. ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, Yaponiya, Çin və bir sıra Avropa ölklərinin 75 neft-qaz və servis şirkətinin aparıcı avadanlıq və texnologiya istehsalçılarının, beynəlxalq maliyyə institutlarının iştirak etdiyi bu konfransdakı çıxışında nazir 17 ildə 26,2 mlrd. dollarlıq əsas istehsal fondlarının istismara verilməsinin və 9,3 mlrd. dollarlıq avadanlıq alınması planlaşdırılır.

T. Tağıyev deyib ki, indi məhsulun bölüşdürülməsi prinsipi ilə 5 saziş qüvvədədir. Bunlardan 2 layihə quruda, üçü isə Xəzər dənizinin Türkmənistan hissəsindədir. O, qeyd edib ki, məhsulun bölüşdürülməsi şərti ilə müqavilə bağlayıb işləyən xarici sərmayədarlar Türkmənistanın neft-qaz bölməsinin inkişafına töhvələrini artırıblar. Son 7 ildə neft sənayesinə 800 mln. dollardan çox vəsait qoyulub. Bu il isə təqribən 180 mlrd. dollar sərmayə qoyulacağı gözlənilir.

Nazirin gətirdiyi rəqəmlərə inansaq, Türkmənbaşının təkəbbürlü planlarını indiki sürətlə həyata keçirmək çətin ki, mümkün olsun. Axı, ölkənin neft-qaz sektoruna bu hesabla ildə ən azı 4 mlrd.dollar sərmayə yatırılmalıdır. Ancaq Türkmənistanda investisiya şəraiti, bir çox əlamətlərə görə, çox da əlverişli deyildir. Təsadüfi deyildir ki, nəhəng təbii qaz ehtiyatına baxmayaraq, əslində iri beynəlxalq şirkətlərdən heç biri onun istixracına pul qoymaq istəyini biruzə verməyib. Türkmənistanda qaz və nefti bir qayda olaraq, məşhur olmayan şirkətlər çıxarır.

Həm də sərmayə qoymaq istəyənləri də ölkə prezidenti Saparmurat Niyazovun anlaşılmaz xasiyyəti çəkindirir. Buna çoxlu misal çəkmək olar. Türkmən qazının verilməsi barədə Rusiya "Qazprom"u ilə sazişin dəfələrlə pozulmasını xatırlamaq kifayətdir. Oxşar vəziyyət indi Ukraynaya qaz istixracında və Xəzərin şimal sahili ilə qaz borusu çəkilməsində də yarana bilər. Növbədə isə daha bir əzəmətli layihə- transəfqanıstan qaz xəttinin çəkilişi durur. Bu xəttlə qazı Əfqanıstan Pakistana, əlverişli şəraitdə isə Hindistana ötürməyi planlaşdırılır. Doğrudur, təhlilçilər indiyə kimi dərk edə bilmirlər ki, Türkmənbaşı bu qədər qazı haradan alacaq. Axı bu ölkənin bütün qazını almalı olan "Qazprom"a, bundan əlavə Ukraynaya və Transəfqanıstan kəmərinə də qaz tapılmalıdır.


İRAN 7 NEFT TANKERİ ALMAQ BARƏDƏ DANIŞQLAR APARIR

BAKI.26.09.2003.MEDİA-PRESS: İran Milli Neft donanması şirkəti ümumi su tutumu 775 min tona çatan 7 tanker alınması barədə danışıqlar aparır. Şirkətin icraçı direktoru Məhəmməd Suri "Fars" agentliyinə məlumat verib ki, danışıqlar yaxın vaxtlarda başa çatmalıdır. O, əlavə edib ki, ilin axırına kimi İran tankerləri 60 mln. ton neft və neft məhsulları daşıyacaq. Bu ilin ilk beş ayında (məlumdur ki, İranda yeni il martın 21-dən başlayır) artıq 25 mln. ton neft və neft məhsulları daşınıb. Başqa sözlə, milli neft donanması tankerləri hər ay orta hesabla 5 mln. ton yanacaq daşıyır. İran tankerləri bir çox ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı, Kuveyt və Avropa ölkələri üçün də tranzit yükləri daşıyır.

Məhəmməd Suri İran qazının Hindistana ixracı məsələsinə toxunaraq deyib ki, əgər Dehli İrandan maye qaz almağa qərar verərsə, Milli tankerlərimiz onu daşımağa hazırdır. İran və Hindistan bunun üçün zəruri olan tankerləri ayrı-ayrılıqda tikəcəklər. 2007-ci ilin sonuna kimi 4, 2010-cu ilə kimi 12 tanker tikilməlidir. Əgər bu layihənin icrasına başlanarsa, hər il Hindistana 27 mlrd. kub metr qaz ixrac ediləcək.


KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRİLMƏSİNDƏN AZƏRBAYCAN BÜDƏSİNƏ 390 MLRD. MANAT(79,26 MLN. DOLLAR) PUL KÖÇÜRÜLÜB

BAKI.26.09.2003. MEDİA-PRESS: Bu ilin 9 ayında kiçik və orta müəssisələrin özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə 23,8 mlrd. manat (4,83 mln. dollar) daxil olub. Bu məddətdə 748 müəssisə özəlləşdirilib. Ancaq özəlləşdirmənin başlandığı 1994-cü ildən bəri 29 min obyekt ayrı-ayrı adamlar tərəfindən alınıb və onlar dövlət büdcəsinə 390 mlrd. manat (79,26 mln. dollar ) köçürüblər.

İlin əvvəlindən bəri tikintisi yarımçıq qalmış obyektlərin özəlləşdirilməsi barədə verilən 27 sərəncamdan büdcəyə daha 2,5 mlrd. manat (581,13 min dollar ) daxil olub. Hesabat dövründə şəxsi müəssisələrin yerləşdiyi 124 torpaq sahəsi büdcəyə daha 5,6 mlrd. manat (1,138 mln. dollar ) gətirib.