rus || eng
İRAN TANKER DONANMASININ YARADILMASINA $3,1 MİLYARD XƏRCLƏYƏCƏK
BAKI.05.04.2004.MEDİA-PRESS:
İran 2010-cü ilədək 3,1 milyard dollar dəyərində 51 tanker alacaq. İran news İran milli tanker donanmasının icraçı direktoru Məhəmməd Suriyə istinadən xəbər verir ki, dəyəri $577 milyona çatan 17 neft tankeri artıq tikilir və daha 22 tanker ( $550 milyon ) isə layihələşdirilir.
Bununla yanaşı , İran maye qaz nəql edə bilən 12 tanker ($2,04 milyard dəyərində) tikdirməyi də planlaşdırır. M.Suri deyib: "Biz istərdik ki, bu layihənin maliyyələşdirilməsi və həyata keçirilməsində əcnəbi şirkətlər də iştirak etsinlər".
APRELİN SONUNDA TEHRANDA İRAN QAZININ İXRACINA DAİR KONFRANS OLACQ
BAKI.05.04.2004.MEDİA-PRESS:
Aprelin 25-26-da Tehranda İran qazının ixracına dair ilk beynəlxalq konfrans olacaq və məqsəd İİR-in qaz sektoruna əcnəbi investorları cəlb etməkdir.
FARS agentliyinin məlumatına görə, konfransda İran təbii qazının Avropa və Hindistana nəqli üçün kəmərlərin çəkilişi, eləcə də maye qaz istehsalı layihələrinin realizəsi məsələləri araşdırılacaq.
Britaniya BP-si, fransız Total-ı və norveç Statoil-i konfransın keçirilməsi xərclərini üzərlərinə götürüblər.
2004-CÜ İLDƏ AZƏRBAYCANIN YÜK GƏMİLƏRİNƏ RUSİYANIN DAXİLİ SU YOLLARI İLƏ AZOVDAN XƏZƏRƏ HƏRƏKƏT ETMƏYƏ İCAZƏ VERİLİB
BAKI.05.04.2004.MEDİA-PRESS:
Rusiya hökuməti 2004-cü ilin naviqasiyası dövründə Azərbaycanın yük gəmilərinə RF-in daxili su yolları ilə Azov dənizindən Xəzərə və geriyə üzməyə icazə vermək barədə qərar qəbul edib. Bu sərəncamı baş nazir Mixail Fradkov imzalayıb.
HİD-də (hökumət informasiya departamenti) jurnalistlərə bildiriblər ki, hər hal üçün icazəni RF Ticarət və Rabitə nazirliyi verəcək. Bu zaman nazirlik RF Müdafiə nazirliyinə bildiriş göndərəcək, Rusiyanın dövlət sərhədlərindəki buraxılış məntəqələrində beynəlxəlq yük rabitəsi üçün açılmış sərhəd, gömrük, sanitar-karantin, veterinar, fitosanitar və sair yoxlamlar tətbiq edəcəkdir.
Baş nazirin sərəncamına görə,RF Nəqliyyat və Rabitə nazirliyi " bu gəmilərin RF daxili su yolları ilə keçməsi qaydalarını müəyyənləşdirməliditr".
BAKU STEEL COMPANY RUSİYAYA TİKİNTİ ARMATURUNUN İXRACINA BAŞLADI
BAKI.05.04.2004.MEDİA-PRESS:
Bakı poladtökmə şirkəti BAKU STEEL COMPANY məhsulunu Rusiyaya ixrac etməyə başlayıb və tikinti armaturunun ilk iki vaqonunu yola salıb. Bu vaxtadək Azərbaycan özü Rusiya və Ukraynadan armatur idxal edirdi. Lakin Baku Steel Company-nin keyfiyyətli məhsulu onun ixracını mümkün edib.
Şiərkətdə bildiriblər ki, onlar armaturu İran, Qazaxıstan. Türkmənistan, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinə də göndərirlər. BP neft şirkətinin iki iri podratçısı Azfen və TML Borova (Türkiə) da müəssisədən ildə 20 min ton armatur alır. İsveçrənin Keyfiyyətə nəzarət beynəlxalq şirkəti Baku Steel Company-nin məhsulunun keyfiyyətinə zəmanət verir.
İllik layihə gücü 350 min tona çatan zavod real olaraq 250 min ton armatur istehsal edir.
AZƏRBAYCAN-RUSİYA BİZNES-FORUMUNUN NƏTİCƏLƏRİ ƏSASINDA RAZILAŞMALARIN İCRASINI ƏLAQƏLƏNDİRMƏ QRUPU YARADILACAQ
BAKI.05.04.2004.MEDİA-PRESS:
Sabah Bakıda ilk azərbaycan-rusiya iqtisadi forumu açılır. Tədbirdə hər iki ölkənin işgüzar və hökumət dairələrinin nümayəndələri iştirak edəcək. Forum ticari-iqtisadi münasibətlərin təmayül və perspektivinə həsr ediləcək.
Azərbaycan-rusiya İşgüzar Əməkdaşlıq Palatasının sədri İntiqam Hüseynov "İnterfaks-Azərbaycan" agentliyinə deyib ki, biznes -forumun sonunda əldə edilmiş razılaşmaların icrasının əlaqələndirilməsi üçün , daimi fəaliyyət göstərən orqan yaradılacaq. Zənnimcə, bu, işçi qrup şəklində bizim Palatamız nəzdində yaradıla bilər.Həmin struktur görüşdə əldə ediləcək razılaşmaların yerinə yetirilməsini əlaqələndirə və mövcud problemləri aradan qaldıra biləcəkdir.
ERMƏNİSTAN PREZİDENTİ VƏZİYYƏTİN GƏRGİNLƏŞƏCƏYİ TƏQDİRDƏ MÜXALİFƏTİ DƏF ETMƏK NİYYƏTİNDƏDİR
BAKI.05.04.2004.MEDİA-PRESS:
Ermənistan prezidenti Robert Köçəryan ölkədə vəziyyətin gərginləşəcəyi təqdirdə ,müxalifətin cavabını layiqincə verəcəyini vəd edir.
"Ermənistana indi sabitlik gərəkdir.Müxalifət vəziyyəti gərginləşdirmək istəsə, dövlət onun layiqli cavabını verəcək". Jürnalistlərə bu fikrini açıqlayan prezident ölkənin siyasi həyatında yaranmış vəziyyəti "təcavüzkar siyasi azlığın" hökumətə təzyiqi kimi dəyərləndirib və xüsusi vurğulayıb ki, müxalifətin Ermənistan əhalisini və investorları ölkədə vəziyyətin pisləşə bilməsi ehtimalları ilə qorxutması yolverilməzdir.
"AZƏRİ" LAYİHƏSİNİN REALİZƏSİNƏ $3 MİLYARD XƏRCLƏNİB
BAKI.05.04.2004.MEDİA-PRESS:
"Azəri" layihəsinin tikinti işlərinə ("AÇG"-"Azəri-Çıraq-Günəşli" offşor yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində) $3 milyard xərclənib. Bu il daha $1,7 milyard sərf ediləcək. Bu məlumatı BP-Azərbaycan şirkətinin vitse prezidenti Nil Şou verib.
Qeyd edək ki, əgər 2003-cü ildə "Azəri" layihəsinin "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində gündəlik məsrəf $6 milyon idisə, bu il -$6,5 milyon olacaq. Hal-hazırda bu layihənin reallaşmasına 9500 yerli personal cəlb edilib.
Nil Şou "Mərhələ-1" çərçivəsində tikinti işlərinin cədvələ ciddi riayət olunmaqla aparıldığını, nəzərdə tululan iş həcminin 90 faizinin görüldüyünü deyib. "Mərkəzi Azəri"nin dəniz platforması üçün dayaq blokunun quraşdırılmasına başlanıb. Platforma üzərində qazma vışkası qoyulub. "Qərbi Azəri"də platforma tikililərinin 48 faizi, "Şərqi Azəri"də isə- 18 faizi reallaşdırılıb.
AÇG blokunun işlənməsinin "Mərhələ-1" layihəsində işlərin başlanmasına 2001-ci il avqustun 20-də icazə verilib və "Azəri" yatağının mərkəzi hissəsinin işlənməsini, yəni orada "Mərkəzi Aəri" istixrac platformasının quraşdırılmasını və 48 quyu qazılmasını nəzərdə tutur. "Mərhələ-1"-in qüvvədə qalacağı müddətdə oradan 193 mln. ton (1,425 mlrd. barrel) neft çıxarılacaq. Ən yüksək istixrac səviyyəsi dövründə illik hasilat 18,7 mln. ton ( gündə-375 min barrel) təşkil edəcək. "Mərhələ-1"-in dəyəri 3,4 mlrd.dollardır.
"Azəri"nin tam işlənməsi üçün yatağın şərq və qərb hissələrində hər birindən 48 quyu qazıla bilən iki platforma quraşdırmaq nəzərdə tutulub. Hər iki platforma "Mərhlə-2" çərçivəsində tikilir və bu işə başlanılmasına 2002-ci il sentyabrın 18-də icazə verilib. Bu platformalardan ilk neftin çıxarılması 2006-cı ilin 2-ci rübünə və 2007-ci ilin 1-ci rübünə nəzərdə tutulub ki, bu da illik hasilatı 20 mln. tondan çox ( gündə 420 min barrel ) artırmağa imkan verəcək. "Mərhələ-2"nin dəyəri isə- 5, mlrd. dollardır.
AÇG-nin işlənməsi müqaviləsinin iştirakçıları:
BP ( operator-34,1367%), ARDNŞ(10%), UNOCAL (10,2814%), İNPEX(10,0%), Statoil (8,5633%),ExxonMobil (8,0006%), TPAO(6,7500%). Devon(5,6262 %),İTOCHU 93,9205%) və Delta Ness (2,7213%) şirkətləridir.
"Mərhələ-1" və "Mərhələ-2"-nin podratçıları McDermott (amerika), Bouygues Offshore və Eiffel ( frana), Saipem (italiya ) Emtunga (isveç) və başqalarıdır.
AÇG LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SƏNGƏÇAL TERMİNALININ GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ İŞLƏRİN 90 FAİZİ GÖRÜLÜB
BAKI.05.04.2004.MEDİA-PRESS:
"AÇG" yataqlarının işlənməsi layihəsi çərçivəsində Səngəçal terminalınan genişləndirilməsi müəyyən edilmiş qrafikə uyğun gedir və bütün işlərin 90 faizi görülüb. Terminalın genişləndirilməsi layihəsinin analitiki Nadir İmanovun sözlərinə görə, hər birinin 125 min ton (800 min barrel) tutumu olan iki neft çəninin tikintisi başa çatıb. Hər bir çənin hündürlüyü -22 metr, diametri isə -100 metrdir. Çənlərin tikilməsinə Fransadan gətirilmiş 6 min ton polad vərəqə işlədilib. Azərbaycanda bu çənlərin hələki tayı-bərabəri yoxdur. "AÇG" yataqlarının tammiqyaslı işlənməsinin "Mərhələ-1" layihəsi çərçivəsində lay sularının yığılması üçün çənin tikintisi də başa çatıb."Mərhələ-2" çərçivəsində neft hasilatı başlayanda daha 2 belə çən tikiləcək. İndiyədək Səngəçalda mövcud olmuş 4 çənin ümumi tutumu 500 min barreldir.
N. İmanov deyib ki, BTC kəməri üçün baş nasos stansityasının tikintisində işlərin 60 faizi görülüb. Nasoslar artıq terminal ərazisinə gətirilib və quraşdırılmaqdadır.
Ən çox neft hasil edilən dövrdə bu terminal gündə 1 milyon barrel neft və 1 milyard kub fut ( 28,3 milyon kubmetr ) qaz buraxa biləcək. "Şah-Dəniz" qaz yatağının istismarı başlayandan sonra, burada gündə 900 milyon kub fut qaz emal edilərək Azərbaycan, Gürcüstan və Türkiyəyə veriləcək. Yataqdan ilk qazın ixracı 2006 -cı ilin əvvəli üçün nəzərdə tutulur.
AMERİKA MCDERMOTT CASPIAN CONTRACTORS BP-AZERİBAİJAN ÜÇÜN DALĞIC GƏMİSİNİ MODERNLƏŞDİRİR
BAKI.05.04.2004.MEDİA-PRESS:
ABŞ McDermott Caspian Contractors şirkəti BP-Azerbaijanın sifarişi ilə "Tofiq İsmayılov" dalğıc gəmisini moderləşdirməyə başlayıb.BP-nin vitse-prezidenti Nil Şounun dediyinə görə, təmir yayadək çəkəcək və $35 milyona başa gələcək. Sonra bu gəmidən dənizin dibinə fibro-optik kabel döşənməsi üçün istifadə ediləcək.
Xatırladaq ki, bu şirkət bundan qabaq BP-nin başqa sifarişini icra edərək, "İsrafil Hüseynov" boru döşəyən gəmisini və "Xəzərdənizneftdonanması"nın daha 3 köməkçi gəmisini modernləşdirmişdi. Bu gəmilərdən "Çıraq" yatağından Səngəçaladək boru xətləri çəkilişində istifadə edilib.
2004-CÜ İLİN 3 AYINDA AZƏRBAYCANDA 1,26 MLRD. KUBMETR QAZ ÇIXARILIB
BAKI.05.04.2004.MEDİA-PRESS:
Azərbaycanda bü ilin 3 ayında 1,26 mlrd.kubmetr qaz qaz çıxarılıb ki, bu da planlaşdırılandan 4,9 % artıqdır.
Dövlət Neft şirkətində (ARDNŞ) Media-Pressə bildiriblər ki, bu həcmin 1,002 milyardını ARDNŞ-in bölmələri, 257,5 milyon kubmetrini - ABƏŞ (Azərbaycan Bynəlxalq Əməliyyat şirkəti) , 35,4 milyon kub metrini isə - birgə müəssisələr (BM) çıxarıb. Martda 430,1 milyon kubmetr qaz hasil olunub: ARDNŞ -339,2 milyon, ABƏŞ- 90,9 milyon, BM-11,6 milyon kubmetr.
Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10 mlrd. kubmetr qaz lazımdır. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mld. kub metr qaz almışdı. Bu il onu əvəzləyən "Qazprom" Azərbaycana 2,75 mlrd. kubmetr yanacaq verməyi planlaşdırır. Bundan əlavə ARDNŞ və "KazRosQaz" QSC arasındakı saziş çərçivəsində Azərbaycana daşa 4,5 milyard kubmetr qaz veriləcək. ARDNŞ Kazaxıstanın bu şirkətindən qazın min kubmetrini 52 dollara alır.Azərbaycan bazarının idxal qazına tələbatı ildə 6 mlrd. kubmetrə yaxındır.
Səngəçal neft terminalının genişləndirilməsi çərçivəsində qazqurutma qurğusu istifadəyə verildikdən sonra, respublika əlavə həcmdə qaz əldə edəcək.Hazırda terminala daxil olan neft su və qazdan ayrılır .Bu yolla ələ gələn səmt qazı hələ də məşəl kimi yandırılmaqdadır. Lakin təzə qazqurutma qurğusu bu bədxərcliyin qarşısını alacaq. ARDNŞ bu əlavə qazı öz istehlakçılarına verə biləcəkdir. Şirkət bu ideyanın gerçəkləşməsi üçün qaz qəbul edən xüsusi qurğu və Səngəçal qazpaylaşdırma məntəqəsinədək boru çəkməyi də planlaşdırır.
YANVAR-MART AYLARINDA AZƏRBAYCANDA 2,23 MLN. T. NEFT ÇIXARILIB
BAKI.05.04.2004.MEDİA-PRESS:
Bu ilin 3 ayında ARDNŞ və onun iştirakı ilə yaradılmış BM (birgə müəssisələr) 2,23 milyon ton neft çıxarıblar ki, bu da nəzərdə tutulduğundan 2,6% və ya 55,5 min ton artıqdır. Dövlət Şirkətində Media-Pressə bildiriblər ki, ötən ilin eyni dövrünə nisbətən hasilat 0,6% artıb.
Bu həcmin 2,003 milyon tonu ARDNŞ-in bölmələrinin ( artım-0,7%) və 227,4 min tonu BM-in payına düşüb.
Martda ARDNŞ 763,6 min ton ( 22,7 min ton və ya 3,1% artıq) istixrac edib ki, bunun 686,9 min tonu neft-qazçıxarma idarələrinin, 76,7 min tonu isə -BM-in payına düşüb.
Bu il respublikada 15,45 milyon ton neft çıxarılacağı ehtimal edilir. Bü həcmin 8,75 milyon tonunu - ARDNŞ, 6,7 milyon tonunu-ABƏŞ hasil edəcəklər. 9,2 mln. ton ixrac neftinin 6,7 milyon tonu -Bakı-Supsa,2,5 milyon tonu isə -Bakı-Novorossiysk marşrutları ilə axıdılacaq.
MARTDA MİƏ İDARƏSİ 208 MİN TON NEFT VƏ 103 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.05.04.2004.MEDİA-PRESS:
Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar (MİƏ) idarəsi martda 103,618 min ton neft məhsulları ixrac edib. Şirkətdə Media-Pressə bildiriblər ki, xaricilərə ən çox dizel yanacağı göndərilib - 44,609 min ton. 34,853 min t.-avtomobil benzini, 23,563 min ton- təyyarə yanacağı , 593 ton- butan ixrac edilib. Fevralda xaricə soba yanacağı göndərilməyib. MİƏ idarəsi ilin əvvəlindən bəri 220, 94 min ton neft məhsulları ixrac edib. Bunun yarısındın çoxu -118,613 min tonu - dizel yanacağıdır.
ARDNŞ Bakı - Novorossiysk kəməri ilə martda - 208,785 min ton, 3 ayda isə-766, 185 min ton neft ixrac edib.
Xatırladaq ki,bu il də həmin marşrutlaəvvəlki illərin səviyyəsində neft axıdılacaq -2,5 milyon ton. Bu "şimal" marşrutu ilə axıdılan neftin hər tonu bizə 15, 67 dollara( müqayisə üçün: Bakı-Supsa kəmərində hər ton- 2,7 dollara!) başa gəlir.
Bakı-Novorossiysk xətti 25 oktyabr 1997-ci ildə istifadəyə verilib. ARDNŞ bu kəmərlə ildə 2,5 milyon ton neft ixrac edir.
1999-cu ilin yanvarında neft ixracı barədə Rusiya və Azərbaycan arasında imzalanmış hökumətlərarası müqaviləyə uyğun olaraq, tərəflərdən biri müqaviləni qüvvədən salmaq niyyətini müddətin qurtarmasına yarım il qalmış qarşı tərəfə bildirmirsə,müqavilə hər il avtomatik surətdə uzadılır. Tərəflər qarşılıqlı razılıq əsasında hər 5-ildən bir sazişə düzəlişllər də edə bilərlər.
DAĞISTANIN TƏHLÜKƏSİZLİK ORQANLARI MOZDOK-QAZI-MƏHƏMMƏD QAZ - VƏ BAKI-NOVOROSSİYSK NEFT KƏMƏRLƏRİNDƏ TƏXRİBAT ÜZRƏ CİNAYƏT İŞLƏRİ AÇIB
BAKI.05.04.2004.MEDİA-PRESS:
Dağıstanda Mozdok-Qazı Məhəmməd magistral qaz kəmərində təxribata dair cinayət işi açılıb. Xatırladaq ki, keçən cümə qaz borusunun bir hissəsi gecə vaxtı partladılıb. Nəticədə Dağıstan sakinləri də qazsız qalıb, Azərbaycana da qaz ixracı dayandırılıb.
"RosQazEksport"-un nümayəndəsi Media-Pressə bildirib ki, bu gün Azərbaycana yerli vaxtla axşam saat 17-dən sonra qaz verilməsi bərpa olunacaq.
Cümə günü partladılmış "Mozdok-Qazı Məhəmməd" magistral qaz kəməri bazar günü sübh çağı tam bərpa edilib. İndi boruya qaz vurulur. Şirkətin təmir dəstələri partlayış baş vermiş nöqtədə 11 metr uzunu ıə 1200 mm.diametrində borunu təzəsi ilə əvəzləyiblər.
Şirkətin nümayəndəsi Həsən Əbdürəhmanov "Bakı-Novorossiysk neft kəmərinin də partladılmış hissəsinin dəyişdirilməsinə başlanıldığını deyib və qeyd edib ki, Uytaşa rayonunda qaz magistralının sıradan çıxarılmasından 15 dəqiqə sonra , neft kəməri də partladılıb.
Partlayış faktı ilə bağlı təxribat haqqında cinayət işi açılıb.
BTC NEFT KƏMƏRİ ÜZRƏ HÖKUMƏTLƏRARASI SAZİŞİN TƏFƏRRÜATI GÜRCÜSTAN MƏHKƏMƏSİNİN QƏRARINA ƏSASƏN DƏRC OLUNACAQ
BAKI.05.04.2004.MEDİA-PRESS:
Tbilisinin Mtasminda-Krsanisk rayon məhkəməsi "Yaşıl alternativ" Asosiasiyasının iddiasını ödəyərək, hökm çıxarıb ki, Gürcüstan Parlamenti "Gürcüstan, Azərbaycan və Türkiyə ərazilərindən keçən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac kəməri (ƏİK) ilə neftin nəqliyyatı barədə Gürcüstan, Azərbaycan və Türkiyə arasında hökumətlərarası müqavilənin mətninin və ona əlavələrin rəsmən dərc olunmasını təmin etsin".
"Novosti-Qruziya" agentliyinin məlumatına görə, Gürcüstan XİN-i və Parlamenti cavabdeh qismində, Ətraf mühitin qorunması və Təbii ehtiyatlar (ƏMQTE) nazirliyi, Gürcüstan Beynəlxalq Neft korporasiyası, eləcə də BTC co üçüncü tərəf kimi məhkəmə prosesində iştirak ediblər.
Adı çəkilən saziş və əlavələri Gürcüstan Parlamenti 2000-ci il mayın 31-də təsdiqləsə də,bu günədək rəsmən dərc olunmadığı üçün, ölkənin geniş ictimaiyyəti sənədlərin mətnindən xəbərsizdir.
Keçən həftə Tbilisinin Dairə Məhkəməsi "Yaşıl alternativ" Assosiasiyasının ƏMQTE və Xarici İşlər nazirlikləri və ölkə parlamentinə qarşı iddiasını təmin etməyib. İddia BTC neft kəmərinin Gürcüstan ərazisində tikintisinə aid idi. Assosiasiya buna nail olmaq istəyirdi ki, kəmərin tikintisinə ƏMQTE nazirliyinin 2002-ci il noyabrın 30-da verdiyi icazə etibarlı sayılmasın və bu sənəd yenidən verilsin.
ODESSA-BRODI KƏMƏRİNİN ÇƏTİNLİKLƏRİ KİYEVƏ İBRƏT OLMAYIB?
BAKI.05.04.2004.MEDİA-PRESS:
Odessa-Brodı kəməri ilə bağlı problemlər, görünür, Kiyevə dərs olmayıb. Məlumdur ki, bu başıbəlalı, Rusiya XİN-in müavini Viktor Kalyujnının sərrast ifadəsi ilə desək, "düşüncəsiz və yöndəmsiz" tikilmiş kəmər çox əcayib bir səbəbdən hələ də boş qalmaqdadır-nədi-nədi, layihəçilər Odessa-Brodı marşrutu üçün nefti haradan götürəcəklərini fikirləşməyiblər.
İndi isə Ukrayna maye qazı (MQ) istehsal və ixrac etmək istəyir, hərçənd "mavi yanacaq" sarıdan özü qıtlıq çəkir və idxal edir.
Milli Səhmdar şirkəti (MSŞ) "Naftoqaz Ukrainı" Qaradəniz limanlarından birində 6 milyard kubmetr gücündə MQ istehsalı üzrə zavod tikmək istədiyini elan edib."Naftoqaz" ölkədəki qaz qıtlığına rəğmən, qaradəniz şelfində çıxarılıan qazı ixrac etməyi planlaşdırır. Layihənin təqribi dəyəri -$1,2-1,5 milyarddır.
"Kommersant" Ukrayna hökumətindəki mənbəyə istinadən yazır ki, Odessa yaxınlığındakı Yujnı limanının ( burada artıq neft emalı zavodu işləyir) sənaye meydançasında zavod tikilməsi üstün variant sayılır."Naftoqaz"ın rəhbəri Yuri Boykonun sözlərinə görə, layihə artıq hökumətin ilkin dəstəyini qazanıb və Avropanın bir sıra neft-qaz şirkətlərinə də danışıqlar aparılmasına dair təkliflər göndərilib .
"Naftoqaz"ın İdarə heyətinin sədr müavini İqor Voronin rusiya qəzetinə müsahibəsində deyib:" Zavodun inşaası Avropanın energetik korporasiyaları ilə şirkətimizin əməkdaşlığını genişləndirəcək. Ona görə ki, biz bərabər əsaslarla birgə müəssisə yaratmaq və 50:50 sxemi ilə zavod tikilməsini maliyyələşdirəcəyik .Bu halda investor uzun müddətə MQ alacağı barədə öhdəlik götürməlidir".
"Naftoqaz Ukrainı"nın mətbuat xidməti bildirib ki, İspaniyanın bir neçə şirkəti il ə danışıqlar başlayıb. Lakin layihə ispanlarla yanaşı Aralıq dənizi hövzəsi ölklərinin ayrı-ayrı şirkətlərinə də təklif ediləcək . "Kommersant" yazır ki, layihədə iştirak təklifi Odessa-Brodınn istismarı üzrə "Naftoqaz"ın ehtimalı tərəfdaşı-Chevron Texaco-ya da göndərilib.
İlk baxışda hər şey yaxşı görünür. Ancaq, iş burasındadır ki, Ukraynanın illik tələbatı 70 milyard kubmetr olsa da, özü ildə vur-tut 20 mitlyard kubmetrdən bir qədər artıq qaz istixrac edir və çatışmayan yanacağı Türkmənistandan idxal ( 2003-də -36 mlrd.kubm.) və "Qazprom"un qazının ölkə ərazisindən tranzitinin "natura ilə ödənişi" (26 mlrd.k.m.) hesabına ödəyir. Zavodun tikintisinə başlanacağı 2006-cı ildə "Naftoqaz" "mavi yanacaq" istixracını 24 mlrd.kubmetrə çatdırmağı planlaşdırır.
Ölkə rəsmiləri vurğulayırlar ki, zavod rusiya , yaxud türkmənistan qazını deyil. qaradəniz və azov şelfinin "mavi yanacağı"nı emal edəcək.Ehtimala görə, 2006-cı ildə "Naftoqaz"ın və Kerçdə İNDİSMİN şirkətinin layihələrində istixrac artacaq. Artım Krımın yanacağa tələbatını üstələyəcək və belədə MQ zavoduna qaz indilikdə "Qazprom" qazını Balkan yarımadasına daşıyan "Soyuz" kəmərləri sistemi ilə nəql edilə bilər.
Qeyd edək ki, "Naftoqaz"ın bu layihəsi Rusiyadan kənarda MDB məkanında gerçəkləşəcək MQ istehsalı üzrə ilk layihə olacaq."Qazprom" özü isə diqqətini ayrı bazarlara yönəltdiyi üçün, yeni MQ zavodlarını Uzaq Şərqdə, Arxanqelsk və Murmansk limanlarında tikmək variantlarını nəzərdən keçirir.
<<< <<<