rus || eng
2004 -CÜ İLDƏ QAZAXISTAN 54-55 MİLYON RON NEFT VƏ QAZ KONDENSATI ÇIXARACAQ
BAKI.07.04.2004.MEDİA-PRESS:
Cari ildə Qazaxıstan 54-55 milyon ton neft və qaz kondensatı çıxaracaq. Parlamentdəki çıxışında bu rəqəmləri açıqlayan Enercetika və Mineral ehtiyatlar (EME) naziri Vladimir Şkolnik 2005-ci ildə hasilatın-60-61, 2010-da-90 və 2015-də - 150 milyon tondan çox (Xəzər şelfi də nəzərə alınmaqla) olacağını deyib.
EME naziri 2003-cü ildə ölkədə 51,4 milyon ton neft və qaz kondensatı hasil edildiyini və bunun 2002-ci ildəkindən 8% çox olduğunu, bu həcmin cəmisi 11 mln. tonunun dövlətin, qalanının isə investorların payına düşdüyünü və sərmayəqoyuluşlarının ildən-ilə artdığını vurğulayıb. V.Şkolnik 2015-ci ildə Qazaxıstanın neft sahəsinə $4,5 milyard, Kaşaqanın istismarının 40 ilində isə yalnız bu yatağa $57,1 milyard maya qoyulacağını deyib.
QAZAXISTAN VƏ RUSİYA KARAÇAQANAK YATAĞINDA MQZ TİKİNTİSİNƏ DAİR ÇƏTİN DANIŞIQLAR APARIR
BAKI.07.04.2004.MEDİA-PRESS:
Qazaxıstanan Energetika və Mineral Ehtiyatlar (EME) nazirliyi rusiya hökuməti ilə Karaçaqanak yatağında MQZ tikintisinə dair gərgin danışıqlar aparır. EME naziri Vladimir Şkolnikin məlumatına görə, danışıqlar "çox çətin gedir", tikintinin rentabelli olması üçün elə etmək lazımdır ki, rusiya-qazaxıstan sərhədlərinin kəsişdiyi məntəqədə qazın min kubmetrinin qiyməti haradasa $49-54 həndəvərində olsun. Rusiya gərək özünün Qərbi Avropa və Ukraynadakı gəlirlii bazarlarını bizimlə də bölüşsün ki, biz də əvəzində ona nəsə verə bilək. Bax, ağır danışıqlar prosesi məhz bu barədədir".
V.Şkolnik hesab edir ki, rusiya hökuməti ilə bu danışıqların "yaxşı" gələcəyi var, çünki 2010-cu ildən sonra Avropa bazarı "balansı itirəcək". Avropada və Rusiyada qaza tələbat artır, deməli, bizim də qazımıza tələbat artacaq ( Karaçaqanakın mənimsənilməsinin 3-cü mərhələsinə keçməklə, illik yanacaq hasilatı ikiqat artacaq - qaz kondensatı -12 milyon tona, qaz isə-25 mildyard kubmetrə yüksələcək). Qarşımızda duran vəzifə -qaz nəqliyyatının ədalətli qiymətləri barədə və rusiya qaz kəmərləri sisteminə yol tapmaq üçün razılığa gəlməkdir. Əgər bu cür qərar qəbul edilərsə, Qazaxıstan layihənin maliyyələşdirilməsinin 60-70 faizini təşkil edəcək, podratçı isə, təbii ki, onun 30-40 faizini maliyyələşdirməli olacaq". Sitatın sonu.
Karaçaqanakda qaz emalı zavodu tikiləcək. $1,2 milyarda başa gələcək bu obyekt 7-8 ilə öz xərcini çıxaracaq. Yatağı mənimsəyən konsorsiuma italiya Agip-i, britaniya BG-si, amerika Chevron Texaco-su və rusiya Lukoyl-u daxildirlər.
İRAN 8 İLDƏN SONRA ASİYAYA MAYE QAZ İXRACINA ÜMİD BƏSLƏYİR
BAKI.07.04.2004.MEDİA-PRESS:
İran 8 ildən sonra asiya bazarlarına da maye qaz çıxara biləcəyinə ümid edir, çünki oranı avropa bazarlarından daha əlverişli sayır. Dövlət Neft şirkəti İnkişaf departamentinin başçısı Mehdi Hüseyni maliyyə qəzeti "Əbrar-e Eqtesadi"yə müsahibəsində əlavə edib ki, " biz avropa bazarları barədə düşünmürük, çünki asiya bazarları daha cəzbedicidir".
O, indi ABŞ-ın daha perspektivli yanacaq növü saydığı qazın bu ölkəyə ixracı imkanını da rədd edib.
Qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikinci olan İran hələ də bir sıra beynəlxalq qadağalar məngənəsindədir və bu amil ölkənin bir neçə mühüm layihəsinin kerçəkləşməsini əngəlləyir.
Reuters-in məlumatına görə, hal-hazırda özünün bir sıra qaz layihələrinin gerçəkləşməsini, xüsusən də Saxalindəki yataqlarının mənimsənilməsini, sürətləndirir. Bu layihələr də maye qazın asiya bazarlarına, ələlxüsus Yaponiyaya ixracını nəzərdə tutur. Qətər də qonşusu İranla şərikli mənimsədiyi Cənubi Pars yataqları hesabına indi dünyada maye qaz yanacağının ən böyük ixracçılarından biri sayılır -ildə 15 milyon ton.
ERMƏNİSTAN İRAN QAZININ DƏYƏRİNİ ELEKTRİK ENERJİSİ İLƏ ÖDƏYƏCƏYİNƏ ÜMİD BƏSLƏYİR
BAKI.07.04.2004.MEDİA-PRESS:
Ermənistana qazın ixracına 2005-ci ildə başlayan İran onun hər kubmetrinin əvəzində 3 kvt/saat elektrik enerjisi alacaq. MEHR agentliyinə bu məlumatı verən, lakin adının açıqlanmasını istəməyən mənbə əlavə edib ki, iran qazının Ermənistana ixracına dair danışıqlarda tərəflər heç cür ümumi məxrəcə gələ bilmirdilər. Son məqamda qərara alınıb ki, iran qazı qarşılıqlı faydalı müqaviləyə əsasən veriləcək və Ermənistan hər kubmetr üçün 3 kvt/saat elektrik enerjisi ödəyəcəkdir.
İran birinci il 500 milyon kub metr qaz verəcək və sonradan illik ixrac həcmini -1,5 milyard kubmetrə çatdıracaq. Qaz boru ilə nəql ediləcək. Lakin belə boru hələ yoxdur və onun çəkilişi məsələsi mayın sonunadək həllini tapmalıdır.
Mənbə qeyd edib ki, İran qazının Ermanistana ixracına gələn ilin ikinci yarısında başlanmalıdır. Ancaq boru çəkə bilən podratçı hələ tapılmayıb.
OPEK-İN NEFT SİYASƏTİ QLOBAL ÜDM-İ 0,5% AZALDIB
BAKI.07.04.2004.MEDİA-PRESS:
OPEK-in neft siyasəti son iki ildə qlobal ümumi daxili məhsulu (ÜDM) ən azı -0,5% salıb. İri neft-qaz istehlakçılarını, ilk növbədə İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının (İƏİT) üzvlərini təmsil edən İEA ( Beynəlxalq Energetika agentliyi) təhlilçiləri bu qənaətə gəliblər.
İEA mütəxəssislərinin əqidəsincə, " OPEK-in enerjidaşıyıcılarının hədsiz yüksək qiymətlərini nəzərə alınmadan neftin istixrac-ixrac kvotalarının ixtisarına dair 31 martda verdiyi qərar yalnız neft istehlak edən ölkələr üçün deyil,həm də ixracçılar üçün son dərəcə mənfi nəticələr verə bilər".
İEA ekspertləri hesab edirlər ki, dünya neft kartelinin qərarları, ələlxüsus da sonuncusu, " OPEK və İEA-nı bir birinə düşmən kəsilmiş iki düşərgəyə ayırıb. Halbuki bu iki beynəlxalq təşkilatın İraq müharibəsinin qarşısının alınması naminə sıx əməkdaşlıq etdiyi dövrlər də olub".
STİVEN MANN ATƏT-İN DAĞLIQ QARABAĞ ÜZRƏ MİNSK QRUPUNUN HƏMSƏDRİ KİMİ ABŞ-I TƏMSİL EDƏCƏK
BAKI.07.04.2004.MEDİA-PRESS:
ABŞ hökumətinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mann ATƏT-in Dağlıq Qarağağ üzrə Minsk qrupunun yeni amerikalı həmsədri kimi Rudolf Perinanı əvəzləyəcək. ABŞ-ın ölkəmizdəki səfiri Reno Harniş müdafiə naziri Səfər Əbiyevlə görüşündə bu məlumatı verərək deyib:" ABŞ onun danışıqlar prosesinə yeni nəfəs verəcəyinə inanır".
R. Perina iki ilə yaxın Minsk qrupunun həmsədri olub. S. Mann isə son 3 ildə Xəzər regionu məsələlərində AĞ evin xüsusi nümayəndəsi kimi,enerji layihələrinin realizəsi ilə fəal məşğul olub.
ABŞ səfiri S.Əbiyevlə görüşündə qeyd edib ki, ölkəsi "qarabağ probleminin danışıqlar yolu ilə uzunmüddətli həllinə tərəfdardır". Azərbaycanın müdafiə nazirinin fikrincə,münaqişənin ədalətli həllinin yeganə yolu budur ki, "Azərbaycanın işğal olunmuş ərazilərinin hamısı boşaldılmalıdır". S.Əbiyev vurğulayıb ki, silahlı qüvvələrimiz " ABŞ Silahlı qüvvələri ilə əməkdaşlığı inkişaf etdirməyə hər zaman hazırdır".
YEKATERİNBURQDA AZƏRBAYCAN KONSULLUĞU OLACAQ
BAKI.07.04.2004.MEDİA-PRESS:
Tezliklə Yekaterinburqda azərbaycan konsulluğu açılacaq. Bu razılıq dünən Bakıda RF Sverdlovsk vilayətinin valisi (qubernatoru) Eduard Rosselin respublika prezidenti İlham Əliyevlə görüşündə əldə edilib.
Sverdlovsk İnformasiya siyasəti departamentində bildiriblər ki, konsulluğun açılışı Orta Ural üçün mühüm addımdır və bu yerlərdə azərbaycan diasporunun həyatını sivil çərçivəyə salmağa imkan verəcək. Bu gün Uralda məskunlaşmış 300 mindən çox azərbaycanlının 45 minit Sverdlovsk vilayətinin sakinidir.
İ. Əliyev və E. Rossel iqtisadi ilişkilərin inkişafı yollarını da müzakiə ediblər.
Bu cün Ural-Azərbaycan iqtisadi əməkdaşlığı dinamik inkişafdadır- son 3 ildə əmtəə dövriyyəsi 4,5 dəfə artıb. Əgər sazişin imzalandığı 2001-ci ildə tərəflər arasında əmtəə dövriyyəsinin həcmi $ 7 milyon idisə,2002-də- $ 22,6 milyon, 2003-də isə 0 $30,1 milyon olub. Orta Uralın paytaxtında Azərbaycan konsulluğunun açılması bu artıma ciddi təkan olacaq.
RUSİYA AZƏRBAYCANA KOSMİK İNFORMASİYANI QƏBUL VƏ TƏHLİL EDƏN STANSİYA VERƏCƏK
BAKI.07.04.2004.MEDİA-PRESS:
Rusiya Azərbaycana kosmik informasinı qəbul və təhlil edən stansiya verəcək. Bu gün iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası rusiya-azərbaycan komissiyasının Bakıdakı iclasının sonunda bu barədə saziş imzalanıb.
İmzalanma mərasimində qeyd olunub ki, RF Elmi-Tədqiqat Kosmik Cihazqayırma institutunun hazırladığı stansiya neft-qaz yataqlarının aşkarlanması, ölkənin neft istixracı və neft-qaz rayonlarının, ekoloji və texnogen təhlükəli zonaların monitorinqi üzrə iş aparmağa, kənd təsərrüfatı sahələrini qiymətləndirməyə , zəmilərin məhsuldarlığını proqnozlaşdırmağa imkan verəcək.
RF Energetika və Sənaye naziri, adı çəkilən komissiyanın həmsədri Viktor Xristenko deyib ki, stansiya orbit stansiyalarından siqnalları qəbul etməyə, Azərbaycan ərazisini, respublikanın yraltı sərvətlərini müxtəlif məqsədlər və istiqamətlərdə zondlaşdırmağa imkan verəcək və kosmosun mənimsənilməsi sahəsində saziş imzalanmasını " yaxşı əlamət sayır ki, bu iki ölkənin əməkdaşlığı artıq yüksək texnologiyalara da şamil edilir.
Azərbaycan Milli Aerokosmik Agentliyi ilə Rusiya Federal Kosmik Agentliyi arasında kosmosun mənimsənilməsi sahəsində əməkdaşlıq protokolu da imzalanıb. Sənddə elmi-texniki sahədə, yanacaq-energetika kompleksində, nəqliyyat, rabitə və humanitar sahələrdə tərəflər arasındakı əlaqələrin daha inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
V.XRİSTENKO: RUSİYA AZƏRBAYCANDA "QAZEL" AVTOMOBİLLƏRİNİN İSTEHSALINDA MARAQLIDIR
BAKI.07.04.2004.MEDİA-PRESS:
Mən ölkələrimiz arasında avtomobilqayırmada əməkdaşlığı vaxtı çatmış hesab edirik. Bu gün Azərbaycanda 12 min belə avtobus var. Blə böyük tələbat təkcə təmir xidmətlərini deyil,həm də yığma istesalı təşkilini zəruri edir.
RF Energetika və Sənaye naziri Viktor Xristenko əlavə edib ki, "Qazel"lərin Azərbaycanda yığılması 3-cü ölkələrin bazarlarına çıxış imkanı verəcək. Rusiya və Azərbaycanın yüksək texnologiyalar, o cümlədən kosmos sahəsində əməkdaşlığı da maraqlı olardı.Bu, təbii ehtiyatların axtarışları zamanı azərbaycan ərazisinin kosmosdan zondlaşdırılmasına, kənd təsərrüfatı, meteorologiüa və naviqasiya sahələrində səmərəli əməkdaşlığa imkan verərdi.
MM MOSKVA BƏYANNAMƏSİNİ TƏSDİQLLƏDİ
BAKI.07.04.2004.MEDİA-PRESS:
Milli Məclis (MM) 2004-cü ilin fevralında prezident İlham Əliyevin Moskva səfəri gedişində Azərbaycan və Rusiya arasında imzalanmış Moskva bəyannaməsini təsdiqləyib , habelə məxfi informasiyanın qarşılıqlı surətdə qorunmasına dair hökumətlərarası rusiya-azərbaycan sazişini bəyənib.
Moskva Bəyannaməsi iki ölkənin sərhəd sahəsində qarşılıqlı fəaliyyətini, aralarındakı sərhədlərin delimitasiyasını (müəyyənləşdirilməsini), hərbi-texniki əməkdahlığın möhkəmləndirilməsini nəzərdə tutur.
Hər iki ölkə həmçinin razılığa gəlib ki, bir dövlətin suverenliyinə və ərazi bütvlüyünə təhlükə doğuran şəxslərə qarşı o biri dövlətin ərazisində birgə əməliyyatlar keçirsinlər.
Xəzərin ditbinin bölünməsi üzrə iki ölkənin qarşılıqlı fəaliyyət göstərməsi də Bəyannamədə öz əksini tapıb.
RUSİYADA AZƏRBAYCANLILARIN YARATDIQLARI MÜƏSSİSƏLƏRDƏ 4 MİLYON ADAN ÇALIŞIR
BAKI.07.04.2004.MEDİA-PRESS:
Bu gün Rusiyada 2 milyona yaxın azərbaycanlı biznesi qavrayıb. Onların Rusiyada açdıqları müəssisələrdə 4 milyona qədər russiya sakini işləyir. Azərbaycanlıların rusiya dövlət büdcəsinə vergi ödənişlərinin orta həcmi Rusiyanın bəzi regionlarının öddiyi vergilərlə müqayisə oluna bilər.
Bakıda azərbaycan-rusiya biznes-forumunda çıxış edən "NİKoyl" investisiya-kommersiya bankı İdarə heyətinin sədri Mobil Şərifov belə deyib.
Ekspertlərin fikrincə, azərbaycanlıların rusiyadakı sərmayəsinin ümumi məbləği on milyardlarla dollara çatır, Bu məbləğin az bir hissəsi də Azərbaycan iqtisadiyyatına yönəldilsəydi, bu ölkənin inkişaf sürətini artırmağa, MDB və dünya bazarlarına çıxmağa imkan yaradardı. Şərifov vurğulayıb ki bu günkü rusiya azərbaycanlıları lökənin ən böyük hərbi-sənaye, energetika komplekslərinə, bank və maliyyə sektorlarına rəhbərlik edən top-menecerlərdir".
"AZNEFTKİMYAMAŞ" RUSİYANIN NEFT REGİONLARINDA XİDMƏT BAZALARI YARADILMASININ LAYİHƏSİNİ HAZIRLAYIR
BAKI.07.04.2004.MEDİA-PRESS:
"Azərneftkimyamaş" SC Rusiyanın neft regionlarında xidmət bazaları yaradılması layihəsini hazırlayır. Bakıda keçirilən ilk azərbaycan-rusiya iqtisadi forumunda bu məlumatı açıqlayan SC İdarə heyətinin sədri Əli Qaraxanov deyib ki, belə layihənin ortaya çıxması onunla bağlıdır ki, rusiya neftçiləri SC zavodlarının avadanlığından geniş miqyasda istifadə edirlər.
Ə.Qaraxanov qeyd edib ki, biz hökumətlərarası sazişlər çərçivəsində rusiya müəssisələri ilə əlaqələrimizi davam etdiririk. Məsələn , biz neft-qaz quyularında qazma-təmir işlərində gərək olan və 125 ton yük qaldıra bilən qurğu istehsalına dair "Rusiç" SC və Kurqan təkərli yedəkkeşlər zavodu ilə, quyular üçün neft mühərrikləri üzrə Perm müəssisələri, habelə nasos və kompressor qurğularının birgə istehsalının təşkili üzrə Vladimir şəhərinin "Ruselprom" korporasiyası ilə əməkdaşlıq edirik.
"Azərneftkimyamaş" SC-nin 4 elmi-tədqiqat institutunu (ETİ) və 14 sənaye müəssisəsini birləşdirdiyini qeyd edən Ə.Qaraxanov deyib:" Bizim layihələrimizlə ayrı ölkələrdə də avadanlıq istehsal olunur.Konstruksiyalarımızın səviyyəsi beynəlxalq standartların qoyduğu tələblərdən geri qalmır.Yerüstü və yeraltı avadanlığımızın konstruksiyalarının demək olar ki, hamısı ixtira səviyyəsində hazırlanıb".
O qeyd edib ki, SC son illərdə öz avadanlığının keyfiyyətini kökündən yaxşılaşdırıb, ekologiya və təhlükəsizlik tələbləri baxımından rusiya standartlarını nəzərə alığdır. Təsadüfü deyil ki , SC-nin 5 zavodu API və ISO9001 beynəlxalq keyfiyyət sertifikatları alıb. İki baş ETİ-miz -"Azinmaş" institutu və " Neftmaş" Konstruktor bürosu ISO9001 keyfiyyət menecmenti sertifikatına malikdir. Son illərdə SC Rusiya, Qazaxıstan, Ukrayna, Vyetnam və sair ölkələr də daxil olmaqla öz sifarişçilərinin heç birinin iradları ilə tuşlaşmayıb.
Bu uğurlar istehsalın keyfiyyətinin idarə sisteminin təkmilləşdirilməsi hesabına mümkün olub. SC-nin baş ofisində və hər müəssisəmizdə marketinq xidmətləri yaradılıb. Əsas istehsal sexləri və sahələri yenidən qurulub.Yapon ekspertlərinin iştirakı ilə mühəndislərimiz beynəlxalq standartların tələblərinə uyğün hazırlıq keçiblər. Buraxılan məhsulun keyfiyyətini artırmaq üçün yapon həmkarlarımız müasir texnoloji test avadanlığı ayırıblar. Keyfiyyətin yaxşılaşdırılması üzrə işlər başqa müəssisələrimizdə də aparılır.
RUSİYA BORU ŞİRKƏTİ "AZƏORBORU" SUMQAYIT ZAVODUNDA İSTEHSALIN İTDARƏSİNİ ÜZƏRİNƏ GÖTÜRÜB
BAKI.07.04.2004.MEDİA-PRESS:
RF Boru Metallurgiya Şirkəti (BMŞ) Sumqayıt "Azərboru" zavodunda istehsalın idarəsi yükünü öhdəsinə götürüb. BMŞ-in Azərbaycanda fəaliyyətinin bu yeni mərhələsi onu respublika iqtisadiyyatına sərmayə qoyuluşlarında yaxından iştirak etməsi ilə bağlıdır. Şirkətin rəhbəri Dmitri Pumyanski Bakıda ilk azərbaycan-rusiya iqtisadi forumundakı çıxışında belə deyib.
Aprelin 6-da Bakıda BMŞ -in "Targol Investments Ltd." Britaniya şirkəti ilə ( Sumqayıt zavodunun faktiki sahibi) imzaladığı memoranduma görə, Metallurgiya şirkəti zavodun idarəsini üzərinə götürür. Yeni sahibin ümdə vəzifəsi zavodun istehsal potensialını bərpa etmək və dünya standartlarına cavab verən müasir boru məşsulu istehsalını təmin etməkdir. BMŞ yaxın 1,5-2 ildə layihəyə $30 milyon xərcləməyi və sal (tikişsiz) borular istehsalını ildə 150-200 min tona çatdırmağı qərarlaşdırıb. Şirkət bu ilin 2 ayında təqribən 4 min ton belə məşsul buraxıb.
Targol Investment Ltd prezidenti Con Hart deyib ki, söhbət boru istehsalında BMŞ ilə əməkdaşlıqdan gedir.BMŞ bu gün britaniya şirkətinin strateji tərəfdaşına ona görə çevrilib ki, biz boru istehsalında "brend" deyilik. Biz bazarda ad-san qazammış BMŞ-in texnologtyasından və marketinq şəbəkəsindən bəhrələnəcəyik. Biz "Azərboru"da investisiya proqramının icrasının ilk yarım ilində $5,5 milyon, ümumiyyətlə isə $7 milyondan çox vəsait sərf etmişik.
C.Hart deyib ki, zavod 48-168 mm. diametrində geydirmə borular, qazma boruları və ümumi təyinatlı borular buraxacaq. Zavod həm də API sertifikatlarını almaa çalışacaq. Bu halda biz məhsulumuzu Azərbaycanda işləyən xarici şirkətlərə də satmaq imkanı qazanarıq.İmzaladıqları müqavilələrə görə, bu şirkətlər keyfiyyətli yerli məhsullara üstünlük verməyə borcludur. Bunun gerçəkləşməsinin iki şərti var : 1- yerli məhsul dünya standartlarına cavab verməli və 2-ci- qiyməti rəqiblərin qiymətindən10 faizdən artıq olmamalıdır .
BU İL AZƏRBAYCANDA ENERJİ DAŞIYICILARININ QİYMƏTLƏRİ ARTIRILMAYACAQ
BAKI.07.04.2004.MEDİA-PRESS:
Bu il Azərbaycanda enerji daşıyıcılarının qiymətləri artırlmayacaq. Maliyyə naziri (MN ) Əvəz Ələkbərov deyib ki, enerji daşıyıcılarının daxili qiymətlərinin artırılmasını tələb edən Beynəlxalq Valyuta Fondu ( BVF) nümayəndələri ilə bu məsələnin həllinin iki variantı araşdırılıb: 1-ci- qiymətlərin artırılması, sonra isə dünya qiymətlərindəa asılı olaraq, bu qiymətlərə hər rüb yenidən baxılması; 2-ci: enerji daşıyıcıları qiymətlərinin tədricən artırılması. Şəxsən mən 2-ci variantın tərəfdarıyam. Nazir Ə.Ələkbərov belə deyib
Hələ fevralda İqtisadi İnkişaf naziri (İİN) Fərhad Əliyev demişdi ki, Azərbaycanda enerji daşıyıcılarının daxili qiymətləri ( nəqliyyat xərcləri çıxılmaqla ) dünya qiymətlərindən o qədər də fərqlənmir. Nazir BVF-nin nerji daşıyıcılarının daxili qiymətlərinin dünya qiymətləri ilə tarazlaşdırılmasını Azərbaycandan tələb etməsi müqabilində bu bəyanatını verərək qeyd etmişdi ki, hökumət artımın əhalinin yaşayışına çox da mənfi təsir göstərməməsi üçün əlindən gələni əsirgəməyəcək.
Xatırladaq ki,BVF enerji daşıyıcıları qiymətlərinin dünya səviyyəsinə çatdırılması barədə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi müddətini (2004-cü ilin əvvəli ) artırıb.
AZƏRBAYCAN REYTİNQ BARƏDƏ BEYNƏLXALQ REYTİNQ AGENTLİKLƏRİ İLƏ DANIŞIQLARA HAZIRDIR
BAKI.07.04.2004.MEDİA-PRESS:
Maliyyə nazirliyi (MN) Azərbaycanın kredit reytinqi ilə təltifi barədə beynəlxalq reytinq agentlikləri ilə apreldə danışıqlara başlamağa hazırdır. Maliyyə naziri Əvəz Ələkbərov belə deyib.
Son 2 ildə Azərbaycanın kredit reytinqini Fitch Ratings beynəlxalq reytinq agentliyi qiymətləndirib və onunla sazişin müddəti 2003-cü ildə başa çatıb. MN hesab edir ki, bu qurumun xidmətlərinə görə istədiyi yeni haqq çox yüksəkdir. Biz bu agentliyə yeni sazişin layihəsini göndərmişik və onun verəcəyi cavabı gözləyirik. Yeni sazişin müddəti 3 ildir.
Nazir dyib ki, başqa agentliklərlə danışıqlara hazır olmağımız FİTCH-in xidmətindən imtina demək deyil, biz hələ ondan cavab almamışıq. Bu agentlik xidməthaqqını əvvəlki illərərlə müqayisədə 5-6 dəfə artırıb. Nazirlik bu haqqın cüzi artırılmasını razıdır.
Əvəz Ələkbərov deyib ki, bizim axtardığımız agentlik dünyada tanınmış və nüfuzlu reytinq agenliyi olmalı və bizə qarşı məqbul maliyyə tələbləri irəli sürməlidir.
Xəbər verdiyimiz kimi, Fitch Ratings 2003-cü ilin sentyabrında "BB" və qısamüddətli "B" səviyyəsində Azərbaycanın uzunmüddətli reytinqini təsdiqləyib və hər iki reytinqin proqnozları "müsbət" səviyyəsində qalıb.
<<< <<<