rus || eng


İLK PUMA FRANSIZ VERTOLYOTU AZƏRBAYCANA SENTYABRDA GƏTİRİLƏCƏK

BAKI.09.04.2004.MEDİA-PRESS: "Eurocopter" fransız şirkətinin 6 vertolyotundan birincisi Azəpbaycana bu ilin sentyabrında cətiriləcək. Sonra 2005-ci ilin fevralınadək hər ay respublikamıza bir vertolyot gələcək.
"Azərbaycan Hava Yolları" (AzAL) Dövlət Konserninin baş direktoru Cahangir Cahangirovun sözlərinə görə, "Eurocopter"lə bağlanmış müqaviləyə əsasən biz 20 -nəfərlik 2 ədəd Super Puma və 4 ədəd -BC-155 (12-yerlik) maşınları alacağıq.
52 milyon avro dəyəri olan bu müqavilə üzrə vertolyotlar alınmasına vəsaiti Dövlət Neft Şirkəti (ARDNŞ) ayırıb. Ona görə ki, konsernin vertolyotlarının xidmətlərindən əksərən Xəzərdə çalışan neftçilər bəhrələnirlər. AzAL isə ARDNŞ-ə borcunu sifariş edilən uçuşları Mİ-8 maşınları ilə yerinə yetirməklə ödəyir və Şirkət üçün ayda təqribən 2,7 milyard manatlıq iş görür.
Eurocopter şirkətindək vertolyotlan alınmasına dair razılaşma 2002-ci ilin oktyabrında əldə olunub. Əvvəlcə bu maşınları kreditə almaq plpnlaşdırılsa da, faiz dərəcələrinin çox yüksək olması üzündə həmin qərardan vaz keçildi.


AZƏRBAYCAN ÜZÜM İSTEHSALINI 3-4 QAT ARTIRMAĞI PLANLAŞDIRIR

BAKI.09.04.2004.MEDİA-PRESS: Azərbaycan Kənd Təsərrüfatı nazirliyi respublikada üzüm istehsalını 3-4 dəfə artırmağı və ildə 200-300 min tona çatdırmağı planlaşdırır.
Bu məlumatı jurnalistlərə açıqlayan nazir İrşad Əliyev məhsulun təqribən 50 min tonunun süfrə , qalanının isə texniki üzüm növləri olacağını qeyd edərək deyib:"Bu, bizim tələbatımızdır və çalışırıq ki, gələcəkdə onu daxili istehsalımız hesabına ödəyək".
İrşad Əliyev bunun gerçəkləşməsi üçün üzümlük sahələrini ildə 100-150 hektar artırmağın zəruri olduğunu,respublikada üzümçülüyün inkişafı üçün nazirliyin 300 növdən çox üzüm yetişdirdiyini deyib.
Xatırlatmaq yerinə düşərdi ki, keçən əsrin 80-ci illərinin əvvəlində Azərbaycanda ildə 1 milyon tondan artıq üzüm yığılırdı. O vaxt heç bir sovet respublikasında bu qədər üzüm tədarük olunmurdu. Sov.İKP MK və SSRİ Nazirlər Soveti hətta üzümçülüyün Azərbaycanda daha da inkişaf etdirilməsinə dair xüsusi qərar da qəbul etmişdi. Bu qarara görə, respublikada üzüm istehsalının həcmi 3 milyon tona çatdırılmalı idi. Lakin Mixail Qorbaçovun dövründə vüsət tapmış bədnam antialkoqol tədbirlərinə üyğun olaraq Azərbaycanda üzümlüklərin demək olar ki, hamısı məhv edildi, üzümçülük və şərabçılıq isə tənəzzülə uğradı.


AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ APRELİN 16-DA PRAQADA GÖRÜŞƏCƏKLƏR

BAKI.09.04.2004.MEDİA-PRESS: Aprelin 16-da Praqada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq.
Ermənistan XİN-i mətbuat xidmətinə istinad edən "Mediamaks"-ın məlumatına görə, iki ölkənin Baş xarici siyasət idarələri rəhbərlərinin görüşü ATƏT-in dağlıq qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupu həmsədrlərinin təşkil etdikləri məsləhətləşmələr çərçivəsində keçiriləcək.


UKRAYNA VƏ AZƏRBAYCAN SÜLHMƏRAMLI ƏMƏLİYYATLARDA SƏYLƏRİNİ HƏMAHƏNGLƏŞDİRƏCƏKLƏR

BAKI.09.04.2004.MEDİA-PRESS: Ukrayna Azərbaycana təklif edib ki, İraq da daxil, sülhməramlı əməliyyatların icrasında səylər həmahəngləşdirilsin. Ukraynanın Müdafiə naziri Yevgeni Marçuk bu ölkəyə ikigünlük səfərə gəlmiş Azərbaycanın Müdafiə naziri polkovnik-general Səfər Əbiyevlə danışıqlardan sonra jurnalistlər qarşısında bu bəyvanatla çıxış edərək deyib:" Əməkdaşlığımızı gücləndirmək, hərəkətlərimizi, o cümlədən İraqda sülhməramlı əməllərimizi müəyyən dərəcədə həmahəngləşdimək üçün böyük imkanlar vardır".
Əbiyev qeyd edib ki, tərəflər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıb, azərbaycanlı hərbiçilərin ukrayna ali məktəblərində təhsili, hərbi-əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin, dünyanın müxtəlif nöqtələrində, ələlxüsus bu iki ölkənin sülhməramlılarının xidmət göstərdikləri yerlərdə,hərbi-siyasi vəziyyəti araşdırıblar.
Yeri gəlmişkən, Müdafiə nazirliyində bildiribllər ki, Azərbaycanın İraqdakı sülhməramlıları arasında itgi yoxdur, çünki onlar döyüş əməliyyatları zonasından uzaqdırlar.Axırıncı dəfə onlarla aprelin 7-də axşam əlaqə saxlanılıb. İndi İraqın çənubunda olan 150-nəfərlik hərbi qulluqçumuz koalisiya qüvvələri ilə şiə qiüamçıları arasında baş verən toqquşmalar zonası xaricindədir. Onlar obyektlərdə adi post-nəzarət xidməti çəkir və döyüş əməliyyatları zonasından xeyli uzaqdadırlar.
Azərbaycan sülməramlıları İraqa keçən ilin payızında bir illik ezamiyyətə gedib və bu müddətdə tərkibin bir hissəsi rotasiya qaydasında yenisi ilə əvəzlənib.
Nazirliyin nümayəndəsi azərbaycan kontingentinin İraqdan çıxarılması məsələsinin müzakirə olunmadığını və "bunun ölkənin Ali Baş komandanı sayılan prezidentin, eləcə də Milli Məclisin səlahiyyətinə aid məsələ olduğunu" vurğuladı.
Müdafiə naziri Səfər Əbiyev bu həftə ABŞ-ın Bakıdakı səfirini qəbul edərkən deyib:"Antiterror koalisiyasının üzvü kimi, azərbaycan tərəfi sülhməramlı əməliyyatlarda bundan sonra da iştirak etmək niyyətindədir və öz bölüklərinin fəaliyyətini daim nəzarətdə saxlayır".
İraqla yanaşı azərbaycan hərbçiləri Kosovo və Əfqanıstanda da sülhyaratma əməliyyatlarında iştirak edirlər.


XƏZƏRYANI ÖLKƏLƏRİN XİN BAŞÇILARININ MOSKVA GÖRÜŞÜ DƏ BU DƏNİZİN STATUSU MƏSƏLƏSİNDƏKİ ZİDDİYYƏTLƏRİ ARADAN QALDIRMAYIB

BAKI.09.04.2004.MEDİA-PRESS: Rusiya, Qazaxıstan, Azərbaycan, Tərkmənistan və İran Xarici İşlər nazirlərinin Moskva görüşü də, ekspertlərin poqnozlaşdırdığı kimi, Xəzərin hüquqi statusunun həllində nəzərəçarpacaq irəliləyişə gətirməyib. Görüşün yekunu barədə rəsmi məlumatın ənənəvi nikbin ləhninə ( "Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin razılaşdırılmasında əhəmiyyətli irəliləyiş" və s.) rəğmən, qe-fakto qeyd olunub ki, "Xəzərin statusunun ayrı-ayrı ümdə cəhətlərinə yanaşmada tərəflər arasında fərq qalmaqdadır".
"İzvestiya" qəzeti yazır ki, belə vəziyyətin başlıca səbəbi əvvəlki kimi yenə də Türkmənistan və İranın tutduqları mövqedir. Dünya Bazarları London Tədqiqatlar Mərkəzinin eksperti Endrü Neff hesab edir ki, Xəzərin statusunun tənzimlənməməsindən ən çox əziyyət çəkən Azərbaycandır. Ona görə ki, bu ölkənin bir sıra yataqlarına Türkmənistan və İranın da iddiaları ona yataqlarının mənimsənilməsinə başlamağa imkan vermir.
Sitat:" İndi hər şey Azərbaycan üçün bir oyunna çevrilib. Bir tərəfdən yatağ ( bir hissəsinə İranın da iddialı olduğu "Araz-Alov-Şərq" bloku nəzərdə tutulur- Media-Press) onun üçün çox böyük əhəmiyyət daşıyır, digər tərəfdən, ölkə xarici investorlardan asılıdır. O şirkətlərdən ki, indi maya qoymağa hazırdırlar.Sabah isə vəziyyət dəyişə bilər!"
İranın vəziyyəti bam-başqadır- o nə bu yataqdan asılıdır, nə də əcnəbi investorlardan.Bu da İrana köhnə bazara təzə nırx qoymaq imkanı verir. İran Xəzərin 20 faizini istəyir, "şimal koalisiyası"nın iştirakçıları (Rusiya, Qazaxıstan, Azərbaycan) isə ona dənizin 13 faizini verməyə hazırdırlar.
Endrü Neff deyir :" İranın tələblərinin həddən-ziyadəliyi heç kim üçün sirr deyil. Nəzəri cəhətdən bu o deməkdir ki, tez, ya gec, bu ölkə güzəştə getməli olacaq". Lakin, görünür, Azərbaycan da güzəştə getməli olacaq. Bu səbəbdən ki, danışıqların pozulacağı təqdirdə daha çox şey itirər".
Media-Press: Xatırladaq ki, "Araz-Alov-Şərq" yataqlarının kəşfiyyatı və işlənməsi üzrə müqavilə 1998-ci ilin yayında imzalanıb. Layihənin tərəfdaşları: BP (Britaniya)-15%, Statoil (Norveç)-15%, Exxon Mobil(ABŞ)-15%, TPAO (Türkiyə)-10%, Alberta Energy (Kanada)-5% və ARDNŞ- dir-40%. Layihə üçün zəruri olan sərmayə - $4 milyard həcmindədir.
Ancaq blokda genişmiqyaslı işlər hələ də başlamayıb. 2001- ci ildə burada axtarış işlərinə başlamaq cəhdi onunla nəticələndi ki, İranın hərbi katerləri qüvvə işlətmək hədə-qorxusu gələrək, azərbaycan tədqiqat gəmisini yataqdan getmyə vadar etdi. Blokun operatoru BP şirkəti bu perspektiv strukturdakı işlərini tam dayandırdı.
Bəzi analitiklər hesab edirlər ki, İrana Xəzərin 20 faizi yox, daha çox Azərbaycana təzyiq vasitəsi gərəkdir. Məlumdur ki, Tehran ABŞ-ın Azərbaycandakı fəallığından və bu ölkənin NATO-ya inteqrasiyası prosesinin davam etməsindən narahatdır. İran tərəfinin fikrincə, bu onun təhlükəsizliyinə də mənfi təsir göstərə bilər.
Hələ bu yaxınlaradək İran xəzər məsələsində "parlaq təcrid "vəziyyətində idi. Ancaq sonradan ona Türkmənistan da qoşuldu.Neff hesab edir ki, "bu ölkə opportunist mövqe tutur və bu bir çox cəhətdən onunla z-ah olunur ki, 2003-cü ilin mayında Rusiya, Qazaxıstan və Azərbaycan üçtərəfli separat saziş bağlayanda Türkmənistanı saymadılar". Bu sazişə əsasən Xəzərin şimal hissəsinin 64 faizi bölüşdürüldü-Qazaxıstana-29%, Rusiya və Azərbaycanın hərəsinə - təqribən-19%.
Neffin əqidəsincə bu saziş Rusiyaya vəziyyətin sonrakı inkişafına fəal təsir vasitəsi verdi.Sitat:"Tamamilə aydındır ki,bu ölkə vəziyyətitn tənzimlənməsində "vicdanlı broker" rolunu oynayacaq".
Lakin Bakı da, Tehran da problemi çözmək istərdilər. Tərəflər bu məqsədlə artıq bir neçə dəfə məsləhətləşmələr də aparıb. "İnterfaks-Azərbaycan" agentliyinə İranın Bakıdakı səfirliyində bildiriblər ki,aprelin sonunadək azərbaycan paytaxtında növbəti görüş keçirilməlidir. Ekspertlər Xəzərdə milli sektorları bir-birindən ayıran xətlərin koordinatlarının müəyyənləşdirilməsi işini davam etdirəgəklər.


BTC KƏMƏRİNİN AZƏRBAYCAN HİSSƏSİNİN 50 FAİZİ HAZIRDIR

BAKI.09.04.2004.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac kəmərinin (ƏİK) azərbaycan hissəsində işlərin 50 faizindən çoxu görülüb. Bu işlərin görülməsinə $130 milyon xərclənib ki, bu da azərbaycan hissəsinin ümumi dəyərinin təqribən 40 faizi deməkdir. Bu barədə jurnalistlərə açıqlama verən CCİC şirkətinin (BTC titkintisi üzrə baş podratçı) nümayəndəsi Juan Buolosun sözlərinə görə, kəmərin azərbaycan sahəsinin tikintisinə gərək olan boruların hamısı artıq respublikaya gətirilib və marşrut boyundakı bazalarda (Umbakı,Muğan, Kürdəmir,Yevlax, Gəncə və Poyluda) saxlanır.
Bu günədək 412-km.-lik dəhliz təmizlənib, 325-km.-lik sahə boruların döşənməsi üçün hazırlanıb və 294 km. uzunluğunda borular qaynaq edilib. Borular xüsusi avadanlığın köməyi ilə avtomatik qaynaq edilir. Bunun sayəsində gündə (24 saatda) 2 km.-dən artıq boru bir-birinə qaynaq olunur. Boruların avtomobil və dəmiryolu ilə kəsişmələrində işlədilən xüsusi texnika da yol örtüyünə xələl vurmadan və hərəkətin dayanmasına yol vermədən boruları döşəməyə imkan verir.
İndi BTC-nin azərbaycan hissəsində çalışan 2241 nəfərin 1574-ü respublikamızın vətəndaşıdır. Daha 453 nümayəndəmiz isə BTC-nin sifarişlərini yerinə yetirən podrat şirkətlərdə çalışır.
Bundan əlavə CCİC şirkəti Azərbaycandakı fəaliyyəti dövründə yerli əhali üçün də investisiyalar nəzərdə tutur. Məsələn, Saatlı rayonunda qaçqınlara $300 min dəyərində çadırlar paylanıb, Yevlaxda 68 yaşayış binasının, məktəlin və tibb məntəqəsinin tikintisi nəzərdə tutulub. Bu layihənin dəyəri $700 mindən yuxarıdır.
BTC Co-nun səhmdarları : BP-30,1%, ARDNŞ- 25%, Unocal-8,90%, Statoil-8,71%, TPAO-6,53%, Eni-5%, TotalFinalELf-5%, İTOCHU-3,40%, İNPEX-2,50%, Sonoco P hillips-2,50% və Amerala Hess-2,36% şirkətləridir.


BTC-NİN AZƏRBAYCAN HİSSƏSİNDƏ 2-Cİ NASOS STANSİYASININ TİKİNTİSİ SENTYABRDA BAŞA ÇATACAQ

BAKI.09.04.2004.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin azərbaycan hissəsində, Yevlax rayonunda 2-ci nasos stansiyasının tikintisi bu ilin sentyabrında başa çatacaq.
Stansiyanın tikintisi üzrə menecer Elman Qəhrəmanov jurnalistlərə məlumat verib ki, nəzərdə tutulan iş həcminin 53 faizi indiyədək görülüb və bu obyektin inşaası $50 milyona başa gələcək. Layihəyə uyğun surətdə Kürdəmirdə təsfiyyə (su təmzləmə) qurğuları da tikilir.Obyektə $10 milyon vəsait xərclənəcək. Burada da işlər cədvəl üzrə gedir və iş həcminin artıq 45 faizi görülüb.
Stansiyada tikinti üzrə podratçı şirkət- Spie Capag/Petrofac -dır (fransa-amerika alyansı). Bu cütlük yalnız tikinti ilə məşğuldur. $40 milyona başa gələcək nasosları isə BP şirkəti quraşdıracaq. Montaj işləri gələn bahar tamamlanacaq.
Qəhrəmanov deyib ki, nasos yalnız o zaman işə salınacaq ki, BTC kəməri ilə ixrac olunan neftin gündəlik həcmi 600 min bareli aşsın.
Qeyd edək ki, bütün kəmər boyunca 8 nasos stansiyası tikiləcək- dördü-Türkiyədə, ikisi-Gürcüstanda və ikisi -Azərbaycanda. Gürgüstanda nasos stansiyaları tikintisinin podratçı şirkəti Spie Capag/ Petrofac International-dır.


TOTAL QAZAXISTAN VƏ TÜRKMƏNİSTAN NEFTİNİN İRAN ƏRAZİSİNDƏN FARS KÖRFƏZİNƏ DAŞINMASI İMKANLARINI ÖYRƏNİR

BAKI.09.04.2004.MEDİA-PRESS: Fransız Total-nın rəhbərlik etdiyi şirkətlər konsorsiumu neftin Qazaxıstan və Türkmənistandan İran ərazisi ilə Fars körfəzinə daşınması layihəsini öyrənir. MEHR agentliyinə bu məlumatı açıqlayan İran Neft nazirliyinin səlahiyyətlisi deyib ki, əsas problem adı çəkilən ölkələrdə nə qədər neft hasil ediləcəyinin bəlli olmamasıdır.Yalnız Qazaxıstanın əzəmətli Kaşaqan yatağının işlənməsinə başlaması məsələyə aydınlıq gətirə bilər.
Mənbə qeyd edib ki, layihə gerçəkləşəndən sonra bu iki ölkədən Fars körfəzinə gündə bir milyon barrelə yaxın neft nəql ediləcək. İran .ru.-nun məlumatına görə, zəruri şərtlərin gerçəkləşəcəyi təqdirdə, bu həcmin 500 min barreli SWAP (əvəz nefti) sxemi ilə ödəniləcək, qalanı isə tranzit ediləcəkdir.
Totalın və Qazaxıstanda çalışan digər əcnəbi şirkətlərin bu layihəyə marağını İranın Neka limanında rəsmi açılışı aprelin sonuna planlaşdırılan neft terminalı daha da artıra bilər. MEHR agentliyinin məlumatına görə,xəzəryanı ölkələrdən Nekaya daşışınacaq neft ilk mərhələdə Tehran və Təbrizin emal zavodlarına çatdırılacaq. Layihənin ilk mərhələsi bu müəssisələrə gündə 120 min barrel neft daşımağa imkan verəcək. Bu mərhələnin tətbiqi $205 milyona və 700 milyon riala başa gəlib. İran mütəxəssislərinə görə, xərclərin özünü doğrultmasına 4 ildən də az vaxt lazımdır.


QAZAXISTAN DAHA ÇOX MƏNFƏƏT XATİRİNƏ "ORTA ASİYA-MƏRKƏZ" QAZ KƏMƏRİNİ ÖZÜ MODERNLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR

BAKI.09.04.2004.MEDİA-PRESS: Moskva və Aşqabad Türkmənistandan qaz ixracını artırmq üçün "Orta-Asiya-Mərkəz" qaz kəməri sisteminin yenidən qurulmasının reallaşdırılmasına dair danışıqlar aparırlar. Türkmənistan və Rusiya prezidentləri Niyazov və Putinin ötən ilin aprelində imzaladıqları qaz sahəsində əməkdaşlıq sazişi iki ölkənin "Orta Asiya-Mərkəz" (OAM) qaz nəqliyyatı sistemini birgə inkişaf etdirməsini nəzərdə tutur.
Hal-hazırda OAM texniki cəhətdən ildə 45 milyard kubmetr qaz nəql etməyə imkan verir. Bu il həmin kəmərlə Ukraynaya 36 milyard, Rusiya "Qazprom"una isə 5 milyard kubmetr qaz veriləcək. Yeni saziş 2007-ci ildə Rusiyanın Türkmənistandan 60-70 milyard kubmetr qaz idxal etməsini nəzərdə tutur. Rusiya "Qazprom"u bununla əlaqədar "OAM" sistemini yenidən qurmağı planlaşdırır. Bu iş gerçəkləşərsə, Türkmənistan,Özbəkistan və Qazaxıstan ərazilərindən keçən "OAM" qaz kəmərinin illik buraxıcılıq qabiliyyəti 2,2 dəfə artırılaraq 100 milyard kubmetrə çatdırılacaq.
Bu arada Qayaxıstanın EME naziri Vladimir Şkolnik belə bir bəyanatla çıxış edib ki, Astana "OAM"-ın illik gücünü 70 milyard kubmetrə çatdırmaq və ondan da çox etmək üçün,bu kəməri özü modernləşdirmək niyyətindəir. Sitat: "Biz Rusiya qaz kəməri sisteminə verilən türkmənistan qazının həcminin ikiqat artırılmasına dair rusiya-türkmənistan sazişi kimi iri qaz layihəsini reallaşdırmalıyıq. Qazın nəqlindən ələ gələn qazancın hamısının ölkəmizdə qalması üçün, modernləşdirməni özümüz aparmaq, sərmayəni özümüz ayırmaq istəyirik. Bizim qarşımızda duran vəzifə budur".
"KazTransQaz" şirkəti 2001-2002-ci illərdə "OAM"-ın ən vacib məntəqələrində özünün $230 milyondan artıq vəsaitlərini xərcləyib. Bu kəmərin 3939 kilometri Qazaxıstan ərazisindən keçir. Görülməsi planlaşdırılan təmir-bərpa işlərindən sonra, bu kəmərlə ildə 50 milyard kubmetr - türkmənistan, 3 milyard kubmetr özbəkistan və təqribən - 7 milyard kubmetr qazaxıstan qazının ixrac edilməsi nəzərdə tutulur.


BU İL "AZƏRENERJİ" BORCLARININ $27-30 MİLYONUNU QAYTARACAQ

BAKI.09.04.2004.MEDİA-PRESS: Bu il "Azərenerji"SC gerçəkləşdirdiyi enerji layihələri üçün beynəlxalq maliyyə qurumlarından aldığı kreditlərin silinməsi hesabına $27-30 milyon ödəməyi planlaşdırır.
SC-nin mətbuat xidmətinin məlumatına görə, SC təkcə yanvarda borcünün $5 milyonunu qaytarıb.
Beynəlxalq maliyyə qurumları Azərbaycanda energetika layihələrinin reallaşması məqsədi ilə "Azərenerji"yə indiyədək $400 milyondan artıq məbləğdə kredit verib. Bu vəsaitlər "Şimal" DRES-də buxar-qaz qurğusunun tikilməsinə, Mingəçevir SES -in yenidən qurulmasına, Yenikənd SES-in inşasının başa çatdırılmasına və enerjötürmə infrastrukturunun modernləşdirilməsinə yönəldilib.
SC kreditlərin silinməsinə 2002-ci ildə -$20 milyon, 2003-cü ildə isə-$25 milyon ayırıb.


BVF KREDİTLƏRİ AZƏRBAYCANI O QƏDƏR DƏ MARAQLANDIRMIR

BAKI.09.04.2004.MEDİA-PRESS: Azərbaycan Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərinə o qədər də ehtiyac duymur. Bu fikrini jurnalistlərə açıqlayan respublikanın maliyyə naziri Əvəz Ələkbərova görə,BVF-dən alınan kreditlər büdcəyə getmir, ehtiyata toplanır. 5 il öncə ölkəmizin büdcə ehtiyatları böyük deyildi və biz BVF kreditlərinə ehtiyac duyurduq. İndi isə belə ehtiyac yoxdur.
Bununla belə hökumətin BVF ilə əməkdaşlığa hazır olduğunu deyən nazir qeyd edib ki,Ümumdünya Bankının (ÜB) kreditləri uzunmüddətlt olduğu və aşağı faizlə verildiyi üçün bizi daha çox maraqlandırır.
2004-cü ilin ilk rübünün büdcə gəlirləri üzrə nəticələrinə toxunan Əvəz Ələkbərov qeyd edib ki, proqnoz göstəriciləri 109% yerinə yetirilib və keçən ilin eyni dövrü ilə müqayisədə artım 24% təşkil edib.


XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ İDARƏSİNİN GƏMİLƏRİ 3 AYDA 3,178 MLN. TON YÜK DAŞIYIB

BAKI.09.04.2004.MEDİA-PRESS: Xəzər Dəniz Gəmiçiliyi (XDG) idarəsinin gəmiləri 2004-cü ilin 3 ayında 3,178 milyon ton yük daşııb. İdarənin mətbuat xidmətinin Media-Pressə məlumatında bildirilir ki, bu, keçən ilin eyni dövrünə nisbətən 323 min ton, nəzərdə tutulduğundan isə -378 min ton çoxdur.Plana 113,5% əməl olunub.
Daşınan yüklərin yarısından çoxu- 2,094 milyon tonu- neft və neft məhsullarıdır. Quru yük gəmiləri ilə -270 min ton, bərələrlə-814 min ton yük daşınıb. Avrasiya nəqliyat dəhlizi ilə mənzil başına çatdırılmış 2,115 milyon ton yükün 1,907 milyon tonu tranzit yükləridir.
MDB limanlarına aparılan 2,256 milyon ton yükün 1,432 milyon tonu neft və neft məhsulları olub. Aktau-Bakı, Türkmənbaşı-Bakı, Alaça-Bakı, Okarem-Abşeron, Okarem-Türkmənbaşı, Aktau-Maxaçqala azərbaycan gəmilərinin üzdükləri əsas marşrutlardır.
XDG İdarəsinin gəmi və tankerləri başqa dənizlərdə də üzərək, 39 ölkənin limanlarına yan alır. Baltik, Qara və Aralıq dənizləri limanlarından Volqa-Baltik və Volqa-Don su kanalları sistemi ilə Xəzərə gətirilən yüklər boşaldılmadan İran limanlarına aparılır. XDG idarəsinin Qaradəniz-Azov hövzəsində işləyən gəmiləri əcnəbi kirayəçilərin yüklərini Avropa, Yaxın Şərq və Şimali Afrika limanlarına daşıyır.İdarənin quru yük daşıyan gəmiləri bu ilin 3 ayında Xəzərdən uzaqlra 253 min ton yük çatdırıb.


RUSİYA VƏ İRAN BEYNƏLXALQ "ŞİMAL-CƏNUB" NƏQLİYYAT DƏHLİZİNDƏ İŞTİRAK ETMƏYİ AZƏRBAYCANA TƏKLİF EDƏCƏKLƏR

BAKI.09.04.2004.MEDİA-PRESS: Mosçkva və Tehran Bakıya təklif etmək istəyirlər ki, Azərbaycanı düz xəttlə kəsib-keçəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsində iştirak etsin.
"Rusiya Dəmir yolları" Açıq tipli Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Gennadi Fadeyev jurnalistlərə deyib ki, dəyəri $177 milyona çatacaq bu layihə çərçivəsində Azərbaycandan İranın Qəzvin nəqliyyat qovşağınadək uzanan dəmiryolu xəttinin yenidən qurulması planlaşdırılır. Bu xəttin uzunluğu-350 km.-dir.
G.Fadeyev məlumat verib ki, QSC bu xəttin layihələşdirilməsi və çəkilişində iştirak edə bilər.Üstəlik təklif də var ki, bu sahənin gələcək istismarı üçün İran-Azərbaycan-Rusiya konsorsiumu yaradılsın. Əgər bu dəmir yolu tikilərsə və əvvəllər Culfada mövcud olmuş sərhəd keçidi bərpa olunarsa, o zaman "Şimal-Cənub" dəhlizi üç güclü vasitəyə -Xəzər bərə keçidinə, quruda isə Azərbaycan və Ermənistandan keçən dəmiryolu marşrutlarına malik olardı.
QSC prezidenti bu məsələdə rusiya və iran tərəflərinin artıq anlaşdıqlarını, qarşıda Rusiya-İran-Azərbaycan üçtərəfli danışıqlarının gözlənildiyini qeyd etsə də , danışıqların nə vaxt baş tutacağını dəqiqləşdirmədi.
Beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizizinin formalaşdırılması layihəsi çərçivəsində Azərbaycandan keçəcək dəmiryolu şaxəsinin yenidən qurulması dolayı xətlərin aradan qaldırılmasından, yüklərin və malların hərəkət yolunun qısaldılmasından və nəqliyyat tərkibinin ucuzlaşacağından danışmağı imkan verəcək. G.Fadeyev xüsusi vurğulayıb ki,Azərbaycandan keçən dəmiryolu şaxəsinin yenidən qurulması Moskva və Tehranı birləşdirən, lakin lakin qarabağ münaqişəsində sonra kəsilən nəqliyyat rabitəsini də bərpa etməyə imkan verəcək.
QSC "Moskva-Tehran" və "Tehran-Moskva" firma sərnişin qatarlarını xəttə buraxmağı təklif edir. Qatarın biri rusiya, digəri-iran tərəfindən formalaşdırılacaq.
QSC İctimai Əlaqələr Departamentinin rəhbəri Konstatin Paşkovun sözlərinə görə, Azərbaycandan keçəcək dəmir yolu şaxəsinin bərpası layihəsinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin formalaşdrılması çərçivəsində nəzərdən keçirilməsinə baxmayaraq, onu dəhlizin rəsmi açılışınadək reallaşdırmaq mümkün olmayacaq.
PRAYM-TASS-ın məlumatına görə, uzunluğu 51 km. olan "Yandıki-Olya limanı" dəmiryolu şaxəsi "Şimal-Cənub" nəqliyyat dəhlizinin formalaşmasını 2004-cü ilin avqustuna kimi başa çatdırıcıq və artıq avqustun 1-də Berlindən Tehrana itlk konteyner qatarı yola salınacaqdır.


AZƏRBAYCAN HAVA YOLLARI AİRBUS ŞİRKƏTİNİN İKİ TƏYYARƏSİNİ ALACAQ

BAKI.09.04.2004.MEDİA-PRESS: "Azərbaycan Hava Yolları" Dövlət konserni Avropa təyyarəsazlıq konsorsiumu AİRBUS-dan A-319 və A-320 markalı iki sərnişin təyyarəsi almağı planlaşdırır.Hər təyyarənin qiyməti 38-40 milyon dollar civarındadır.
Məlumatı açıqlayan konsernin baş direktoru Cahangir Cahangirov bu sazişin cari ildə bağlanacağını və avropa banklarının krediti ilə alınacaq təyyarələrin ölkəyə 2005-2006-cı illərdə gətiriləcəyini dedi.
Xatırladaq ki, bundan əvvəl Dövlət Konserni iki "Boinq-757" sərnişin təyyarəsini satın alıb. Amerikanlarla bağlanmış və $121 milyon dəyəri olmuş müqavilənin kreditlərini Manhattan -bank və Barklaus-bank ayırmışdı.

<<< <<<