rus || eng
AZDY MARTDA 1,7 MİLYON TON YÜK DAŞIYIB
BAKI.12.04.2004.MEDİA-PRESS:
Bu ilin martında Azərbaycan Dəmir yolu (AzDY) İdarəsi 1,7 milyon ton yük daşıyıb. Bu, proqnozdan 13,6% , keçən ilin eyni dövründəkindən isə -97,4 min ton çoxdur. Bu yüklərin 925 min tonu neft və neft məhsullarından ibarət olub.
2004-cü ildə AzDY yükdaşımalarının həcmini 18 mln. tona çatdırmağı planlaşdırır (2003-cü ildəkindən-25% çox).Bu, neft və neft məhsulları tranzitinin artırılması hesabına mümkün olacaq. Bu qədər artımı keçən il də gözləmək olardı. Lakin Gürcüstanın Batum limanında Azərbaycandan yanacaq daşıyan sisternlərin boşaldılması prosesndəki ləngimələr buna imkan vermədi.
Beləki,Batumda 2003-cü ilin fevral-mart aylarında 3500 sisternin yükünün boşaldılmaması üzündən Bakıdan Batumadək bütün marşrutda yükdolu qatarlar günlərlə dayanmalı oldu. Bu hal öz növbəsində Azərbaycana qazaxıstan və türkmənistan neftini daşıyan Xəzər Gəmiçiliyi İdarəsinin işinə də mənfi təsir göstərirdi.Son bir ildə Batum neft terminalının genişləndirilməsi, Potidə isə yenisinin tikilməsi bu əngəli aradan qaldırıb və sisternlər indi vaxtlı-vaxtında Bakıya qayıdır.Hər gün Azərbaycandan Gürcüstana neft və neft məhsulları doldurulmuş 500-dək sistern yola salınır. Mövcud sistern parkı Azərbaycana ildə 16-18 milyon ton yanacaq daşımağa imkan verir.
"ŞURASININ TƏQAÜDLƏR VƏ AZƏRBAYCAN ƏHALİSİNİN SOSİAL MÜDAFİƏSİ" LAYİHƏSİ ÜB DİREKTORLAR MÜZAKİRƏSİNƏ VERİLƏCƏK
BAKI.12.04.2004.MEDİA-PRESS:
"Təqaüdlər və azərbaycan əhalisinin sosial mədafiəsi" layihəsi mayın axırı- iyunun əvvəlində Ümümdünya Bankının (ÜB) Direktorlar Şurasının müzakirəsinə çıxarılacaq. Bankın Bakı nümayəndəliyində Media-Pressə bu barədə məlumatda layihə üzrə danışıqların son mərhələsinin keçirilməsi üçün respublikamıza gəlmiş ÜB ekspertləri layihənin bəzi maddələrini müzakirə edəcək və kreditin məbləğini müəyyənləşdirəcəklər.
Təqribən $10 milyon məbləğində olacaq bu kreditin bir hissəsini Dövlət sosial müdafiə fondu təqaüd islahatına sər dəcək, qalanı isə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə veriləcək.
ÜB EKSPERTLƏRİ AZƏRBAYCANDA TƏHSİL SİSTEMİNİN İSLAHATINI DAİR 10-İLLİK PROQRAMIN TƏTBİQİ İLƏ TANIŞ OLACAQ
BAKI.12.04.2004.MEDİA-PRESS:
Bu həftə Bakıya gələn Ümumdünya Bankının ( ÜB) nümayəndə heyəti Azərbaycanda təhsilsisteminin islahatını dair yeni 10-illik proqramın necə tətbiq olunmasını araşdıracaq.Bankın Bakıdakı nümayəndəliyində bu haqda Media-Pressə verilən məlumatda göstərilir ki, 2003-2013-cü illəri əhatə edən proqram sahədə işlərin keyfiyyətcə yaxşılaşdırılmasını, yuxarı siniflər üçün tədris proqramlarının təzələnməsini və yeni dərsliklərin nəşrini, müəllimər hazırlanmasını, ixtisaslarının artırılmasını, sahənin maddi-texniki bazasının inkişafını nəzərdə tutur. $60 milyon dəyəri olan Proqram 3 mərhələdə ( 2003-2007; 2007-2010 və 2010-2013-cü illərdə) gerçəkləşəcəkdir. Kreditin ilk tranşı ($18 milyon) ötən ilin sentyabrında ayrılıb.
Bu, ÜB-nın Azərbaycanda təhsil sisteminin islahatına dair ikinci proqramıdır. 1999-cu ildə Azərbaycanla bağlanmış ilş belə layihə ( ÜB-nın $5,5 milyon kreditinin $500 mini respublikanın payına düşüb) cari ilin martında başa çatıb.
Bankın nümayəndəsi qeyd edib ki, ekspertlər ilk layihənin necə yerinə yetirildiyi barədə də hesabat hazırlayacaqlar.
ERMƏNİSTAN MÜXALİFƏTİ ÖZ TƏRƏFDARLARINI BU GÜN YEREVANIN MƏRKƏZİ PROSPEKTİNƏ ÇIXARACAQ
BAKI.12.04.2004.MEDİA-PRESS:
Ermənistan müxalifətinin ölkə iqtidarına verdiyi ultimatumun müddəti bazar ertəsi yerli vaxtla saat 12-də başa çatıb. "Ədalət" və "Milli vəhdət" fraksiyaları parlamentdən tələb edirdi ki, müddət başa çatanadək "Referendum haqqında" qanuna dəyişik və əlavələr etsin. Müxalifət onlara əsaslanaraq prezident Robert Köçəryana etimad məsələsini referenduma çıxarmaq niyyətindədir. Ötən cümə müxalifətin mitinqində "Ədalət" blokundan parlament fraksiyasının katibi Viktor Dəlləkyan bəyanat vermişdi ki, "əks təqdirdə xalq sözünün üstündə axıra kimi duracaq".
Müxalifətin daha bir lideri Albert Bezayan deyib ki, müxalifət iqtidara etimad barədə referendum ideyasından əslində imtina edib və indi prezident Robert Köçəryanın danaşaqsız istefasına tərəfdar çıxır.
Bu gün ermənistan müxalifətinin tərəfdarları Ermənistan parlamenti və prezident aparatı binalarının yerləşdiyi Yerevanın mərkəzi prospekti ilə icazəsiz yürüş keçirmək niyyətindədirlər. "Ədalət" blokunun lideri Stepan Dəmirçiyanın və "Milli vəhdət" partiyasının sədri Artaşes Geqamyanın sözlərinə görə," ermənistanın iqtidarının sonu çatıb və o hökmən istefa verəcəkdir".
APRELİN 13-DƏ PREZİDENT İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ BAŞLAYIR
BAKI.12.04.2004.MEDİA-PRESS:
Aprelin 13-də Türkiyəyə rəsmi səfərə yollanan prezident İlham Əliyev həmkarı Əhməd Nejdət Sezər və ölkənin digər rəhbərləri ilə görüşlərində ikitərəfli münasibətlərə və regiondakı vəziyyətə aid məsələləri müzakirə edəcək. İki ölkənin energetika sahəsində əməkdaşlığı və dağlıq qarabağ münaqişəsinin tənzimlənməsi problemi gündəliyin əsas mövzularıdır. Prezidentlər Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da inikişafına dair birgə bəyannamə də imzalayacaqlar.
Səfərinin rəsmi hissəsini başa vuran İlham Əliyev İstanbula yollanacaq və orada Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə görüşəcəkdir.
Türkiyə səfəri ərəfəsində İ.Əliyev Ankara səfərinin hazırlıq gedişini qardaş ölkənin Bakıdakı səfiri Ünal Çevikgözlə müzakirə və qeyd edib ki, bu səfər azərbaycan-türkiyə münasibətlərini inkişafın yeni mərhələsinə çıxarmağa imkan verəcək.
İlham Əliyev deyib:" Türkiyənin nailiyyətləri bizi sevindirir, Azərbaycanın nailiyyətləri-Türkiyəni, Mən çox şadam ki, bu istiqamətdə mühüm addımlar atılır və atılacaqdır". Sitatın sonu.
AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI ÜÇÜN KİFAYƏT QƏDƏR YAXŞI İMKANLAR VAR
BAKI.12.04.2004.MEDİA-PRESS:
Azərbaycan-rusiya münasibətlərinin inkişafı üçün kifayət qədər yaxşı imkanlar var. Azərbaycan Xarici İşlər naziri vəzifəsinə təqribən bir həftə əvvəl təyin edilmiş 44 -yaşlı Elmar Məmmədyarov xarici informasiya agentlikləri arasında İTAR-TASS-a ilk eksklüziv ( məxsusi) müsahibəsində belə belə deyib. O, bu iki ölkənin münasibətləri səviyyəsini və gələcəyini, ələlxüsus da Azərbaycan - Rusiya və onların prezidentləri arasında yaranmış qarşılıqlı anlaşma baxımından, yüksək qiymətləndirib:"Prezident İlham Əliyevin Moskvaya rəsmi səfəri, bu günlərdə Bakıda keçirilmiş ilk azərbaycan-rusiya iqtisadi forumu iki ölkə arasındakı əlaqəlirin yüksələn xətlə inkişaf etdiyini, bu əlaqələrin çox böyük potensialını və tərəhlərin də onu gerçəkləşdirmək istəyini ortaya qoydu".Sitatın sonu.
Hər iki ölkənin regionda sabitlik və təhlükəsizliyi təmin etməq məqsədi ilə fəal qarşılıqlı iş gördüyünü vurğulayan nazir, Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin aprelin ilk günlərində Moskvada keçirilmiş görüşünü müsbət dəyərləndirərək, bir sıra obyektiv səbəblərdən tədbirdə iştirak edə bilmədiyini təəssüflə qeyd edərək deyib:"Lakin aldığım məlumat Xəzər regionunda əməkdaşlığın genişləndiyini və bu yolun düzgün olduğunu deməyə əsas verir.Zənnimcə, xəzər problemlərinin həlli qarşısında duran əngəllərin hamısını aradan qaldırmaq üçün zamana ehtiyac var, təmkin göstərmək və səyləri davam etdirmək ləruridir".
BAKI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ RUSİYANIN DAHA FƏAL ROL OYNAYACAĞINA ÜMİD EDİR
BAKI.12.04.2004.MEDİA-PRESS:
Bakı Dağlıq Qarabağ ətrafında ermənistan-azərbaycan mnaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi daha fəal rol oynayacağına ümid bəsləyir.İTAR-TASS-a məxsusi müsahibəsində bu fikrini açıqlayan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib:"Biz nəzərlərimizi qarabağ probleminin izamlanması səylərində ən mühüm tərəfdaşlardan saydığımız Rusiyaya dikilib. Zənnimcə, bu məsələdə sülh Cənubi Qafqazda sabitliyin başlıca amilinə çevrilərdi".
"Bu istiqamətdə görülən hər iş əhəmiyyətlidir" deyən nazir Misk qrupu həmsədrlərinin məsələyə yanaşma tərzinin Azərbaycanı razı salmadığını vurğlayıb. "Onlar "özünüz razılığa gəlin,biz də sizin hər hansı qərarınızı dəstəkləyək" deyirlər. Münaqişə həllini tapmalıdır, çünki "nə müharibə, nə də sülh" vəziyyəti kövrək atəşkəs rejimində çox sür bilməz". Sitatın sonu.
Məmmədyarov hesab edir ki, münaqişənin həll edilməməsi regionda sabitlik üçün ciddi təhlükədir.Bu müşkül iş həllini nə qədər tez taparsa, xalqlar da, siyasətçilər də, bütölükdə region da daha çox faydalanar. Əminəm ki, sülh bütün Cənubi Qafqazın inkişafına təbii təkan verəcəkdir".
Nazir münaqişənin həllinə ölkə XİN-nin böyük önəm verdiyini vurğulayaraq deyib:"Bu la aydındır.Çünki qarabağ problemi Azərbaycanın ən ağrılı yeridir".
Məmmədyarov aprelin 16-da Praqada Minsk qrupunun rusiyalı, fransalı və amerikalı həmsədrləri və Ermənistan XİN-nin rəhbəri Vardan Oskanyanla görüşəcəyini ,"görüşün tanışlıq və sərbəst mükalimə" səciyyəsi daşıyacağını qeyd edərək deyib"Bizim mövqeyimiz kifayət qədər yadındır. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyi , yaxud onun Ermənistanın tərkibinə daxil olması ilə heç vaxt razılaşa bilməz və nizamlanma üzrə yeni təkliflərin də hamısı bu prinsiplər çərçivəsində olmalıdır".
ELMAR MƏMMƏDYAROV: AZƏRBAYCAN MƏRHUM PREZİDENTİ NEYDƏR ƏLİYEVİN TƏRAZLAŞDIRILMIŞ XARİCİ SİYASƏTİNİ DAVAM ETDİRƏCƏK
BAKI.12.04.2004.MEDİA-PRESS:
Azərbaycan mərhum prezident Heydər Əliyevin tarazlaşdırılmış xarici siyaəstini davam etdirəcək. İTAR-TASS-sa məxsusi müsahibəsində bu fikri vurğulayan XİN başçısı Elmar Məmmədyarov deyib:"Bu siyasətin alternativi yoxdur və Azərbaycanın mənafelərinə tam cavab verir.Milli mənafelər çərçivəsində Azərbaycan NATO ilə də münasbətlərini inkişaf etdirəcək və mən bu ittifaqla ilişkilərini genişləndirmək səyi ilə bağlı ölkəmizin ünvanına səslənən tənqidləri qəbul etmirəm."
NATO-ya qəbula gəldikdə, Məmməlyarov bunun o qədər də asan iş olmadığını, bir sıra qaydalara əməl olunmasının , təbəddülatın zəruriliyini, ölkə silahlı qüvvələrinin müvafiq səviyyəyə çatdırılmasının, qanunvericilik zəmininin yaradılmasının, ictimai fikrin də buna hazır olmasının zəruriliyini vurğulayıb.
MARTDA AZƏRBAYCANDA DÖVLƏTƏ 366,9 MİLYON TON KUBMETR QAZ TƏHVİL VERİLİB
BAKI.12.04.2004.MEDİA-PRESS:
Azərbaycanda martda dövlətə təhvil verilmiş 366,9 mln.kubmetr təbii qazın 339,2 milyonu -ARDNŞ-in ,11,6 milyonu- birgə müəssisələrin və 90,9 milyonu isə - AYİB-in ( Azərbaycan Beynəlxalq Əməliyat şirkəti) payına düşür.
Bu həcmin 159,4 mln. kubmetri ( nəzərdə tutulandan -8,8% az) "Azəriqaz" SC-yə , qalan 207,5 milyonu ( nəzərdə tutlandan-22,6% çox) Azərbaycan Qaz emalı zavoduna (AzGEZ) verilib. İlin əvvəlindən bəri SC-483,4 mln. kubmetr, AzGEZ isə - 596,4 mln. kubmetr qaz alıb.
Azərbaycanın ehtiyacının ödənilməsinə ildə10 milyard kubmetr qaz gərəkdir.Ötən il respublikamız rusiya "İtera" -sından 4 milyard kutmetr mavi yanacaq almışdı. Bu il onu əvəzləyən "Qazprom" ölkəmizə 2,75 milyard kubmetr qaz verməyi nəzərdə tutur.Bu yaxınlarda isə ARDNŞ Qazaxıstanın "KazRosQaz" şirkəti ilə bagladığı sazişə əsasən bu il ondan 4,5 milyard kubmetr qaz almalıdır.Cari ilin ilk iki ayında bu şirkət artıq Azərbaycana 1 milyard kubmetrə yaxın qaz ixrac edib. ARDNŞ Qazaxıstan qazının hər min kubmetrini 52 dollara alır və idxal qazına Azərbaycanın illik tələbatı təqribən 6 milyard kubmetrdir.
Səngəçal neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində qazqurutma qurğusu işə salındıqdan sonra respublika əlavə həcmdə qaz alacaq.Bilirsiniz ki, terminala daxil olan neft onun tərkibindəki su və qazdan ayrılma prosesindən keçir və bu zaman ələ gələn səmt qazının hamısı yandırlırdı.Ancaq yeni qurğunun işə düşməsindən sonra buna ehtiyac qalmayacaq. Neftdən ayrılan səmt qazı ARDNŞə veriləcək, o da əlavə qazı öz istehlakçlarına çatdıracaq.Dövlət şirkəti bu ideyanın reallaşdırılması üçün qazı qəbul edən xüsusi qurğu və Səçngəçal qazpaylaşdırma məntəqəsinə kimi kəmər çəkməyi planlaşdırır.
ÇİN VƏ İRAN QAZ ÜZRƏ "ƏSRİN SAZİŞİNİ" HAZIRLAYIRLAR
BAKI.12.04.2004.MEDİA-PRESS:
Çinin neft nəhəngi SİNOPEC şirkəti İranın bəzi neft yataqlarının istismar hüququna yiyələnmək müqabilində iran maye qazının satın alınmasına dair ölkə şirkətləri ilə milyardlarla dollar dəyərində sövdələşmə barədə danışıqlar aparır. Bu, maye qazın satın alınmasına dair bəlkə də dünyanın ən böyük sövdələşməsi olacaq.
İki ölkə arasında ticarət münasibətlərinin başlanmasına yeni təkan ola biləcək bu saziş üzrə danışıqlar Çinin 4 dövlət neft şirkətindən biri- Zhuhai Zhengrong 25 ildə İrandan 110 milyon ton qaz ixracı niyəti barədə keçən ay qarşılıqlı anlaşma memorandumu imzaladıqdan sonra başlayıb.
SİNOPEC ildə 5 milyon ton qaz alma üçün National Iranian Gas Export Company və National Iranian Oil Company danışıqlar aparır. Əvəzində İran SİNOPEC-in ölkənin başlıca neft yataqlarının işlənməsinə qoşulmasına igazə verə bilər.
Belə fürsət iranın qaz sektoru üçün nə qədər uğurlu sayılsa da, ölkə ekspertlərinin fikrincə , Tehran hələ də əcnəbi şirkətlərlə bu sahədə danışıqlar aparılması strategiyasını işləməyib. Qaz bazarı mütəxəssisi Mohsen Əlizadə əmindir ki, məhz bu, iran qazının ixracına dair danışıqların uzanmasının əsas səbələrindən biridir. OÖ MEHR agentliyinə deyib ki, İran qaz ixracına dair danışıqların aparılması müddətini mümkün qədər azaltimaq üçün müəyyən struktur dəyişiklikləri etməlidir. İlk əvvəl, qaz ixracı sahəsində atılacaq addımların hamısına nəzarət edə bilən vahid və müstəqil bir şirkət yaradılmalıdır.
İran qazını almaq barədə danışıqlar aparan əcnəbi neft şirkətləri indi məcburdular ki, enerji daşıyıcılarının nəqli məsələləri üçün İran milli qaz şirkətinə, qaz təsfiyyəsi üçün- Neft və qaz şirkətinə, qaz yataqlarının işlənməsi üçün- İran Milli neft şirkətinə, ixrac məsələləri üçün- İran qaz ixracı milli şirkətinə müraciət etsinlər. Bütün bunlar danışıqların yubanmasına, bəzən isə- nəticəsiz başa çatmasına səbəb olur.
Mohsen Əlizadə qeyd edib ki, qaza tələbatın təmini baxımından gələcəkdə İranın rolu böyük əhəmiyyət kəsb edəcək. İran xaricə qazı həm borularla, həm maye şəklində, həm də neft-kimya məhsulları kimi göndə biləcək.
İran qazı borularla ancaq qonşulara- Pakistan, Hindistan, Türkiyə, Gürcüstan, Ermənistan və bəzi avropa ölkələrinə ixrac edilə bilər. Maye qaz ixracında isə heç bir məhdudiyyət ola bilməz.
Qazın neft-kimya məhsullarına emalı indiki şəraitdə çox cəzbedici görünür. Bu, həm ölkənin belə məhsullara tələbatını ödəməyə, həm də onu izafi dəyərlə ixrac etməyə imkan verərdi. Əlizadənin fikrincə, İran qaz ixracının bütün üç formasını eyni vaxtda inkişaf etdirməlidir.
2025-Cİ İLDƏ TƏBİİ QAZ DÜNYADA ƏSAS YANACAQ NÖVÜ OLACAQ
BAKI.12.04.2004.MEDİA-PRESS:
2025- ci ildə təbii qaz dünyada aparıcı yanacaq növü olacaq.Mütəxəssislər bu qənaətə gəlməkdədirlər. Beləki,ChevronTexaco Global Gas şirkətirin rəhbəri Con Qass hesab edir ki, indi maye qaz energetikanın ən dinamik sektorudur. ABŞ-da yanacağın bu növünə illik tələbat -1%, Avropada isə -2-3 faizdir.
Accenture şirkəti mütəxəssisi Devid Tmlinsona görə, 2030-cu ilədək dünyada maye qaza tələbat ikiqat artacaq. O həmçinin qeyd edib ki, qazın yandırılması ( mayeləşdirilməsi) texnologiyası son məhsulun qiymətini xeyli ucuzlaşdırıb: 30 ildə bir maye qaz zavodu tikintisinin dəyəri üçdə iki, onun dənizlə nəqlinin qiyməti 1990-cı illə müqayisədə yarıbəyarı azalıb.
Royal/Dutch/Shell Group -un direktoru və Shell Gas & Power-in prezidenti Malkolm Brindid hesablayıb ki, planetimizdə təbii qaz ehtiyatı neftə nisbətən 50% çoxdur və indiki tələbat səviyyəsi ilə götürsək, daha 60 ilə bəs edər. BP-nin qaz, energetika və bərpa olunan mənbələr üzrə baş direktor müavini Ralf Aleksander hesablayıb ki, lazımi kəşfiyyat sayəsində yerin təkindən daha 60 illik qaz ehtiyatı tapmaq olar.
Qaz yataqlarının mənimsənilməsi böyük xərclər tələb edir. Son illər neft kəşfiyatına daha çox üstünlük verilib: qazılmış 4 neft quyusuna bir qaz quyusu düşür. Mədən qazının, dənizin dibində və buzlar altına yığılan metanın istifadəsi imkanları ilə yanaşı qazın benzinə və dizel yanacağına çevrilməsi də ən perspektivli istiqamət sayılır, Çünki zərərli tullantılarının faizi çox aşağıdır. Sənayenin bu növü təzəcə inkişaf tapır. Odur ki, bütün üstünlükləri hələ aşkarlanmayıb. Bununla belə, Qətərdə Shell şirkəti qazdan təmiz avtomobil benzini alan zavod tikmək niyyətindədir. Layihənin dəyəri $ 5 milyarddır.
QAZAXISTAN ALİMLƏRİ YETİŞDİRDİKLƏRİ MİKROORQANİZMLƏR KARBOOKSİD QAZINI VƏ SUYU PARÇALAYIR
BAKI.12.04.2004.MEDİA-PRESS:
Qazaq alimlər nadir dərman hazırlayıblar. Mikroorqanizm əsaslı kimyəvi toz torpağı neft məhsullarından təmizləyərək , onları karbooksid qazına və suya çevirir. Mikrobioloqlar bu ixtiraya "peroil" adı veriblər. Peroil quraq iqlimdə daha təsirli olur.
Tərkibinə 5-7% neft hopmuş torpağı peroil 4 aya "bərpa edir". Biotexnoloji təmizləmə metodu bütün parametlərinə görə, adət etdiyimiz üsuldan- torpağın yandırılmasından üstündür.
Dərmanın müəlliflərindən biri , alim xanım Akmaral İsayeva deyib:" Neft məhsullarının yandırılması onunla bağlıdır ki, fəzaya emissiya qazlarının tullantısı çox güclü alınır və bu da istixana effektini artırır. Bizim biotexnoloji yanaşmaya əsaslanan metodumuz isə ekoloji baxımdan daha təhlükəsizdir və iqtisadi cəhətdən dsərfəlidir".
Peroil iki mikroorqanizm zəminində yaradılıb. Onları tapmaq üçün qazax alimlər 200 müxtəlif bakteriyanı öyrəniblər. Yalnız İndi laboratoriyaba bəslənilən bakteriyalar insan və heyvanlar üçün təhlükəsiz sayılır. Peroil yerli iqlimə uyğunlaşdırılıb. Məsələn, Cənubi Qazaxıstanda torpağı rusiya dərmanları ilə təmizləmək istəsələr də təsiri olmayıb. Rusiya preparatı nəmişli və mülayim iqlim şəraitində istehsal edilir, ancaq peroil Cənubi Qazaxıstanın və oxşar məntəqələrin iqliminə hesablanıb.
Qazax alimlər bimotozun işlənməsi üsulunun çox sadə olduğunu deyirlər. Onu su ilə qatışdırığ torpağa çiləyir və yeri belləyirsən və ya şumlayırsan. Onun səmərəliyi artıq Şımkent neft-emalı zavodunda yoxlanılıb. Peroil hələlik sənaye miqyasında istehsal olunmasa da, alimlər bu dərmanın tətbiq ediləcəyinə ümid bəsləyirlər.
QAZAXISTAN DAHA BİR HƏRBİ GƏMİ ALDI
BAKI.12.04.2004.MEDİA-PRESS:
Xəzər dənizinin hərbiləşdirilməsinin yolverilməzli çağrışlarına rəğmən sahilyanı ölkələrin bəzisi öz hərbi-dəniz qüvvələrini artırmaqda, bəzisi də bu qəbil qüvvələrini yaratdadır.
İran lap bu yaxınlarda bəyanat verdi ki, həm cənubda, həm də şimalda , yəni Xəzərdə, ölkənin xüsusi dəniz polisini yaradacaq. Hələki, bu qurumun vəzifəsi bəlli deyil. İran rəsmiləri bu qüvvələrdən qaçaqmalçılıqla və ekoloji problemlərlə mübarizə məqsədi ilə də istifadə edə bilər.
Qazaxıstanın Aktau limanı Sərhəd idarəsinin dəniz divizyonu "Berkut" tipli yeni döyüş gəmisi alıb. Gəmi Uralın "Zenit" zavodunda tikilib. "Berkut" ən dözumlü gəmilərdən sayılır əv 5-bal gücündə qasırğaya tab gətirə bilir. Divizyonun 20 gəmisindən 4-ü "Berkut"dur. Sərhəd regional idarəsinin rəisi Elemis Janabergenov "Xəbər" agentliyiə deyib:" Ən müasir peyk naviqasiyasına və radiolokasiya stansiyasına malik olan yeni gəmi difizyonun döyüş tərkibini daha da qüvvətləndirəcək və dəniz sərhədlərinin mühafizəzi daha etibarlı əllərdə olacaqdır".
Xəzər dənizində döyüş keşiyinə çıxmış yeni "gözətçi" gəmisinə "Aktau" adı verilib.
<<< <<<