rus || eng


QARADAĞ REZİN QATIŞIĞI ZAVODU YÖNÜMÜNÜ DƏYİŞİR

BAKI.14.04.2004.MEDİA-PRESS: Xazar Management Sistems Ldt azərbaycan şirkəti "Qaradağ rezin qatışığı zavodu" Səhmdar Cəmiyyətinin yeni sahibidir.
İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentində Media-Pressə bildiriblər ki, müsabiqənin qalibi bir ay ərzində dövlət büdcəsinə 2,4 milyard manat köçürməli və silinmək üçün 100 min özəlləşdirmə çeki təqdim etməlidir. Xazar Management Sistems həm də ilkin işlərin görülməsi üçün zavodun hesabına 2,8 milyard manat köçürməlidir.
İnvestisiya proqramının başlıca məqsədi müəssisədə şüşə qablar istehsalını təşkil etməkdir. İki ildə zavoda 54 milyard manat maya qoyulacaq və bu vəsait ilk növbədə yeni məhsul buraxan avadanlığın alınıb quraşdırılmasına, istehsal sahələrinin təmirinə, mühəndis qurğularının inşaasına xərclənəcək. Zavodda 110 nəfər daimi işlə təmin ediləcək.


BAKIDA 10-CU BEYNƏLXALQ İNTERFOOD AZERBAİJAN SƏRKİSİ KEÇİRİLƏCƏK

BAKI.14.04.2004.MEDİA-PRESS: Mayın 12-14-də Bakıda "İNTERFOOD AZERBAİJAN-2004" ("Qida məhsulları, içkilər, qablaşdırma və istehsal texnologiyası") sərgisi keçiriləcək.
Bakıda 10-cu dəfə təşkil olunan bu sərginin : iaşə məhsulları, ədviyyat və inqrediyentlər, alkollu və alkolsuz içkilər, çay, qəhvə, emal sənayesi avadanlığı, qablaşdırma texnologiyası, iaşə məhsulları və içkilər istehsalı üçün avadanlıq, souducu avadanlığı və restoran avadanlığı üzrə əsas bölmələri olacaq.
Sərgidə yerli və əcnəbi firma və şirkətlər təmsil olunacaq. Keçənilki analoji sərgidə Almaniya, İtaliya, Avstriya, İsrail, Türkiyə, iran, İspaniya, Hollandiya, Fransa, Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Litvanın 60-dək şirkəti iştirak edib.
Sərgini britaniya ticarət-sərgi şirkəti ITE Group PLC və onun respublikamızdakı tərəfdaşı Iteca Caspian Ltd təşkil ediblər. Azərbaycan Kənd Təsərrüfatı nazirliyi və Ticarət-Sənaye Palatası da tədbirə himayə göstərir.


İRAN ERMƏNİSTANA $1 MİLYON QRANT AYIRIB

BAKI.14.04.2004.MEDİA-PRESS: Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyanın İrana qısamüddətli səfəri başa çatıb. Ermənistan XİN-i mətbuat xidmətinin məlumatına görə, Oskanyan Tehranda İranın Ali Milli Təhlükəsizlik şurasının katibi Həsən Ruhani və XİN başçısı Kəmal Xərrazi ilə danışıqlar aparıb. Nəticədə tərəflər Ermənistanın inkişafına kömək çərçivəsində $1 milyon həcmində qrant ayrılması barədə memorandum imzalayıblar.
Oskanyan İranın vitse-prezidenti Məhəmməd Rza Aref və İnformasiya naziri Əli Yunisi ilə görüşüb. Tərəflər ermənistan-iran münasibətlərinə, regional və beynəlxalq hadisələrə aid məsələləri müzakirə ediblər. Erməni nazir iran tərəfinin xahişi ilə Azərbaycandakı prezident seçkilərindən sonra dağlıq qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyəti geniş şərh edib. İran tərəfi bir daha təsdiq edib ki, qarabağ probleminin həlli yalnız qarşı duran tərəflər üçün yox, həm də bütün regionun sabitliyi və inkişafı üçün əhəmiyyətlidir.
Oskanyan Ermənistanın qonşu Türkiyə və Gürcüstanla münasibətlərinə də toxunub. Tərəflər İran prezidenti Məhəmməd Hatəminin Ermənistana qarşıdakı səfərinin tarixini də müzakirə ediblər.


THE WALL STREET JOURNAL:RUSİYA NEFTİNİN İXRACI ARTIR VƏ OPEK-Ə RƏQİB YARANIR

BAKI.14.04.2004.MEDİA-PRESS: Neft bazarının ekspertləri və təhlilçiləri yanacağın qiymətinin bahalaşacağını fəal proqnozlaşdırılar. Onlar 2003-cü ilin 2-ci yarısında iddia edirdilər ki, 2004-cü ilin 2-ci rübündə bir barrel 25% ucuzlaşacaq, bəziləri isə onun qiymətinin hətta 20 dollara düşəcəyini bildirirdi. İndi isə əsasən $30 rəqəmi göstərilir.
İEA (Beynəlxalq Energetika Agentliyi) hesab edir ki, 2004-cü ildə gündəlik neft istehlakı 80,3 milyon barrel təşkil edəcək ki,bu da 2003-cü ilin göstəricisindən 1,86 milyon barrel aşağıdır. Adətən ilin 2-ci rübü neftə tələbatın azaldığı dövr sayılır və bu il də istisna təşkil etmir. Ancaq əgər keçən il itstehlakın gündəlik azalması -3,2 milyon barrel idisə, bu il, İEA-nın proqnozuna görə, yalnız -2 milyon barrel təşkil edəcək.
Neftə və onun məhsullarına tələbatın artmasında başlıca "günahkarlar" ABŞ və Çindir. Məsələn, İEA-nın məlumatına görə, bu ilin yayında ABŞ-da benzin istehsalı rekord səviyyəyə - gündəlik 8,46 milyon barrelə yüksələcək ki, bu keçən ilə nisbətən 2,4% çoxdur. Çində isə 2004-cü ilin 1-ci rübünün istehlak səviyyəsi keçən ili 18 % üstələyir, həm də ölkə neft idxalını da bu müddətdə 9% artırıb.
Dünyada neft istehlakının artımı neftin qiymətinin daha sürətlə bahalaşması zəminində baş verir. "İzvestiya" qəzeti yazır: Məntiqə söykənərək düşünmək olardı ki, bu hal çox sürməz, bazar özünü "göstərməlidir" -ya istehlak həcmində, ya da qiymətdə. Ancaq indilikdə bunladan heç biri baş vermir. Ekspertlər belə hesab edirlər ki, dünya iqtisadiyyatı iqtisadiyyatının yeni mərhələsinə- neftin sabit yuksək qiymətli mərhələsinə daxil olub.
The Wall Street Journal yazır : Bu vəziyyətdə rusiya energetika sənayesi neft ixracı sahəsində öz bacarığını daha da artıraraq, OPEK-in rəqibinə çevrilməkdədir. İEA mütəxəssisi Devid Fayz hesab edir ki, rusiyanın neft ixracını xeyli artırmaq imkanı var. "Yaxın 2-3 ildə Rusiya OPEK-in problemlərinin başlıca ünsürünə çevriləcək"-Sitatın sonu.
"İzvestiya"nın yazdığına görə, şirkətlər nefti sərhəddən keçirmək üçün hər imkandan, hətta kifayət qədər ekzotik (əcayib) görünən vasitələrdən istifadə edirlər. Belə ki, "Rosneft" Rusiyanın Arktika sahillərində lövbər salmış nəhəng tankerdən terminal kimi istifadə edir. Onun anbarındakı yanacaq öz həcmlərinə görə Rusiyanın şimal limanlarından heç birinə yan ala bilməyən tankerlərə boşaldılır. Tək bu layihə "Rosneft"ə imkan verir ki, hər gün 300 min barrel neft yola salsın. "Transneft" isə Sankt-Peterburq yaxınlığındakı terminalı və Qərbi Sibir neftini bura nəql etməyə imkan verən boru sistemini genişləndirir. "YUKOS" neftin Çinə dəmir yolu ilə ixracının genişləndirilməsinə "maya qoyur". "Transneft" mütəxəssislərinin hesablamalarına görə, "borular sisteminin genişləndirilməsi" imkan verəcək ki, Rusiya gündəlik ixrac imkanlarını indiki 8,5 milyon barreldən artıq 2005-ci ildə 10 milyon barrelə çatdırsın.
Hələ bu yaxınlaradək Rusiya neft şirkətlərinin əsas qayğıları özəl neft kəmərlərinin çəkilişi ilə bağlı idi. YUKOS Çinə qüdrətli neft borusu çəkmək ideyasını geniş təbliğ edirdi. "LUKOYL","YUKOS",TNK, "SİBNEFT" və "SURqutnefteqaz" Qərbi Sibirdən Murmanskadək boru çəkilişinə $3,5-4,5 milyard xərcləməyə hazırlaşırdılar. Lakin birinci halda şirkət öz rəqibinə -"TRANSNEFT" dövlət şirkətinə uduzdu, ikinci layihəni isə dövlət dəstəkləmədi.
The Wall Street Journala görə, Rusiyada yeni boru xətlərinin çəkilişi layihələri siyasi ixtilaflar üzündən təxirə salınsa da, boru şəbəkəsinin artırılması üçün son yarım ildə müəyyəm addımlar atılıb. Bu , Rusiyaya cari ildə ixracı 15% , yəni gündə 600 min barrel artırmağa və yaxın illərdə əlavə gəlir götürməyə imkan verəcəkdir. "Ayrı-ayrılıqda götürəndə, bu qazanc o qədər də çox deyil, lakin hamsını toplayanda böyük rəqəmlər alınır". Pol Kollinson -Brunswick UBS. İnvestisiya şirkətinin Moskva şöbəsinin neft üzrə eksperti belə deyir.
"Əgər Rusiya istehsalının həcmini artırmaq niyyətindədirsə, ona artıq cari onillikdə yeni iri neft boru xətləri gərək olacaq. Əgər istehsal səviyyəsi bu şəkildə artmaqda davam edərsə, sistem gərginliyə dözməyəcək". Bu isə Robert Dadlinin, TNK-BP birgə müəssisəsində BP-nin təmsilçisinin fikridir.
Martda rusiya ixracçıları hökumətdən xahiş etdilər ki, maliyyələşdirdikləri neft kəmərlərindən onlara daha üstün istifadə hüququ versin. Lakin rusiyanın yeni baş naziri Mixail Fradkov özəl neft boru magistrallarına dair xülyaları birdəfəlik puç edərək sərt şəkildə bəyan etdi ki, belə şey olmayacaq. Rusiya məmurları çalışırlar ki, "Transneft" ölkənin neft sənayesi üzərində bir nəzarət vasitəsi olaraq qalsın. Başqa sözlə, dövlət rusiyanın neft ixracının həcminə görə məsuliyyəti əslində tamamilə öz üzərinə götürür: dövlət neftdən nə qədər gəlir götürmək istəyirsə, onu da götürəcək


TÜRKİYƏ VƏ AZƏRBAYCAN DAĞLIQ QARABAĞ PROBLEMİNİN TƏXİRƏ SALINMADAN HƏLLİNƏ TƏRƏFDARDIR

BAKI.14.04.2004.MEDİA-PRESS: Türkiyə və Azərbaycan Dağlıq Qarabağ problemiin beynəlxalq hüquq müstəvisində, ölkələrin dövlət suverenliyinin qorunması, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə riayət olunması zəminində tezliklə və təxirə salınmadan həllinə tərəfdar çıxırlar.
Aprelin 13-də Ankarada Türkiyə və Azərbaycan prezidentləri Əhməd Nejdət Sezər və İlham Əliyev arasındakı danışıqların yekunu üzrə qəbul edilmiş Birgə Bəyanatda belə deyilir.
Hər iki dövlət başçısı bu fikirlə razılaşır ki, "ölkələr arasında sülhü və sabitliyi təmin etmək, etimadı möhkəmlətmək, münasibətləri və əməkdaşlığı yaxşılaşdırmaq üçün, regionun bütün dövlətləri təcavüzkarlıq və düşmənçilik siyasəti yürütməkdən imtina etməlidir".
Türkiyə və azərbaycan rəhbərləri razılıq hissi ilə qeyd ediblər ki, yüksək səviyəli danışıqlar sayəsində qardaş ölkələr arasındakı münasibətlər strateji səviyyəyə yüksəlib. Sitat:"Bu münasibətlər regionun digər ölkələri üçün də yaxşı nümunə olacaq".
Danışıqlar başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran İlham Əliyev deyib ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsində israrlıdır. Yalnız bundan sonra Bakı Dağlıq Qarabağın statusuna dair danışıqlar apara bilər."Türkiyə istəyir ki,Dağlıq Qarabağ problemi mümkün qədər tezliklə həll olunsun. Məsələ münaqişəyə cəlb olunmuş dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında çözülməlidir".Türkiyə prezidentinə istinad edən İlham Əçliyev belə deyib. Azərbaycan prezidenti Türkiyənin köməyinin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını da vurğulayıb.


ANKARADA AZƏRBAYCAN-TÜRKİYƏ SAZİŞLƏRİ İMZALANIB

BAKI.14.04.2004.MEDİA-PRESS: Aprelin 13-də Ankarada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Əhməd Nejdət Sezərin iştirakı ilə bir sıra ikitərəfli sazişlər imzalanıb.
Azərbaycanla Türkiyə arasında mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlıq protokolları, sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında, gömrük sahəsində əməkdahlıq və qarşılıqlı yardım haqqında müqavilələr, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlığa dair saziş imzalanıb.
İmzalanma mərasimindən sonar çıxış edən Əhməd Nejdət Sezər və İlham Əiyev bu qardaş ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Dağlıq Qarabağ münaqişəsinin ədalətli prinsiplər əsasında həlli məsələsinə toxunan prezident Əhməd Nejdət Sezər qeyd edib ki, Türkiyə bu münaqişənin mərhələli həllinə tərəfdardır.
Öz növbəsində İlham Əliyev vurğulayıb ki, təməli prezident Heydər Əliyev tərəfindən qoyulmuş Türkiyə ilə münasibətləri Azərbaycan bundan sonra da inkişaf etdirəcək. Prezident dağlıq qarabağ probleminin mərhələli həllinə Azərbaycanın etiraz etmədiyini bildirib.
Elə həmin gün İlham Əliyev ona ayrılmış iqamətgahında Türkiyə Silahlı qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkeki qəbul edib. Söhbət gedişində qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi olub.


AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ BTC KƏMƏRİ TİKİNTİSİNİN GEDİŞİNDƏN RAZIDIRLAR

BAKI.14.04.2004.MEDİA-PRESS: Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Əhməd Nejdət Sezər xəzər neftinin Avropaya daşınmasına yardımçı olacaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri ( BTC ƏİK ) tikintisinin gedişindən razı qaldıqlarını bildiriblər. Danışıqların yekunu üzrə Birgə Bəyanatda dövlət başçıları vurğulayıblar ki, " bu layihənin gerçəkləşməsi region ölkələri iqtisadiyatının yüksəlişinin və bölgədə sabitliyin təmininin əlavə mənbəinə çevriləcək."
Bu layihənin realizəsinə Qazaxıstanın da qoşulmasını arzulayan prezidentlər ümid edirlər ki, " azərbaycan və qazaxıstan hökumətləri arasında bu məsələyə dair danışıqlar artıq bu il müvafiq sazişin imzalanması ilə başa çatacaq".


AZƏRBAYCANDA BTC KƏMƏRİNİN MÜHAFİZƏÇİLƏRİNƏ İNSAN HÜQUQLARI BARƏDƏ TƏLİMAT VERİLƏCƏK

BAKI.14.04.2004.MEDİA-PRESS: Bakıda açılmış ictimai təhlükəsizlik üzrə treninq-kurslar Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsi zamanı insan hüquqlarına riayət olunmasına əsaslanır.
BP-Azerbaijan prezidenti Devid Vudvordun kursların açılışında qeyd etdiyi kimi, Xüsusi dövlət təhlükəsizlik xidmətinin (XDTX) orta rütbəli hərbçiləri üçün treninqi Equity İnternational beynəlxalq qeyri-hökumət təşkilatı (QHT) təşkil edib.Bu barədə saziş təşkilatla 2004-cü ilin fevralında bağlanıb. Proqramı BTC Co boruçəkmə və Bakı_Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin operatoru South Caucasus Pipeline Co. Şirkətləri maliyyələşdirilər.
4-həftəlik treninqin proqramı insan hüquqları nəzəriyyəsinin öyrənilməsini, insan hüquqlarına əməl olunmasını nəzərdə tutan polis vərdişlərinə yiyələnməni, qüvvə və silah itşlədilməsinin beynəlxalq standartları və təcrübəsini qavramağı, insan hüquqları üzrə əməli məşğələləri və xarici təcrübənin mənimsənilməsini nəzərdə tutur.
Niderlandlı sabiq yüksək rütbəli polis məmuru, Equity International şirkətinin icraçı direktoru Ses de Rover layihənin rəhbəridir.
Treninqi keçən iştirakçılar hüquq-mühafizə əməllərinin icrasını insan hüquqlarına riayət prinsipləri ilə səmərəli uzlaşdırmaq metodlarına yiyələnəcəklər. İndi həmin proqramların neft-qaz kəmərlərinin keçəcəyi Gürcüstan və Türkiyədə də reallaşdırılmasına hazırlıq görülür.
XDTX rəisi Vaqif Axundoun sözlərinə görə, bu treninqlər Azərbaycan, Gürcüstan və Türkiyədə BTC neft kəmərini qoruyan təhlükəsizlik xidmətləri üçün keçiriləcək. Respukamızdakı treninqdə XTDX-nin 14 əməkdaşı ilə yanaşı Milli Təhlükəzizlik, Milli Müdafiə , Daxili İşlər nazirlikləri və Dövlət Səhəd Xidmətinin hərəyə 2 əməkdaşı da iştirak dəcək.
Azərbaycan ərazisində ixrac kəmərlərin təhlükəsizliyini təmin etmək üçün XTDX-nin 8 regional bölməsi yaradılıb: Sumqayıt, Siyəzən və Xaçmazdakı şimal bölmələri Bakı-Novorossiysk kəmərini qorumaq üçündür. Qərb istiqamətində -Səngəçalda (Bakıda), Ucar, Hacıqabul, Şəmkir və Ağstafada yaradılmış daha 5 bölmə Bakı-Supsa kəmərini, tikintisi davam edən BTC neft kəmərini və tikiləcək BTƏ qaz kəmərini mühafizə etmək üçündür.
Vaqif Axundov deyib ki, XTDX-nin qərb regional şöbələri üçün artıq inzibati binalar tikilib, maddi- texniki baza yaradılıb və işçi heyətləri komplektləşdirilir. Bu tədbirlər şimal istiqaməti üçün də görülməkdədir. Əgər inzibati binaların tikintisi cari ilin sonunadək başa çatdırılarsa, XTDX 2005-ci ilin ilk rübündən bu istiqamətdə də fəaliyyətinə başlaya biləcəkdir.
XTDX rəisi məlumat verib ki, biz təqribən 650-700 əməkdaşımızı ixrac kəmərlərinin təhlükəsizliyinin təmininə cəlb edəcəyik. Hal-hazırda XTDX qüvvələri Səngəçal terminalının bütün həndəvərinin mühafizəsini təmin edir.


QAZAXISTAN VƏ TÜRKMƏNİSTAN NEFTİNİN AZƏRBAYCANDAN TRANZİTİNİN APRELDƏ ARTACAĞI GÖZLƏNİLİR

BAKI.14.04.2004.MEDİA-PRESS: Qazaxıstan və türkmənistan neftinin Azərbaycan ərazisindən Bakı-Batum dəmir yolu ilə tranzit həcminin apreldə artacağı gözlənilir.
Jurnalistlərə bu məlumatı verən respublika Nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, cari ilin ilk rübündə azərbaycan ərazisindən tranzit neft daşımalarının həcmi 3 milyon ton ( 2003-cü ilin eyni dövründə-3,1 mln.t.) təşkil edib və azalmaya səbəb Türkmənistan tranzitinin düşməsi olub. Bu müddətdə qonşu ölkə İrana " svop" ( mübadilə) ixracına üstünlük verib. Bu sistem nefttreyderlərə (hərraclarda nefti topdan alanlar) üçün 8-10% ucuz başa gəlsə də, neftin İranın Neka limanına borularla daşınması imkanları məhduddur. Bu səbəbdən də Azərbaycandan neftin tranzit həcminə elə bir xələl gəlməyəcək. M.Pənahov belə deyib.
Nəqliyyat nazirinin müavini deyib ki, bütövlükdə 2004-cü ildə ərazimizdən dəmir yolu ilə neft tranziti həcminin 2003-cü ilə nisbətən ( 11,6 milyon ton ) 500-700 min ton artacağı gözlənilir.


2004-CÜ İLİN ƏVVƏLİNDƏN RUSİYA 125 MİLYON TON NEFT VƏ QAZ KONDENSATI, HƏMÇİNİN 190 MLRD. KUBMETR QAZ HASİL EDİB

BAKI.14.04.2004.MEDİA-PRESS: Bu ilin əvvəlindən Rusiyada qaz kondensatı ilə birlikdə 125 milyon ton neft çıxarılıb ki, bu da ötən illə müqayisədə 12,2 milyon ton və ya 10,8% çoxdur. Bu müddədə hasil edilmiş 190 mlrd. kubmetr qaz keçən ildəkindən 6 mlrd. kubmetr və ya 3,2% çoxdur.


AZƏRBAYCAN PREZİDENTİ ENERGETİKA LAYİHƏSİ TİƏ-SİNİN TƏRTİBİ YÜÇÜN YAPONİYA QRANTI ÜZRƏ SAZİŞİ TƏSDİQ EDİB

BAKI.14.04.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev respublikanın elektroenergetika sahəsinin bərpası layihəsinin tərtibi üçün Yaponiyanın Humanitar ehtiyatların inkişafı Fondunun ayırdığı $600 -minlik qrant sazişini təsdiq edib. Layihə BYİB-in (Beynəlxalq Yenidənqurma və İnkişaf bankı-Ümumdünya Bankının qurumu) dəstəyi ilə həyata keçiriləcək.
"Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, qrant Hollandiyanın KEMA şirkətinin və Dər ul-Həndəsə transmilli ərəb holdinqinin konsaltinq xidmətlərinin ödənilməsinə sərf ediləcək. Onlar "Azərenerji" SC dispeçer sisteminin təzələnməsi layihəsinin TİƏ-sini hazırlamalıdır. Əsas vəzifə enerji sisteminin etibarlığını artırmaq, enerjinin nəqli zamanı itgini azaltmaqdır.
ÜB layihəni maliyyələşdirməyə razılaşıb və inbi Bankın Direktorlar Şurası iyunda bu haqda rəsmi qərar çıxarmalıdır.
BYİB 15 il müddətinə təqribən $40 milyon məblğində kredit ayıracaq. Kreditin güzəştli $5 milyonu illik 3-4 faizlə veriləcək. Azərbaycan indiyədək ÜB kreditlərini BİA-nın (Beynəlxalq İnkişaf Assosiasiyasının) daha münasib şərtləri ilə ( 35 ilə və bunun da 10 ili güzəştli müddətdir) alırdı.
BYİB öz kreditlərini inkişaf edən ölkələrin ən irəlidə gedəninə (məs. Türkiyə, Yaxın Şərq və Latın Amerikası ölkələri , Çin) verir. ÜB ekspertlərinə görə, Azərbaycan da bu ölkələrlə bir sırada yer almaqdadır və , deməli, BYİB kreditlərindən bəhrələnə bilər. Bununla belə,respublikamızın hələ də kasıb olduğunu və adambaşına ümumi daxili məüsulun hələ yüksək olmadığını nəzərə alsaq, ona kreditləri ÜB-nın hər iki qurumu verə bilər. Lakin Azərbaycanın inkişaf sürəti nəzərə alınarsa, bir müddət sonra onun güzəştli kreditlərə ehtiyacı olmaya da bilər.


2003-CÜ İLDƏ AZƏRBAYCANIN ENERGETİKA SEKTORUNA "GİZLİ TƏXSİSATLAR" 1,972 TRİLYON MANAT TƏŞKİL EDİB

BAKI.14.04.2004.MEDİA-PRESS: 2003-cü ildə Azərbaycanın energetika sahəsinə , belə deyək, "gizli təxsisatlar" 1,972 trilyon manat təşkil edib.Bu, İqtisadi İnkişaf və Maliyyə nazirlikləri, eləcə də Dövlət Yanacaq-Energetika komitəsinin apardığı birgə araşdırmaların nəticəsidir.
Bu sahənin iki inhisarçısı sayılan "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətlərinin (SC) maliyyə fəaliyyətinin yoxlanılması göstərib ki, Dövlət Neft şirkətindən (ARDNŞ) xeyli həcmdə yanacaq almalarına rəğmən ,hər iki SC onun haqqını tam ödəməyib və elə özləri də eyni vəziyyətlə qarşılaşıb - istehlakçılar aldıqları işıq və qazın dəyərinin yarısını da ödəməyiblər.
Məsələn, keçən il "Azərenerji"nin hesabına 742,81 milyard manat daxil olsa da, SC ARDNŞ-dən aldığı yanacağın dəyərinin yalnız 13,2 faizini ( 276,8 milyard manatını ) ödəyib. "Azərenerji" istehlakçılarına 1,849 trilyon manatlıq elektrik enerjisi satsa da, onun dəyərinin yalnız 45,81 faizini geri ala bilib.
Öz növbəsində "Azəriqaz" keçən il 8,3 mlrd. kubmetr qaz ( idxal qazı ilə birlikdə) alıb. Onun bütün dəyərini ARDNŞ-in ödəməsinə baxmayaraq , SC Dövlət şirkətinin hesabına vur-tut 8,89 milyard manat, yəni zəruri məbləğin fəqət 5,54 faizini köçürüb.
Araşdırmalar həmçinin göstərib ki, 2002-ci illə müqayisədə istehlakçılardan yığılan işıq pulunun həcmi 8,1% artıb, qaz pulu isə- 7,6% azalıb.


AZƏRENERJİ" BAKIDAN NEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ TƏYYARƏ LİMANINADƏK UZANAN YGEV XƏTLƏRİNİN MƏSİRİNİ ÖYRƏNİR

BAKI.14.04.2004.MEDİA-PRESS: "Azərenerji" Səhmdar Cəmiyyətininin (SC) mütəxəssisləri Bakıdan Neydər Əliyev adına beynəlxalq təyyarə limanına aparan avtomobil yolu boyunca uzanan yüksək gərginlikli elektrik verilişləri xəttinin ( YGEV) məsirini öyrənməyə başlayıb.
Xatırlatma: Bu yaxınlarda azərbaycan prezidenti İlham Əliyev Bakı şəhər rəhbərliyinə tapşırıq verib ki, şosseətrafı əraziləri abadlaşdırsın. Çünki, prezidentin təbirincə desək, paytaxtın qonaqlarında şəhər barədə ilk təəssürat məhz burada formalaşır.
"Azərenerji" mətbuat xidmətinin məlumatına görə, bu vəzifənin keyfiyyətli həlli üçün SC mütəxəssisləri artıq həmin YGEV xətləri məsirinin mövcud sxemini əks etdirən planı tərtib edərək "Bakışəhərlayihə" institutuna veriblər. Bu qəbil sxem-planların tərtibi "Azəriqaz" SC, Bakı elektrik şəbəkəsini idarə edən Barmek-Azerbaijan şirkəti,"Baksulayihə" və "Bakkanalizasiya" idarələrinə də tapşırılıb. Bu işlər yekunlaşandan sonra ərazinin abadlaşdırılmasının birgə planı tərtib ediləcək.
SC növbəti mərhələdə verilən təkliflər əsasında TİƏ (texniki-iqtisadi əsaslandırma) hazırlayıb təsdiq etdirməli və yalnız bundan sonra planın realizəsinə başlamalıdır. 110 və 220 kilovoltluq YGEV xətlərinin ( 1-ci və 2-ci Hövsanı, 1-5 Romana, 1-3 Suraxanı və 1-2 Qala gərginlik xətlərinin) məsiri dəyişdirilməlidir. Bu xətlərin dayaqları avtomagistrala çox yaxın olduğundan, oralarda tikinti işləri aparmaq olmur.

<<< <<<