rus || eng
PREZİDENT APARATININ NÜMAYƏNDƏSİ: ENERJİ DAŞIYICILARININ TOPDANSATIŞ QİYMƏTLƏRİNİN ARTIRILMASI NEFT MƏHSULLARINI PƏRAKƏNDƏ SATIŞININ BAHALAŞMASINA GƏTİRMƏYƏCƏK
BAKI.16.04.2004.MEDİA-PRESS:
Azərbaycanda bu il enerji daşıyıcılarının qiymətləri bahalaşmayacaq. Yəqin ki, bu iş gələn ildən baş tutacaq.
Mətbuat konfransında bu fikrini açıqlayan Prezident Aparatı İqtisadi Siyasət şöbəsinin müdiri Mail Rəhimov eyni halda bahalaşmanın neft məhlllarının pərakəndə satış qiymətlərinə əsla təsir göstərməyəcəyini deyib.Yalnız topdansatışın bahalaşacağı ehtimal edilir.
Qeyd edək ki, Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artırılması Beynəlxalq Valyuta Fondunun ( BVF) tələbidir. Bu qurumla apardığı davamlı danışıqlardan sonra respublika hökuməti iki varianda dayanıb: birincisi - qiymətlərin artırılması, sonra dünya bazar qiymətlərindən asılı olaraq, qiymətlərə hər rübdə yenidən baxılması; ikincisi-enerji daşıyıcıları qiymətlərinin tədricən artırılması.
Xatırladaq ki, hələ fevralda İqtisadi İnkişaf naziri Fərhad Əliyev BVF-nin tələbinə cavab olaraq demişdi ki, Azərbaycanda enerji daşıyıcılarının daxili qiymətləri ( nəql qiymətləri nəzərə alınmadan) dünya qiymətlərindən elə də fərqlənmir. Hökumət əlindən gələni edəcək ki, bahalaşma əhalinin güzəranına o qədər də mənfi təsir göstərməsin.
Məlumdur ki, BVF enerji daşıyıcılarının daxili qiymətlərinin dünya qiymətləri səviyyəsinə çatdırılmasına dair azərbaycan hökumətinin öz üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsi müddətini artırıb. Əvvəlki varianta görə, Azərbaycan bu işi 2004-cü ilin başlanğıcına kimi görməli idi.
YANVAR -MART AYLARINDA AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYALAR 1,7 DƏFƏ ARTIB
BAKI.16.04.2004.MEDİA-PRESS:
2004-cü ilin ilk rübünün yekunlarına görə, bütün mənbələrdən azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu keçən ilin eyni dörünə nisbətən 1,7 dəfə artıb.
Mətbuat konfransında bu məlumatı açıqlayan Prezident Aparatı İqtisadt siyasət şöbəsinin müdiri Mail Rəhimov bu dövrdə ümumi daxili məhsulun (ÜDM) 10,6%, kənd təsərrüfatı məhsullarının- 3,5%, yükdaşımalarının -8,5% artdığını, respublika üzrə orta aylıq əməkhaqqının -439 min manata ( keçən ilin sonunda- 383 min) çatdığını, ötən il ölkə iqtisadiyyatına -$3 milyard ( 1996-cı ildən bəri -$16 milyard) investisiya qoyulduğunu vurğulayaraq deyib ki, indi Azərbaycan hər adamın payına düşən investisiya göstəricisinə ( $300 ) görə, MDB və Şərqi Avropa ölkələri sırasında lider yerlərdən birini tutur.
Mail Rəhimov regionların, xüsusən də, kənd təsərrüfatının daha da inkişaf etdirilməsinin əhəmiyətindən danışaraq, yerlərdə emal sənayesinin, xidmət müəssisələrinin yaradılmasının, kənd əhalisinin texnika və səpin materialı ilə təmin edilməsinin zəruriliyini vurğulayıb və bu işin azərbaycan regionlarının iqtisadi inkişaf proqramının tərkib hissəsi olduğunu deyib.
Prezident Aparatının şöbə müdiri bu proqramın tətbiqi sayəsində əməkhaqlarının ən azı 3 dəfə artacağını, 600 min yeni iş yeri açılacağını vurğulayıb.
Onun sözlərinə görə, inkişaf etmiş infrastrukturun mövcudluğu az əhəmiyyət daşımır. Odur ki,dünya standartlarına cavab verən yeni avtomobil yolları çəkmək zərurətdir. Bu istiqamətdə müəyyən addımlar atılır. Bu sahəyə aid layihələrin maliyyələşdirilməsini təmin etmək üçün müvafiq qurumlarla danışıqlar aparılır. Mail Rəhimov belə deyib.
BU GÜN PRAQADA ATƏT-İN DAĞLIQ QARABAĞ ÜZRƏ MİNSK QRUPU ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİR
BAKI.16.04.2004.MEDİA-PRESS:
Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Vardan Oskanyan bu gün Praqada ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu çərçivəsində görüşürlər. Bu, Vardan Oskanyanın vəzifə başına təzə keçmiş azərbaycanlı həmkarı ilə ilk və eyni zamanada azı bir illik fasilədən sonra iki ölkənin XİN başçılarının ilk görüşüdür.
Keçən il Ermənistanda olmuş prezident və parlament seçkilərindən (fevral-mart) və Azərbaycandakı prezident seçgilərindən (oktyabr) sonra Minsk qrupu əslində işini dayandırıb.
Yeni görüş ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun ABŞ, rusiya və fransalı həmsədrlərinin vasitəçiliyi ilə təşkil edilib. Rusiyalı həmsədr Yuri Merzlyakov praqa görüşünün " Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə məsləhət " səciyyəsi daşıyacağını deyib.
Respublika XİN-i mətbuat xidiməti həm Azərbaycanın yeni xarici işlər nazirinin təyin olunması, həm də Minsk qrupunun amerikalı həmsədrinin əvəzlənməsi ilə bağlı bu görüşün tanışlıq mahiyyəti daşıdığını qeyd edir. Media-Press artıq ABŞ Dövlət Departamentinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi Stiven Mannın Minsk qrupunda həmvətənini əvəzlədiyini xəbər verib. Mediamaksın məlumatına görə, o, Ermənistan və Azərbaycan XİN başçılarının vasitəçilərlə bu günki görüşündən sonra, Yerevan və Bakıya səfər edəcək.
İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ AZƏRBAYCAN-AMERİKA İŞÇİ QRUPUNUN İCLASI MAYIN 11-DƏ BAKIDA OLACAQ
BAKI.16.04.2004.MEDİA-PRESS:
Mayın 11-də Bakıda iqtisadi əməkdaşlıq üzrə azərbaycan-amerika hökumətlərarası işçi qrupunun növbəti iclası olacaq.
Maliyyə Nazirlindəki mənbəyə istinadən "İnterfaks-Azərbaycan" agentliyi xəbər verir ki, nazirliyin ekspertləri iclasın gündəliyini dəqiqləşdirmək üçün ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşəcəklər.Yəqin ki, iclasda " kənd təsərrüfatı sahəsində amerika tərəfinin Azərbaycana köməyi" məsələsi müzakirə ediləcək.
Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfiri Reno Harniş bir neçə gün öncə demişdi ki, " hərbi sahədə amerika-azərbaycan əməkdaşlığı uğurla davam edir və bu, 3-cü ölkələrin mövqeindən asılı deyil".
Onun dediyinə görə, hərbi əməklaşlıq beynəlxalq sülhübərpa əməliyyatlarında, Xəzərin kütləvi qırğın silahının tranziti yoluna çevrilməsinin qarşısının alınmasında və terrorizmə qarşı mübarizədə azərbaycan hərbçilərinin iştirakını nəzərdə tutur. ABŞ həm də istəyir ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında Azərbaycanın iştirakı genişlənsin və Azərbaycan bu hərbi ittifaqla fərdi əməkdaşlıq proqramı qəbul etsin.
APRELİN 17-DƏ BERLİNDƏ AZƏRBAYCANLILARIN AVROPA KONQRESİNİN TƏSİS MƏRASİMİ KEÇİRİLƏCƏK
BAKI.16.04.2004.MEDİA-PRESS:
Aprelin 17-də Berlində azərbaycanlıların Avropa konqresinin açılışı olacaq. Xaricdə yaşayan azərbaycanlıların işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətində "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatda qeyd olunur ki,Konqresin təsis yığıncağında Avropada və MDB ölkələrində yaşayan azərbaycan diasporunun nümayəndələri iştirak edəcək.
"TRANSNEFT"-İN VİTSE-PREZİDENTİ S. QRİQORYEV: AZƏRBAYCANIN BAKI-NOVOROSSİYSK KƏMƏRİNDƏN İMTİNA ETMƏSİ BİZİM HƏYATIMIZI ÇƏTİNLƏŞDİRMƏYƏCƏK
BAKI.16.04.2004.MEDİA-PRESS:
Bakı-Tbilisi-Seyhan (BTC) neft kəmərinin istismara verilməsindən sonra ABƏŞ -in ( Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Bakı -Novorossiysk kəmərindən "yalnız ehtiyat xətti kimi" istifadə etmək niyyəti barədə BP-Azərbaijan şirkəti prezidenti Devid Vudvordun bəyanatı rusiya tərəfi üçün gözlənilməz olub.
"Transneft"in vitse-prezidenti Sergey Qriqoryev "Vremya novostey" qəzetinə bildirib ki, onun şirkəti ABƏŞ-in bəyanatından o qədər də dilxor olmayıb və buna hazır idi. Sitat:"Şirkətimiz çoxdan idi xəbərdarlıq edirdi ki, BTC kəmərinin tikintisi başa çatdırıldıqdan sonra, Azərbaycan Bakı-Novorossiysk xəttindən əl çəkəcək. Amma ABƏŞ məlum olmayan səbəblərdən iddia edirdi ki, bu marşruta marağını itirməyəcək. Ötən il "Transneft" öz boruları ilə 415 milyon ton neft nəql edib, ona görə də 2,5 milyon tonun itirilməsi elə də çox deyil. Həm də çətinlik çəkmədən bu həcmi Maxaçqaladan gedən qazaxıstan nefti ilə əvəzləyə bilərik və bilirik ki, qazaxlar Xəzər boruçəkmə sisteminin mövcudluğuna rəğmən, bu həcmin artırılmasında maraqlıdır".
Ədalət xatirinə deyək ki, D. Vudvordun məlum bəyanatı indiki vəziyyətdə nəyisə dəyişmir.Axı, yaxşı məlumdur ki, ABƏŞ-in hasil etdiyi neft Bakı-Novorossiysk kəməri ilə çoxdandır nəql edilmir və Bakı-Supsa ilə axıdılır. Hər il Bakıdan Novorossiyskə axıdılan 2,5 milyon ton neft isə ABƏŞ-in yox, məhz ARDŞ-indir.
Daha bir mühüm cəhət: Qriqoryevin bu nikbin bəyanatına rəğmən, xatırlatmaq yerinə düşərdi ki, rrusiya tərəfi lap bu yaxınlarda Azərbaycana təklif edirdi ki, Novorossiyskə göndərdiyi neftinin illik həcmini 5 milyon tona çatdırmaq məsələsinə yenidən baxsın. Bakı xammal qıtlığını nəzərə alaraq, bu təklifi məqsədyönlü saymadı. Üstəlik Azərbaycan prezidenti İlham Əliyev Moskvaya səfəri zamanı revers (əks) variant , yəni nefti Novorossiyskdən Bakı istiqamətində axıtmağı təklif etmişdi. Çünki bu, İ.Əliyevin təbirincə desək, Bakının xammal sarıdan qıtlıq çəkən neft emalı zavodlarını yükləməyə imkan verərdi. Prezident xatırladıb ki, sovet dövründə Bakı -Novorossiysk kəməri məhz bu məqsədlə tikilirdi.
"Vremya novostey" yazır: ABƏŞ-i şimal marşrutundan imtinaya vadar edən daha bir səbəb var. İş burasındadır ki, konsorsium Novorossiyskdən neft daşıyan tankerlərin Türkiyənin Bosfor və Dardanel boğazlarında yubanması səbəbindən dəyə biləcək ziyanı da nəzərə almalıdır. Tankerin bir gün dayanması $30-40 min ziyan deməkdir. Son aylarda belə hallar həm pis hava şəraiti üzündən, həm də boğazların buraxıcılıq qabiliyyətinin məhdudlaşdırılmasına dair türkiyə tərəfinin çıxardığı qərarlar nəticəsində tez-tez baş verir. Boğazlardan neftdaşımalarının həcmi artdıqca, məhdudiyyətlər də artacaqdır.
Doğrudur, Moskva hesab edir ki, boğazların həddən-ziyadə yüklənməsi və bu səbəbdən ekoloji fəlakət yarana bilməsinə dair Ankaranın xəbərdarlıqları fəqət xəzər neftinin gələcək axınını Novorossiyskdən yan keçməklə Bakı-Ceyhana yönəltmək səyindən başqa bir şey deyil.
Məsələn, Rusiya XİN başçısının müavini Viktor Kalyujnı fevralda İstanbul beynəlxalq konfransında təklif etdi ki, qaradəniz böoğazları məsələsinə kompleks şəkildə baxmaq üçün çoxtərəfli məsləhətləşmələrə başlanılsın. Onun əqidəsincə, türkiyə boğazlarının ekoloji vəziyyətinə real təhlükəni müəyyənləşdirmək üçün tankerlərin Bosfordan keçidinin model monitorinqi aparılsın.
Lakin o vaxtdan bəri nə Türkiyə, nə də rusiya tərəfi bu təklifə münasibətlərini bildirməyiblər.
BTC KƏMƏRİNİN GÜRCÜSTAN SAHƏSİNİN TİKİNTİSİ XƏTTİNDƏ QƏDİM QƏBRİSTANLIQ AŞKARLANIB
BAKI.16.04.2004.MEDİA-PRESS:
BTC Co (Bakı-Tbilisi-Ceyhan kəməri tikintisi və istismarının operatoru) Gürcüstanda neft kəmərinin tikintisi yaxınlığında arxeoloji əhəmiyyətli qəbristanlığın aşkar edilməsi ilə əlaqədar, işlərini müvəqqəti dayandırmağa məcbur olub.
Konsorsiumun gürcüstan nümayəndəliyində "İnterfaks"a bildiriblər ki, ölkənin cənubunda Axalsix rayonunun Kildə kəndində tapılmış bu qəbristanlıqı arxeoloqlar eramızın 3-cü əsrinə aid edirlər. Arxeoloji qazıntının davam etdirilə bilməsi üçün inşaatçılar kəmərin 370 -metrlik sahəsində işlərini müvəqqəti dayandırmalıdırlar.
Artıq 3-cü dəfədir ki, BTC kəmərinin inşaatçıları Samsxe-Cavaxeti regionunda bütpərəstlik və erkən məsihi dövrünə aid qəbirlər aşkarlayırlar. BTC Co nümayəndəsi deyib ki, layihənin əsas iştirakçılarrından biri BP kəmər boyunda yerləşən mədəəniyyət abidələrinin qorunması işinə yardım göstərir və bu məqsəjlə $2 milyon ayırıb. BP mütəxəssisləri mədəni irsin idarəsi planını Gürcüstan Arxeoloji Tədqiqatlar Mərkəzi ilə birlikdə hazırlayıb və Gürcüstanda kəmərboyu ərazilərdə tədqiqatlar aparıb.
Alimlər müəyyənləşdiriblər ki, neft kəmərinin 44-metr enində tikinti zolağı boyunda 56 arxeoloji sahə var.Beləki, kəmər Tetriskaroy rayonunda iki qədim məskənin və Sal rayonunda bürünc dövrünə aid qəbristanlığın üzərindən keçir. Məsləhətləşmələrdən sonra elmi maraq doğuran 15 sahədə arxeoloji tədqiqatlar aparmaq qərara alınıb və indi 8 belə sahədə iş aparılır.
Uzunluğu 1767 km.-ə çatan BTC neft kəmərinin 443 km.-i Azərbaycan, 228 km.-i Gürcüstan və 1078 km.-i Türkiyə ərazilərindən keçir. Kəmər ildə 50 milyon ton neft nəql edə biləcəkdir.
2004-CÜ İLDƏ BP-AZERBAİJAN VƏ TƏRƏFDAŞLARI RESPUBLİKANIN SOSİAL SAHƏSİNƏ $5,32 MİLYON İNVESTİSİYA AYIRACAQ
BAKI.16.04.2004.MEDİA-PRESS:
2004-cü ildə BP-Azerbaijan şirkəti və onun tərəfdaşları respublikanın sosial sahəsinə $5,32 milyon investisiya ayıracaqlar.
Sosial sahənin maliyyələşdirilməsi, başqa adı ilə desək, investisiyalar əhaliyə proqramı, BP və tərəfdaşlarının idarə etdikləri obyektlərin həndəvərində yaşayan yerli sakinlərə köməyi nəzərdə tutur. Əsas vəzifə yeni iş yerlərinin yaradılması, infrastrukturun yaxşılaşdırılması, səhiyyə və təhsil obyektlərinin tikilməsi və təmiri, texniki yardım köstərilməsi və yeni imkanlar yaradılması vasitsəi ilə kiçik və orta biznesin inkişafına kömək göstərilməsidir.
Beləki, 2004-cü ildə investisiyalar əhaliyə proqramı "Azəri" layihəsi çərçivəsində $1,1 milyon,BTC ƏİK neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri ətrafında yaşayanlara -$2,8 milyon, "AÇG" -yə aidiyyatı olanlara- $150 min, "Şah-Dəniz" üzrə- $670 min və respublikanın digər bölgələrinə -$500 min ayrılmasını nəzərdə tutur.
"ÇIRAQ" YATAĞINDA 240 MİLYON BARRELDƏN ARTIQ NEFT ÇIXARILIB
BAKI.16.04.2004.MEDİA-PRESS:
ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) 1997-ci ilin noyabrından bəri "İlkin neft" layihəsi çərçivəsində "Çıraq" yatağından 240 milyon barreldən artıq (33 milyon tona yaxın) neft çıxarıb. Bu məlumatı Bakıda mətbuat konfransında BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvord açıqlayıb.
Xəzərdə quraşdırılmış "Çıraq-1" platforması istismara başlanandan indiyədək , demək olar ki, fasiləsiz işləyib. Platformadakı və Səngəçal neft terminalındakı tikili və avadanlığın modernləşdirilməsi sayəsində "Çıraq-1"-də gündəlik hasilat 146 min barrelə çatdırılıb. Hazırda platformada 14 neft və 4 suvurma quyusu işləyir.
2003-cü ildə "Çıraq-1" dəniz platformasından gündəlik orta hasilat 131 min barrel idi. Ancaq bu göstərici cari ildə 125 min barrelə enəcək. Geriləmə onunla izah olunur ki, ilin 3-cü rübündə platforma qismən modernləşdiriləcək və "Çıraq-1" "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində çəkilən sualtı neft kəmərinə birləşdiriləcək. Bundan əlavə , 3 istixrac quyusundan suvurma quyusu kimi istifadə olunacaq ki, bu da hasilatın həcminə öz mənfi təsirini göstərməyə bilməz. Ancaq 2005-ci ildən həmin quyular yenidən istismar qisminə keçiriləcək.1-ci rübün yekununa görə, platformada gündəlik orta həsilat -129 min barrel olub.
D.Vudvordun sözlərinə görə, "Çıraq"-da neft hasilatına başlanandan bəri ABƏŞ və Dövlət Neft Şirkəti Bakı-Supsa kəməri ilə 28 milyon ton ( 218 tanker), o cümlədən -4,2 milyon tondan artıq ( 32 tanker) azərbaycan mənfəət nefti ixrac ediblər.
"Çıraq-1" platforması Xəzərin azərbaycan bölməsində, Bakıdan 120 km. şərqdə , Səngəçal terminalının 160 kilometrliyində, dəniz dərinliyinin 120 metrə çatdığı nöqtədə quraşdırılıb. Orada istismar quyularının qazmasına 1997-ci ilin avqustunda başlanılıb. İlk neft isə elə həmin ilin 7 noyabrında alınıb.
BTC CO BTC ƏİK TİKİNTİSİ KREDİTİNİN $1,6 MİLYARDLIQ İLK TRANŞINI ALDI
BAKI.16.04.2004.MEDİA-PRESS:
Martın axırında beynəlxalq maliyyə qurumları Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (BTC ƏİK) tikintisi üçün kreditin ilk tranşını ayırıb.
Mətbuat konfransında tranşın $1,6 milyard olduğunu bildirən BP -Azerbaijan şirkətinin prezidenti Devid Vudvord bu məbləğin $1 miyardının BTC Co-da iştirak edən şirkətlərin boru tikintisinə indiyədək xərclədikləri pullarının ödənilməsinə sərf ediləcəyini, qalan $600 mininin isə tikintinin davam etdirilməsinə yönəldiləcəyini dedi.
Xatırladaq ki, ümumən BTC tikintisinə $2,6 milyard kredit tələb olunur. Kreditin 2-ci tranşı bu ilin sentyabrına gözlənilsə də, onun məbləği hələ dəqiqləşməyib. Kreditin $400-600 milyon civarında olacağa ehtimal edilir. Bu məbləğin BTC tikintisini başa çadırmağa bəs edəcəyini vurğulayan Devid Vudvord, kreditin son tranşının BTC Co-nun hesabına gələn il daxil olacağını deyib.
Layihənin maliyyələşdirilməsinə vəsaitləri 8 ixrac-kredit agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB),habelə 15 özəl bankı birləşdirən sindikat ayıracaq.
Layihə üçün kredir verənlər 4 qrupa bölünür.
Birinci qrupa ümumilikdə $500 milyon hərəyə $125 milyon öz vəsaitlərini ayıran və həmin məbləğdə kommersiya banklarının kreditlərinə zəmanət verən AYİB və BMK daxildir.
2-ci qrupa- ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan material və adanlıq alınmasını maliyyələşdirmək üçün kommersiya banklarına təminat verən ixrac-kredit agentlikləri; məsələn, JBİC ( Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ), MEXİ (İxrac və İnvestisiyaların sığortası bankı -Yaponiya), ABŞ İxrac-idxal bankı, ECGD (İxrac nəzarətinin təmini Departamenti- Böyük Britaniya), OPİC ( Xaricdə özəl sektora investisiyalar korporasiyası_ABŞ), Companie Francaise pour le Commerce Exterier (COFACE -Fransa), Euler Hermes Kreditversicherungs-AG (HERMES-Almaniya), SACE S.p.A. - Servizi Assicurativi del Commercio Estero (SACE-İtaliya) daxildirlər. Həm də kreditorların bu qrupundan yalnız JBİC $480 milyon ayıracaq.
3-cü qrupa daxil olan 15 bank sindikatı $936 milyon ayıracaq. Bu beynəlxaq banklar sindikatına MİZİHO (Yaponiya),SOCİETE GENERALE (Fransa), ABN AMRO (Hollandiya) vəCİTİCORP (ABŞ) başçılıq edir. Sindikata həmçinin Banca Intesa, BNP Paribas, Credit Agricole Indosuez, Dexia, Hypovereinbank, ING, KBC, Natexis Banque Populaire, San Paolo IMI, West LB i Royal Bank of Scotland. Bu banklardan hər biri təqribən $68 milyon ayıracaq.
4-cü qrupa layihənin iri səhmdarları - BP, Statoil, Total və ConocoPhillips,daxildir. Onlar üst-üstə $923 milyon kredit ayıracaqlar.
Kreditlərin verilməsi şərtləri açıqlanmasa da, BP-Azerbaijan prezidenti Devid Vudvord qeyd edib ki, kreditlər üzrə orta faiz dərəcəsi LİBOR + 3,5% illik rüsum təşkil edəcək və 10-12 il müddətinə veriləcək. Kreditlərin qaytarılması prosesi 2006-cı ilin sonunda başlayacaq və 2015-ci ildə başa çatacaq.
Uzunluğu 1767 kilometrə çatan ƏİK Azərbaycan (443 km.)- Gürcüstan (248 km.) və Türkiyə (1076 km.) ərazilərindən keçir. İllik buraxılış qabiliyyəti 50 mln. ton neftə bərabər olan bu xətdə 2003-cü ilin aprelində başlamış inşaat işlərini gələn ilin son rübündə tamamlamaq nəzərdə tutulur. Türkiyənin Ceyhan limanından azərbaycan neftinin ixracına isə 2005-ci ilin 2-ci rübündə başlamaq planlaşdırılır.
BP ( iştirak payı-30,1%), QNKAR (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) layihənin iştirakçısıdır.
BTC-NİN TÜRKİYƏ VƏ GÜRCÜSTAN HİSSƏLƏRİNDƏ DAHA İKİ TİKİNTİ MEYDANÇASI AÇILACAQ
BAKI.16.04.2004.MEDİA-PRESS:
İş cədvəlindəki geriləməni aradan qaldırmaq üçün BTC ƏİK-in türkiyə və gürcüstan hissələrində daha iki tikinti meydançası açılacaq və oraya əlavə texnika və insanlar cəlb olunacaqdır.
Mətbuat konfransında bu məlumatı açıqlayan BP-Azerbaijan-ın prezidenti Devid Vudvord bu sahələrdəki geriləmənin Türkiyənin cənub-şərqində və gürcüstanla sərhədi yaxınlığında güclü qar yağıntıları ilə bağlı olduğunu, kəmərin Türkiyəyə aid hissəsində 4 nasos stansiyasının tikintisində də oxşar vəziyyətin yaranması səbəbindən tikintinin dayandığını deyib. Bununla bağlı qərar qəbul edilib ki, stansiyalar ayrı yerdə blok-blok hazırlanıb yığılsın. Havalar yaxşılaşandan sonra stansiyanın hazır bloklarının bilavasitə tikinti meydançalarında montajına başlanıb.
Vudvord deyib ki, əlavə tikinti meydançalarının yaradılması layihənin dəyərini artırmamalıdır, ona görə ki, layihələşdirmə zamanı bu məqsədlər üçün xüsusi fond nəzərdə tutulub.
Vudvord məlumat verib ki, borunun Türkiyə hissəsində qaynaq işlərinin 30 faizi, nasos stansiyaları tikintisinin -20 faizi görülüb. Gürcüstana aid sahədə boru xəttinin 171 kilometri təmizlənib və 157 km. məsafədə borular qaynaq edilib.
BTC Co-nun icraçı direktoru Maykl Taundsen hələ fevralda Tyrkiyəyə gedərək, yaranmış vəziyyətlə yerində tanış olub, sahənin tikintisinin baş podratçısı- BOTAŞ şirkətinin rəhbərliyi və ölkə hökumətinin səlahiyyətliləri ilə görüşlər keçirib.
AZƏRBAYCAN İXRAC NEFTİNİN İLK PARTİYASI CEYHANDAN 2005-Cİ İL İYUNUN AXIRINDA YOLA SALINACAQ
BAKI.16.04.2004.MEDİA-PRESS:
2005-ci il iyunun sonunda azərbaycan ixrac neftinin ilk partiyası Türkiyənin Ceyhan limanından tankerlə yola salınacaq. Bu məlumatı mətbuat konfransında açıqlayan BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvordun sözlərinə görə,"Mərkəzi Azəri" dəniz platformasından ilk neft 2005-ci ilin əvvəlində alınacaq. Bu neftin istixracı, sahilə daşınması, BTC kəmərinin doldurulması prosesləri iyunadək vaxt aparacaq. Kəmərin doldurulması üçün 10 milyon barrel neft lazımdır. Əgər "Mərkəzi Apzəri"dən neft daha tez alınarsa, onda Ceyhandan ilk tankerin yola salınması vaxtı da dəyişəcək.
D.Vudvord BTC kəməri ilə neftin nəqlinin tranzit tarifinə toxunarkən bildirib ki, tikintinin indiki smetasına uyğun olaraq, BTC Co səhmdarları üçün bir barrelin qiyməti 3 dollar olacaq, başqa ixracsılar üçün qiymət bundan baha olacaq." BTC Co konsorsiumuna üzv olmayanlar üçün tarifi müəyyənləşdirərkən biz dünya bazarlarındakı vəziyyətə və sair kəmərlərdəki qiymətlərə uyğun hərəkət dəcəyik".Devid Vudvord belə deyib.
BTC ƏİK İSTİSMARA VERİLDİKDƏN SONRA DA BAKI-SUPSA İŞİNİ NORMAL REJİMDƏ DAVAM ETDİRƏCƏK
BAKI.16.04.2004.MEDİA-PRESS:
Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (BTC ƏİK) istismara verildikdən sonra da qərb bou xətti Bakı-Supsa adi rejimdə işini davam etdirəcək.
Bakıda mətbuat konfransında bu fikrini açıqlayan BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvord vurğulayıb ki, "Azəri-_Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsində iştirak edən şirkətlər öz neft payını istədiyi səmtlə, o cümlədən Bakı-Supsa kəməri ilə göndərə bilərlər. O ki, qaldı Bakı-Novorossiyskə, oradan ehtiyat kəməri kimi istifadə olunacaq.
Xatırladaq ki, AÇG layihəsinin iştirakçılarınıdan yalnız iki şirkət- ExxonMobil və Devon BTC tikintisində iştirak etmir. Məhz üst-üstə 13,5 % iştirak payına malik olan bu iki şirkət öz neftini Bakı_Supsa ilə nəql edə bilər.
D.Vudvord hələ keçən ilin iyununda demişdi ki, "Çıraq"-dan ilkin neftin daşınması üçün nəzərdə tutulan Bakı-Supsa BTC ƏİK-in işə düşməsindən sonra da boş qalmayacaq.
Onun sözlərinə görə, "AÇG"-də hasilatın ən gur vaxtında gündəlik istixrac 1 milyon barreli aşacaq. Bu həcmin 1 milyon barreli ƏİK-lə (BTC-nin layihə gücüdür) nəql ediləcək, qalanı isə- Bakı-Supsa marşrutu ilə axıdıla bilər. "AÇG"-nin çıxarıla bilən ehtiyatları əvvəllər 4,6 milyard barrel həcmində hesablansa da, sonralar bu rəqəmlərin 5,3 milyard barrelə çata böiləcəyi dəqiqləşdirildi. Beləliklə "AÇG"-nin işlənməsi müddətində Supsa ilə göndərilmək üçəün azı 700 milyon barrel neft qala bilər.
Bakı yaxınlığındakı Səngəçal terminalından Gürcüstanın Supsa limanınadək 830 km. uzanan bu kəmərin marşrutunda 3 nasos stansiyası, 2 təzyiqi azaltma stansiyası (Gürcüstanda), nəzarət və idarə məntəqələri ( 24-ü Azərbaycanda və 24-ü-Gürcüstanda), nəzarət kranları (3-ü Azərbaycanda və 4-ü-Gürcüstanda) , nəzarət sistemləri və radiostansiyalar işləyir. Supsa terminalında hər birinin tutumu 250 min barrel olan 4 çən var. Dəniz neftdoldurma estakadasına malik terminal su tutmu 150 min tona çatan tankerləri qəbul edib yola sala bilər. Hazırda Bakı-Supsa ilə gündə 145 min barrel neft nəql edilir.
"ŞAH-DƏNİZ" YATAĞINDA QABAQLAYICI QAZMA PROQRAMI İLİN SONUNADƏK BAŞA ÇATACAQ
BAKI.16.04.2004.MEDİA-PRESS:
Xəzərin azərbaycan bölməsində yerləşən "Şah-Dəniz" qaz-kondensat yatağının işlənməsinin operatoru BP-Azerbaijan şirkəti bu strukturda qabaqlayıcı qazmanı ilin sonunadək başa çatdıracaq. "Şah-Dəniz" layihəsi üzrə şirkətin vitse-prezidenti Rob Kelli mətbuat konfransında bu haqda məlumat verib.
İndi burada 3-cü qabaqlayıcı quyu qazılır. Quyu tava daşının üzərindən qazılır. Şaqula nisbət maillik-2,3 km.-dir. Bu, bütün qabaqlayıcı quyuların ən çətinidir. Dənizin qazma nöqtəsində dərinliyi 101 metrə yaxındır. Quyunun layihə dərinliyi-6285 metrdir. Kelli bildirib ki, "Şah-Dəniz" layihəsinin "Mərhələ-1"-nin reallaşması üçün cəmi 2 quyu gərəkdir. 3-cü quyu ehtiyat üçündür. Yataqda qazın sənaye istixracının 2006-cı il oktyabrın 1-də başlayacağı planlaşdırılır. "Mərhələ-1"-də çıxarılmalı olan qaz artıq paylaşdırılıb. Konsorsium qaz ixracına dair 4 saziş bağlayıb-Türkiyə ilə -ildə 6,3 mlrd.kubmetr, Gürcüstanla 2 sazişin cəminə görə -ildə 800 milyon kubmetr və Azərbaycanla - ildə 1,5 milyard kubmetr. İndi ABƏŞ-dən 200 milyon kubmetr qaz alınmasıda dair danışıqlar gedir. Bu qaz BTC kəmərinin nasos stansiyalarının işi üçündür.
"Şah-Dəniz" yatağının $3,2 milyard dəyəri olan "Mərhələ-1"- layihəsi dərinliyin 105 metrə çatdığı nöqtədə 15 quyu qazmağa imkan verən platformanın quraşdırılmasını, platformadan Səngəçal terminalına hər birinin uzunluğu 100 km.olan iki sualtı kəmərin çəkilişini, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikilməsini nəzərdə tutur.
"Mərhələ-1"-də 178 mlrd kubmetr qaz və 34 milyon ton kondensat alınacağı hesablanıb. Hasilatın ən gur dövründə illik istitxrac həcmi -8,4 mlrd. qaz və 2 milyon ton kondensat olacaq. Sonrakı mərhələlərdə ildə 16 mlrd. kubmetr qaz hasil ediləcək.
"Şah-Dəniz"in iştirakçıları və pay bölgüsü belədir : BP-25,5%, Statoil-25,5%, ARDNŞ-10%,LUKAgip-10%,, OİEC-10%, TotalFinaElf-10% və TPAO-9%.
XƏZƏRİN AZƏRBAYCAN BÖLMƏSİNDƏKİ "İNAM" STRUKTURUNDA KƏŞFİYYAT QAZMASINA YENİDƏN 2005-Cİ İLİN ƏVVƏLİNDƏ BAŞLANACAQ
BAKI.16.04.2004.MEDİA-PRESS:
2005-ci ilin əvvəlindən Xəzərin azərbaycan bölməsində yerləşən "İnam" perspektiv strukturunda yenidən kəhfiyyat qazmasına başlanacaq. BP-Azerbaijan-ın prezidenti Devid Vudvord bu faktı mətbuat konfransında açıqlayaraq, indiyədək sahənin yeni seysmik xəritəsinin hazırlandığını, kəşfiyyat quyusunun qazılacağı nöqtənin seçildiyini, bunun şirkətin tərəfdaşları- SHELL və ARDNŞ-lə razılaşdırıldığını və bütün il boyu hazırlıq işlərinin davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, indi qazmanın hansı qazma qurğusundan aparılması məsələsinə baxılır. Bu, ya"İstiqlal" , ya da "Lider" yarımdalma qurğusu ola bilər.
edia-Press əvvəllər xəbər verib ki, "İnam"da İNX-1 saylı ilk kəşfiyyat quyusunun qazılması 2001-ci ilin baharında lay təzyiqi yüksək olduğu üçün 4550 metr dərinlikdə (layihə dərinliyi 5025) dayandırılıb. Bununla əlaqədar qərara alınmışdı ki, ən münasib variant tapılana qədər qazma işləri bərpa edilməsin. 2 yoldan biri seçilməli idi: ya xüsusi avadanlıqdan istifadə etməklə qazma davam etdirilməli, ya da yeni quyu qazılmalı idi. O vaxt Cənab Vudvord qeyd etmişdi ki, ilk kəşfiyyat quyusu hələlik konservləşdirilmiş şəkildə qalacaq. Əgər ikinci kəşfiyyat quyusu müsbət nəticə verərsə, birincidə də qazma işlərinin bərpası imkanına baxıla bilər.
"İnam" strukturunun kəşfiyyatı və işlənməsi üzrə PSA (məhsulun bölüşdürülməsi) tipli saziş 1998-ci il iyulun 21-də imzalanıb, həmin il dekabrın 1-də ölkə parlamentində təsdiq edilib. İştirakçılar: ARDNŞ-50%, BP-25% və Shelldir-25%. Strukturda dənizin dərinliyi 30-150 metr arasındadır. Məhsuldar layların ümumi uzunluğu-18, eni-4,5 kilometr, hündürlüyü-700 metrdir. Məhsuldar qatların dərinliyi 4500 metrə yaxındır. ARDNŞ mütəxəssislərinin hesbalamalarına görə, "İnam" da 100 mln. ton neft və 100 mlrd. kub metr qaz vardır. Müqavilənin şərtlərinə görə, yataqda neftin sənaye ehtiyatları tapılarsa, 25 il istismar ediləcək. Layihəyə 1,7-2 mlrd. dollar sərmayə qoyulacaq.
<<< <<<