rus || eng
BMT TÜRKMƏNİSTANDAKI RUSLARI MÜDAFİƏ EDİB, RUSİYA VƏ UKRAYNA BİTƏRƏF QALIB
BAKI.19.04.2004.MEDİA-PRESS:
Türkmənistan qazına bəslənilən ümidlər milli azlıqların hüquqlarını üstələyib
BMT-nin İnsan hüquqları komitəsi (İHK) Cenevrədə keçirilmiş 60-cı sessiyasında Türkmənistan barəsində sərt, ultimativ ləhndə qətnamə qəbul edib.Sənədin lehinə-25, əleyhinə-11 dövlət səs verib, 17-si bitərəf qalıb.
Avropa İttifaqı (Aİ) və ABŞ-ın hazırladıqları sənəddə təhsil və işədüzəlmə sahəsində ruslar, özbəklər və sair milli azlıqların ayrı-seçkiliyə məruz qalmalarından, türkmənistan iqtidarının " müxalifətin siyasi fəallığı"na qarşı "təqiblər siyasəti"ndən, "qanunsuz həbslər, azadlıqdan məhrum etmə, adamları izləmə", informasiya almaq və özünüifadə azadlığını məhdudlaşdırma siyasətindən narahatlıq bildirilir.
Sənədin ayrıca bəndi Türkmənistan hökumətinin ATƏT-in tənqilinə cavab verməkdən imtina etməsinə həsr olunub. ATƏT "2002-ci ilin noyabrında prezident Niyazovun həyatına sui-qəsd cəhdi"ndə "təqsirli bilinənlərin işinin təhqiqatı, məhkəməsi və tutulması qaydalarını tənqid etmişdi.
BMT Komissiyası Aşqabaddan tələb edib ki, " Qızıl Xaç nümayəndələrinə, vəkillərə, məhbusların, ələlxüsus da 2002-ci il 25 noyabr hadisələrindən sonra məhkum olunmuş şəxslərin qohumlarına dərhal sərbəst görüş imkanı verilsin", həmçinin " vicdan azadlığından məhrum edilənlərin vətəndaş hüquqları dərhal və danışıqsız bbərpa olunsun".
Bundan əlavə İHK təkidlə tələb edir ki, qeyri-hökumət təşkilatlarının ( QHT) və cəmiyyətin hüquq müdafiəçilərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər dərşəl götürülsün.
Rusiya qəzeti "Vremya novostey" yazır ki, bu, İHK-nın Türkmənistan hakimiyyətini insan hüquqlarını pozduğuna görə pisləyən ikinci qətnaməsidir. İlk qətnamə düz bir il öncə qəbul edilib.Keçən ilin noyabrında Nyu-Yorkda BMT-nin Baş Məclisi də belə sənəd qəbul edibdir.
Nə qədər qəribə də olsa, bu dəfə Rusiya da qətnaməni mədafiə etməyənlər sırasında olut! Keçən il Moskva ümumiyyətlə "antitürkmənistan" qətnaməsinin əleyhinə səs vermişdi. Bu dəfə isə Moskva səs verməkdən çəkinib.MDB üzvlərindən Ermənistan da belə hərəkət edib. Ukrayna Aşqabadın tərəfini saxlayan 11 dövlətdən biri olub.Bu mövqe izah olunandır. Kiyev keçən ildən bəri əlləşir ki, türkmənistan qazının alınmasıda dair Aşqabadla 25-illik strateji saziş bağlasın. Leonid Kuçmanın, belə deyək, ürəyi "tup-tup" edir ki, Türkmənbaşı onu yanına nəhayət nə vaxt dəvət edəcək. Ancaq o, müxtəlif bəhanələrlə ukraynalı strateji müştərisinin gəlişini keçən payızdan bəri artıq üç dəfə təxirə salıb. Sonuncu dəfə Kuçmanın səfər müddəti maya keçirilib.
"Vremya novostey" -in məlumatına görə, Türkmənbaşı gözləyir ki, Aşqabada gəlməzdən öncə ukrayna prezidentinin özü rusiya ərazisindən qazın tranziti barədə təminat alsın. Rusiya ilə münasibətlərinin yenidən mürəkkəbləşməsindən çəkinən Türkmənbaşı tranzit barədə Moskva ilə danışıqlara getmək istəmir.
KİYEVİN ODESSA-BRODINI AZƏRBAYCAN VƏ QAZAXISTAN NEFTİ İLƏ DOLDURMAQ VƏDLƏRİNƏ RƏĞMƏN BORU XƏTTİ HƏLƏ DƏ BOŞDUR
BAKI.19.04.2004.MEDİA-PRESS:
Kiyevin Odessa-Brodı kəmərini may ayınadək xəzər nefti ilə doldurmaq vədinə rəğmən, boru hələ də "qup-quru"dur.
Xatırlatma: Ukraynanın baş naziri Viktor Yanukoviç martın axırlarında demişdi ki, " kəmər mayda real surətdə işləyə biləcək. Hökumət o vaxtadək boru xəttinin doldurulmasını real sayır və bunda marağı olan ölkələrin hökumətləri ilə artıq razılaşmalar da mövcuddur".
Baş nazir qazaxıstan neftinin Ukrayna ərazisindən Avropaya nəqli və ölkənin emal zavodlarında ildə 2 milyon tonadək yanacağın emalı üzrə ikitərəfli sazişin apreldə imzalanmasına dair razılaşma əldə edildiyini də bildirdi. Mətbuat xidmətinin məlumatına görə, ümumiyyətlə ukrayna hökuməti bu kəmərin doldurulması üçün 2004-cü ildə 6 milyon ton neft idxalının təminini mümkün sayır.
Hadisədən bir neçə gün keçmiş İTAR-TASS bəyanat verdi ki, ukrayna və azərbaycan hökumətləri azərbaycan neftinin verilməsi və ukrayna ərazisindən tranziti şərtləri barədə iyüna kimi saziş imzalamaq niyyətindədir. Ukrayna Nazirlər Kabineti bu sənədin layihəsini bəyənib, imzalamağı isə baş nazirin müavini Andrey Klyuyevə tapşırıb. Ukrayna hökumətinin mətbuat xidməti xammalı "Odessa-Brodı" neft borusu ilə daşımağı planlaşdırır.
Aprelin 14-də İTAR-TASS Ukrayna Yanacaq Nazirliyinin rəsmisinə istinadən yeni bir xəbər yaydı ki, azərbaycan neftinin verilməsi və Ukrayna ərazisindən tranzitinin şərtləri barədə iki ölkə hökumətlərinin bu yaxınlarda imzalamağı planlaşdırdığı saziş bu yanacağın ilk 150 min tonunun artıq mayda verilməsini nəzərdə tutur. Sonralar tranzit həcmi ayda 200 min tona və ildə 2 milyon 400 min tona çatdırıla bilər.
Nazirlik nümayəndəsinin sözlərinə görə, bütün prinsipial məsələlər artıq razılaşdırılb və qalır yalnız sənədin imzalanmasının "texniki məqamı". O həmçinin məsələyə hərtərəfli aydınlıq gətirmək üçün, Odessa-Brodı kəməri ilə azərbaycan neftinin ayrı ölkələrin xammalı ilə birgə nəql ediləcəyini də deyib.
Bu qəbil bəyanatları Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) heç cür anlamırlar. Bununla əlaqədar,ARDNŞ-in səlahiyyətlisi deyib: Vəzifəmə görə ki, mən bütün bu deyilənlərdən xəbərsizəm. Hərçənd vəzifəmə görə hər şeyi birinci mən bilmliyəm. "Qərarın bəlkə də ən yüksək səviyyədə qəbul olunacağını" istisna etməyən səlahiyyətli indilikdə Azərbaycanın Odessa-Brodı kəmərinə verə biləcəyi artıq neftinin olmadığını deyərək, əlavə etdi ki, Ukraynanın bir əlacı qalır: ya ARDNŞ-in Novorossiyskə verdiyi ixrac neftini satın alsın, ya da Azərbaycan Beynəlxalq Əməliyyat Konsorsiumun iştirakçı olan şirkətlərin Supsadan yola saldıqları neftini.
Kiyevdən eşidilən bəyanatları heç Qazaxıstanda da təsdiqləməyə tələsmirlər. Astana Qazaxıstanın Odessa-Brodı kəmərinə qoşulmasına dair danışıqların çoxdan getdiyini danmır. Həm də Qşazaxıstan rəhbərliyi hesab edir ki, ideya özlüyündə maraqlıdır.Bununla belə, yaxın vaxtlarda layihəyə qoşulmaq söhbəti yoxdur. Çünki Qazaxıstan Odessa-Brodını üstün layihə saymır. Onun üçün birinci yerdə KTK, ikinci yerdə -Bakı-Tbilisi-Ceyhan layihələridir. Bundan başqa Qazaxıstan Çinə də neft kəməri çəkməyə hazırlaşır və ,deməli, ora da xammal gərək olacaq.
Belə vəziyyətdən narahat olan Ali Rada deputatları Ukraynanın Baş nazirinə, Baş nazirin birinci müavini və baş nazirin yanacaq-energetika kompleksi üzrə müavininə sorğular göndərərək , məsələyə aydınlıq gətirmələrini istəyiblər. Millət vəkillərinin fikrincə," Magistral neft kəmərləri sistemindən istifadənin səmərərəliyini artırmaq tədbirləri haqqında" Nazirlər Kabinetinin fevral qərarı yalnız qismən icra edilir.Millət vəkillərini hiddətləndirən budur ki, ildə 14 milyon tondan artıq neft daşımaqla 100 milyon dollardan artıq mənffət verə bilən Odessa-Brodı hələ də boş qalır.
Ukrayna hökuməti Avropaya neft ixracında bu kəmərdən istifadə edilməsi qərarını hələ fevralın əvvəllərində qəbul edib. Rusiya şirkətləri borunu öz neftləri ilə doldurmağı, lakin xammalı əks istiqamətə axıtmağı dəfələrlə təklif etsələr də, Kiyev inadla rədd cavabı verib və bunu ABŞ-ın və Avropa İttifaqının təzyiqi ilə etdityini gizlətməyib.
Bundan sonra , prezident Leonid Kuçmanın sözləri ilə desək, "ikicə xırda məsələni həll etmək qalırdı -Ukrayna neft tapmalı, Polşa isə Brodıdan Plotskadək boru xətti çəkməli idi".
İndilikdə aydın olur ki, bağlanması aprel-may aylarına planlaşdırılmış neft nəqli üzrə sazişlər qeyri-müəyyən müddətə yubanır. Ekspertlərin gümanına görə, Ukrayna Nazirlər Kabinetinin Odessa-_Brodını doldura biləcək şirkəti tapa bilməsi inandırıcı görünmür və bu səbəbdən revers (əks istiqamət) variantına yenidən qayıtmalı olacaq. Həm də ona görə ki, ukrayna neftçiləri də rusiya şirkətlərinin təklifini Ukrayna üçün ən faydalı hesab edirlər.
TPAO TÜRKİYƏ ŞİRKƏTİ AZƏRBAYCANIN ENERGETİKA LAYİHƏLƏRİNƏ $1,2 MİLYARD SƏRMAYƏ QOYUB
BAKI.19.04.2004.MEDİA-PRESS:
Türkiyənin TPAO şirkəti 1994-cü ildən bəri Azərbaycanın energetika layihələrinə $1,2 milyard sərmayə qoyub.
Şirkətin Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, bu göstəriciyə görə TPAO respublikamızda işləyən BP, ExxonMobil və Statoil neft şirkətlərindən sonra dördüncü yeri tutur. Şirkət bu il azərbaycan layihələrinə daha $500 min məbləğində sərmayə qoyacaq. Üzümüzə gələn 5 ildə bu rəqəmlərin üstünə daha $2 milyard əlavə olunacaq.
TPAO Xəzərin azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsində səhmlərin 6,75 faizinə malikdir ki, bu da şirkətə 2010-cü ildə hər gün 70 min barrel neft götürməyə imkan verəcək. Türkiyə şirkəti "Şah-Dəniz" qaz layihəsində -9%, Kürdaşı müqavilə sahəsinin kəşfiyyatı və işlənməsi layihəsində -5%, "Araz-Alov-Şərq" strukturları üzrə müqavilədə -10% və nəhayət, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri tikintisinin maliyyələşdirilməsi üçün yaradılmış hamilər qrupunda- 5,08 " paya malikdir.
BP RUSİYA, AZƏRBAYCAN VƏ MƏRKƏZİ ASİYANIN NEFT EHTİYATLARINI HESABLAYIB
BAKI.19.04.2004.MEDİA-PRESS:
Rusiya, Azərbaycan,Qazaxıctan, Türkmənistan və Özbəkistanın təsdiqlənmiş neft ehtiyatları üst-üstə 77 milyard barreldir. Bu rəqəmlər BP şirkətinin statistik hesabatındandır.
Həmin statistikaya görə, təsdiqlənmiş neft ehtiyatı Azərbaycanda - 7 milyard, Qazaxıstanda -9 milyard, Rusiyada -60 milyard, Türkmənistanda- 500 milyon və Özbəkistanda- 600 milyon barreldir.
2003-cü ilin iyununa olan məlumata görə, gündəlik hasilat : Azərbaycanda -308 min, Qazaxıstanda-989 min, Rusiyada -7 milyon 698 min, Türkmənistanda -182 min və Özbəkistanda -171 min barrel təşkil edib.
Gündəlik istehlak həcmi isə belədir: Azərbaycanda -73 min ,Qazaxıstanda-130 min, Rusiyada -2 milyon 469 min, Türkmənistanda-52 min və Özbəkistanda -133 min barrel.
İranın SHANA agentliyinin məlumatına görə, bu ölkənin təsdiqlənmiş neft ehtiyatı -130 milyard, gündəlik istixracı - 3 milyon 729 min, gündəlik istehlakı isə -1 milyon 350 min barrel təşkil edir. İrana aid göstərilmiş bu rəqəmlərin heç birində Xəzər dənizinin karbohidrogen ehtiyatları nəzərə alınmayıb.
QAZAXISTAN XİN RƏHBƏRİ" BİZ XƏZƏR PROBLEMİNİN TEZLİKLƏ HƏLL EDİLƏCƏYİNİ GÖZLƏMİRİK"
BAKI.19.04.2004.MEDİA-PRESS:
"Biz Xəzərin hüquqi statusu üzrə danışıqlar prosesinin tezliklə həll olunacağını gözləmirik. Bu, mürəkkəb bir prosesdir : ikitərəfli ziddiyyətlər mövcuddur və İranın xüsusi mövqeyi var. Bütün bunlara rəğmən, biz vəziyyəti dramatikləşdirmək istəmirik.". Qazaxıstan XİN-i rəhbəri Kasımjomarat Tokayev "Nezavisimaya qazeta" ya müsahibəsində belə deyib.
Onun sözlərinə görə, ən ümdə vəzivə Xəzərin hüquqi statusu üzrə Konvensiya bağlamaqdır. Qazaxıstan həm iki , həm də çoxtərəfli danışıqlar aparılmasının zəruriliyi xəttinə əməl edərək, bu variantların bir-birinə zidd olmadığı fikrindədir. Xəzər problemləri üzrə danışıqların çox mürəkkəb olmasına baxmayaraq, son vaxtlar müəyyən tərəqqi hiss olunmqdadır. 5 xəzəryanı dövlət dənizin hüquqi statusu Konvensiyasının razılaşdırılmasında xeyli irəliləyib. Bununla belə, tərəflər statusun bəzi əsas cəhətlərinə hələ də fərqli yanaşmaqdadırlar.
Tokayev deyib:" Zənnimizcə, Xəzərin hüquqi statusu barəsində BMT-nin Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasının ayrı-ayrı müddəalarından istifadə etmək zəruridir. Bu zaman , əlbəttə ki ,Xəzərin özəlliklərini nəzərə almaq gərəkdir. Xüsusi vurğulamaq istərdim ki, Qazaxıstan heç vaxt milli sektorlara bölünmənin " göl variantı"nı müdafiə etməyib. Buna baxmayaraq, biz ətraf mühitin qorunması, gəmiçilik və balıqçılıq sahəsində əməkdaşlıq üçün su və hava məkanından istifadə məsələlərində ən geniş güzəştlərə getməyə hazırıq. Yalnız dövlətlərin milli yurisdiksiyası altında qalan ərazi sularının və balıqçılıq zonalarının en zolağını razılaşdırmaq lazımdır. Belə qərarın qəbulu o biri məsələlərin də həllini tezləşdirərdi." Sitatın sonu.
Son vaxtlar Xəzər regionunun hərbiləşdirilməsindən bir çox ekspertlərin narahatlığına dair sualı cavablandıran nazir vurğulayıb ki, Xəzər beynəlxalq birliyin diqqətini çəkən həssas regiondur. Burada hərbi münaqişələrin yaranması üçün zəmin olmamalıdır. Ancaq nəzərə almaq gərəkdir ki, bir sıra xəzəryanı ölkələrin, o cümlədən Rusiyanın, burada öz hərbi donanması var. Qazaxıstan da Xəzər dənizi hövzəsində keşik çəkən öz sərhəd qüvvələrini yaradıb. Bizim mövqeyimiz belədir: bütün tədbirlər görülməlidir ki, bu regionda qüvvələr tarazlığı qorunsun, bura sülh, mehribanqonşuluq və əməkdaşlıq zonasına çevrilsin". Sitatın sonu.
YAPONLAR TƏRƏDDÜD İÇİNDƏ
BAKI.19.04.2004.MEDİA-PRESS:
Belə çıxır ki, İranın "Azadeqan" yatağının işllənməsinə dair yaponlarla bağladığı başıbəlalı müqavilənin hələ son nöqtəsi qoyulmayıb. Bəllidir ki, Tokio ABŞ-ın təzyiqlərindən irəli gələn uzun tərəddüdlərdən sonra, nəhayət, Tehranla ölkənin bu ən iri yatağının işlənməsi üzrə müqavilə bağladı. Ancaq, görünür, Vaşinqtonun bu dəfə tapdığı yeni , daha tutarlı "dəlillər" Yaponiyanı yenə də tərəddüdlərə düçar edib…
Bu barədə dəqiq bir şey məlum olmasa da, İranan Neft naziri Bijan Namdar Zənqane artıq ağzından qaçırıb ki " Mən , Yaponiyanın "Azadeqan" neft yataqları üzrə müqavilədən boyun qaçırmasına bir İran numayəndəsi kimi heç cür cavab verə bilmərəm".Sitatın sonu.
Yapon şirkətlərinin nümayəndələri qeyri-rəsmi söhbətlərində zəngin neft ehtiyatına malik "Azadeqan" yatağının onlar üçün böyük əhəmiyyət daşıdığını və amerikanların müqaviləyə etirazlarının onların İranda işləmək qərarına əsla təsir göstərməyəcəyini bəyan edirlər. Bununla belə, zərurət yaranarsa, Yaponiya hökuməti Amerika ilə müvafiq danışıqlar aparmaq məcburiyyətində qalacaq.
2004-CÜ İLDƏ NEFTİN QİYMƏTLƏRİ ZİRVƏSİNƏ ÇATACAQ
BAKI.19.04.2004.MEDİA-PRESS:
Çindəki iqtisadi tərəqqinin neftin bu il üçün istehlak artımını son 4 ildə ən yüksək həddə (maksimuma) çatdıracağını gözləyən OPEK öz xammalına tələbat proqnozunu artırıb. Təşkilat aylıq məruzəsində 2004-cü ilin gündəlik tələbat proqnozunu 230 min barrel (gündəlik-26,17 milyon barrel) artırıb.
Son 13 ildə OPEK-in neft səbəti öz maksimuna ( 1 barrel- $32,54) çatıb. Bu artım, əsasən, xammala Çində tələbatın artmasının, ABŞ-da benzin ehtiyatlarının azlığının
və Yaxın Şərqdəki zorakılıq dalğasının neft ixracına mənfi təsir göstərəcəyindən irəli gələn təşvişlərin nəticəsidir.
Reuters xəbər verir ki,OPEK ikinci rübdə də öz neftinə cündəlik tələbat proqnozunu 100 min barrel artırıb ( 24, 86 milyon barrel). 3-cü rübə proqnoz da 110 min barrel artırılaraq, cündəlik 25,96 milyon barrelə qaldırılacaq.
Yaranmış vəziyyətdə OPEK üzvləri , eləcə də bu quruma daxil olmayan neft ölkələri öz xammal ixracını artırmağa can atırlar. Rusiya da bütün gücünü istixraca yönəldib və ilin başlanğıcından bəri 68,3 milyon ton (2003-cü ildəkinə nisbətən -10,4 milyon ton çox ) xammal ixrac edib. Bu həcmin 56,6 milyon tonu uzaq, 11,7 milyon tonu isə yaxın xarici ölkələrə göndərilib.
OPEK prezidenti Purnomo Yusgiantoro ( o eyni zamanda bu qurumun baş katibidir ) xam neftin bahalaşması üzündən dünya enerji bazarında yaranmış durumu rusiya energetikləri ilə müzakirə etmək üçün Rusiyaya gedəcək. Prezident bu ölkəyə OPEK-in iyunun 4-də Beyrutda keçiriləcək 131-ci növbədənkənar konfransından öncə səfər edəcəyini qeyd edib.
O deyib :" Mən Moskvaya izah etmək istərdim ki, OPEK-in sol illərdə gördüyü tədbirlərin hamısı ilk növbədə dünya enerji bazarlarında sabitlik yaranmasına, neft xammalına tələblə təklif arasında tarazlığa, " qara qızıl"ın qiymətlərinin kartel rəhbərliyinin qəbul etdiyi və bir barrellə görə $22-28 həcmində müəyyənləşdirilmiş əvvəlki dəhliz məcrasına qaytarılmasına yönəlib".Sitatın sonu.
Yusgiantoronun dediyinə görə, "neft ixracında dünya ikincisi olan Rusiya ilə mükalimə və neft siyasətinin bu ölkə ilə əlaqələndirilməsi yalnız OPEK üçün yox, həm də digər iri neft istehsalçıları və istehlakçıları üçün də əhəmiyyətlidir.OPEK və Rusiya neft strategiyası işində həmişə ümumi dil tapıblar və dünya enerji bazarlarında neft qıtlığından deyil, siyasi səbəblərdən və hərrac möhtəkirlərinin əməlləri üzündən yaranmış indiki mürəkkəb şəraitdə də dil tapacaqlar". OPEK prezidenti belə deyib.
İRAN ÇİNİ MAYE QAZLA TƏMİN ETMƏYƏ HAZIRDIR
BAKI.19.04.2004.MEDİA-PRESS:
İran milli tanker donanması şirkəti Çinə Yaxın Şərq ölkələrinə maye qaz ixracına dair saziş əsasında maye qaz verməyə hazırdır.
SHANA İran agentliyinin məlumatına görə, bu şirkət Cənubi Pars rayonunda istehsal edilən maye qazın 2,5 milyon tonunu 2008-ci ildən Çinə ixrac etməyə hazırdır.
Fars körfəzindəki Əslaviyə limanının çin terminallarından 5110 dəniz mili məsafəsində yerləşdiyini nəzərə alan iran tanker şirkəti maye qazı Çinə çatdırmaq üçün, hər biri anbarına 140 min kub metrə yaxın maye qaz götürə bilən 3 xüsusi gəmidən istifadə edəcək.
İldə 45 reys təşkil etmək, başqa sözlə, hər 8-9 gündə Əslaviyədən maye qazla dolu bir tankeri Çinə yola salmaq planlaşdırılır.
RESPUBLİKAMIZDA AZƏRBAYCAN-TÜRKİYƏ İŞGÜZAR ƏMƏKDAŞLIQ TƏŞKİLATI YARADILIB
BAKI.19.04.2004.MEDİA-PRESS:
Respublikamızda azərbaycan-türkiyə işgüzar əməkdaşlıq təşkilatı yaradılıb. Yeni qurumun İdarə heyətinin sədri Əhməd Erentokun bu gün mətbuat konfransında qeyd etdiyi kimi, təşkilata iki ölkənin işgüzar dairələrinin nümayəndələri (həm fiziki,həm də hüquqi şəxslər), eləcə də bu ölkələrin dünyanın ayrı-ayrı dövlətlərində çalışan iş adamları daxil olacaqdır.
İdarə heyətinin hələlik 7 üzvü var və hamısı da türk iş adamıdır. Gələn iclasda üzvlərin sayı 11-ə çatdırılacaq və 4 yeni üzv azərbaycan nümayəndəli olacaq.
Yeni təşkilatın başlıca vəzifəsi türkiyə sərmayəsini Azərbaycana cəlb etmək, habelə Böyük Britaniya, ABŞ, Rusiya, Almaniya , Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlıqdır.
Erentok məlumat verib ki, Azərbaycana əlavə sərmayələr cəlb olunması və türk iş adamlarının respublikada investisiya durumu ilə tanışlığı məqsədi ilə konfranslar təşkil ediləcək. İlk belə tədbir ilin ortalarında Bakıda keçiriləcək. Respublikada peşəkar kadrlar yaradılmasına kömək olsun deyə, xüsusi treninqlər keçiriləcək.
Erentok həmçinin qeyd dib ki, Azərbaycana Türkiyədən investisiyalar cəlb edilməsi ilə yanaşı Rusiyaya da diqqət yetirmək lazımdır. Axı, bu ölkədə yetərincə azərbaycanlı iş adamı çalışır və pis olmazdı ki, onlar da öz vəsaitlərini Azərbaycanın inkişafına yönəltsinlər. Bu məqsədlə Rusiyada da investisiya konıfransları keçirmək nəzərdə tutulur.
AZƏRBAYCAN-TÜRKİYƏ İŞGÜZAR ƏMƏKDAŞLIQ TƏŞKİLATI RESPUBLİKA REGİONLARININ İNKİŞAF PROQRAMINI REALLAŞDIRACAQ
BAKI.19.04.2004.MEDİA-PRESS:
Azərbaycan-türkiyə işgüzar əməkdaşlıq təşkilatı "2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial- iqtisadi inkişafı" dövlət proqramının reallaşmasında yaxındaş iştirak edəcək. Təşkilatın İdarə heyətinin sədri Əhməd Erentok mətbuat konfransında bu məlumatına əlavə edib ki, " biz azərbaycan rayonlarında yeni müəssislər yaradılmasına hökmən türk iş adamlarını cəlb edəcəyik. Respublikanızda turizmin inkişafı üçün geniş imkanlar var. Bunun üçün müvafiq infrastruktur və kadrlar gərəkdir. Ona görə də biz Turizm Menecment Məktəbinin layihəsini hazırlayıb Təhsil, Gənclik, İdman və Turizm nazirliklərinə təqdim etmişik. Layihənin tətbiqi Azərbaycan regionlarının inkişafına və yeni iş yerlərinin yaranmasına kömək edəcək". Erentok belə deyib.
Qeyd edək ki, bu gün ölkənin əsas iqtisadt potensialı paytaxtda təmərküzləşib. Beləki, dövlət büdcəsi gəlirinin vur-tut 15 faizi regionlara ayrılır , birbaşa investisiyaların da yalnız 20 faizi rayonların payına düşür. Əyalətin inkişafına dair dövlət proqramının gerçəkləşdirilməsi işləməyən müəssisələrin bərpası, yeni iş yerlərinin yaradılması,sosial və komunal sahənin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı və regionlara xarici investisiyaların cəlb olunması kimi problemlərin həllinə yardım edəcək.
Hesablamalara görə, artıq dövlət proqramının tətbiqi başa çatanadək , yəni 2008-ci ildə ÜDM-in həcmi 76,3 trilyon manat təşkil edəcək və 2003-cü illə müqayisədə 2,3 dəfə artacaq. Adambaşına ÜDM istehsalı 1578 dollara çatacaq, özəl sektorun ÜDM-dəki payı 85 faizə yüksələcək.5 ildə kənd təsərrüfatı məhsulları istehsalı 62,5% artacaq, ölkə iqtisadiyyatına investisiyaların həcmi -$16,8 milyard təşkil edəcəkdir.
AZƏRBAYCAN MM-İN ÜZVLƏRİ MOSKVADA GÖRÜŞLƏR KEÇİRİRLƏR
BAKI.19.04.2004.MEDİA-PRESS:
Bu gün Moskvada Azərbaycan Milli Məclisi (MM) və Rusiya Federasiya Şurasının (FŞ) birgə parlament komissiyasının iclası olub. Respublikamızın nümayəndə heyətinə MM sədrinin birinci müavini Arif Rəhimzadə başçılıq edir.
İclas iştirakçıları 2010-cü ilədək uzunmüddətli rusiya-azərbaycan iqtisadi əməkdaşlıq proqramını, iki ölkənin sərhəd və kömrük xidmətlərinin fəaliyyətini tənzimləyən milli qanunvericiliklərin eyniləşdirilməsi təkliflərini və sair məsələləri müzakirə ediblər.
FŞ üzvləri, Dövlət Dumasının vəkilləri, Rusiya İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Suxoparov,Dövlət Gömrük komitəsi sədrinin müavini Azarov komissiyanın iclasına dəvət almışdılar.
Komissiya işini yekunlaşdırandan sonra, onun həmsədrləri FŞ-nin MDB işləri üzrə komissiyasının sədri Konstantin Markelov və Arif Rəhimzadə mətbuat konfransı keçirdilər.
Bu gün millət vəkillərimiz FŞ sədrinin müavini Torşinlə, FŞ-nin Maliyyə bazarları və Pul dövriyyəsi, həmçinin Aqrar-ərzaq siyasəti komitələrinin üzvləri ilə görüşüblər.
Aprelin 20-də azərbaycan MM üzvləri Dövlət Dumasının komitələrində və Duma sədrinin birinci müavini Lyubov Sliska ilə görüşlərdən sonra, elə həmin gün Bakıya dönəcəklər.
<<< <<<