rus || eng


2004CÜ İLİN 2 AYINDA AZƏRBAYCANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİ $678,5 MİLYON TƏŞKİL EDİB

BAKI.21.04.2004.MEDİA-PRESS: Bu ilin 2 ayında Azərbkaycanın xarici ticarət dövriyyəsi keçən ilin eyni dövrünə nisbətən 33,4% artıb və $678,5 milyon təşkil edib. Həmin müqayisə ilə götürsək, ixracın həcmi 7,6% ($252,8 milyon), idxal həcmi isə - 55,4% ($425,7 milyon) təşkil edib.
Hesabat aylarında bütün əmtəə dövriyyəsinin -36,4 faizi- Avropa İttifaqının, 31,6 faizi -MDB ölkələrinin, 32 faizi qalan dövlətlərin payına düşüb. Bütövlükdə avropa ölkələri ilə əmtəə dövriyyəsi -59,8 %, Asiya ölkələri ilə -36,1% ,amerika ölkələri ilə- 3,8% və Okeaniya dövlətləri ilə- 0,3% təşkil edib.
Azərbaycan 2 ayda 89 ölkə ilə ticarət aparıb və bu zaman onun əsas tərəfdaşları İtaliya,Rusiya, Türkiyə,Qazaxıstan, Böyük Britaniya,Fransa, İran, Almaniya, Türkmənistan,ABŞ, Ukrayna, Çin, Gürcüstan, İsveç olub və ixrac-idxal əməliyyatlarının 80 faizi də onların payına düşüb.
Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsi $5,218 milyard , o cümlədən, ixrac -$2,592 milyard, idxal -$2,626 milyard manat təşkil edib və bu zaman $34 milyard manat mənfi saldo yaranıb.
Keçən il Azərbaycan 129 ölkə ilə ticarət əməliyyatları aparıb. Azərbaycan hökumətinin proqnozuna görə, 2008-ci ilə ölkənin xarici ticarət həcmi $6,156 milyona çatdırılacaq.


ALMANİYA SƏNAYE DAİRƏLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ MAYIN ORTALARINDA BAKIYA GƏLİR

BAKI.21.04.2004.MEDİA-PRESS: Mayın ortalarında Bakıya gələn almaniya sənaye dairələrinin nümayəndə heyəti azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu məsələlərini müzakirə edəcək.
Bu haqda jurnalistlərə məlumat verən Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlix deyib ki, işin səmrəsini artırmaq məqəsdi ilə alman şirktlərinin Azərbaycandakı filiallarının rəhbərləri və yerli iş adamları azərbaycan -almaniya Yardım Şurasının tərkibinə daxil ediliblər. Alman iş adamları səfər gedişində yerlərdə sərmayə qoyuluşu üçün yaradılmış şəraitlə tanış olacaq, Azərbaycan üçün maraq doğuran layihələrini təqdim edəcəklər.
K.Qrevlix qeyd edib ki, Azərbaycana marağın artması neft layihələrinin gerçəkləşməsi ilə bağlıdır. Respublika gələcəkdə bu sahədən ildə bir milyard dollar qazanc götürəcək. Ancaq alman iş adamları Azərbaycanın qeyri-neft sahələrində itşləməyə hazırlaşırlar.


AZƏRBAYCAN VƏ ÜB BAZAR XİDMƏTLƏRİNİN İNKİŞAFI LAYİHƏSİNİ HAZIRLAYIRLAR

BAKI.21.04.2004.MEDİA-PRESS: Ümumlünya Bankı (ÜB) və Azərbaycanın birlikdə tərtib etdikləri yeni proqram "Bazar xidmətlərinin inkişafı" adlanır.
ÜB Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, layihə 3 ünsürlüdür. Birincisi, kənd yerlərində maliyyə xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bank şöbələri hər yerdə olmadığı üçün, kəndlərdə təqaüd və sair müavinətləri "Azərpoçt" birliyi verir.
Layihənin bu ünsürü 1200 poçt şöbəsi arasında rabitə yaradılmasını və bununla da "Azərpoçt" infrastrukturunun yaxşılaşdırılmasını nəzərdə tutur. Bundan əlavə 70 şöbəni bir-biri ilə fibrootik kabel birləşdirəcək.
İkinci ünsür bank sahəsində müasir tədiyyə sisteminin yaradılmasını nəzərdə tutur. Və ,nəhayət, üçüncü ünsür standarlaşdırma, metrologiya və patentlər üzrə Komitənin laboratoriyalarının müasir avadanlıqla təmininə xidmət etməlidir. Bu, yerli və beynəlxalq standartlar nəzərə alınmaqla buraxılan məhsulun keyfiyyətinə nəzarəti yaxşılaşdırmağa və yerli istehsaçılara öz məhsullarını benəlxalq bazara çıxarmağa imkan verəcəkdir.
İndi ÜB və Azərbaycan ekspertləri Bakıda layihənin qeyd etdiyimiz ünsürlərini hərtərəfli müzakirə etməkdədirlər.


BAKIDA "NƏQLİYYAT VƏ LOGİSTİKA" (TRANSCASPİAN-2004) SƏRGİSİ KEÇİRİLƏCƏK

BAKI.21.04.2004.MEDİA-PRESS: Mayda Bakıda " Nəqliyyat və logistika ("TransCaspian-2004") 3-cü beynəlxalq sərgisi təşkil ediləcək. Tədbirin təşkilatçıları - britaniya sərgi şirkəti -İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı -İteca Caspian Ltd, himayəçiləri isə - respublikanın Nəqliyat Nazirliyi və Ticarət-Sənaye Palatası, habelə Avropa İttifaqının TRACECA proqramıdır.
Sərgidə avtonəqliyyat, dəmiryolu, hava və dəniz nəqliyyatı, liman və terminallar,neft nəqliyyatı və boru xətləri,logistika, kuryer xidmətləri və yükvurma-yükboşaltma avadanlığı bölmələri işləyəcək.
Sərgi eksponatları kimi nəqliyyat sahəsində işləyən, yaxud bu sahə üçün avadanlıq istehsal edən müəssisə və şirkətlər çıxış edəcək. Misal olaraq "Enerqomaşeksport", "Azov maşınqayırma zavodu", "Polyot" aviaşirkəti, Tver maşınqayırma zavodu ( hamısı Rusiya ),Rusiya Dəniz Registri, Batum dəniz limanı (Gürcüstan), "Azərbaycan Hava Yolları" (AZAL) və İMAİR azərbaycan aviaşirkətləri, Xəzər dəniz gəmiçiliyi, Bakı Beynəlxalq dəniz ticarət limanı, Khazar Shippinq Co. və bir çox başqalarının adlarını çəkə bilərik.
Təşkilatçıların proqnozuna görə, 3 gündə sərgi ilə azı 7 min adam tanış olacaq. Keçənilki analoji Bakı sərgisində 47 şirkət 15 ölkəni təmsil edib. Energtika, tikinti və yeyinti şirkətlərinin rəhbərliyini və ekspertlərini təmsil etmiş 5 min adam sərgi ilə yaxndan tanış olub.


STİVEN MANN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ PROBLEMLƏRİNİ BAKIDA MÜZAKİRƏ EDƏCƏK

BAKI.21.04.2004.MEDİA-PRESS: Bu gün ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun amerikalı həmsədri. ABŞ Dövlət Departamentinin qarabağ və avrasiya münaqişələri üzrə xüsusi nümayəndəsi Stiven Mann Cənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlir. Bundan əvvəl o, Yerevana gedib, prezident Robert Köçəryanla görüşüb, tanınmamış Dağlıq Qarabağ respublikasının xarici işllər naziri Aşot Qulyanla məşvərət keçirib.
Aliməqam qonaq Bakıda respublika prezidenti İlham Əliyevlə, XİN başçısı Elmar Məmmədyarovla və bir sıra rəsmi şəxslərlə görüşəcək. Ermənistan -azərbaycan münaqişəsinin çözülməsi müzakirələrin başlıca məsələsi olacaq.
Stiven Mann ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsinə ötən həftə təyin edilib. Qrupun digər iki həmsədri isə Rusiya və Fransadır.
Xatırlatma: 2001-ci ilin mayından etibarən Dövlət Departamentinin Xəzərin enerji ehtiyataları məsələləri üzrə xüsusi nümayəndəsi kimi, o, Bakı-Tbtlisi_Ceyhan ixrac neft kəmərinin , Xəzər boruçəkmə konsorsiumunun və ayrı layihələrin gerçəkləşdirilməsi məsələləri ilə məşğul olub.


TBİLİSİDƏ ALMANİYANIN CƏNUBİ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNDƏKİ SƏFİRLƏRİ GÖRÜŞƏCƏK

BAKI.21.04.2004.MEDİA-PRESS: Federativ Almaniyanın Cənubi Qafqaz və Orta Asiya ölkələrindəki səfirlərinin aprelin 23-də Tbilisidəki görüşündə ölkə XİN-nin rəhbəri Yoşka Fişer də iştirak edəcək.
Jurnalistlərə bu məlumatı açıqlayan Almaniyanın Azərbaycandakı səfiri Klaus Qrevlixin sözlərinə görə,görüş iştirakçıları regionun öz inkişafının keçid dövrünü yaşayan ölkələrində sülhün və sabitliyin təmin olunması məsələlərini müzakirə edəcəklər. K.Qrevlix qeyd edib ki, məhəlli münaqişələrin, deyək ki, dağlıq qarabağ münaqişəsinin , mövcudluğu, bu ölkələrdə bazar iqtisadiyyatı quruculuğu prosesinə mənfi təsir göstərir.
Nəzərinizə çatdıraq ki, Almaniya Xarici işlər naziri Yoşka Fişer iqtisadiyyat, siyasət, təhlükəsizlik və mədəniyyət sahəsində əməkdaşlıq məsələlərini azərbaycan rəhbərliyi ilə müzakirə etmək üçün bu gün Kabuldan Bakıya gəlir. Onu müşayiət edən 3 deputatdan biri ölkənin sabiq müdafiə naziri, Bundestaqın Beynəlxalq Əlaqələr komissiyasının başçısı Folker Ryuxedir. Aliməqam qonaqlar Azərbaycanın rəhbərliyi və dini konfessiyaların nümayəndələri ilə görüşəcəklər.
Yoşka Fişerin başçılıq etdiyi almaniya nümayəndə heyəti aprelin 22- də Yerevana, oradan da Tbilisiyə yollanacaq.


BAKI AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN YARADILMASINI ALQIŞLAYIR

BAKI.21.04.2004.MEDİA-PRESS: Bakı ötən həftə Berlində Avropa azərbaycanlıları Konqresinin yaradalmasını bəyənir. Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsiin sədri Nazim İbrahimov mətbuat konfransında belə deyib.
O, azərbaycan diasporunun avropa ölkələrindəki 50-dən artıq təşkilatının Konqresə daxil olduğunu vurğulayaraq deyib ki, yeni təşkilat Avropa azərbaycanlıları arasında inteqrasiya (birləşmə) prosesini möhkəmlətməyə imkan verəcək və onların məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı üçün zəmin yaradacaqdır".


AZƏRBAYCANA QAZ VERİLMƏSİ MÜVƏQQƏTİ DAYANDIRILIB

BAKI.21.04.2004.MEDİA-PRESS: Rusiya "Qazprom"una tabe olan "Qazeksport" Azərbaycana qaz nəql edən borunun rusiyaya aid hissəsində təmirlə bağlı respublikamıza "mavi yanacaq" verilməsini aprelin 21-də müvəqqəti dayandırıb və ixracı aprelin 24-də bərpa edəcək. Həmin vaxtadək Azərbaycanın istilik- elektrik stansiyalarına (İES) və rayonlarına təbii qaz məhdudiyyətlərlə veriləcək. Məsələn, rayonlara verilən qazın həcmi 30% azaldılacaq, ölkəmizin ən böyük İES-i - Azərbaycan DRES-i mazutla işləyəcək, Əli-Bayramlı DRES isə həmişə aldığı həcmin 20 faizini alacaq.
Məhdudiyyətlər yalnız iki obyektə - Şimal DRES və Bakı DRES-1-ə şamil edilməyəcək.
Azərbaycan Qazı Məhəmməd -Şirvanovka kəməri ilə gündəlik orta hesabla 16 milyon kubmetr qaz idxal edir.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) respublikaya " mavi yanacaq" idxalına dair müqaviləni 2003-cü ilin dekabrında "Qazeksport"la bağlasa da, 2004-cü ildə müqavilənin bütün hüquq və vəzifələri rusiya şirkətindən "KazRosQaz" a ( hərəyə 50% səhmlə "KazMunayQaz" milli şirkəti ilə "Qazprom"un yaratdıqları birgə müəssisə) keçdi. Başqa sözlə, bütün müqavilə münasibətlərini "KazRosQaz" icra edir , "Qazeksport" isə müqavizə üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə təminat verir.
Bu saziş çərçivəsində 2004-cü ildə Azərbaycana 5,5 milyard kubmetr həcmində qaz veriləcəyi planlaşdırılır. Bu həcmin 4,5 milyard kubmetri Qazaxıstandan ixrac ediləcək, 1 milyard kubmetrini isə "Qazeksport" öz ehtiyatlarından ödəyəcəkdir.
Respublikanın idxal etdiyi qaz əsasən Azərbaycan və Əli-Bayramlı DRES-lərinə verilir. Cari ilin ilk rübündə ölkə 1,406 milyard kubmetr qaz idxal edib.
Azərbaycanın qaza illik tələbatı 12-14 milyard kubmetr civarında olsa da, respublikanın özündə illik istixrac 5 milyard kubmetrdir.


"LUKOYL"-UN TƏSDİQLƏNMİŞ EHTİYATLARI 20 MİLYARD BARREL NEFT EKVİVALENTİNDƏN ARTIQDIR

BAKI.21.04.2004.MEDİA-PRESS: Rusiyanın açıq tipli səhmdar cəmiyyəti "LUKOYL"-un təsdiqlənmiş ehtiyatları 20 milyard neft ekvivalentindən yuxarıdır.
"LUKOYL"-un mətbuat xidmətində məlumat veriblər ki, şirkət özünün neft-qaz ehtiyatlarının 2004-cü il yanvarın 1-ə olan ehtiyatlarının hesablanmasını və müstəqil auditini başa çatdırıb. Şirkət təsdiqlənmiş neft və qaz ehtiyatlarına görə, dünyada lider mövqelərində qalmaqdadır : rusiya neft şirkətləri arasında -birinci, ən nəhəng özəl neft-qaz şirkətləri arasında ExxonMobil-dən sonra- ikincidir.
2004-cü il yanvarın 1-ə LUKOYL-un təsdiqlənmiş karbohidrogenlər ehtiyatları -20,056 milyard barrel neft ekvivalentinə bərabərdir. Bu həcmin 15,977 milyard barrelini neft, 24,473 trilyon kub futunu isə qaz ehtiyatları təşkil edir. 2003-cü ilin 1 yanvarı ilə müqayisədə şirkətin təsdiqlənmiş karbohidrogen ehtiyatları 4% ( o cümlədən -4,7% neft və 1,3%-qaz ) artıb.
Ehtiyatların artımını təmin etmiş başlıca amillər geoloji kəşfiyyat işləridir. Bütövlükdə 2003-cü ildə şirkət üzrə 146 min metr kəşfiyyat qazması aparılıb. 15 yeni yataq və əvvəllər kəşf edilmiş 14 yataqda isə əlavə mənbələr aşkarlanıb. Dalbadal 4-cü ildir ki, "LUKOYL" karbohtdrogenlər istixracını ehtiyatları artırmaq hesabına ödəyir.


ERMƏNİSTAN QAZ MƏSLƏSİNDƏ RUSİYAYA QARŞI ÇIXMAĞA CÜRƏT ETMƏDİ

BAKI.21.04.2004.MEDİA-PRESS: " Yerevan yalnız respublikanın daxili ehtiyaclarının ödənilməsi üçün iran-ermənistan qaz kəmərinin çəkilişinə dair Tehranla danışıqlar aparır."
Belə bəyanatla mətbuat konfransında çıxış edən Ermənistan prezidenti Robert Köçəryanın sözlərinə görə, hansısa başqa bir variant müzakirə olunmayıb, çünki bu halda ölkə üçün problemlər yarana bilərdi. "Biz bu layihəni yalnız Ermənistanın enerji təhlükəsizlinin artırılması çərçivəsində müzakirə edirik"-deyən Köçəryan xatırladıb ki, hal-hazırda çəkilişi davam edən ikinci yüksək gərginlikli elektrik xətti (YGEX) nəinki iki ölkə arasında elektrik enerjisi cəpəyanının mübadiləsini artırmağa, həm də alacağımız qazın dəyərini elektrik enerjisi ilə ödəməyə imkan verəcək. Bir də təkrar edirəm ki, qalan variantlar başağrısı gətirə bilər". Köçəryan belə deyib.
Xatırlatma: Hələ bu yaxınlaradək mətbuat, xüsusən də rusiya mətbuatı, iran, hətta türkmənistan qazının ixracını nəzərdə tutan iran-ermənistan kəmərinin Gürcüstana, daha sonra isə Ukrayna və Avropaya çəkilib-çəkilməyəcəyi məsələsini hərtərəfli müzakirə edir və bu zaman ölkənin Energetika naziri Movsesyanın dediklərinə istinad olunurdu. Ancaq az sonra nazir dediklərini dandı. Rusiya KİV-i ermənistan rəhbərliyini təqsirləndirirdi ki, rusiya qazından bəhrələnsə də, respublika ikibaşlı oyuna girişib. Çünki, iran və türkmənistan qazının Ermənistandan Avropaya nəql ediləcəyi halda ,qitə bazarında rusiyanın qaz inhisarına çox güclü alternativ yaranardı.
Məsələ qəlizləşəndə Yerevan deyilənləri yalanlamağa tələsdi və Köçəryan da bunu mətbuat konfransında əslində bir daha təsdiqlədi. Halbuki, İranın Xarici işlər naziri Kamal Xərrazi öz erməni həmkarı Vardan Oskanyanı bir neçə gün öncə Tehranda qəbul edərkən İran_-Ermənistan-Ukrayna-Avropa qaz kəmərinin çəkilişi imkanını mühüm bir layihə kimi yenidən dəyərləndirmiş və İranın bu məsələnin müzakirəsi üçün açıq olduğunu vuprğulamışdı.
Bu arada Avropa İttifaqının Ermənistan və Gürcüstandakı nümayəndə heyətinin rəhbəri Torben Holtse də iran qazının Ermənistan ərazisindən Avropaya ixracı imkanını istisna etməyərək deyib ki, " bu layihə gələcəyin məsələsi olduğu üçün , hələlik müzakirə edilmir".
İran-Ermənistan qaz kəmərinin çəkilişinə dair müqavilənin İran İslam respublikasının Neft və qaz naziri Bijan Namdar Zənqanenin mayın sonunda Yerevana səfəri gedişində imzalanacağı gözlənilir. Tikintini bu ilin axırlarında başlayıb 2006-cı ildə başa çatdırmaq planlaşdırılır.141 km. uzanacaq boru xəttinin dəyəri $120 milyondur. Xəttə 700 millimetrlik borular döşənəcək. Ermənistan bu xətlə ilk dövrdə ildə 700 milyon kubmetr karbohidrogen xammalı alacaq, sonralar isə bu həcmi 1,5 milyard kubmetrədək artıracaqdır.1;yir.


QAZAXISTAN VƏ ÇİN NEFT KƏMƏRİ ÇƏKƏN BM YARADIRLAR

BAKI.21.04.2004.MEDİA-PRESS: Aprelin 20-də qazaxıstan hökuməti Atasu-Alaşankou neft kəməri layihəsini müzakirə edib. Baş nazir Danial Axmetov 988-kilometrlik boru xəttinin əsas parametrlərinin artıq müzakirə olunduğunu qeyd edərək, indi çin tərəfi ilə birgə müəssisə (BM) və layihənin baza modelinin yaradılması üzrə tədbirlərin müəyyənləşdirilməsini başlıca vəzifə adlandırıb.
Mütəxəssislərin hesablamalarına görə, Çinin qərb rayonlarında yaxın illərdə neft istehlakçılarında tələb təklifi üstələyəcək və bu meyl ildən-ilə güclənəcək. Yeni magistralın çəkilişi nəticəsində çin tərəfi Mərkəzi Qazaxıstanla yanaşı Xəzər regionu neftindən də bəhrələnə biləcəkdir. Bu gün kəmər tikintisini maliyyələşdirməyin bir neçə variantı mövcuddur. KZ-today yekun danışıqların gələn həftə keçiriləcəyini xəbər verir.


2025-Cİ İLDƏ NEFT NEÇƏYƏ OLACAQ?

BAKI.21.04.2004.MEDİA-PRESS: 2025-ci ilə kimi bir barrel neftin qiyməti 51 dollara çatacaq!
ABŞ Energetika Nazirliyi yanında İnformasiya idarəsinin hazırladığı illik "Beynəlxalq energetika proqnozu -2004" məruzəsində ekspertlərin
fikrincə, 20 ildən sonra da neft dünyada başlıca enerji mənbəyi olaraq qalacaq, bütün qalan enerji mənbələrinin 39 faizini təşkil edəcək və ona gündəlik tələbat 121 milyon barrelə yüksələcək. Artım ilk növbədə ABŞ-ın hesabına, həmçinin Asiya ölkələrinin, ilk növbədə Hindistan və Çinin iqtisadi inkişafı ilə əlaqədar baş verməlidir.


2010-CU İLDƏ DÜNYADA MAYE QAZ DAŞIYA BİLƏN 286 GƏMİ OLACAQ

BAKI.21.04.2004.MEDİA-PRESS: Maye qaz daşıya bilən xüsusi gəmilərin sayı 2010-cu ilə kimi 286-ya çatacaq. Xəbəri İranın SHANA agentliyi yayıb.
Gəmiçilik üzrə Koreya İnformasiya xidmətinin məlumatına görə, maye qaz daşıya bilən gəmilərin sayı 2006-cı ildə 206-ya çatacaq. 2006-2010-cu illərdə anbarına 186 min kubmetr maye qaz vura bilən daha 80 belə gəmi tikmək mümkün olacaq.
İran o vaxtadək müxtəlif ölkələrdə bu qəbil 15 gəmi hazırlatmaq niyyətindədir. Ona gökə ki, əzəmətli Cənubi Pars yatağının 11-13-cü mərhələlərinin işlənməsi gedişində maye qaz istixracını kəskin artırmağı planlaşdırır. İRAN NEWS-in məlumatına görə, bu mərhələlərdən hər birinin reallaşması gedişində İran ildə 1 milyard dollar mənffət əldə ediləcək, maye qazın illik hasilatı isə 29 milyon tona yüksələcək.


2004- CÜ İLİN 3 AYINDA AZƏRBAYCANDA ÜDM-İN HƏCMİ 8 TRİLYON MANATI AŞIB

BAKI.21.04.2004.MEDİA-PRESS: Azərbaycanda 2004-cü ilin 3 ayında ümumi daxili məhsulun (ÜDM) həcmi 8,05 trilyon manat ( 4922 manat = 1$) təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,6% çoxdur.
ÜDM strukturunda sənayenin payı -42,7%, kənd təsərrüfatının -2%, nəqliyyatın- 8,4%, tikintinin-11,8%, rabitənin - 2,9%, xidmət və ticarət sahəsinin -9,7% -dir. Bü müddətdə ÜDM-dən hər adama düşən pay 987 min manat təşkil edib.
Xatırlatma: Ötən il respublikada ÜDM 35,1 trilyon manat olub və ondan hər adama düşən rəmzi pay -4,3 milyon manat təşkil edib. 2004-cü ildə ÜDM həcminin 37,3 trilyon manat olacağı gözlənilir.
2004-2008-ci illərdə azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq, ÜDM-in həcmi 76,3 trilyon manata yüksələcək və 2003-cü ildəkindən 2,3 dəfə çox olacaq. ÜDM-in adambaşına həcmi isə 1578 dollara çatacaq.


2004- -CÜ İLİN BİRİNCİ RÜBÜNDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA 5,4 TRİLYON MANAT SƏRMAYƏ QOYULUB

BAKI.21.04.2004.MEDİA-PRESS: 2004-cü ilin ilk rübündə azərbaycan iqtisadyyatına bütün mənbələrdən 5,441 trilyon manat sərmayə qoyulb. Bu, ötən ilin eyni göstəricisindən 71,3% artıqdır.
Bu məbləğin 88,8 faizi ( 4, 83 trilyonu) -xarici, 11,2 faizi - daxili sərmayədir. Müqayisə dövründə xarici sərmayələrin həcmi 79,6 % artıb.
Sərmayələrin ən çoxu -84,6 faizi - neft, 0,6 faizi- aqrar, 1,9 faizi- tikinti, 0,8 faizi -ticarət və xidmət, 5,7 faizi - nəqliyyat və 2,8 faizi - rabitə sahələrinə yönəldilib.
2004-cü ildə respublika iqtisadiyyatına -18 trilyon 405,4 milyard manat sərmayə qoyulacağı ehtimal olunur. Bunun 14 trilyon 855,4 milyard manatını - xarici, 3 trilyon 550 milyard manatını isə daxili investisiyalar təşkil edəcək.
Keçən il ölkə iqtisadiyyatına $3 milyard manat həcmində sərmayə qoyulub. !996-cı ildən bəri sərmayə qoyuluşunun ümumi həcmi $16 milyard təşkil eidb. Bu gün Azərbaycan adambaşına sərmayə qoyuluşunun həcminə görə MDB məkanında və Şərqi Avropada liderlər mövqeindədir.
Aprelin 21-ə manatın rəsmi məzənnəsi belədir: 4920 - 1$.


İLİN ƏVVƏLİNDƏN BƏRİ AZƏRBAYCANDA SƏNAYE İSTEHSALININ HƏCMİ 6,4 TRİLYON MANAT TƏŞKİL EDİB

BAKI.21.04.2004.MEDİA-PRESS: Azərbaycanda bu ilin 3 ayında sənaye istehsalının həcmi 6,4 trilyon manat ( 4920 manat = 1$) təşkil edib və keçən ilin eyni göstəricisindən 4,2% artıq olub.
Emal müəssisələrində məhsul istehsalının artımı -18,2%, istixrac sənayesində- 1,4%, istehsalatda - 8% , elektrik enerjisi, su və qazın paylaşdırılması sahələrində - 8% olub.
Hesabat dövründə istixrac sənayesində -2,85 trilyon , emal sahəsində -2,92 trilyon, elektrik, su və qaz təchizatında isə -630 milyard manatlıq məhsul buraxılıb və ya iş görülüb.
İstehsal olunmuş bütün məhsulun 44,6 faizi - istixracın, 45,7 faizi- emalın, 9,7 faizi isə - elektrik, qaz və su təchizatının payına düşür.
Axırda qeyd edək ki, istixrac sənayesində istehsal artımı -1,9%, emalda -16,3% olub.

<<< <<<