rus || eng


XƏZƏR TANKERLƏRİNİN GÖVDƏSİNƏ İKİNCİ QAT DA ÇƏKİLİR

BAKI.23.04.2004.MEDİA-PRESS: Xəzər Dəniz Gəmiçiliyi İdarəsi (XDGİ) beynəlxalq dənizçiliyin yeni qaydalarına uyğun olaraq, öz tanker donanmasını modernləşdirir.
Mətbuat konfransında bu məlumatı açıqlayan XDGİ rəisi Aydın Bəşirovun sözlərinə görə, bu il "Qafur Məmmədov" tankerinə ikinci gövdə çəkiləcək. "Şamxor" tankerində isə bu iş təzəcə başa çatıb. Bu gəmilərin su tutumu 8 min tonu keçmir. Lakin gələn ildən XDGİ tutumu 12 min ton olan tankerlərini modernləşdirməyə başlayacaq. İkiqat gövdə tankerlərin ömrünü 15-20 il artıracaq, ən başlıcası isə, qəza hallarında neftin dənizə axması təhlükəsini azaldacaq.
Xatırlatma: Avropa İttifaqı (Aİ) ölkələri mazut və ağır növ neft daşıyan təkgövdəli tankerlərin öz limanlarına girişinə qadağa qoyub. Üstəlik 23 ildən artıq istismar olunan təkgövdəli tankerlərdən 2005-ci ildən sonra istifadə idlə bilməz.
Aİ Nəqliyyat və Energtika komissiyası nümayndəsinin sözlərinə görə, Aİ çalışacaq ki, yeni qaydalar ümumdünya standartlarına çevrilsin.. Aİ dekabrda müvafiq təklifi BMT nəzdindəki Beynəlxalq Dəniz Təşkilatına təqdim edəcək.


XDGİ BU PAYIZ TUTUMU 13 MİN TON OLAN 2 MÜASİR TANKER ALACAQ

BAKI.23.04.2004.MEDİA-PRESS: Bu ilin oktyabr-noyabrında Azərbaycan tutumu 13 min ton olan 2 müasir tanker alacaq.
Mətbuat konfransında bu xəbəri açıqlayan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirov gələn il bir tanker və iki quru yük daşıyan gəminin alınacağını, bu işin yalnız idarənin öz vəsaitləri hesabına görüldüyünü deyib. Su tutumu 13 min ton olan bir tanker XDGİ-yə $13,5 milyona oturur. Yeni tankerlər Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri üçün qazaxıstan neftini Azərbaycana daşıyavcaq.
Yeni tankerlərin gövdələri ikiqat olduğu üçün dərhal iki növ neft məhsulu daşıya bilir. Bu qəbil tankerlər Rusiyanın "Krasnoye Sormovo" tərsanəsində yığılır.
Xatırlatma: Keçən il də bu zavodda XDGİ üçün tutumu 8 min ton olan 2 tanker tikilib- "Professor Əziz Əliyev" və "Cəlil Məmmədqulu-zadə". Qəza hallarında neftin dənizə tökülməsinin qarşısını almağa xidmən edən, ikiqat gövdəsi olan, beynəlxalq dənizçilik qaydalarına cavab verən bu tankerlərin qabaritləri Rusiyanın daxili sularında üzməyə hesablanıb. Bu qəbil 4 tankerin tikintisinə dair müqavilənin ümumi dəyəri $44,5 milyondur.
Aydın Bəşirov deyib ki, XDGİ-nin tankerlər parkı ildə 20 milyon ton neft daşınması təmin edə bilər. Keçən il idarənin gəmiləri 10,2 milyon ton neft və neft məhsulları daşıyıb.


XDGİ 3 AYDA $7,5 MİLYON QAZANC GÖTÜRÜB

BAKI.23.04.2004.MEDİA-PRESS: 2004-cü ilin ilk rübündə Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) qazancı $7,5 milyon olub.
Bu məlumatı mətbuat konfransında açıqlayan XDGİ rəisi Aydın Bəşirov bu müddətdə dövlət büdcəsinə 20 milyard manat ( 4920 manat = 1$) pul köçürüldüyünü, il ərzində isə bu məbləğin 60 milyard manat olacağını ( ötən il 52 milyard) deyib.
2003-cü ilin yekunundan bəhs edən rəis idarənin gəlirlərinin - $94 milyon, xalis mənfəətinin isə -$29 milyon olduğunu bildirib.
İndi XDGİ -nin 85 gəmisi var . Onların 70-i yük daşımaq üçündür ( tankerlər, bərələr və quru yük gəmiləri) , qalanları köməkçi gəmilərdir.
A. Bəşirov bu il 14 milyon ton ( keçən il-13 milyon ton ) yük daşınmasının planlaşdırıldığını bildirib. XDGİ-nin təqribən 20 gəmisinin Qara və Aralıq dənizlərində üzməsinə, İtaliya, Türkiyə , İsrail və bir sıra başqa ölkələrə yük aparmasına baxmayaraq, daşımaların böyük hissəsi Xəzərin payına düşür. Aydın Bəşirov belə deyib.


MDB DÜNYANIN ƏN DİNAMİK İNKİŞAF EDƏN REGİONLARINDAN BİRİDİR

BAKI.23.04.2004.MEDİA-PRESS: MDB (Müstəqil Dövlətlər Birliyi), o cümlədən Rusiya, dünyanın daha münəzzəm inkişaf edən regionlarından biri olaraq qalır. Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatının vəziyyəti və yaxın gələcəyi haqqında məruzəsində belə deyilir. Məruzə Fondun və Ümumdünya Bankının (ÜB) rəhbər orqanlarının yaz sessiyası üçün hazırlanıb və rəsmən Vaşinqtonda açıqlanacaq.
Sənədə görə, bu il Rusiyada ümumi daxili məhsulun (ÜDM) real artımı 6%, gələn il-5,2% həcmində gözlənilir.
Bu göstərici üzrə lider Azərbaycan ( müvafiq surətdə- 8,1% və 13,2%) və Qazaxıstandır (8% və 7,5%). Həmin göstəricilər Ukraynada bu il- 6%, gələn il -4%, Belarusda müvafiq olaraq, 4,8% və 3,5% olacaq. Ən aşağı artım- 2%(2004 və 2005-ci illərdə ) Özbəkistanda gözlənilir.
BVF daha bir əsas iqtisadi göstəricini- inflyasiya səviyyəsini -ilnin orta məxrəcini hesablamaq metodikası ilə müəyyənləşdirir. Belə yanaşmaya görə, bu il Rusiyada qiymətlərin təqribən 11,2%, gələn il- 9,9% artacağı gözlənilir. "Dekabrdan-dekabra" qiymətləndirmə metodundan istifadə edən Rusiya hökuməti cari ildə inflyasiya səviyyəsini 8-10% həcmində saxlayacağını vəd edir.
MDB məkanında ən yüksək inflyasiya artımı -22,7% (2004) və 13,6% (2005) Belarusda, il ərzində ən aşağı səviyyə isə (3%) Ermənistanda gözlənilir. (Azərbaycan hökumətinin proqnozuna görə, 2004-cü ildə respublikada inflyasiya səviyyəsinin 2-2,5% təşkil edəcək. -MEDİA-PRESS).
BVF mütəxəssislərinə görə, bu il dünya üzrə ümumi iqtisadi artım 4,6% ( Fondun əvvəlki icmalında proqnoz-4% idi) olmalıdır. Bu hal sübut edir ki, indi Fond dünya iqtisadiyyatının vəziyyətini daha nikbin qiymətləndirir. "2005-ci il roqnozu da nikbindir- 4,4% həcmində qlobal iqtisadi artım gözlənilir.


CƏNUBİ QAFQAZ-AVROPA İTTİFAQI: TİCARİ- İQTİSADİ MÜNASİBƏTLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ

BAKI.23.04.2004.MEDİA-PRESS: AEPLAC ( İqtisadi siyasət və hüquq məsələləri üzrə ermənistan-avropa məşvərət mərkəzi) Cənubi Qafqaz və Avropa İttifaqı (CQ-Aİ) ölkələrinin ticari-iqtisadi münasibətlərinin müqayisəli təhlilini açıqlayıb.
AEPLAC direktoru Tiqran Cırbaşyan Yerevanda mətbuat konfransında bildirib ki, Ermənistanın Aİ ölkələri ilə əmtəə dövriyyəsi 1999-cu ildəki $360,4 milyondan 2003-cü ildə -$631 milyona çatıb. Bu ölkələrə ixracını Ermənistan keçən il iki dəfədən də çox artırıb-$106,5 milyondan $258,6 milyona çatdırıb və idxal həcmi də qalxıb: $252,8 milyondan $372,4 milyona çatıb.
Cırbaşyan deyib ki, brilyantları çıxmaqla Ermənistan əmtəə ixracının 32,9 faizini Aİ ölkələrinə yönəldib. O, ölkənin ixrac strukturundakı dəyişikliklərə toxunarkən deyib ki, əgər 1999-cu ildə ixracın 86,3 faizini Aİ ölkələrinə göndərilən qiymətli metallar və daş-qaşlar təşkil edirdisə, 2003-cü ildə bu göstərici 52,9 faizə düşüb.
AEPLAC direktoru Aİ-nin qonşu Azərbaycan, Gürcüstan,Türkiyə və İranla münasibətlərinə də toxunub. Onun açıqladığı məlumata görə, 2002-ci ildə Azərbaycan Aİ ölkələrinə -1,547 milyard avro, Gürcüstan- 63 milyon avro, Ermənistan-209 milyon avro, İran-6,7 milyard avro və Türkiyə -22 milyard avro məbləğində mal göndəriblər.
2002-ci ildə Azərbaycan ÜDM-i (ümumi daxili məhsul) strukturunda ixrac -23,97%, Gürcüstanda-1,78%, Ermənistanda-8,3%, Türkiyədə-12,03% və İranda- ÜDM-in 6,23 faizini təşkil edib.
Aİ-dən Azərbaycanın idxalı -416 milyon avro, Gürcüstanın - 207 milyon avro, Ermənistanın - 270 milyon avro,Türkiyənin -24,2 milyard avro, İranın isə -6,6 milyard avro təşkil edib.
Əlamətdar haldır ki, Ermənistanın xarici ticarət dövriyyəsində nəqliyyat xərcləri ÜDM-in 8,2 faizini təşkil edir və Avrasiya qitəsində yalnız Monqolustandan geri qalır(12,2%). Bu göstərici Gürcüstanda -6,1%, Azərbaycanda isə -5,7 faizdir. Ermənistanın nəqliyyat xərclərinin təqribən 95 faizi ölkədən xaricə "axan" maliyyədir. Bundan fərqli olaraq Azərbaycan və Gürcüstanın nəqliyyat xətləri tranzitdir, yəni gəlir gətirir.
Müqayisə üçün onu da deyək ki, Yerevanı dəniz limanlarından təqribən 680 km., Monqolustanın paytaxtı Ulan-Batoru isə- 2 min kilometr məsafə aüırır.


3 AYDA DÖVLƏT BÜDCƏSİ GƏLİRLƏRİ ÜZRƏ PROQNOZ 108,8% YERİNƏ YETİRİLİB

BAKI.23.04.2004.MEDİA-PRESS: Azərbaycan Dövlət büdcəsi gəlirləri üzrə 3 aylıq proqnoz 108,8% yerinə yetirilib. 2004-cü ilin yanvar-mart aylarında büdcənin gəliri -1,584 trilyon, çıxarı-1,302 trilyon manat (4920 manat =1$) təşkil edib . Çıxar üzrə proqnoz 87,5% yerinə yetirilib. Profisit ( gəlirlə çıxar arasındakı fərq) 282,1 milyard manat olub.
Büdcə vəsaitlərinin 22,4 faizi təhsil sisteminə,14,7 faizi- iqtisadiyyatın inkişafına, 11,3 faizi hüqüq-mühafizə, prokurorluq və xüsusi xidmət orqalarına, 4,3 faizi -səhiyyəyə, mədəniyyət, incəsənət, KİV və dini təşkilatlarla iş sahəsinə yönəldilib.
Bu müddətdə təhsil üzrə xərclərə -95,6%, hüquq-mühafizə, prokurorluq və xüsusi xidmət orqanları üzrə -90,7%, iqtisadiyyatın inkişafı üzrə -72,8% və sosial ehtiyaclar üzrə -110,4 % əməl olunub.
Büdcənin bütün gəlirinin 64,5 faizini (1, 021 trilyon manatını) - Vergilər Nazirliyi,18,7 faizini (297,1 milyard manatını) Dövlət Gömrük Komitəsi təmin ediblər.
2004-cü ilin proqnozuna görə, dövlət büdcəsinin gəlir və çıxarı daha 10% artacaq, büdcə kəsiri ÜDM-in (ümumi daxili məhsul) 0,7 faizi səviyyəsində planlaşdırılır. Beləliklə , bu il büdcə gəlirləri 6,7-6,8 trilyon manat, ÜDM-in həcmi isə - 37,3 trilyon manat təşkil dəcək.


AZƏRBAYCAN ƏHALİSİNƏ 3 AYDA 4,4 TRİLYON MANATLIQ İSTEHLAK MALLARI SATILIB.

BAKI.23.04.2004.MEDİA-PRESS: 2004-cü ilin 3 ayında respublikada əhaliyə 4,4 tirilyon manatlıq (4920 manat = 1$) istehlak malları satılıb. Bu, ötən illə müqayisədə 11,4% çoxdur. Malların 21,2 faizi hüquqi şəxslər tərəfindən, 31,6 faizi- yarmarkalarda, 11,3 faizi - bazarlarda və 35,9 faizi- ticarət köşklərində realizə edilib.
Statistik məlumata görə, əhali ərzaqa daha çox (2,9 trilyon manat ), qeyri-ərzaq mallarına isə ondan təqribən iki dəfə az ( 1,5 trilyon manat ) pul xərcləyib və ötən illə müqayisədə artım müvafiq surətdə-8,5% və 19,4% həcmində olub.
Bu müddətdə əhaliyə 780,9 milyard manat məbləğində ( keçən ildəkindən 12,4% çox) xidmət göstərilib.


STİVEN MANN: ABŞ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ DAİR TƏRƏFLƏRİN İSTƏNİLƏN SAZİŞİNİ MÜDAFİƏ EDƏCƏK

BAKI.23.04.2004.MEDİA-PRESS: "ABŞ hökuməti qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyi qarşısına məqsəd qoyub". ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun amerikalı həmsədri Stiven Mann Azərbaycan przidenti İlham Əliyevlə Bakıdakı görüşündə belə deyib.
"Biz tərəflərin nail olcaqları istənilən sazişi dəstəkləyəcəyik". Həmsədr vəzifəsinə bir neçə gün öncə təyin olunmuş amerikan diplomat belə deyib. Bu, ABŞ Dövlət Departamentinin xəzər diplomatiyası üzrə xüsusi nümayəndəsi kimi respublikamızda dəfələrlə olmuş Stiven Mannın münaqişə regionuna yeni keyfiyyətdə ilk səfəri idi.
Jürnalistlərin suallarını cavablandıran diplomat Bakı və Yerevan görüşlərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü haqqında məsələni müzakirə etdiyini bildirib:" Minsk qrupu prezidentlərdən eksprtlərədək bütün səviyyələrdə tərəflər arasında mükaliməni dəstəkləyir və hesab edir ki, bu,vəziyyətdən çıxmaq üçün yeni imkanlar açır". Sitatın sonu.
Minsk qrupunun rusiyalı,fransalı və amerikalı həmsədrlərinin regiona növbəti səfərinin ən yaxın vaxtlarda baş tuta biləcəyini istisna etməyən Stiven Mann deyib:" Səfərin dəqiq tarixi tərəflərlə razılaşdırılacaq".
Diplomat "azərbaycan və ermənistan rəhbərliyi ilə səmərəli görüşlərim oldu" desə də, danışıqlarının məzmununu açıqlamadı:"Diplomatik mükalimənin sirrini açmamaq daha düzgün olardı".Sitatın sonu.
Aldığımız məlumata görə,Azərbaycan və Ermənistan prezidentləri artıq aprelin 28-də Varşavada Avropa İqtisadt Forumu çərçivəsində görüşə bilərlər.


AZƏRBAYCAN LAYİHƏSİ BMT-NİN İNSAN HÜQUQLARI KOMİSSİYASININ SESSİYASINDA QƏBUL OLUNUB

BAKI.23.04.2004.MEDİA-PRESS: "İtgin düşmüş şəxslər haqqında" Azərbaycanın təqdim etdiyi layihə Cenevrədə İnsan hüquqları üzrə BMT Komissiyasının 60-cı sessiyasında qəbul olunub.
REGNUM agentliyinin məlumatına görə, diplomatik kanallarla aparılmış ardıcıl danışıqlar nəticəsində daha 27 ölkə həmmüəllif kimi qətnaməyə qoşulub. Sənədin qəbulunda Avropa İttifaqı, İslam Konfransı Təşkilatı , Beynəlxalq Qızıl Xaç Cəmiyyəti də əhəmiyyətli rol oynayıblar.
Bu sənədin qəbul edilməsinə Azərbaycanın marağı onunla izah olunur ki, dağlıq qarabağ münaqişəsi nəticəsində 5 minə yaxın azərbaycanlı hələ də itgin düşmüş sayılır.


AZƏRBAYCAN VƏTƏNDAŞI GİNNES REKORDLAR KİTABINA DÜŞÜB

BAKI.23.04.2004.MEDİA-PRESS: Azərbaycanın Cəbrayıl rayonunun sakini hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev ilk həmvətənimizdir ki, adı "Ginnes Rekordlar Kitabı"-na düşüb. O, beş dəqiqə ərzində 20 adamın kölgəsini (siluetini) çəkməklə bu şərəfə nail olub.
Fəxrəddin Vəliyev ömrünün 25 ilini kölgələlərin qrafikası və rəsmi kimi nadir sənətə həsr edib. 1992 -ci ildə Afinada və 1995-ci ildə İstanbulda onun fərdi sərgiləri təşkil edilib. Azərbaycanlı rəssam 2003-cü ilin dekabrında Brüsselin məşhur Belgium muzeyində bu ölkənin kraliçası Fabiolanın portretini yaradıb. Əsəri çox bəyənən kraliça rəssama məktub yazaraq ,gözəl şəklə görə , ona dərin minnətdarlığını izhar edib.


AZƏRBAYCAN DÖVLƏT NEFT FONDUNDA 3,956 TRİLYON MANAT TOPLANIB

BAKI.23.04.2004.MEDİA-PRESS: 2004-cü il aprelin 1-ə Azərbaycan Dövlət Neft Fondunda (AR DNF) 3,956 trilyon manat toplanıb. Fondda Media-Pressə bildiriblər ki, 2004-cü il yanvarın 1-də bu vəsaitin həcmi 4,015 trilyon manat olub ( 4920 manat =1$).
Bu ilin ilk rübündə Fondun 159,8 milyard manat gəliri olub və bu, ötən itlin eyni dövründəkindən 2,2 dəfə azdır. Xərclər 218,8 milyard manat təşkil edib və ötən ilin eyni göstəricisindən 31,9% artıq olub.
Ümumi məbləğin 102,8 milyard manatını "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi müqaviləsi üzrə Azərbaycanın mənfəət neftinin satışından daxilolmalar təşkil edib, 14,9 milyard manat Bakı-Supsa kəməri ilə neftin tranzitinə ödənilib,7,9 milyard manat isə bonum ödəmələridir. Fond vəsaitlərinin idarəsində daxilolmalar ilin əvvəlindən bəri 34,2 milyard manat təşkil edib.
Xərclərə gəldikdə, 4,4 milyard manat BTC neft kəməri tikintisində ARDNŞ-in iştirak payının maliyyələşdirilməsinə, 1,7 milyard manat-respublika prezidentinin srəncamı ilə- qaçqın sə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf edilib, 136 milyard manat -dövlət büdcəsinə köçürülüb. Fondun özünün idarə olunması xərcləri 43,7 milyard manat təşkil edib ki, bunun 0,4 milyard manatı AZ DNF aparatının saxlanmasına gərək olub. 2003-cü ilin yekunu üzrə mənfəət vergisi kimi 33 milyard manat dövlət büdcəsinə köçürülüb


RUSİYA 3 AYDA NOVOROSSİYSK LİMANINDAN 11,6 MİLYON TON NEFT İXRAC EDİB

BAKI.23.04.2004.MEDİA-PRESS: Ruüsiya 3 ayda Novorossiysk dəniz limanından 11,6 milyon ton neft ixrac edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.
Baltik boru xətti sisteminin 2-ci növbəsinin istifadəyə verilməsi sayəsində Primorsk limanı terminallarından neft ixracı 280% artaraq -6 milyon tona çatıb. Başqa istiqamətlərdən də neftin xaricə daşınması həcmləri artıb.


2015-Cİ İLDƏ RUSİYA DÜNYA ÜZRƏ NEFT İXRACININ 18 FAİZİNİ, QAZ İXRACININ YARISINDAN ÇOXUNU TƏMİN EDƏCƏK

BAKI.23.04.2004.MEDİA-PRESS: " 2015-ci ildə Rusiya dünya neft ixracının təqribən 18 faizini, qaz ixoracının isə yarısından çoxunu təmin edəcək". Londonda keçirilmiş Rusiya iqtisadi forumunda bu fikrini açıqlayan BP prezidenti lord Corc Braun , onun şirkətinin Rusiya iqtisadiyyatına artıq $8 milyard vəsait qoyulduğunu, yaxın 3 ildə daha $3-4 milyard sərf ediləcəyini bildirib.
Yaxın 5 ildə TNK-BP rusiya-britaniya neft şirkətinin hər il azı $1 milyard sərmayə qoyacağını deyən lord Braun, yalnız cari ildə bu məbləğin $1,3 milyard təşkil edəcəyini, hal-hazırda bu birgə müəssisənin 9 milyard barrelə yaxın nefti olduğunu, gələcəkdə ehtiyatların səviyyəsini 17 milyard barrelə çatdırmağı planlaşdırdığını vurğulayıb.


ÇİN 2004-CÜ İLDƏ 100 MİLYON TONDAN ÇOX NEFT İDXAL EDƏCƏK

BAKI.23.04.2004.MEDİA-PRESS: Çin Ticarət Nazirliyinin məlumatına görə, 2004-cü ildə ölkə azı 100 milyon ton neft idxal etməli olacaq.
Sinxua agentliyi yazır ki, yaxın 10 ildə Çinə neft idxalı 100% (ildə-10%) artacaq. Son on ildə orta artım -6,7%, orta illik neft istixracı isə cəmisi-1,8% olub
Çinin İnkişaf və islahatlar üzrə Dövlət Komitəsinin məlumatına görə, son 50 ildə Çin Xalq Respublikasında ümumi daxili məhsul 11 dəfə, mineral ehtiyatların sərfi isə -41 dəfə artıb. Komitənin sədri Ma Kayın qeyd etdiyi kimi, Çinin iqtisadi inkişafının ekfstensiv yolu təbii ehtiyatların istehlakı baxımından çox baha başa gəlir.


XƏZƏRYANI DÖVLƏTLƏRİN NEFTİNİN İRAN NEFTİ İLƏ ƏVƏZLƏNMƏSİ LAYİHƏSİNİN RƏSMİ STARTI BU AY VERİLƏCƏK

BAKI.23.04.2004.MEDİA-PRESS: Xəzər dənizi zonasından xam neftin əvəz olaraq İrana ixracı layihəsinə başlanmasının bu ay rəsmi mərasimi təşkil ediləcək. FARS agentliyi bu məlumatı İRAN MİLLİ neft sahəsinin mühəndis-inşaat şirkətinin (MİŞ) direktoru Seyid Reza Kesaizadənin verdiyini yazır.
Onun dediyinə görə, layihə xəzəryanı dövlətlərdən neftin İranın Neka limanına, oradan da emal məqsədilə Tehran və Təbriz kombinatlarına ixracını, İranın isə həmin həcmdə nefti bu ölkələrə Fars körfəzinin Xark adasında qaytarmasını nəzərdə tutur.
Layihə 3 mərəhələdə həyata keçiriləcək. Əvəzləmə prinsipi ilə 1-ci mərhələdə gündə -170 min barrel, 2-ci mərhələdə-370 min barrel, 3-cü mərhələdə isə-500 min barrel neft dəyişdiriləcək.
Kesaizade qqed edib ki, orta asiya xam nefti keyfiyyətcə iran neftindən aşağı olduğu üçün , İranın neft emalı kombinatlarında təkrar emalı təmin edə bilən bir sıra konstruktiv dəyişikliklər etmək lazım gəlib.


QAZAXISTANDAN İRANA YÜKLƏRİN TƏQRİBƏN 70 FAİZİNİ XDGİ GƏMİLƏRİ DAŞIYIB

BAKI.23.04.2004.MEDİA-PRESS: Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) gəmiləri Qazaxıstandan İrana gedən yüklərin təqribən 70 faizini daşıyır. İdarənin rəisi Aydın Bəşirovun mətbuat konfransında qeyd etdiyi kimi, böyük rəqabətə baxmayaraq, tariflər aşağı olduğu üçün, azərbaycan gəmilərinə üstünlük verilir.
O deyib ki, Qazaxıstandan İranın Neka limanına əsasən neft daşınır, sonra isə bu neft Neka-Tehran kəmərinə doldurulur.
Bəşirov deyib ki, son hadisələrlə əlaqədar dəmir yolu ilə Gürcüstana daşıdığımız neft və neft məhsullarının həmi bir qədə aşağı düşüb. Azərbaycan öz ərazisində yük daşıma tariflərini azaltsa da, Gürcüstan bahalaşdırıb. Nəicədə bir çox şirkətlər bu marşrutdan imtina etməyə başlayıblar. Bu da öz növbəsində qazaxıstan və türkmənistan neftini daşıyan tankerlərimizə ziyan vurur. Tariflər aşağı olduğu üçün Qazaxıstan və Türkmənistan İran marşrutunu seçsələr də, vəziyyət tədricən yoluna düşməkdədir. Neka-Tehran marşrutu ilə bir ton neftin daşınması Azərbaycan-Gürcüstan marşrutuna nisbətən $7-8 ucuz başa gəlir.


ASTANADA "XƏZƏR:SİYASƏT, İQTİSADİYYAT, BİZNES" BEYNƏLXALQ FORUMU KEÇİRİLƏCƏK

BAKI.23.04.2004.MEDİA-PRESS: Aprelin 28-29-da Astanada "Xəzər: siyasət, iqtisadiyyat,biznes"(CASPIAN REGION FORUM-2004) beynəlxalq forum keçiriləcək.
Qazaxıstan Mətbuat Klubunda Kazinforma bildiriblər ki, tədbirdə Xəzərin hüquqi statusu, regional əməkdaşlıq və strateji energetika layihələrinin tətbiqi, investisiyaların cəlb edilməsi məsələləri, həmçinin neft hasilatı və emalının bügünü və sabahı, dəniz hövzəsinin flora və faunasının zənginliyinin qorunması üzrə tədbirlər müzakirə ediləcək.
Konfransda Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistan hökumətlərinin səlahiyyətliləri, həmçinin neft-qaz və nəqliyyat şirkətlərinin, sənaye müəssisələri və ictimai təşkilatların təmsilçiləri, yəni 10 ölkəni təmsil edən 250 nümayəndə iştirak edəcək.


TOTAL İRANLA DANIŞIQLAR APARIR

BAKI.23.04.2004.MEDİA-PRESS: Fransa neft şirkəti TOTAL İranda maye qaz istehsalı müəssisəsinin tikintisi üzrə müqavilə imizalanması barədə danışıqlar aparır. FARS agentliyi müqavilənin $2 milyard dəyərində olduğunu xəbər verir.
Fransanın bu ən böyük şirkətinin danışıqları sübut edir ki, avropalılar İran barəsində ABŞ-ın qadağalarına qoşulmağı heç də özlərinə borc bilmir və bu ölkədə öz bizneslərini genişləndirməyə çalışırlar.


XDGİ KƏMİLƏRİ RUSİYANIN DAXİLİ SULARINDA 56 DƏFƏ KEÇƏ BİLƏR

BAKI.23.04.2004.MEDİA-PRESS: Bu il Rusiya azərbaycan gəmilərinə Volqa-Don kanalından 56 dəfə keçməyə icazə verib. Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirov mətbuat konfransında daha sonra qeyd edib ki, bu icazə əsasən "Azəri-Çıraq-Günəşli" yataqlarını işləyən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏÇŞ) üçün zəruri olan yüklərin daşınmasına aiddir. XDGİ Volqa-Dondan keçən hər gəmiyə $32 min ( rusiya gəmiləri -$6 min) haqq ödəyir.
Xatırladaq ki, Rusiya öz daxili sularından azərbaycan gəmilərinin yalnı 10 dəfə keçməsinə icazə vermişdi. Bu məhdudiyyətlər ucbatından XDGİ ildə təqribən $3 milyon itirirdi. Əvvəllər gəmilərimizin bu kanaldan keçməsinin haqqı $24 min (rusiya üçün-$3 min) idi.

<<< <<<