rus || eng
XƏRRAZİ: İRAN DAĞLIQ QARABAĞ ƏTRAFINDA ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN HƏLLİNƏ KÖMƏK ETMƏYƏ HAZIRDIR
BAKU.02.08.2004.MEDIA-PRESS:
İran BMT və İslam Konfranı Təşkilatının (İKT) qərarları çərçivəsində Dağlıq Qarabağ ətrafında ermənistan-azərbaycan münaqişəsinin həllinə kömək etməyə hazırdır.
Bu bəyanatını Tehranda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşündə açıqlayan İran XİN başçısı Kəmal Xərrazinin sözlərinə görə," bu həssas və srateji regionda qüdrətli Azərbaycanın mövcudluğu İran üçün çox önəmlidir".
İran naziri deyib ki, hər iki ölkə artıq müxtəlif sahələrdə, məsələn, elektroenergetika, tikinti və ticarətdə müsbət əməkdaşlığa başlayıb. Xərrazi hesab edir ki, yollar və elektrik stansiyaları tikintisində əməkdaşlığı xeyli genişləndirmək olar.
Elmar Məmmədyarov öz növbəsində qeyd edib ki, Xəzər dostluq dənizinə və hövzəətrafı ölkələrın əməkdaşlıq mərkəzinə çevrilməlidir. Azərbaycanın Şimal=Cənub nəqliyyat dəhlizində iştirak etmək istəyini bildirən nazir bu dəhlizin tikinti layihələrinin reallaşmasında Bakının rolunu vurğulayıb.
XATƏMİ SENTYABRIN 8-9-DA ERMƏNİSTANDA RƏSMİ SƏFƏRDƏ OLACAQ
BAKU.02.08.2004.MEDIA-PRESS:
İran İslam respublikası (İİR) prezidenti Məhəmməd Xatəmi avqustun 8-9-da Ermənistanda rəsmi səfərdə olacaq.
Ermənistan hökumətinin İctimaiyyət və Mətbuatla əlaqələr İdarəsində RİA " Novosti" agentliyinə bildiriblər ki, qarşıdakı görüşün təfərrüatı Ermənistan baş naziri Andranik Markaryanın İranın bu ölkədəki yeni səfiri Əli Reza Həqiqianla görüşündə müzakirə olunub.
Markaryan qeyd edib ki,Yerevan ermənistan- iran əlaqələrinin bütün sahələrdə genişlənməsinə böyük əhəmiyət verir. Səfir deyib ki, Tehran həm Ermənistanda daxili siyasi sabitliyin qorunmasına və iqtisadiyyatın inkişafına, həm də regional sabitliyə tərəfdar çıxır.
Tərəflər iran-ermənistan qaz kəmərinin , Qacaran tunelinin tikintisi barədə saziş imzalanmasının , sərhəd çayı Araz üzərində SES inşaası üzrə birgə proqramların icrasının böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
ARDNŞ 2005-Cİ İLDƏ "GÜNƏŞLİ " YATAĞINDA 11 ¹-Lİ PLATFORMANIN GENİŞLƏNDİRİLMƏSİNƏ BAŞLAYACAQ
BAKU.02.08.2004.MEDIA-PRESS:
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) stixrac müəsisəsi -"Azneft" istehsalat birliyi (İB) 2005-ci ildə "Günəşli" yatağının dayaz yerində 11 ¹-Li platformanı genişləndirməyə başlayacaq.
Şirkətdə "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, 11 ¹-li platformanı genişləndirmək üçün , sahildəki hazır blokdan istifadə olunacaq. Hələliksə, blok təmir edilir. Dənizdə işlər 2005-ci ildə vüsət tapacaq.
ARDNŞ nümayəndəsi bildirib ki, platformaya əlavə blok qoşulacaq və oradan daha 8 quyu qazılacaq, Bu quyuların hər birindən gündə 300 min kubmetr qaz çıxarılacağı gözlənilir.
Hazırda 11¹-li platformada işləyən 15 quyunun ümumi gündəlik hasilatı 920 tondur.
ARDNŞ nümayəndəsi deyib ki, əlavə blokun tikintisi və qazma işlərinin ümumi dəyəri 250 milyard manat təşkil edəcək.
Dövlət şirkəti öz neft və qazının yarısından çoxunu "Günəşli"nin dayaz hissəsindən çıxarır.
Manatın iyulun 31-nə rəsmi məzənnəsi : 4904 manat =1$.
"AZNEFT" HÖVSAN YATAĞINDA İLİN AXIRINA KİMİ 2 QUYU QAZACAQ
BAKU.02.08.2004.MEDIA-PRESS:
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) istixrac müəssisəsi "Azneft" ilin sonunadək Hövsan yatağında 2 quyunun qazmasını başa vuracaq.
Şirkətdə "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, layihə dərinliyi 3,7 min metr olan 1715 ¹-li quyunun avqustda, layihə dərinliyi -4,3 mitr olan 1853 ¹-li quyunun isə ilin sonunadək qazılması planlaşdırılır. Hər quyudan 30-40 ton hasilat gözlənilir. Lakin bu həcm iki dəfə çox da ola bilər.
Hövsan yatağı 1930-cu ildə kəşf edilib. 1948-1956 -cı illər arasında istismar edilib. 1994-cü ildən yatağın istismarına yenidən başlanıb. Yatağın çıxarıla bilən 17 milyon ton ehtiyatının hələlik 5 milyon tona qədəri hasil edilib.
Bu yataq Zıx-Hövsan blokuna daxildir. Bloku müştərək işləmək üçün Rusiyanın "Lukoyl" şirkəti ilə müqavilə bağlanıb.
Müqavilə indiyədək qüvvəyə minmədiyi üçün, "Lukoyl" ARDNŞ-in bu strukturdakı qazma işlərinə etiraz etmir. Zıx-Hövsan blokunun işlənməsi üzrə müqavilənin qüvvəyə minməsi həll edilməyən ekoloji problemlər üzündən ləngiyir. Bu problemin həllinə təqribən $100 milyon tələb olunur.
Zıx-Hövsan strukturunun işlənməsi və bərpasına dair müqaviləni ARDNŞ və Lukoyl" bərabər iştirak payı ilə 2002-ci il yanvarın 9-da imzalayıblar. Bloka $250 milyon sərmayə qoyulacağı ehtimal olunur. Abşeron yarımadasının cənubunda yerləşən və 128 kv. km. ümumi müqavilə sahəsinə , o cümlədən 52 kv. km. bərpa sahəsinə malik olan yataqda qalıq ehtiyatlarının həcmi 20 milyon ton təşkil edir.
"AZNEFTKİMYAMAŞ" SC ƏMƏKDAŞLARI ÜÇÜN XÜSUSİ TRENİNQ-MRKƏZİN YARADILMASI PROQRAMI BAŞA ÇATIB
BAKU.02.08.2004.MEDIA-PRESS:
"Azneftkimyamaş" SC əməkdaşları üçün treninq-mərkəzin yaradlması proqramı başa çatıb. İşçilər bu mərkəzdə peşəkarlıq vərdişlərini beynəlxalq standartlar səviyyəsinədək təkmilləşdirə biləcəklər.
20030cü ilin sentyabrında Azərbaycan hökuməti və Yaponiua Beynəlxalq ticarətin inkişafı təşkilatı ( JETRO) arasında imzalanmış sazişə görə, azərbaycan tərəfinə beynəlxalq standartlara keçid zamanı texniki yardım göstərilməsi üçün təqribən $13 milyon qrant ayrılırdı. SC-də proqramı Yaponiya şirkəti Mitsui reallaşdırır.
Şirkətin Bakıdakı ofisində Media-Pressə bildiriblər ki, mərkəz üçün nəzərdə tutulan bütün avadanlıq artıq uraşdırılıb. Burada ildə 200 əməkdaş tədrisə cəlb olunacaq. Hazırda 10 yapon mütəxəssis layihənin tətbiqinə nəzarət edir.
Əlamətdar haldır ki, görülən işin ilk nəticələri də var. Beləki, SC-nin 6 müəssisəsi beynəlxalq auditor yoxlamalarının nəticələrinə görə, öz məhsullarına İSO beynəlxalq standartlaşdırma təşkilatının və API ( Amerika neft institutunun) möhürünü vurmaq hüququ qazanıb. İSO sertifikatını Bakı Neft-mədən avadanlığı zavodu, Suraxanı Neft-maşınqayırma zavodu, həmçinin Elmi-Tədqiqat İnstitutu və Xüsusi Konstruktor bürosu alıb.
Bakı Neft-mədən avadanlığı zavodu fəvvarə armaturları və açarlar istehsalı, Suraxanı zavodu isə - dərinlik naosları istehsalı üzrə ixtisaslaşırlar.
Səttərxan adına və Zabrat maşınqayırma zavodları İSO sertifikatı ilə yanaşı API sertifikatı da alıblar. Səttərxan adına zavod fəvvarə armaturları, Zabrat zavodu isə- neft vışkaları və vışka özülləri istehsal edir.
"Azneftkimyamaş" müəssisələrinin bu sertifikatlara yiyələnməsi onlara beynəlxalq tenderlərdə iştirak hüququ verir. Amma bu, ilk növbədə o deməkdir ki, bu müəssisələrin məhsulları beynəlxalq standartlara uyğundur. SSRİ zamanında "İttifaqneftmaş" adını daşımış indiki ASC neft-qaz istixrac və emal edən sovet müəssisələrinin mədən avadanlığına tələbatının 70 faizini təmin edirdi. Lakin SSRİ-nin süqutundan sonra satış bazarından məhrum olan bakı maşınqayıranlarının məhsuluna beynəlxalq səviyyədə də müştəri tapılmırdı. Bunun səbələrindən biri də bu məhsulun məhz İSO və APİ tələblərinə cavab verməməsi idi. Qəribə də olsa, ASC-nin məhsulu elə bu səbəbdən hətta Azərbaycanın özündə reallaşan beynəlxalq neft-qaz layihələrində iştiraka da demək olar ki, buraxılmırdı. Respublikanın ən müxtəlir dövlət orqanları və iqtisadi qurumları ümid edirdilər ki, məsələn, "əsrin müqaviləsi" ölkə maşınqayırma sənayesinin dirçəlişinə kömək edəcək. Lakin müqavilənin Pay bölgüsü sazişinin 11-ci Əlavəsi əslində "Azneftkimyamaş"ı azərbaycan bazarında da oyundan kənarlaşdırmış oldu. Dövlət Standartları üzrə işləyən şirkətlər Azərbaycanda neft-qaz istixracı ilə məşğul olan Əməliyyat şirkətinə və sair beynəlxalq konsorsiumlara fayda verə bilmədilər.
Mitsui şirkətində qeyd ediblər ki, indi vəziyyət yaxşılığa doğru dəyəşə bilər. Əvvəla ona görə ki, "Azneftkimyamaş"ın məhsullarının bir qismi beynəlxalq standartlara uygun olduğu üçün, tenderlərdə iştirak hüququna malikdir. SC-nin üstünlüyü ondadır ki, keyfiyyətinə görə dünya standartlarına uyğun olan məhsulları bu növ xarici avadanlıqdan xeyli ucuzdur və deməli, rəqabət qabiliyyətlidir.
RUSİYA VƏ TÜRKİYƏ QAZ ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRİR
BAKU.02.08.2004.MEDIA-PRESS:
Rusiya və Türkiyə mütəxəssisləri qaz sahəsində ikitərəfliəməkdaşlıq sazişinin layihəsini hazırlayırlar. Sənədin sentyabrda yüksək səviyyədə imzalanacağı gözlənilir. Türkiyə Energetika və Təbii ehtiyatlar (ETE) naziri Hilmi Güler "Qazprom" İdarə heyətinin sədri Aleksey Millerlə Ankaradakı görüşdən sonra belə deyib.
"Qazrom" mətbuat xidmətinin məlumatına görə, Miller-Hilmi Güler danışıqları təkcə qaz ixracı deyil, investisiya fəaliyyəti sahəsində də iki ölkənin uğurlu məkdaşlığına zəmin yaradır.
Danışıqlarda Rusiya və Türkiyənin qaz sahəsində qarşılıqlı fəaliyyətin bir çox məsələləri, ilk növbədə əməkdahlığın daha da inkişafı müzakirə obyektinə çevrilib. "Qazprom"un Türkiyənin energetikasına: qaz-nəqziyyat və qaz-paylaşdırma infrastrukturlarının, yeraltı qaz anbarlarının tikintisi, neft və elektroenergetikanın inkişafına sərmayələr yatırması imkanları müzakirə olunub.
Türkiyə qəzetləri yazır ki, ETE nazirliyinin yaratdığı texniki qrup energetika əməkdaşlığının təfərrüatını müəyyənləşdirməli və hazırlıq işlərini sentyabra Rusiya prezidenti V.Putinin gəlişinədək tamamlamalıdır. Rusiya lideri Moskva və Ankaranın nəinki energetika əməkdaşlığını, həm də tankerlərin Bosfordan keçidinə Türkiyənin müəyyənləşdirdiyi məhdudiyyətdləri və sair ağrılı problemləri - Moskvanın kürd PKK terrorçularını dəstəkləməsi, Rusiyanın Çeçenistan separatçılarına Türkiyənin köməyindən narazılığı- diqqət mərkəzində duracaq.
Nazir Hilmi Gülerin jurnalistlərə dediyi kimi, rusiya tərəfi Türkiyənin energetika sektorunun maliyyələşdirilməsinə böyük maraq göstərib və karbohidrogenlərin istixracından başlamış müştərilərə çatdırılmasınadək, energetik layihələrin bütün mərhələlərinə həmiyyətli sərmayə yatırmaq niyyətindədir.
Arayış: Qaz sənayesi sahəsində rusiya -türkiyə əməkdaşlığı Ankara ilə Moskva arasında 1984-cü ildə Türkiyəyə təbii qaz ixracına dair sazişin imzalanması ilə başlayıb.1987-2003-cü illər arasında Rusiya Türkiyəyə "Transbalkan qaz kəməri" və "Mavi axın" xətti ilə 105,8 milyard kubmetr qaz verib və ixrac həcmini ilbəil artırıb. 2003-cü ildə ixrac daha 6% artıb və illik həcm 12,5 milyard kubmetrə çatıb.
Rusiya-Türkiyə hökumətlərarası sazişə əsasən 1997-ci il dekabrın 15-də istismara verilmiş "Mavi axın" kəməri ən perspektivli layihədir. Bu xətt mövcud Rusiya-Ukrayna-Moldova- Rumıniya-Bolqarıstan qaz nəqliyyat dəhlizini tamamlayır. "Mavi axın" dünyada bənzəri olmayan (Qaradənizin dibi ilə çəkilib) ğir kəmərdir və ildə 16 milyarrd kubmetr qaz nəql edir.
İndi "Qazprom" Türkiyənin qaz sahəsinə sərmayə qoyuluşu imkanlarını araşdırır. "Qazprom" 2004-cü ildə Türkiyənin Bosphorus Gas adlı qazpaylaşdırma şirkəti səhmlərinin təqribən 40 faizini tabeçiliyində olan şirkətlər vasitəsi ilə satın alıb. Bosphorus Gas mavi yanacağı türkiyə istehlakçılarına çatdıran satış şəbəkələri səhmlərinin sahibidir.
İRAN ƏVƏZİNİ ÖDƏMƏKLƏ TÜRKMƏNİSTANDAN MAYE NEFT QAZI ALIR
BAKU.02.08.2004.MEDIA-PRESS:
Hər gün Gültan ostanının yaşayış və sənaye obyektləri üçün Türkmənistandan İrana maye neft qazı (LPG) il dolu 60 avtosistern gəlir. Ostanda neft məhsullarını paylayan şirkətin rəhbəri Məhəmməd Fərəzmənd İRNA agentliyinə bu barədə müsahibəsində qeyd edib ki, türkmən qazının əvəzi ödənilir. Biz ona İranın cənub limanlarında eyni dəyərdə neft məhsulları ödəyirik.
Fərəzmənd Türkməistandan maye qazın idxalının İran üçün çox əlverişli olduğunu deyib, Çünki, Bəndər -Abbas, Abadan və Mehşəhrdən bu miqdarda qazın daşınmasına 320 avtosistern gərəkdir. Bu, həm çox bahadır, həm də yol-nəqliyat hadisəsi üçün əsl təhlükə mənbəyidir.
LRG nəqliyyatı ilə İranın özəl şirkətləri məşğuldur. Təhlükəsizlik naminə qaz daşıyan maşınlar şəhərə girə bilməz. Maye qazın dəmir yolu ilə nəqli daha ucuz olsa da, texniki çətinliklərə görə bu iş Gülüstanda reallaşmır. Xəbəri İran news yayıb.
ENI QAZAXISTANDA KAŞAQAN YATAĞININ İŞLƏNMƏSİ ÇƏRÇİVƏSİNDƏ $2,5 MİLYARDLIQ MÜQAVİLƏLƏRİ PAYLAŞDIRACAQ
BAKU.02.08.2004.MEDIA-PRESS:
Avropada 4-cü yerdə duran italyan neft şirkəti ENİ SpA Qazaxıstaın Kaşaqan neft yatağında $2,5 milyard dəyərində tikinti işlərini və xidmətləri nəzərdə tutan müqavillər bağlamağa yaxındır.Xəbəri Bloomberq agentli yayıb.
Yataqların kəşfiyyatı və istixrac bölməsinin direktoru Stefano Kao deyib ki, müqavilələr "yaxın günlər və ya həftələr ərzində paylaşdırılacaq".
Şirkət hələ bu ilin fevralında bu yatağın işlənməsi üzrə $2,3 məbləğində müqavilələri paylayıb.
ENİ , TOTAL SA (Fransa), ExxonMobil və Conoco Phillips (ABŞ), Royal Dutch/Shell Group ( britaniya-danimarka) və İNPEX-dən (yapniya) ibarət Agip KCO (Agip Kazakhstan North Caspian Operation Company) konsorsium Kaşaqan yatağını işləyir.
ENİ-nin hesablamalarına görə, çox hissəsi Xəzər şelfində yerləşən Kaşaqanın ehtiyatları 13 milyard barrelə çatır və bu həcm OPEK üzvü Əlcəzairin sübüt olunmuş ehtiyatlarından artıqdır.
S. Kaonun sözlərinə görə, konsorsium və layihəyə qoşulmaq istəyən qazaxıstan hökuəti arasında aparılan danışıqlarB onun reallaşmasıa mənft təsir göstərmir.
LUKOYL ABŞ-DA DAHA 795 YANACAQDOLDURMA STANSİYASI ALACAQ
BAKU.02.08.2004.MEDIA-PRESS:
Amerikan şirəti ConocoPhillips özynün 795 yanacaqdoldurma stansiyasını (YDS) rusiya LUKOYL-una satmağa razı olub və bununla rusiya koserninin ABŞ-ın pərakəndə neft bazarındakı payını ikiqat artırıb.
Bu günlərdə Rusiyanın baş naziri Mixail Fradkov LUKOYL-un dövlətə məxsus səhmlərinin 7,59 faizinin satışına dair qərar imzalayıb. Bununla bağlı RusEnergy bu yaxınlarda rusiya prezidenti Vladimir Putinin LUKOYL -un rəhbəri Vahid Ələkbərov və ConocoPhillips-in başçısı Ceyms Malva ilə görüşdüyünü yazır. Malva Vladimir Putinə Rusiya iqtisadiyatına uzunmüddətli investisiya yatıracağını, prezident isə ona nəinki öz tərəfindən, həm də ABŞ prezidenti adından siyasi dəstək göstəriləcəyini vəd edib.
"Finansovıye izvestiya" qəzeti yazır ki, LUKOYL-un təqribən $2 milyardlıq səhmlər paketinin müştərisinin seçildiyinə və bütün səviyyələrdə razılaşdırıldığına neft bazarında şəkk edən indi az tapılar. Təhlilçilərin fikrincə, LUKOYL bunun əvəzind Sibirin qapılırını ConocoPillipsin üzünə açacaq.Və tamamilə mümkündür ki, belə güclü siyasi havadarları olan hər iki şirkət çətinlik görmədən İraqın da qapılarını aça biləcək. Vahid Ələkbərov artıq 2005-ci ildə İraqda neft istixracına başlayacağını vəd edib.
AZƏRBAYCANIN NƏQLİYYAT NAZİRİ ANKARADA AZƏBAYCAN, GÜRCÜSTAN VƏ TÜRKİYƏ DƏMİRYOLLARININ BİRLƏŞDİRİLMƏSİ PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ EDƏCƏK
BAKU.02.08.2004.MEDIA-PRESS:
Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov bu gün Türkiyəyə gedib. Nazirliyin mətbuat xidməti bildirib ki, məqsəd iki qardaş ölkənin nəqliyyat rabitəsini inkişaf etdirməkdir.
Qeyri-rəsmi məlumata görə, səfər zamanı Bakı-Tbilisi-Axalkalaki (Gürcüstan) -Qars (Türkiyə) dəmiryolu layihəsinin reallaşdırılması müzakirə ediləcək. Rəmi Tbilisi və Bakı bu yolun Tbilisi-Axalalaki-Qars qolunu tikmək üçün kosorsium yaradılması məsələini artıq müzakirə ediblər.
Media-Pressin xəbər verdiyi kimi, 3 ölkəni vəsl edəcək dəmirylu layihəsinin dəyəri $400 milyondur. 120 km.yolun 90 kilometri Türkiyədən, 30 kilometri isə Gürcüstandan keçəcək.
Bu ideya barədə ilk dəfə 10 il əvvəl ortaya atılıb.Gürcüstan prezidenti Mixail Saakaşvili dəTürkiyəyə səfəri gedişində yenidən bu məsələni qaldırıb. Lakin sonra məlum oldu ki, Gürcüstanın layihəni reallaşdırmağa vəsaiti yoxdur. Gürcüstan ideyadan imtina etsə də , Ankara həm öz ərazisində, həm də Gürcüstan hissəsində yolun tikintisini maliyyələşdirməyə hazır olduğunu bildirdi.
Azəbaycanın da marağı var ki, Türkiyə ilə dəmiryolu rabitəsinə malik lsun, çünki indilikdə Bakının bu ölkə ilə yük və sərnişin daşımalırını gerçəkləşdirmək imkanları çox məhduddur. Türkiyə Azərbaycanla təqribən 15 km. sərhədə malikdir (Sədərək məntəqəsi). Naxçıavn MR isə ermənistanın blokadasındadır. Deməli , bu ərazidən dəmir yolu çəkilisi istisna olunur.Qeyd edilən yolun tikintisi yalnız bu 3 ölkənin deyil, bölgənin ayrı üzvlərinin də nəqliyyat və yük axınını xeyli gücləndirərdi.
Yəqin türkiyə orqanlarının azərbaycanın iki mülki təyyarəsini və bir gəmisini həbs etməsi üzündən üaranmış vəziyyət də müzakirə mövzusu olacaq. Türkiyənin Saka Korkmaz şirkəti Azərbaycan Knd Təsərrüfatı Nazirliyinin ödəmədiyi borcu müqabilində belə qeyri -adi addıma əl atıb. Azərbaycan hökuməti tyrkiyə hökumətinin bu qərarını düzgün saymır, Nazir Ziya Məmmədov da Kənd Təsərrüfatı nazirliyinin borcunun Nəqliyyat Nazirliyinə aidiyyəti olmadığını və ona görə də Nəqliyyat nazirliyi vasitəsilə təzyiq göstərməyin düzgün olmadığını vurğulayıb.
Azərbaycan hökumətinin nümayəndəsi əlavə edib ki, borcun ödənilməsi məsələsi hazırda hökumət səviyyəsində türkiyə tərəfi ilə aparılan danışıqlar gedişində həll edilir.
BP-NİN RİSQLİ İNVESTİSİYASININ NƏTİCƏLƏRİ MÜSBƏTDİR
BAKU.02.08.2004.MEDIA-PRESS:
Britaniy BP-si investorlara sübut edib ki, Rusiyada neft səhmlərini almaqda səhv etməyib. "Vedomosti" qəzetinin məlumatına görə, ötən həftə şirkət elan edib ki, dünyada enerji daşıyıcılarının sürətlə bahalaşması və istixracın 18% artımı sayəsində 2004-cü ilin ilk yarısında rekord qazanc götürüb-$8,63 milyard. 18 % artım TNK-BP-nin rusiyadakı yataqlarının payına düşür, axı, cütlüyün dünyanın ayrı yerlərindəki mədənlərdə istixrac azalır.
Bu il BP-nin maliyyə göstricilərinin yaxşılaşması neftB qaz və benzinin qiymətlərindəki sıçrayışla izah edilir. Məsələn, Şimal dənizində çıxarılan Brent çeşidli neftin bir barrelinin orta qiyməti 2-ci rübdə $35,52 məbləğində olub ki, bu ötən ilin oxşar göstəricisindən 38% yüksəkdir (1 barrel -26.03$). 2004-cü ilin 2-ci rübündə WTI növlü amerika neftinin br barrelinin orta qiyməti -38,24$ (28,94$) təşkil edib (+ 32%). ABŞ-da təbii qazın qiyməti -7,5%, Avropanın ən böyük bazarı Böyük Britaniyada isə- 16% bahalaşıb.
Bundan əlavə BP 2-ci rübdə hasilatı keçən ilin eyni dövrü ilə müqaysədə 18% artırıb.Gündəlik neft ekvivalentinin -3,97 milyon barrelə yüksəlməsi belə artıma imkan verib. Şirkət bu artımın TNK-BP-nin işinin nəticəsi olduğunu gizlətmir. Əvvəllər bir çox investorlar BP rəhbəri Con Braunu həddən-ziyadə risqli investisiyalara görə tənqid edirdilərsə, indi onun bu risqinin müsbət bəhrələr verdiyi aydınlaşıb.
BP-nin Rusiyadakı istixracının artımı səhmlərin bir qisminin satışı, Şimal dənizində qaz hasilatının mövsümi enişi, Meksika körfəzi və Trinidad yataqlarında istixracın dayanması ilə bağlı ziyanı ödəmiş olub. Con Braunun sözlrinə görə, TNK-BP hasilatı gələcəkdə də artırmaq əzmindədir.Sitat:" Şirkət səhmlərinin çoxunun cəmləşdiyi Qərbi Sibirdə də, Şərqi Sibirdə də hasilatın artırılmasına dair geniş planlara malikdir". YUKOS-un səhmləri satışa çıxarılarsa, BP-nin onları almaq niyyəti yoxdur. Rusiyadaı siyasi risqlərə gəldikdə isə, Con Braun ümidvardır ki, belə hadisələr onun şirkətindən yan keçəcək. Sitat:" Rusiya hökumətinin və ruiya qaz sənayesinin nümayəndələri ilə bu yaxınlardakı görüşlərimiz məni əmin etdi ki, BP-nin Rusiyada olması qətiyyətlə alqışlanır". O qeyd edib ki, TNK-BP rusiya hökuməti qarşısında özünün bütün vergi öhdəliklərinə əməl edir.
İstehsalatdakı yaxşı nəticələr BP-yə imkan verib ki, 2-ci rübün yekunlarına görə, səhmdarlara dividend ödənişlərini -9%, yəni hər səhmə görə ödənişi -$0,065-dən $0,071-dək qaldırmağa iman verib. Şirkət öz səhmlərini satın almaq roqramını da davam etdirir: BP 1-ci rübdə özünün 380 milyon səhmini (ümumi dəyəri-$3,25 milyard) geri alıb. Bu zaman şirkət cari ildə istehsalın inkişafına $14 milyard sərmayə yatırmaq niyyətindədir. Sitat:"Biz elan etdiyimiz prinsiplərimizə- inkişafa yönəldilən investisiyalara nəzarət, dividendləri artırmaq və əlavə nağd pul axını hesabına öz səhmlərimizin böyük həcmini geri almaq prinsiplərimizə sadiqik."
Buna baxmayaraq, iyulun axırında şirkətin London birjasında səhmləri -1% ucuzlaşaraq 4,85 funt sterlinqə düşüb.
Braunun fikrincə,neftə tələbatın artması və OPEK ölkələrinin yaxın gələcəkdə hasilatı əhəmiyyətli dərəcədə artıra bilməəcəkləri dünya qiymətlərinin daha da artmasına kömək edəcək. BP başçısı hesab edir ki, dünya iqtisadiyyatının yüksəlişi, eləcə də Avropada və Yaponiyada ümumi daxili məhsulun sürətli artımı sahəsində yüksəlişi davam edəcək. Lakin ABŞ və Çində bu sürət bir qədər düşəcək. Con Braun belə hesab edir.
<<< <<<