rus || eng
"AZƏRENERJİ" VƏ SİEMENS "AZƏRBAYCAN VERİLİŞ SİSTEMİNİN BƏRPASI-2" LAYİHƏSİ ÜZRƏ MÜQAVİLƏ İMZALAYIBLAR
BAKU.04.08.2004.MEDIA-PRESS:
"Azərenerji" SC və Almaniyanın SİEMENS şirkəti "Azərbaycan veriliş sisteminin bərpası-2" layihəsi üzrə müqavilə imzalayıblar.
Qeyd edək ki, şirkət lap bu yaxınlarda müvafiq tenderdə qalib gəlib. Tenderdə Siemenslə yanaşı ABB və Areva şirkətlərinin alman şöbələri də iştirak ediblər. VA Tech avstriya şirkəti isə ilkin mərhələni keçə bilməyib. Qalib müəyyənləşəndən sonra ,tender komissiyasının protokolları və müsabiqənin nəticələri almaniyanın KFW Bankına göndərilib. Bank da sənədlərlə tanışlıqdan sonra, layihənin realizəsinə 15,338 milyon avro ayırıb.
"Azərenerji" SC-də qeyd ediblər ki, SİEMENS-in maliyyə təklifləri təqribən 2 milyon avroya qənaət etməyə imkan verəcək. Proqramın icrası gərək olan əsas avadanlığı SİEMENS-in zavodlarından gətirmək nəzərdə tutulub. Bu yolla qənaət olunan vəsaitlər əlavə yenidənqurma tədbirlərinə yönəldiləcək.
Qənaət vəsaitlərindən səmərəli istifadə üzrə təkliflər tezliklə BEA Consulting şirkətinin müşavirləri ilə birlikdə hazırlanacaq və təsdiqlənəcəkdir. Əsas diqqət Bakını və Abşeron yarımadasını qidalandıran "Abşeron", "Xırdalan" və "Məştağa" yardımçı stansiyalarının yenidən qurulmasına yönəldiləcək. Əlavə müqavilənin 2004-cü il sentyabrın ortalarınadək imzalanması nəzərdə tutulur.
"Azərbaycan veriliş sisteminin bərpası-2" proqramı bir sıra sistemyaradıcı yüksəkvoltlu yardımçı stansiyaların və gərginlik xətlərinin texniki təchizatını nəzərdə tutur. Bundan əlavə həmin kreditin 2,5 milyon avrosu "SKADA" dispetçer idarə sisteminin tətbiqinə xərclənəcək.
"Azərbaycan veriliş sisteminin bərpası-2" proqramı üzrə əsas işləri 2005-ci ildə görmək planlaşdırılır.Bu, şəbəkənin etibarlığını artırmağa, enerji nəqliyyatı zamanı itgiləri azaltmağa imkan verəcək.
Qeyd edək ki, SİEMENS Azərbaycanda bir sıra ayrı layihələri də həyata keçirib. Məsələn, həmin KFW bankının maliyyələşdirdiyit " Veriliş sisteminin bərpası" proqramının birinci mərhələsi çərçivəsində 22 yüksəkvoltlu yardımçı stansiya yenidən qurulub, 330-kilovoltluq"Azərbaycan" DRES-Goranboy gərginlik xətti tikilib, DRES-in bir yardımçı stansiyası genişləndirilib.
Bundan əlavə,keçən il 330-kilovoltluq "Ağcabədi" yardımçı stansiyasının inşaası da başa çatdırılıb. Bu, respublikamızda ilk belə yardımçı stansiyadır ki, SİEMENS onun layihəsindən başlamış tikintisinin tamamlanmasınadək bütün işləri dünya standartlarına uyun həyata keçirib.
Siemens "Azərenerji" SC ilə birlikdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin mühüm strateji obyekti sayılan Səngəçal neft terminalı ərazisində 110 kilovoltluq yardımçı stansiyasını da tikib.
ALMANİYANIN KWF BANKI "AZƏRNEJİ"-YƏ DAHA BİR KREDİT AYIRA BİLƏR
BAKU.04.08.2004.MEDIA-PRESS:
"İstənilən beynəlxalq maliyyə institutunuu böyük məbləğdə kredit verməsinin başlıca şərti kreditləşdirilən tərəfin borclarını ödəmək qabiliyyətinə malik olmasıdır.Bununla yanaşı bir çox hüquqi, siyasi və iqtisadi amillər də həlledici əhəmiyyət daşıyır. ""Azərenerji" səhmdar cəmiyyəti bütün bu tələblərə cavab verdiyi üçün , bizim yeni kreditlərimizə bel bağlaya bilər". KWF almaniya bankı nümayəndələri Frankfurtda SC numayəndə heyəti ilə danışıqlar zamanı belə bəyanat veriblər.
Danışıqların sonunda qərara alınıb ki, Azərbaycanın enerji sahəsinin gələcəyi olan layihələrindən birinə 20-25 illiyə qarışıq kredit ayrılsın.Müddətin 5-7 ili güzəştlidir, faiz dərəcələri isə kommersiya faizlərindən xeyli aşağıdır.Tərəflərin maliyyə eksertləri sazişin şərtlərini yaxın vaxtlarda razılaşdırmalıdırlar.
KWF "Azərenerji" SC-yə indiyədək 2 kredit ayırıb. Bank 1998-ci ildə 30 milyon alman markası məbləğində güzəştli kredit ayırıb və onu illik 0,75 faizlə 30 il müddətinə verib.Bu kredit çərçivəsində SİEMENS Abşeron, Ağsu və Siyəzən rayonlarında 17 yüksəkgərginlikli yardımçı stansiyanı modernləşdirib. Layihənin tətbiqi 2001-ci ildə başa çatıb.
17,3 milyon avro həcmində ikinci kredit "Azərbaycanın veriliş isteminin bərpası- 2" proqramının realllaşdırılması məqsədi ilə ayrılıb.
AZƏRBAYCANIN VALYUTA EHTİYATLARI YANVAR -İYUL AYLARINDA 9,4% ARTIB
BAKU.04.08.2004.MEDIA-PRESS:
Azərbaycan Milli Bankının (AMB) valyuta ehtiyatları 2004-cü ilin yanvar-iyulunda 9,4% artıb və $ 828 ,6 milyon təşkil edib. AMB-nin press-relizində daha sonra qeyd olunur ki, Beynəlxalq Valyuta Fonduna (BVF) tədiyələr nəzərə alınmaqla, hesabat dövründə AMB -nin valyuta ehtiyatlarının artımı $116 milyon təşkil edib.
Proqnoza görə, AMB-nin valyuta ehtiyatları yalnız ilin sonuna $800 milyon səviyyəsinə çatmalı idi. Bankın İdarə heyətinin sədri Elman .Rüstəmovun bir qədər əvvəl qeyd etdiyi kimi, bu göstəricini üstələməyimiz dünya bazarında neftin qiymətlərinin qalxması ilə ablıdır. Sitat:"Əgər hər şey bu şəkildə davam edərsə, ilin axırınadək Azərbaycanın valyuta ehtiyatları $870-900 milyona çata bilər".
İKT HEÇ BİR DÖVLƏTİN RƏSMƏN TANIMADIĞI DAĞLIQ QARABAĞ RESPUBLİKASINDA SEÇKİLƏR KEÇİRİLMƏSİ PLANLARINI PİSLƏYİB
BAKU.04.08.2004.MEDIA-PRESS:
İslam Konfransı Təşkilatı (İKT) separatçı Dağlıq Qarabağ rejiminin avqustun 8-də yerli özünüidarə orqanlarına seçkilər keçirmək niyyətini pisləyib. İKT baş katibi Əbdülvahid Bilkəzizin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktubunda belə deyilir.
"İnterfaks-Azərbaycan" agentliyi nazirliyin mətbuat xidmətinə istinadən yazır: İKT baş katibinin məktubunda qeyd olunur ki, ermənistan tərəfinin "bələdiyyə seçkiləri keçirmək cəhdləri qanunsuzdur və dağlıq qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərə bilər".
Ə. Bilkəziz ermənistan-azərbaycan münaqişəsinə münasibət məsələsində İKT-nin mövqeyini bir daha xatırladıb. Məktubda deyilir: İKT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın ayrı torpaqlarını işğal etməsini pisləyir, münaqişənin beynəlxalq təşkilatların qətnamə və qərarları çərçivəsində danışıqlar yolu ilə tənzimlənməsinə tərəfdardır.
XƏZƏR RGİONUNUN ENERJİ DAŞIYICILARI ÜZƏRİNDƏ NƏZARƏT UĞRUNDA MÜBARİZƏ HEÇ-HEÇƏ NƏTİCƏLƏNİR
BAKU.04.08.2004.MEDIA-PRESS:
Rusiyanın Xəzər regionunun enerji daşııcılarının nəqliyyat marşrutları üzərində nəzarəti inhisarına almaq cəhdləri uğursuz olub. United Press İnternational informasiya agentliyinin məqaləsində belə deyilir. Məqalənin müəllifləri -"Eurasia Group"-un sədri və Dünya Siyasəti institutunun böyük elmi əməkdaşı
Yan Bremmer, habelə The National Interest jurnalının məsul katibi Nikolas Qvozdevdir.
Məqalədə deyilir: "Bakı-Tbilisi-Ceyhan" (BTC) kəmərinin çəkilməsi bunun təminatıdır ki, xəzər neftinin heç də hamısı Qərbə Rusiya ərazisindən daşınmayacaq. Digər tərəfdən, mərkəzi-asiya qazının nəqli rusiya "Qazprom"unun təkbaşına nəzarətində qalmaqdadır. Moskva ABŞ-ın Mərkəzi Asiyaya gəlişinin qarşısını almaq gücündə olmasa da, görünür, yaxın gələcəkdə bu regionun "ağır çəkilisi" statusunu qoruya biləcək.
Regionda geosiyasi rəqabət nəticəsində tərəflərdə heç biri əlavə üstünlüyə malik ola bilməyəcək. Lakin tərəfdaşlıqları onlara böyük üstünlüklər bəxş edə bilər. Bütün dünyada təhlükəsizlik saşəsində ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin miqyasını nəzərə alsaq, enerjidaşıyıcılarının nəqlinin diversifikasiyası( marşrutların sayının artırılması) Vaşinqton üçün indi həmişəkindən daha əhəmiyyətlidir. Rusaiya da yataqların kəşfiyyatı və istismarı, eləcə də Xəzər regionu enerjidaşıyıcılarının nəqliyyatı sahələrində Qərbl əməkdaşlıqdan çox udur. Ona görə ki, qərb texnologiyaları və sərmayələrinin Rusiyanın planlarının- neftin yüksək qiymətləri hesabına gəlirlərini həddi-əksər artırmaq niyyətinin reallaşması üçün həlledici əhəmiyyəti vardır.
Bəziləri deyirlər ki, regionda filan qədər neft var və böyük dövlətlər bu barrellər uğrunda çarpışmalıdır. Məqalə müəlliflərinin fikrincə, "bü səfeh və dalana aparan təsəvvür sahibləri" burunlarının ucundan o yanı görmürlər və bu hal xüsusi ilə indi, enerji daşıyıcıları"qıtlığı" ının bütün dünyada sürətlə gücləndiyi, bazara daha çox xammal çıxarmaq üçün ixrac kəmərlərinin getdikcə daha çox tələb olunduğu bir məqamda, çox təhlükəlidir.
ABŞ, Avropa İtifaqı, Çin, Rusiya və onların xəzərətrafı qonşuları bu hövzəyə vahid inteqrasiya bazarı kimi baxmalıdırlar. Onlar enerjidaşııcıları sahəsində hərtərəfli "avrasiya mükaliməsinə başlamalıdırlar. Elə bir mükaliməyə ki, ən ümdə əcnəbi investorları_ABŞ və Avropa İttifaqını, eləcə də əsas regional oyunçuları, ələlxüsus da Rusiya, Azərbaycan və Qazaxıstanı birləşdirməyə qadir olsun.
Müəlliflərə görə, daha çox gəlir verən sahələrə birbaşa sərmayə qoyuluşlarını təşviq edən iqtisadi məsələlər bu mükalimənin əsas ünsürlrindən olmalıdır. Qərb , asiya və rusiya korporasiyalarının vərdişlərini,ehtiyatlarını və səhmlərini birləşdirmək hesabına yaradıla bilən müştərək layihələr yeni layihələri gerçəkləşdirmək gücündədir. Əks-təqdirdə, yataqlar iqalacaq. Çini də cəlb etməklə bütün oyunçuları bu tədbirin uğuruna inandırmaqla, istənilən tərəfin yeni layihələri inhisarlaşdırmaq risqini azaltmaq və bütün dövlətlərə Avrasiyada status-kvonu qoruyub saxlamağın təminatçısı statusunu vermək mümkün olardı.
Regional təhlükəsizlik problemləri də dialoq mövzusu olmalıdır. Yoxsa, belə problemlər birbaşa investisiyaları təhlükəyə məruz qoyar.Çeçen qiyamçılar hərbi əməliyyatlarını Rusiyanın cənubuna yönəltməyə can atırlar. Bu regionun xəzər enerjidaşıyıcılarının nəqli nöqteyi-nəzərindən nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu demək artıqdır. İslamçı ekstremistlərdən doğan zorakılıq təhlükəsi Mərkəzi Asiyanın avtoritar rejimlərini"qaykaları mümkün qədər sıxmağa" vadar edir.
Enerji layihələrinə sərmayə cəlb etmək üçün dövlətlər mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni də gücləndirməlidirlər. Sərhəd "boşluqları", qaçaqmalçılıq və narkotik mallar ticarəti enerjidaşıyıcıları saşəsində uzunmüddətli beynəlxalq əməkdaşlığın gerçəkləşməi üçün zəruri olan sosial-siyasi sabitliyin qənimidir.
Buna baxmayaraq, Mərkəzi Asiyanın təhlükəsizliyi sahəsində ABŞ- rusiya əməkdaşlığı üçün imkanlardan hələki istifaddə olunmur.ABŞ-ın da, Rusiyanın da Qırğızıstanda hərbi ğazaları var. Və bu bazalar yəqin ki, eyni məqsədə - Mərkəzi Asiyada terrorizmin yayılmasının qarşısının alınmasına yönəlib. Ancan amerikan və rus qoşunları birgə hərəkət mexanizminə malik deyillər. Onların heç şanvari telefonlarla da bir-biri ilə rabitə saxlamaq imkanı yoxdur.
Qırğızıstan prezidenti Əsgər Akayev kütlə qarşısındakı çıxışında bəyan edib ki, o, "Rusiya-NATO" tərəfdaşlığı çərçivəsində müştərək amerikan-rusiya bazasının yaradılması təklifini dəstəkləyir. Belə baza əməli əməkdaşlığın təməlini qoyardı və bu işi sonradan başlıca təsir mənbəi Rusiyanın olduğu ölkələrə ( məsələn, Ermənistan), eləcə də avratlantik strkturlarına daha çox inteqrasiyaya can atan dövlətlərə ( Gürcüstan, Özbəkistan və hətta Azərbaycana) şamil etmək olardı.
Kəşfiyyat sahəsində Rusiyanın və Qərbin imkanları bir-birini tamamlayır. Rusiya hələ də Avrvsiya ölkələrində ən təsirli kəşfiyyat şəbəkəsinə malikdir. Artıq Rusiyanın agentura kəşfiyyatı sahəsindəki potensialını ABŞ-ın texniki imkanları ilə uzlaşdırmaq hesabına toplanmış kəşfiyyat məlumatının koordinasiyası üzrə ilk addımlar atılır.
Rusiya və qərb ölkələri "Rusiya-NATO" Şurası zəminində təhlükəsizlik sahəsində yeni təşkilat yaratmalıdırlar. Bu orqan təhlükəsizliklə bağlı ümumi vəzifələrin həlli üçün müştərək institutların təşkili ilə məşğul olmalıdır.ABŞ və Rusiya artıq təhlükəsizlik sahəsində konkret nəticə verə bilən qarşılıqlı addım atmaq bacarıqlarını ortaya qoyaraq, Gürcüstan prezidenti Mixail Saakaşvili və Aslan Abaşidze arasındakı qarşdurmanı həll ediblər.
Son vaxtlar Rusiya və Ermənistan narahat olmağa başlayıblar ki, Azərbaycan neftin istixrac və ixrac həcmlərinin artırılması hesabına əldə etdiyi əlavə gəlirini Dağlıq Qarabağ regionunda gəriginliyin daha da artırılmasına yönəldə öilər.
Sülhü qorumaq üçün səylərini ilk dəfə birləşdirən rusiya və nato qoşunlarının Bosniya və Kosovodakı birgə əməliyyatları elə bir nümunə yaradır ki, onu dünyanın sair potensial "qaynar nöqtələrinə" də şamil etmək olar.O nöqtələr ki, həm Rusiyanın, həm də qərbin mənafeinə təhlükə doğura bilər.
Dünyada çox az region var ki, orada Rusiya və Qərbin əməkdaşlığı iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində Mərkəzi Asiya ilə müqayisədə qarşılıqlı faydalı nəticələr qazanmağa imkan verir.Bu regionda uğurlu əməkdaşlıq başqa sahələrdə də, məsələn, Sibirdən Sakit okean regionuna enerjidaşııcılarının nəqli üçün yeni boru kəmərlərinin çəkilində Rusiya ilə Qərb arasında faydalı tərəfdaşlıq münasibətlərinə kömək edərdi. Amma belə tərəfdaşlıq imkanlarının qaçırılması hər terrorizmə qarşı mübarizə baxımından, həm də enerji daşıyıcılarının yeni mənbələrinin istismarı üçün son dərəcə əhəmiyyətli olan regionda sabitliyi təhlüəə məruz qoyardı.
BORJOMİ DƏRƏSİNDƏ BTC NEFT KƏMƏRİNİN TİKİNTİSİ BUGÜNDƏN DAVAM ETDİRİLƏ BİLƏR
BAKU.04.08.2004.MEDIA-PRESS:
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Borjomi dərəsində tikintisi avqustun 4-dən davam etdirilə bilər. BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvord belə deyib.
O, neft kəməri investorlarının Gürcüstan höküməti ilə Tbilisidə 2 gün davam edən danışıqlarının yekunlarını şərh edərkən daha sonra deyib:" Son məqamda Gürcüstanın baş naziri və prezidenti ilə keçirdiyimiz əməli söhbətlər onlara təqdim etdiyimiz müvafiq məlumatın bəhrəsidir. Bu mərhələdə heç bir müşkülümüz yoxdur".
Xəbər verdiyimiz kimi, Gürcüstan Ətraf mühitin və Təbii ehtiyatların qorunması nazirliyinin tələbi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Borjomi sahəsində (Gürcüstan) tikinti işləri dayandırılmışdı ki, kəmərin inşaasının və gələcək istismarının təhlükəsizliyinin təmini üzrə tədbirlər saf-çürük edilsin.
Məsələn ,Təbiət nazirliyi götərirdi ki, öz mədən suları ilə tanınan bu məntəqədə boruların döşənməsi üçün qazılan xəndəkləri daha da dərinləşdirmək və üstündən də əlavə qoruyucu istehkam tikmək lazımdır.
Uzunluğu 1767 kilometr olan BTC neft kəmərinin 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın və 1076 kilometri Türkiyənin ərazsindən keçəcək. Buraxılış qabiliyyəti ildə 50 mln. ton olan bu kəməri doldurmaq üçün 1,5 milyon ton neft lazımdır. 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatmalıdır.
YANVAR-İYUL AYLARINDA ARDNŞ 5 MLN. TON NEFT ÇIXARIB
BAKU.04.08.2004.MEDIA-PRESS:
Bu ilin əvvəlindən ARDNŞ ( Azərbaycan Respublikısı Dövlət Neft Şirkəti) və onun iştirakı ilə yaradılmış MM ( müştərək müəssisələr) 5,231 milyon ton neft çıxarıblar ki, bu da nəzərdə tutulduğundan 2,7% və ya 139,9 min ton artıqdır. Dövlət Şirkətində Media-Pressə bildiriblər ki, ötən ilin eyni dövrünə nisbətən hasilat 0,7% artıb.
Bu həcmin 4,697 milyon tonu ARDNŞ-in bölmələrinin ( artım- 0,9%) və 533,5 min tonu ( artım-22,4%) MM-in payına düşüb.
İyuLda ARDNŞ 756,5 min ton ( planlaşdırılandan 15,2 min ton və ya 2,1% artıq) istixrac edib ki, bunun 667,6 min tonu neft-qazçıxarma idarələrinin, 78,9 min tonu isə -MM-in payına düşüb.
Proqnozlara görə, 2004-cü ildə respublikada 15,45 milyon ton neft çıxarılacağı ehtimal edilir. Bü həcmin 8,75 milyon tonunu - ARDNŞ, 6,7 milyon tonunu-ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) hasil edəcəklər. 9,2 mln. ton ixrac neftinin 6,7 milyon tonu -Bakı-Supsa, 2,5 milyon tonu isə -Bakı-Novorossiysk marşrutları ilə axıdılacaq.
2004-CÜ İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA 2,89 MLRD. KUBMETR QAZ ÇIXARILIB
BAKU.04.08.2004.MEDIA-PRESS:
Azərbaycanda bü ilin 7 ayında 2,896 mlrd.kubmetr qaz çıxarılıb ki, bu da planlaşdırılandan 3 % artıqdır.
Dövlət Neft şirkətində (ARDNŞ) Media-Pressə bildiriblər ki, bu həcmin 2,333 milyard kubmetrini ARDNŞ-in bölmələri, 563,2 milyon kubmetrini - ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) , 75,6 milyon kub metrini isə - müştərək müəssisələr (MM) çıxarıb.
İyulda 374,7 milyon kubmetr qaz hasil olunub: ARDNŞ -335,2 milyon, ABƏŞ- 39,5 milyon, MM-lər -9,4 milyon kubmetr.
Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10-12 mlrd. kubmetr qaz lazımdır. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mld. kub metr qaz almışdı. Bu il onu əvəzləyən "Qazprom" Azərbaycana 2,75 mlrd. kubmetr yanacaq verməyi planlaşdırır. Bundan əlavə ARDNŞ və "KazRosQaz" QSC arasındakı saziş çərçivəsində yanvardan ilin sonunadək Azərbaycana daha 4,5 milyard kubmetr qaz verilməlidir. ARDNŞ Kazaxıstanın bu şirkətindən qazın hər min kubmetrini 52 dollara alır.Azərbaycan bazarının idxal qazına tələbatı ildə 6 mlrd. kubmetrə yaxındır.
Səngəçal neft terminalının genişləndirilməsi çərçivəsində qazqurutma qurğusu istifadəyə verildikdən sonra, respublika əlavə həcmdə qaz əldə edəcək.Hazırda terminala daxil olan neftin hamısı sudan və qazdan ayrılır .Bu yolla ələ gələn səmt qazı hələ də məşəl kimi yandırılmaqdadır. Lakin təzə qazqurutma qurğusu bu bədxərcliyin qarşısını alacaq. ARDNŞ həmin əlavə qazı öz istehlakçılarına verə biləcəkdir. Şirkət bu ideyanın gerçəkləşməsi üçün qaz qəbulu üzrə xüsusi qurğu və Səngəçal qazpaylaşdırma məntəqəsinədək boru çəkməyi də planlaşdırır.
İYULDA ARDNŞ-İN MİƏ İDARƏSİ 209,4 MİN TON NEFT VƏ 85,01 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKU.04.08.2004.MEDIA-PRESS:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar (MİƏ) idarəsi iyulda 85,017 min ton neft məhsulları ixrac edib.
Şirkətdə Media-Pressə bildiriblər ki, xaricilərə ən çox dizel yanacağı ( 36,11 min ton) və avtomobil benzini (35, 955 min ton) göndərilib. Bununla yanaşı- 12,475 min ton- təyyarə yanacağı , 476 ton- butan ixrac edilib. İyulda xaricə soba yanacağı göndərilməyib. Ümumiyyətlə MİƏ idarəsi xətti ilə ilin əvvəlindən bəri 503,368 min ton neft məhsulları ixrac edilib. Xaricdə azərbaycan dizel yanacağına daha çox tələbat var. İlin əvvəlindən xaricə 229,712 min ton dizel yanacağı yola salınıb ki, bu da ixrac olunmuş bütün neft məhsullarının təqribən yarısı deməkdir.
ARDNŞ Bakı - Novorossiysk kəməri ilə iyulda - 209,418 min ton, ilin 7 ayında isə-1,491 milyon ton neft ixrac edib.
Xatırladaq ki, həmin marşrutla cari ildə də təqribən 2003-cü il səviyyəsində-2,5 milyon ton neft axıdılacaq. "Şimal" marşrutu ilə axıdılan azərbaycan neftinin hər tonu respublikaya 15, 67 dollara ( müqayisə üçün: Bakı-Supsa kəmərində hər ton- 2,7 dollara!) başa gəlir.
Bakı-Novorossiysk xətti 25 oktyabr 1997-ci ildə istifadəyə verilib. 1999-cu ilin yanvarında Rusiya və Azərbaycan arasında imzalanmış hökumətlərarası müqaviləyə uyğun olaraq, tərəflərdən biri müqaviləni qüvvədən salmaq niyyətini müddətin qurtarmasına yarım il qalmış qarşı tərəfə bildirmirsə, onda müqavilənin müddəti avtomatik surətdə daha bir il uzadılır. Tərəflər qarşılıqlı razılıq əsasında hər 5-ildən bir sazişə düzəlişllər də edə bilərlər.
"MƏRKƏZİ AZƏRİ" YATAĞINDA QAZSIXMA VƏ SUVURMA PLATFORMASININ DAYAQ BLOKU SUYA SALINIB
BAKU.04.08.2004.MEDIA-PRESS:
"Mərkəzi Azəri" yatağında qazın sıxılması və suyun vurulması ( QÇSV) üçün platformanın dayaq bloku uğurla suya salınıb. BP-Azərbaijan şirkətində Media-Pressə bildiriblər ki, bu texnoloji platforma sentyabrın axırınadək istixrac platformasının dayaq bloku ilə yanaşı bərkidiləcək.
Texnoloji platforma əvvəldən-axıradək Azərbaycanda tikilib və bu zaman yalnız yerli tikinti infrastrukturundan istifadə olunub. Dayaq blokunun hündürlüyü 143 metrdir. Blok dərinliyin 128 metrə çatdığı nöqtədə quraşdırılacaq. Platformanın quraşdırılması işlərinə "Azərbaycan" kran gəmisi və nəqliyyat bərəsi də cəlb ediləcək. Dənizdəki əməliyyatlarda yedək və kömək gəmiləri də iştirak edəcək.
Texnoloji platformanın dayaq blokunun tikintisinə 2003-cü ilin fevralında Bakı DərinliK Özülləri zavodunda (BDÖZ) başlanıb. BOS-Shelf şirkəti (əvəllər fransız şirkəti olmuş Bouygues Offsore , indi Saipem S.A şirkəti ilə müştərək müəssisə) və BDÖZ tikintinin podratçılarıdır. Tikintiyə 10 yerli subpodratçı və 600-ə yaxın azərbaycanlı mütəxəssis və fəhlə cəlb edilib.
"Mərkəzi Azəri"dəki bu texnoloji platforma istixrac platforması ilə birləşdiriləcək. "Azəri" yatağındakı quyulara vurulacaq bütün qaz və su da məhz bu platformadan veriləcək. "Azəri"də ən azı 10 qaz-vurma, 12-su vurma və 2 qazma süxurlarını çəkmə quyusu qazılacaq.
"Mərkəzi Azəri" layihəsi "Azəri" yatağının mərkəzi hissəsinin işlənməsini nəzərdə tutur. "Mərkəzi Azəri"-nin tikililəri: 48 qazma və istixrac quyusu üçün platformadan, "Mərkəzi Azəri" ilə Səngəçal terminalı arasında 38 düyməlik neft və 28 düyməlik qaz kəmərlərindən ibarət olacaq,habelə Səngəçaldakı mövcud sahil terminalı genişləndirilməsini və qazsıxma və suvurma texnoloji platformasının istismara verilməsini nəzərdə tutur.
BP-34,1367%, ARDNŞ-10%, UNOCAL-10,2814%, İNPEX-10%, STATOİL- 8,5633%, ExxonMobil-8,0006%, TPAO-6,75%, DEVON-5,6262%, İTOCHU-3,9205% və Delta Ness-2,7213% "AÇG" layihəsinin tərəfdaşlarıdır.
ARDNŞ 2005-Cİ İLİN ƏVVƏLİNDƏ "NEFT DAŞLARI" YATAĞINDA YENİ PLATFORMANI İŞƏ SALACAQ
BAKU.04.08.2004.MEDIA-PRESS:
Xəzərdə "Neft daşları" yatağının işlənməmiş hissəsində istixrac platformasının tikintisi 2005-ci ilin ilk rübündə başa çatacaq.
Azərbaycan Dövlət Neft şirkətində (ARDNŞ) bu barədə "İnterfaks-Azərbaycan" şirkətinə bildiriblər ki,yeni platformadan hər birinin dərinliyi 2400-2800 metrə çatan 32 quyu qazmaq planlaşdırılır. Gündəlik hasilatın 0,9 min ton neft və 100 min kubmetrdən artıq qaz həcmində olacağı gözlənilir. Hal-hazırda yataqda gündəlik 2,5 min ton neft, 130-140 min kubmetr qaz çıxarılır. Deməli, yeni platforma neftin gündəlik həcmini 1,4, qazın həcmini isə -1,7 dəfə artırmağa imkan verəcək.
ARDNŞ platformanın tikintisinə 90-cı illərin sonunda başlasa da, bir sıra daha zəruri obyektlər bu işi hər dəfə təxirə salırdı. Amma bu dəfə həmin layihəni şirkət birinci növbədə gerçəkləşdirməyi qərara alıb.
"Neft daşları" yatağı 1949-cu ildə kəşf olunub. Burada istixrac hər biri 1-2 quyu üçün hesablanmış bir neçə platforma və estakada meydançalaından aparılır.Bu illər ərzində yataqdan təqribən 170 milyon ton neft və 15 milyard kubmetrə yaxın qaz çıxarılıb. Yataqda hələ 17 milyon tona yaxın neft və 750 milyon kubmetrə yaxın qaz qaldığı güman edilir.
AZƏRBAYCAN BAKI-NOVOROSSİYSK KƏMƏRİNƏ VURULAN NEFTİN TARİFLƏRİNİ YOXLAYACAQ
BAKU.04.08.2004.MEDIA-PRESS:
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Transneft" şirkətinin Bakı-Novorossiysk kəmərinə neft vurulması tariflərinin Rusiyanın Hesablama Palatası (RHP) ilə birgə yoxlanışında iştirak üzrə təklifləri Azərbaycan Hesablama Palatasına (AHP) təqdim edib.
Təkliflər "Transneft"in tarifləri üzrə xüsusi arayışın NP kollegiyasında baxılması üçün daha keyfiyyətlə hazırlanması və rusiyalı həmkarlarla birgə hərəkət barədə qərar qəbul edilməsi məqsədi ilə irəli sürülüb. AHP kollegiyasının bu məsələyə setyabrın 1-dək baxacağı ehtimal olunur.
Birgə nəzarət tədbirlərini təşkil etmək qərarı HP-nın 17 iyul iclasında qəbul olunub.Həmin gün sədr Sergey Stepaşinin başılıq etdiyi RHP nümayəndə heyətinin respublikamıza işgüzar səfərinin yekunları müzakirə edilib. Novorossiysk kəmərinə neft vurulması əməliyyatlarının yoxlanılmasının təşəbbüskarı rusiya tərəfidir.
GÜRCÜSTAN DƏMİRYOLU NEFT VƏ NEFT MƏŞSULLARI DAŞINMASI TARİFLƏRİNİ AZALTMAQ NİYYƏTİNDƏDİR
BAKU.04.08.2004.MEDIA-PRESS:
"Gürcüstan dəmiryolu" (GDY) neft və neft məhsullarının daşınması tariflərini salmaq niyyətindədir. GDY rəisi David Onoprişvilinin sözlərinə görə, Gürcüstan dəmiryolu ilə daşınan neftin və neft məhsullarının səviyyəsinin son 7 ayda xeyli düşməsi tarifləri azaltmaq niyyətinə gətirib.
Onoprişvili hesab edir ki, tariflər ucuzlaşmasa, dəmiryolunda vəziyyət son dərəcə pisləşə bilər. Eyni halda o qeyd edib ki, başqa yüklərin daşınması səviyyəsinin xeyli artması gürcüstan dəmiryolçularına bü gün xeyi gəlir gətirir.
Xəbər verildiyi kimi, GDY MMC-ti ( məhdud məsuliyyətli cəmiyyət) neftin və neft məhsullarının böyük partiyalarla daşınması üzrə 2004-cü ilin martınadək qüvvədə olmuş tarifləri 2004-cü il iyulun sonlarında bərpa edib. Nəticədə Azərbaycan sərhədi yaxınlığındaki Qardabani stansiyasından Batum və Poti limanlarınadək 4 milyon ton həcmindən az olmayan xam nefin beynəlxalq daşımalarının illik tarifi hər tona görə 6 dollardan 5-ə, ildə bu həcmdən az olmayan neft məhsullarının hər tonunun tarifi isə 8 dollardan 7-yə endirilir. İllik daşıma həcmi 4 milyon tonadək olarsa, bu halda hər ton xam neftə görə -$8, neft məhsullarının hər tonuna görə isə - $6 haqq alınacaq. Daşınan xam neftin illik həcminin 1 milyon tonadək olacağı halda, hər tonun tarifi -$8,93 , neft məhsularının tarifi isə- $8,68 təşkil edəcək.
<<< <<<