rus || eng


İRAN QAZI TÜRKİYƏYƏ ƏVVƏLLƏR İMZALANMIŞ SAZİŞLƏRƏ UYĞUN VERİLƏCƏK

BAKU.06.08.2004.MEDIA-PRESS: Türkiyə baş nazirinin iran qazının alınmasına dair bu yaxınlardaTehranda apardığı danışıqlarında yenilik baş verməyib, və hər şey əvvəllər imzalanmış sazişlər çərçivəsində qalıb. İranın neft naziri Bijan Zənqanenin bu bəyanatını İRAN News yayıb.
Qaz ixracına dair iran-türkiyə sazişinə heç bir dəyişiklik edilmədiyinə görə, həmin sənədin qüvvəsini saxladığını deyən Bijan Zənqane danışıqlar prosesinin hələ bitmədiyini və onun nəticələrini gözləməyin zəruri olduğunu deyib.
Xatırladaq ki, Türkiyənin baş naziri Recep Taip Erdoğanın İrana səfər gedişində Ankara iran qazının öz ərazisindən Avropaya tranzitinə razı olmuşdu. Bu, İranın Türkiyəyə ixrac etdiyi qazın qiymətlərinin və həcminin azaldılması məsələsi üzrə danışıqların davam etdirilə bilməsi üçün Tehranın irəli sürdüyü şərtlərdən biri idi. Ankaranın Vaşinqtonun tələblərinə zidd olaraq, iran qazının Avropaya trazitinə razılığını verməsi də kömək etməyib- Tehran tutduğunu, hələki, buraxmır.


"ASTANA" QAZAXISTANIN İLK TANKERDİR

BAKU.06.08.2004.MEDIA-PRESS: Sankt-Peterburqun Vıborq gəmiqayırma zavodunda Qazaxıstanın ilk tankeri -"Astana" suya salınıb. KZ-today internet nəşriyyəsinin bu məlumatına görə, tanker "KazMorTransFlot" gəiçilik şirkətinin sifarişi ilə tikilib. Bu şirkətin səhmlərinin yarısı "KazMunayQaz" Səhmdar Cəmiyyətinə, yarısı isə -Qazaxıstan Nəqliyyat və Kommunikasiya nazirliyinə məxsusdur.
Yaxın günlərdə tankerin təchizatı başa çatdırılacaq , körpüyə yanalması və üzmə keyfiyyətləri sınaqdan çıxarılacaq. Gəmi 2004-cü ilin 4-cü rübündə istifadəə veriləcək.
Qazaxıstan tankerlərinin ilkini neft tankeri "Astana" Rusiyanın Nijni Novqorod şəhərinin "Vımpel" kostrukor bürosunda hazırlanıb : dedveyti (su tutumu)-12 min ton, uzunluğu -149 metr, eni-17,3 metr, sürəti -10 dəniz milinə ( 18,52 km.) bərabərdir. Bıborq zavodunda Qazaxıstan üçün daha 2 belə tanker tikiləcək.
Media-Press xəbər vermişdi ki, tankerlər Qazaxıstana $42 milyona başa gələcək və bu pulun bir qismini kredit kimi Avropa Yenidənqurma və İnkişaf bankı verəcək. Bu tankerlər Aktau-Bakı, Aktau-Maxaçqala marşrutlarında işləyəcək. Məlumdur ki, qazaxıstan neftini əsasən Xəzər Gəmiçiliyinin tankerləri daşıyır və Azərbaycan bu su hövzəsində ən böyük tanker donanmasına malikdir. Qazaxıstan neftini r usiya və iran gəmiləri də dahıyır.


AZƏRBAYCANDA 7 AYDA 12,72 MİLYARD KVT\SAAT ELEKTRİK ENERJİSİ HASİL EDİLİB

BAKU.06.08.2004.MEDIA-PRESS: Bu ilin əvvəlindən respublikanın elektrik stansiyaları 12,72 milyard kVt/saat elektrik enerjisi hasil edib. Bu həcmin çox hissəsi -10,786 milyard kVt/saatı istilik- elektrik stansiyalarında istehsal edilib.
"Azərenrji" SC -nin mətbuat xidmətinin məlumatına görə, bu dövrdə Azərbaycan 1,452 milyard kVt/saat enerji idxal edib. Rusiyadan daha çox -889,022 kilovatt-saat, Türkiyədən-229,667 milyon kilovatt-saat, İrandan isə -333,667 milyon kilovatt-saat elektrik enerjisi alınb.
Azərbaycana İran və Türkiyədən verilən elektrik enerjisinin hamısı NAXIVAN Muxtar Respublikasına (MR) yönəldilir. MR İrandan 100 meqavat, Türkiyədən -40 meqavat alırsa, daha 20 meqavat elektrik enerjisi yerli "Araz" SES-də hasil edilir.
İyulda Azərbaycanda 1,49 milyard kVt/saat elektrik enerjisi hasil olunub ki, bunun 1,213 milyard kVt/saatı istilik-, 227 milyon kVt/saatı isə su-elektrik stansiyalarının payına düşüb.


DÜNYANIN NEFT GƏLƏCƏYİ VARMI?

BAKU.06.08.2004.MEDIA-PRESS: Dünya iqtisadiyyatının həyatı neftdən asılıdır. Bununla belə: "neftin dünya ehtiyatları nə vaxt tükənəcək?" fundamental sualına dünyada hələ də birmənalı cavab verilməyib. Tarix göstərir ki, ən bədbin, eləcə də ən nikbin proqnozların əksəriyyəti doğrulmur. Washington ProFile beynəlxalq informasiya agentliyinin yazısında belə deyilir.
Enerji daşıyıcısı kimi neftdə qeyri-adi bir şey yoxdur. Əvəllər kimya sənayesinin başlıca enerji və xammal mənbəi daş kömyr idi. Hələ 1780 -ci illərdə avropa daş kömür mədənlərinin tükənməkdə olmasına dair proqnozlar verməyə başladılar.Lakin 21-ci əsrdə də Qərbi Avropa ərazisində heç kim tərəfindən işlənilməyən xeyli daş kömür ehtiyatları mövcuddurÖ Mövcuddur ona görə ki, üzü astarından bahadır.
Dünyada neftin ehtiyatlarına dair ilk proqnozu 1875-ci ildə Oqayo ştatının baş geoloqu Con Nyuberri verərək, bildirmişdi ki, dünyanın neft ehtiyatları tükənməkdədir.1880-ci illərdə dünyanın ən iri neft şirkəti Standard Oyl-un top-meneceri neftin tükəndiyinə inanaraq, şirkətin ona aid səhmlərini satıb.
ABŞ Dövlət Deprtamentinin analitiki Ceyms Akins 1973-cü ildə dərc etdirdiyi :"Crisis: The time is wolf is here" ( "Neft böhranı: Zaman əleyhimizə işləyir") kitabında da dünyada neft ehtiyatları barədə çox bədbin proqnozlar verib. The Club of Rome tədqiqat mərkəzi1975-ci ildə bəyan etdi ki, bəşəriyyət neft hasilatının zirvəsinə 2003-cü ildə çatacaq. CİA (Mrkəzi Kəşfiyyat İdarəsi) proqnozlarına əsaslanan ABŞ prezidenti Cimmi Karter 1975-ci ildə bəyanat verdi ki, bütün dünyada neft quyularının dibi görünür".
2003-cü ildə çapdan çıxmış "The Coming Oil Crisis" ("Yaxınlaşan neft böhranı") kitabınn müəllifi Kolin Kempbell sübut edir ki, yeni neft yataqlarının kəşfində zirvə dövrü 1960-cı illər olub və o vaxtdan bəri bəşəriyyətin işlətdiyi neft onun yeni kəşf etdiklərindən çoxdur.Kempbellin fikrincə bu, sübut edir ki, dünya yavaş-yavaş da olsa, həqiqətən bütün ölkələrin iqtisadiyyatını alt-üst edə biləcək dəhşətli neft böhranına yuvarlanmaqdadır. 2003-cü ildə International Energy Agency ( İEA- Beynəlxalq Energetika Agentliyi) proqnoz verdi ki, 2030-cu ilədək bütün dünyada neft istixracı azalacaq və yalnız Fars körfəzində hasilat artacaq. Dünya hasilat zirvəsinə 2010-cu ildə çatacaq. İEA dünyanın hələ kəşf edilməmiş yataqlarında təqribən 1 trilyon ton neft olduğunu və bu xammalın 70 faizinin Yaxın Şərqdən kənarda yerləşdiyini ehtimal edir.
Britiş Petroleum şirkətinin təhqiqatına görə, vəziyyət göründüyündən də ağırdır:istixracın indiki sürəti qalarsa, Kanada, Vyetnam və Böyük Britaniyanın kəşf olunmuş ehtiyatları- 6 ildən sonra, Norveçdə-8 , ABŞ-da - 11, Türkmənistanda -12, Rusiyada -19, Qazaxıstanda -27, Azərbaycanda-61, Meksikada-21, Nigeriyada-30, Qətərdə-55, Səudiyyə Ərəbistanında-85, BƏƏ-də-114, Küveytdə-127 və İraqda -128 ildən sonra tükənməlidir. American Petroleum Institute (Amerikan Neft institutu) məlumat verib ki, dünyadakı müyəssər neft mənbələrinin 95 faizi yaxın 56 ildə, qalan 5 faizi isə- 88 ildən sonra tükənəcək. Beləliklə, neftə əvəz tapmaq üçün bəşəriyyətin ən çoxu 30-50 il vaxtı var.
Energetika üzrə ekspert Vatslav Smilin hesablamalarına görə, dünyanın neft ehtiyatları kifayət qədər məhduddur - işlənən yataqlardakı - 850 milyard barrel, üstəgəl artıq kəşf olunmuş yataqların 150 milyard barrel ehtiyatı. Belələliklə, dünyanın neft ehtiyatları əslində 1 trilyonu keçmir və bu, bəşəriyyətin artıq istifadə etdiyi neft həcminin yalnız beşdə biri qədərdir. Proqnoza görə, neftə əhəmiyyətli qənaət üsulu tapılmasa, dünyanın neft ehtiyatları yalnız bir neçə onilliyə bəs edəcək. Müqayisə üçün: dünyada 1 trilyon ton daş kömür ehtiyatı var və indiki istehlak şəraitində 230 ilə kifayəd edər. Association for the Study of Peak Oil ("Neft tədqiqatçıları assosiasiyası") təşkilatının bir qrup alimi çıxardığı nəticəə görə, dünyada neft istixracının zirvəsi 2008-ci ilə təsadüf edəcək. Bu təşkilatın lideri Kyel Alekletti belə bir müqayisə üsuluna əl atır: neftdən kommersiya məqsədləri ilə istifadə olunduğu müddətdə bəşəriyyət 9 " stəkan içib". Hazırda dünya ildə 1 stəkan neft içir. Təxminən 9-10 stəkan da soyuducudadır ( oxu: kəşf olunmuş yataqlardadır). Heç kim Yerin təkində hələ nə qədər neftin gizləndiyini bilmir. Alekettiyə görə, belə stəkanların sayı üçdən artıq deyil.
Lakin proqnozlar çox vaxt reallıqdan uzaq olur. Massachusetts Institute of Technology (Massaçuset Texnologiya İnstitutu) əməkdaşı, professor Maykl Adelmanın məlumatına görə, 1970-ci ildə OPEK ölkələrinin kəşf olunmuş neft ehtiyatları 412 milyard barrel hesablanmışdı. 2003-cü ilədək bu ölkələr həmin ehtiyatın artıq 307 milyard barrelini çıxarıblar. Bununla belə, OPEK üzvlərinin kəşf olunmuş ehtiyatları indi 819 milyard barrel həcmində qiymətləndirilir. OPEK-ə daxil olmayan dövlətlərin o vatkı ehtiyatları 200 milyard barrel həcmində hesablanmışdı. Lakin sonrakı 33 ildə bu dövlətlər artıq 460 milyard barrel neft hasil ediblər, qalıq ehtiyatları isə 209 milyard barrel həcmindədir.Adelman hesab edir ki, proqnozlardakı səhvlər biliyin kafi olmamasındandır. Məsələn, 25 il öncə texnologiya dəniz yataqlarında dərinliyin 500 metrdən artıq olduğu məntəqələrdə neft çıxarmağa imkan vermirdisə, indi dənizdə nefti 4-5 min dərinlikdən çıxarırlar.
ABŞ Energetika İnstitutu hər il enerjinin müxtəlif növlərinin gələcəyinə dair strateji proqnoz dərc edir. 2025-ci ildə dünyada yarana biləcək vəziyyətin təhili olunduğu 2004-cü ilin məruzəsində , məsələn, iddia olunur ki,nefti dünya qiymətləri münəzzəm şəkildə artacaq, lakin artım tempi son onilliklər ərzində qeydə alınmış həddi keçməyəcək. 2010-cu ildə bir barrel neftin dünya qiymətləri $16,36 - $32,80 arasında, 2025=ci ildə isə müvafiq surətdə : $16,49 -$34,90 arasında dəyişəcək.
Neftin dünya qiymətləri istifadə olunan yataqların hasilat tempinə və yenilərinin işlənməsinə mütləq öz təsirin göstərəcək. Məsələn, qiymət aşağı olarsa, neft şirkətlərinə əl verməyəcək ki, dənizdəki kiçik yataqları işlətsinlər.Neft istehlakı texniki tərəqqidən də asılıdır. Çünki bu, mövcud yataqları daha uğurla istismar etməyə, nefti daha yaxşı emal etməyə və yanacaqdan daha qənaətlə istifadə etməyə imkan verir.
Məsələn, "üfüqi qazma" texnologiyası ( qazma yalnız "yuxarıdan-aşağı" deyil, həm də "yanakı" aparılır) yataqda olan neftin 50-60 faizini çıxarmağa imkan verir. Halbuki, ənənəvi texnologiyalardan istifadə şəraitində ehtiyatın yalnız 35 faizini çıxarmaq mümkündür. Belə mütərəqqi texnologiyaların uğurla inkişaf etdiriləcəyi və onlardan istifadə olunacağı təqdirdə, neft istelakı mövcud səviyyədə qalacaq və hətta azalacaq. Bununla yanaşı, süni neft istehsalı üzrə bir sıra perspektivli texnologiyalar da mövcuddur. Washington ProFile belə yazır.


YÜKSƏKSƏVİYYƏLİ AZƏRBAYCAN-İRAN DANIŞIQLARINDA 10 SƏNƏD İMZALANIB

BAKU.06.08.2004.MEDIA-PRESS: Avqustun 5-də Bakıda yüksək səviyyədə azərbaycan-iran danışıqlarının yekununda 10 ikitərəfli sənəd imzalanıb: ticarət, təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti, mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası sazişlər, sərhədyanı ticarətin inkişafı, dəmiryollarının və təbiəti mühafizə nazirliklərinin qarşılıqlı fəaliyyəti haqqında memorandumlar imzalanıb.
İki maliyyə sazihi də bağlanıb. Sənədlərdən biri Azərbaycanda enerji yarımstansiyalarının və iki ölkənin enerji sistemini birləşdirən İmişli-Əli Bayramlı-Astara elektrik verilişi xəttinin layihələşdirilməsi və tikintisinə İranın $75 milyon ayırmasını nəzərdə tutur.
İkinci sazişə görə, İran Bakı-Astara avtomobil yolunun yenidən qurulmasına $40 milyon ayıracaq. Bu yol "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm qoluna çevriləcək.
Daha bir sazişi isə "Azəriqaz" səhmdar cəmiyyəti (SC) və İran milli qaz şirkəti imzalayıblar. İki ölkə arasında qaz mübadiləsinin sahmana düşməsinə imkan verən bu sazişlə İran Naxçıvan Muxtar Respubliasını qazla təmin edəcək. SC-nin məlumtına görə, İran qazı 2005-ci ilin payızından etibarən verəcək və həmil ilin sonunadək 80 milyon kubmetr həcmində qaz ixrac edəcək. Bü həcm tədricən artırılacaq və ildə 350 milyon kubmetrə çatdırılacaq.
Azərbaycan prezidenti İlham Əliyev imzalanmış sənədlərin böyük önəmini vurğuayaraq, deyib ki, sazişlərin reallaşdırılacağı təqdirdə, Azərbaycanda minlərlə yeni iş yeri açılacaq, enerji və qaz mübadiləsi isə ölkənin bir sıra bölgələrini yanacaq və elektrik enerjisi ilə fasiləsiz təmin etməyə imkan verəcək."


İLHAM ƏLİYEV: AZƏRBAYCAN HÖKMƏN ÖZ TORPAQLARINI AZAD EDƏCƏK

BAKU.06.08.2004.MEDIA-PRESS: "Azərbaycan Cənubi-Qafqazda sülhün tezliklə bərqərarına tərəfdardır, ancaq dabğıq qarabağ münaqişəsi bu yolda başlıca maneədir".Dövlət başçısı İlham Əliyev avqustun 5-də Bakıda İran prezidenti Məhəmməd Xatəmi ilə keçirdiyi birgə mətbuat konfransında belə deyib.
Dağlıq Qarabağın və Azərbaycanın sair torpaqlarının Ermənistan tərəfindən işğal olunduğundan bəhs edən prezident deyib:" əlbəttə, bu təcavüz çox sürə bilməz. Azərbazcan öz torpaqlarını azad edcək. Biz buna sülhlə nail olmağa çalışdığımız üçün,danışıqlar prosesində iştirak edirik, Biz tələb edirik ki, münaqişə beynəlxalq hüquq normalarını və Azərbaycanın ərazi bütütövlüyünü nəzərə alınmaqla həll edilsin.
İlham Əliyevin sözlərinə görə,yalnız azərbaycan torpaqlarının işğalına Ermənistanın son qoyacağı halda regionda sülh və sabitlik bərqərar ola bilər. O vaxta qədər isə tammiqyaslı regional əməkdaşlıq mümkünsüzdür. Azərbaycanın ən yaralı məsələsində - ermənistan-azərbaycan, dağlıq qarabağ münaqişəsində biz daim İranın dəstəyini hiss etmişik və bu gün də hiss edirik. Biz istəyirik ki, azərbaycan-iran münasibətləri bütün istiqamətlər üzrə inkişaf etsin, əlaqələrimiz genişlənsin. Buna cümə axşamı Bakıda imzalanmış İran və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi kömək etməlidir. Bu müqavilə iki ölkənin müvafiq xəidmətlərinin səylərini birləşdirməyə və hərəkətlərini uzlaşdırmağa imkan verəcək". İlham Əliyev belə deyib.
Xatəmi də öz növbəsində vurğulayıb ki, "bizim müştərək tariximiz, müştərək dinimiz və müştərək mədəniyyətimiz iran-azərbaycan münasibətlərinin təminatıdır, Birgə sərhədlərimiz qarşılıqlı təhlükəsizliyimizi qoruyur, bir-birimizin inkişafına kömək edir. Azərbaycanın təhlükəsizliyini biz İranın təhlükəsizliyi sayırıq. İran dağlıq qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və onun nizamlanmasına imkanları daxilində köməklik göstərəcək. Mən bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir və ona məxsusdur".Sitatın sonu.
Xatəmi deyib : Biz əminik ki, aramızda müzakirə və danışıqlar yolu ilə həlli mümkün olmayan bir problem yoxdur".
Azərbaycan prezidenti regional problemlərin həllində İranın iştirakının mühüm olduğunu deyib:" Biz regionda sülh və sabitlik yaradılmasında səylərimizi birləşdirməliyik. Bu baxımdan iran-azərbaycan əməkdaşlığı və təhlükəsizlik sahəsində bugün imzaladığımız sazişin böyük əhəmiyyəti vardır".


MƏHƏMMƏD XATƏMİ: İRAN MƏHƏLLİ PROBLEMLƏRİN HƏLLİNDƏ BAKIYA KÖMƏK ETMƏYƏ HAZIRDIR

BAKU.06.08.2004.MEDIA-PRESS: İran məhəlli təhlükəsizliyin təminində Bakı ilə əməkdaşlığa tərəfdardır. Cümə günü Azərbaycan Milli Məclisində çıxış edən İran prezidenti Məhəmməd Xatəmi belə deyib.
Sitat :" Azərbaycanla biz dost dövlətlərik və qarşılıqlı təhlükəsizlik şəraitində yaşamaq istəyirik. Biz münaqişələrin həllində məhəlli əməkdaşlığa tərəfdarıq. İran bu işdə kömək göstərməyə hazırdır. Əməkdaşlığımızın imkanları böyükdür. Biz bu gun energetika, neft, qaz, nəqliyyat kimi sahələrdə əməkdaşlıq edirik. Ancaq İran tək iqtisadi əməkdaşlıqla kifayətlənmir. Biz siyasət, elm , mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair ideyalarımızı da təqdim etməyə hazırıq".
İran prezidenti Xəzər dənizi ilə bağlı məsələlər üzrə əməkdaşlığın da əhəmiyyətini vurğulayıb:" Biz Xəzərin ekoloji təhlükəsizliyinə qayğı göstəririk və hazırda bu su hövzəsinin hüquqi rejimini müəyyənləşdirmək üçün çox mühüm danışıqlar aparırıq".
Xatəmi " təhlükəsizlik problemlərinin, ələlxüsus da müsəlman dünyası ölkələrinin təhükəsizliyi məsələlərinin həlli zamanı güclü dövlətlərin ikili standartlar siyasətinə əl atmasını " pisləyib və qeyd edib ki, "islam terrorizmi qətiyyətlə pisləyən və əməkdaşlıq üçün yeni-yeni üfüqlər açan sülhpərvər dindir".


AZƏRBAYCAN DAĞLIQ QARABAĞ ÜZRƏ ERMƏNİSTANLA DANIŞIQLAR APARILMASININ MƏQSƏDƏUYĞYNLUĞU MƏSƏLƏSİNİ QALDIRA BİLƏR

BAKU.06.08.2004.MEDIA-PRESS: Azərbaycan ermənistan-azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə Ermənistanla danışıqların aparılmasının məqsədyönlüyü məsələsini qaldıra bilər. Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov jurnalistlərə belə deyib. Onun sözlərinə görə, bu, ermənistan tərəfinin fitnəkar və qanunsuz hərəkətləri ilə , məsələn, işğal olunmuş azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsi, üzdəniraq "Dağlıq Qarabağ respublikası"nda avqustun 8-də bələdiyyə seçkiləri keçirməyə hazırlıq görməsi ilə bağlıdır."
Məmmədyarov deyib "Əgər erməni tərəfi tutduğu yoldan əl çəkməzsə, bu, danışıqlar prosesində çox böyük çətinliklər doğura bilər. Əgər ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu ermənistan tərəfinin hərəkətlərinə qarşı qəti etirazını bildirməsə, biz bunun üzərində ciddi düşünməli olacağıq. Bu çox ciddi bir məsələdir və biz buna çiddi də yanaşırıq" . Sitatın sonu.


AZƏRBAYCANIN ONŞOR YATAQLARINDA İLİN ƏVVƏLİNDƏN BƏRİ 533,5 MİN TON NEFT ÇIXARILIB

BAKU.06.08.2004.MEDIA-PRESS: Azərbaycanın onşor yataqlarını işləyən müştərək müəssisələr (MM) və əməliyyat şirkətləri (ƏŞ) 2004-cü ilin 6 ayında 533,5 min ton neft çıxarıblar. Bu, proqnozdan 22,4 % artıqdır.
Göstərilən müddətdə dövlətə 493,5 m in ton neft təhvil verilib ki, bu da plandan 14,6 % və 2003-cü ilin eyni göstəricisindən 3,6 % çoxdur.
Onşor yataqlarda qaz istixracı ilin ilk 6 ayında 75,6 milyon kubmetr, yaxud planlaşdırılandan -44,3% çox olubdur. Dövlətə 32,2 milyon kubmetr, yaxud nəzərdə tutulandan 19,9 % az qaz təhvil verilib.
Azərbaycanın quruda yerləşən ( onşor) yataqlarında iki ƏŞ - Karasu operating company ("Mişovdağ_Kəlamətdin") və Salyan Oil ("Kürsəngi_Qarabağlı" bloku) və 3 MM - azərbaycan-alman AzGerneft -i ( "Ramana" yatağı ), azərbaycan-britaniya ShirvanOil-i( Kürovdağ yatağı) və azərbaycan-türkiyə Anshad Petrol-u ("Neftçala-Xıllı- Durovdab" bloku) daxildir.


2004-CÜ İLİN İYULUNDA AZƏRBAYCANDA DÖVLƏTƏ 313,2 MİLYON KUBMETR QAZ TƏHVİL VERİLİB

BAKU.06.08.2004.MEDIA-PRESS: Azərbaycanda bü ilin iyul ayında dövlətə 313,2 milyon kubmetr qaz qaz təhvil verilib.
Dövlət Neft şirkətində (ARDNŞ) Media-Pressə bildiriblər ki, bu həcmin 279,8 milyon kubmetri ARDNŞ-in bölmələrinin , 32 milyon kubmetri - ABƏŞ -in ( "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə Azərbaycan Bynəlxalq Əməliyyat şirkəti) , 1,8 milyon kub metri isə - müştərək müəssisələrin (MM) payına düşüb.
Bu həcmin 309,6 milyon kubmetri (planlaşdırılandan 8,2% az)"Azəriqaz" sisteminə, qalan 3,6 milyon kubmetri Azərbaycan Qaz emalı zavoduna (AzQEZ) (45,5% az) verilib. Ümumiyyətlə isə ilin əvvəlindən "Azəriqaz" -1,641 milyard, AzQEZ isə-804,9 milyon kubmetr qaz alıblar.
Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10-12 mlrd. kubmetr qaz lazımdır. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mld. kub metr qaz almışdı. Bu il onu əvəzləyən "Qazprom" Azərbaycana 2,75 mlrd. kubmetr yanacaq verməyi planlaşdırır. Bundan əlavə ARDNŞ və "KazRosQaz" QSC arasındakı saziş çərçivəsində bu ilin yanvarından dekabrın sonunadək Azərbaycana daha 4,5 milyard kubmetr qaz veriləcək. ARDNŞ Kazaxıstanın bu şirkətindən qazın min kubmetrini 52 dollara alır.Azərbaycan bazarının idxal qazına tələbatı ildə 6 mlrd. kubmetrə yaxındır.
Səngəçal neft terminalının genişləndirilməsi çərçivəsində qazqurutma qurğusu istifadəyə verildikdən sonra, respublika əlavə həcmdə qaz əldə edəcək.Hazırda terminala daxil olan neftin hamısı sudan və qazdan ayrılır .Bu yolla ələ gələn səmt qazı hələ də məşəl kimi yandırılmaqdadır. Lakin təzə qazqurutma qurğusu bu bədxərcliyin qarşısını alacaq. ARDNŞ həmin əlavə qazı öz istehlakçılarına verə biləcəkdir. Şirkət bu ideyanın gerçəkləşməsi üçün qaz qəbulu üzrə xüsusi qurğu və Səngəçal qazpaylaşdırma məntəqəsinədək boru çəkməyi də planlaşdırır.


AZƏRBAYCANIN MALİYYƏ NAZİRİ: YAXIN VAXTLARDA TƏBİİ QAZIN DAXİLİ QİYMƏTLƏRİ QALDIRILMAYACAQ

BAKU.06.08.2004.MEDIA-PRESS: Azərbaycanda təbii qazın qiymətləri yaxın vaxtlarda qaldırılmayacaq.
Jürnalistlərə bu haqda məlumat verən Maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə,qiyməti artırmaq üçün şökumətin dqiq variantları yoxdur və bu məsələ hələ açıq qalır. Həm də bu il qazın bahalaşacağı təqdirdə dövlət büdcəsindən ödənişlər nəzərdə tutulmayıb. Ancaq belə qərar qəbul edilərsə, onda ədənişlər üçün vəsait ehtiyatlar fondundan götürüləcək.
Xatırladırıq ki, İqtisadi İnkişaf naziri Fərhad Əliyev avqusta hökumətin qazın daxili qiymətlərini artıracağını söyləmişdi.
Onun sözlərinə görəÖ Nazirlər Kabineti artıq bu məsələni araşdırıb və qəti qərar Tarif Şurasında qəbul edilməlidir.
Onun dediyinə görə, respublikamızda qazın qiyməti Gürcüstan,Ermənistan,Rusiya, Türkmənistan və Qazaxısanda olduğundan bir neçə dəfə azdır və qiymətin qaldırılması zəruri edən Azərbaycanın bu yanacağın hər min kubmetrini $52-55 qiymətinə idxal edib əhaliyə $7-7,5 qiymətinə satmasıdır. Yeni qiymət respublikada hasil edilən və idxal olunan qazın orta məxrəci olacaq və əhalinin az təminatlı təbəqəsinə bahalaşma müqabilində müavinət veriləcək.
Arayış: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hər il 4 milyard kubmetrdən bir qədər çox qaz çıxarır. Daha 1 milyard kubmetrə yaxın səmt qazını isə Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) "Çıraq" yatağından neft istixracı zamanı əldə edir və onun hamısını əvəzsiz şəkildə ARDNŞ-ə verir. Daha 5 milyard kubmetrə yaxın qaz Rusiyadan alınır. Hökumət bu qazın hamısının ölkənin elektrik stansiyalarına verildiyini dəfələrlə bəyan edib. Əhali isə respublikanın özündə çıxarılan və maya dəyəri daha ucuz olan qaz alır.
İstehlakçılar 2004-cü ilin ilk yarısında aldıqları qazın ümumi həcminin yalnız 86,4 faizinin qiymətini ödəyiblər. Bilavasitə əhalinin işlətdiyi qazın 90 faizinin qiyməti ödənilib. 2003-cü ildə bu göstərici 66,8% olub. Göründüyü kimi, ödəniş həcminin artığı göz qabağındadır. Lakin əhalinin aldığı qazın qiyməti artarsa, ödənişin həcmi yenidən düşəcək.
Bakı qaz şəbəkəsinin 500 min abunəçisinin yalnız 10 faizində qaz sayğacları var və onlar real işlətdiyi qazın haqqını ödəmək imkanına malikdirlər. Qalan abunəçilər isə nə qədər işlətdiklərindən asılı olmayaraq, qaz ocaqlarının və ailə üzvlərinin sayına görə haqq ödəyirlər. "Azəriqaz" SC artıq bir neçə ildir bütün abunəçilərini belə qaz sayğacları ilə təmin etməyə çalışsa da, vəsait çatışmazlığı buna imkan vermir.


DÜNYA BAZARINDA NEFTİ QİYMƏTİ HƏDDİ-ƏKSƏR HƏDDƏ ÇATIB

BAKU.06.08.2004.MEDIA-PRESS: NYMEX-dəki (Nyu-York Əmtə birjasının elektron sistemi) hərrac gedişində WTI markalı neftin sentyabr fyuçers müqavilələrinin qiyməti bu gün səhər 1983-cü ildən sonra tarixi həddə çatıb və bir barrelin qiyməti $44,73 təşkil edib.
Bloomberq agentliyi xəbər verir ki, avqustun 5-də NYMEX-də WTI markalı neftin sentyabr fyüçerslərinin qiyməti 3,7% ($1,58) qalxaraq bir barrelə görə -$44,41 təşkil edib.
Dünya bazarına çıxarılan neftin həcminin azalacağı intizarının uzandığı və istixracın artırılması üçün imkanların kifayət etmədiyi bir vaxtda karbobohidrogen bahalaşmaqda davam edir. Xammala tələbat yüksək olaraq qalır.
Təhlilçilər hesab edirlər ki, Rusiya "YUKOS"-su ilə bağlı vəziyyətin inkişafı, eləcə də İraq, Nigeriya və Venesueladakı siyasi səbatsızlıq neftin qiymətinin bahalaşmasına aparır.
ABŞ-ın Texas ştatında BP Pic şirkətinin gündə 470 min barrel neft emal etmək gücündə olan iri zavodda baş vermiş yanğın da qiymətin qalxmasına təsirini göstərib.
Londonda Beynəlxalq neft birjasında ( İPE) avqustun 5-də Brent fyüçerslərinin qiyməti $1,40 qalxıb və bir barrelin qiyməti -$41,11 təşkil edib.
Rusiyanın Urals neftinin qiyməti (c.İ.f. Aralıq dənizi limanlarında) avqustun 5-də bir barrelə görə -$38,89 təşkil edib ki, bu da avqustun 4-də srot qiymətindən $1,31 yüksəkdir. Rusiyadan Qərbi Avropa limanlarına çatdırılan ixrac neftinin (Urals c.i.f. Şimal-Qərbi Avropa) bir barreli -$38,89 (+$1,31), Siberian Light (c.i.f. Ş.-Q.Avropa) -$41,29 (+$1,36) təşkil edib.


NƏHAYƏT , 10 İLDƏN SONRA. HİNDİSTAN İRAN QAZININ ÖLKƏYƏ PAKİSTAN ƏRAZİSİNDƏN NƏQLİNİ BƏYƏNİB

BAKU.06.08.2004.MEDIA-PRESS: Hindistan hökuməti iran qazının ölkəyə pakistan ərazisindən gətirilməsi üçün qaz kəməri layihəsinin çəkilişini bəyənib. Hindistanın Neft və qaz nazirinə istinadən İRAN Newsin verdiyi məlümata görə, hazırda Dehli bu məsələni İranla müzakirə edir.
Hindistan naziri bildirib ki, aparılmış danışıqlardan sonra Dehli bu layihədə iştirak etmək istəyini bəyan edib. Nazir öncə demişdi ki, pakistan hökumətinin layihənin təhlükəsizliyinə təminat verərsə, Dehli layihəni diqqətlə öyrənər.
İran qazının Hindistana ixracını nəzərdə tutan İran-Pakistan-Hindistan qaz kəmərinin çəkilişi layihəsi 1994-cü ildə irəli sürülsə də, pakistan-hindistan münasibətlərinin gərginliyi və Hindistan hökumətinin layihənin təhlükəsizliyinə əmin olmaması üzündənB o vaxtdan kağız üzürində qalırdı. Bu kəmərin istsmara verilməsi Hindisanın enerji təminatı xərclərini ildə təqribən $300 milyon azaltmağa imkan yaradar, Pakistan isə qazın tranzitinə görə ildə $600 milyon qazanardı.

<<< <<<