rus || eng


AZƏRCANIN YENİ QIZIL YATAQLARININ İŞLƏNMƏSİ ÜZRƏ TENDER SƏNƏDLƏRİ HAZIRLANIR

BAKU.09.08.2004.MEDIA-PRESS: Azərbaycan yeni qızı yataqlarının işlənməsinə başlamağı planlaşdırır və bu məqsədlə maraqlanan şirkətlər arasında tender keçirməyə hazırlaşır.İndi İqtisadi İnkişaf nazirliyi ilə birlikdə tender sənədləri tərtib olunur. Bu məlumatı respublika Ekologiya və Təbii ehtiyatlar naziri Hüseyn Bağırov verib.
Media-Press iki Kanada şirkətinin, ABŞ və Rusiya şirkətlərinin tenderdə iştirak etmək istədikləri barədə artıq məlumat verib.
Daşkəsəndə kəşf edilmiş yataqlarda, ilk hesablamalara görə, 100-150 ton qızıl ehtiyatı var. Həm də azərbaycanlı mütəxəssislərin tədqiqatlarına nisbətən əcnəbi mütəxəssislərin laboratoriya araşdırmları süxurların tərkibində daha ox qızıl olduğunu aşkarlayıb.
İndiyədək Azərbaycan öz qızıl yataqlarının işlənməsinə dair bir müqavilə bağlayıb. Sənədi artıq ləğv edilmiş "Azərqızıl" dövlət konserni və amerika şirkəti "RV. Investment Group Serves LLS" 1997-ci il avqustun 21-də imzalayıblar ( payın 51%-i azərbaycanın və 49%- i amerikanın olmaqla ). Müqavilə Azərbaycanda ilkin hesablamalara görə, 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyom ton mis ehtiyatına malik 9 qızıl mədəninin işlənməsini nəzərdə tuturdu. Amerika tərəfi layihəyə təqribən $500 milyon sərmayə qoyacağına boyun olsa da, cəmi-cümlətanı $6,8 milyon maya qoydu və qızılın dünya qiymətlərinin aşağı olması bəhanəsi ilə müqaviləni dondurdu. Qızıl indiki bahalaşıb. Buna baxmayaraq, R.V. Investment Group yataqların işlənməsinə hələ də başlamayıb. Şirkət yeni tenderdə iştirak edib- etməyəcəyini də bildirməyib.


AZƏRBAYCANDA ƏHALİYƏ ÖZƏL ÇEKLƏR VERİLMƏSİNİN 2-Cİ MƏRHƏLƏSİ BAHLAYIR

BAKU.09.08.2004.MEDIA-PRESS: İqtisadi İnkişaf Nazirliyi (İİN)1997-ci ildən bəri özəl çeklərini almayan respublika vətəndaşlarına avqustun 9-dan onların özəl paylarını verməyə başlayacaq.
Nazirlik bildirib ki, çekləri Azərbaycan Birləşmiş Universal (ABU) Səhmdar Bankının filiallarından almaq mümkün olacaq. Bu filialların 11-i Bakıda, qalan 56-sı isə rayon mərkəzlrindədir.
Payların verilməsinə 2004-cü il sentyabrın 12-dən başlanacaq. 12 sentyabrdan 12 noyabradək güzəşt hüqüqü olan vətəndaşlara əlavə çeklər veriləcək. Bu kateqoriyaya Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı və 1990-cı il 20 yanvar hadisələri zamanı həlak olmüş şəxslərin, ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış şəxslərin varisləri, Milli qəhrəmanlar, Sosialist Əməyi qəhrəmanları, Sovet İttifaqı qəhrəmanları, 2-ci dünya müharibəsinin və Əfqanıstan müharibəsinin əlilləri, habelə 1990-cı il 20 yanvar hadisələri gedişində əlillik almış şəxslər aiddirlər.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev fərman verərək özəlləşdirmə çeklərinin dövriyyə müddətini 2008-ci il yanvarın 1-dək uzadıb ki, tədbir gedişində tam istifadə edilsin ,habelə özəlləşdirmə prosesində yerli və əcnəbi sərmayəçilər daha geniş iştirak etsinlər.
1997-ci ilin yanvarından dövriyyəyə buraxılmış bu çeklərin ümumi sayı 32 milyon ədəd olub, lakin dövriyyədə 31 milyon 044, 740 min çek olub.
İİN-in məlumatına görə, ötən müddətdə özəlləşdirmə paylarının 40 faizindən dövlət əmlakının özəlləşdirilməsi prosesi çərçivəsində istifadə olunub.


LƏNKƏRANDA ƏRZAQ MALLARININ KEYFİYYƏTİNİ YOXLAYAN MÜNSİFLƏR LABORATORİYASI AÇILIB

BAKU.09.08.2004.MEDIA-PRESS: Azərbaycanın cənub şəhəri Lənkəranda ərzaq mallarının keyfiyyətini yoxlayan münsiflər laboratoriyası açılıb. Laboratoriya Azərbaycan İqtisadi İnkişaf nazirliyi İstehlak mallarının ekspertizası mərkəzi yanında fəaliyyət göstərəcək.
Nazirlikdə Media-Pressə verilən məlumata görə, laboratoriyanın fəaliyyəti Lənkəran iqtisadi zonasına daxil olan Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının ərazisini də əhatə edəcək.
Laboratoriyanın müasir avadanlıqla təchizatı qida məhsullarının dövlətdaxili və beynəlxalq standartlara uyğun gəlib-gəlmədiyini yoxlamağa imkan verəcək.
Bundan əvvəl belə laboratoriyalar Gəncə və Naxçıvan şəhərlərində də açılıb. Gəncə laboratoriyasının fəaliyyət dairəsinə Qazax,Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən,Xanlar,Samux və Goranboy rayonları daxildir. Naxçıvan laboratoriyası isə bütün Muxtar respublikaya xidmət göstərir.
2005-ci ildə Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi zonalarının hər birində belə laboratoriya açılması planlaşdırılır.


NATO-NUN BAŞ KATİBİ YAXIN GÜNLRDƏ QAFQAZA VƏ MƏRKƏZİ ASİYAYA SƏFƏR EDƏCƏK

BAKU.09.08.2004.MEDIA-PRESS: NATO-nun baş katibi Yaap de Hoop Sheffer bu günlərdə Qafqaz və Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
NATO rəhbəri "Vremya Novostey" qəzetinə müsahibəsində deyib:" Biz qarşılıqlı fəaliyyəti yoluna qoyməq üçün nümayəndələrimizi tezliklə Qafqaza və Mərkəzi Asiyaya göndrəcək, hər iki regiona xüsusi nümayəndəmizi təyin edəcəyik.
Hoop Shofferin dediyinə görə,"NATO-nun tərəfdaş ölklərlə münasibətləri tərəfdaşların fərdi maraq və arzularına uyğun inkişaf edir və münasibətlərinin NATO ilə nə dərəcədə yaxın olacağını onların yalnız özləri həll edə bilərlər.
NATO Baş katibi deyib:" NATO-nun Qafqazda və Mərkəzi Asiyada varlığı bizim Əfanıstandakı fəaliyyətimiz baxımından da maraqlıdır". O Gürcüstan və Alyans arasında əməkdaşlığın keyfiyyətinin xeyli yaxşılaşdığını qeyd edib:" Biz Gürcüstanı təkcə NATO üçün deyil , Rusiya və qonşuları üçün də daha sabit , daha etibarlı tərəfdaşa çevirə bilən istiqamətlərdəki islahatlar və əməkdahlığa başlıcı diqqət yetiririk".


"AZƏRİ" LAYİHƏSİNİN REALLAŞMASINA $4 MİLYARD XƏRCLƏNİB

BAKU.09.08.2004.MEDIA-PRESS: 2001- ci ildən bəri "Azəri" layihəsinin tikinti işlərinə ("AÇG"-"Azəri-Çıraq-Günəşli" offşor yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində) $4 milyard xərclənib. Bu məlumatı BP-Azərbaycan şirkətinin vitse -prezidenti Nil Şou verib.
Nil Şouya istinadən Media-Press məlumat verir ki , "Mərkəzi Azəri" yatağında iş həcminin 97 faizi , "Şərqi Azəri"də -31 faizi ( plan üzrə -26%),"Qərbi Azəri"də isə 63 faizi ( planda- 61%) görülüb.
"Azəri" layihəsinə 9500 azərbaycan vətəndaşı cəlb olunub
Nil Şounun sözlərinə görə, "AÇG" yataqlarının işlənməsinin "Mərhələ -1" çərçivəsində tikinti işləri cədvəli qabaqlayır
AÇG blokunun işlənməsinin "Mərhələ-1" layihəsində işlərin başlanmasına 2001-ci il avqustun 20-də icazə verilib və "Azəri" yatağının mərkəzi hissəsinin işlənməsini, yəni orada "Mərkəzi Aəri" istixrac platformasının quraşdırılmasını və 48 quyu qazılmasını nəzərdə tutur. "Mərhələ-1"-in qüvvədə qalacağı müddətdə oradan 193 mln. ton (1,425 mlrd. barrel) neft çıxarılacaq. Ən yüksək istixrac səviyyəsi dövründə illik hasilat 18,7 mln. ton ( gündə-375 min barrel) təşkil edəcək. "Mərhələ-1"-in dəyəri 3,4 mlrd.dollardır.
"Azəri"nin tam işlənməsi üçün yatağın şərq və qərb hissələrində hər birindən 48 quyu qazıla bilən iki platforma quraşdırmaq nəzərdə tutulub. Hər iki platforma "Mərhlə-2" çərçivəsində tikilir və bu işə başlanılmasına 2002-ci il sentyabrın 18-də icazə verilib. Bu platformalardan ilk neftin çıxarılması 2006-cı ilin 2-ci rübünə və 2007-ci ilin 1-ci rübünə nəzərdə tutulub ki, bu da illik hasilatı 20 mln. tondan çox ( gündə 420 min barrel ) artırmağa imkan verəcək. "Mərhələ-2"nin dəyəri isə- 5, mlrd. dollardır.
AÇG-nin işlənməsi müqaviləsinin iştirakçıları:
BP ( operator-34,1367%), ARDNŞ(10%), UNOCAL (10,2814%), İNPEX(10,0%), Statoil (8,5633%),ExxonMobil (8,0006%), TPAO(6,7500%). Devon(5,6262 %),İTOCHU 93,9205%) və Delta Ness (2,7213%) şirkətləridir.
"Mərhələ-1" və "Mərhələ-2"-nin podratçıları McDermott (amerika), Bouygues Offshore və Eiffel ( frana), Saipem (italiya ) Emtunga (isveç) və başqalarıdır.


AZƏRBAYCANIN 2005-Cİ İL DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNDƏ 1 BARREL NEFTİN QİYMƏTİNİ 20 -22 DOLLAR SƏVİYYƏSİNDƏ MÜƏYYƏNLƏŞDİRMƏK NƏZƏRDƏ TUTULUB

BAKU.09.08.2004.MEDIA-PRESS: Azərbaycanın 2005-ci il Dövlət bücəsi layihəsində 1 barrel neftin qiymətini 20 -22 dollar səviyyəsində müəyyənləşdirmək nəzərdə tutulub. Bu barədə jurnalistlərə məlumat verən maliyyə naziri Əvəz Ələkbərov deyib: respublikanın bütün nazirliklərinin verdikləri məlumata görə, 2005-ci ildə ümumi daxili məhsulun (ÜDM) 14 faizdən, gəlirlərin -20 faizdən çox artacağı, inflyasiyanın 4% olacağı planlaşdırılır.
Qeyd edək ki,2004-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 20 dollar səviyəsində nəzərdə tutulub. Dövlət büdcəsini hazırlayanlar artıq bir neçə ildir ki, neftin qiymətini bilərəkdən ehtimali orta dünya qiymətindən aşağı götürürlər. Məsələn, son 3 ildə dünyada neftin 1 barrelinin qiyməti 23-26 dollar səviyyəsində olub. Ancaq Azərbaycanın 2003-cü il üçün dövlət büdcəsində nəzərdə tutulan qiymət-19,5 dollar olub. Hesab edirlər ki, belə ehtiyatlı tərpəniş qiymətlərin gözlənilmədən düşəcəyi təqdirdə, büdcənin təhlükəsizliyini təmin edə bilər. Münasib qiymətlər isə büdcəyə əlavə gəlir gətirər. Nazir Əvəz Ələkbərovun sözlərinə görə, neftin qiymətinin yüksək olması sayəsində ehtiyat fonduna 276,3 milyard manat toplamaq mümkün olub.


"AÇG" YATAQLARININ İŞLƏNMƏİ ZAMANI EKOLOJİ NORMALARIN POZULMAS İLƏ BAĞLI MƏSƏLƏLƏR HƏLƏ DƏ HƏLL EDİLMƏYİB

BAKU.09.08.2004.MEDIA-PRESS: "Azəri-Çıraq-Günəşli" ("AÇG") dəniz yataqlarının işlənməsi zamanı ekoloji təhlükəsizlik normalarının pozulması ilə bağlı məsələlər hələ də həllini tapmayıb. Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar naziri (AzETEN) deyib ki, BP-Azeribaijan şirkətinə qarşı sürülmüş iddialara görə onun ödəyəcəyi məbləğ arta bilər ki, azalmayacaq.
2004-cü ilin martından bəri AzETEN və "AÇG" layihəsinin operatoru BP-Azerbaijan şirkətinin ekspertləri arasında məsləhətləşmələr aparılır. H.Bağırov o zaman ümidvar olduğunu bildirmişdi ki, yaxın vaxtlarda bütün problemlər həllini tapacaq və iş məhkəməyə gedib çıxmayacaq. Sitat :" Hesab edirəm ki,AÇG" yataqlarının işlənməsi zamanı yol verilmiş pozuntular məqsədyönlü olmayıb . Ümidvaram ki, məsələlər on günə həllini tapacaq". O vaxtdan 4 aydan çox keçib, lakin tərəflər hələ də razılığa gələ bilməyiblər.
Xatırladaq ki, dəniz yataqlarında qazma işləri aparılarkən sintetik əsaslı qazma məhlulunun dənizə tökülməsi halları qeydə alınmışdı və nazirlik bununla bağlı BP-Azeribaijan şirkətinə qarşı müvafiq cərimə sənədləri tərtib etmişdi. O vaxt nazir bütün sənədlərin şirkətə verildiyini bildirmiş və qeyd etmişdi ki, şirkət cəriməni ödəməyə hazır olarsa, məsələni bitmiş saymaq olar, əks -təqdirdə , məhkəmə orqanlarına müraciət olunacaq.
H. Bağırovun sözlərinə görə, BP-Azərbaycana tətbiq ediləcək cərimə 500 milyon-1 milrad manat arsında ( $100-200) dəyişə bilər.Cərimənin dəqiq məbləği danışıqlar başa çatandan sonra müəyyənləşdiriləcək.


"QARABAĞLI "YATAĞINDA EKOLOJİ NORMALARIN POZULMASINA GÖRƏ CƏRİMƏ ÖDƏNİLMƏSİNƏ DAİR İŞ HƏLƏ DƏ MƏHKƏMƏDƏDİR

BAKU.09.08.2004.MEDIA-PRESS: "Qarabağlı" yatağında istixrac zamanı ekoloji normaların pozulmasına ( neft ətrafa yayılmışdı) görə cərimə ödənilməsi barədə qaldırılmış iş hələ də məhkəmədədir. Bu barədə jurnalistlərə məlumat verən Eklogiya naziri Hüseyn Bağırovun sözlərinə görə, Salyan Oil Ltd əməliyyat şirkəti təqribən 600-700 milyon manat (140 min dollaradək) məbləğində cərimələnib. Ancaq nazir məhkəmə başlananadək nazirliyin tələblərinin bir qisminin ödənildiyi aşkarlanarsa, cərimənin məbləğinin azaldıla biləcəyini də qeyd edib.
Xatırladaq ki,"Kürsəngi" və "Qarabağlı" yataqlarını işləyən Salyan Oyl əməliyyat şirkəti məsələ qaldırmışdı ki, onun müqavilə sahəsində qoruq olmasın.
Bu tələbə cavab olaraq nazir Hüseyn Bağırov elə o vaxt demişdi ki, şirkətin bu tələbi ekoloqların onun fəaliyyətinə qarşı iddiaları ilə bağlıdır , qoruq ləğv edilsə belə, ekoloji qanunvericiliyin tələbləri ödənilməlidir.
"Kürsəngi" və "Qarabağlı" yataqlarının işlənməsi üzrə müqavilə 1998-ci ilin dekabrında imzalanıb və bu məqsədlə 1999-cu il mayın 12-də adını çəkdiyimiz Əməliyyat şirkəti yaradılıb. Səhmdarlar : ARDNŞ ( 50 % iştirak payı), çin şirkətləri CNODC (25%) və CNPC (25%) indiyədək yataqlara $115 milyon sərmayə yatırıblar. Burada gündəlik neft hasilatı 1000 tondan yuxarıdır. 1961-ci ildən işlənən yataqlarda 768 quyu qazılıb ki, hal-hazırda onların 260-ı işləyir.


STAVROPOL DİYAR HÖKUMƏTİ SƏDRİNİN MÜAVİNİ : DİYARDA NEZ TİKİNTİSİ TƏKLİFİNİ AZƏRBAYCAN MARAQLA QARŞILAYIB

BAKU.09.08.2004.MEDIA-PRESS: Stavropol diyarında ildə 1 milyon ton xam neft emal edə bilən zavod tikilməsi təklifini Azərbaycan hökuməti maraqla qarşılayıb.Stavropol hökuməti sədrinin müavini,Qafqaz Mineralnıye vodı şəhərinin icra başçısı Vitali Mixaylenko İTAR-TASS-ın müxbirinə belə deyib. O,diyarın bu yaxınlarda Bakıda səfərdə olmuş işgüzar dairələri nümayəndə heyətinə başçılıq edib.
Mixaylenko deyib:" Azərbaycan respublikası Nazirlər Kabinetindəki görüşdə cari ilin sonunadək neft-emalı zavodu (NEZ) tikintisinin TİƏ-sini (texniki-iqtisadi əsaslandırma) və razılaşdırılmış biznes-planını hazırlayacaq hökumətlərarası işçi qrupunun yaradılması məqsədə uyğun sayılıb. Yeni müəssisə üçün xam neft də Azərbaycandan alınacaq. Layihənin reallaşması aqrar Stavropol diyarına imkan verəcək ki, əkin- biçin dövründə qiymət sıçrayışlarından və yanacaq çatışmazlığından sığortalansın , istehsalın bir çox sahələri xərcləri azaltsın".
Mixaylenko, Azərbaycandakı görüşlərdə qaldırılmış ayrı məsələlərə də toxunub və məxsusən, turizm sahəsində əməkdaşlıqdan bəhs edərkən deyib ki, azərbaycanlı istirahətçilərin Qafqaz Mineralnıye Vodı şəhərinin kurortlarında dincəlməsi respublikanın iş adamlarının böyük marağına səbəb olub.Sitat:" Diyar kurortlarının nümayəndə heyəti tərkibindəki numayəndlərinin çoxu azərbaycanın turist şirkətləri ilə müqavilələr bağlayıb. Stavropol diyarından turistlərin Bakıya cəlb olunması məsələsi də müzakirə edilib".
Bu sahə 15 il qabaq çox uğurla işləyirdi. Bakı neftçiləri öz ailələri ilə birgə bu səfalı diyara dincəlməyə həvəslə gedirdilər. Bu gün turizmin hər iki tərəfdən öləziməsi hər şeydən öncə nəqliyyat problemləri ilə bağlıdır. Mineralnıye Vodı təyyarə limanından reyslər indi çox azdır, üstəlik o baş-bu başa biletin qiymətinin 240 dollara çatması çoxlarının imkanları ilə tərs-mütənasibdir. Şəxsi avtomobillərlə səfərlərə çıxmaq istəyənlər gərək qonşu respublikaların ərəzilərində öz təşlükəsizliklərinin təmini barədə düşünsünlər, sərhəd və gömrük nəzarətlərindən keçidlərin bütün çətinliklərini gözləri önünə alsınlar.
Mixaylenko deyib;" Stavropolluların respublika Gənclər,İdman və Turizm nazirliyinin rəhbərliyi, ölkənin turist firmalarının numayəndələri ilə görüşləri turistlərin axınını xeyli genişləndirməyin mümkünlüyünü göstərdi. Bu axının ildə 2 min nəfər həddində artırılması Stavrool iqtisadiyyatına ildə əlavə 40 milyon rubl gətirə bilər. Bundan əlavə Stavropol kurortlarında azərbaycan restoranlarının yeni şəbəkəsi , yeni iaşə müəssisələri açılıcaq, Azərbaycandan daha çox meyvə-tərəvəz və sair ənənəvi ərzaq malları gətiriləcək. Milli ənənə və adətlərə misal kimi, Kislovodskdakı " Qədim Bakı" restoranın işini nümunə göstərmək olar. Bu restoran həm milli azərbaycan mətbəxi ilə, həm də yüksək xidmət mədəniyyəti ilə yerli əhali arasında şöhrət qazanıb".


"QAZPROM" VƏ "UZBEKNEFTEQAZ" 45 -İLLİK PBS İMZALAMAĞI PLANLAŞDIRIRLAR

BAKU.09.08.2004.MEDIA-PRESS: Rusiya "Qazprm"u və "Uzbeknefteqaz" Özbəkistanın şimal-qərbində Ustyurt yaylasında perspektivli qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə 45-illik məhsulun pay bölgüsü sazişini (PBS) imzalamağı planlaşdırırlar. Şirkətlər qaz sahəsində strateji əməkdaşlıq sazişi də imzalayıblar. Sənəd 2012-ci ilədək Özbəkistandan qaz alınmasını, 2005-ci ildə alınan qazın həcmini 10 milyard kubmetrə çatdırılmasını, həmçinin PBS şərtlərinə əsasən qaz istixracı sahəsində müştərək layihələrin reallaşdırılmasını nəzərdə tutur.
Özbəkistanda 190 neft-qaz yatağı aşkarlanıb. Hazırda 88 yataq işlənir, 58 yataq işlənilmək üçün hazırlanır, 35 yataqda kəşfiyyat işləri başa çatıb , 9 yataq isə konservləşdirilib (hələlik işlənmir).
Özbəkistanda açıq yataqlarda aşkarlanmış karbohidrogenlərin ehtiyatı 3,6 milyard ton şərti yanacaq həcmindədir. Respublika ərazisinin 60 faizi neft-qaz baxımından perspektivli sayılır.


OPEK GÜNDƏLİK NEFT KVOTALARINI YENİDƏN - BU DƏFƏ 1,5 MİLYON BARREL, ARTIRMAQ NİYYƏTİNDƏDİR

BAKU.09.08.2004.MEDIA-PRESS: OPEK neftin bahalaşmasının qarşısını almaq üçün, neftin gündəlik istixrac və ixrac kvotalarını 1,5 milyon barrel artırmaq niyyətindədir.
Dünya kartelinin Vyanadakı mənzil-qərargahında bu haqda bəyanat verən OPEK prezidenti Purnomo Yusgiantoro deyib:" Neft kvotalarının bu dəfəki artımı həddində olacaq. Ancaq bu iş yəqin ki, sentyabrdan tez baş tutmayacaq. Başqa sözlə, qərar OPEK-in növbəti 132-ci Vyana konfransında qəbul oluna bilər.
Prezidentin sözlərinə görə,"onsuz da OPEK indi rəsmi kvotalardan artıq həcmdə neft hasil edir. Ancaq indi Rusiyanın neft nəhəngi "Yukos" ətrafında və İraqda baş verənlər neftin və yanacaq-sürtgü yağlarının qiymətini salmağı imkan vermir.
OPEK rəhbəri deyib :" İndi kartel üzvlərinin gündlik istehsalı 30 milyon baprrelə ( kvota -26 milyondur) çatır. Artıq neftin 2 milyon barreli Təşkilatın kvota sisteminə hələlik daxil olmayan İraqdan, 2 milyonu isə kartelin digər üzvlərinin izafi istehsal etdikləri neftdəndir.Vyana konfransında Rusiya, Meksika,. OMAN. Misir. Suriya və digər müstəqil neft ixrac edən ölkələrdən müşahidəçilər də iştirak edəcəklər. İstənilən halda konfransda ən münasib qərar qəbul ediləcək. Qərar dünya bazarlarına sakitlik gətirəcək və neft enerjidaşııcılarının qiymətini endirməyə xidmət edəcək ".
Xatırladaq ki, iyulun sonlarında OPEK başçısı deyib ki, Kartel üzvü olan ölkələr öz itstehsal güclərinin son həddində neft çıxarırlar. OPEK prezidenti Purnomo Yusgiantoronun bu bəyanatını Bloomberq agentliyi yaymışdı.
Yalnız kartelin ən böyük iştirakçısının- Səudiyyə Ərəbistanının hələ işə salmadığı əhəmiyyətli ehtiyat imkanları mövcuddur. Fars körfəzi ölkələrinin neft sənayesindəki mənbə Dov Jonesə bildirib ki, Səudiyyə Ərəbistanı avqustda gündəlik hasilatını 300 000-400 000 barrel artıraraq, indiki 9,1 milyon barreldən təqribən 9,5 milyon barrelə çatdıracaq.


BP-NİN HESABLAMALARINA GÖRƏ, DÜNYADA 1,15 TRİLYON BARREL NEFT EHTİYATI MÖVCUDDUR

BAKU.09.08.2004.MEDIA-PRESS: Dünyada neftin kəşf olunmuş ehtiyatları 1,15 trilyon barrel təşkil edir ki, bu da 41 ilə bəs edər. Dünyanın kəşf olunmuş qaz ehtiyatı isə 176 trilyon kubmetrə çatır. Bu rəqəmlər 2004-cü ildə dünyanın enerji ehtiyatlarına dair BP-nin statistik icmalından götürülüb.
BP-yə görə, 2003-cü ildə neftin qiyməti son 20 ildə ən yüksək səviyyəyə qalxsa da, dünyada enerji qıtlığı yaranmayıb. Kəşfiyyat işində və yeni texnologiyaların tətbiqindəki uğurlar neftin kəşf olunmuş ehtiyatlarını 1980 -cı illə müqyisədə 70% atırmağa imkan verib.
BP-nin məlumatı göstərir ki, Çinin ümumi daxili məhsulu (ÜDM) sürətlə artdıqca, onun enerji ehtiyatlarına tələbatı da 13,8% çoxalıb. 2003-cü ildə dünyada neft istehlakı artımının 41 faizi Çinin payına düşüb. Sinxua agentliyi BP-nin Analitik şöbəsinin rəhbəri Maykl Smitin bu sözlərini iqtibas ejir ki, Çində enerji ehtiyatlarının çatışmazlığı probleminin həllinin ən yaxşı yolu ölkədə sənayenin strukturunun yenidən qurulması və enerji ehtiyatlarından istifadənin səmərəsinin artırılmasıdır.
Yeri gəlmişkən, Çin ticarət Nazirliyinin məlumatına görə, 2004-cü ildə Çin 110 milyon ton (2003-cü ilə nisbətən -21% çox) neft idxal edəcək. Bu ölkə keçən il neftin idxal və istehlakına görə yalnız ABŞ-dan geridə olub.
Sinxua agentliyi xəbər verir ki, 2004-cü ilin ilk yarısında Çin idxal etdiyi 61 milyon ton neftə görə $15,169 milyard (müvafiq surətdə- 57,4% və 39,3%) ödəyib. Mütəxəsisslərə görə, neft idxalının davamlı artımı və qiymətinin artması Çinin xarici ticarət balansına, sənaye istehsalına və xalq təsərrüfatına mənfi təsir göstərəcək.
Neftin və hazır yanacağın qiymətlərinin qalxması nəqliyyat, neft-kimya və ölkə iqtisadiyyatının ayrı sahələrində istehsalın maya dəyərini artırıb. Ekspertlər hesab edirlər ki, orta yaşayış səviyyəsinə malik cəmiyyət quruculuğunu başa çatdırmaq üçün Çin enerjini çox işlədən istehsal sahələrindən çəkinməlidir.Enerjidaşıyıcılarından istifadənin səmərəsini artırmaq, enerjiyə qənaət edən məhsullar istehsalını hər cür mənimsəmək və ictimai nəqliyyatın inkişafına daha çox üstünlük vermək lazımdır.


AZƏRBAYCAN İRAN KREDİTİNƏ İES TİKİNTİSİ LAYİHƏSİNİ NƏZƏRDƏN KEÇİRƏCƏK

BAKU.09.08.2004.MEDIA-PRESS: Azərbaycan hökuməti iran tərəfinin kreditinə respublikada 4 istilik-elektrik stansiyası (İES) tikintisi layihəsi üzrə mövqeyini 2005-ci ilin əvvələnədək - iqtisadi əməkdaşlıq üzrə azərbaycan-iran hökumətlərarası komissiyasının növbəti iclasınadək müəyyənləşdirəcək.
"İnterfaks-Azərbaycan" agentliyi hökumətə istinadən məlumat verir ki, prezident Məhəmməd Xatəmi başda olmaqla İran dövlət nümayəndə heyətinin avqustun 5-7-də Bakıya rəsmi səfəri gedişində rəsmi Tehran respublikamızda 40 meqavat gücünndə İES-lər tikintisində maraqlı olduğunu bildirib.
Agentliyin müsahibi " hələləik bunun İran tərəfindən verilmiş bir təklif olduğunu" qeyd edərək, bildirib ki, Azərbaycan da yaxın zamanlarda 4 İES-in tikiləcəyi məntəqəni müəyyənləşdirəcək. Bəzi İES-lər bölgələrin enerji təchizatının yaxşılaşdırılması məqsədilə rayonlarda tikiləcək.

<<< <<<