rus || eng
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTAN QARS-AXALKALAKİ DƏMİRYOLUNUN TİKİNTİSİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDRLƏR
BAKU.11.08.2004.MEDIA-PRESS:
Türkiyə,Gürcüstan və Azərbaycanın nəqliyyat nazirləri ötən həftə Ankara görüşündə bu 3 ölkə hökumətinin Qars-Axalkalaki-Bakı dəmiryolunun Qars( Türkiyə)-Axalkalaki (Gürcüstan) hissəsinin tikintisində iştirakına dain niyət memorandumu imzalayıblar.
Azərbaycan Nəqliyyat naziri Ziya Məmmədovun "İnterfaks-Azərbaycan" agetliyinə verdiyi bu məlumata görə, Qars-Axalkalaki magistralının inşaası Gürcüstan ərazisindən keçməklə Azərbaycan və Türkiyə arasında müntəzəm dəmiryolu rabitəsi yaratmağa imkan verəcək.
Nazirin sözlərinə görə, tərəflər yaxın vaxtlarda əməli məsələlərlə məşğul olacaq, yəni TİƏ -ni (texniki-iqtisadi əsaslandırma) işləyəcək, təqribən $400 milyon dəyəri olan layihənin maliyyə mənbələrini axtaracaqlar. "Layihənin icrası üçün zəruri olan məbləğ və onu maliyyələşdirəcək mənbə hələlik müəyyənləşdirilməyib. İştirakçı ölkələr ən yaxın zamanda məhz bu məsələlərin həlli ilə məşğul olacaqlar.
Qars-Axalkalaki dəmirylounun uzunluğu 120 kilometrdir. Onun 90 km.-i Türkiyə , 30 km.-i isə Gürcüstan ərazisindən keçəcək.
Türkiyə, Gürcüstan və Azərbaycan Nəqliyyat nazirləri ölkələr ararsında beynəlxalq yükdaşımaları bazarındakı mövcud vəziyyəti, həmçinin bu 3 ölkənin nəqliyyat nazirlikləri arasında əməkdaşlığı gunişləndrmək perspektivlərini də müzakirə ediblər.
URMİYA SEMENT ( İRAN) BAKIDA SEMENT ZAVODU TİKMƏYİ TƏKLİF ETDİ
BAKU.11.08.2004.MEDIA-PRESS:
İran şirkəti URMİYA SEMENT Bakıda semnt zavodu tikməyi təklif edib.
Respublika İqtisadi İnkişaf nazirliyi nümayəndəsinin "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında qeyd olunur ki, azərbaycan tərəfi layihənin maddələrini dəqiqləşdirmək üçün bu yaxınlarda potensial iranlı investorla əlavə danışıqlar aparacaq.
Nümayəndə deyib : " Tezliklə başa çatdırılması nəzərdə tutulan bu danışıqlarda təklif olunan zavodun gücü, investisiyaların məbləği, məşğulluq, rentabellik və sair göstəricilər dəqiqləşdiriləcək. Azərbaycanın belə müəssisəyə böyük ehtiyacı var".
"Qaradağsement" QSC (qapalı səhmdar cəmiyyəti) indi respublikada sement istehsalı sahəsinin inhisarçııdır.
Nazirlikdə qeyd ediblər ki, İran 1995-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına təqribən $60 milyon sərmayə yatırıb. 2004-cu ilin ilk yarısında iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi $100 milyona çatıb ki,bu da ötən ilin eyni göstəricisindən iki dəfə çoxdur.
2004-CÜ İLİN 6 AYINDA AZƏRBAYCANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİ $2,8 MİLYARD TƏŞKİL EDİB
BAKU.11.08.2004.MEDIA-PRESS:
Azərbaycanın xarici ticarət dövriyəsi 2004-cü ilin 6 ayında 2003-cü ilin eyni dövrünə nisbətən 37% artaraq $2,8 milyard təşkil edib.
DGK (Dövlət Gömrük Komitəsi) nümayəndəsi bildirib ki, hesabat dövründə ixracın həcmi 33,8% ($1,3 milyard), idxalın həcmi isə - 33,6% ($1,5 milyard) artıb.
6 ayın bütün ticarət dövriyyəsinin 31,9 faizi- MDB, 36,2 faizi isə - Avropa İttifaqı ölkələrinin payına düşüb. Bütövlükdə əmtəə dövriyyəsinin 53,6 faizi- Avropa, 42,6 faizi -Asiya, 3 faizi-Amerika, 0,6 faizi- Afrika və 0,2 faizi isə -Okeaniya ölkələrinin payına düşüb.
Bü müddəttə Azərbaycan 112 ölkə ilə ticarət aparıb. Respublikanın başlıca ticarət tərəfdaşları İtaliya, Rusiyaya, Türkiyəyə, Qazaxıstan,Böyük Britaniyaya, Fransa , İran, Almaniyaya,Türkmənistan, ABŞ, Ukrayna, Çin, Malayziya və İsveç olublar.
2003-cü ildə Azərbaycan 129 ölkə ilə ticarət əlaqələri saxlayıb. Azərbaycan hökuməti 2008-ci ildə xarici ticarətin həcminin -$6 milyard 156,8 milyona çatacağını proqnozlaşdırır.
İLİN İLK 7 AYINDA AZƏRBAPYCAN ƏHALİSİNƏ $2,122 MİLYARDLIQ İSTEHLAK MALLARI SATILIB
BAKU.11.08.2004.MEDIA-PRESS:
2004-cü ilin 7 ayında Azərbaycan əhalisinə 10,4 trilyon manatlıq (4901 manat=1$) istehlak malları satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12,3% artıb. Malların 21,2 faizi-hüquqi şəxslər tərəfindən, 31,8 faizi- yarmarkalarda,11,4 faizi- bazarlarda və 35,6 faizi- ticarət köşklərində satılıb.
Azərbaycan Dövlət Statistika Komitəsində bildiriblər ki, əhəli ərzaq mallarına daha çox pul xərcləyib -6,9 trilyon manat. Qeyri-ərzaq mallarına -3,5 trilyon manat sərf olunub. Otən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq-9,5% və 20,2% artıb.
Bu müddətdə əhaliyə 1,9 trilyon manatlıq xidmətlər göstərilib ki, bu da ötən ildəkindən 16,6 % çoxdur.
AZƏRBAYCAN XİN BAŞÇISI QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ VƏ XƏZƏR MƏSƏLƏLƏRİNİ MOSKVADA MÜZAKİRƏ EDƏCƏK
BAKU.11.08.2004.MEDIA-PRESS:
RF və Azərbaycan XİN rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov Rusiya və Azərbaycanın MDB çərçivəsində qarşılıqlı fəaliyyətini və dağlıq qarabağ nizamlanmasını müzakrə edəcəklər. Bu məlumatı RF XİN-i yayıb.
E. Məmmədyarov avqustun 17-19-da Moskvada rəsmi səfərdə olacaq.
RF XİN-in məlumatında deyilir:" RF XİN rəhbəri S.Lavrovun E.Məmmədyarovla planlaşdırılmış görüşündə terrorizmə qarşı mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılacaq, müxtəlif sahələrdə rusiya-azərbaycan əməkdaşlığının perspektivləri, MDB çərçivəsində və beynəlxalq səhnədə hər iki ölkənin qarşılıqlı fəaliyyəti, dağlıq qarabağ nizamlanması və xəzər mövzusu müzakirə ediləcək".
İYULDA AZƏRBAYCANDA 1 MİLYON KV. M.-DƏN ARTIQ ƏRAZİ MİNALARDAN TƏMİZLƏNİB
BAKU.11.08.2004.MEDIA-PRESS:
Bu ilin iyulunda Azərbaycanın 1.336.566 kvadrat metr (kv.m.) ərazisi ANAMA ( Ərazilərin minalardan təmizlənməsi üzrə azərbaycan agentliyi) mütəxəssisləri tərəfindən minalardan və partlamamış döyüş sursatlarından təmizlənib.
ANAMA mətbuat xidmətində "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, bu tədbirlər zamanı 139 min döyüş sursatı və mina aşkarlanaraq zərərsizləşdirilib. İşlərinin aparıldığı məntəqədə hələ 877 965 kv.m. ərazi minalardan təmizlənməyib. Bu işə 82 sapyor ( mina təmizləyən) və 15 xüsusi təlim görmüş it cəlb olunub.
Azarbaycanda bu işlərin görüldüyü bütün dövr ərzində mina və mərmilərdən 10.611.918 kv.m. ərazi təmizlənib, 6130 mina və sair döyüş sursatı zərərsizləşlirilib.
AZƏRBAYCAN EKOLOGİYA NAZİRLİYİ SUYUN KEYFİYYƏTİNİ MÜƏYYƏNLƏŞDİRƏN AVADANLIĞ ALACAQ
BAKU.11.08.2004.MEDIA-PRESS:
Azərbaycan Ekologiya və Təbii ehtiyatları mühafizə nazirliyi Kür və Araz transsərhəd çaylarında suyun keyfiyyətinin monitorinqini keçirmək üçün avadanlıq alınmasına tender elan edib.
Nazirliyin nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda müsahibəsində deyib: " Biz transsərhəd çaylarımızda suyun keyfiyyətini müəyyənləşdirmək üçün, biri Qazaxda, ikincisi isə -Füzulidə ( hər iki rayon Ermənistanla həmsərhəddir) olmaqla , iki laboratoriya yaratmağı planlaşdırırıq".
ARDNŞ NEFTİNİN İLK SENTYABR PARTİYASINI TOTAL ALIB
BAKU.11.08.2004.MEDIA-PRESS:
Azərbacan Dövlət Neft Şirkətinin Novorossiyskdən tankerlərə yüklənən ixrac neftinin ilk sentyabr partiyası üzrə tenderin qalibi TOTAL S.A. fransız şirkətidir.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar (MİƏ) İdarəsində Media-Pressə verilən məlumata görə, həcmi 130 min ton olacaq neftin bu partiyası Novovrossiysk limanından sentyabrın ortalarında yola salınmalıdır.
İlin əvvəlindən bəri ARDNŞ -in Bakı- Novorossiysk kəməri ilə ixrac etdiyi neftini Total, Glencore, Sonol, Vitol Broking, LUKoyl, Litasco, Arcadia, Rocoil, Euroasian oil, Taurus və Petrofarm şirkətləri alıb.
ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə bu il üçün ixrac həcmini 2003-cü ilin səviyəsində, yəni -2,5 milyon ton səviyyəsində müəyyənləşdirib.
AÇG LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SƏNGƏÇAL TERMİNALININ GENİŞLƏNDİRİLMƏSİ İŞLƏRİNİN 98 FAİZİ GÖRÜLÜB
BAKU.11.08.2004.MEDIA-PRESS:
"Azəri-Çıraq-Günəşli" ("AÇG") yataqlarının işlənməsinin "1-ci Mərhələsi" çərçivəsində Səngəçal terminalının geişləndirilməsi işlərinin 98 faizi görülüb.
Jurnalistlərə bu haqda məlumat verən Səngəçal terminalının genişləndrilməsi layihəsinin direktoru Yakobus Nyuvenhauzenin sözlərinə görə, hər birinin 125 min ton (800 min barrel) tutumu olan iki neft çəninin tikintisi başa çatıb. Hər bir çənin hündürlüyü -22 metr, diametri isə -100 metrdir. Çənlərin tikilməsinə Fransadan gətirilmiş 6 min ton polad vərəqə işlədilib. Azərbaycanda bu çənlərin hələki tayı-bərabəri yoxdur.Hal-hazırda üçüncü belə çən tikilir.Burada artıq işlərin 75 faizi görülüb. İlin sonunadək 3 çənin üçü də istismara veriləcək.
2004-cü ilin son rübündə "Azəri " layihəsi çərçivəsində Səngəçal neft terminalında sınaq işlərinə başlanacaq. Bu sınaqların keçirilməsi üçün "Çıraq-1" plptformasından çıxarılmış neftdən istifadə olunacaq.
O ki, qaldı Səngəçal terminalının digər iri layihənin ehtiyacları üçün - "Şah-Dəniz" qaz-kondensat yatağının işlənməsi üçün genişləndirilməsinə, Nyuvenhauzenin sözlərinə görə, burada işlərin 35 faizi görülüb.
Bütün işlər görüləndən sonra Səngəçal terminalı "AÇG" off-şor yataqlarından çıxarılan neftin yığılması, emalı və ixracı, eləcə də "Şah-dəniz"də çıxarılasaq bütün qaz üzrə mərkəzi məntəqəyə çevriləcək.
Hasilatın əe yüksək dövründə bu terminal gündə 1 milyon barrel neft və 1 milyard kub fut (28,3 milyon kubmetr ) qaz buraxa biləcək. "Şah-Dəniz" qaz yatağının istismarına başlanandan sonra, burada gündə 900 milyon kub fut qaz emal edilərək Azərbaycan, Gürcüstan və Türkiyəyə veriləcək.
SƏNGƏÇAL TERMİNALINDAN "AZƏRİQAZ"IN PALAŞDIRICI ŞƏBƏKƏSİNƏDƏK QAZ BORUSUNU ÇƏKİLİŞİ OKTYABRDA BAŞA ÇATACAQ
BAKU.11.08.2004.MEDIA-PRESS:
BP-Azeribaijan şirkəti Səngəçal terminalından "Azəriqaz" SC-nin paylaşdırıcı şəbəkəsinədək qaz kəmərinin tikintisi işlərinin 80 faizini görüb. Tikinti sentyabr- oktyabrda başa çatmalıdır.
BU məlumatı jurnalistlərə Səngəçal terminalının genişləndirilməsi layihəsinin direktoru Yakobus Nyuvenhauze verib.
Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) və Dövlət Neft şirkəti ( ARDNŞ) bu qaz kəmərinin çəkilişinə dair sazişi keçən il imzalayıblar.
Uzunluğu 5 km. olan kəmər gündə 20-25 milyon kuğ metr qaz nəql edə bilər. $13 milyon dəyəri olan bu xəttin çəkilişi 2004-cü ilin sentyabrında başa çatmalıdır.
Bu kəmər "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində çıxan səmt qazının Azərbaycana əvəzsiz verilməsi üçün zəruridir.
Media-Pressin əvvəllər qeyd etdiyi kimi, "Azəriqaz" SC-nin ixtiyarında olan boru şəbəkəsi terminaldan 40-41 atmosfer təzyiqlə veriləcək qaza tab gətirə bilməz. Ona görə də əlavə qaz tənzimləyicisi quraşdıraraq təzyiqi 20 atmosferə endirmək və yalnız bundan sonra qazı "Azəriqaz"ın paylaşdırıcı şəbəkələrinə ötürmək nəzərdə tutulur.
Bu gün Səngəçala daxil olan neft səmt qazından və sudan təmizlənir. Səmt qazı isə yandırılır, Yeni borunun çəkilişi imkan yaradacaq ki, ARDNŞ məşəl kimi bihudə yandırılan qazı istehlakçılarına versin və bunun hesabına qaz idxalının həcmini gələcəkdə azaltsın.
İndi respublikanın qaza illik tələbatı 10-12 milyard kub metrdir. Bu həcmin yarısı daxili istixrac, yarısı isə idxal hesabına ödənilir. Bu il Azərbaycanda 5, 04 milyard qaz hasil edilməlidir. Bu həcmin 890 milyon kubmetrini ABƏŞ respublikaya əvəzsiz verəcək.
AMERİKAN MSDERMOTT CASPIAN CONTRACTORS-U BP- AZERİBAİJAN ÜÇÜN DALĞIC GƏMİSİNİN MODERNLƏŞDİRİLMƏSİNİ BAŞA ÇATDIRIB
BAKU.11.08.2004.MEDIA-PRESS:
McDermott Caspian Contractors ABŞ şirkəti bp-Azeribaijan şirkətinin sifarişini- "Tofiq İsmayılov" dalğıc gəmisinin modernləşdirilməsini başa çatdırıb. BP-nin vitse-prezidenti Nil Şounun sözlərinə görə, indi avadanlığı sınaqdan çıxarılan gəmi avqustun 25-dən sonra quru tərsanəyə aparılacaq.
Bu gəminin modernləşdirilməsi $35 milyona başa gəlib. McDermott Caspian Contractors bundan əvvəl də Azərbaycanın borudöşəyən "İsrafil Hüseynov" gəmisini, və "Xəzərdənizneftdonanması"nın 3 yardımçı gəmisini BP-Azerbaijanın sifarişi ilə modernləşdirib. Bü müqavilələrin ümumi dəyəri o vaxt $40 milyon olub. Həmin gəmilərdən Xəzərin dibi ilə "Çıraq" yatağından Səngəçal terminalınadək boru xətti çəkilişində istifadə olunub.
UKRAYNA ÖZ ƏRAZİSİNDƏN RUSİYA QAZININ TRANZİTİ HESABINA RUSİYAYA $1,25 MİLYARD QAYTARACAQ
BAKU.11.08.2004.MEDIA-PRESS:
Ukrayna 1997-2000- ci illərdə istehlak etdiyi rusiya qazına görə yaranmış $1,25 miyardlıq borcunu 2005-2009-cu illərdə rusiya "mavi yanacağı"nın ölkə ərazisindən tranziti hesabına ödəyəcək. Bu qərarı respublika hökuməti çıxarıb.
Qərarda qeyd olunur ki, "Nefteqaz Ukrainı" "Qazprom"la qarşılıqlı hesablaşma müqaviləsi imzalayacaq. Sənəd ukrayna şirkətinin "Qazprom"dan $1,25 milyardın ekvivalenti məbləğində avans (pişəki) alacağını nəzərdə tutur. "Nefteqaz Ukrainı" bu pulu 2005-2009-cu ilərdə rusiya təbii qazının Ukrayna ərazisindən tranziti üzrə xidmətlərin haqqı müqabilində alacaq.
Sazişin icrası üçün hökumət Ukrayna Milli Bankına tövsiyə edib ki, "Qazprom"dan xarici valyuta şəklində alacağı məbləğin yarısını məcburi şəkildə satmaq öhdəliyindən "Nefteqaz Ukrainı"nın azad olunması məsələsini həll etsin.
Bu şirkətin 1997-2000-ci illərdə istehlak etdiyi qaza görə "Qazprom"a ümumi borcu $1,48 milyard təşkil edir.
Əvvəllər işlənmiş mexanizm borcların 10 il dövriyyədə olacaq istiqrazlar buraxılışı yolu ilə 2003-2013-cü illər ərzində ödənilməsini nəzərdə tuturdu. Lakin "Qazprom" xeyli məbləğdə vergi öhdəliklərinin yarana bilməsi ehtimalına görə qiymətli kağızları qəbul etmədi.
RİA "Novosti"nin məlumatına görə, "Qazprom" borcların tənzimlənməsi üzrə bütün əməliyyatları yaxın günlərdə başa çatdırmağı planlaşdırır.
"QAZPROM" TÜRKİYƏDƏ İRİ İNVESTİSİYA LAYİHƏLƏRİ PLANLAŞDIRIR
BAKU.11.08.2004.MEDIA-PRESS:
Rusiya "Qazprom"u Türkiyədə iri investisiya layihələri planlaşdırır. Bu məlumatı açıqlayan konsernin İdarə heyəti sədrinin müavini Yuri Komarovun sözlərinə görə, " söhbət yüz milyonlarla dollardan gedir və kifayət qədər geniş layihələr nəzərdən keçirilir. Bu, ilk növbədə Türkiyənin qaz şəbəkəsinin,qazpaylaşdırıcı sisteminin və yeraltı qaz anbarlarının yaradılmasına aid olan layihələrdir".
Yuri Komarov bildirib ki, "Türkiyənin iqtisadi baxımdan ən əlverişli layihələri sentyabrda müəyyənləşdiriləcək ( yəqin,bu, RF prezidenti V.Putinin sentyabrın əvvəlində Tüukiyəyə səfəri zamanı baş verəcək - Media-Press). İndi əməkdaşlıq planlarının təfərrüatı şirkətlər və Türkiyə hökuməti ilə müzakirə olunmaqdadır".
"Finansovıye İzvestiya" qəzetinin yazdığı kimi, Qara dənizin dibi ilə Türkiyəyə qaz ixracını reallaşdırmış "Mavi axın" layihəsindən sonra , "Qazprom" yeni layihəni gerçəkləşdirmək niyyətindədir- məqsəd özünə Türkiyədə istehlakçılar tapmaqdır.
Konsern elektrik stansiyalarına və qazpaylaşdırma infrastrukturunun inkişafına maya qoymaqla, artıq istismarda olan "Mavi axıın" kəmərini tam yükləyəcəyinə ümid bəsləyir.
Qəzet xatırladır ki, "Qazprom"un rəhbəri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyəti iyulun sonlarında "yerində kəşfiyyat apararaq", energetika və təbii ehtiatlar naziri Hilmi Gülerlə görüşərkən, türkiyə tərəfi ilə müvafiq danışıqlar aparıb. İndi , "Qazprom" onu maraqlandıran obyektləri alan kimi, investisiya sazişlərinin imzalanacağı gözlənilir.
Təhlilçilər "Qazprom"un Türkiyədə yeni investisiya planlarını birmənalı şərh etmirlər. Məsələn, "ATON" investisiya şirkətinin (İŞ) numayəndəsi Dmitri Lukaşov yazır:" çətin ki, bu ölkə ərazisindəki yeni layihələr adi qaz ixracından faydalı olsun". Məsələn, elektroenergetika layihələrində iştirakdan daşışsaq, Türkiyədə bu biznes gəlir gətirir ona görə ki, onu dövlət tənzimləyir. Ancaq "Mavi axın"ın timsalında görmək olur ki, "Qazprom" dövlət tənzimləməsindən xeyirdən daha çox ziyan görür."
Lakin digər tərəfdən , Türkiyəyə əlavə sərmayə yatırılması "Mavi axın"a xərclənənləri qaytarmağın, bəlkə də yeganə yoludur. İŞ "Prospekt"-in təhlilçisi Dmitri Mangelov vurğulayı ki, "Qazprom"un türkiyə istehlakçılarına şərik çıxmaq səyi" möcud nəqliyyat xətlərinin gücündən tam bəhrələnməyə və kəmərlərin tikintisi xərclərini çıxarmağa yonəlib.Yeni investisiyalarsız bu proses illərlə uzanacaq. Elədə nə üçün də sərmayə qoyulmasın? Ələlxüsus da, "Qazprom" Türkiyə ərazisində investisiyaya layiq obyektlər taparsa".
KİYEV BOSFORUN HƏDDƏN-ZİYADƏ YÜKLƏNMƏSİ BARƏDƏ TÜRKİYƏNİN TƏŞVİŞİNİ ƏSASSIZ SAYIR
BAKU.11.08.2004.MEDIA-PRESS:
Odessa-Brodı neft kəmərindən revers istifadə nəticəsində Bosforun həddən-ziyadə yüklənməsi təşlükəsi barədə Türkiyənin təşvişi əsassızdır. Bu fikrini jurnalistlərə açıqlayan Ukrayna Yanacaq və Energetika Nazirliyi (YEN) Departamentinin direktoru Nikolay Yevdoşşukun sözlərinə görə, rusiya neftinin dəniz neftdoldurma terminalı "Yujnı" istiqamətində bu kəmərlə nəqlinə başlanandan sonra, Bosforun "yükü" ancaq 7% (ildə 9 milyon ton) artacaq.
2003-cü ildə Bosfordan tankerlərlə 135 milyon ton neft daşındığı üçün ( son hədd -200 milyon tondur), əlavə 9 milyon ton boğazdakı şəraitə elə də mənfi təsir göstərməyəcək."Onların (türklərin) texnoloji səciyyəli təşvşləri əsassızdır".Yevdoşşuk belə deyib.
Xəbər verdiyimiz kimi, Türkiyənin Xarici İşlər naziri Abdullah Gül Ukraynanın rusiya neftini Qaradəniz və Bosfordan nəql etmək üçün Odessa-_Brodı kəmərinin revers variantından istifadə etmək planlarından narahatlığını bildirmiş və "Zerkalo nedeli" (Ukrayna) qəzetinə müsahibəsində türkiyə böğazlarında gərginliyin günü-gündən artdığını demişdi. Söhbət boğazlardan təhlükəli maddələrin get-gedə daha böyük miqdarda daşınmasından və son 7 ildə belə yüklərin həcminin 125% artaraq, 134 milyon tonu aşmasından gedir.
A.Gülün sözlərinə görə, "Hərəkətin belə gərgin olduğu dünya boğazlarından heç biri 12 milyon əhalisi olan bir şəhərin mərkəzindən keçmir. Belə vəziyyət ölkəmiz üçün gərginlik mənbəyidir. Hökumətimiz əlindən gələni əsirgəmir ki, adamların həyatının, əmlakının, ətraf mühitin, gəmiçiliyin təhlükəsizliyini tam təmin etsin və bu istiqamətdə yorulmadan çalışır. Keçən ilin sonunda işə saldığımız VTS sistemi bu səylərimizə real misaldır".
Türkiyə XİN-i rəhbəri deyib :" Biz qaradəniz qonşularımızdan dəstək gözləyirik.Çünki gördüyümüz tədbirlər Bosfor boğazının qarşılaşdığı təhlükəni tam aradan qaldırmaq üçün yetərli deyil. Bunun üçün gərək türkiyə boğazları neft kəməri rolu oynamasın və üstünlük bu boğazlardan yan keçən yollara verilsin".
YAPONİYA TEPCO-SU AZƏRBAYCAN ENERJİ SİSTEMİNİN VƏZİYYƏTİNƏ DAİR YEKUN HESABAT HAZIRLAYIB
BAKU.11.08.2004.MEDIA-PRESS:
TEPCO (Tokyo Elektrik Power Company) Yaponiya konsaltinq şirkətinin mütəxəssisləri Azərbaycanın energetika sektorunun çoxaylıq tədqiqatının nəticələri üzrə iyekun hesabat hazırlazıblar.
Respublika hökuməti , Yanacaq və Energetika nazirliyi nümayəndələrinin iştirakı ilə Bakıda keçirilmiş seminarda TEPCO-nun nümayəndəsinin qeyd etdiyi kimi, 2004-cü ilin aprelindən bəri şirkətin ekspertləri sahə üzrə illik göstəriciləri, proqnoz və təhlilləri hərtərəfli araşdırıb, okyektlərlə yaxından tanış olub, başqa idarələrin ekspertləri və enerjipaylaşdırıcı şirkətlərin nümayəndələri ilə görüşüblər.
"Azərenerji" SC İstehsalat- texniki şöbəsinin rəisi Təyyar İbrahimovun sözlərinə görə, tərəflər başlıca məsələdə- Azərbaycanın generator qurğularına, xüsusən də Abşeronda, böyük ehtiyac duyması məsələsində yekdil rəydə olublar.
Bununla yanaşı bəzi layihələrin üstünlüyü məsələsində yapon mütəxəssisləri ilə fikir ayrılığı da var. Məsələn , azərbaycan tərəfi Naxçıvan Muxtar respublikasına elektrik enerjisi ixracını artırmağı nəzərdə tutan proqramlara strateji əhəmiyət verir.
TEPCO tədqiqatını bu işə vəsait ayırmış yaponiya JBİC bankının sifarişi ilə görür. Bank azərbaycan energetikləri ilə gələcək siyasətini məhz bu məlumat əsasında quracaq.
JBİC bu vaxtadək Bakı Şimal DRES-də 400 MVt gücündə ilk buxar-qaz qurğusunun, Qaradağ-Digah-Şimal DRES qaz kəmərinin çəkilişini də maliyyələşdirib və indiyədək bu işlərə $340 milyon kredit ayırıb.
"AZƏRENERJİ" ENERJİ OBYEKTLƏRİNİ İNŞA EDƏN VƏ YENİDƏN QURAN PODRATÇI AXTARIR
BAKU.11.08.2004.MEDIA-PRESS:
"Azərnerji" SC İmişli-Əlibayramlı- Astara elektrik verilişi xəttini ( EVX) layihələşdirən və tikən, eləcə də 4 yardımçı stansiyanı tikən və yenidən quran baş podratçını seçmək üçün yaxın günlərdə tender keçirəcək.
SC mətbuat xidmətində "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, tenderin nəticələri sentyabr-oktyabrda məlum olacaq, layihənin özü isə 20-24 aya reallaşacaq. İran İxrac və İnkişaf Bankı layihənin maliyyələşdirilməsində iştirak edəcək və bu məqsədlə $75 milyon ayıracaq. Azərbaycanla İran arasında müvafiq saziş İran prezidenti Məhəmməd Xatəminin avqustun 5-7-də respublikamıza səfəri zamanı imzalanıb. Layihənin pulunun 85 faizini iran krediti təşkil edəcək, qalan xərclər isə əlavə kreditlər və ya SC-nin öz vəsaitləri hesabına ödəniləcək.
Azərbaycan və İran artıq bir neçə ildir ki, enerji mübadiləsinin artırılmasına yönəlmiş tədbirləri həyata keçirirlər, Bunun nəticəsidir ki, qarşılıqlı enerji mübadiləsinin həcmi hazırda 200 mevaqata (MVt) yaxındır, gələcəkdə isə 700 meqavata yüksələ bilər.
Bu strateji vəzifələrin gerçəkləşməsi üçün, yalnız respublikamızda 350 kilometrlik yüksəkvoltlu xətt- İranla sərhəddə yerləşən İmişli rayonundan başlayaraq, Əli-Bayramlı-Salyan-Masallı -Astara 220-330 kV gərginlikli EVX -ni tikmək lazım gələcək.
Bundan əlavə , İmişli, Əli-Bayramlı, Masallı yardımçı stansiyaları yenidən qurulmalı, Salyanda isə yardımçı stansiya tikilməlidir.
<<< <<<