rus || eng
AZƏRBAYCAN VƏ İRAN SƏRHƏD RABİTƏSİ ÜZRƏ SAZİŞİ YAXIN ZAMANDA İMZALAYACAQLAR
BAKU.13.08.2004.MEDIA-PRESS:
Dəmiryolu rabitəsinə aid sərhəd sazişinin son variantını razılaşdırmaq və imzalamaq üçün yaxı zamanda İran Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Bakıya gələcək.
Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında saziş layihəsinin İran prezidenti Məhəmməd Xatəminin avqustun 5-7-də Azərbaycana səfəri gedişində əslində tam razılaşdırıldığını, vaqonlardan qarşılıqlı istifadə tariflərinin fikir ayrılığına gətirən yeganə məsələ olduğunu qeyd edib. İran təklif edirdi ki, qarşılıqlı hesablaşmalarda MDB dövlətləri arasında istifadə olunan tariflər tətbiq edilsin. Ancaq azərbaycan dəmiryolçuları hesab edirlər ki, İran vaqonların haqqını , belə deyək, uzaq xarici ölkə kimi, daha yüksək beynəlxalq tariflərlə ödəməlidir."Uzun danışıqlardan sonra biz iran tərəfini Azərbaycanın şərtlərini qəbul etməyə inandıra bildik".-Sitatın sonu.
Nümayəndənin dediyinə görə, nəqliyyat rabitəsi üzrə sərhəd sazişinin imzalanması sərhədin keçilməsini, gömrük və sair bu kimi qaydaları yüngülləşdirəcək. Sənəd yük və sərnişin daşımalarının təhlükəsizliyi məsələlərini işıqlandırır, qatarların aşmaması və sair qəza hallarında kömək göstərilməsi tədbirlərini müəyyənləşdirir.
AZƏRBAYCAN ŞİRKƏTİ AYSBERG RM LTD "BÇS" SC-NİN YENİ SAHİBİ OLACAQ
BAKU.13.08.2004.MEDIA-PRESS:
Azərbaycan şirkəti AYSBERG RM Ltd. "Bakı "Çinar" soyuducuları" (BÇS) səhmdar cəmiyyətinin (SC) alınması məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibidir.
Media-Pressə İqtisadi İnkişaf nazirliyində verilən məlumata görə, AYSBERG RM Ltd. alqı-satqı sazişinin imzalanmasından sonrakı 30 gündə dövlət büdcəsinə 1,4 milyard manat köçürməyə və 120 min özəlləşdirmə çeki təqdim etməyə, habelə investisiya proqramı üzrə ilkin işlərin görülməsi üçün SC-nin hesabına 196 milyon manat köçürməyə borcludur.
AYSBERG RM Ltd. 12 ayda müəssisənin inkişafına 9,8 milyard manat ( təqribən $2 milyard) sərmayə yatıracaq. Bu iş iki mərhələdə ediləcək. Vəsaitlər avadanlığın bərpasına və yenilərinin alınmasına, müasir texnologiyaların tətbiqinə, istehsalat yerlərinin yenidən qurulmasına sərf ediləcək. SC-nin yeni sahibinin qarşısında qoyulan şərtlərdən biri də azı 100 yeni iş yerinin açılmasıdır. Bu zaman SC-də orta əməkhaqqı 300 min manatdan ( təqribən -$60) az olmamalıdır.
AZƏRBAYCANDA ƏHALİNİN NÖVBƏTİ SİYAHIYA ALINMASI 2009-CU İLDƏ GERÇƏKLƏŞƏCƏK
BAKU.13.08.2004.MEDIA-PRESS:
Dövlət Statistika Komitəsi 2009-cu ildə əhalini növbəti dəfə siyahıya alacaq.
Komitənin sədri Arif Vəliyev mətbuat konfransında deyib ki, 2004-cü il iyulun 1 -ə Azərbaycanda 8 milyon 300 min əhali yaşayıb ki, bu da əvvəlki ayın müvafiq göstəricisindən 0,4% artıqdır. !999-cu ilin siyahıyaalmasına görə, erməni =azərbaycanlı münaqişəsinə baxmayaraq, Ermənistanın işğalı altında olmayan Azərbaycan ərazilərində rəsmən qeydiyyatda olan 657 erməni yaşayır.
A.Vəliyev əslində bu rəqəmin xeyli çox, yəni 20 minə yaxın olduğunu deyib. Ancaq BMT-nin tövsiyyəsinə uyğun olaraq, vətəndaşların siyaşıyaalınmasın zamanı milli mənsubiyyəti göstərən rəsmi sənədlər təqdimi onlardan tələb olunmayıb.
FİNANCİAL TİMES : TÜRKİYƏ NEFTİN BOSFORDAN NƏQLİNİ DAYANDIRMAQ YOLLARINI ARAYIR
BAKU.13.08.2004.MEDIA-PRESS:
Türkiyə həddən-ziyadə yüklənmiş Bosforda irimiqyaslı qəzaların baş verməsi təhlükəsinin artması ilə bağlı neftin bu boğazdan nəqlini dayandırmaq məqsədi ilə beynlxalq neft şirkətlərinə təzyiq göstərir və əvəzində bu su yolundan yan keçən kəmərlərin tikintisinə köməyini təklif edir.
Britaniya işgüzar dairələrinin qəzeti "Financial Times" ("FT") bu barədə daha sonra yazır: Türkiyənin rəsmi nümayəndələrinin sözlərinə görə, Ankara şirkətlərin Bosfordan neft nəqlini dayandırmağa razı olacaqları təqdirdə, neftin Qara dənizdən Egey dənizinədək daşınması üçün quruda boru xəttinin çəkilişinə icazə verilməsi məsələsində qeyd-şərtsiz əməkdaşlıq təklif edib.
İndi Türkiyənin Energetika nazirliyi 5 boru xətti layihəsini nəzərdən keçirir. Qara və Egey dənizləri arasında çəkiləcək və hər birinin uzunluğu 193 km. olacaq iki kəmər İstanbulun qərbindən Frakiya ərazisi ilə keçəcək. "FT" yazır ki, layihələrdən birinin hamisi türkiyə iş adamı Rusiyanın neft kəmərləri inhisarçısı "Transneft" və TNK-BP ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Qəzetin məlumatına görə, Türkiyə XİN-i beynəlxalq neft şirkətləindən tələb edəcək ki, onlar bir sıra "könüllü prinsiplər"ə razılıq versinlər, Bu halda onlar qurudan çəkilən xətlərdən istifadə etmək məcburiyyətində qalacaqlar. Türkiyə tərəfi hesab edir ki, bu qəbil saziş olmasa, borular tam yüklənməyə də bilər.
"FT" bildirir ki, Türkiyənin rəsmi nümayəndələri bu təklfləri müzakirə etmək üçün, neft şirkətlərinin nümayəndələri ilə iyulda Ankarada görüşüblər. Bosfordan ən çox istifadə edən Rusiya neft şirkətlərinin nümayəndələri ilə görüş isə avqustda olmalıdır.
Ekspertlərə görə, rusiya rəsmiləri çətin ki, Türkiyənin təklifinə razılıq versinlər. Çünki bu halda Rusiyanın Bosfordan, Mərmərə dənizindən və Dardanel boğazından sərbəst surətdə Egey və Aralıq dənizlərinə çıxış hüquqlarını pozulmuş sayardılar.
Türkiyənin məlumatına görə, bu il Bosfordan 53 min gəminin, o cümlədən 9,5 min neft və neft məhsulları yüklənmiş tankerin, keçəcəyi gözlənilir. Bu boğazdan cari ildə keçəcək neft yüklərinin həcmi 160 milyon tona yaxın olacaq. Bu, 5 il əvvəlkindən 60% artıqdır.
İRAN QAZININ TÜRKİYƏYƏ İXRACINA DAİR DANIŞIQLAR RAZILIQ ƏLDƏ OLUNANADƏK, YAXUD BEYNƏLXALQ MƏHKƏMƏYƏ… ÇATANADƏK DAVAM EDƏCƏK
BAKU.13.08.2004.MEDIA-PRESS:
İran qazının Türkiyəyə ixracına dair müqavilə kommersiya mahiyətli olduğu üçün, bu məsələ üzrə danışıqlar ortaq məxrəc əldə edilənədək davam edəcək. Belə razılıq əldə edilməzsə, problemlə arbitraj məhkəməsi məşğul olacaq. İran Milli Məclisində millət vəkillərinin suallarını cavablandıran neft naziri Bijan Zənqane belə deyib.
Bu məsələ barədə iran və türkiyə tərəfləri arasında məsləhətləşmələrin davam etdiyini bidirən nazir Pakistan və Hindistana qaz xəttinin çəkilişi imkanları sualına cavab olaraq, Pakistanla bütün məsələlərin çözüldüyünü və razılaşdırılmış sazişlərin icrasına ən yaxın zamanlarda başlanacağını deyib.
Müqavilənin nə vaxt imzalanacağı, əlbəttə ki, İslamabad-Dehli danışıqlarının nəticəsindən asılı olacaq. Məlumdur ki, İran qaz kəmərinin Pakistandan sonra Hindistana da çəkilməsini istəyir.
Yeri gəlmişkən, İran news-in məlumatına görə, İranın Milli qaz ixracı şirkətinin direktoru Rokneddin Cavadi hesab edir ki, Pakistan qazı boru xətti ilə idxal etmək qərarı verərsə, onun üçün ən faydalısı yalnız İran variantı ola bilər.
Onun dediyinə görə, Pakistanın ixtiyarında daha 2 variant var, Bu ölkə qazı Türkmənistan və Qətərdən də ala bilər. Qazı Türkmənistandan almaq üçün Pakistan Əfqanıstan ərazisindən boru xətti çəkməyə məcbur olacaq. Bu isə ona həm tikintinin özü ilə bağlı olan çətinliklərə görə, həm də qazın Əfqanıstandan yüksək tranzit qiymətinə görə faydalı deyil.
Qətərdən idxal isə dəniz dibi ilə xətt çəkilişini tələb edərdi ki, bu da iran variantı ilə müqayisədə ona xeyli baha oturardı.
Rokneddin Cavadi qeyd edib ki, İrandan qazın kəmərlə Pakistana nəqlində heç bir çətinlik olmayacaq. Belə ixrac üçün hər şey hazırdır. Pakistan belə saziş bağlamaq istəyini bildirəndən düz 2 il sonra qazın ixracı başlayacaq.
İRAN TANKERLƏRİN TİKİNTİSİNƏ $8 MİLYARD XƏRCLƏYƏCƏK
BAKU.13.08.2004.MEDIA-PRESS:
İran Milli neftdoldurma donanması şirkəti (MNDŞ) tankerlərin və maye qaz daşıyan gəmilərin tikintisinə 2020-ci ilədək $8 milyard xərcləməyi planlaşdırır. Proqnozun tərtibi zamanı İranın dünya xam neftinin 10 faizinə, təbii qazın isə 18 faizinə malik olması, eləcə də həm bu xammal növlərinin, həm də neft məhsullarının ixracının müvafiq artımları, üstəgəl ölkənin 3 min km. uzunluğunda dəniz sərhədləri kimi amillər nəzərə alınıb.
Şirkətin hesablamalarına görə, 2020-ci ilədək bütün dünyada maye qazın nəqli üçün ixtisaslaşdırılmış yeni gəmilərin və tankerlərin tikilməsinə $70 milyard lazım gələcək.
DÜNYADA İYULDƏ GÜNDƏLİK NEFT İSTİXRACI 83,5 MİLYON BARREL ARTIB
BAKU.13.08.2004.MEDIA-PRESS:
2004-cü ilin iyulunda dünyada gündəlik neft hasilatı 83,5 milyon barrelə çatıb. Bu, iyun ayının gündəlik istixracından 550 min barrel çoxdur. Rəqəmləri dünyanın neft ixrac edən ən inkişaf etmiş 26 ölkəsinin üzv olduğu İEA-nın ( Beynəlxalq Energetika Agentliyi) aylın məruzəsində dərc olunub.
İyulda OPEK ölkələri gündəlik neft hasilatını (İraqla birlikdə) 450 min barrel artırıblar və bu, əsasən İraqın hasilatı ( gündəlik-2 milyon barrelə yaxın) hesabına baş verib.
OPEK-in 10 üzvünün (İraqsız) iyulda gündəlik hasilatı 27,1 milyon barrel ( iyul ayı üçün kvota=25,5 milyondur) olub.
OPEK-in gündəlik ehtiyat gücü 1,2 milyon barrel həcmində qiymətləndirilir. İEA analitiklərinə görə, kartel 2004-cü ilin sonunadək gündəlik hasilatı 400 min,2005-ci ildə isə -daha 700 min barrel artıra bilər.
Bu arada neft hasilatını artırmağa hazır olduğunu təsdiqləyən yalnız Səudiyyə Ərəbistanı olub. Ölkənin Neft naziri Əli ən-Nuayminin deyib ki,biz neftin qiymətlərinin artmasına yol verməmək üçün gündəlik hasilatı daha 1,3 milyon barrel artırmağa hazırıq. Sitat:" Beynəlxalq neft şirkətləri əlavə miqdarda neft tələb etsələr Səltənət onların ehtiyaclarını ödəməyə hazırdır. Ölkəizin gündəlik hasilatı azı 1,3 milyon barrel artırmağa imkanı var.Zərurət yaranarsa, bunu dərhal etmək olar". Ən_Nuayminin bu bəyanatını SPA Səudiyyə agentliyi yayıb.
Doğrudur, İEA nə bu qəbil bəyanatları, nə də OPEK rəhbərinin dediklərini çox da inandırıcı saymır. Purnomo Yusgiantoro vət etmişdi ki, 2004-cü ilin sonunadək kartel gündəlik hasilatını 1,5 milyon barrel artıra biləcək. İEA-nın hesablamalarına görə isə, OPEK gündəlik 2,4 milyon barrel artıma yalnız 2007-ci nail ola biləcək. 2004-2005-ci illərdə isə artım yalnız 1,1 milyon barrel civarında olacaq. İEA ekspertlərinə görə, "Yalnız güclü sərmayə yatırılması və cari istehsalın azaldılması hesabına ehtiyat imkanlardan istifadə gerçəkləşə bilər". Məlumdur ki, əslində kartel üzvləri əcnəbi investorları neft sahəsinə yaxın da buraxmırlar.
İEA-nın hesablamalarına görə, OPEK üzvü olmayan müstəqil neft ixracçıları 2004-05- illərdə gündəlik hasilatı 1,2 milyon barrel artıra biləcəklər.
İEA-nın məruzsində deyilir ki, dünyada neftə gündəlik tələbat 2004-cü ildə-82,2 milyon, 2005-ci ildə isə- 84 milyon barrel təşkil edəcək. İƏİT ( İqtisadi Əməkdaşlıq və İnkişaf Təhkilatı) ölkələrində neftin sənaye ehtiyatları iyun ayında ümumən 2 milyard 534 milyon barrel artıb və keçən ilin göstəricisindən 16 milyon barrel çox olub.
YUKOS ətrafında baş verənlər də İEA-nın diqqətindən yayınmayıb. Hərçənd, Agentlik Rusiyanın neft bölməsinin gələcəyini nikbin görür. Ekspertlər əmindirlər ki, "hadisələrin inkişafı YUKOS-un iflası ilə nəticələnsə belə, şirkətin istixrac cahələri və maliyyəsinin idarəsi əsasən Rusiya hökumətinin əlinə keçəcək. "Hadisələrin hətta bu şəkildə inkişafı təqdirində də , Rusiya OPEK üzvü olmayan ölkələr ararsında öz liderlik rolunu qoruyub saxlayacaq".
İEA-nın İcraçı direktoru Ramsi iştirakçı ölkələrlə məsləhətləşmələrdən sonra deyib ki, Agentlik neftin rekord səviyyəsinə çatmış dünya qiymətləri qarşısında duruş gətirmək üçün hələ ki, öz strateji neft ehtiyatından istifadə etməyi planlaşdırmır. İEA-nın 1974-cü ildə yaradılmış strateji neft ehtiyatı ərəblərin neft qadağalarından "qərb dünyası"nı qoruya bilən alət kimi düşünülüb. Strateji ehtiyatlar 90 günə bəs edər. "Kommersant" qəzetinin yazdığına görə, İEA hələ də Avropa İttifaqının 120-günlük strateji neft ehtiyatı yaradılması təklifinin əleyhinədir.
RF XİN-İ: RUSİYA DAĞLIQ QARABAĞ ÜZRƏ EHTİMALİ AZƏRBAYCAN-ERMƏNİSTAN RAZILAŞMALARININ TƏMİNATÇISI OLMAĞA HAZIRDIR
BAKU.13.08.2004.MEDIA-PRESS:
Rusiya Dağlıq Qarabağ yzrə ehtimali azərbaycan-ermənistan razılaşmalarının təminatçısı olmağa hazırdır. RF XİN-in rəsmi nümayəndəsinin müavini Boris Malaxov Azərbaycanın Xarici Siyasət baş idarəsinin rəhbəri Elmar Məmmədyarovun avqustun 17-19-da Moskvaya səfəri ilə bağlı jurnalistlər qarşısındakı çıxışında daha sonra deyib:" Rusiya müxtəlif səviyyələrdə, həmçinin hər iki ölkənin prezidentləri səiyyəsində, azərbaycan-ermənistan mükaliməsinin davam etməsini alqışlayır. Moskva hesab edir ki, münaqişə iştirakçılarının özləri münaqişənin həllinin məqbul yolunu tapmalıdırlar. Rusiya isə həm ikitərəfli əsasda, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu işdə ən fəal yardımçı və razılaşmaların təminatçısı olmağa hazırdır".
B. Malaxov Azərbaycan XİN başçısının Moskva danışıqlarında dağlıq qarabağ nizamlanması probleminin müzakirəsinin nəzərdə tutulduğunu , həmçinin Xəzərin hüquqi statusunun işlənməsi prosesinin cari vəziyyətinin və ikinci Xəzər sammitinin keçirilməsi imkanlarının araşdırılacağını bildirib.
Rusiya XİN-i rəsmi nümayəndəsinin müavini Malaxovun sözlərinə görə, Ruiya və Azərbaycanın XİN rəhbərləri " antiterror problemlərinə, hər iki dövlətin gələcək sıx qarşılıqlı fəaliyyət yanaşmalarının razılaşdırılmasına, terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə əməli addımlara xüsusi diqqət yetirəcəklər".
B.Malaxov " regional və beynəlxalq şəraitin inkişafının vacib məsələləri, BMT-nin rolunun möhkəmləndirilməsi, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə fikir mübadilələrinin keçiriləcəyini, hər iki nazirliyin Qafqazda və dünya səhnəsində əməkdaşlığının dərinləşdirilməsi , beynəlxalq təşkilatlarda hərəkətlərinin əlaqələndirilməsi yollarının müzakirə ediləcəyini bildirib.
Rusiyalı diplomat axırda deyib:" Rusiya-azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə, ələlxüsus da iki ölkə arasında mal dövriyyəsinin 2 dəfə artırılaraq, onun həcminin yaxın illərdə 1 milyard dollara çatdırılmasına ,yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin səmərəliyinin artırılmasına, sərhədyanı əlaqələrin inkişafına, Rusiya subyektlərinin Azərbaycanla əməkdaşlığına yönələn ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrasının müzakirələrinə mühüm yer ayrılacaq".
İLHAM ƏLİYEV 2005-Cİ İLDƏ "RUSİYADA AZƏRBAYCAN İLİ"-NİN KEÇİRİLMƏSİ BARƏDƏ SƏRƏNCAM İMZALAYIB
BAKU.13.08.2004.MEDIA-PRESS:
Azərbaycan prezidenti İlham Əliyev 2005-ci ildə "Rusiyada Azərbaycan ili"nin və 2006-cı ildə isə "Azərbaycanda Rusiya ili"nin keçirilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamı ilə Azərbaycan ilinin və Rusiya ilinin keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılır , başçısı isə ölkənin baş naziri Artur Rasizadə təyin olunub.
Azərbaycan ilinin və Rusiya ilinin keçirilməsi barədə razılaşma İlham Əliyevin bu ilin fevralında Moskvaya rəsmi səfəri zamanı əldə edilib.
AZƏRBAYCANDA 7 AYDA ÜDM -İN HƏCMİ 2003-CÜ İLİN EYNİ DÖVRÜ İLƏ MÜQAYİSƏDƏ 9,4% ARTIB
BAKU.13.08.2004.MEDIA-PRESS:
Azərbaycand bu ilin 7 ayında ÜDM-in həcmi 2003-cü ilin eyni dövrünə nisbətən 9,4% artıb. Bu barədə mətbuat konfranında məlumat verən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib ki, artım 10,6% gözlənilsə də, bu, baş verməyib. Çünki, "Çıraq-1" dəniz platformasında iyulda neft istixrac deilməyib. Buna baxmayaraq, MDB-nin başqa ölkələri ilə müqayisədə azərbaycanda ÜDM-in səviyyəsi ən yüksək olaraq qalır.
7 ayda sənayedə artım -4,4%, xarici ticarət dövriyyəsinin artımı isə -30 faizdən yüksək olub.
Ölkə iqtisadiyatına xarici investisiyalardan danışan A . Vəliyev 7 ayda bu sahəyə $2,2 milyard (40% çox) vəsait qoyulduğunu, tikintiyə investiyiaların keçən ilə nisbətən daha çox ( 68%) artdığını vurğulayıb.
A.Vəliyev kənd təssərrüfatı sahəsində taxıl biçinin əsasən başa çatdığını, 2,2 milyon ton buğda və arpa tədarük olunduğunu deyib. Hazırda qarğıdalı yığımı davam edir. Bü məhsulun həcminin 150 min ton olacağı gözlənilir.
A, Vəliyev 7 ayda əhalinin gəlirinin 19 % , orta əməkhaqqının 464 min manata ( 4902 manat = 1$) çatdığını, bununla belə əhalinin 20 faizinin gəlirinin Komitə tərəfindən qeydə alınmadığını və təbii ki, hesabatlarda əks olunmadığını deyib. O fəaliyyətinə nəzarət edilə bilməyən məşğuliyyətlər sırasında repetitorluğu, mənzilləin muzdla işləyənlər tərəfindən təmirini , tikilməsini və sairə halları göstərib.
10 AYDA AZƏRBAYCANDA 76 MİNƏ YAXIN İŞ YEİ AÇILIB
BAKU.13.08.2004.MEDIA-PRESS:
Azərbaycanda 2003-cü ilin oktyabrından 2004-cü ilin iyulunadək 75 845 min iş yeri açılıb.
Bu məlumatı mətbuat konfransında açıqlayan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib ki, iş yerlərinin 50 mini daimi, qalanı isə müvəqqəti, ya da mövsümidir. 31 mindən artıq iş yeri yeni açılmış , 15 705 iş yeri isə artıq mövcud olan müəssisələrdə yaradılıb. 2957 nəfər köhnə iş yerlərinə bərpa olunub.
Mərkəzi -aran iqtisadi zonasında -18 860, Bakıda- 16 800 yeni iş yerləri açılıb.
Yeni iş yerlərinin sahələr üzrə bölgüsü belədir: tikintidə - 8,8%, ticarət sahəsində-6,6%, dövlət idarələrində- 2,9%, emal sənayesində- 6,2%. Xarici şirkətlər və müştərək müəssislər yni iş yerlərinin 6,4 faizini yaradıblar.
Azərbaycanda əcnəbilərin əmək fəaliyyətinə toxunan A.Vəliyev qeyd edib ki, ölkəmizdə 2500 əcnəbi rəsmən işçi kimi qeydiyyatdan keçib. Əslində bu rəqəmlər rean mənzərəni əks etdirmir, çünki, ölkəmizdə qeyri-rəsmi çalışan xarici vətəndaşlar da az deyil.
AZƏRBAYCANLA İRAN ARARSINDA YENİ EVX İSTİFADƏYƏ VERİLİB
BAKU.13.08.2004.MEDIA-PRESS:
İran və Azərbaycan Culfaları arasında yeni elektrik verilişi xəttinin (EVX) çəkilişi ilə Naxçıvan Muxtar respublikasına (MR) enerji verilməsinə başlanıb.
Media-Pressə "Azərenerji" SC mətbuat xidmətində bildiriblər ki, yeni xətlə Naxçıvan MR-ə 40 meqavata yaxın elektrik enerjisi veriləcək və MR indiki 110 meqavat əvəzinə 140-150 meqavat almağa başlayacaq. Ermənistan tərəfindən təcrid vəziyyətinə salınmış Naxçıvan MR-in enerji təchizatının yaxşılaşdırılması məqsədilə azərbaycan Culfasında yardımçı stansiya tikilib. Uzunluğu 800 metr olan Culfa-Culfa EVX-nin və yardımçı stansiyanın tikintisi $1,5 milyona başa gəlib.
2004-cü ilin 7 ayında MR-in aldığı 640,9 milyon kVt/saat elektrik enerjisinin 332,5 milyonunu İran, 229,7 milyonunu Türkiyə verib, qalan 78,8 milyon kVt/saat enerjini isə yerli "Araz" su-elektrik stansiyası hasil edib.
ETEN VƏ DB ABŞERONUN NEFT HOPMUŞ TORPAQLARININ TƏMİZƏNMƏSİ LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ BARƏDƏ DANIŞIQLAR APARIRLAR
BAKU.13.08.2004.MEDIA-PRESS:
Azərbaycan Ekologiya və Təbiii Ehtiyatlar Nazirliyi (ETEN) Abşeron yarımadasının neft hopmuş ərazilərinin təmizlənməsi layihəsinin maliyyələşdirilməsi barədə Dünya Bankı (DB) ilə fəal danışqlar aparır.
ETEN-ə istinadən Media-Pressin verdiyi məlumata görə, bu məsələ üzrə DB və Azərbaycan hökumətinin qərarları gözlənilir. DB respublikanın əsas onşor neft-qaz yataqlarının yerləşdiyi Abşeron yarımadasının neft hopmuş torpaqlarının təmizlənməsinə $14-15 milyon ayırmaq niyyətindədir. Çirklənmiş torpaqları sahələrə bölmək və təmizlənmə işlərinə dövlət və DB ilə yanaşı özəl sektorun nümayəndələrini də cəlb etmək nəzərdə tutulur. Abşeronda neft hopmuş torpaqların ümumi sahəi 30 min hektardan artıqdır. Bu ərazilərin tam təmizlənməsi hətta $10 milyard tələb edə bilər.
Ona görə də ETEN-də qeyd ediblər ki, vəsaitiləri ölkə daxilində əldə etmək üçün, qeyri-standart yollar da axtarılır. Tələb olunan vəsait tapılarsa, irimiqyaslı təmizləmə işlərinə başlamaq və elə şərait yaratmaq olar ki, torpaqlar gələcəkdə çirklənməsin.
Abşeronun çirklənmiş torpaqlarının təmizlənməsi layihəsinin tətbiqinə 2005-ci ildə başlamaq planlaşdırılır.
Bu, heç də ilk belə layihə deyil. Media-Press artıq məlumat verib ki, Abşeronda neft hopmuş 10 hektar ərazi DB-nın vəsaitləri hesabına təmizlənməkdədir. Rekultivasiya işlərinə $5,1 milyon ayrılıb. Bu, təxirəsalınmaz ekoloji investisiyalar proqramının ( ümumi dəyəri - $24,5 milyondur) tərkib hissəsidir. Proqrama Sumqayıt Yerüstü aktiv maddələr zavodu ərazisinin civə tullantılarından təmizlənməsi, ekoloji menecmentin təkmilləşdiilməsi və təhlükəli tullantıların idarə olunması layihələri daxildir. Bu proqram çərçivəsində Neftçalada balıqartırma zavodu da tikilib.
Təxirəsalınmaz ekoloji investisiyalar proqramı DB-dan əlavə, Azərbaycan və Yaponiya hökumətlərinin , habelə Know-How bankının qrantları hesabına maliyələşdirilir.
AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ QAZAXISTAN KONTEYNER QATARINI TRACECA DƏHLİZİNDƏ SINAQ EDƏCƏK
BAKU.13.08.2004.MEDIA-PRESS:
Azərbaycan, Gürcüstan və Qazaxıstanın Dəmiryolu idarələri TRACECA-nın ( Avrasiya nəqliyya dəhlizinin) imkanlarını nümayiş etdirmək üçün, avqustun axırı-sentyabrın əvvəllərində Poti-Bakı-Aktau-Almatı marşrutuna konreynerlər qatarını buraxacaqlar.
Azərbaycan Dəmiryolu (AzDY) idarəsinnin nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında qeyd edib ki, " başlıca məqsəd Avropa və Asiyada yükləri koteynerlərlə daşıyan şirkətlər üçün, bu marşrutun xeyrinə reklam tədbiri keçirməkdir. Hazırda ilk nümayiş qatarına qoşulacaq vaqonların sayı və yükləri həcmi hesablanır".
İndilikdə isə Avropadan Asiyaya və geriyə konteyner daşımaları, məsələn ,Əfqanıstanı humanitar yardım,əsasən Rusiya və İran əraziləri vasitəsi ilə həyata keçirilir."Biz TRACECA layihəsinin iştirakçı ölkələri kimi, çalışmalalıyıq ki, bu yük axınını mümkün qədər avrasiya dəhlizinə cəlb edək".- AzDY idarəsinin nümayəndəsi belə deyib.
TRACECA çərçivəsində yükdaşımalarını artırmaq üçün , hazırda, demək olar ki, istifadəsiz qalmış Bakı Beynəlxalq Dəniz limanının konteyner terminalının yenidən qurulması çox vacibdir.
Avropa -Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) Frankfurtu (Almaniya ) Şanhayla (Çin) birləşdirəcək. Azərbaycan,Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya,Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan,Özbəkistan, Tacikistan və Qırğızıstan bu proqramın iştirakçılarıdır.
AZDY MƏRKƏZİASİYA NEFTİNİN GÜRCÜSTANA TRANZİTİNİ AZALDIB
BAKU.13.08.2004.MEDIA-PRESS:
2004-cü ilin 7 ayında azərbaycan dəmir yolu (AzDY) 5,6 milyon ton Mərkəzi Asiya respublikaları neftini Gürcüstanın qaradəniz limanlarına daşıyıb. Rəqəmlər sübut edir ki, keçən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstan və Türkmənistandan neft və neft məhsulları tranzitinin həcmi bu il 400 min ton , yaxud 6,6% azalıb.
Bu məlumatı "İnterfaks-Azəröbaycan" agentliyinə açıqlayan AzDY nümayəndəsinin sözlərinə görə, tranzitin ixtisarı dünya neft bazarındakı vəziyyətlə və nefttreyderlərinin qiymətlərin artımı şəraitində neft ixracının daha münasib şərtlrini gözləmək planları ilə bağlıdır.
Bununla belə azərbaycan dəmiryolçularının fikrincə, "üzümüzə gələn payız-qış mövsümündə neftdaşımalarının həcmi artacaq və bunun belə olcağını treyderlərin fyuçers müqavilələri üzrə sifarişləri də sübut edir".
Bütövlükdə isə 2003-cü ildə mərkəziasiya neft və neft məhsullarının AzDY ilə tranziti 12 milyon olub ki, bu da 2002-ci ilin göstəricisindən 4% artıqdır.
<<< <<<