rus || eng


BAKIDA KONSTİTUSİYA MƏHKƏMƏLƏRİNİN FƏALİYYƏTİ ÜZRƏ BEYNƏLXALQEMİNAR KEÇRİLƏCƏK

BAKU.27.08.2004.MEDIA-PRESS: Sentyabrın 3-də Bakıda " Vaqeənin Konstitusiya məhkəmələrinin təcrübəsində rolu" mövzusunda beynəlxalq seminar keçiriləcək.
Azərbaycan Konstitusiya Məhkəməsi (KM) Beynəlxalq əlaqələr şöbəsində "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, " Xarici təcrübənin bu və ya digər ölkənin KM-nin fəaliyyətinə təsiri məsələsi indi Avropada xüsusi əhəmiyyət kəsb etməkdədir.
Seminarda Avropa Şurası ( AŞ) Venesiya Komissyasının katibi Canni Bukikkionun, Rusiya KM başçısı Valeri Zorkinin, eləcə də Avropanın bir sıra ölkələri və ABŞ nümayəndələrin də iştirakı gözlənilir.
Azərbaycan KM numayəndəsinin sözlərinə görə," Avropanın bəzi ölklərinin KM nəinki İnsan hüquqları üzrə Avropa məhkəməsinin, eləcə də ayrı ölkələrin məhkəmələrinin təcübələrindən bəhrələnir. Azərbaycan KM də dəfələrlə xarici məhkəmələrin təcrübəsinə üz tutub. Lakin bu gün belə təcrübədən bəhrələnməyin əhəmiyyəti birə-iki artıb. Çünki artıq respublika vətəndaşları da KM-nə şikayət etmək imkanına malikdirlər.
"Azərbaycanın Konstitusiya məhkəməsi haqqında" yeni qanun 2003-cü ilin sonunda qəbul edilib. Qanun ayrı- ayrı şikayətlərin verilməsi və onlara baxılması qaydalarını müəyyənləşdirir.


AZƏRBAYCANLI EKSPERTLƏR ABŞ-DA İCTİMAİ TELEVİZİYANIN FƏALİYYƏTİ İLƏ TANIŞ OLACAQLAR

BAKU.27.08.2004.MEDIA-PRESS: Azərbaycan Milli Məclisinin (MM) və Teleradio verilişləri üzrə Milli Şuranın (TR MŞ) üzvləri yerli ictimal televiziyanın fəaliyyəti ilə tanış olmaq üçün avqustun 28-də ABŞ-a yollanacaqlar.
"İnterfaks-Azərbaycan" agentliyinə TR MŞ-da bildiriblər ki, "Azərbaycan nümayəndə heyətinin səfəri 21 gün sürəcək. Bu müddətdə heyət Vaşinqton və Nyu-yorkda, Ohayo və Texas ştatlarında amerika ictimai tlevizxiyasının fəaliyyəi ilə yaxından tanış olacaq".
TR MŞ-da ABŞ Dövlət Departamentinin (XİN-nin) səfərə sponsorluq etdiyini bildiriblər.
Azərbaycan İctimai televiziyası haqqında qanunu hazırda MM-də sonuncu dəfə nəzərdən keçrilir. Bu müzakirələrdən sonra qanunu ölkə prezidenti təsdiqləməlidir.


AZƏRBAYCAN ŞİRKƏTLƏRİ MOSKVA BEYNƏLXALQ ƏRZAQ MALLARI SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏK

BAKU.27.08.2004.MEDIA-PRESS: Moskvada sentyabrın 21-24-də keçiriləcək World Food Moscow - 2004 Ümumdünya Ərzaq sərgisində Azərbaycanı 9 şərabçılıq və kəndə təsərrüfatı məhsullarının emalı müəssisəsi təmsil edəcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bakı, Gəncə, göyçay və Tovuzun şərabçılıq müəssisələri sərgidə öz məşsullarını, Azərsun, Saf, Miri Pak, Akva Vita şirkətləri və lənkəran konserv zavodu meyvə və tərəvəzdən hazırladıqları növbənöv konservləri, şorabaları, kompotları və sair ərzaq mallarını nümayiş etdirəcəklər.


SENTYABRDA BAKIDA "AZPRİNTMEDİA-2004" 2-Cİ İXTİSASLAŞDIRILMIŞ BEYNƏLXALQ SƏRGİ AÇILACAQ

BAKU.27.08.2004.MEDIA-PRESS: Sentyabrın 8-10-da Bakıda "Poliqrafiya, reklam, dəftərxana ləvazimatı və Media " ("AzPrintMedia") 2-ci ixtisaslaşdırılmış Azərbaycan beynəlxalq sərgisi keçiriləcək. İTE Group PLC (Böyük Britaniya) və onun Cənubi Qafqazdakı üstün tərəfdaşı İTECA Caspian Ltd tədbirin təşkilatçılarıdır.
Sərgidə genişformatlı və ofset mətbuatının son nailiyyətləri,yeni çap avadanlığıöz əksini tapacaq. Avropa və Asiyanın 14 ölkəsinin 30 şirkət, nəşriyyat,reklam agentliyi, mass-media , veb-studiyaları öz məhsul və texnologiyalarını, dizayn tərtibatlarını və sair ixtiralarını təqdim edəcəklər.
10 minə yaxın adamın, o cümlədən, bu sahə şirkətlərinin rəhbər və mütəxəssislərinin, marketinq və ictimaiyyətlə əlaqələr üzrə mecerlərin, neft kompleksi müəssisələri ,telekommunikasiya, tikinti, yeyinti, kimya, dərmanlar istehsalı və xidmət sahələri menecerlərinin sərgi ilə tanış olacaqları gözlənilir.


AZƏRBAYCANDA 6 AYDA NEFT MƏHSULLARI İSTEHSALI 10,8% ARTIB

BAKU.27.08.2004.MEDIA-PRESS: Azərbaycanın neft emalı zavodları 2004-cü ilin yanvar-iyun aylarında neft məhsulları istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% artırıb.
382,7 min ton (artım 12,3%) - avtomobil benzini, 883,2 min ton ( artım- 13,9%) - dizel yanacağı , 312,6 min ton ( azalma -4,2%) - ağ neft, 1,365 milyon ton ( artım-15,7%) -mazut, 137,5 min ton( 6,2%-az ) -nafta ( birbaşa qovulan benzin), 32,3 min ton (artım- 20,5%)- neft bitumu, 21,4 min ton ( artım-56,2 %) - sürtgü yağları istehsal edilib.
Azərbaycanda 2 neft emalı zavodu var. Biri Heydər Əliyev adına Bakı Neft emalı zavodu (BNEZ) ( keçmiş "Azərneftyanacaq") və "Azərneftyağ".
"Azərneftyag" sürtgü yagları və sair ağır neft məhsulları buraxılışında ixtisaslaşır və onun illik gücü -14 milyon tondur. İllik gücü 8 milyon tona çatan Heydər Əliyev adına BNEZ isə neftin daha yüngül fraksiyalarının istehsalında ixtisaslaşır.
Hökumətin proqnozlarına görə, 2004-cü ildə Azərbaycanda əsas neft məhsulları növlərinin istehsalı artacaq. Benzin istehsalı-3,51%, dizel yanacağı -5,1%, təyyarə yanacağı -2,9%, neft koksu - 5,7%, neft bitumu -60% çoxalacaq. 2004-cü ildə təkcə yanacaq mazutunun həcminin azalacağı proqnozlaşdırılır: 2,14 milyon ton. Bu, 2003-cü ildəkindən 11,3% azdır.


ARDNŞ NEFTİNİN İKİNCİ SENTYABR PARTİYASINI TAURUS PETROLEUM İSVEÇRƏ ŞİRKƏTİ ALIB

BAKU.27.08.2004.MEDIA-PRESS: Azərbaycan dövlət neft şirkətinin (ARDNŞ) Bakı-Novorossiysk kəməri ilə ixrac olunan neftinin ikinci sentyabr partiyasını Taurus Petroleum isveçrə şirkəti alıb.
ARDNŞ-in Marketinq və İqtisadi əməliyyatlar idarəsində Media-Pressə bildiriblər ki, Taurus Petroleum 130 min ton neftin satın alınması üçün keçirilmiş tenderin qalibi sayılıb. Bu neft Novorossiyskdən sentyabrın 25- 27-də yola salınmalıdır. Bildiyiniz kimi, ARDNŞ-in sentyabr neftinin 130 min ton həcmində ilk partiyasını fransa şirkəti Total S.A. almışdı.
Cari ildə ARDNŞ Bakı-Novrossiysk marşrutu ilə toplam 2,5 mln. ton neft ixrac etməlidir ki, bu da 2003-cü ilin ixrac həcmi qədərdir. Rusiya və Azərbaycan arasında 1999-cu ilin yanvarında imzalanmış hökumətlərarası sazişə görə, müddətin qurtarmasına yarım il qalmış tərəflərdən hər hansı biri sazişi qüvvədən salmaq qərarını bəyan etmirsə, sənədin vaxtı avtomatik olaraq daha bir il uzadılır. Hər 5 ildən bir isə tərəflər sazişə qarşılıqlı razılaşma əsasında dəyişiklik edə bilərlər.


AZƏRBAYCANDA 7 AYDA NEFT MƏHSULLARI İSTEHSALI 13,5% ARTIB

BAKU.27.08.2004.MEDIA-PRESS: Azərbaycanın neft emalı zavodları 2004-cü ilin yanvar-iyuL aylarında neft məhsulları istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artırıb.
459,4 min ton (artım 15,2%) - avtomobil benzini, 1,05 milyon ton ( artım- 16,9%) - dizel yanacağı , 367,2 min ton ( azalma -2,2%) - ağ neft, 1,539 milyon ton ( artım-13,9 %) -mazut, 160,5 min ton ( artım- 19,7%) -nafta ( birbaşa qovulan benzin), 45,8 min ton (artım- 24,1 %)- neft bitumu, 25,3 min ton ( artım-70,9 %) - sürtgü yağları istehsal edilib.
Azərbaycanda 2 neft emalı zavodu (NEZ) var: Heydər Əliyev adına Bakı Neft emalı zavodu (BNEZ) ( keçmiş "Azərneftyanacaq") və "Azərneftyağ".
"Azərneftyag" sürtgü yagları və sair ağır neft məhsulları buraxılışında ixtisaslaşır və onun illik gücü -14 milyon tondur. İllik gücü 8 milyon tona çatan Heydər Əliyev adına BNEZ isə neftin daha yüngül fraksiyalarının istehsalı üzrə ixtisaslaşır.
Hökumətin proqnozlarına görə, 2004-cü ildə Azərbaycanda əsas neft məhsulları növlərinin istehsalı artacaq. Benzin istehsalı- 3,51%, dizel yanacağı -5,1%, təyyarə yanacağı -2,9%, neft koksu - 5,7%, neft bitumu -60% çoxalacaq. 2004-cü ildə təkcə yanacaq mazutu həcminin azalacağı proqnozlaşdırılır: 2,14 milyon ton. Bu, 2003-cü ildəkindən 11,3% azdır.


KƏMƏRDƏ QƏZA BAŞ VERDİYİ ÜÇÜN RUSİYADAN AZƏRBAYCANA QAZ VERİLMƏSİ DAANDIRILIB

BAKU.27.08.2004.MEDIA-PRESS: Mozdok-Qazı Məhəmməd magistral kəmərində baş vermiş qəza səbəbindən Rusiyadan Azərbaycana qaz verilməsi dayandırılıb. Rusiya "Qazprom"unun qurumu "Kaspiqazprom"-un dispetçer xidmətində "İnterfaks-Yuq" agentliyinə bu barədə verilən məlumata görə, qəza Çeçenistanın Şelkovsk rayonunun Çervlenaya kənti yaxınlığında avqustun 26-da axşam baş verib. Kəmərin partlaması nəticəsində Çeçenistanın özünə , eləcə də Azərbaycana qaz verilməsi dayandırılıb.
Hadisə yerində işləyən komissiya qəzanın səbəblərini və zəruri bərpa-təmir işlərinin həcmini müəyyənləşdirməlidir.
Dispetçer xidməti bildirir ki, bbu hadisə Dağıstan əhalisinin kifayət həcmdə qaz almasına təsir göstərməyəcək.
İlkin məlumata görə, moskva vaxtı ilə saat 22 radələrində Çervlenaya kəndinin 10 kilometrliyində kəmərdə əvvəlcə qaz sızması, sonra isə partlayış baş verib. Saaat 24-də isə kəmərin bu məntəqəsində qaz verilişi dayandırılıb.
Rusiya 2000-ci ilin sonlarından etibarən Şirvanova-Mozdok-Qazı Məhəmməd kəməri ilə Azərbaycana qaz ixracına başlayıb. 2001-2003-cü illərdə respublikamız bu qazı "İtera"dan alıb, 2004-cü ildən isə - "Qazeksport"dan alır.
Bu qaz ARDNŞ və "Qazeksport" arasındakı müqvilə əsasında idxal edilir. Sənədə görə , RF şirkəti 2004-cü ildə Azərbaycana hər min kub metri 52 dollar olmaqla 5,5 milyard kubmetr qaz ixrac etməlidir.
İdxal qazının çox qismi elektrik enerjisinin istehsalı məqsədi ilə respublikann istilik-elektrik stansiyalarına verilir. Bu, Azərbaycanın özünün istixrac etdiyi illik 5 milyard kubmetr qazı ölkə əhalisinin ehtiyaclarının ödənilməsinə yönəltməə imkan verir.


ANKARA BOSFRDAN YAN KEÇƏN 5 KƏMƏR LAYİHƏSİNİ ÖYRƏNİR

BAKU.27.08.2004.MEDIA-PRESS: İngiltərənin işgüzar dairələrinin qəzeti "Financia Times"in yazdığına görə, Türkiyə neftin Qara dənizdən Egey dənizinə daşınması üçün quru ərazi ilə kəmər çəkilişinə icazə verilməsi məsələsində "mütləq əməkdaşlıq" təklif etməyə hazırdır.
Deyilənə görə, Türkiyənin Energetika nazirliyi 5 kəmər layihəsini öyrənməkdədir. 2 layihə Qara və Egey dənizləri arasında İstanbuldan qərbdə frakiya ərazisində 193 -km.-lik neft kəmərinin tikintisini nəzərdə tutur. Layihlərdən birinə Türkiyənin iş adamı sponsorluq edir. O, Rusiyanın "Transneft" və TNK-BP şirkətləri ilə arşılıqlı anlaşma memorandumu imzalayıb.
Neft ekspertlərinin rəyinə görə, çətin kiB Rusiya hökuməti Türkiyənin bu təklifinə razılıq versin. Çünki bunu Rusiyanın Bosfordan, Mərmərə dənizindən , Dardaneldən, Egey və Aralıq dənizlərindən sərbəst keçmək hüququnun pozulması hesab edərdi.
Rusiya və Türkiyənin bu mübahisəsindən Yunanıstan yararlanmağa tələsib. Avqustun 9-da Moskvada RF Sənaye və Energetika naziri Viktor Xristenkonun Üunanıstan İnkişaf nazirinin müavini Salaqudislə görüşünd Bosfordan yan keçən Burqas- Aleksandrupolis neft kəmərinin çəkilişi müzakirə mövzüsu olub. Uzunluğu 300 km., diametri 1000 mm. Olacaq bu kəmər boyunda 2-3 nasos stansiyası da olmalıdır.Ancaq iş Yunanıstanda deyil.
"Yumşaq, diplomatik formada" cərəyan edən Türkiyə-Rusiya münaqişəsi hələ bu ilin yanvarında başlayıb. O vaxt türkiyə rəhbərliyi qaradəniz boğazlarından rusiya tankerlərinin keçidini müvəqqəti dəfə məhdudlaşdırdı və bu, Cənubi Avropanın neft emalı zavodlarında dərhal böhran yaratdı. Nəticədə avropa enerji bazarında neftin qiyməti xeyli qaxdı.
Problem doğrudan da var. Məğzi isə bundan ibarətdir ki, boğazlarda, xüsusən də Bosforda, gəmiçilik getdikcə çətinləşir. Bosforun ən dar yerinin eni təqribən 600 metrdir. Buradan keçən gəmilər həm də əslində düz bucaq altında səmtlərini dəyşməli olur. Çoxmilyonlu İstanbul rayonunda hansısa iritonnajlı tankerin qəzaya uğrayacağı təqdirdə, bu, çox ciddi ekoloji təhlükə yaradır.
Belə hadisələr artıq baş verib. Məsələn, 1994-cü il martın 13-də Kiprin 100 min ton neft aparan tankeri quru yük gəmisi ilə toqquşması ciddi qəzaya gətirdi. Hər şey alova büründü, 13 min ton neft dənizə töküldü və yanğın 4 gün davam etdi. Bu kimi hal Türkiyə hökumətini vadar edirdi ki, gəmilərin boğazlardan keçidinin yei qaydalarını müəyənləşdirsin.
Yersi. Com internet -satı yazır: bu şəraitdə 2 variant mümkündür. Birincisi, Rusiya-türkiyə asibətlərində gərginliyin artması, Həm də bu halda Rusiyanın Türkiyəni güzəştə vadar etmək imkanları hələ ki, yoxdur. İkincisi, Bosfor və Dardaneldən yan keçməyə imkan verən yolların axtarışı. Qara dəniz sahilindəki bolqar limanı Burqası yunanıstanın Egey sahilindəki Aleksandrupolis limanı ilə birləşdirəcək neft kəməri buna aiddir. Bu layihə Rusiya, Bolqarıstan və Yunanıstandan indi fəal müzakirə olunmaqdadır.


XƏZƏRYANI ÖLKƏLƏR XƏZƏRİN BÖLÜŞDÜRÜLMƏSİNƏ ƏNGƏL TÖRƏTMƏSƏLƏR, TEHRAN DA BUNA SƏY GÖSTƏRƏCƏK

BAKU.27.08.2004.MEDIA-PRESS: "Tehran Xəzərin bölüşdürülməsinə əngəl törətməyəcək, bu şərtlə ki, sahilyanı ölkələr də buna səy göstərsinlər.
Ancaq İTAR-TASS-a verdiyi müsahibəsində bu fikrini açıqlayan İranın Moskvadakı səfiri Qolamreza Şafei eyni halda bbildirib ki, İran "Xəzəri hövzə ölkələrinin ümumi dənizi sayır".
Onun sözlərinə görə, problemlərin həllində ortaq fikrin zəruriliyi barədə 5 xəzəryanı ölkənin razılaşmasını rəhbər tutan İran "Xəzər üzrə sazişlərin hazırlanmasına yönələn kollektiv səyləri həmişə müdafiə edib". Səfir indi İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan dövlət başçılarının müşavirəsinə hazırlıq görüldüyünü deyib: "Sammtin bu yaxınlarda Tehranda keçiriləcəyi gözlənilir. 5 ölkənin danışıqları nəticəsində Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılmasına aid problemlərin bir qismi öz həllini tapıb. Təhlükəsizlik, sahilyanı su yollarından istifadə, silahsızlaşdırılma, bölgəyə aidiyyəti olmayan dövlətlərin buranın işlərinə qarışmaması kimi məsələlər isə hələ də gündəlikdədir.Dənizin statusunun və onun yeraltı sərvətlərinin bölüşdürülməsində hər ölkənin payının müəyyənləşdirilməsi qaydası da həllini tapmayıb.Bütün səylərə baxmayaraq, bu məsələlər üzrə hələ də razılıq əldə edilməyib".
İran diplomatı deyib ki, Tehran problemlərə yanaşmada " Rusiya və SSRİ ilə mövcud olan 1921 və 1940-cı il ikitərəfli müqavilələrə istinad edir.Hamı bu sənədlərə ehtiram bəsləməlidir. Bu müqavilələr 5-tərəfli danışıqların əsası olaraq qalmalıdır. İran hesab edir ki, Xəzərdən müştərək istifadə razılaşması regionun başı üzərini almış təhlükəyə ən yaxşı cavab olardı və bu, dənizin qorunması mənafeinə dah dolğun cavab verərdi".
Səfir deyib :"Lakin, İran bəzi ölkələrin dənizi bölmək səylərini əngəlləməyəcək. Ədalət prinsipinə və hər ölkənin real şəraitinə, həmçinin sahil xəttinin uzunluğu və formasına hökmən riayə olunması nəzərə alınarsa, bu yanaşma kerçəkləşə bilər".
Diplomatın sözlərinə görə, "İran və Rusiya bir-birinin tələbatını ələlxüsus da nəqliyyat sahəsində daha da zənginləşdirmək imkanlarına malik olan iki ən iri xəzəryanı ölkədir.Xəzərin başlıca rol oynayacağı "Şimal-Cənub" nəqliyat dəhlizinin yaradılmasını region ölkələri də, başqa ölkələr də bəyənib. Bu layihənin ən geniş interasiya məqsədi ilə İranın, Rusiyanın və ayrı ölkələrin maraq dairəsini birləşdirən mühüm birhəlqəyə çevrilmək şansı vardır". Sitatın sonu.


İLİN ƏVVƏLİNDƏN BƏRİ AZƏRBAYCANDA SƏNAYE İSTEHSALIIN HƏCMİ 15.5 TRİLYON MANAT ( $3,16 MİLYARD) TƏŞKİL EDİB

BAKU.27.08.2004.MEDIA-PRESS: İlin əvvəlindən Azərbaycanda sənaye istehsalının həcmi 15,5 trilyon manat ( $3,16 milyard) təşkil edərək, 2003-cü ilin eyni göstəricisini 4,4 % keçib.
Məhsul istehsalı emal sənayesi müəssisələrində 11,1 %, elektrik enerjisi, qaz və suyun istehsalı və paylanması sahələrində -3,9 % artım olduğu halda, istixrac sənayesində - 0,8 % azalma baş verib.
7 ayda istixrac sənayesində 7,11 trilyon, emal sənayesində -7,07 trilyon, elektrik, su və qaz təchizatı sahələrində -1,29 trilyon manatlıq məhsul istehsal edilib.
İstehsal olunmuş ümumi məhsulun -45,9 faizi- istixcrac, 45,7 faizi -emal, 8,4 faizi isə- elektrik, su və qaz təchizatı sahələrinin payına düşüb. 2004-cü ilin yanvar-iyulunda sənayenin özəl bölməsində məhsul istehsalı- 2,7 % təşkil edib.


AZƏRBAYCANDA 7 AYDA ORTA ƏMƏKHAQQI 94,6 DOLLAR OLUB

BAKU.27.08.2004.MEDIA-PRESS: Bu ilin 7 ayında Azərbaycanda orta əməkhaqqı 463,9 min manat ( $94,6 ) olub ki, bu da 2003=cü ilin eyni dövründəkindən 23,7 %artıqdır.
Statistikaya görə, ən yüksək əməkhaqqı istixrac və tikinti sənayelərində, vasitəçilik, kommersiya və maliyyə sahələrində qeydə alınıb. Müəssisələrdə əvəzləmə sistemi ilə işləyənlərin nominal ora əməkhaqqı bu dövrdə -216,1 min manat, mülki-hüquq səciyəli müqavilələr üzrə -350,6 min manat təşkil edib.
Respublikada əməkqabiliyyətli əhalinin sayı 2004-cü il avqustun əvvəlində -3,808 milyon nəfər, yaxud bütün əhalinin-46,5 faizi qədər olub. Rəsmi məlumata görə, onların yalnız 55,4 min nəfəri (1,45 faizi) rəsmi işsiz statusuna malikdir. İqtisadiyyatın müxtəlif sahələrində əməkqabiliyyətli əhalinin 98,55 faizi ( 3,753 milyon nəfər) çalışır.
2004-cü ilin 7 ayında bir boş iş yerinə 6 iddiaçı olub. Rəsmi işsiz statusu alanların 52,8 faizi qadınlardır. İyulda işsizlik üzrə müavinət 136B3 min manat olub ki , bu da muzdla ihləyənlərin orta aylıq əməkhaqlarının 28,6 faizi deməkdir.
Avqustun 27-ə manatın rəsm məzənnəsi : 4904 manat =1$.


İİN SENTYABRIN 13-14-DƏ GƏNCƏDƏ İNVESTİSİYA KONFRANSI KEÇİRƏCƏK

BAKU.27.08.2004.MEDIA-PRESS: İqtisadi İnkişaf Nazirliyi sentyabrın 13-14-də Azərbaycanın 2-ci sənaye mərkəzi Gəncədə respublikanın qərb bölgələrinə sərmayə qoyuluşu imkanlarına həs olunmuş konfrans keçirməyi planlaşdırır.
Nazirlikdə "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, konfrans Sərmayəqoyuluşları və məsləhətləşmələrin təşviqi Fondu ilə birgə hazırlanır. Tədbirdə beynəlxalq maliyyə təşkilatları və xarici iş adamlarının da iştirakı gözlənilir.
İndi Nazirlik daha cəzbedici investisiya layihələrinin siyahısını hazırlayır ki, onları maliyyələşdirmək üçün investorlara təqdim etsin. Meyvə-tərəvəz, heyvandarlıq məhsularının emalı, makaron fabrikinin, quru süd istehsalı müəssisəsinin tikintisi üzrə layihələrə daha çox üstünlük verilir.

<<< <<<