rus || eng


AZƏRBAYCAN İSR MOTORS-U "NEFTÇALA YOD-BROM" SC-NİN YENİ SAHİBİDİR

BAKU.30.08.2004.MEDIA-PRESS: Azəbaycanın İSR MOTORS şirkəti "Neftçala Yod-Brom" Səhmdar Cəmiyyətinin alınması məqsədi ilə keçirilmiş investisiya müsabiqəsinin qalibidir.
İqtisadi İnkişaf nazirliyində Media-Pressə verilən məlumata görə, İSR MOTORS alqı-satqı sazişinin imzalanmasından sonrakı 30 gündə dövlət büdcəsinə 1,3 milyard manat ( 4904 manat =1$) köçürməli, 65 min özəlləşdirmə çeki təqdim etməli və investisiya proqramı üzrə ilk işlərin görülməsi üçün SC-nin hesabına 294 milyon manat köçürməlidir.
İSR MOTOROS 18 ayda müəssisənin inkişafına 9,8 milyard manat ( təqribən $2 milyon) maya qoyacaq və bu işi 3 mərhələdə görəcəkdir: köhnə avadanlıq bərpa olunacaq, yeniləri alınacaq, müasir texnologiyalar tətbiq ediləcək, istehsalat yerləri yenidən qurulacaq. SC-nin yeni sahibi işçilərin indiyədək qalmış əməkhaqqı borclarını da ödəməlidir.


MAXAÇQALADA RUSİYA VƏ AZƏRBAYCAN NƏQLİYATÇILARININ DANIŞIQLARI BAŞA ÇATIB

BAKU.30.08.2004.MEDIA-PRESS: Maxaçqalada Rusiya və Azərbaycan nəqliyyatçıları görüşüblər. Rusiya tərəfini RF Nəqliyyt Nazirliyinin (NN) Yol təsərrüfatı və avtomobil nəqliyatı sahəsində dövlət siyasəti Departamenti direktorunun müavini Kirill Bessenko, Dağıstan Nəqliyyat, yol təsərrüfatı və telekommunikasiya sistemləri naziri Əsgərxan Aciyev, azərbaycan tərəfini isə -NN Beynəlxalq daşımalar idarəsinin (BDİ) rəisi Etibar Əliyev, NN "Avtonəqliyyatservis" Nəqliyət təftişi idarəsinin rəis müavini Bidayət Aslanov və Azərbaycan Beynəlxalq avtodaşımalar assosiasiyasının prezidenti Tofiq Nurullayev təmsil ediblər.
"Daqestanskaya pravda" qəzetinin yazdığına görə, görüşdə söhbət hər iki ölkənin beynəlxalq daşımalarını, eləcə də beynəlxalq yük və sərnişin tranzit daşımalarını əngəlləyən qanunvericilik və normativ sənədlərindəki uyğunsuzluqlardan, tənzimlənməmiş məsələlərdən gedib. Əngllər kifayət qədərdir. Məsələn, azərbaycan tərəfində 20 ton gələn yük rusiya tərəfinə keçəndən sonra 23-24 tona "yüksəlir". Sərhədin hər iki tərəfində qapan-tərəzi təsərrüfatının düzgünlüyünün heç olmasa qarşılıqlı yoxlanması nizamlanmayıb ki, bu da yük daşıyıcıarının əsəb gərginliyinə, vaxt və vəsait itgilərinə səbəb olur. Qarşılıqlı iddiaların bir qismi müzakirələrdə öz həllini tapıb, sair anlaşılmazlıqlar barədə protokol tərtib edilib və imzalanıb. Tərəflən bundan sonra beynəlxalq avtodaşımalarda həmin sənədləri rəhbər tutacaqlar.


AİB 2005-2006-CI İLLƏRDƏ AZƏRBAYCANA TƏQRİBƏN $80 MİLYON GÜZƏŞTLİ KREDİTLƏR AYIRA BİLƏR

BAKU.30.08.2004.MEDIA-PRESS: Asiya İnkişaf Bankının (AİB) 2005-2006-cı illərdə Azərbaycana ildə $39,1 milyon güzəştli kreditlər ayıra bilər.
Bankın saytında dərc olunmuş bu məlumatda deyilir: " Müvafiq qərarı AİB Direktorlar Şurası qəbul edib. Kreditləşmə zamanı kənd təsərrüfatına, xüsusi infrastruktura və nəqliyyat sektoruna daha çox üstünlük veriləcək".
Məsələn, AİB Samur-Abşeron suvarma kanalının yeidən qurulması ilə bağlı görüləsi işləri 2006-cı ildə maliyyələşdirməyi planlaşdırır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu müddətdə Bank respublikamızda 12 layihənin reallaşması üçün $ 5,5 milyon həcmində qrantlar ayırıb, sel-suların və çay daşqınlarının qarşısını almaq üçün sahilbərkitmə işləri layihəsinə $22,1 milyon kredit ayrılmasını 2004-cü ilin iyulunda təsdiqləyib.


SENTYABRDA BAKIDA " SƏHİYYƏ-2004" SƏRGİSİ KEÇİRİLƏCƏK

BAKU.30.08.2004.MEDIA-PRESS: Sentyabrın 14-dən 17-dək Bakıda "Səhiyyə-2004" 10-cu azərbaycan beynəlxalq sərgisi keçiriləcək. Tədbiri britaniyanın İTE GROUP PLC və onun Cənubi Qafqazdakı tək tərəfdaşı "İteca Caspian Ltd" təşkil edirlər. Azərbaycan,Gürcüstan, Rusiya, Mərkəzi Asiya respublikaları, Türkiyə, İran, Fələstin, Hindistan, Yunanıstan, Almaniya, Macarıstan, Belarus və Polşa şirkətləri sərgidə öz mallarını nümayiş etdirəcək. 12 mindən çox adam sərgi ilə tanış olacaq.
İştirakçı şirkətlər farmakologiya sahəsinə aid nailiyyət və kəşflərini, tibbi və stomotoloji avadanlıqlarını təqdim edəcək, elektoronnika və optikanın müalicə və müayinədə isfiadə olunması imkanlarını, gigiyena və kosmetika vasitələrini , ədvələri nümayiş etdirəcəklər.
Qeyd edək ki, Azərbaycanın farmasevtik bazarının həcmi təqribən $120 həcminddir.Burada Şərqi Avropa, ABŞ, Rusiya, Türkiyə və Hindistandan gətirilmiş dərmanlara daha çox rast gəlinir.
Azərbaycanda özəlləşdirmənin 2-ci mərhələsində 300-dən çox tibb müəssisəsi qşeyri-dövlət byektinə çevriləcək ki, bu da tibbi avadanlığa tələbatın artmasına gətirəcək.


LE MONDE: NƏ ÜÇÜN NEFT GEOSİYASƏTİN MƏRKƏZİNƏ QAYIDIB?

BAKU.30.08.2004.MEDIA-PRESS: "Biztəhlillərinin keyfiyyəti ilə tanınan Britaniyanın "Ekonomist" jurnalının bir barrel neftin qiymətinin 5 dollara düşəcəyini proqnozlaşdırdığı günlərdən çox da uzağa getməmişik. Bu proqnoz 1999-cu ilin martında verilmişdi və analitiklər hesab edirdilər ki, barrelin o vaxt iki dəfə baha olmuş qiyməti yalnız ucuzlaşa bilərdi.Hər hey tərsinə oldu. Özü də , görün, hansı nisbətdə!"
Bu iqtibas fransız qəzeti "Le Monde"dəndir. Dünya energetika bazarındakı vəziyyəti təhlil edən qəzet yazır ki, bu gün neftin bir barrelinin qiyməti Nyu-York və London birjalarında rekordları qıra-qıra 50 dollara yaxınlaşmaqdadır.Ancaq heç kim bu artımı nə vaxt və necə dayandırmağın mümkünlüyünü proqnozlaşdırmağa cürət etmir. Bunun bir çox səbəbləri var.
Bu , eyni zamanda həm sənaye istehsalının artdığı bir şəraitdə bazar qanunlarının təsir gücü ilə, həm də qeyri-iqtisadi amillərlə - İraqdakı müharibə, aşkarlanmış neft ehtiyatlarının 75 faizinin təmərküzləşdiyi Yaxın Şərqdən qeyri-sabit ixracatın artması, Rusiyanın neft ixracının 20 faizini və onun dünya istehsal payının 2 faizini reallaşdıran nəhəng YUKOS üzərinə siyasi-maliyyə basqıları,Venesuelada keçirilmiş referendumun nəticələrinin prezident Uqo Çaves üçün əlverişli olmasına rəğmən, bu ölkənin neft ixracatını inamsızlıq kmi amillərlə də izah olunur.
Sadalananlar pərakəndə amillər olsa da, onları Yer kürəsinin energetik tələbatının 40 faizini təmin edən rəqibsiz xammal- neft birləşdirir. "Soyuq mühəribə" nəticəsidə illərlə dondurulmuş vəziyyətdə qalmış ərazilərdə u gün rəqabət aparan Vaşinqton və Moskvanın maraqlarından asılı olan məntəqələrdə -Afrikadan Xəzər regionunadək- yeni neft qaydalarının əşəkkülünə də məhz yuxarıdakı amillər səbəb olur. Həm də 2010-2015-ci illərdə neftin istehsalının düşəcəyinə dair proqnozlardan sonra bu xammalın ehtiyatlarının tükənəəyi ehtmalı da onun qiymətlərinin yüksək qalacağı ehtimallarını artırır.
Bütün bunlar neft birjalarında qiymətlərin sıçrayışlarını və onu aşağı salmağın nə üçün mümkünsüz olduğunu izah edir. Neft şırnaqlarını axıradək açmaq barədə OPEK-ə və ona üzv olmayan istehsalçı ölkələrə ünvanlanmış çağırışlar çətin ki, gələcəkdə gündəlik hasilatın artımına müsbət təsir göstərsin. OPEK ölkələrinin imkanlarının 96 faizi artıq işə salınıb. Odur ki, indi ondan tələb olunanı- gündəlik hasilatı daha 2 milyon barrel artırmağı- reallaşdırmaq çox müşkül olacaq. Bu rəqəm dünyada neftə tələbatın 2004-cü ildə gözlənilən və son 15 ildə ən güclü sayılan artımına bərabərdir.
Bu energetik partlayışın başlıca səbəbkarı Çindir. Beynəlxalq Energetika Agentliyinin (İEA) məlumatına görə, 2025-ci ilədək bu ölkənin neftə gündəlik tələbatı indiki 5,5 milyon barreldən 11 milyon barrelə yüksəlməlidir. Təsadüfi deyil ki, dünya tələbatı artımının 40 faizi məhz Çinin payını düşür. Üstəlik, iri istehlakçılar siyahısında tezliklə Çinlə yanaşı Asiyanın inkişafda olan sair ölkələri, ələlxüsus da Hindistan da yer alacaqlar. Böyük Britaniya da tarixində ilk dəfə cari ilin iyunundan neft idxalına ( zaman dəyişir!) başlayıb.
Neftə tələbatın daim artması, dünya iqtisadiyyatının yeni inkişaf mərhələsinin başlanması və bunun son iki ildə gündəlik neft istehlakının 3,5 milyon barrel artmasına gətirməsi üzündən 2025 -ci ildə gündə 120 milyon barrel, yəni indikindən 50 faiz artıq hasil etmək lazım gələcək!. Bəs, bu həcmi haradan almalı?Aşkarlanmış ehtiyatlarına görə (15 milyard ton) Səudiyyə Ərəbistanından ( 36 milyard ton) sonra dünyada ikinci yer tutuan İraq təklifin artmasında nəzəri baxımdan əsas rol oynamalıdır. Lakin ölkə daxilindəki qeyri-sabitlikt bunu əngəlləyir. Bu şübhələri bütün ərəb-fars məntəqəsinə də şamil etmək olar. Deməli, yeni təchizat mənbələri axtarmaq gərəkdir.
ABŞ bunu yaxşı dərk edib. Özünün Venesuela və Meksika kimi ənənəvi, lakin bəzən intizamı gözləməyən ixracçılarını gözdən qoymayan Vaşinqton neftlə sabit təchizata qismən təminat verə bilən "demokratik Böyük Yaxın Şərq" ideyasını irli sürməklə, qeyri-sabit ölkələr və bölgələrdən öz asılılığını azaltmağı qərara alıb. Onun Qvineya körfəzi istiqamətində diplomatik və iqtisadi hücuma keçməsini də bununlu izah etmək gərəkdir. Amerika hökuməti ümid edir ki,2015-ci ildə ona gərək olan neftin 25 faizini (hazırda -15 faizini) bu məntəqədən əldə edə biləcək. ABŞ-ın bu istəyi Afrikanın həmin məntəqəsində neft bumuna ( hasilatın sıçrayışına) səbəb ola bilər. Gözlənildiyinə görə, Anqola, Ekvatorial Qvineya, Nigeriya və Çad indiki gündəlik hasilatın ( 4 milyon barrel) həcmini 2030-cu ildə 9 milyon barrelə çatdıra biləsəklər.
Lakin geosiyasi baxımdan Xəzər ən mühüm regiondur. Müxtəlif hesablamalara görə,Azərbaycan, Qazaxıstan və Türkmənistanın kəşf olunmuş neft ehtiyatları təqribən 30 milyard barrel ( təqribən Şimal dənizi yataqlarındakı qədər) təşkil edir."Kembric Enerji Riserç Assoşieyts" -in eksperti Lourens Ruzekas "Sosyetal" jurnalında belə yazır.
"Azərbaycan neftini Gürcüstandan Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına daşımalı olan Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin tikintisi məntəqədə amerikanlar və rusların maraqlarının toqquşması mənbəinə çevrilib. İran, Türkiyə və Çin də nəzərlərini buradan yayındırmırlar.Bu ölkələr arasında Rusiya nəinki qüdrətli neft ( gündəlik ixrac -8 milyon barrel - Səudiyyə də bu qədər ixrac edir), həm də qaz ölkəsi kimi ( dünya qaz ehtiyatının 45 faizinə malikdir. Yaxın Şərq ölkələrinin payına 36 % düşür), öz layiqli yerini qorumaq niyyətindədir. Bu iki amil rezident Vladimir Putinin nə üçün Rusiyanın, belə deyək, keçmiş imperiyanın, mənafelərini satmaqda şübhəli bilinən oliqarxların çənginə keçmiş ölkənin energetik siyasəti üzərində nəzarəti bərpa etdiyinə aydınlıq gətirir". Parisdə çıxan "Mond" qəzeti belə yazır.


"AÇG" -NİN TAMMİQASLI İŞLƏNMƏSİNİN "MƏRHƏLƏ-3" LAYİHƏSİ ÇƏRÇİVƏSNDƏ İKİ DƏNİZ PLATFORMASI QURAŞDIRILACAQ

BAKU.30.08.2004.MEDIA-PRESS: Xəzərdə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının tammiqyaslı işlənməsinin "Mərhələ-3" layihəsinin işlənməsi çərçivəsində iki dəniz platforması quraşdırılacaq- biri quyuların qazılması,mühəndis-texniki təminat sistemləri və yaşayış blokları üçün, o birisi isə- neftin istixracı, səmt qazının sıxılması və təzyiqlə su vurmaq üçün.
BP-Azerbaijan ( AÇG-nin işlənməsi operatoru) şirkətinin meneceri xanım Rebekka Midltonun məlumatına görə, platforma 48 quyunun, o sıradan 13 suvurma quyusunun qazılması üçün hesablanıb. Dəniz platformalarının quraşdırılması ərəfəsində "Dədə Qorqud" üzən yarımdalma qazama qurğusunun (YDDQ) köməyi ilə qabaqlayıcı qazma işləri görüləcək.İstismar quyularından əlavə, platformaların quraşdırılacağı nöqtədən 4-5 km. aralıda iki yerdə suvurma quyusu qazılacaq. Bu, neft istixracına başlanandan dərhal sonra təzyiqin saxlanması üçün laylara su vurulmasına başlamağa imkan verəcək. İstixrac platforması gündəlik 316 min ton neft və 350 milyon kub fut qaz hasil edə biləcək.
"Mərhələ-3"ün fərqləndirici cəhəti ondadır ki, "Çıraq-1" platformasından neft hasilatı zamanı indikindən fərqli olaraq, səmt qazı laylarda təzyiqi qoruyub saxlamaq üçün daha quyulara vurulmayacaq.Qaz tam həcmdə Səngəçal neft terminalına nəql ediləcək."Mərhələ -3" Çərçivəsində Səngəçal terminalında neftin qəbulu üzrə dah 2 əlavə qurğu tikiləcək.


"MƏRHƏLƏ-3" LAYİHƏSİ ÜZRƏ ƏMTQ OKTYABRIN AXIRINDA TƏSDİQ OLUNACAQ

BAKU.30.08.2004.MEDIA-PRESS: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsinin "Mərhələ-3" layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsinin (ƏMTQ) son variantı sentyabrın axrlarında ATEN-ə (Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi) veriləcək. Sənəd oktyabrın sonunda təsdiqlənməlidir.
Bu məlumatı verən BP-Azerbaijan ( AÇG-nin işlənməsinin operatoru) şirktinin meneceri xanım Rebekka Midltonun sözlərinə görə, "Mərhələ-3" çərçivəsində quyuların qazılması ətraf mühitə elə də təsir göstərməyəcək.Çünki sintetik əsaslı bazma məhlulları və şlam laylara vurulacaq, ya da ki, sahilə daşınacaq.
"Mərhələ-3" "Mərhələ-1" və "Mərhələ-2" layihələrinin davamı olduğu üçün onlardakı əməliyyatların bir çoxu təkrarlanır. Bu səbəbdən ətraf mühitə təsir növlərinin əksəriyyəti də eyniyyət təşkil edəcək. Təbiətə mənfi təsiri mümün qədə azaltmaq üçün , əvəllər işlənib hazırlanmış metodlar tətbiq olunacaq."Mərhələ-3" layhəsi "Günəşli" yatağının dərin sahələrinin işlənməsini nəzərdə tutur.
Mərhələ -3" layihəsi "Günəşli" yatağının dərin sahələrinin işlənməsini nəzərdə tutur.Burada istixraca 2008-ci ilin ortalarında başlamaq nəzərdə tutulur. Bu layihənin gerçəkləşməsi 2009-2010-cu illərdə AÇG-də gündəlik neft hasilatının həcmini 1 milyon barrelə çatdırmağa imkan verəcək. "Günəşli"nin dərin yerlərində 1 milyon barrel neft ehtiyatı olduğu güman edilir.Bundan başqa "Mərhələ-3" "Çıraq" yatağının qərbindəki neft ehtiyatının çıxarılmasını da nəzərdə tutur.İndilikdə bunu etmək mümkün deyil, çünki quyuların sayı azdır.
"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları aşağıdakılarır: BP (34,1367% - operator), Amerikanın Unocal (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%), Amerada Hess (1,0413%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın Inpex (10%) və ITOCHU Oil (3,9205%), Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) və Səudiyyə Ərəbistanın Delta Oil (1,68%) şirkətləridir.


ARDNŞ FRANSA "TOTAL"-INA TƏYYARƏ YANACAĞI VERİLMƏSİ ÜZRƏ MÜQAVİLƏNİN MÜDDƏTİNİ İLİN SONUNADƏK UZADIB

BAKU.30.08.2004.MEDIA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Fransanın "Total" şirkətinə təyyarə yanacağı verilməsi üzrə müqaviləni 2004-cü ilin sonuna kimi uzadıb.
ARDNŞ sözçüsü "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda deyib ki, "Totalla 50 min tonluq müqavlə bağlanmışdı, Sonra qərara alındı ki, əlavə həcmlər hesabına müqavilənin müddəti ilin sonuna kimi artırılsın. Total da bizdən istənilən həcmdə ağ neft almağa hazırdır".
Sözçü qeyd edib ki, şirkətə indiyədək müqavilə üzrə 78 min ton təyyarə yanacağı verilib.
Azərbaycanda iki neftemalı zavodu var -"Azərneftyağ" və Heydər Əliyev adına Bakı Neft emalı zavodu (BNEZ),Bu zavodlar ildə 22 milyon ton neft emal edə bilir.
ARDNŞ-in Marketinq və İqtiadi əlaqəlr idarəsi BNEZ-də hazırlanan neft məhsullarını xaricə göndərir. "Azərneftyağ" isə bu işi özü görür.
"Azərneftyag" sürtgü yagları və sair ağır neft məhsulları buraxılışında ixtisaslaşır və onun illik gücü -14 milyon tondur. illik gücü 8 milyon tona çatan Heydər Əliyev adına BNEZ isə hal-hazırda avtomobil benzini, təyyarə yanacağı, mazut kimi neft məhsulu buraxır.
ARDNŞ 2004-cü ilin 7 ayında istehsal etdiyi 367,2 min ton təyyarə yanacağının 81,7 min tonunu dünya bazarlarına ixrac edib.


QAZAXISTAN VƏ TÜRKMƏNİSTAN NEFTİNİN AZƏRBAYCAN VƏ GÜRCÜSTANDAN TRANZİTİ KEÇƏN İLİN SƏVİYYƏSİNƏ SENTYABRDA ÇATACAQ

BAKU.30.08.2004.MEDIA-PRESS: Qazaxıstan və Türkmənistan neftinin Azərbaycandan Gürcüstaın qaradəniz limanlarına tranziti sentyabrdan etibarən keçən ilin səviyyəsinə çatacaq.
Bu məlumatı "İnterfaks-Azərbayan" agentliyinə açıqlayan Azərbaycan Dəmiryolu İdarəsi (AzDYİ) nümayəndəsi deyib" Biz sentyabrda ölkəmizdən Qazaxıstan və Türkmənistanın neft və neft məhsulları tranzitinin nəzərə çarpacaq qədər artacağını, ən azı keçənlki göstəricilərdən indiki gerilimənin aradan qalxacağını gözləyirik. Nümayəndənin sözlərinə görə, bu ilin 7 ayında AzDYİ ilə bu iki ölkənin 6 milyon ton yanacağı daşınıb ki, bu keçən ilin eyni göstəricisindən 500 min ton azdır.
Agentliyin müsahibi tranzit həcmlərinin gözlənilən artımını satışı payız-qış dövrünə nəzərdə tutulan çoxsaylı fyuçers müqavilələrinin mövcudluğu ilə izah etdi.
Qazaxıstan və Türkmənistandan daşınan karbohidrogenlərin həcmnin 2004-cü ilin əvvəlindən etibarən azalması bu ilin baharında Gürcüstanda siyasi vəziyyətin kəskinləşməsi və nəticədə Qaradənizdəki Batum neft terminalının iki dəfə bağlanması ilə izah olunur.Bu da öz növbəsində nefttreyderlərin fəallığına mənfi təsir göstərməyə bilməzdi-onlar yüklərini bu marşrutdan çıxarıb Rusiya və İran limanlarına yönəldilər.
AzDYİ-də qeyd ediblər ki, yaz dövründə cənubi-qafqaz nəqliyyat dəhlizi ilə tranzitin əvvəlki həcmlərinin tədricən bərpa olunduğu müşahidə edilməkdədir.


YUSİFOV PUTİNİN YEK ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ TƏYİN EDİLİB

BAKU.30.08.2004.MEDIA-PRESS: Kremlin mətbuat xidməti sabiq Energetika naziri İqor Yusifovun RF prezidentinin Beynəlxəalq nergetika Əməkdaşlığı (BEƏ) üzrə xüsüsi nümayəndəsi təyin olnduğunu elan edib.
Sözçü yeni vəzifənin təsis olunmasının məntiqini açıqlayaraq deyib :" Ali-məqam ikitərəfli danışıqların 50 faizi energetikaya, YEK-ə həsr olunur, neftin qiymətləri isə bizi bütün büdcəni yenidən hesablamağa vadar edir. Bu səbəbdən qərara alınıb ki, beynəlxalq münasibətlərdə energetika danışıqlarına daha çox diqqət yetirilsin.Yusifov energetika və YEK sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə XİN xətti ilə də kuratorluq edəcək. Bu məqsədlə ona Xüsusi tapşırıqlar üzrə səfir rütbəsi ( dərəcəsi) də verilib.
Yusifov işində MDB ölkələri ilə YEK problemləri üzrə qarşılıqlı fəaliyyətə, beynəlxalq təşkilatlarla, məsələn, OPEK-lə danışıqlar aparılmasına, eləcə də xarici investorların cəlbinə üstünlük verəcək.
RF XİN-dəki mənbə Xəzarə dənizinə aid məsələrin də səlahiyyətinə aid olacağını bildirib. Bu məsələlərlə 2000-ci lin mayından XİN müavini kimi məşğül olmuş Viktor Kalyujnı (bundan öncə- YEK naziri) ," yəqin ki, Latviyaya səfir təyin ediləcək". V. Kalyujnı prezident aparatında yeni vəzifənin təsisini "düzgün addım" adlandırıb, lakin Yusifovun təyinatı və öz gələcək fəaliyyəti barədə fikir söyləməkdən çəkinib.
Xarici investorların Yusifov haqqında rəyləri çox loyaldır. " O, əsl normal insandır". ABŞ neft şirkətinin Rusiyada çalışmış əməkdaşı belə deyib. Rusiyada SHELL şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Maksib Şub da onun səsisə səs verir :" Biz Yusifovla bir yerdə işləyəndə, aramızda müsbət işgüzar münasibətlər yaranmışdı".
Yeni vəzifəni təsis etməklə prezident vurğulayır ki, YEK sahəsində beynəlxalq əməkdaşlıq daha böyük əhəmiyyət daşımağa başlayır. Prezident aparatının iqtisadi idarəçiliyinin rəhbəri Danilov-Danilyanın fikrincə, Yusifov dövlətin YEK sahəsindəki siyasətini, həmçinin Sənaye və Energetika nazirliyinin işini əlaqələndirəcək. Onun proqnozuna görə, Yusifovun nazir Viktor Xristenko ilə münasibətləri gərgin olacaq.


ABŞ-IN TƏLƏBLƏRİNƏ BAXMAYARAQ, YAPONİYA "AZADEQAN" YATAĞINDA İŞLƏRİ DAVAM ETDİRMƏK ƏZMİNDƏDİR

BAKU.30.08.2004.MEDIA-PRESS: ABŞ-ın tələblərinə baxmayaraq, Yaponiya İranın "Azadeqan" neft yatağında işləri davam etdirəcək. Bu barədə İran.ru-ya məlumat verən Yaponiya XİN müavini qeyd edib ki, Tokio öz milli mənafelərini, o cümlədən ölkənin energetik təhlükəsizliyinin qorunub saxlanması mənafeini hər şeydən üstün tutur. Sitat:" ABŞ-da dövlət siyasəti İranla münasibətlərdən asılı olaraq qurulduğu halda , Yaponiyada siyasət ölkənin milli mənafelərini nəzərə almaqla qurulur".


OPEK İLİN SONUNADƏK GYNDƏLİK HASİLATI DAHA 1 MİLYON BARREL ARTIRACAQ

BAKU.30.08.2004.MEDIA-PRESS: OPEK ölkləri yaxın aylarda gündəlik neft hasilatını daha 1 milyon barrel artıracaqlar. Bu barədə yazılı bəyanat verən kartelin başçısı Purnomo Yusgiantoro deyib:" OPEK bazarda nizamı və sabitliyi qoruyub saxlamaq üçün mümkün olanı edir, istehsalçılar və istehlakçılar üçün məqbul ola bilən qiymətlər səviyyəsi müəyənləşdirməyə can atır.".
Yusgiantoronun bəyanatında qeyd olunur ki, qrup hər ehtimala qarşı gündəlik istehsalı dərhal 1-1,5 milyon barrel səviyyəsində artırmağa imkan verən əlavə istehsal vasitələrini hifz etməkdədir". Bu məlumatı "Vslux.Ru" internet-saytı yayıb.
Kartel rəhbəri deyib:"Bundan əlavə, neftə tələbatın artmasına cavab olaraq, OPEK üzvləriyaxın gələcəkdə -bu ilin axırındı və 2005-ci ilin əvvəllərində gündəlik hasilatı daha 1 milyon barrel artırmağı , həmçinin istehsal qurğularının gücünü artırmağı planlaşdırırlar. Lakin belə qurğular yalnız 18 aydan sonra işə salına bilər".


ÜDM AZƏRBAYCANDA 7 AYDA 22 TRİLYON MANATI ( $4,54 MİLYARDI) KEÇİB

BAKU.30.08.2004.MEDIA-PRESS: Bu ilin 7 ayında Azərbaycanda ÜDM-in ( ümumi daxili məhsulun) həcmi 22,308 trilyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrndəkindən 9,4 % artıqdır (4904 manat =1$).
Adambaşına ÜDM istehsalı 2,7 milyon manat ($550,5) təşkil edib ( 8,5 % çox).
7 ayda sənayedə ÜDM-in payı -37,7%, kənd təssərrüfatı sahəsində - 7,7%, tikintidə-13,3%, nəqliyyatda-7,3%, rabitədə- 2,7%, ticarət və xidməd ahəsində- 8,4% təşkil edib. 7 ayda ÜDM-in 58,7 faizi istehsalat, 34,2 faizi- xidmətlər sahəsində istehsal olunub, 7,1 faizi isə vergilərin, mal və xidmətlər ixracının payına düşüb.
Qeyd edək ki, bütün 2003-cü il ərzində Azərbaycanın ÜDM-in həcmi 35,1 trln. manat təşkil edib.Bundan il ərzində hər nəfərə düşən pay 4,3 milyon manat olub.
2004-cü ildə, gözlənildiyinə görə, ÜDM-in həcmi 37,3 trilyon manata yüksələcək. Bunun 12,493 trilyon manatı ( artım-8,6%) - sənayenin, 2,795 trilyon manatı (9,7%) -nəqliyyatın,756,3 milyard manatı (12,7%) -rabitənin, 4,862 trilyon manatı (6,2%)- xidmət sahəsinin, 5,08 trilyon manatı (8,3%)- kənd təsərrüfatının, 5,75 trilyon manatı ( artım-30,7%) - tikintinin, 2,89 trilyon manatı (9,8%) ticarətin payına düşüb.
Azərbaycan regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq, ÜDM-in həcmi bu dövrün axırında 76,3 trilyon manat təşkil edəcək və 2003-cü illə müqayisədə 2,3 dəfə artacaq. Əhəlinin hər nəfərinə ÜDM istehsalı -1,578 min dollara çatacaq, özəl sektorun ÜDM-dəki payı 85 faizə yüksələcək.


ATA HOLDİNQ VƏ STAR PASTA (YUNANISTAN) XAÇMAZDA MAKARON FABRİKİ TİKƏCƏKLƏR

BAKU.30.08.2004.MEDIA-PRESS: İnvestisiya şirkəti ATA HOLDİNQ Yunanıstanın STAR PASTA şirkəti ilə birgə ilin sonuna kimi Xaçmazda makaron məmulatı fabriki açmağı planlaşdırır.
Bu məlumatı açıqlayan HOLDİNQ-in Müşahidə Şurasının (MŞ) sədri Əhməd Erentokun sözlərinə görə, tərəflər arasında pay bölgüsü müəyyənləşməsə də, ilk mərhələdə layihəyə təqribən $1 milyon sərmayə qoylması razılaşdırılıb. Məsələn, yunan tərəfi fabrikin fəaliyyətini təmin etmək üçün, 250 milyon avroluq avadanlıq gətirməyi planlaşdırır.
Erentok qeyd edib ki, ilk anlar müəssisə illik 7-8 min ton həcmində 4 adda makaron məmulatı buraxacaq.
1993-cü ildə yaradılmış ATA HOLDİNQ sənaye istehsalı, konsaltinq, bank sektoru, tikinti kompleksi və lizinq sahəsində fəaliyyət göstrən şirkətlər qrupudur.
ATA HOLDİNQ-in səhmdarları 5 hüquqi şəxsdir. HOLDİNQ-in səhmlərinin 50 faizi Financial Management Holding UK Britaniya investisiya qrupuna məxsusdur. Bu qrup azərbaycan holdinqinin yaxın illərdə nəzərdə tutulan investisiya layihələrində fəal iştirak etmək niyyətindədir.

<<< <<<