rus || eng


LUKOYL "ZIX-HÖVSANI" LAYİHƏSİNDƏ AY ƏRZİNDƏ ARDNŞ-LƏ DİL TAPACAĞINA ÜMİD BƏSLƏYİR

BAKI.04.02.2004.MEDİA-PRESS: Rusiya LUKoylu "Zıx-Hövsanı" layihəsi üzrə Dövlət Neft Şirkəti (ARDNŞ) ilə danışıqlarda ay ərzində ümumi dil tapacağına ümid bəsləyir.Bu məlumatı jrnalistlərlə bölüşən LUKoyl prezitdenti Vahid Ələkbərov deyib:" Azərbaycandakı son görüşlərim ümid etməyə əsas verir ki, bu layihənin iqtisadiyyatının Optimallaşdırılması üzrə danışıqlarımızı lap yaxınlarda tamamlayacağıq.
Onun sözlərinə görə, LUKoyl ekoloji problemləri təhlil edərək , müvafiq materialları, habelə "Zıx-Hövsanı" layihəsi üzrə təklifləri ARDNŞ-ə təqdim edib. Təkliflərdə göstərilir ki, layihənin iqtisadiyyatını yüksəltmək üçün birgə müəssisənin xaricə göndərə biləcəyi neftin faizi artırılsın, həmçinin LUKoyl-un payı 50 %-dən 80 faizə qaldırılsın.
V.Ələkbərov deyib:"Ümidvaram yaxın bir ayda biz layihədə düzəlişlər məsələsində dil tapa biləcəyik. ARDNŞ düzəlişlərimizi qəbul edərsə və Azərbaycan rəhbərliyi də layihəni bəyənərsə, şirkətimiz ən qısa zaman kəsiyində onu ekoloji baxımdan qüsursuz reallaşdırmaq iqtidarındadır.Layihənin sənədləşdirilməsi, təhqiqat işləri və ekoloji ekspertiza hazırdır və biz bir aya onun reallaşdırılmasına başlaya bilrik."
LUKoyl perzidenti deyib:" Mövcud ekoloji problemlər üzrə xərclər şitrkətimizə görə yox, layihənin özünə görə böyükdür.Çünki layihə kiçikdir-pioner layihəsidir. Şirkətimiz bu layihənin tətbiqinə bir məqsədlə- Azərbaycan ərazisində əməliyyat şirkəti yaratmaq, sonra isə D-222 strukturunda kəşf edəcəyimizə ümid bəslədiyimiz iri yatağı işləmək məqsədi ilə girişmişik.
"Zıx-Hövsanı" layihəsi üzrə müqavilənin ekoloji problemlərin həll edilməməsi üzündən hələ də qüvvəyə minmədiyini xəbər vermişik. Blokda ekoloji problemlərin həllinə $100 milyon civarında, başqa sözlə, bütün layihə dəyərinin təqribən yarısı qədər sərmayə qoymaq tələb olunur.
2001-ci il yanvarın 9-da imzalanmış və $250 milyon investisiya tələb edən "Zıx-Hövsanı" layihəsi üzrə müqavilənin iştirakçıları ARDNŞ və LUKOyl hərəyə 50% paya malikdir.Abşeron yarımadasının cənubunda 128 kv.km. müqavilə sahəsinə, o cümlədən-52 kv. km. bərpa ( reabilitasiya) sahəsinə malik olan bu yataqlarda 20 milyon ton neft ehtiyatı olduğu güman edilir. Müqavilə 25 ilə bağlanıb.


LUKOYL PREZİDENTİ:"ŞAH-DƏNİZ" LAYİHƏSİNİN İŞTİRAKÇILARI TOTAL VƏ STATOYL LUKAGİP-Ə MARAQ GÖSTƏRİR

BAKI.04.02.2004. MEDİA-PRESS: LUKoyl və AGİP (İtaliya) Azərbaycan və Misirdə karbohidrogen hasilatı layihələrində iştirak edən LUKAgip birgə müəssisəsini satırlar. Müsabiqə fevralın sonunda yekunlaşacaq.Rusiyanın "Vedomosti" qəzeti LUKAgip-in satışa çıxarılmasının keçən ilin sonunda- italyanlar layihədən çıxmağa qərar verəndə- elan edilməsindən yazır. LUKoyl prezidenti Vahid Ələkbərov jurnalistlərə deyib ki, müsabiqəyə yanvarda yekun vurulmalı idi , lakin Agip-in xahişi ilə müddət bir ay da uzadılıb. Birgə müəssisənin bütünlüklə satıldığını vurğulayan prezident, bununla belə qeyd edib ki, məqsədəuyğun sayılarsa, LUKoyl müsabiqənin yekununda şərikinin payını da satın ala bilər."Şah-Dəniz" layihəsinin iştirakçıları -Total (Fransa) və Statoyl (Norveç)- LUKAgiplə maraqlansalar da, təkliflərini hələ verməyiblər.
Adı çəkilən şirkətlər və BP nümayəndələri rus-italyan birgə müəssisəsini satın almaq imkanından danışmaq istəməyərək, "bazar şaiyələri"ni şərh etmədiklərini dedilər.


AZƏRBAYCANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİ 2003-CÜ İLDƏ 36% ARTIB

BAKI.04.02.2004. MEDİA-PRESS: Azərbaycanın xarici ticarət dövriyəsi 2003-cü ildə $5,218 mitlyarda çataraq, 2002-ci ilə nisbətən ($3,833 milyard) 36% artıb.
DGK (Dövlət Gömrük Komitəsi) nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyini bildirib ki, hesabat dövründə xarici ticarətin həcmi -$2, 592 milyard (artım-19,62%), idxal həcmi isə - $ 2,626 milyard (57,79%) olub.
Nəticədə 2003-cü ildə xarici ticarət dövriyyəsində -$34 milyon mənfi saldo ( bir il öncə -$502,6 milyon müsbət saldo) yaranıb.DGK mütəxəssislərinin fikrincə, bu azalma BTC neft kəmərinin tikintisi ilə bağlı 2003-cü ildə avadanlıq idxalının xeyli artmasının nəticəsidir.
Azərbaycan ötən il 129 ölkə ilə ticarət aparıb. Mal İdxalında ən böyük pay : Rusiyaya-14,6%, Böyük Britaniyaya-10,9%, Türkiyəyə-7,4%, Türkmənistana-7,2%, Almaniyaya-6,5%, Fransaya-5,9%, Qazaxıstana-5,3%, ABŞ-a-5,1%, Ukraynaya- 4,5% və Yaponiyaya -3,9% məxsusdur.
İxrac məhsulları isə daha çox : İtaliyaya -51,9%, Fransaya-8,1%, Rusiyaya-5,7%, İsrailə-5,3%, Gürcüstana-4,3%, Türkiyəyə-4,1%, Yunanıstana-2,8%, ABŞ-a-2,5%, Xorvaiyaya-2,36% və İrana-1,9% göndərilib.
Azərbaycan hökuməti 2008-ci ildə xarici ticarətin həcminin -$6 milyard 156,8 milyona çatacağını proqnozlaşdırır.


AZDY BU İL YÜKDAŞIMALARINI 25% ARTIRMAĞI PLANLAŞDIRIR

BAKI.04.02.2004. MEDİA-PRESS: Azərbaycan Dəmir Yolu (AzDY) 2004-cü ildə yükdaşımalarının həcmini18 mln. tona çatdırmaq niyyətindədir ki, bu da 2003-cü ildəkindən 25% çoxdur. Baş İdarədə "İnterfaks-Azərbaycan" agentliyinə məlumatda bu göstəricinin neft və neftməhsulları tranzitinin artırılması hesabına əldə ediləcəyini vurğulayaraq, bildiriblər ki, buna keçən il də naio olmaq mümkün idi,əgər Gürcüstanın Batum limanında neft sisternlərimiz vaxtlı-vaxtında boşaldılsaydı. Məsələn,2003-cü ilin fevral-martında yanacaqla dolu 3500 sisternimizin boşaldılmaması üzündən bütün Bakı-Batum marşrutu boyunca ləngimələr baş vermişdi.Bu isə ilk növbədə qazaxıstan və türkmənistan neftini Azərbaycana daşıyan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin fəaliyyətinə mənfi təsir göstərmişdi.
AzDY nümayəndəsi deyib ki, hal-hazırda Potiyə gələn yüklərin emalında heç bir çətinlik yaranmır. Bu amil, eləcə də Türkmənistan və Qazaxıstandakı yük sahiblərinin bu marşrutla neft daşınmasına dair sifarişlərini artırması tranzit yüklərin xeyli çoxalacağını proqnolaşdırmağa imkan verir.
AzDY 2003-cü ildə 14,407 mln. ton (2002-ci ildəkindən -8,9% çox) yük daşıyaraq illik proqnozu 8,3% qabaqlayıb.


ERMƏNİ MÜXALİFƏTİNİN BİR QİSMİ PREZİDENTİN İSTEFASINI TƏLƏB EDİR

BAKIB04.02.2004. MEDİA-PRESS: Ermənistan parlamentinin iki müxalifətçi fraksiyası prezident Robert Koçaryanın istefasını tələb edib.
"Ədalət" və "Milli vəhdət" fraksiyalarının birgə bəyanatında deyilir:" İndiki rejimin hakimiyyətdə qalması Ermənistanın milli və dövlət mənafeləri üçün ciddi təhlükədir.Rejimin həm daxili, həm də xarici siyasətdəki uğursuzluqlarına çörəyin , ərzağın, dava-dərmanların, qaz, işıq və içməli suyun bahalaşması da əlavə edilməlidir.Dağlıq Qarabağ nizamlanmasında erməni tərəfinin mövqeyi son dərəcə zəifləyib". Bəyanatda belə deyilir.
Müxalifət fraksiyaları sıx əməkdaşlıq etməklə , Ermənistanda hakimiyyətin əvəzlənməsinə nail olacağını bildirir.
Fraksiyaların İqtidar nümayəndələrinə etimad referendumu keçirmək təklifini parlament rədd etdikdən sonra , hər iki müttəfiq palatada parlamentin işini baykot edəcəyini bildirib. Lakin bu fraksiyalar parlamentdə yerlərin üçdə birindən də azına malik olduqlarına görə, onlar qanun və qərarların qəbuluna əngəl ola bilməzlər. Üçdə iki çoxluq isə Ermənistanın indiki hökumətini formalaşdırmın üç prezidentpərəst partiya koalisiyasının nəzarətindəditr.


AZƏRBAYCAN PREZİDENTİ: BAKI VƏ MOSKVA ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN MÖHKƏM SİYASİ ZƏMİN MÖVCUDDUR

BAKI.04.02.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə iqtisadi münasibətlərin inkişafı üçün əla siyasi zəmin olduğunu deyib:"İqtisadi əlaqəlin uğurlu inkişafı üçün əla baza -Rusiya və Azərbaycan rəhbərliyi ararsında siyasi təfahüm vardır. Münasibətlərimizin səviyyəsi çox yüksəkdir. Təməli prezidentlər Vladimir Putin və Heydər Əliyev qoyublar. Mən də hər şeyi edəcəyəm ki,bunu inkişaf etdirim". İlham Əliyev bu gün "İzvestiya" qəzetində dərc olunmuş müsahibəsində sonra deyib:"Mənim Vladimir Vladimiroviç Putinlə artıq bir neçə görüşüm olub. İkitərəfli münasibətlər və regional problemlər üzrə aramızda tam qarşılıqlı anlaşma var".
İki ölkənin 2000-ci ilədək həm energetika, həm boruçəkmə siyasəti, həm Xəzər üzrə həlli sanki mümkün olmayan bir çox problemlərinin mövcudluğunu etiraf edən prezident, indi vəziyyətin kökündən dəyişdiyini deyib:"Biz hər şeyi həll etmişik.Bu gün Rusiya ilə Azərbaycan arasında problem yoxdur.Əsla yoxdur.Müxtəlif yanaşmalar tələb edən məbahisəli problemlər yoxdur. Rusiya bizim üçün strateji tərəfdaşdır. Bu,Heydər Əliyevin mövqeyi idi və mənim də mövqeyimdir".
Rusiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan prezident, onların bir çox enerji layihələrində iştiraketdiyini bildirib:" Bu gün azərbaycan nefti rusiya ərazisindən nəql edilir.Respublikamız Rusiya qazını idxal edir. Mal dövriyyəsi ildən-ilə böyük sürətlə artır. Mən əminəm: bu artım gələcəkdə daha da sürətlənəcək.Rusiya və Azərbaycanın iqtisadiyyatı ildən-ilə möhkəmlənir ki, bu da aramızda mal dövriyyəsini artırmaq üçün yaxşı imkan yaradır".
Xəzər hövzəsində geosiyasi vəziyyətə aid suala cavabında İlham Əliyev bu dənizin silahsızlaşdırılmasına tərəfdar çıxıb:"Biz Xəzər dənizinin tam silahsızlaşdırılmasına tərəfdarıq və köhnə mehriban qonşularımızı da bizim mövqeyimizlə həmrəy olmağa çağırırıq". Sitatın sonu.
"Xəzər regionunda silahların hər cür artırılmasının yaxşı heç nə vəd etmədiyini" deyən prezident "indiyədək Xəzərin bölünməsinə dair hərtərəfli sazişin də imzalanmadığını", vurğulayıb :" Doğrudur, ikitərəfli Azərbaycan-Rusiya, Azərbaycan-qazaxıstan, və Qazaxıstan-Rusiya sazişləri var və biz ümid etmək qalır ki, bu müsbət təcrübəmizi əxz edən qalan qonşularımız da bu sazişdərdə bəyan edilmiş mövqeyə qoşulacaqlar".


İLHAM ƏLİYEV: AZƏRBAYCANIN NATO-YA QƏBULUNDAN DANIŞMAQ HƏLƏ TEZDİR

BAKI.04.02.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev respublikanın NATO-ya qəbulundan danışmağın hələ tez olduğunu deyir.
Sitat :" Mən bu alyansa daxil olmağımız mövzusunu indi ətraflı müzakirə etmək istəmirəm, bu, gələcəyin mövzusu olduğu üçün, o barədə danışmaq da tezdir. Vaxtı çatmayıb. Belə qərarı qəbul etməzdən əvvəl, hər şeyi ciddi ölçüb-biçmək və dərk etmək lazımdır". Bu sözlər İ,Əliyevin bügünki "İzvestiya"da dərc olunmuş məsahibəsindən götürülüb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan azərbaycan prezidenti, məsələnin dinc həllinə tərəfdar çıxıb :" Biz ərazilərimizi qaytarmalıyıq və dağlıq qarabağ münaqişəsini dincliklə həll etməliyik" deyərək, Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq qətiyyətini vurğulayıb:" Bu, sövdələşmələr və danışıqlar mövzusu ola bilməz".
Bununla bağlı azərbaycan lideri ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətinin artırılmasına tərəfdar çıxıb:" Ən başlıcası budur ki, Minsk qrupu müşahidəçilər qrupuna çevrilməsin.Elə müşahidəçilər var ki, onlar yalnız müşahidə ilə kifayətlənərək ,heç bir qərar qəbul etmirlər. İstərdik ki, Minsk qrupu əməli qərarlar qəbul etsin." Sitatın sonu.


AZƏRBAYCAN PREZİDENTİNİN SƏFƏRİ MOSKVA VƏ BAKI ARASINDA ƏLAQƏLƏRİN MÖHKƏMLƏNMƏSİNƏ XİDMƏT EDƏCƏK.-RUSİYA SENATORU BELƏ DEYİR

BAKI.04.02.2004. MEDİA-PRESS: Azərbaycan prezidentiİlham Əliyevin Moskvaya rəsmi səfəri ikitərəfli əməkdaşlığın genişlənməsinə kömək edəcək. RF Federasiya Şurasının Beynəlxalq İşlər üzrə komitəsinin sədri Mixail Margelov "İnterfaks"a müsahibəsində bu fikrini bölüşərək deyib:"Öz dövlətlərinin modernləşdirilməsi sahəsində Rusiya və Azərbaycan rəhbərliyi qarşısında luran vəzifələr oxşardır və ümid etmək istərdik ki, prezident İlham Əliyevin səfəri bu ümumi vəzifənin həllinə doğru paralel xətlə irəliləməyə kömək edəcək. Biz gərək münasibətlərimizi demokratikləşdirək və elə edək ki, bu gün , ya sabah Moskvada, yaxud Bakıda hakimiyyətin kimin əlində olmasına baxmayaraq, münasibətlərimiz çox möhkəm və ənənəvi sabit olsun".
Margelov deyib:" Azərbaycanın tutduğu geostrateji mövqeyi nəzərə alaraq, bu ölkə həm Rusiya, həm ABŞ,Türkiyə və regionun ayrı ölkələri ilə eyni - bərabər münasibətlərə malik olmalıdır".
Onun sözlərinə görə,İlham Əliyev rusiya siyasətçilərinə çoxdan tanışdır və onlar onu ilk növbədə Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin başçısı kimi tanıyırlar və orada ru respublikanın indiki prezidenti ilə olduqca səmərəli və müvəffəqiyyətli əməkdaşlıq ediblər.


AZƏRBAYCAN PREZİDENTİNİN RUSİYAYA SƏFƏRİ İQTİSADİYYATIN ĞİR SIRA SAHƏLƏRİNDƏ ƏMƏKDƏŞLIQ ÜÇÜN YENİ İMKANLAR AÇACAQ

BAKI.04.02.2004 MEDİA-PRESS: "Azərbaycan prezidentinin Moskvaya səfəri rusiya-azərbaycan münasibətlərinin inkişafına yeni rövnəq verəcək". LUKoyl neft şirkətinin prezidenti Vahid Ələkbərov belə deyib.
Bu səfərin " təkcə neft-qaz deyil , neft-kimya və maşınqayırma sahələrində də yeni təşəbbüslərə meydan açacağını" qeyd edən V. Ələkbərov, "rusiya şirkətlərinin vəsaitləri Azərbaycana həmin sahələrin əvvəlki gücünü bərpa etməyə və Rusiya da daxil, xarici bazarlara çıxmağa imkan verərdi" -deyib.
İlham Əliyevin Moskva görüşlərində LUKoyl rəhbərliyinin də iştirak edəcəyini, "bir sıra məsələləri müzakirə üçün hazırladıqlarını" , şirkətin Azərbaycanda vergi problemlərinin olmadığını vurğulayan LUKoyl rəhbəri deyib:" Dövlət vergi xidmətləri rəhbərinin ayrı-ayrı iradlarından xəbərdaram. Lakin nə azərbaycan hökuməti, nə də Dövlət Neft şirkəti bunu təsdiqləmir və bizə də rəsmi müraciət olmayıb. Şirkət, nə lazımdırsa, hamısını ödəyib və bizim nə Azərbaycan Vergi xidmətinə, nə də ki, "Azəri-Çıraq-Günəşli" layihəsinə borcumuz var".
LUKOyl rəhbəri onun şirkətinin Azərbaycanın neft-qaz layihələrində bundan sonra də iştirak edəcəyini təsdiqləyib:" Biz neft və qazın istixracı, emalı və satışı ilə bağlı olmayan layihələrdə itştirak etməyəcəyik. Azərbaycan ərazisində maraqlı layihələr olarsa, sərmayə qoymağa hazırıq". Bununla yanaşı Azərbaycanın pərakəndəsatış bazarında şirkətin iştirakını planlaşdırmadığını qeyd edən LUKoyl prezidenti Vahid Ələkbərov deyib:"Pərakəndəsatış bizdə sabitdir. Bizcə, tutduğumuz piştaxta respublika ərazisində qalmağımıza və bu biznesdə kifayət qədər iştirak etməyimizə imkan verir."


BEYNƏLXALQ MALİYYƏ TƏŞKİLATLARI BTC ƏİK TİKİNTİSİNƏ $ 2,6 MİLYARD KREDİT AYIRIB

BAKI.04.02.2004 MEDİA-PRESS: Dünən Bakıda Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinə (BTC ƏİK) $2,6 milyard kredit ayrılmasını müəyyənləşdirən sazişlər paketi imzalanıb. Beləliklə, BTC tikintisinə birbaşa xərclər $2,95 milyard,kreditlərin silinməsi, kəmərin doldurulması üçün 10 mln. barrel həcmində neft alınması və sair işlərin maliyyələşdirilməsi ilə birlikdə isə- $3,6 milyard təşkil edəcəkdir.
Layihənin maliyyələşdirilməsinə vəsaitləri 8 ixrac-kredit agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB),habelə 15 özəl bankı birləşdirən sindikat ayıracaq.
Layihə üçün kredir verənlər 4 qrupa bölünür.
. Birinci qrupa ümumilikdə $500 milyon hərəyə $125 milyon öz vəsaitlərini ayıran və həmin məbləğdə kommersiya banklarının kreditlərinə zəmanət verən AYİB və BMK daxildir.
; 2-ci qrupa- ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan material və adanlıq alınmasını maliyyələşdirmək üçün kommersiya banklarına təminat verən ixrac-kredit agentlikləri; məsələn, JBİC ( Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ), MEXİ (İxrac və İnvestisiyaların sığortası bankı -Yaponiya), ABŞ İxrac-idxal bankı, ECGD (İxrac nəzarətinin təmini Departamenti- Böyük Britaniya), OPİC ( Xaricdə özəl sektora investisiyalar korporasiyası_ABŞ), Companie Francaise pour le Commerce Exterier (COFACE -Fransa), Euler Hermes Kreditversicherungs-AG (HERMES-Almaniya), SACE S.p.A. - Servizi Assicurativi del Commercio Estero (SACE-İtaliya) daxildirlər. Həm də kreditorların bu qrupundan yalnız JBİC $480 milyon ayıracaq.
3-cü qrupa daxil olan 15 bank sindikatı $936 milyon ayıracaq. Bu beynəlxaq banklar sindikatına MİZİHO (Yaponiya),SOCİETE GENERALE (Fransa), ABN AMRO (Hollandiya) vəCİTİCORP (ABŞ) başçılıq edir. Sindikata həmçinin Banca Intesa, BNP Paribas, Credit Agricole Indosuez, Dexia, Hypovereinbank, ING, KBC, Natexis Banque Populaire, San Paolo IMI, West LB i Royal Bank of Scotland. Bu banklardan hər biri təqribən $68 milyon ayıracaq.
4-cü qrupa layihənin iri səhmdarları - BP, Statoil, Total və ConocoPhillips,daxildir. Onlar üst-üstə $923 milyon kredit ayıracaqlar.
BTC Co-nun icraçı direktoru Maykl Taunsend mətbuat konfransında deyib ki, beynəlxalq maliyyə qurumlarının kreditləri bu ilin mart-aprelindən etibarən daxil olmağa başlayacaq. Bütün kreditlər 4-5 dəfəyə (tranşa) ayrılacaq. Ən böyük məbləğ ilk tranşda ayrılacaq- $1 milyarddan çox. Bu vəsaitlər BTC ƏİK-i indiyədək öz vəsaitləri hesabına maliyyələşdirmiş şirkətlərə veriləcək.
Kreditlərin verilməsi şərtləri açıqlanmasa da, BP-Azerbaijan prezidenti Devid Vudvord qeyd edib ki, kreditlər üzrə orta faiz dərəcəsi LİBOR + 3,5% illik rüsum təşkil edəcək və 10-12 il müddətinə veriləcək. Kreditlərin qaytarılması prosesi 2006-cı ilin sonunda başlayacaq və2015-ci ildə başa çatacaq.
Uzunluğu 1767 kilometrə çatan ƏİK Azərbaycan (443 km.)- Gürcüstan (248 km.) və Türkiyə (1076 km.) ərazilərindən keçir. İllik buraxılış qabiliyyəti 50 mln. ton neftə bərabər olan bu xətdə 2003-cü ilin aprelində başlamış inşaat işlərini gələn ilin son rübündə tamamlamaq nəzərdə tutulur. Türkiyənin Ceyhan limanından azərbaycan neftinin ixracına isə 2005-ci ilin 2-ci rübündə başlamaq planlaşdırılır.
BP ( iştirak payı-30,1%), QNKAR (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) layihənin iştirakçısıdır.
BTC-ni maliyyələşdirəcək BB Sindikatına MİZUHO (Yaponiya), SOCİETE GENERALE (Fransa),CİTİCORP (ABŞ) və AVN Amro (Hollandiya) başçılıq edir. Banca Intesa, BNP Paribas, Credit Agricole Indosuez, Dexia, Hypovereinbank, ING, KBC, Natexis Banque Populaire, San Paolo IMI, West LB və Royal Bank of Scotland da Sindikata daxildir. Hər bank təqribən $68 milyon ayırıb.
4-cü qrupa layihənin səhmdarları olan iri şirkətlər -BP.Statoil, Total və Conoco Phillips daxildir . Onlar üst-üstə $800 milyon ayıracaqlar.
BP ( iştirak payı-30,1%), QNKAR (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) layihənin iştirakçısıdır.
Uzunluğu 1767 kilometrə çatan ƏİK Azərbaycan (443 km.)- Gürcüstan (248 km.) və Türkiyə (1076 km.) ərazilərindən keçir. İllik buraxılış qabiliyyəti 50 mln. ton neftə bərabər olan bu xətdə 2003-cü ilin aprelində başlamış inşaat işlərini gələn ilin son rübündə tamamlamaq nəzərdə tutulur. Türkiyənin Ceyhan limanından azərbaycan neftinin ixracına isə 2005-ci ilin 2-ci rübündə başlamaq planlaşdırılır.


BTC TİKİNTİSİNƏ $1,4 MİLYARD SƏFF EDİLİB

BAKI.04.02.2004. MEDİA-PRESS: BTC tikintisinə artıq 1,4 milyard xərclənib.Layinin gündəlik xərcləri $4 milyondur. Bundan savayı $2,6 milyard məbləğində avadanlıq, material alınmasına və işlər görülməsinə dair sazişlər imzalanıb. BTC Co-nün icraçı direktoru Maykl Taunsend belə deyib.
BP prezidenti D.Vudvorda sözlərinə görə, indiyədək layihənin 56 faizi reallaşıb. Azərbaycan, Gürcüstan əv Türkiyədə 760 km.-lik tikinti dəhlizi hazırlanıb ,580 km.-dən artıq boru düzülüb və qaynaq üçün hazırlanıb. Bu üç ölkədə tikintilər 17 meydançada və sahədə aparılır. Bu işi marşrut boyu 12 mindən çox adam görür.


QAZAXISTAN NEFTİNİN BTC İLƏ TRANZİTİNƏ DAİR SAZİŞ BİR AYA HAZIR OLA BİLƏR

BAKI.04.02.2004. MEDİA-PRESS: Qazaxıstan və Azərbaycan qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə tranziti haqqında hökumətlərarası sazişin vahid variantını bu ay hazırlaya bilərlər. "KazMunayQaz" milli şərkətin icraçı direktoru Sabir İsimbekov RİA "Novosti"-yə belə deyib.
Onun sözlərinə görə, iki blkə ekspertlərinin saziş üzərində işi "müsbət yöndə davam edir" və Qazaxıstandan çalışan əcnəbi neft şirkətlərinin bu layihəyədilməsinin bəzi hüquqi cəhətləri və kommersiya şərtlərinin lazılaşdırılması mərhələsindədir".
İsimbekov əmindir ki," tərəflər lap yaxın vaxtda artıq birgə sənəd üzərində işləməyə başlayacaqlar".
Saziş üzərində iş gedişində qazaxıstan tərəfinin rəhbər tutduğu prinsiplərdən biri - öz neftinin tranziti üçün kəmərlərin çoxvariantlığından istifadə edilməsidir. Gələcəkdə Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərindən istifadə hüququ msələsinə də eyni tərzdə yanaşılır.
İcraçı direktor bildirib ki, Qazaxıstanda "Teniz servis" şirkəti yaradılıb və onun əsas vəzifəsi "sahil infrastrukturu"nu yaratmaqdır. Belə struktur neftin dənizlə nəqlinə texniki şərait yaradacaq.
Əvvəlcə hər iki ölkə Qazaxıstanın BTC-yə qoşulmasına dain hökumətlərarası sazişin z variantlarını ayrılıqda hazırlasa da, tərəflərin də dəfələrlə qeyd etdikləri kimi, "onların təməl prinsipləri ümumən üst-üstə düşür".
Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov Bakıda BTC tikintisinə kreditlər ayrılması barədə sazişlərin imzalanması mərasimindəki çıxışında qeyd edib ki, " bu gün 4 mlrd. ton neft və 2 trln. kubmetr qaz ehtiyatına malik Qazaxıstan ixrac kəmərlərinə üstünlük verir və bu səbəbdəndir ki, BTC Qazaxıstan üçün maraq doğurmaya bilməz".
Diplomatın sözlərinə görə,2003-cü ildə Qazaxıstanda neft istixracı 50 milyon tonu keçib. Hasilat 2010-cu ildə- 100, 20015-ci ildə isə-150 milyon tona çatdırılacaq. Ona görə də Qazaxıstan bu marşruta maraq göstərir.Qazaxıstanda işləyən 4 xaricə şirkətin BTC Co-da iştirakı və bu boruçəkmə şirkətində 15 faizlik iştirak payına malik olması da həmin marağa daha bir sübutdur.
Uzunluğu 1767 kilometrə çatan ƏİK Azərbaycan (443 km.)- Gürcüstan (248 km.) və Türkiyə (1076 km.) ərazilərindən keçir. İllik buraxılış qabiliyyəti 50 mln. ton neftə bərabər olan bu xətdə 2003-cü ilin aprelində başlamış inşaat işlərini gələn ilin son rübündə tamamlamaq nəzərdə tutulur. Türkiyənin Ceyhan limanından azərbaycan neftinin ixracına isə 2005-ci ilin 2-ci rübündə başlamaq planlaşdırılır.
BP ( iştirak payı-30,1%), QNKAR (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) layihənin iştirakçısıdır.


BTC İŞƏ SALINARSA, RUSİYANIN İTGİSİ AZ OLACAQ

BAKI.04.02.2004. MEDİA-PRESS: BTC neft kəməri işə düşərsə, Rusiya çox da itgiyə məruz qalmayacaq. Bazar ekspertləri İTAR-TASS-la bu fikirlərini öblüşərkən hesab edirlər ki, layişənin reallaşması rus "nefti"nə elə də mənfi təsir göstəməməlidir.
Rusiya kəmərlərinə nəzarət edən "Transneft" dövlət şirkəti bildirib ki, BTC azərbaycan neftinə hesablanıb və bu ölkənin rusiyadan tranziti ildə 2,5 mln. tondur ki, Rusiya nəqlinin 1 faizindən böir az çoxdur. Onun sözlərinə görə, bu elə bir itgi deyil,həm də ona görə ki, bir həftədən sora "Transneft" Baltik boru sisteminin (BBS) illik gücünü 30 milyon tondan 42 milyon tonadək artıracaq . Bundan sonra axıdılan yanacağın həcmi digər mənbələr hesabına da artmalıdır."
MEDİa-PRESS: Xatırlatma: Cəmi bir neçə gün öncə elə həmin "Transneft2in prezidenti Sergey Qriqoryev təşvişlə qeyd etmişdi ki, BTC-nin işə düşməsi Avropa neft bazarını dağıda, deməli,bu bazarda at oynadan rusiya ixracçılarının da mənafeinə zərbə vura bilər.
BTC-nin istifadəsindən sonra Rusiya ərazisindən neft tranzitinin bir qədər azalacağı ilə "Renessans-Kapital" investisiya qrupunun analitiki Yelena Savçik də razıdır. O istisna etmir ki, uzaq gələcəkdə BTC indi Rusiyadan axıdılan qazaxıstan neftinin də çoxunu özünə cəlb edəcək.Bu itgilər ağır olmayacaq və rus "nefti"nə əsla mənfi təsir göstərməyəcək".
Xəzər boru konsorsiumu ( KTK- onun səhmlərini 24 faizi Rusiyaya,daha 20 faizi isə -rusiya kapitallı birgə müəssisələrə məxsusdur) nümayəndələri "BTC marşrutunu rəqib saymırlar" deyiblər.BTC-dən xeyli qabaq, yəni 12 il bundan əvvəl işlənməsinə başlanılmış KTK əvvəldən də qazax neftinə, əsasən Tengiz və Karaçaqanak yataqları üçün hesablanıb.


AZƏRBAYCAN ÖZÜNÜN İXRAC STRATEGİYASINI İŞLƏYİB HAZIRLAYIR

BAKI.04.02.2004 MEDİA-PRESS: "Azərbaycan özünün ixrac strategiyasını işləməyə başlayıb və burada neftin çoxvariantlı nəqli nəzərdə tutulur".Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev mətbuat konfransında belə deyib.
Bilirsiniz ki, bu gün azərbaycan nefti dünya bazarını Bakı-Supsa və Bakıı-Novorossiysk marşrutları ilə çıxarılır və ton neftin bu kəmərlərlə axıdılması ölkəmizə müvafiq olaraq -2,7 və 15,67 dollara başa gəlir.
Neftin Bakı-Novorossiysk xətti ilə axıdılmasına toxunan N.Əliyev qeyd edib ki, bu səmtə nəql edilən neftin həcminə yenidən baxmaq niyyətində deyil.Bu il həmin kəmərlə 2,5 milyon ton neft ixrac diləcək və 2005-ci il üçün də artıq həmin həcm sifariş edilib.

<<< <<<