rus || eng


YANVARDA AZƏRBAYCANDA 433,6 MLN. KUBMETR TƏBİİ QAZ ÇIXARILIB

BAKI.0602.2004. MEDİA-PRESS: Yanvarda Azərbaycanda planlaşdırıldığından 6% çox -433,6 mln. kubmetr qaz çıxarılıb. ARDNŞ-də Media-Pressə bildiriblər ki, bu həcmin 344,8 mln. kubmetrini ARDNŞ-in bölmələri,88,8 mln. kubmetrini -ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti), qalan 12,4 milyon kubmetrini isə- birgə müəssisələr hasil edib.
Azərbaycanın tələbatının ödəilməsinə 10 mlrd. kub metr gərəkdir. Keçən il respublika "İTERA" şirkətlər qrupundan 4 mlrd kub metr mavi yanacaq alıb. Bu il ona qoşulmağa hazırlaşan "Qazprom" ölkəmizə 2,75 mlrd. kub metr qaz verəcək. İTERA isə respublikamıza ixrac edəcəyi qazın həcmini gələn il 3 mln. kub metrə endirəcək.
Respublika Səngəçal Neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində orada qaz qurutma qurğusu tikildikdən sonra, əlavə qaz əldə edə biləcək. Məsələn, bu gün terminala gələn neft qazdan və sudan təmizlənmə prosesindən keçir. Bu zaman ayrılan səmt qazı yandırılır. Qazqurutma qurğusu işə düşdükdən sonra isə buna ehtiyac qalmayacaq və ARDNŞ əldə edəcəyi əlavə həcmdə qazı istehlakçılarına ötürəcək. Bu ideyanın gerçəkləşməsi üçün ARDNŞ həm də qazı qəbul edən xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.


YANVARDA MİƏ İDARƏSİ 348 MİN TON NEFT VƏ 61 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB

BAKI.06.02.2004. MEDİA-PRESS: Dövlət Neft Şirkətinin(ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar (MİƏ) idarəsi yanvarda 61,018 min ton neft məhsulları ixrac edib.ARDNŞ-də Media-Pressə bidiriblər ki, əcnəbi müştərilərə daha çox dizel yanacağı (451,041 min ton) göndərilib. Xaricə 17,923 min ton avtomobil benzini, 1,529 min ton - təyyarə yanacağı, 474 ton -butan və 52 ton- soba yanacağı da yola salınıb.
ARDNŞ yanvarda Bakı-Novorossiysk borusu ilə 348,095 min ton neft ixrac edib.Bununla belə bu xətlə 2004-cü ildə neft ixracının həcmi keçən ilin səviyəsində (2,5 milyon ton) qalacaq.Azərbaycan neftinin bu "şimal marşrutu" ilə axıdılmasının hər tonuna görə Rusiyaya $15,67 ödənilir ( muqayisə et: Bakı-Supsa ilə -bir ton -$2,7).
"Şimal marşrutu" 25 oktyabr 1997-ci ildə istifadəyə verilib və ARDNŞ hər il bu xətlə2,5 mln. ton neft ixrac edir. Bu il də həmin həcm saxlanacaq. 1999-cu ilin yanvarında Rusiya və Azərbaycan arasında imzalanmış hökumətlərarası sazişə görə, qarşı tərəf müddətin qurtarmasına yarım il qalmış özünün hər hansı bir etirazını bildirməsə, onun vaxta\ı avtomatik surətdə daha bil il uzadılır.5 ildən bir isə tərəvlərin qarşılıqlı razılığı ilə sazişdə düzəlişlər edilə bilər.


JAOC KONSORSİUMU (Yaponiya) "ATƏŞGAH-YANAN-TAVA- MUĞAN-DƏNİZ" STRUKTURUNU İŞLƏMƏKDƏN İMTİNAYA GÖRƏ, ARDNŞ-Ə ƏVƏZ ÖDƏYƏCƏK

BAKI.06.02.2004 . MEDİA-PRESS: "ATƏŞGAH-YANAN-TAVA- MUĞAN-DƏNİZ" perspektiv strukturunun işlənməsii layihəsinin relizəsindən imtina etməyi qərara almış yapon konsorsiumu JAOC (Japan Azerbaijan Operating Company) Dövlət Neft Şirkətinə müvafiq əvəz ödəməyə razıdır. Media-Presslə bu məlumatı bölüşən ARDŞH-in vitse-prezidenti Xoşbəxt Yusifzadə əvəzin məbləğinin hələ razılaşdırılmadığını, qarşıdakı danaşaqlarda müəyyənləşdiriləcəyini deyib.
Media-Pressin əvvəllər xəbər verdiyi kimi, 4 yapon şirkətindən ibarət bu konsorsium "Yanan tava" sahəsində elə ilk kəşfiyyat quyusunu qazarkən uğursuzluğa düçar olub - lay təzyiqi yüksək oldüğüna görə, qazma layihə dərinliyinə çatmadan dayandırılıb. 2-ci kəşfiyyat quyusunun qazılmasından sonra JAOC aşkarlanmış neft ehtiyatlarının kommersiya marağı doğurmadığını elan etdi və bundan sonra gündoğar ölkənin elçiləri layihə üzrə işlərini əslində dayandırdılar və özlərinin Bakıdakı ofisini bağladılar.
ARDNŞ JAOC-un layihədən çıxmaq qərarı ilə ümumən razılaşsa da, hesab edir ki, yaponlar məhsulun pay bölgüsü üzrə öhdəliklərini heç də axıra kimi yerinə yetirməyiblər.
Müqavilə üzrə keçmiş tərəfdaşların fikir ayrılığı başa çatmayan ilk kəşfiyyat quyusunda qazmanın nəticələrinə yanaşma tərzinin müxtəlifliyi ilə izah olunur. ARDNŞ-də belə hesab edirlər ki, əgər quyu layihə dərinliyinə çatdırılmayıbsa, deməli, müqavilənin şərtlərindən birinə əməl olunmayıb. ARDNŞ prezidenti Natiq Əliyevin əvvəlki bəyanatına görə, məhsulun pay bölgüsü sazişi nəzərdə tutur ki, qazılan hər neft quyusu öz geoloji təyinatını yerinə yetirməlidir. Bu isə məhz layihə dərinliyi, yaxud layihə üfüqü ( horizontu) açıldıqda baş verir.
ARDNŞ artıq belə vəziyyətlə -əcnəbi şirkətin perspektiv yataqda kəşfiyyatı davam etdirmək istəməməsi faktı ilə bir dəfə üzləşib. Beləki, fransız TotalFinaElfi "Lənkəran-Talış-Dəniz" blokunda 2-ci kəşfiyyat quyusunu qazmaqdan imtina etdiyinə görə, dövlət şirkətinə təqribən $20 mln. məbləğində pul ödəməli olub.
Müqavilə sahəsi Xəzərin azərbaycan hissəsinin cənub-qərbində sahilyanı sonada yerləşir. Ümumi sahəsinin 500 kv. kilometrə çatdığı blokda dənizin dərinliyi 50-100 metr arasındadır. Karbohidrogen ehtiyatlarının 80 mln. ton təxmin edildiyi bu layihəyə $ 2,3 mlrd. həcmində sərmayə qoyulmalı idi.


ARDNŞ XARİCİLƏRİN İMTİNA ETDİKLƏRİ STRUKTURLARI MƏNİMSƏMƏK ƏZMİNDƏDİR

BAKI.06.02.2004. MEDİA-PRESS: Dövlət Neft Şirkəti (ARDNŞH) xarici sərmayəçilərin imtina etdikləri yataqların işlənməsinə başlamaq niyyətindədir. Bu məlumatı jurnalistlərlə paylaşan şirkətin vitse-prezidenti Xoşbəxt Yusifzadə söhbətin "Qarabağ" və" Əşrəfi" yataqlarından getdiyini qeyd edib:" Hər halda işlər 2006-2007-ci illərdən tez ballamayacaq. Biz bu iş üçün zəruri olan sərmayəqoyuluşunun məblğini hesablamalı və əgər qərar müsbət olarsa, "Qarabağ"dan başlayacağıq". Sitatın sonu.
Hər iki yataqda aparılan tədqiqatlar bu ilin ilk rübünün sonunadək başa çatmalıdır. Yataqların işlənməsi qərarı da məhz bu tədqiqatların nəticələri və iqtisadi göstəriclərin səmərəliyi əsasında qəbul ediləcək.
"Qarabağ" yatağının işlənməsi layihəsi üzrə müqaviləni ARDNŞ (7,5%) və DEVON (1,3%),Lukoyl(12,5%), AGİP(5%), LUKAgip(45%) şirkətləri 1995-ci ildə imzalayıbla. Kəşfiyyat işləri orada 40 mln. ton neft ehtiyatı aşkar etsə də, bu, şirkətləriqane emədi. Kəşfiyyata 130 mln. dollar sərf edilib. Müqavilə 1999-cu il 23 fevralda ləğv edilib. Yataq Abşeronun şimalında , "Azəri" yatağından 23 km. şimaldadır və burada su qatının dərinliyi 180 metrə çatır.
"Əşrəfi-Dan Ulduzu" blokunun işlənməsi müqaviləsi 1997-ci ildə ARDNŞ-lə (20%), BP (30%), UNOCAL (25,5%),İTOCHU(20%) və Delta NESS şirkətləri arasında imzalanıb. Burada da aşkar edilmiş neft ehtiyatı (20-40 mln. ton) investorları qane etmyib. Həm də "Əşrəfi" əcnəbi şirkətlərin Azəprbaycanda kəşf etdikləri ilk yataqdır. Müqavilə hüquqi qüvvəsini 2000-ci il martın 7-də itirib.
"Əşrəfi" Abşeronun şimalında, "Qarabağ"dan qərbdədir və burada dərinlik -160-180 metr civarı ADNŞ-in perspektiv strukturların işlənməsi üzrə işlədiyi 22 müqavilədən 6-sı əcnəbi tərəfdaşların istəyi ilə ləğv edilib. Bu sırada adlarını çəkdiyimizdən əlavə "Lənkəran-Talış","Oğuz","Muradxanlı" və "Kürdaşı" da vardır.


PAYIZDA XəzGİ 12 MİN- TONLUQ İKİ MÜASİR TANKER ALACAQ

BAKI.06.02.2004. MEDİA-PRESS: Bu ilin oktyabr-noyabr aylarında Azərbaycan hər birinin su tutumu 12 min ton olan iki ən müasir tanker alacaq. Xəzər Gəmiçiliyi idarəsinin (AzGİ) rəisi Aydın Bəşirov Media-Pressə bu məlumatına əlavə edib ki, yeni tankerlər ikiqat gövdəyə malikdir və hər səfərdə iki növ neft məhsulu daşıya biləcək. Dəyərini idarəmizin ödədiyi kəmilər rusiyanın "Erasnoye Sormovo" zavodunun tərsanəsində yığılıb.
Keçən il həmin zavod idarəmiz üçün su tutumu 8 min ton olan "Professor Əziz Əliyev" və "Cəlil Məmmədquluzadə" tankerlərini də istifadəyə verib. Qəza hallarında neftin dənizə axmasınına yol verməmək üçün bu gəmilərin də gövdəsi ikiqatdır ,beynəlxalq dənizçilik qaydalarına uüğunlaşdırılıb və qabaritləri də rusiyanın daxili sularında üzmiək üçün hesablanıb.
Bu 4 tankerin ümumi müqavilə dəyəri $44,5 milyondur.
Bu gün AzXİ-nin balansında 70 gəmi, o cümlədən 35 -quru yük daşıyan gəmi və 35-tanker vardır. Keçən il idarənin gəmiləri 11,4 milyon ton yük daşıyıb ki, bunun da 7,3 mln. tonu neft və neft məhsullarıdır. Tankerlər ildə 15 mln. ton maye yanacaq daşıya bilər. 2004-cü ildə daha 2 müasir tankerlə zənginləşəcək AzXİ illik yükdaşımı həcmini 18 mln. tona çatdıra biləcək.


EKOLOGİYA NAZİRLİYİ ABŞERON YARIMADASINDA NEFTİN ÇİRKLƏNDİRDİYİ SAHƏLƏRİ MÜƏYYƏNLƏŞDİRƏCƏK

BAKI.06.02.2004. MEDİA-PRESS: Ekoloiya və Təbii Ehtiyatlar nazirliyi (AzETEN) Abşeron yarımadasında nə qədər sahənin neftdən çirkləndiyini müəyyənləşdirir.Nazir Hüseyn Bağırov jurnalistlərə deyib ki, Ümumdünyav bankı -ÜB) Azərbaycanın əsas onşor ( quru) yataqlarının cəmləşdiyi Abşeron rayonunun neft hopmuş torpaqlarının təmizlənməsinə $14-15 milyon ayırmaq niyyətindədir. Çirkli torpaqlar ayrı-ayrı hissələrə bölünərək təmizlənəcək və bu işə dövlət və ÜB ilə yanaşı özəl qurumlar da cəlb ediləcək. Layihənin tətbiqinə 2005-ci ildə başlanacaq.
Bu, heç də ilk belə layihə deyil.Media-Press artıq məlumat verib ki, Abşeronda neft hopmuş 10 hektar ərazi ÜB-nın vəsaitləri hesabına artıq təmizlənməkdədir. Rekultivasiya işlərinə $5,1 milyon ayrılıb. Bu, Təxirəsalınmaz ekoloji investisiyalar proqramının ( ümumi dəyəri - $24,5 milyondur) tərkib hissəsidir. Proqrama Sumqayıt Yerüstü aktiv maddələr zavodu ərazisinin civə tullantılarından təmizlənməsi, ekoloji menecmentin təkmilləşdiilməsi və təhlükəli tullantıların idarə olunması layihələri daxildir. Bu proqram çərçivəsində Neftçalada balıqyetişdirmə zavodu da tikilib.
Təxirəsalınmaz ekoloji investisiyalar proqramı ÜB-dan əlavə, Azərbaycan hökuməti hesabına, Yaponiya hökumətinin və Know-How qrantlları hesabına maliyələşdirilir.


AzETEN EKOLOJİ TƏHLÜKƏSİZLİYƏ ƏMƏL ETMƏYƏN 20 MÜƏSSİSƏDƏN MƏHKƏMƏYƏ İDDİANAMƏ GÖNDƏRİB

BAKI.06.02.2004. MEDİA-PRESS: Azərbaycan Ekologt\iya və Təbii Ehtiyatlar nazirliyi (AzETEN) ekoloji təhlükəsizliyi gözləməyən müəssisə və şirkətlər bərəsində sərt tədbirlər görür. Bu məlumatı jurnalistlərlə bölüşən nazir Hüseyn Bağırov hətta neft şirkəti "Salyanoyl", "Qaradağsement"SC-ti və bəzi yerli neft-qaz çıxarma idarələr kimi iri müəssisələr də daxil olmaqla 20 obyekt barəsində məhkəməyə iddinamə göndərilib.
H. Bağırov nazirliyin BP-Azrbaijan barəsində də belə sənəd hazırladığını deyib:"Bütün sənədləri şirkətə vermişik.Qarşı tərəf cəriməni ödəməyə hazır olarsa, məsələ həll olunacaq, əkstəqdirdə isə mühkəməyə müraciət edəcəyik. BP-Azərbaycana tətbiq ediləcək cərimə 500 milyon-1 milrad manat arsında ola bilər.
AzETEN rəhbərinin sözlərinə görə, ekoloji təhlükəsizlik qaydaları pozulursa, bunun təsadüfən , yoxsa ekoloji qaydalara göz yumulması nəticəsində baş verməsinin əhəmiyyəti yoxdur.Ona görə də bütün müəssisələrdə istehsal elə sazlanmalıdır ki ,hər cür gözlənilməz hallar istisna edilsin.


AZƏRBAYCAN QIZIL YATAĞININ İŞLƏNMƏSİ LAYİHƏSİNİ LƏĞV EDƏ BİLƏR

BAKI.06.02.2004. MEDİA-PRESS: Azərbaycan qızıl yataqlarının işlənməsinə dair R.V. Investment Group Serves LLS amerika şirkəti ilə müqaviləni ləğv edə bilər.Bu məlumatı verən Ekologiya naziri Hüseyn Bağırov müqavilə şərtlərini yerinə yetirməyə indi amerika şirkətinin son şansının olduğunu, əks təqdirdə, Azərbaycanın yeni inestorlarla danışığı başlayacağını və bu yönümdə fəal iş aparıldığını qeyd edərək, respublikanın qızıl mədənlərinə maraq göstərən hindistanlı mütəxəssislərin bəzi sahələrdəki işqlərindən danışıb.Söhbətin Daşkəsən rayonunda (Bakıdan 350 km. qərbdə) tğapılan və 100-150 ton qızı ehtiyatına malik yeni yataqlardan getdyini vurğulayan nazir, əcnəbi mütəxəssislərin laboratoriya tədqiqatlarının nəticələri azərbaycan mühəndislərinin hesablamalarına nisbətən süxurda qızılın tərkibinin daha çox olduğunu aşkarladığını deyib.
Yeni yataqların işlənib-işlənməməsi həll olunandan sonra, R.V. Investment Group-la müqaviləni ləğv edib yeni investorların cəlbi üzrə danışıqlara başlamaq məsələsini həll etmək mümkün olacaq.
Azərbaycan indəyədək öz qızıl yataqlarının işlənməsinə dair yalnız bir müqaviləyə malikdir. Bu sənədi 21 avqust 1997-ci ildə dövlət konserni "Azərqızıl" (artıq ləğv olununb) və R.V. Investment Group Serves LLS imzalayıblar. 49% paya malik amerikan şirkəti ( 51% pay Azərbaycanındır) layihəyə təqribən $500 milyon maya qoyacağını öhdəsinə götürsə də, cəmisi $6,8 milyon xərc çəkdikdən sonra dünyada qızılın qiymətdən düşməsi bəhanəsi ilə müqaviləni dondurdu. Hazırda bazarda qızılın bahalaşmasına baxmayaraq,şirkət yataqlarda işə başlamayıb.


AP AZƏRBAYCANIN 5 RAYONUNU BOŞALTMAĞI ERMANİSTANA TÖVSİYƏ EDƏ BİLƏR

BAKI.06.02.2004. MEDİA-PRESS: Avropa Parlamenti (AP) fevralın 25-26-da özünün Brüssel iclasında Ermənistana tövsiyə də bilər ki, işğal etdiyi azərbaycan rayonlarının bəzisini boşaltsın.
"Söhbət Cənubi Qafqaz üzrə ekspert Per Qartonun 5 azərbaycan rayonundan Ermənistan qoşunlarının çıxarılmasının, Azərbaycan və Ermənistan arasında dəmiryolu rabitəsinin bərpasının zəruriliyindən bəşs edən hsabatının qətnamə şəklində təsdiqindən gedir". Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbərit Arif Məmmədov "İnterfaks-Azərbaycan"a belə deyib.
Diplomatın sözlərinə görə, rəsmi Yerevanın və erməni lobbisinin müqavimətinə baxmayaraq bu düzəliş Qartonun yanvarın sonunda Xarici işlər və Təhlükəsizlik komitəsinin iclasındakı hesabatında təsdiqlənib. Tövsiyyənin icrası dəmitryolunun bərpasına, Bakı-Yerevan münasibətlərinin yaxşılaşmasına, bu ölkələr, eləcə də Avropa arasında nəqliyyat dəhlizinin inkişafına kömək edərdi.
Yerevanın buna etirazı beynəlxalq ictimaiyyətə sübut edir ki, Azərbaycan və Türkiyə tərəfindən guya Yerevanın blokadayamalınması barədə və Azərbaycanla iqtisadi əməkdaşlığın yoluna qoyulması barədə erməni rəhbərliyinin bəyanatı boşboğazlıqdır.
AP-NIN Cənubi Qafqaz üzrə eksperti Per Qarton hesabatında Bakı və Naxçıvan Muxtar Respublikası arasında (Ermənistan ərazisi onu Azərbaycandan ayırır) bərpa etməyi və bunun üçün dəmir yolu xəttinin keçdiyi və işğal altında olan 5 rayonun ərazisindən Ermənitstan qoşunlarını çıxarmağı tövsiyə edir.


ƏN YAXIN VAXTLARDA AZƏRBAYCAN VƏ YUNANISTAN ARASINDA AVTOBULLAR İŞLƏYƏ BİLƏR

BAKI.06.02.2004. MEDİA-PRESS: Ən yaxın vaxtda Azərbaycan və Yunanıstanı beynəlxalq sərnişin avtobus marşrutu birləşdirə bilər.
"İnterfaks-Azərbaycan" agentliyinə respublika Nəqliyyat Nazirliyində hər iki ölkənin belə marşrutun təşkilinə maraq göstədiyini bildiriblər. Nazirliyin nümayəndəsi deyib " Prinsipcə biz də, Yunanıstan da bu qəbil avtobus reysinin açılmasını istəyirik. Odur ki, Yunanıstan Nəqliyyat Nazirliyi ekspertləri Bakıda olarkən həmin məsələ də müzakirəyə çıxarılmışdı. Nümayəndə heyətinin səfəri gedişində iki ölkə arasında beynəlxalq avtobus sərnişin, habelə yük daşımalarına dair saziş layihəsinin son variantı işçi qrupu səviyyəsində razılaqşdırılıb və demək olar ki, heç bir qaranlıq məsələ qalmayıb"
Nazirliyin nümayəndəsi sonda deyib:"Yunanıstan Azərbaycanla iqtisadi münasibətlərin möhkəmləndirilməsini, həmçinin ən yaxın günlərdə beynəlxalq avtobus marşrutunun açılmasını çox arzulayır. Bununla belə, layihə yalnız müvafiq saziş imzalandıqdan sonra reallaşa bilər".


AZƏRBAYCAN PREZİDENTİ DEYİB Kİ, ONUN ÖLKƏSİ RUSİYA İLƏ STRATEJİ TƏRƏFDAŞLIQ XƏTTİNƏ SADİQ QALACAQ

BAKI.06.02.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə strateji tərəfdaşlıq xəttini bu gün Moskvada RF prezidenti Vladimir Putinlə danışıqlarında təsdiqləyib:" Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır və biz bu tərəfdaşlığa sadiq qalacaq və xətti daim davam etdirəcəyik".
Rusiya ilə munasibətləri "müvəffəqiyyətli,dinamik və hərtərəfli" kimi səciyyələndiriən İlham Əliyevə görə, Moskva və Bakı "ikitərəfli və regional əməkdaşlıq məsələlərində tam qarşılıqlı anlaşma, bir çox beynəlxalq problemlərdə ismə oxşar mövqelər tuturlar".
Azərbaycan prezidenti deyib:"son 3 ildə münasibətlərimizdə baş verən proseslər bu münasibətlərin dinamikasının və zəfərli adımlarının davam edəcəyini deməyə imkan verir. Biz bunda maraqlıyıq".
İ. Əliyev qonaqpərvərliyə və Moskada olmaq imkanına görə Vladimir Putinə minnətdarlığını bildirib.
Azərbaycan prezidenti ilə danışıqları açıq elan edən RF prezidenti V, Putin təhlükəsizlik məsələləri üzrə ikitərəfli dialoqun intensivliyini xüsusi vurğulayb:"Biz Qafqaz recionunda təhlükəsizlik problemlərini,terrorizmlə mübarizə mövzusunu daim və müxtəlif səviyyələrdə müzakirə edirik. Bu əməkdaşlıq Rusiya və Azərbaycan xalqlarının xeyrinədir".
"Son bir neçə ildə, məsələn, son iki ildə rusiya-azərbaycan münasibətlərinin çox intensiv inkişaf etdiyini və bu gün çox yüksək səviyyədə olduğunu" deyən RF prezidenti, bu ölkələr arasında əmtəə dövriyyəsinin son iki ilin hər ilində "orta hesabla 50 faizdən çox artdığını", Moskva və Bakının "birgə layihələrin, o cümlədən yanacaq-energetika layihələrinin icrası üzərində düşündüklərini" vurğulayıb.
V, Putin ümidvar olduğunu bildirib ki," martın axırına nəzərdə tutulan ilk irimiqyaslı rusiya-azərbaycan əməkdaşlığı seminarımünasibətlərimizin inkişafının mühüm mərhələsinə çevriləcək".
Rusiya prezidenti Moskva və Bakının siyasi dialoqunun daimi səciyyə daşıdığını da qeyd edib, "hökumətlərarası komissiyanın daimi və intensiv işini, hər iki ölkə hökumətlərinin qarşılıqlı fəaliyyətini" tərifləyib.


AZƏRBAYCAN PREZİDENTİ PUTİNLƏ GÖRÜŞÜNDƏ MOSKVA METROSUNDAKI FACİƏYƏ GÖRƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞINI BİLDİRİB

BAKI.06.02.2004. EDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev cümə günü RF prezidenti Vladimir Putinlə görüşünün başlanğıcında Moskva metrosundakı faciə ilə bağlı dövlət başçısını və bütün rusiya xalqına dərin hüznlə başsağlığı verib:"BU faciə çoxsaylı insan tələfatına səbəb oldu, onun nəticəsində xeyli adam zərər çəkdi. Bu, böyük bəşəri kədərdir və mən başa düşürəm ki, bu gün rusiyyalılır üçün nə qədər ağırdır.Mənim ən dərin kədərimi qəbul edin, Zərərçəkənlərə tezliklə sağalmağı arzulayıram".Sitatın sonu.


RF XİN RƏHBƏRİNİN MÜAVİNİ: MOSKVA VƏ BAKININ STRATEJİ TƏRƏFDAŞLIĞI XƏRİCİ-SİYASİ VƏZİYYƏTDƏN İRƏLİ GƏLMİR

BAKI.06.02.2004. MEDİA-PRESS: "Moskva və Bakının strateji tərəfdaşlığı hər hansı zçərçivəsi ilə məhdudlaşmır və xarici-siyasi vəziyyətdən irəli gəlmir".RF XİN müavini Valeri Loşşinin Azərbaycan prezidenti İlham Əliyevin Rusiya səfəri ilə bağlı İTAR-TASS-a bele deyib.
Yüksək vəzidəli rusiya diplomatının fikrincə,"gənc və enerjili azərbaycan liderinin gəlişi, onun RF przidenti Vladimir Putin və rusiyanın ayrı rəhbərləri ilə danışıqları inam yaradır ki, strateji tərəfdaşlığa daha bir yeni vacib təkan veriləcək".
V.Loşşinin "xarici siyasi məsləhətləşmələr praktikasının yaxşı nizamlandığını", "terrorizmə, narkotik maddələrin qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgə müqavimət sahəsində ciddi uğurlarıqeyd edib və Dağlıq Qarabağ probleminin məqbul həlli yollarının axtarılmasını qarşılıqlı fəaliyətin mühüm istiqaməti adlandıraraq deyib:"münaqişənin nizamlanmasında tərəflərə vasitəçiliyi özümüzə borc bilirik".
Loşşinin axırda "İqtisadi sahəyə xüsusi diqqət yetirildiyini", azərbaycan neftinin Rusiya ərazisi ilə axıdılması da daxil,yanacaq-energetika kompleksinin qarşılıqlı inkişafında böyük planların oluğünü" vurğulayıb.


MOSKVA XƏZƏRDƏ AZƏRBAYCAN-AMERİKA TƏLİMLƏRİNDƏN NARAHAT DEYİL

BAKI.06.02.2004. MEDİA-PRESS: Xəzər dənizində keçirilən azərbaycan-amerika təlimləri Moskvada narahatlıq doğurmur. Rusiya XİN rəhbərinin müavini, RF prezidentinin Xəzərin bölünməsi problemi üzrə xüsusi nümayəndəsi Viktor kalyujnı Moskvada brifinqdə bu fikrini belə izah edib ki," öz təhlükəsizliyini hansı yolla təmin etməyi müəyyənləşdirmək dövlətin hüququdur".
Kalyujnı xatırladıb ki, bu təlimlər əsasən terrorizmdən, həmçinin neft obyektlərinə terrorizmdən qorunmağa yönəlib. "Azərbaycan Xəzər şelfinin mənimsənilməsinin ən real iştirakçılarından biridir. Odur ki, öz sektorunda təhlükəsizliyini təmin etməyə tam haqqı vardır".Kalyujnı bu təlimlərin " siyasi məsələ yox, sırf əməli , texnoloji məsələ" olduğunu da vurğulayyıb.


RUSİYA AZƏRBAYCANLA HƏR CÜR HƏRBİ-TEXNİKİ ƏMƏKDAŞLIĞA HAZIRDIR

BAKI.06.02.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri bu gün RF Müdafiə naziri Sergey İvanovla görüşlə başlayıb. Danışıqlar Kremldə azərbaycan dövlət başçısının rəsmi iqamətgahında keçirilib.
"Biz hərbi və hərbi-texniki əməkdaşlıq (HTƏ) məsələləriniə və qanar nöqtələrdəki vəziyyəti müzakirə etdik və HTƏ sahəsində əməkdaşlığın sabitləşdirilməsi üzrə" ğir sıra tədbirləri müəyyənləşdirdik"- S.İvanov belə deyib
İlham Əliyevin səfəri ərəfəsində Kremldə azərbaycan jurnalistlərini qəbul edən RF Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq Baş idarəsinin rəisi, general-leytenant Albert Drujinin rğulayıb ki,"Rusiya Azərbaycanla istənilən miqyasda hərbi- texniki əməkdaşlığa hazırdır və bura özü üçün heç bir məhdudiyyət görmür".


RUSİYA NEFT TRANZİTİ ÜZRƏ AZƏRBAYCANLA UZUNMÜDDƏTLİSAZİŞ BAĞLAMAQ İSTƏYİR

BAKI.06.02.2004.MEDİA-PRESS: Rusiya azərbaycan neftinin tranzitinə dair onunla uzunmüddətli saziş imzalamağa maraq göstərir.Bu məlumatı jurnalistlərə açıqlayan RF Energetika naziri İqor Yüsüfov deyib:" Biz azərbaycan neftinin Rusiyadan tranzitinə dair uzunmüddətli saziş imzalanması imkanını azərbaycanlı həmkarlarımızla müzakirə edirik. Biz MDB-nin ayrı ölkələri kimi , Azərbaycanla da həcmin və qiymət cədvəlinin göstərilmədiyi saziş imzalamaq istərdik. Belə saziş rahatdır və ona sadəcə hər il texniki paramertlər əlavə edilə bilərdi. Rusiya və Qazaxıstan 15-illiyə bu qəbil saziş imzalayıblar".
Nazir deyib:"Bu halda biz əmin olardıq ki, rusiya boru sistemi müəyyən həcmdə və müəyyən müddətə yüklənəcək, azərbaycan nefti isə bizim ərazimizdən keçməklə qaradəniz limanlarına və Avropaya təminatlı çıxış qazanardı. Biz bunda son dərəcə maraqlıyıq. Bu strateji sazişi Azərbaycan przidenti İlham Əliyevin Moskvaya səfəri gedişində imzalamaq istərdik. Lakin belə sənəd hələ hazır olmadığından , biz Azərbaycanla köhnə saziş əsasında işləyirik. Bu , bizi razı salmır və həmkarlarımızı uzunmüddətli saziş bağlamağa inandırmağa çalışacağıq".
İ.Yusufovun sözlərinə görə, Rusiya mövcud saziş çərçivəsində Bakı-Mahaçqala-Novorossiysk kəməri ilə azərbaycan nefti tranzitinin həcmini indiki 2,5 mln. tondan 5 mln. tonadək artırmağa səy göstərəcək. Bu xəttildə 15 mln. ton neft nəql edə bilər və biz də neftin həddi-əksər tranzitinin Rusiyadan keçməsini istəyirik".
Bu arada ARDNŞ prezidenti Natiq Əliyev Bakı-Novorossiysk marşrutu ilə tranziti hələ artırmaq niyyətində olmadığını və ümumiyyətlə bunun üçün izafi neftin də olmadığını vurğulayıb.


RUSİYA AZƏRBAYCANIN ELEKTRİK ENERJİSİ OBYEKTLƏRİNİ ALMAQ İSTƏRDİ

BAKI.06.02.2004. MEDİA-PRESS: Rusiya istərdi ki, Azərbaycanda elektrik enerjisi obyektlərinin özəlləşdirilməsində iştirak etsin. Jurnalistlər qarşısında bu fikrini vurğulayan RF Energetika naziri İqor Yusufov deyib:" "RAO YeES Rossii" həm elektrik stansiyalarını, həm də şəbəkə obyektlərini əldə etmək istərdi. Bu, bizii üçün böyük maraq doğurur. Biz gözləyirik ki, nə vaxt Azərbaycanda belə qərarların qəbulu üçün hüquqi zəmin yaranacaq".
Nazirin fikrincə, Azərbaycan Rusiya üçün çox cəzbedicidir, çünki," dinamin inkişpfda olan iqtisadiyyat enerjiyə tələbatın artacağını təsdiqləyir.Bizim enerji sistemlərimiz də vahid texniki standartlar üzrçə işləyir və eyni avadanlıdan istifadə edir. Düşünürəm ki, bu yöndəki əməkdaşlığımız müvəffəqiyyətli olacaq". Sitatın sonu.


YANVARDA ARDNŞ 758,8 MİN TON NEFTÇIXARIB

BAKI.06.02.2004. MSEDİA-PRESS: Dövlət Neft şirkəti (ARDNŞ) və onun iştirakı ilə yaradılmış birgə müəssisələr (BM) yanvarda 758,8 min ton neft həsil ediblər.Bu,planlaşdırılandan 2,4% və ya 17,9 min ton çoxdur. Şirkətdə Media-Pressə bildiriblər ki, bunun -680,4 min tonunu ARDNŞ-in müəssisələri ( artım- 0,4%), 78,4 min tonunu isə (23,7%) -BM-lər istixrac ediblər.
Proqnozlara görə, 2004-cü ildə Azərbaycanda15,45 mln. ton neft hasil ediləcək. Bunun -8,75 mln. tonu -ARDNŞ-in, 6,7 mln. tonu -ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) payına düşəcək.t 9,2 mln. ton ixrac neftinin -6,7 mln. tonu -Bakı-Supsa, qalan -2,5 mln. tonu isə -Bakı-Novorossiysk kəməri ilə nəql ediləcək.

<<< <<<