rus || eng
ÜB MİSSİYASI TƏXİRƏSALINMAZ EKOLOJİ İNVESTİSİYALAR PROQRAMINI TƏHLİL EDƏCƏK
BAKI.09.02.2004. MEDİA-PRESS: Ümümdünya Bankı (ÜB) missiyası Azərbaycanda təxirəsalınmaz ekoloji investisiyalar proqramı çərçivəsində realizə edilən layihələri təhlil dəcək.
ÜB-nin Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, Bankın ekspertləri Ekologiya nazirliyinin rəhbərliyi və layihələri gerçəkləşdirən işçi qruplarla görüşəcəklər.
Neftçaladakı balıqartırma zavodunun və təsisçisi nazirliyin özünün olduğu zərərli tullantıların idarəsi üzrə şirkətin (Sumqayıt) sabit iş strategiyasını işləyib hazırlamaq nəzərdə tutulur. Həmçinin "Abşeronun neft hopmuş torpaqlarının təmizlənməsi" layihəsinin nazirlikdə ilkin müzakirəsi keçiriləcək.
Təxirəsalınmaz ekoloji investisiyalar proqramı ümumi dəyəri $24,5 milyona çatan 4 layihədən ibarətdir. Bu vəsaitin $20 milyonu ÜB -nın krediti, $0,8 milyonu Yaponiya hökumətinin, $0,6 milyonu- Know -How britaniya fondunun qrantlarıdır, $3,1 milyonunu isə Azərbaycan hökuməti ayırır. Proqram Sumqayıt fəal səth maddələri zavodu ərazisinin civə tullantılarından təmizlənməsi, ekoloji menecmentin təkmilləşdirilməsi və təhlükəli tullantıların idarə olunması kimi layihələrdən ibarətdir. Bununla yanaşı Abşeron yarımadasının neft hopmuş torpaqlarının pilot təmizlənməsi ($5,1 milyon) də nəzrdə tutulur.
ŞƏKİDƏKİ ZƏLZƏLƏ KÖHNƏ BİNALARIN UÇMASI TƏHLÜKƏSİNİ YARADIB
BAKI.09.02.2004. MEDİA-PRESS: Şəkidəki zəlzələ bir sıra köhnə binaların uçması təhlükəsinin yaradıb. Şəhər bələdiyyəsit artıq 8-mənzilli binanın 40 sakininin qohum-əqrəbanın evlərinə köçürüldüyünü bildirib. Təkrar təkanlardan ehtiyat edən sakinlər evlərini tərk ediblər. Şəhərin su sisteminə də ziyan dəyib.
Respublika EA Seysmoloji Xidmət mərkəzi bazarertəsinə keçən gecə yerli vaxtla iki radələrində Rixter cədvəli ilə 4 bal gücündə zəlzələ baş verdiyi, Şəkidə daha bir neçə təkan qeydə alındığı barədə xəbər yayıb.
2050-Cİ İLƏ KİMİ TÜRKİYƏ ƏHALİSİNİN SAYI -97,5 MİLYON NƏFƏRƏ ÇATACAQ, HİNDİSDİSTAN ƏHALİNİNT SAYINA GÖRƏ ÇİNİ QABAQLAYACAQ
BAKI.09.02.2004. MEDİA-PRESS: Statistikaya görə, 2050-ci ildə əhalisnin sayına görə, Türkiyə dünyada 17-ci yer tutacaq (hazırda-16) və 97,5 milyon nəfərə malik olacaq.
İndi bu qismdə dünya birincisi Çin, ikincisi isə-Hindistandır. 2050-ci ildə isə bu ölkələr yerlərini dəyişəcək.ABŞ yenə də 3-cü yerində qalacaq, Pakistan -4-cü olacaqdır. Ən çox əhalisi olan ərəb ölkəsi Misir 127 milyon nəfərlə 113-cü, Rusiya -14-cü, Meksika isə-11-ci olacaq.
Almaniyada əhalinin artımı düşəcək və ölkə 25-ci yeri tutacaq. İndi cəmi 10 milyon əhalisi olan Yəmən də Almaniyanı arxada qoyacaq! Kolumbiya və Əfqanıstan da əhalisinin sayına görə Almaniyaya yaxınlaşacaqlar. 21050-ci ilədək İtaliya, Böyük Britaniya və Fransada da əhali azalacaq.
Təbii ki, bu hesablamalar əhalinin sayının dəyişməsi dinamikasına təsir göstərən amillərin hamısını nəzərə almadığından,47 ildən sonra dünyada və hər ölkədə nə qədər əhali yaşayacağını dəqiq heç kim söyləyə bilməz. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yer kürəsində orta ömür- 48,5 ildir.
Rusiyasakini orta hesabla -67,5 il ömür sürür və bu baxımdan Belarusdan geri qalsa da (68,5), Ermənistanı (66,59), Ukraynanı (66,33),Moldovan(64,62),Tacikistanı(64,28), Özbəkistanı (63,9), Qırğızıstanı (63,56), Qazaxıstanı (63,38), Azərbaycanı(63,08) və Türkmənistanı (61,1) qabaqlayır.
Keçmin SSRİ ölkələrindən öndə gedənlər Estoniya (70,1), (Litva(69,2) və Latviyadır(69).
Orta statistik yaş baxımından ABŞ- 47-cidir( 77,4) və Fransadan (79,2), İsraildən (78,86), Böyük Britaniyadan (77,79) və Almaniyadan geri qalır.
YST məlumat verir ki, dünyada əhalisinin ömrü ən qısa olan ölkələr - Botsvana-35,29 və Mozambikdir -35,56 il.
ŞƏRQİ AZƏRİDƏ QABAQLAYICI QUYULAR QAZILIR
BAKI.09.02.2004. MEDİA-PRESS: ABƏŞ "Azəri" yatağının şərqində qabaqlayıcı quyular qazmağa başlayıb. Burada qazılası 6 belə quyunun - beşi istixrac, biri isə -qazma şlamını quyuya vurmaq üçün nəzərdə tutulacaq.Quyuların hamısı burada hələ dekabrda quraşdırılmış tava dayağından qazılacaq. Quyuların layihə dərinliyi 4000-5300 metr arasında olacaq və bu iş 11 aya tamalanacaq.
Qabaqlayıcı qazma proqramı platformanın özündən quyular qazılmasını gözləmədən həmin yerdə dəniz stasionar platfomasının tikilməsindən dərhal sonra burada neft hasilinə başlamağa imkan verəcək. ABƏŞ bundan əvvəl də "Azəri" -nin mərkəzi hissəsində qabaqlayıcı qazmanı uğurla başa çatdırmışdı.
Faza-2" çərçivəsində isə "Azəri" yatağının qərb və şərq hissələri işlənək. Bu fazanın tikintisi "Faza-1"in tikintisi ilə birləşdiriləcək. "Qərbi" və "Şərqi- Azəri"də hər birində 48 qazma şaxtası olan qazma və istixrac üçün nəzərdə tutulan 2 platforma qquraşdırılacaq. Səngəçal terminalına əlavə 30 düyməlik neft borusu çəkiləcək, Səngəçaldakı sahil terminalı , habelə qazın sıxılması və su vurulması üçün platforma yenidən genişləndiriləcək. "Azəri" yatağının "Qərbi" və "Şərqi" hissələrində ilk neftin hasilinə müvafiq olaraq 2006-cı ilin ikinci rübündə və 2007-ci ilin birinci rübündə başlamaq nəzərdə tutulub.
AÇG müqaviləsində: BP (operatordur, iştirak payı-34,1367%), ARDNŞ (10%), Unocal(10,2814%), İnpeks (10%), Statoyl (8,56,33%), Exxonmobil (8,0006%), TPAO (6,7500%), Devon (5,6262%), İtochu (3,9205%) və Delta Hess (2,7213%) şirkətləri iştirak edirlər.
YANVARDA AZƏRBAYCANDA DÖVLƏTƏ 372,5 MLN. KUBMETR QAZ TƏHVİL VERİLİB
BAKI.09.02.2004.MEDİA-PRESS: Azərbaycanda yanvarda dövlətə 372,5 mln.kubmetr qaz təhvil verilib. Bu həcmin 288 mln. kubmetri Dövlət Neft Şirkətinin (ARDNŞ), 7,2 mln. kubmetri- birgə müəssisələrin (BM), qalan 77,3 mln. kubmetri isə-ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) payına düşür.
Yanvar qazının 173,6 mln. kubmetri "Azəriqaz" SC sisteminə ( nəzərdə tutulandan -0,6% az). Qalan 198,9 mln. kubmetri (17,5% çox) isə- AzQEZ-ə ( Azərbaycan qaz emalı zavodu) verilib.
Azərbaycanın tələbatının ödəilməsinə 10 mlrd. kub metr gərəkdir. Keçən il respublika "İTERA" şirkətlər qrupundan 4 mlrd kub metr mavi yanacaq alıb. Bu il ona qoşulmağa hazırlaşan "Qazprom" ölkəmizə 2,75 mlrd. kub metr qaz verəcək. İTERA isə respublikamıza ixrac edəcəyi qazın həcmini gələn il 3 mln. kub metrə endirəcək.
Səngəçal Neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində orada qaz qurutma qurğusu tikildikdən sonra, respublika əlavə qaz əldə edə biləcək. Məsələn, bu gün terminala gələn neft qazdan və sudan təmizlənmə prosesindən keçir. Bu zaman ayrılan səmt qazı yandırılır. Qazqurutma qurğusu işə düşdükdən sonra artıq buna ehtiyac qalmayacaq və ARDNŞ əldə edəcəyi əlavə həcmdə qazı istehlakçılarına ötürəcək. Bu ideyanın gerçəkləşməsi üçün ARDNŞ həm də qazı qəbul edən xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.
LUKOYL-UN AZƏRBAYCAN BÜDCƏSİ QARŞISINDA ÖHDƏLİKLƏRİ YOXDUR
BAKI.09.02.2004. MEDİA-PRESS: Maliyyə Nazirliyində "İnterfaks-Azərbaycan"a verilən məlumata görə, "Azəri-çıraq_Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsindəki 10% -lik payını satması ilə bağlı rusiya "LUKoyl"unun azərbaycan büdcəsinə borcu yoxdur.
2002-ci ilin dekabrında "Lukoyl" AÇG-dakı 10 faizlik payını $1,375 milyard müqabilində yaponiya İNPEX-inə satdığını elan etmişdi. Bundan sonra Azərbaycan Maliyyə Nazirliyi şirkətin dövlət büdcəsinə azı $200 milyon vergi ödəməli olduğunu bəyan etdi.
Bununla bağlı nazirliyin nümayəndəsi deyib:" AÇG-nin işllənməsi sazişinə uyğun surətdə saziş iştirakçısı öz payını satddığına görə əlavə vergi ödəmir, Deməli, Lukoyl da bu sövdələşmədən aldığı puldan vergi ödəməyə borclu deyil".
Vergilər naziri Əvəz Ələkbərov bu yaxınlarda bildirmişdi ki, LUKoylun AÇG layihəsindəki payını satmasına görə, dövlət büdcəsinə vergi ödəmələri daxil olmayıb. Şirkətin prezidenti Vahid Ələkbərov da öz növbəsində jurnalistlərə demişdi ki, şikət azərbaycan büdcəsi qarşısındakı öhdəliklərini tam ödəyib:" Bizim Azərbaycanın dövlət vergilər xidmətinə, o cümlədən AÇG layihəsi üzrə heç bir borcumuz yoxdur".
"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları aşağıdakılarır: VR (34,1367% - operator), Amerikanın Unocal (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%) i Amerada Hess (1,0413%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın Inrex Corr. (10%) və ITOCHU Oil (3,9205%), Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) və Səudiyyə Ərəbistanın Delta Oil (1,68%) şirkətləri.
BAZAR İŞTİRAKÇILARI OPEK-İN 10 FEVRAL SAMMİTİNİN HANSI QƏRAR ÇIXARACAĞINI BİLMİR
BAKI.09.02.2004. MEDİA-PRESS: Fevraın 10-da OPEK üzvləri xammal istixracı kvotalarını azaltmaq məsələsini həll etməlidirlər. Bazar iştirakçıları əmindirlər ki, rəsmən qüvvədə olan istixrac həcmləri dəyişməyəcək.
Doğrudur, ekspertlər hələ unutmayıblar ki, OPEK neft nazirləri keçən ilin noyabr sammitində son məqamda kvotanı dəyişdirməyi qərara aldılar.
Əlcəzairin Energetika naziri Şakib Xəlil cümə günü deyib ki, neft bazarındakı vəziyyət indiki istixrac kvotasını saxlamağa imkan verir. Kartel üzvləri hasilatı əvvəlki səviyyədə saxlamağa razı olacaqlar.
Ancaq son bir neçə gündə neftin qiyməti düşüb. Beləki, cümə günü London hərracında Brent markalı neftin mart üçün fyuçers müqavilələri üzrə məzənnəsi bir barrelə görə $29,11-dən -28,98-ə düşüb.
İndi OPEK ölkələrinin rəsmi gündəlik hasilatı 24,5 mln. barrel olmalıdır. Əslində isə onlar dekabr və yanvarda bazara hər gün əlavə 1,5 mln .barrel xammal çıxarıblar. Bununla belə neft artıqlığı nə ABŞ-da, nə də Çində hiss olunub. OPEK nazirləri ötən ilin sonunda narahatlıqlarını bildlirmişdilər ki, 2-ci rübdə mövsümlə bağlı gündəlik tələbat ənənəvi surətdə təqribən 2 mln. barrel azalacaq və ona görə də fevralda hasilatı azaltmaq gərəkdir. Lakin yanvarın sonunda onların mövqeyi dəyişdi və Kartelin bir sıra nüfuzlu üzvləri bildirdi ki, hətta tələbat azalsa da kvotanı dəyişməyə dəyməz.
BARMEK-AZERBAİJAN 2004-CÜ İLDƏ BAKI VƏ SUMQAYITIN PAYLAŞDIRICI ELEKTRİK ŞƏBƏKƏLƏRİNƏ $15 MİLYON XƏRCLƏYƏCƏK
BAKI.09.02.2004. MEDİ-PRESS: Barmek-Azeribaijan şirkəti 2004-cü ildə Bakı və Sumqayıtın paylaşdırıcı elektrik şəbəkələrinə $15milyon maya qoyacaq. Şirkətin prezidenti Hüseyn Arabul Bakı şəbəkəsinə -$10, Sumqayıta isə-$5 milyon xərclənəcəyini, 2003-cü ildə bu məbləğin müvafiq surətdə -55 və 15 milyard manat olduğunu deyib.
Barmek 2002-ci ilin əvvəlində Bakı elektrik şəbəkəsini 25 -illik idarəyə götürüb. Sumqayıt şəbəkəsini isə ( şəhəri və respublikanın bir neçə şimal rayonunu birləşdirir) 2002- ci ilin oktyabrından idarə edir və 25 ildə şəbəkələrin modernləşdirilməsinə $200 milyondan vox vəsait xərcləyəcəyini öhdəsinə götürüb.
Keçən il Barmek abunəçilərinə bir trln. manat dəyərində 8,280 mlrd. kVt\ saat elektrik enrjisi verib. Bu zaman istehlakçılara 2002-ci ilə nisbətən natural formada-55%, dəyər formasında isə-53,3% çok elektrik enerjisi verilib.
AZƏRBAYCANDA 2003-CÜ İLDƏ ÜDM-DƏ ÖZƏL BÖÖLMƏNİN PAYI 73,3% OLUB
BAKI09.02.2004. MEDİA-PRESS: 2003-cü ilin yekununa görə, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) strukturunda özəl sektorun payı 73,3% olub. Dövlət statistikasına görə, ÜDM-0in həcmi 35,1 trln. manat təşkil edib (2002-ci ilə nisbətən artım-11,2%) aə əvvəlki illərlə müqayiəsdə daha sürətlə artıb. Müqayisə : 2000-ci ildə-11,1%, 2001-də_9,9% və 2002-də-10,6%.
Hər nəfər hesabı ilə ÜDM-in həcmi -4,3 mln. manat ($879,7) olub. ÜDM-də sənayenin payı-37,8%, kənd təsərrüfatının-13,1%, rabitənin-2,2%, tikintinin-12,1%, ticarət və xidmətin- 7,9%, nəqliyyatın-7,3% təşkil edib.
2004-cü ildə ÜDM-in həcminin 37,3 trilyon manata çatacağı gözlənilir.
Bir ildə sənaye istehsalı 6,1% artaraq ,23,7 trln. manata çatıb. Buraxılan məhsulun 48,6 faizi -istixrac, 42,7 faizi -emal sənayesinin payına düşüb. Özəl bölmədə istehsal 7,6% artaraq ümumi həcmin 53,4 faizini təşkil edib.
BU İL AzXGİ 13 MLN. TON YÜK DAŞIYACAQ
BAKI.09.02.2004. MEDİA-PRESS: AzXGİ (Azərbaycan Xəzər gəmiçiliyi idarəsi) bu il 13 mln. ton yük daşımağı planlaşdırır. Müəssisənin rəisi Aydın Bəşirovun MEDİA-PRESSə bu barədə məlumatında həmin həcmin 9 mln. tonunun neft və neft məhsulları olduğu bildirilir.Ümumiyyətlə Xəzər hövzəsində bütün neftdaşımalarını məhz AzXGİ gerçəkləşdirir.
2003-cü ildə idarənin gəmiləri ilə13,268 mln. ton müxtəlif yüklər . o cümlədən 8,875 mln. ton neft və neft məhsulları daşıyaraq, proqnozu 117,5% yerinə yetirib.
İdarənin tankerləri il ərzində 15 mln. tonadək neft və neft məhsulları daşıya bilir.2004-cü ildə hər birinin su tutumu 12 min ton olan iki yeni tanker alınması AzXG idarəsinə imkan verəcək ki, illik yükdaşımılırının həcmini 18 mln. tona çatdırsın.
AzXGİ gəmiləri başqa dənizlərdə də üzərək, 39 ölkənin limanlarına yan alır. Volqa-Baltik və Volqa-Don kanalları sistemi ilə Aralıq, Baltik və Qara dəniz hövzələrindən Xəzərə daxil olan yüklər boşaldılmadan birbaşa İran limanlarına çatdırılır. İdarənin Qara və Azov dənizlərində işləyən gəmiləri isə xarici kirayəçilərin yüklərini Avropa, Yaxın Şərq və Şimali Afrika limanlarına çatdırır. 2003-cü ildə AzXGİ-nin quru yük gəmiləri 900 min tondan artıq yük daşıyıb.
ÜB PENSİYA VƏ SOSİAL MÜDAFİƏSİ LAYİHƏSİNƏ $10 MİLYON AYIRA BİLƏR
BAKI.09.02.2004. MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) əhalinin təqaüd və sosial müdafiəsi layihəsinin realizəsinə $10 milyon ayıra bilər. ÜB-nın Bakı nümayəndəliyinin səlahiyyətlisi "İnterfaks-Azərbaycan"a bildirib ki, " layihə Azərbaycanda sosial sığortanın fərdi uçot sisteminin tətbiqini, sosial ödənişlərin ünvanlığını artırmağı nəzərdə tutur".
Xatırladaq ki, Azərbaycana bu yaxınlardakı səfəri zamanı ÜB ekspetləri Dövlət Sosial Müdafiə fondunda (DSMF) layihə üzrə danışıqlar aparmışdılar.Müzakirələr fərdi sosial sığorta hesablarının tətbiqinə aid olub və bu məşvərətləri gələcəkdə də davam etdirmək qəraqa alınıb.
ÜB layihənin realizəsinə kredit ayrılması danışıqlarının 2004-cü ilin ilk rübündə başa çatacağını və kredit almaq üçün rəsmi sifariş veriləcəyini gözləyir. ÜB kreditinin bir hissəsini- DSMF , bir qismini isə- Əmək və əhalinin sosial mədafiəsi nazirliyi alacaqlar.
İndi Bank bu sistemin yaradılması üçün xərcləri və layihəyə ayıracağı krediti Fondla müzakirə edir. DSMF nümayəndəsi deyib:" Fərdi sosial sığorta hesablarının gerçəkləşməsinə təqribən $3,5 milyon gərəkdir. Lakin bu məbləğ arta da bilər".
AZƏRBAYCAN DİPLOMATLARINI SIĞORTALAYACAQ
BAKI.09.02.2004. MEDİA-PRESS: Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarətinin şöbə rəisi Pünhan Abdullayev "İnterfaks-Azərbaycan"a bildirib ki, "Azərbaycanın xaricdəki diplomatik baş idarəli işçilərinin icbari şəxsi sığortalanması haqqında" qanun 350 nəfərə şamil ediləcək. Qanun layihəsinə indi Prezident Aparatında baxılır və onun Milli Məclisə nə vaxt göndəriləcəyini demək hələki çətindir".
Nizirliyin hesablamasına görə, səfirlik işçilərinin icbari sığortasına büdcə xərcləri ildə 40 milyon manatdan çox olmayacaq.
Manatın rəsmi məzənnəsi : 9 fevralda -4936 manat =1$
<<< <<<