rus || eng
GÜRCÜSTAN DƏMİRYOLU İDARƏSİNİN RƏİSİ BAKI İLƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİB
BAKI.11.02.2004. MEDİA-PRESS: Gürcüstan Dəmiryolu idarəsinin rəisi Levan Varşalomidze Azərbaycana 3-günlük səfəri gedişində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Respublika Nəqliyyat Nazirliyinin səlahiyyətlisi "İnterfaks-Azərbaycan"a bu haqda məlumatında qeyd edib ki, "Varşalomidzenin səfəri tanışlıq səciyyəsi daşıyır, O vəzifəyə yeni təyin olunduğu üçün,yaxın qonşusu və strateji tərəfdaşı ilə münasibətlərini nizamlamaq niyyətindədir. Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verən dövlət naziri Zurab Jvaniyanın tapşırığı ilə Bakıya gəlmiş qonaqın Azərbaycanın bir sıra nazirlik və baş idarələrindəki görüşlərində müxtəlif məsələlər , həmçinin Azərbaycan, Qazaxıstan və Türkmənistandan göndərilən neft və neft məhsullarının gürcüstan limanlarında bir çox hallarda yubanmasının səbəbləri müzakirə edilib.
Media-Pressin dəfələrlə qeyd etdiyi kimi, AzDY ilə gürcüstan limanlarına əsasən qazaxıstan və türkmənistan nefti daşınır. Bu ilki artım qonşu ölkənin limanlarında neft sisternlərinin boşaldılması işlərinin normallaşması hesabına baş verib .Əvvəllər azərbaycan sisternləri boşalma növbəsini günlərlə gözləməli olurdu.Bu isə Xəzər neftinin AzDY ilə daşınmasını ləngidirdi. İndi Batum neft terminalının genişləndirilməsi və Poti terminalının istifadəyə verilməsi svayəsində əvvəlki çətinlikllər aradan qaldırılıb. İndi hər gün Azərbaycandan Gürcüstana neft və neft məhsulları ilə dolu 500-dək sistern yola salınır. AzDY-nın sistern parkı hər il 16-18 mln. ton yanacaq daşınmasına imkan verir.
AZƏRBAYCANIN XARİCİ BORCU 2003-CÜ İLDƏ 16% FAİ Z ARTARAQ $1,6 MİLYARDA ÇATIB
BAKI.11.02.2004. MEDİA-PRESS: 2003-cü ildə Azərbaycanın xarici borcu 16,1% artaraq, 2004-cü il yanvarın 1-də $1,575 milyarda çatıb.
Maliyyə Nazirliyində "İnterfaks-Azrbaycan"a verilən məlumata görə, keçən il Azərbaycan xarici borcun ödənilməsinə -$153,6 milyon (2002-də -$117,4 milyon) sərf edib.
Əsas xarici borcun ödənilməsinə $134,9 milyon ( 2002-ci illə müqayisədə artım-38,8%), faizlərə isə-$18,7 milyon (azalma-7,4%) xərclənib.
Bu zaman Beynəlxalq Valyuta Fonndu (BVF) kreditlərinin ödənilməsinə - $73,6 milyon ayrılıb.
Xarici borcun artımı respublikanın bir sıra yeni kreditlər alması ilə izah edilməlidir: yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafa yardım proqramına (PRGF) BVF-in iki dəfəyə ayırlığı $35-milyonluq krediti, Ümumdünya Bankının SAC-II layihəsinin -$6 milyonluq ikinci tranşı, KFW Almaniya İnkişaf bankının energetika layihəsinə ayırdığı -15 milyon avronu və Səudiyyə İnkişaf Fondunun 5 məktəbin tikintisinə ayırdığı -$9,75 milyon həcmində krediti bunlara misaldır.
İRAN BAKI-NAXÇIVAN MARŞRUTU ÜÇÜN "İRAN HODRO DİSEL" AVTOBUSLARINI TƏKLİF EDİR.
BAKI.11.02.2004. MEDİA-PRESS: İran hökuməti Bakı-İran_Naxçıvan daimi avtobus marşrutunun təşkili layihəsi çərçivəsində "İran Hordo Disel" avtobuslarından istifadə etmək təklifi sürüb.
Respublika Nəqliyyat Nazirliyinin səlahiyyətlisi bu barədə "İnterfaks-Azərbaycan"a məlumatında deyib:" Nazir Ziya Məmmədovun başçılıq etdiyi heyətin keçən həftə Tehrana səfəri gedişində yaxın gələcəkdə reallaşdırıla bilən bir sıra müştərək investisiya layihələri, o sırada Bakıdan Naxçıvan Muxtar Respublikasına avtobus marşrutunun təşkili tərəflərin müzakirə mövzusu olub.
Həmçinin Azərbaycan ərazisində Ələt-Astara avtomagistralının yenidən qurulması, Astara (Azərbaycan)-Astara(İran) sərhəd avtomobil və dəmiryolu körpülərinin tikilməsi və daha bir neçə layihə müzakirə edilib.
İran tərəfi Ələt-Astara yolu layihəsinə $40 milyon ayırıb. Lakin TİƏ-nin (texniki-iqtisadi əsaslandırmanın) olmaması layihənin gerçəkləşməsini ləngidir. İran hökuməti bu layihənin və daha bir neçə TİƏ-nin hazırlanmasına $2 milyon qrant ayırmaq barədə qərar da qəbul edib.
Azərbaycanın tərkib hissəi Naxçıvan Muxtar respublikası ermənistan-azarbaycan münaqişəsi üzündən 10 ildən çoxdur ki,Ermənistanın blokadasındadır .Hazırda Nvaxçıvan MR-lə Azərbaycan arasında yalnız təyyarə rabitəsi mövcuddur.
AZƏRBAYCANDA QAÇQINLAR ÜÇÜN YENİ QƏSƏBƏLƏR SALINMASINA $70 MİLYON XƏRCLƏNİB
BAKI.11.02.2004.MEDİA-PRESS: Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikintisinə Azərbaycan Dövlət Neft Fondundan (DNF) təqribən $70 milyon xərclənəcək.
Bu məlumatı mətbuat konfransında jurnalistlərlə bölüşən Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib:" Azərbaycan prezidentinin 4 fevral 2004-cü il tarixli fərmanına uyğun olaraq hazırda 4 çadır şəhərciyində məskunlaşmış 3860 ailə üçün mənzil tikilməsi nəzərdə tutulur.Bütün məsələləri nəzərə alan tikinti proqramı artıq hazırdır və təsdiq üçün yaxın günlərdə Nazirlər kabinetinə veriləcək.İnfrastruktur və iş yerləri yaratmaları üçün ayrı-ayrı nazirliklərə də göstərişlər veriliğ".
Ə. Həsənov ümumiyyətlə Azərbaycanda 12 çadır şəhərciyi olduğunu, orada 52 min nəfərin məskunlaşdığını, lakin ölkə prezidentinin 2001-2002-ci illərdəki 3 fərmanı ilə 5 çadır şəhərciyinin ləğv edildiyini, 4500 ailənin, yaxud 17 min nəfərin zəruri infrastruktura malik yeni evlərə köçürüldüyünü və "sonuncu fərmanın realizəsindən sonra 4115 ailənin, yaxud 17 minə yaxın vadamın yaşadığı 3 şəhərciyin qalacağını" vurğulayaraq qeyd edib ki, məcburi köçkünlər üçün tikilmiş bütün evlər dövlətin mülkiyyətidir, odur ki,işğal ərazilər boşaldıldıqdan sonra onlar doğma yurdlarına köçürüləcəklər.Hər ailəyə 12 sot həyətyanı sahə, kənd təsərrüfatı işləri üçün bir hektar torpaq və bir milyon manat (təqribən $200) məbləğində təmənnasız yardım gösmtəriləcək". Sitatın sonu.
YANVARDA AZƏRBAYCANDA 248 MİN KV. M.-DƏN ARTIQ ƏRAZİ MİNALARDAN TƏMİZLƏNİB
BAKI.11.02.2004. MEDİA-PRESS: ANAMA ( Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyi ) yanvarda Azərbaycanın Füzlmi, Ağcabədi, Xanlar və Ağstafa rayonlarında 248 min. kv. metr ərazini minalardan təmizləyib.
Agentliyin məlumatına görə, hazırda Azərbaycanda 400 milyon kv. m.-dən artıq ərazi təhlükəli hesab olunur , çünki orada çıxarılmamış minalar və ya partlamamış mərmilər hələ də qalmaqdadır. Həmin sahələri zərəsizləşdirmək üçün Agentliyin mövcud vəsaitləri kafi deyil. 3 ildə 7 mln. kv.m.-dən artıq ərazi təmizlənib və 2008-ci ilədək Azərbaycanda minalara qarşı mübarizə üzrə strateji plan işlənib hazırlanıb.Bu planın realizəsi ildə 10-12 mln. kv.m. ərazini təmizləməyə imkan verəcək.
ANAMA-nın icraçı direktoru Nazim İsmayılovun sözlərinə görə,1 kv.m. ərazinin təmizlənməsi 1,1 dollara başa gəlir. "Bu hesabla, Azərbaycanın minalardan təmizlənməsinə azı $400 milyon lazımdır. Lakin maddi-texniki baza yaxşılaşdırılarsa,bu xərcləri $250-300 milyona endirmək olar". ANAMA-nın mövcud olduğu 3 ildə ərazilərin minalar və partlamamış mərmilərdən təmizlənməsinə $7 milyon sərf edilib.
2004-cü ildə bu işlərə $2,8-2,9 milyon xərcləmək planlaşdırılır. Agentliyin ştatında 110 minatəmizləyən mütəxəssis, xüsusi təlim görmüş 18 it və mərmiləri zərərsizləşdirən qrup vardır. ANAMA-nın məlumatına görə, Azərbaycanda 3 ildə mina partlayışlarından 25 nəfər həlak olub,35-i yaralanıbdır. Respublikanın 12 rayonunda adamlar mina partlayışına tuş gəliblər.
AZƏRBAYCANIN SN-Yİ UNİCEF-LƏ ƏMƏKDAŞLINI DAVAM ETDİRƏCƏK
BAKI.11.02.2004. MEDİA-PRESS: Azərbaycanın Səhiyyə Nazirliyi ( SN) respublikada yoluxucu xəstəliklərə qarşı mübarizədə UNİCEF-lə əməkdaşlığını davam etdirməyi planlaşdırır. SN nümayəndəsinin "İnterfaks-Azərbaycan"a verdiyi məlumata görə, "UNİCEF və başqa beynəlxalq humanitar təşkilatlar malyariya, poliomielit və bu kimi xəstəliklərlə mübarizədə respublikaya həm texniki yardım baxımından, həm də rayonlarda təşviqat aparılması məsələsində kömək göstərirlər".
SN nümayəndəsi deyib:"Bizim regionlarda apardığımız birgə monitorinqlərimizdən , məsələn, aydın olub ki, əgər 2002 -ci ildə Azərbaycanda malyariyaya tutulanların sayı 503 nəfər olubsa, 2003-də yalnız 476 belə fakt qeydə alınıb".
İRANIN MÜŞAHİDƏ ŞURASI SEÇKİLƏRDƏ İŞTİRAK EDƏCƏK NÜMAYƏNDƏLƏRİN YEKUN SİYAHISINI DƏRC EDİB
BAKI.1.02.2004. MEDİA-PRESS: İranın Müşahidə Şurası indi İslam Şurası Məclisinin üzvü olan və qarşıdakı seçkilərdə iştirak edə bilən nümayəndələrin yekun siyahısını dərc edib. Siyahıya görə, iran əhli 2004-cü il fevralın 20-də 5600 namizəddən 290 nəfərini 7-ci çağırış İslam Şurası Məclisinə nümayəndə seçə bilər.
Məlumdr ki, nümayəndələrin səlahiyyətinin İran Müşahidə Şurası tərəfindən tanınması prosesi ölkədə daxili-siyasi mübarizənin kəskinləşməsinə səbəb olub. Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahıda əsasən islahatçı partiyaların nümayəndələri təmsil olunurdu.
Lakin məlumdur ki, qanuni -əsasinin icrasına nəzarət etməli olan Müşahidə Şurası fərqli qərar verdi. Nəticədə Məclisin 80-dan artıq üzvü qarşıdakı seçkilərə buruxılmadı.
İranın ruhani lideri və dövlət başçısı Əli Xameneinin bəyanatı ilə islahatçıların və İran hökumətinin çağırışları əslində rədd edilmiş oldu. Onlar seçkilərin təxirə salınmasını,Məclis nümayəndələrinin səlahiyyətinin tanınmasını zəruri sayırdılar və əks təqdirdə hökumətdə və Məclisdə istefaların qaçılmaz olacağı ilə hədələyirdilər.
" Qanuni-əsasiyə və mövcud qanunlara uyğun olaraq seçkilər vaxtında keçiriləcək və heç kəs iran millətini öz səsini vermək hüququndan məhrum edə bilməz". Dövlət rəhbəri Əli Xameneinin son qərarı belə olub.
ARDNŞ GÜNƏŞLİ YATAĞINDA BORULARIN SUALTI FOTOÇƏKİLİŞİNİ APARIB
BAKI.11.02.2004. MEDİA-PRESS: Dövlət Neft Şirkəti (ARDNŞ) "Günəşli" yatağının dayaz hissəsində boruların sualtı fotoçəkilişini qurtarıb. Şirkətdə Media-Pressə bildiriblər ki,bəzi boruların bərpası və ya bərpası mümkün olmayanların sökülməsi haqqındı qərar da məhz bu çəkilişlərin nəticələrinə görə qəbul ediləcək.
Ümumiyyətlə sualtı fotoçəkilişləri boruların indiki vəziyyəti barədə dolğun məlumat almağa imkan verib. Mənbə deyib:" Bu bizə imkan verəcək ki,gələcəkdə qəza baş verə bilən yerləri dəqiqləşdirək, həmçinin yeni boru xətləri çəkilərkən əvvəlkilərin marşrutunu nəzərə alaq".
İlk dəfə idi ki, sualtı fotoçəkilişləri peyk rabitə sistemi və xüsusi avadanlığın köməyi ilə həyata keçirilib və 2003-cü ilin iyulundan bəri davam edib. Qalan yataqlarda da oxşar sualtı fotoçəkilişləri aparmaq nəzərdə tutulur.
ARDNŞ-İN MART AYI ÜÇÜN NEFTİNİN İLK PARTİYASINI VİTOL BROKİNG ALACAQ
BAKI.11.02.2004. MEDİA-PRESS: ARDNŞ-in Bakı-Novorossiysk marşrutu ilə mart ayında ixrac etdiyi neftinin ilk partiyasını müvafiq tenderin qalibi VİTOL BROKİNG alıb.130 min ton həcmində neftin limandan martın 14-16-da yola salınacağı gözlənilir.
Dövlət şirkəti yanvar və fevralda olduğu kimi, martda da bu kəmərlə 210 min ton neft ixrac etməyi planlaşdırır.
Beləliklə, yanvarda iki tenderin qalibi-Total və Glencore, fevralda isə - Sonol və Vitol Broking olublar.
Bakı-Novorossiysk kəməri ilə bu il də 2003-cü ildəki qədər- 2,5 milyon ton, neft ixrac ediləcək.
ARDNŞ "PİRALLAHI-2" YATAĞININ İŞLƏNMƏSİ ÜÇÜN DƏNİZ PLATFORMASI TİKƏCƏK
BAKI.11.02.2004 MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Pirallahı-2" yatağının işlənməsi üçün istixrac platformasının tikintisini 2005-ci ildə başa çatdırmağı planlaşdırır. "İnterfaks-Azərbaycan"ın məlumatına görə, qurğudan 16 quyu qazılması nəzərdə tutulur.
ARDNŞ "Pirallahı-2" yatağını 2000-ci ildə kəşf edib.Ehtiyat nisbətən az olsa da (1,2-1,5 mln. ton), mütəxəssislər yatağın dayazda (6-8 metr) yerləşdiyini və sahildə inkişaf etmiş infrastruktur olduğunu qeyd edirlər ki, bu da yatağın işlənməsinini xeyli asanlaşdıracaq və onu iqtisadi baxımdan sərfəli edəcəkdir.Quruda yerləşən "Pirallahı" yatağı da onun lap yaxınlığındadır.Azərbaycanın ən qədim yataqlarından sayılan "Pirallahı"nın işlənilməsinə 1870-ci ildə başlayıb. Bu məddətdə yataqdan 50 milyon tondan artıq neft və 4,5 mlrd. kubmetr qaz çıxarılıb. Qalıq ehtiyatı 1 mln. tonu keçmir.
İRAN QAZININ NAXÇIVAN MR-Ə VERİLMƏSİNƏ DAİR SAZİŞİN BU YAXINLARD İMZALANACAĞI PLANLAŞDIRILIR
BAKI.11.02.2004.MEDİA-PRESS: Azərbaycan nümayəndə heyəti yaxın on gündə İranda Naxçıvan Muxtar respublikasına (MR) təbii qaz verilməsinin təşkilinə aid danışıqların son raunduna başlayacaq.
İranın Azərbaycandakı səfiri Əhəd Qəzainin Bakıda mətbuat konfransında qeyd etdiyi kimi, tərəflər məsələnin müzakirəsini tamamlayıb müvafiq saziş imzalamaq niyyətindədir.
Xatırladaq ki, Azərbaycanın İranla imzaladığı memoranduma görə, bu ölkə Naxçıvan MR-ə hər il 350 mln. kubmetr qaz ixrac etməlidir. Lakin bunun üçün İrandan MR-ə kəmər çəkilməli və orada müvafiq qaz infrastrukturu yaradılmalıdır. Səfirin dediyinə görə, artıq Culfa şəhərinədək kəmər çəkilib və İran MR-ə istənilən vaxt qaz ixracına başlaya bilər.
Kəmərin çəkilişinə $14 milyon xərclənsə də, məsələni qəlizlşdirən Naxçıvan MR-də qaz infrastrukturunun olmamasıdır. Azərbaycanlı mütəxəssislər bu işin reallaşmasına 62 mlrd.manat ($12,6 milyon) gərək olduğunu hesablayıblar.
Tərəflər arasında imzalanmış memoranduma görə, Azərbaycan İran qazının dəyərini pulla deyil, bir neçə ildən sonra istismarına başlayacağı "Şah-Dəniz" yatağından eyni həcmdə qazla ödəyəcək və onu İrana mövcud Qazı-Məhəmməd-Astara kəməri ilə ötürəcək. "Azəriqaz" SC-nin mütəxəssisləri kəmərin təftişini başa çatdıraraq, onun bərpasının 90 mlrd. manata tamam olacağını hesablayıblar. Qazı-Məhəmməd-Astara-Bənd-Biand (İran) kəmərinin ümumi uzunluğu 1474,5 km.( o cümlədən , Azərbaycan ərazisində-296,5 km.), illik buraxılış qabiliyyəti -10 mlrd. kubmetrdir. Bu kəmər hələ 1971-ci ildə istismara verilmiş Qazax_Astara-İran xəttinin qoludur. Kəmərin məsirində 3 kompressor stansiyası (Qazı-Məhəmməd, Ağdaş və Qazaxda) tikilib.1200 diametrlik bu borudva qaz 55 atmosfer təzyiqlə nəql edilir.
AZƏRBAYCAN VƏ İRAN EKSPERTLƏRİ XƏZƏRİN STATUSUNA DAİR NÖVBƏTİ MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRƏCƏKLƏR
BAKI.11.02.2004. MEDİA-PRESS: İran və azərbaycan mütəxəssisləri Xəzərin hüquqi statusunun hazırlanması məsələsini müzakirə məqsədilə yaxın günlərdə yenidən görüşəcəklər. Bakıda mətbuat konfransında bu məlumatı jurnalistlərlə bölüşən İranın ölkəmizdəki səfiri Əhəd Qəzai, görüşün dəqiq vaxtının azərbaycan tərəfindən asılı olduğunu, bu məsələdə Rusiya, Azərbaycan və Qazaxıstanın mövqelərinin yaxınlaşdığını, eyni halda Azərbaycan, Türkmənistan və İran arasında da son vaxtlar daha çox təmas noqtələrinin tapıldığını qeyd edib.
İran diplomatı vurğulayıb ki, dənizin bölünməsi prinsipi beynəlxalq normalara söykənməlidir:"Dünya təcrübəsində universal prinsiplər olmadığı üçün,Xəzərin statusu müəyyənləşdirilərkən ən münasibi seçilməlidir.Həm də Xəzərin bölünməsi zamanı İranın payını mütəxəssislər müəyyən etməlidir.Əgər onlar razılığa gələrsə, İran tərəfi bununla razılaşar", Sitatın sonu.
Xəzərin silahsızlaşdırılmasının zəruriliyi barədə azərbaycan prezidenti İlham Əliyevin Moskvadakı bəyanatını şərh edən iran diplomatı deyib:" Biz bu fikirlə razıyıq, Xəzər hərbi bazalar zonasına çevrilməməlidir. Bu dənizin neft , qaz, balıq ehtiyatlarından və nəqliyyat imkanlarından bəhrələnmək kərəkdir. Xəzərdə silahlar nə qədər az olarsa, sahilyanı ölkələr o qədər çox mənfəət görərlər".
QAZAXISTAN 2004-CÜ İLDƏ XƏZƏR ŞELFİNİN MƏNİMSƏNİLMƏSİNƏ $15 MİLYONDAN ARTIQ İNVESTİSİYA YÖNƏLDƏCƏK
BAKI.11.02.2004. MEDİA-PRESS: Qazaxıstanın 2004-il büdcəsi Xəzərin qazaxıstan sektorunun mənimsənilməsi üzrə dövlət prolqramının realizəsinə 2,1 mlrd. tenge , yaxud 1$15 milyondan artıq ayırıb. Bu, respublika hökuməti və Milli Bankının birgə bəyanatında qeyd olunur. Sənəd ölkənin iqtisadi və sosial siyasətinin başlıca istiqamətlərinə aiddir və cari ilin inkişaf proqnozunu verir.
2003-cü ilin mayında ölkə prezidenti 2015-ci ilədək Xəzər şelfində neft ehtiyatlarının mənimsənilməsiə dair dövlət proramını imzalayıb. Proqram 1-ci mərhələdə (2003-2005-ci illərdə ) Xəzərin karbohidrogen ehtiyatlarının kompleks mənimsənilməsi üçün şərait yaradılmasını, 2-ci mərhələdə (2006-2010)- ehtiyatların sürətlə mənimsənilməsinin təmin olunmasını, 3-cü mərhələdə isə ( 2011-2015) -neft istixracının sabitləşdirilməsini nəzərdə tutur. Proqramın reallaşması 2015-ci ildə Xəzər şelfindən azı 100 mln. ton həcmində neft və 63 mlrd. kubmetr qaz hasilatına imkan verəcək.
Dövlət proqramının nikbin variantının proqnozları belədir: 2003-2005-ci illərdə- təqribən $6 milyard, 2006-2010-cu illərdə-$10,3 milyarda yaxın, 2011-2015-ci illərdə isə-$15,6 milyarda yaxın investisiyalar qoyulacaq. Hesablanıb ki, dənizin qazaxıstan sektorunun mənimsənilməsinə tələb olunan investisiyaların ən aşağı məbləği belədir: 2003-2005-ci illərdə- $2,8 milyard, 2006-2010-cü illərdə -$7 milyard və 2011-2015-ci ilərdə- $11,4 milyard.
Qazaxıstanın baş naziri Danial Axmetov bir neçə gün öncə bəyanat verib ki,respublika Xəzər şelfinin bir sıra perspektiv strukturunda öz qüvvəsi ilə kəşfiyyata başlayacaq.
APRELİN 1-DƏN OPEK GÜNDƏLİK İSTİXRAC KVOTASINI 1 MLN. BARREL AZALDACAQ
BAKI.11.02.2004. MEDİA-PRESS: OPEK ölkələri aprelin 1-dən gündəlik neft hasilatı kvotasını 1 milyon barrel azaltmağı razılaşdırıblar. İndiyədək bu kvota 24,5 mln. barrel idi. Deməli , aprelin 1-dən OPEK üzvləri hər gün yalnız 23,5 mln. barrel neft hasil etməli olacaqlar.
Kartel gündəlik istehsalı da dərhal normaya salmaq, yəni 24,5 mln. barrelə endirmək ( indi OPEK üzvləri gündə bazara bu normadan 1,5-1,8 mln. barrel çox neft çıxarırlar) niyyətindədir. Deməli,bazardan gündəlik 2,5 mln. barrel ( bu ölkələrin hasilatının 9 faizi) neft çıxarılacaq.
Bloomberg agentliyi İranın Neft naziri Bijan Zənqaneyə istinadən xəbər verir ki, OPEK-in neft nazirləri tələbatın mövsümi azalması zamanı qiymətlərin də düşməsinin qarşısını almaq məqsədi ilə özlərinin növbədənkənar Əlcəzair konfransında bu qərarı qəbul ediblər. OPEK üzvləri qiymətlərin düşməsinə yol verməmək qərarını dolların aşağı məzənnəsi ilə də itzah edirlər, axı bu amil onların gəlirini əslində heçə endirir.
OPEK nazirlərinin növbəti konfransı martın 31-dədir.Əlcəzair konfransının qərarı dünyanın ən böyük neft idxalçısı ABŞ-ın narazılığına səbəb olub. Birləşmiş Ştatların Neft naziri Con Snou OPEK-in neftin istixrac kvotasını azaltmaq qərarını pisləyib. Bu qərar artıq öz təsirini göstərib: çərşənbə axşamı neft fyuçerslərinin dəyəri 3% yüksəlib və Nyu -Yorkda ticarət sessiyasının axırı üçün bir barrelin qiyməti $33, 87 olub.
OPEK-in bu qərarının təəssüf doğurduğunu deyən C.Snou tələb edib ki, ölkənin neft idxalından asılılığının azaldılması üçün tədbirlər görülsün.
GÜRCÜSTAN PREZİDENTİ AZƏRBAYCANA GƏLƏCƏK
BAKI.11.02.2004. MEDİA-PRESS: Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana ilk rəsmi səfərinə hazırlaşır. Bakıdakı diplomatik mənbənin "İnterfaks-Azərbaycan"a məlumatına görə, "səfərin yaxın bir ayda baş tutacağı gözlənilir".
Mənbənin sözlərinə görə, Gürcüstan prezidenti iki ölkənin siyasi əməkdaşlığının möhkəmləndirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikintisinin başa çatdırılması məsələlərini müzakirə edəcəklər.
<<< <<<