rus || eng
"ZARİT"-LƏ TÜRKMƏNİSTAN ARASINDA ŞELF LAYİHƏSİ ÜZRƏ MPB SAZİŞİ FEVRALDA İMZALANMAYA BİLƏR
BAKI.13.02.2004. MEDİA-PRESS: Xəzərin türkmənistan şelfindəki sahələrin işlənməsi layihəsi üzrə yerli "Zarit" müəssisəsi ilə Türkmənistan arasında məhsulun pay bölgüsü (MPB) sazişinin imzalanması çətin ki, baş tutsun. "Zarit"in təsisçilərindən olan "Rosneft" şirkəti prezidentinin müavini Sergey Ohanesyan Neft İnformasiyası agentliyinə (ANİ) müsahibəsində belə deyib.
Onun sözlərinə görə." Nə qədər ki, İranla Türkmənistan arasında ərazi problemləri var, biz MPB sazişini imzalaya bilməyəcəyik.İndi iran tərəfinin heç bir etirazı olmasın deyə, onu da "Zarit"ə qoşmaq cəhdləri edirik. Lakin bunların hamısı yalnız danışıqlardır.Bii nəzərdə tuturuq ki, MPB sazişi imzalanarkən layihəyə "Türkmənneft" və İran Milli şirkəti də daxil olacaqlar.
RF prezidentinin Xəzərin hüquqi statusu üzrə xüsusi nümayəndəsi, RF XİN-i müavini Viktor Kalyujnı bir müddət əvvəl demişdi ki, "Zarit" fevralın ortalarında Türkmənistan hökuməti ilə MPB sazişi imzalaya bilər.
"Zarit" birgə müəssisəsi Xəzərin Türkmənistana aid şelfində 28,29,30 və31-ci blokların işlənməsi üçün rusiyanın "İtera","Rosneft" və "Zarubejneft" şirkətləri tərəfindən 2002-ci ildə yaradılıb. "Zarit" səhmlərinin bölgüsü belədir: "Rosneft"-37%, "Qazximinvest" (İtera"-nın filialı)-37% və "Zarubejneft"-26%.
ABŞ VITSE-PREZİDENTİNİN KEÇMİŞ ŞİKƏTİ İRANA QOYULMUŞ QADAĞALARI POZ- MAQDA İTTİHAM EDİLİR
BAKI.13.02.2004. MEDİA-PRESS: Amerikanın HALLİBURTON neft şirkəti İran barəsində tətbiq edilən ticarət embarqosunu (qadağasını) pozmaqda ittiham edilir. Guardian Britaniya qəzetinin saytında verilən məlumata görə, ABŞ Maliyyə Nazirliyindən şirkətin mənzil-qərargahına daxil olmuş məktubda İranla qanunsuz ticarətlə bağlı təhqiqata yenidən başlanldığı bildirilir.
Nazirlikdə bildiriblər ki, ABŞ-ın indiki vitse-prezidenti Dik Çeyninin rəhbərliyi dövrünə təsadüf edən 1995-2000-ci illərdə şirkətin qanunsuz fəaliyyətini sübut edən yeni dəlillərin meydana çıxması ilə əlaqədar təhqiqatlar davam etdiriləcək.DİK Çeyni AĞ Evə işə keçəndə köhnə vəzifəsindən getdiyinə görə, Nalliburtondan $36 milyon məbləğində müavinət alıb.
Beləki, müstəntiqlər Nalliburtonun Kayman adalarında qeydiyyata alınmış filialı ilə İranın Qala neft şirkəti arasında işgüzar əlaqələri təsdiqləyən sənədləri ələ keçiriblər.
Bu vaxtadək Nalliburton iddia edirdi ki, onun İranla sövdələşmələr aparmış filiallarında ABŞ vətəndaşları işləməyiblər və , deməli, onlar amerika qanunlarını da pozmayıblar. İş burasındadır ki, qanuna görə ABŞ şirkətlərinin filialları İranla ticarət edə bilər. Bu şərtlə ki, tabe şirkətlərə ABŞ vətəndaşlığına malik şəxslər rəhbərlik etməsinlər. Bununla neçənci dəfədir ki, son illər Halliburton işgüzar əlaqələrini qeyri-düzgün qurmaqda təqsirləndirilir.Şirkət ikili mühasibat aparmaqda,hərbi ixracatın dəyərini artırmaqda , vəzifəli şəxslərə rüşvət verməkdə şübhəli bilinir. Halliburton əvvəllər Liviya üzərinə qoyulmuş ticarət qadağalarını pozmaqda günahlandırılıb. Keçən həftə isə məlum olub ki, 1990-cı illərin sonunda nigeriya məmurlarına $180 milyon məbləğində rüşvət verilməsiilə bağlı şirkətə qarşı yeni təhqiqata başlanılıb.
Bütün deyilənlərə baxmayaraq, amerika hökuməti bu şirkəti əlverişli sifarişlərlə təmin etməkdədir. Halliburton İraqda bərpa işlərinə $9 milyarddan artıq podrat alıb.Amerikan ordusunun təchizatında da bu şirkət başqalarından daha böyük imtiyazlara malikdir.
NEFT İSTİXRACINA OPEK KVOTALARININ İXTİSARI ABŞ İQTİSADİYYATINI SARSIDIR.-CORC BUŞ
BAKI.13.02.2004. MEDİA-PRESS: ABŞ prezidenti Corc Buş narahatlığını bildirib ki,OPEK ölkələrinin neft istixracı kvotalarını azaltmaq qərarı ABŞ iqtisadiyyatı və onun seçki tədbirləri üçün ağır nəticələr verə bilər. Ağ Ev ehtiyatlanır ki, neftin bahalaşması əhalinin gəlirlərinin azalmasına və ticarət kəsirinin artmasına səbəb olacaq.
ABŞın indi $500 milyarda çatan ticarət kəsirinin daha da artması dolların məzənnəsi dinamikasına mənfi təsir göstərə bilər. "Ümidvarıq ki, istehsalçılarımız ölkə iqtisadiyyatını və amerikan zəhmətkeşlərin vəziyyətini sarsıda bilərhərəkətlərə yol verməyəcəklər".-Ağ Evin nümayəndəsi Tret Daffi belə deyib.
OPEK üzvləri, məsələn,Səudiyyə Ərəbistanı kvotaların ixtisarına baharda şimal yarımkürəsində neft istehlakının kəskin azalması ilə bağlı onun xeyli ucuzlaşmasının qarşısını almaq zərurəti ilə bəraət qazandırır.
İndi neftin bir barrelinin qiyməti OPEK-in təyin etdiyi ən yuxarı həddən ($28) yüksəkdir.Fevralın 10-da OPEK gündəlik kvotaların iki mərhələdə- 1,5 və 1 milyon barrel həcmində ixtisar olunacağını elan etdikdən sonra, Vrent markalı neftin barrelinin qiyməti 64 sent artaraq, 29,75 dollara çatıb.
Vyanada neft məsələləri üzrə ekspert İranın İRNA agentliyinə bildirib ki, Beynəlxalq Energetika agentliyi və ABŞ Energetika nazirliyi neft istixracının artırılması məqsədi ilə OPEK-ə təzyiq göstərsələr də, kartel bu qərarı qəbul edib.
Ekspert deyib ki, indi neft bazarlarında tələblə təklir arasında bir tarazlıq yaranıb.Lakin qışın çıxması və neftə tələbin azalması ilə əlaqədar baharda qiymətlər adətən düşür. OPEK kvotalarının ixtisarı da məhz buna qarşı yönəlib.
BU İL AZƏRBAYCAN DAHA 8 ÖLKƏDƏ SƏFİRLİK AÇACAQ
BAKI.13.02.2004. MEDİA-PRESS: Bu il Azərbaycan 8 ölkədə öz səfirliklərini açmağı planlaşdırır. Bu xəbəri jurnalistlərlə bölüşən Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səfirliklərin həm Avropada, həm də Asiyada, məxsusən Polşa və Yaponiyada açılacağını qeyd edib.
Sitat :"Azərbaycanı bu gün dünya birliyi Cənubi Qafqazın ən mühüm ölkələrindən biri kimi qəbul edir. Ona görə də biz öz diplomatik imkanlarımızı genişləndirməliyik.Prezident İlham Əliyevin builki proqramı da genişdir. O, demək olar ki, hər ay bir, ya iki ölkəyə səfər edəcək. Beləki, martda onun Qazaxıstan və Özbəkistana, apreldə-Türkiyəyə səfərləri planlaşdırılıb. Prezidentimizin türkdilli ölkələri seçməsi bu ölkələrlə münasibətlərə böyük əhəmiyyət verdiyinə və bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istəyinə sübutdur.
Azərbaycan-Türkmənistan mənasibətlərinə toxunan N, Məmmədov deyib ki, son vaxtllar ba sahədə işlər sahmana düşməkdədir və Türkmənistanın ilin sonunadək Bakıdakı öz diplomatik missiyasını bərpa etməsi də mümkündür.
AZƏRBAYCANLA QAZAXISTAN ARASINDA ƏMTƏƏ DÖVRİYYƏSİ 2003-CÜ İLDƏ $130 MİLYONA ÇATIB
BAKI.13.02.2004. MEDİA-PRESS: "2003-cü ilin yekununa görə Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi $130 milyon olub və bunun $100 milyonundan çoxu qazaxıstan ixracıdır. Azərbaycana biz karbohidrogen xammalı, metal və taxıl ixrac edirik."
Jurnalistlərə bu məlumatı Qazaxıstanın respublikamızdakı səfiri Andar Şukputov verib.
Qazaxıstan bu il Azərbaycana 250 min ton taxıl satacaq. Bu həcmin artırılması imkanına toxunan diplomat deyib:"Bununla bağlı ehtimali problemləri götürmək üçün qazaxıstan tərəfi təklif edib ki, azərbaycan-qazaxıstan hökumətlərarası komissiyası Astana iclasında məsələni müzakirə etsin.
MARTDA BAKIDA AZƏRBAYCAN-ÖZBƏKİSTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLACAQ
BAKI.13.02.2004. MEDİA-PRESS: Martda Bakıda iqtisadi əməkdaşlıq üzrə azərbaycan-özbəkistan hökumətlərarası koissiyasının 7-ci iclası keçiriləcək.Özbəkistanın respublikamızdakı səfiri Əbdülqafur Əbdurahmanov Media-Pressə bildirib ki, iclas azərbaycan prezidnti İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində keçiriləcək.
İclasın tarixinin hələ dəqiqləşdirilmədiyini qeyd edən səfir deyib ki, komissiya prezidentin səfəri gedişində imzalana biləcək sənədləri, o cümlədən iqtisadiyyat, nəqliyyat, xarici işlər nazirlikləri arasında məsləhətləşmələr və ola bilsin ki, hərbi-texniki əməkdaşlıq barədə bir sıra saziş və protokolları hazırlayacaqdır.
ÖZBƏK SAHİBKARLAR AZƏRBAYCANDA PAMBIQ VƏ BARAMA BECƏRİLMƏSİNƏ KÖMƏK GÖSTƏRƏCƏKLƏR
BAKI.13.02.2004. MEDİA-PRESS: Özbəkistanlı sahibkarlar azərbaycan pambıqçılarına yüksək məhsul yetişdirməkdə yardımçı olacaqlar.Bu ölkənin respublikamızdakı səfiri Əbdülqafur Əbdurahmanov Media-Pressə bu haqda məlumatında qeyd edib ki, layihənin Azərbaycanda tətbiqi üçün artıq münasib torpaq sahələri ayrılıb və indi maliyyə məsələsi həll edilməkdədir.Hazır məhsulun Azərbaycanda emal olunacağını, zəruri texnikanın isə Özbəkistandan gətiriləcəyini vurğulayıb.
Səfir özbəklərin respublikada barama da yetişdirəcəklərini, bu işi nizamlamaq üçün dost mütəxəssislərin artıq bir neçə rayonda olduqlarını bildirib.Özbəklər Azərbaycanda da baramaçılıq üzrə yaxşı mütəxəssislər olduğunu bildiriblər. İındi banklar layihənin maliyyələşdirilməsi məsələsini çözməkdədirlər.
AZƏRBAYCAN PREZİDENTİNİN ÖZBƏKİSTANA SƏFƏRİ GEDİŞİNDƏ DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI OLACAQ
BAKI.13.02.2004. MEDİA-PRESS: Martın 23-24-də Azərbaycan prezidenti İlham Əliyev Özbəkistanda səfərdə olacaq. MEDİA-PRESS-ə bu haqda məlumat verən Özbəkistanın Azərbaycandakı səfiri Əbdülqafur Əbdürəhmanov səfər proqramının təfərrüatını açıqlayaraq, rəsmi danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması ilə yanaşı Daşkənddə Azərbaycan səfirliyinin və azərbaycan-özbəkistan dostluğu mədəniyyət mərkəzinin yeni binalarının, bu Mərkəzin önündə isə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsinin açılış mərasimlərinin keçiriləcəyini, paytaxt küçələrindən birinə Heydər Əliyevin adının veriləcəyini deyib.
Bundan əlavə, elə həmin günlərdə Daşkənddə dahi azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəlinin də açılışı olacaq. Abidə şairin adını daşıyan universitetin binası qarşısında qoyulacaq.
ERMƏNİ LOBBİSİ ERMƏNİSTANIN İŞĞALI ALTINDA OLAN AZƏRBAYCANIN 5 RAYONUNUN BOŞALDILMASINA DAİR Aİ TƏKLİFİNİN AP-DA BAXILMASINI YOL VERMƏMƏYƏ ÇALIŞIR
BAKI.13.02.2004. MEDİA-PRESS: Erməni lobbisi dəridən-qabıqdan çıxır ki, Avropa Parlamenti (AP) Azərbaycanı Ermənistanla bağlayan dəmir yolunun açılışı müqabilində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 5 rayonunun boşaldılmasına dair Avropa İttifaqının (Aİ) təklifini müzakirəyə çıxarmasın.
Bakıdı mətbuat konfransında bu fikri açıqlayan Azərbaycan Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədova görə, Azərbaycan Aİ-nin bu təklifinə dağlıq qarabağ münaqişəsinin nizamlanmasının bir mərhələsi baxa bilər. Hətta AP təklifə baxmasa belə, ATƏT-in Minsk qrupu istəsə də, istəməsə də onu nəzərə almalı və təkliflərində əks etdirməli olacaqdır.
Türkiyənin Ermənistanla öz sərhədini açmaq imkanına toxunan N.Məmmədov deyib ki, Ankara "iki dövlət -bir millət" prinsipinə riayət edir və odur ki, Dağlıq Qarabağ problemi həll olunmayınca , sərhədlərini açmayacaq. Bu qəbil söz-söhbətlər Ermənistanın növbəti fitnəkarlığıdır. İndi Ermənistanın iqtisadi vəziyyəti ağırdır, iki-üç ildən sonra isə, ümümiyyətlə bərbad olacaq. Onun yeganə nicatı Turkiyi ilə sərhədlərinin açılmasıdır. Lakin Ermənistanın Əsas qanununda türkiyə ərzilərinə iddia çıxılması və üzdəniraq erməni soyqırımı bəndləri əks olunub. Ermənistan yalnız bu bəndləri ləğv etdikdən sonra Türkiyə ilə münasibətdərinin yaxşılaşdırılmasına mənəvi haqq qazana bilər".Sitatın sonu.
YUNANISTAN PREZİDENTİ İYUNDA BAKIYA GƏLƏCƏK
BAKI.13.02.2004. MEDİA-PRESS: Yunanıstan prezidenti Konstantinos Stefanopulosun Azərbaycana rəsmi səfəri iyuna təyin edilib. Yunanıstanın Bakıdakı səfirliyinin nümayəndəsi "İnterfaks-Azərbaycan"a bu barədə məlumatında " səfər çərçivəsində iqtisadi əməkdaşlıq üzrə azərbaycan-yunanıstan hökumtlərarası komissiyanın iclasının keçiriləcəyini və iki ölkənin əməkdaşlığına dair 10 -a yaxın sazinin imzalanacağını" qeyd edib.
Mənbə əmin oluğunu bildirib ki, Yunanıstan prezidentinin səfəri ilk növbədə Bakı ilə Afina arasında ticarət-iqtisadi əlaqələri fəallaşdırmağa imkan verəcək. Bu baxımdan iki ölkənin qaz sahəsində əməkdaşlıq imkanları xüsusi maraq doruğur.Bakı və Afina azərbaycanın "Şah-Dəniz" yatağı qazının Türkiyə vasitəsi ilə Yunanıstana, oradan da Cənubi Avropanın sair ölkələrinə ixracını təşkil etməyi planlaşdırırlar.
"ŞAH-DƏNİZ" YATAĞINDA 2-Cİ QABAQLAYICI QUYU YENİ MƏHSULDAR ATLAR AŞKARLAYIB
BAKI.13.02.2004. MEDİA-PRESS: "Şah-Dəniz" yatağında 2-ci qabaqlayıcı quyunun qazılması yeni məhsuldar qatların mövcudluğunu aşkarlayıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti bu məlumatı jurnalistlərə çatdırarkən əlavə edib ki, bu qatlar yatağın ehtiyatlarını daha da artırmağa imkan verir.ı
Qazılmasına 2003-cü ilin sentyabrında başlanılmış 2-ci qabaqlayıcıquyu 6540 metr dərinliyindədir. 3-cü quyunun qazılmasına fevralın axırlarında banlanılmalıdır.
"Şah-Dəniz"də qabaqlayıcı qazma proqramı 3 quyu qazılmasını nəzərdə tutur və məqsəd də yataqda istixrac platforimasının tikilməsindən sonra qaz hasilatı prosesini sürətləndirməkdir.
"Şah-Dəniz" qaz-kondensat yatağının işlənməsinin "1-ci Mərhələ"si üst-üstə 3,2 mlrd. dollar sərmayə tələb edir və bu məbləği layihənin sərmayəçiləri Bakıda fevralın 27-də təsdiqləyiblər.
Bu mərhələ ildə 8,4 milyard kubmetr qaz hasil edən 15 quyunun qazılacağı TPG-500 tipli platformanın quraşdırılmasını, hər birinin uzunluğu 100 km.-ə çatan iki sualtı kəmərin ( qaz üçün 26-düyməlik və kondensat üçün-12 düyməlik) TPG-500 platformasından Səngəçal terminalına çəkilməsini nəzərdə tutur.Bu mərhələ çərçivəsində Səngəçalda sahil terminalında qazı və kondensatı yığa bilən qurğu, habelə Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirəcək Cənubi Qafqaz qaz kəməri də çəkiləcəkdir.
"Şah-Dəniz" yatağında ilk qaz 2006-cı ildə çıxarılmalıdır. "1-ci Mərhələ" çərçivəsində 178 milyard kubmetr qaz çıxarılacaq. Ümumiyyətlə yataqın ehtiyatının 700 milyard kubmetr olduğu ehtimal edilir.
"Şah-Dəniz" layihəsinin səhmdarları bunlardır: BP (operator)- 25,5% iştirak payı, Statoil-25,5%, ARDNŞ-10%, LUKAgip-10%, OİEC(İran)-10%, TotalFinalElf-10% və TPAO-9%.
İLİN ƏVVƏLİNDƏN İTERA AZƏBAYCANA BİR KUBMETR DƏ QAZ İXRAC ETMƏYİB
BAKI.13.02.2004. MEDİA-PRESS: 2004-cü ildə Azərbaycana 4 miyard kubmetr qaz ixracına dair imzalanmış sazişin əlində olmasına rəgmən İTERA beynəlxalq şirkətlər qrupu ilin əvvəlindən bəri respublikamıza bir kubmetr də qaz verməyib.Üstəlik şirkət ümumiyyətlə müqaviləni qapada bilər.
İTERA-nın Bakı ofisində müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin səbəbini "İnterfaks-Azərbaycan"a belə izah ediblər ki, şirkət rusiya inhisarçısı "Qazpom"un qaz-nəqliyyat sistemlərinə hələ də yol tapa bilməyib.İş burasındadır ki, Azərbaycanan türkmən və özbəkistan qazını ixrac edən İTERA "OrtaAsiya-Mərkəz" boru sistemindən (operatoru "Qazprom"dur) yaralanırdı. Bu il İTERA üç qafqaz respublikası üçün 110 mlrd. kubmetr orta asiya qazının satın alınmasına dair saziş imzalayıb. İndi şirkətin öz öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalı yaranıb…
Beləliklə,"Qazprom"un Cənubi Qafqazın qaz bazarından İTERA-nı tamamilə sıxışdırıcağına dair keçən ildən gəzən şayiələr doğrulur. Bunun doğruluğunu dolayısı ilə "Qazeksport"un ("Qazprom"a tabe şirkət) baş direktoru Aleksandr Medvedyev də fevralın əvvələrindəki bəyanatı ilə təsdiqləyib. O deyib:"Şirkətimiz qafqaz respublikalarının qaza tələbatını tam təmin edir".
Keçən il "Qazprom" müəyyən həcmdə orta asiya qazını almağa müvəffəq olan kimi, İTERA-nı Azərbaycan, Gürcüstan və Ermənistndan sıxışdırmağa başladı. Artıq carii ilin əvvəlində Orta Asiya-Mərkəz qaz kəmərinin özbəkistan sahəsində nəqliyyat şəbəkəsində yaranmış qıtlıq İTERA-nı üç respublikaya qaz ixracı hüququndan məhrum etdi.İndi Cənubi Qafqazın qaza tələbatına "Qazeksport" təmin edir.
Odur ki, Cənubi Qafqaz dövlətləri "Qazeksport"la müqavilələrinə yenidən baxaraq, həcmləri artırıblar. "Qazprom"un tabe şirkəti qaz bazarında İTERA-dan qopardığı payının çox hissəsini "Kazrosqaz"a (Qazaxıstan-Rusiya birgə müəssisəsi-BM) güzəştə gedib. Azərbaycanı da qazla məhz bu BM təmin edəcəkdir.
Medvedyevin sözlərinə görə, artıq Azərbaycanla imzalanmış olan əlavə saziş "Qazeksport"un Bakı qarşısındakı öhdəliyini 2,75 -dən 4,5 milyard kubmetrədək artırmağı nəzərdə tutur. İndi azərbaycan qaz bazarının 6 milyard kubmetr i dxala ehtiyacı var. O deyib:"Qazprom" üzərinə 100-faizlik öhdəliklər götürəcək". Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya bu yaxınlardakı səfəri gedişində bu məsələ də əslində həllini tapıb.Bundan bir neçə gün sonra Azərbaycan hökuməti baş nazirinin birinci müavini Abbas Abbasov və Qazprom"un rəhbəri Aleksey Miller də bu məsələni razılaşdırıblar.
Xatırladaq ki,2004-cü ildə Azərbaycan hər min kubmetri 52 dollardan 6 milyard kubmetr qaz almağı planlaşdırırdı. Bu həcmin yarısını "Qazeksport", qalanını da "İTERA" ixrac etməli idi.Ancaq indi belə çıxır ki, qazın hamısını bizə "Qazeksport" verəcək. Cari ilin yanvarında Azərbaycan Rusiyadan 466 milyon kubmetr qaz idxal edib.
D-222 "YALAMA" OFF-ŞOR STRUKTURUNDA İLK KƏŞFİYYAT QUYUSU PAYIZDA QAZILACAQ
BAKI.13.02.2004. MEDİA-PRESS: Xəzərin rusiya və azərbaycan hissələrində yerləşən D-222 "Yalama" strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına əvvəllər düşünüldüyü kimi apreldə deyil, payızda başlanılacaq. Bu məlumatı Media-Pressə Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə açıqlayıb.
Xatırladaq ki,80-faizlik iştirak payı ilə bu layihəyə operatorluq edən rusiya "LUKoyl"u quyunu "Lider" yarımdalma qazma qurğusundan reallaşdırmaq niyyətindədir. İndi amerika EXXON Mobili bu qurğudan "Zəfər-Məşəl" dəniz blokunda ilk kəşfiyyat quyusunu qazmaqdadır.Ancaq amerikanların işi bir az qəlizləşib. İş brasındadır ki, onlar dekabrın ortalarında, dərinlik min metrə çatarkən, güclü su axınına tuş gəliblər və və qəziyyəni əngəlləyə bilməyiblər. Qazmaya ayrılmış büdcə vəsaitinin yarısı ( təqribən $40 milyon ) o vaxtğa kimi xərclənmişdi. Bundan sonra "LİDER" qazma nöqtəsini bir neçə dəfə dəyişsə də, eyni problemlə üzləşib. Bu səbəbdəndir ki, EXXON Mobil qazmanı əvvəlcədən nəzərdə tutduğu vaxta, yəni aprelə kimi, yekunlaşdıra bilmir.
D-222 bloku sahilin 30 kilometrliyində, təxminən bərabər hissələrlə Xəzərin azərbaycan və rusiya sektorlarında yerləşən "YALAMA" perspektiv strukturunun tərkibidir.Burada suyun dərinliyi 80-700 metr arasındadır. Yataqda neftin sənaye ehtiyatlarının kəşfi ehtimalı yüksəkdir. ARDNŞ və LUKoyl D-222 blokunun birgə kəşfiyyatına və işlənməsinə dair sazişi 3 iyul 1997-ci ildə imzalayıblar, Milli Məclis isə onu həmin ilin 5 dekabrınada təsdiqləyib. Layihəyə $2,5 milyard investisiya tələb olunur. ARDNŞ 2003-cü ilin baharında öz payının 20 faizini tərəfdaşına satdıqdan sonra LUKoyl D-222 muqaviləsində 80-faizlik paya malik oldu .Tərəflər müqafilə sahəsini 1287 kv. kilometrdən 3037 kv. km.-dək artırmaq barədə razılığa gəldikdən sonra ruslar ARDNŞ-ə daha $78 milyon ödəyiblər.
Xəzərin bu hissəsində heç zaman qazma işləri aparılmadığı üçün, mütəxəssislərin başlıca vəzifəsi geoloji kəsiyin quruluşunu öyrənmək, neftli-qazlı layları aşkarlamaq, karbohidrogenlərin sənaye ehtiyatlarını müəyyənləşdirmək və ilkin geoloji-iqtisadi qiymətləndirmə aparmaqdır. Kəşfiyyat dövründə müqavilə sahəsində iki quyu qazılması nəzərdə tutulur.
QAZAXISTANIN BTC-YƏ QOŞULMASINA DAİR DANIŞIQLARIN NÖVBƏTİ RAUNDU MARTDA OLACAQ
BAKI.13.02.2004. MEDİA-PRESS: Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (BTC ƏİK) tikintisi layihəsinə qoşulmasına dair danışıqların növbəti raundu martda olacaq.Bu məlumatı jurnalistlərlə bölüşən Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov görüşün yerinin hələ müəyyənləşmədiyini , ancaq Bakıda keçirilməsi ehtimalının daha böyük olduğunu deyib.
İki ölkə ekspertlərinin bundan əvvəlki görüşü keçən ilin dekabrında Londonda olub. Qarşıdakı görüşdə tərəflər qazaxıstan neftinin ƏİK-lə nəqlinə dair hökumətlərarası çərçivə sazişinin hazırlanmasını tamalamalıdır. Sazişi Azərbaycan və Qazaxıstanla yanaşı tranzit ölkəsi kimi Gürcüstan da imzalamalıdır.
Əvvəl danışıqları cari ilin sonunadək başa vurmaq nəzərdə tutulurdu ki, sonra saziş layihəsi iki ölkə hökumətlərinin müzakirəsinə verilsin. Bu saziş Aktau-Bakı nəqliyyat sisteminin investorları , habelə Azərbaycan və Qazaxıstan hökumətləri arasında imzalandıqdan sonra əlavə tranzit sazişləri də imzalanacaq.
Aktau-Bakı sisteminin yaradılması Kurıkda (Aktaudan 76 km. cənub-şərqdə) neftin saxlanması və yola salınması üçün yeni terminalın, habelə birləşdirici boru xətlərinin tikintisini nəzərdə tutur. Beləki, Kurık sistemilə ildə 20 mln. ton neft göndərmək( ilk mərhələdə-7,5 mln. ton) mümkün olacaq. İnvestisiyaların həcmi hökumətlərarası saziş imzalandıqdan sonra müəyyənləşəcək. Yeni sistem 2006-cı ilin axırları üçün ( "Kaşaqan"dan ilk neft alınanda ) tikiləcək. Aktau-Bakı sisteminin idarə olunması üçün ayrıca şirkət yaradılacaq. "Kaşaqan"yatağının işlənməsi layihəsində iştirak edən və BTC Co-da 15 % iştirak payı olan 4 məlum şirkət - ENİ (İtaliya),TotalFinaElf(Fransa), ConocoPhilips (ABŞ) və İnpex (Yaponiya)bu yeni şirkəti maliyyələşdirəcək.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır.
QAZAXISTAN,AZƏRBAYCAN, UKRAYNA,RUSİYA,POŞA VƏ Aİ "ODESSA-BRODI" KƏMƏRİNİN TİKİNTİSİ ÜZRƏ KONSORSİUMUN PLANLARINI MÜZAKİRƏ EDƏCƏKLƏR
BAKI.13.02.2004. MEDİA-PRESS: Avropa istiqamətində "Odessa-Brodı" neft kəməri tikintisini tamamlamaq və gələcəkdə kəməri işlətmək üçün beynəlxalq konsorsium yaradılması imkanını yaxın günlərdə Ukrayna, Rusiya,Polşa,Qazaxıstan,Azərbaycan hökumətlərinin və Avropa İttifaqının (Aİ) nümayəndələri müzakirə etmək niyyətindədirlər.
Dünən Varşavada Ukrayna prezidenti ilə keçirdiyi mətbuat konfransında bu fikrini açıqlayan Polşa prezidenti Aleksandr Kvasnevski qeyd edib ki, xəzər neftinin boru xətti ilə " ilk növbədə Qazaxıstan və Azərbaycandan Odessaya kimi, sonra isə neft boruları ilə Polşaya" nəqlinə dair razılaşma əldə edilib.
Kvasnefski " yaxın zamanda marağı olan tərəflərin hökumət səviyyəsində görüşü keçiriləcək və orada da razılıq əldə edilərsə, bu layihənin tamamlanması üçün çox mötəbər bir beynəlxalq konsorsium yaratmaq yaratmaq imkanı olacaq".
Polşa prezidenti deyib:" Xəzər nefti sayəsində biz zəruri bir ünsür qazanacağıq ki, bu da Polşa üçün və Avropa üçün çox əhəmiyyətlidir.Razılığa gəlmişik ki, yaxın həftələrdən birində bu qəbil görüş Leonid Kuçmanın himayəsi ilə keçirilsin".
Ukrayna prezidenti də öz növbəsində qeyd edib ki, hökumət iki şərti nəzərə almaqla "Odessa-Brodı"dan avropa istiqamətində istifadə etməyi qrara alıb: "Əvvəla, xəzə regionundan mümkün qədə tez zamanda neft almaq, ikincisi də, birlikdə,o cümlədən Avropa İttifaqı ilə bahəm Polşayadək neft kəməri çəkmək üçün". Sitatın sonu.
L.Kuçma Xəzər regionundan ilk neftin kəmərə bu ilin mayında daxil olacağını qeyd edib.
Xəbər vermişdik ki, Ukrayna Nazirlər kabineti fevralın 4-də Odessa-Brodıdan əks deyil, düz istiqamətdə istifadə etmək və kəmərdən istifadə məsələlərini neft sahibləri ilə həll edə bilən işçi qrupu yavratmaq haqqında qərar çıxarmışdı. Ukrayna hökuməti Odessa -Brodı neft kəmərinin və Odessadakı "Yujnı" neft terminalının güzəştli satışı barədə qanun layihəsini də müdafiə edir. Bu il kəmərlə 4-5 milyon ton xəzər neftinin nəql ediləcəyi gözlənilir.
Xəzər neftinin Avrorpaya ,yoxsa rusiya neftinin Qara dəniz sahilinə daşınması üçün kəmərdən istifadə variantları ətrafında səs-küylü məbahisə və müzakirələr Ukraynada bir neçə ay davam edib.
Odessa-Brodı neft nəqli sisteminin birinci növbəsi 2002-ci ilin mayında istismara verilib. Kəmərin illik gücü -9-14,5 milyon ton, ehtiyatçənlərinin tutumu isə-200 min kubmetrdir. "Yujnı" dəniz terminalı dedveyti (su tutumu) 100 min tona çatan tankerləri qəbul edə bilər. İndi kəmərin illik gücünü 40-45 milyon tona, ehtiyat çənlərin tutumunu isə- 600 min kubmetrə çatdırmaq planlaşdırılır.
<<< <<<