rus || eng


ÜB EKSPERTLƏRİ "AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI VƏ KREDİTLƏŞDİRİLMƏSİ" LAYİHƏSİNİN REALİZƏSİİLƏ TANIŞ OLACAQLAR.

BAKI.16.02.2004. MEDİA-PRESS: Ümumdünya Bankının (ÜB) bu gün Öbakıya gələn missiyası "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" layihəsinin reallaşmasının gedişi ilə tanış olacaq. Bankın Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, missiya belə layihələrin gələcəkdə Azərbaycanda davam etdirilməsi imkanlarını da araşdıracaqldar.
Azərbaycan hökuməti və ÜB bu layihənin realizəsinə aid sazişi 1999-da imzalasalar da, onun realizəsinə əslində 2002-ci ilin aprelində başlanıb. İlk 4 ildə bu işə $33,6 milyon ayrılacaq və bu vəsaitin $1,4 milyonu Azərbaycanın payına düşəcək. Bütövlükdə $100 milyon dəyərində olan layihə 10 ilə reallaşmalıdır.
Layihə çərçivəsində frmerlərin daşınmaz əmlakı pasportlaşdırılacaq, torpaqların qeydiyyatı və fermer təsərrüfatlarının kreditləşdirilməsi üzrə regional idarə yaradılacaq. Azərbaycanın 6 rayonunu əhatə edən bu layihə fermerlərin fərdi deyil, kollektiv kreditləşdirilməsini nəzərdə tutur. Məbləği $9 mindən çox olmayan krediti almaq üçün, ən azı , 10 fermer təsərrüfatının birləşməsi kərəkdir. Kreditin ödənilməsinin məsuliyyəti də təbii ki, kollektiv səciyyə daşıyacaq.
Qeyd edək ki, bu, ÜB-nın respublikamızda aqrar sahənin inkişafını nəzərdə tutan artıq 2-ci proqramıdır. "Təsərrüfatların özəlləşdirilməsi" adı ilə məlum olan ilk layihə 1997-ci ildə 6 pilot rayonda- Bərdə, Ucar,Salyan, Xaçmaz ,Şərur və Naxçıvanda (kənd) başlayıb və cari ildə başa çatır. $30 milyon dəyəri olan proqram 150 kənddə fermerlərə kreditlər verilməsini, torpaqların özəlləşdirilməsinə yardımı, fermerlərə informasiya xidməti göstərilməsini və bazar münasibətlərinə alışdırılmalarını nəzərdə tuturdu. Layihə çərçivəsində təqribən 5 min fermerə $5,8 milyon məbləğdə kredit verilib.


BAKIDA "AZƏRBAYCANA HUMANİTAR MÜDAXİLƏNİN 10 İLİ: NÜFUZ, QAZANILMIŞ TƏCRÜBƏ VƏ GƏLƏCƏK İSTİQAMƏT" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

BAKI.16.02.2004. MEDİA-PRESS: "Azərobaycana 10-illik humantar müdaxilə: nüfuz,qazanılmış təcrübə, və gələcək istiqamət". Respublikamızda işləyn BP.ExxonMobil və Statoil neft şirkətlərinin sponsorluğu ilə fevralın 17-də Bakıda işə başlayan beynəlxalq konfransın mövzusu belədir.
Son 10 ildə Azəorbaycana göstərilmiş xərici humanitar köməyin nətəcə və təsiri,neft gəlirinin humanitar sahəyə cəlbi üzrə hökumətin siyasəti, ölkəyəhumanitar yardır cəlb edilməsi problemləri konfransda müzakirə ediləcək. Bununla bağlı ölkədə gələcək humanitar fəaliyyətin əsas istiqamətləri müəyyənləşdiriləcək və iş plnının layihəsinə baxılacaq.
Konfransda Azərbaycan prezidenti İlham Əliyevin, hökumət üzvlərinin,beynəlxalq qurumlar, şirkətlər və donor təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.


ATƏT-İN FƏALİYYƏTDƏ OLAN SƏDRİ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNƏ SƏFƏR EDƏCƏK

BAKI.16.02.2004. MEDİA-PRESS: ATƏT-in fəaliyyətdə olan sədri, Bolqarıstan XİN-nin rəhbəri Solomon Pasi yaxın gələcəkdə Cənubi Qafqaza getmək və region ölkələrinin rəhbərləri ilə görüşlər keçirmək niyyətindədir.
O, İTAR-TASS-ın müxbirinə müsahibəsində deyib: ümidvaram ki, səfər zamanı biz problemləri hərtərəfli araşdırıb onların adekvat həlli yollarını tapacağıq.Hesab edirəm ki,ATƏT-in yerlərdə olan missiyaları etimadın möhkəmləndirilməsində və marağı olan tərəflərin hamısının mənafeinin nəzərə alınması və əvvəlki rəhbərliyin topladığı təcrübə sayəsində region münaqişlərinin həlli üzrə danışıqlarda nailiyyət əldə edilməsində mühüm rol oynamaqda davam edəcəklər.
Pasi qeyd edib ki,Dağlıq Qarabağ münaqişəsini tənzimləyən mövcud mexanizm , yəni Minsk qrupu, müsbət imkanlara malikdir və Bolqarıstanın sədrliyi dövründə bu potensialdan tam istifadə ediləcək. "Ümidvaram ki, Ermənistan və Azərbaycandakı keçənilki seçkilərdən sonra, bu yöndə səyləri artırmaq üçün əlavə imkanlar yaranacaq". Sitatın sonu.


ARDNŞ GOBUSTAN OPERATING COMPANY ÜÇÜN 2004-CÜ İLİN İŞ PLANINI TƏSDİQLƏYİB

BAKI.16.02.2004. MEDİA-PRESS: Dövlət Neft Şirkəti ( ARDNŞ) "Cənub-qərbi Qobustan" yatağını mənimsəyən Gobustan Operating Company (GOC) üçün 2004-cü ilin il proqramını təsdiq edib.
GOC nümayəndəsinin Media-Pressə verdiyi məlumata görə, bu il müqavilə sahəsində 4 kəşfiyyat və 8 istismar quyusu qazılacaq. İndi blokun sahil sularında davam edən seysmik kəşfiyyat martın axırına kimi başa çatmalıdır. Kəşfiyyat nəticəsində yeni qazılacaq tquyuların nöqtələri müəyyənləşdiriləcək və 5-ci kəşfiyyat quyusunun qazılmasının zəruriliyi aydınlaşdırılacaq. Bu işin sonunda şirkətin 2004-cü il büdcəsi də (keçən il -$15 milyon) müəyyənləşəcək.
ARDNŞ müqavilə çərçivəsində işlərin 2003-cü ildə icrasına dair şirkətin hesabatını da təsdiq edib. Bu əməliyyat şirkəti keçən il 6 istismar və bir kəşfiyyat quyusu qazıb.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin müştərək kəşfiyyatı və işlənməsi layihəsi 1998-ci ilin iyununda imzalanıb və həmin ilin noyabrında ölkə parlamentində təsdiqlənib. ARDNŞ (20%), Union Texas Petroleum (UTP - 40%) və Commonwealth Oil & Gas (40%) MBS-nın iştirakçılarıdır. Lakin UTP layihəni səmərəsiz hesab edərək tezliklə müqavilədən çıxıb və onun 40 faizlik iştirak payını Commonwealth şirkəti alıb. Lakin bu şirkət də 80 faizlik iştirak payını maliyyələşdirmək gücündə olmadığı üçün, payının 62, 83 faizini Çinin Smart Asses və CNOPC şirktlərinə satıb.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsi 3 blokdan ibarətdir. Əvvəllər istismarda olmuş, lakin neft-qaz istixracının azalması səbəbindən istifadəsiz qalmış "Şıx-Zakirli", "Şeytanud", "Vyurküt", "Donquzluq", "Nardaran", "İlxıçı", "Qərbi Hacıvəli", "Sündi", "Şərqi Hacıvəli", "Torağay", "Kənizdağ", "Qərbi Duvannı", "Duvannı", "Solaxay" və "Daşgil" yataqlarının ümumi sahəsi 604 kv. kilometrə çatır. Yataqda qazılmış 137 istismar quyusunun hamısı sonradan bağlanıb. Bundan əlavə orada daha 250 axtarış və qiymətləndirmə quyusu qazılıb.
Çıxarıla bilən ehtiyatları 115 mln. barrel neft və 530 mlrd. kub fut qaz (neft ekvivalenti ilə təqribən 206 mln. barrel ) həcmində hesablanmış bu layihənin reallaşmasına 470 mln. dollar civarında vəsait xərclənməlidir.


İTOCHU OİL 2004-CÜ İLDƏ AZƏRBAYCANDA YENİ LAYİHƏLƏRDƏ FƏALLIĞINI ARTIRMAQ NİYYƏTİNDƏ DEYİL

BAKI.16.02.2004. MEDİA-PRESS: Itochu Oil Exploration Co. Ltd. Şirkəti 2004-cü ildə Azərbaycanda neft layihələrinə investisiya qoymaq istəmir. Şirkətin Bakı ofisinin rəhbəri Kotaro Morişita "İnterfaks-Azərbaycan"a deyib: " Bizim perspektivli layihələrimiz və təkliflərimiz olsa da, hələləik mövcud layihələrə diqqət yetirəcəyik."
Bu şirkət "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun işlənməsi layihəsində 3,9 faizlik, BTC Co (Bakı-Tbilisi-Ceyhan) boruçəkmə şirkətində isə -3,4 faizlik paya malikdir.
İtochu kommersiya baxımındın cazibəli olmadığına görə 2000-ci ilin martında qapadılmış "Əşrəfi-Dan Ulduzu" yatağının işlənməsi layihəsinin bölgüsündə də 20%, eyni səbəbdən bağlanmaqağa yaxın olan "Yanan Tava-Atəşgah-_Muğan-dəniz" strukturunun işlənməsi layihəsində isə 7,5% paya malik idi.
K.Morişta qeyd edib ki, İTOCHU oil 1996-cı ildən 2004-cü ilin yanvarınadək azərbaycan iqtisadiyyatına $385 milyon investisiya qoyub və bunun 28,8 faizi ($111 milyonu) 2003-cü ilin payına düşür.
İTOCHU Oil şirkəti AÇG blokunun işlənməsi layihəsinə təqribən $300 milyon, BTC kəməri tikintisinə-$50 milyon, "Əşrəfi-Dan Ulduzu" layihəsin$25 milyon əv "Yanan Tava-Atəşgah-Muğan-Dəniz" layihəsinə-$10 milyon sərmayə qoyub.


AZƏRBAYCAN DNF VƏSAİTLƏRİNİN XARİCİ BANKLARDA YERLƏŞDİRİLMƏSİ, BU PULUN ÖLKƏ İQTİSADİYYATINA YÖNƏLDİLMƏSİNDƏN AZ SƏRFƏLİDİR.-MİLLƏT VƏKİLİ BELƏ DÜŞÜNÜR

BAKI.16.02.2004. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Fondu (DNF) vəsaitlərinin bir hissəsini respublika regionlarında istehsalatın və sosial obyektlərin yaradılmasına yönəltmək zəruridir. Milli Məclisin İqtisadi Siyasət komissiyasının sədri Səttar Səfərov belə hesab edir.
Komissiya sədri DNF vəsaitlərinin illik 2 -3% gəlirlə xərici banklarda yerləşdirilməsi əvəzinə ondan bu tərzdə istifadə variantını daha səmərəli sayır.
Sitat:"DNF vəsaitlərini regionlarda yüksək gəlir gətirən istehsal müəssisələri və sosial obyektlərə, kiçik emal müəssisələri yaradılmasına yönəltmək olar. Vəsaitlərdən bu şəkildə istifadə ölkənin iqtisadi inkişafını təmin etməyə, yeni iş yerləri yaratmağa və məşğulluq problemini həll etməyə imkan verərdi".
DNF-in icraçı direktoru Samir Şərifov bir qədər əvvəl demitşdi ki, Fondun vəsaitlərindən belə məqsədlər üçün istifadəni məqsədəuyğun saymır, ona görə ki, belə layihələrin kreditləşdirilməsi ilə banklar məşğul olmalıdır.
2004-cü il yanvıarın 1-dək Fondda $815 milyon (2003-cü il yanvarın 1-də- $692 milyon) vəsait var idi və keçən il Fondun milli valyuta ilə gəlirliyi -5,08%, ABŞ dolları ilə-4,45% təşkil edib.
DNF Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb və 2000-ci ilin yanvarından fəaliyyət göstərir, büdcədənkənar dövlət qurumudur, dövlət başəçısına hesabat verir.
Neft Fondunun gəlirləri neft-qaz satışları, neft-qaz layihələrinin realizəsi müqabilindəki bonus ödəmələri, əcnəbi şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadəyə görə icarəhaqqı hesabına formalaşır.
Fevralın 16-a rəsmi məzənnə : 4936 manat = 1$


ABŞ NEFT ŞİRKƏTLƏRİ İRANDA İŞLƏMƏK İMKANI İLƏ MARAQLANIR.

BAKI.16.02.2004.MEDİA-PRESS: ABŞ-ın bir neçə neft şirkəti hökumətin qadağalarına baxmayaraq, İranda neftin işlənməsi üzrə yeni müqavilələrin tenderlərində iştiraka maraq göstərir. Məlumdur ki, ABŞ İranın neft sektorunu xarici şirkətlərin investisiyalaşdırmalarını əngəlləməyə çalışır.
NİOC (İran Milli Neft şirkəti) Mənimsəmə şöbəsinin rəhbəri Məhəmməd Moqdəsin sözlərinə görə, Hollandiyada kommersiya görüşündə bəzi amerika şirkətləri bu yaxınlarda aşkarlanmış 16 neft yatağının tenderləri ilə maraqlanıblar.
Sitat:" Forumda müqavilələrin çərçivələri, seysmik kəşfiyyatın və qazmanın texniki və maliyyə problemləri razılaşdırılıb. İran tərəfi bu planlarda amerika neft şirkətlərinin iqtirakına da əsla etiraz etmir. Sadəcə,tenderdə iştirak etmək istəyən bütün şirkətlər aprelin 10-a kimi tendəer sənədlərinə malik olmalı və 25-illik müqaviləyə dair təkliflərini iyulun 10-a kimi təqdim etməlidirlər. Tenderə çıxarılmış 16 blok İranda kəşf edilmiş 51 yatağın tərkib hissəsidir".
Xatırladaq ki, ABŞ-ın 1995-ci ildə qəbul etdiyi qanun amerikan şirkətlərinə və onların xaricdəki filiallarına İranda bizneclə məşğul olmağı, xüsusən energetika sahəsində fəaliyyəti, qadağan edirdi. Lakin bu fakta göz yuman bəzi şirkətlər ya gizli yollaG ya da saxta firmalar adı altında İranla əlaqə saxlayıblar. Bu yaxınlarda ABŞ -ın Halliburton şirkəti ilə bağlı qalmaqal da baş verib. Onun öz filialı vasitəsi ilə 1995-2000-ci illərdə İranın Qala neft şirkəti ilə əməkdaşlığı bəlli olub.
Amerikanın HALLİBURTON neft şirkəti İran barəsində tətbiq edilən ticarət embarqosunu (qadağasını) pozmaqda ittiham edilir. Guardian Britaniya qəzetinin saytında verilən məlumata görə, ABŞ Maliyyə Nazirliyindən şirkətin mənzil-qərargahına daxil olmuş məktubda İranla qanunsuz ticarətlə bağlı təhqiqata yenidən başlanldığı bildirilir.
Nazirlikdə bildiriblər ki, ABŞ-ın indiki vitse-prezidenti Dik Çeyninin rəhbərliyi dövrünə təsadüf edən 1995-2000-ci illərdə şirkətin qanunsuz fəaliyyətini sübut edən yeni dəlillərin meydana çıxması ilə əlaqədar təhqiqatlar davam etdiriləcək.DİK Çeyni AĞ Evə işə keçəndə köhnə vəzifəsindən getdiyinə görə, Nalliburtondan $36 milyon məbləğində müavinət alıb.
Beləki, müstəntiqlər Nalliburtonun Kayman adalarında qeydiyyata alınmış filialı ilə İranın Qala neft şirkəti arasında işgüzar əlaqələri təsdiqləyən sənədləri ələ keçiriblər.
Bu vaxtadək Nalliburton iddia edirdi ki, onun İranla sövdələşmələr aparmış filiallarında ABŞ vətəndaşları işləməyiblər və , deməli, onlar amerika qanunlarını da pozmayıblar. İş burasındadır ki, qanuna görə ABŞ şirkətlərinin filialları İranla ticarət edə bilər. Bu şərtlə ki, tabe şirkətlərə ABŞ vətəndaşlığına malik şəxslər rəhbərlik etməsinlər. Bununla neçənci dəfədir ki, son illər Halliburton işgüzar əlaqələrini qeyri-düzgün qurmaqda təqsirləndirilir.Şirkət ikili mühasibat aparmaqda,hərbi ixracatın dəyərini artırmaqda , vəzifəli şəxslərə rüşvət verməkdə şübhəli bilinir. Halliburton əvvəllər Liviya üzərinə qoyulmuş ticarət qadağalarını pozmaqda günahlandırılıb. Keçən həftə isə məlum olub ki, 1990-cı illərin sonunda nigeriya məmurlarına $180 milyon məbləğində rüşvət verilməsiilə bağlı şirkətə qarşı yeni təhqiqata başlanılıb.
Bütün deyilənlərə baxmayaraq, amerika hökuməti bu şirkəti əlverişli sifarişlərlə təmin etməkdədir. Halliburton İraqda bərpa işlərinə $9 milyarddan artıq podrat alıb.Amerikan ordusunun təchizatında da bu şirkət başqalarından daha böyük imtiyazlara malikdir.


AZƏRBAYCAN NN -İ TERMİNAL VƏ DƏMİRYOLU TARİFLƏRİNİ GÜRCÜSTANDAKI TARİFLƏRƏ UYĞUNLAŞDIRMAĞI TƏKLİF EDİR

BAKI.16.02.2004. MEDİA-PRESS: Azərbaycanın Nəqliyyat Nazirliyi (NN) Azərbaycan və Gürcüstanda dəmirylou və neft terminallarında neft və neft məhsullarının doldurulması və boşaldılması tariflərini tarazlaşdırmağı təklif edir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin NN nümayəndəsinə istinadən yaydığı xəbərdə deyilir: Azərbaycanın Nəqliyyat Nazirliyi Gürcüstanın Batum terminalında neft və neft məhsullarının doldurulub-boşaldılması üçün müəyyən edilmiş tariflərin azaldılmasına, Azərbaycanda isə dəmiryolu daşımaları tariflərinin artırılmasına hökmən yenidən baxılmalıdır.
Ekspertlərin fikrincə,bu, ona görə zəruridir ki, Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizi (Böyük ipək yolu) nəqliyyatın alternativ variantları ilə səmərəli rəqabət apara bilsin , həm də bu marşruta əlavə yüklər cəlb etmək mümkün olsun.
Hal-hazırda Azərbaycan ərazisində neftdaşımaları tarifi bir tona görə 9 dollardır ki, bunun 5 dolları dəmiryolu ilə daşınmaq, 4 dolları isə terminal xərcləridir.Gürcüstanda isə daşıma tarifi 11 dollardır ki, oun 5 dolları dəmiryolu ilə daşımalarının, 6 dolları isə terminal xərclərinin payına düşür.
Yaxın vaxtlarda Azərbaycan NN Ort a Asiyadan Bakıya və buradan da Gürcüsvtana neft və neft məhsulları daşımalarında iştirak edən dəmiryolu, terminal və dəniz baş idarələri ilə, həmçinin yüklərin sahibləri və ekspeditorları ilə görüş keçirməyi planlaşdırır. NN çalışacaq onları inandırsın ki, Azərbaycanda yüklərin dəmiryolu ilə daşınması tariflərinin artırılması iqtisadi zərurətdir.
Gürcüstanın respublikamızdakı səfirliyində agentliyə məlumat veriblər ki, indi Gürcüstan dəmiryolunun maliyyə vəziyyəti çox ağır olduğu üçün, layihələri öz vəsaitləri hesabına reallaşdıra bilməz, Ona görə ki, neftdaşımalarından çox az gəlir götürülür və bu tariflər 1998-cit ildən bəri dəyişmir.Halbuki, bu nəqliyyat dəhlizinə yeni yük həcmləri cəlb etmək üçün daşıma tarifi xeyli azaldılmalıdır.
Xəbər verdiyimiz kimi,Azərbaycan NN-i respublika ərazisində dəmiryolu tariflərinin artırılmasına qarşı çıxaraq, bunu Azərbaycan Dəmiryolu idarəsi təklifinin iqtisadi baxımdan əsaslandırılmaması ilə izah edir.


AZƏRBAYCANIN ADAMBAŞINA XARİCİ BORCU 2003-CÜ İLDƏ 14% ARTIB

BAKI.16.02.2004. MEDİA-PRESS: Azərbaycanın adambaşına xarici borcu 2004-cü il yanvarın 1-də 192 dollar olub ki, bu da bir əvvəlkindən 14,3% çoxdur. Respublika Maliyyə Nazirliyinin (MN) satında verilmiş bu məlumatda 2003-cü ildə ölkənin borcunun 16,1% artaraq 2004=cü il yanvarın 1-də $1,575 milyarda çatdığı qeyd olunur.
MN-nin məlumatına görə, ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun xüsusi çəkisi 24 faizdir və il ərzində 1 % artıb. Xarici borc strukturunda iqtisadi islahatlara görə alınan kreditlərin həcmi-$497 milyondur. Bunun $262 milyonu Beynəlxalq Valyuta Fondunun (BVF), $235 milyonu isə -Ümumdünya Bankının (ÜBÖ) vəsaitləridir.
İnvestisiya layihələrinin reallaşdırılması üçün $1,078 milyord kredit verilib. Beləki, xarici borclar energetika sahəsi layihələri üzrə -$393 milyon, kənd təsərrüfatı və meliorasiya üzrə-$134 milyon, kimya sçənayesi üzrə- $65 milyon, neft-qaz sənayesi üzrə-$179 milyon, işğaldan azad olunmuş torpaqların bərpası üzrə-$27 milyon və sosial sahə üzrə-$46 milyon təşkil edib.


AZƏRBAYCANDA 2003-CÜ İLDƏ ÖZƏLLƏŞDİRİLMƏDƏN 158,6 MİLYARD GƏLİR GÖTÜRÜLÜB

BAKI.16.02.2004.MEDİA-PRESS: Azərbaycanda 2003-cü ildə özəlləşdirmə tədbirlərinin gəliri ( torpaq satışından ələ gələn gəlirlər çıxılmaqla) 158,6 milyard manat təşkil edib. Respublika Statistika Komitəsinin məlumatınagörə, 206 səhmdar cəmiyyəti səhmlərinin dövlətə məxsus pul, çek və qapalı hərraclarında satışından 122 milyard manat alınıb. Bundan əlavə 2003-cü ildə 1677 kiçik müəssisənin özəlləşdirilməsindən dövlət büdcəsinə 36,6 milyard manat daxil olub.
1996-cı ildən ( dövlət əmlakının özəlləşdirilməsinə başlanıldıqdan) 2004-cü il yanvarın 1-ə kimi dövlət büdcəsinə 599,4 milyard manat daxil olub .Bu məddətdə 38 701 kiçik müəssisə, o cümlədən 571 sənaye müəssisəsi, 9720 xidmət sahəsi obyekti,3137 ticarət obyekti, 16 965 nəqliyyat vasitəsi və 5 894 sair obyekt şəxsi mülkiyyətə verilib.
Fevralın 16-na rəsmi məzənnə : 4936 manat=1$


AZƏRBAYCAN HÖKUMƏTİ ƏHALİNİN MƏŞĞULLUĞU STRAĞTEGİYASINI HAZIRLAYACAQ

BAKI.16.02.2004. MEDİA-PRESS: Əmək və Əhalinin Sosial mədafiəsi nazirliyi əhalinin məşğulluğu probleminin həlli üzrə təkliflər paketini bu il işləyib hazırlamalı və hökumətini müzakirəsinə verməlidir.
"İnterfaks-Azərbaycan" agentliyinə Nazirlər kabinetində deyiblər ki,bundun əlavə bu il işsizlik üzrə müavinətin artırılması təklifləri və iş axtaran gənclərə kömək proqramı da işlənib hazırlanacaqdır.
2004-cü ildə Nazirlik Əhalinin Sosial Müdafiəsi Dövlət Fondu ilə birlikdə xaricdə yaşayan azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə dair təkliflər də hazırlamalıdır.
2004-cü il yanvarın 1-də Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 54 365 nəfər işsiz olub. Lakin qeyri-rəsmi məlumata görə, ölkədə belə adamların sayı 670-680 min civarındadır.


ATANOLDİNQİN RƏHBƏRİ SAHİBKARLIĞIN İNKİŞAFINA DAİR TƏKLİFLƏİRİNİ AZƏRBAYCAN PREZİDENTİNƏ TƏQDİM ETMƏK İSTƏYİR

BAKI.16.02.2004. MEDİA-PRESS: AtaNoldinq Müşahidə Şurasının sədri Əhməd Erentok Azərbaycanda sahibkarlığın inkişafına dəstək olaraq hazırladığı təkliflərini yaxın günlərdə respublika prezidentinə təqdim etmək niyyətindədir.
Jurnalistlərə bu niyyətii açıqlayan Ə.Erentok deyib:" Biz Azərbaycanda sahibkarlığın maliyyələşdirilməsinin yaxşılaşdırılmasına dair təkliflər paketi hazırlamışıq və mən onu bu günlərdə ölkə prezidentinə təqdim edəcəyəm. Biz həm xarici, həm də daxili maliyyələşdirmənin potnsial mənbələri siyahısını genişləndirməyi təklif edirik. Biz sahibkarlığın neft gəlirləri hesabına, vençur (birgə) kapitalın, fərdi təqaüd fondları ehtiyatlarının iştirakı hesabına kreditləşdirilməsini məqsədəuyğun skayırıq".
Ata Holdinqin rəhbəri potensial xərici maliyyə mənbələri dedikdə ,beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığa, həmçinin xaricdə yaşayan aparıcı azərbaycanlı iş adamlarının cəlb olunmasına üstünlük verir.
Ata Holdinq sahibkarlara ayrılan kreditlərin yuxarı limit həddini də artırmağı, məsələn indiki $100 minlik həddi $250 minədək, iri sahibkarlar üçün limit həddini isə $1 milyondan $5 milyonadək artırmağı da təklif edir.
Sitat:" Təkliflərimiz dəstəklənərsə, sadaladığımız maliyyələşdirmə mənbələri ( 30 iri maliyyə təşkilatından ibarət siyahı) hesabına Azərbaycan iqtisadiyyatına illik invstisiyaların həcmi $500 milyon təşkil edəcək".
Ə.Erentokun sözlərinə görə, nəticədə artıq üzümüzə gələn 5 ildə respublikada 600 min yeniiş yeri açılmasına nail olmaq mümkündür.
Arayış: 1993-cü ildə yaradılmış Ata Holdinqə sənaye istehsalı, tikinti, konsaltinq, bank və sair sahələrdə fəaliyyət göstərən şirkətlər qrupu daxildir.
5 hüquqi şəxs Ata Holdinqin səhmdarıdır. Holdinqin səhmlərinin 50 faizi Financial Management Holding UK britaniya İnvestisiya qrupuna məxsusdur Qrup azərbaycan holdinqinin investisiya layihələrində fəal iştirak etmək niyyətindədir.

<<< <<<