rus || eng


BVF EKSPERTLƏRİ ENERJİ DAŞIYICILARININ DAXİLİ QİYMƏTLƏRİNİN AVTOMATİK ARTIRILMASI LAYİHƏSİNİN REALLAŞMA MÜDDƏTİNİ BAKIDA MÜZAKİRƏ EDƏCƏKLƏR.

BAKI.18.02.2004. MEDİA-PRESS: Azərbaycanda enerji daşıyıcılarının daxili qiymətlərinin avtomatik artırılması layihəsinin reallaşması ilə bağlı məsələlər bu gün Bakıya gələn Beynəlxalq Valyuta Fondu ( BVF) ekspertlərinin danışıqlarının başlıca mövzusu olacaq. Layihəni BVF-in təkidi ilə azərbaycan hökuməti hazırlayıb.Maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə,layihə hazır olsa da, onun gerçəkləşdirilməsi vaxtı dəqiqləşdirilməyib. Bü müddət məhz BVF ekspertləri ilə məsləhətləşmələrdən sonra müəyyənlşəcək.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanda daxili qiymətlərin dünya enerji daşıyıcıları səviyyəsinədək artırılmasına dair hökumətin öhdəliklərinin icrası müddətini uzadıb. Əvvəllər qiymətləri 2004-cü ilin başlanğıcından etibarən artırmaq planlaşdırılırdı. Ancaq bu halda yerli hökumət və Ümumdünya Bankı (ÜB) əhalinin kasıb təbəqəsinin sosial müdafiəsinin təmininə imkan verən müvafiq mexanizm hazırlamalı idilər.
ÜB bu məsələdə bir qədər fərqli siyasətt aparır. Bankın Azərbaycandakı nümayəndəsi Əkbər Nouman deyib ki, ÜB bu mərhələdə enerji daşıyıcılarıın qiymətlərinin artırılmasına yox, onlardan istifadəyə görə haqqın yığılmasının yaxşılaşdırılmasına üstünlük verir. Çünki indi Azərbaycanda elə vəziyyət yaranıb ki, qaz və enerji paylaşdıran strukturların normal işi üçün əlavə dövlət təxsisatı tələb olunur. Digər tərəfdən də, aztəminatlı ailələr bu xidmətləri ödəmək gücündə deyillər. Nouman eyni halda qeyd edib ki, bununla belə, dövlət müəyyən mərhələdə qiymətləri qaldırmağa məcbur olacaq. Ancaq bu, gələcəyin məsələsidir.Doğrudur ,ÜB da belə hesab edir ki, əvvəlcə əhalinin sosial müdafiəsi üzrə tədbirlər işlənib hazırlanmalıdır.
Azərbaycan hökuməti ÜB ekspertlərinin fikri ilə razıdır. İqtisadi İnkişaf naziri Fərhad Əliyev hələ ötən ilin sentyabrında demişdi ki, BVF -nin tövsiyyələrini yerinə yetirmək mümkün deyil. " Ölkə dəxilində enerji daşıyıcılarının topdansatış qiymətləri 2003-cü ilin əvvəlində artırılıb. Pərakəndə satış qiymətlərinin artırılmasına isə yaxın vaxtlarda baxılmayacaq.Əgər görsək ki, azarbaycan vətəndaşları müvafiq xidmətləri dünya qiymətləri ilə ödəyə bilirlər, onda bu məsələyə qayıdarıq". Sitatın sonu.


AZƏRBAYCAN VERGİLƏR NAİRLİYİ 2003-CÜ İLDƏ SAHİBKARLARI QANUNSUZ YOXLADIQLARINA GÖRƏ ,40 -DAN ARTIQ ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIB

BAKI.18.02.2004. MEDİA-PRESS: Keçən il sahibkarları qanunsuz yoxladıqlarına görə, Azərbaycan Vergilər Nazirliyi (VN) sistemindən 40-dan artıq əməkdaş xaric edilib,200-dən çoxu inzibati cəza alıb. Jurnalistlərə bu məlumatı verən nazir Əvəz Ələkbərov qeyd edib ki, qanunsuz yoxlamaların günahkarı bir sıra hallarda sahibkarların özləri olur.Çünki zəruri sənədləri vaxtında təqdim etmədikləri üçün plandankənar təftişlərə məruz qalırlar. Bu problem nazirliyin geniş kollegiyasında müzakirə edilib, nəzarət strukturlarının vəzifələri dəqiqləşdirilib. VN nümayəndələrinin Bakıda və regionlarda sahibkarlarla görüşləri nəzərdə tutulur.
Azərbaycan prezidentinin " Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına süni əngəllərin aradan qaldırılması haqqında" fərmanına əsasən mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlar "nəzarət kitabçaları"na malik olmalıdır. Bu sənəd VN əməkdaşlarının bütün yoxlamalarının qeydiyyatını aparmağa və beleliklə də, qanunsuvz və ya plandankənar yoxlamaları aşkarlamağa imkan verir. VN əməkdaşları yalnız müvafiq icazələri olduqda və yoxlama faktının hökmən "nəzarət kitabçası"na yazıldığı halda təftiş edə biləcəklər. Həm də yoxlama zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi də onunla birlikdə olmalıdır.


MN 8 SƏFİRLİYİN MALİYYƏ FƏALİYYƏTİNİ YOXLAYACAQ

BAKI.18.02.2004. MEDİA-PRESS: Bu il Azərbaycanın Maliyyə nazirliyi respublikamızın səkkiz diplomatik missiyasının fəaliyyətini yoxlayacaq. Nazir artıq Böyük Britaniya, ABŞ,Ukrayna,Özbəkistan, Çin Xalq Respublikasındakı səfirliklərimizin və Azərbaycanın Avropa Şurası yanındakı nümayəndəliyinin siyahısının Xarici İşlər Nazirliyinə verildiyini deyib və xaricdə yeni səfirliklərimizin açılması məsələsinə toxunaraq qeyd edib ki,yeni diplomatik missiyalarımız ölkə büdcəsində nəzərdə tutulan ehtiyat fondunun vəsaitləri hesabına açıla bilər. Bu fondda hal-hazırda 70 milyard manat var.
Ə.Ələkbərovun sözlərinə görə, Avropa ölkələrində səfirlik saxlamaq çox baha başa gəlir.Əvvəla, ona korə ki, həmin ölkələrdəki diplomatlarımız yüksək məvacib alırlar, ikincisi, səfirlik binalarının icarəhaqqı da çox bahadır.Avropa ölkəsində bir səfirliyin saxlanması -$1 milyona, icarəhaqqı ilə birlikdə isə-$1,5 milyona başa gəlir.


AZƏRBAYCANA HUMANİTAR KÖMƏYİN 10-İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS BAKIDA İŞİNİ YEKUNLAŞDIRIB

BAKI.18.02.2004. MEDİA-PRESS: "Azərbaycanda 10-illik humanitar fəaliyyət: təsir, qazanılmış təcrübə ,gələcək istiqamətlər" mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfrans bu gün başa çatıb. Tədbirdə BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığının, 72 beynəlxalq humanitar təşkilatın və Azərbaycanda fəaliyyət göstərən iri xarici şirkətlərin nümayəndələri iştirak ediblər.
Son 10 ildə donor ölkələr,beynəlxalq təşkilatlar və yerli şirkətlər Azərbaycana $600 milyon məbləğində humanitar yardım göstriblər.
Konfransdakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev qeyt edib ki, vəsaitlərin əsas hissəsi renspublikamızda sayı bir milyonu aşmış qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib.
Dövlət başçısı xüsusi vurğulayıb ki, 8-milyonluq Azrbaycanın hər 8 sakinindən biri qaçqındır və bu,prezidentə görə, "humanitar fəlakət" miqyası kəsb edib.
İlham Əliyev qeyd edib ki, dövlət özü də qarabağ münaqişəsindən zərər çəkmiş qaçqınların vəziyyətini yüngülləşdirmək üçün bütün tədbirləri görür. Onların yaşayışını nizamlamaq üçün keçən il dövlət xəzinəsindən $120 milyon xərclənib . Bununla belə, maliyyə imkanlarımızın məhdudluğu bu məsələləri istədiyimiz səviyyədə həll etməyə imkan vermir.Sitat:" Azərbaycan humanitar təşkilatların köməyinə ehtiyac duyur və mən əminəm ki, onlar Azərbaycana köməklərinin həcmini azaltmayacaqlar".
Prezident qeyd edib ki, qaçqın və məcburi köçkünlərin yaşayışını nizamlamaq üçün respublika hökuməti xarici ölkələr və təşkilatların köməyi ilə bütün tədbirləri görür. Sitat:"Mən İcra hakimiyyəti orqanlarına tapşırmışam ki, beynəlxaln humanitar təşkilatların fəaliyyəti üçün hər şəraiti yaratsınlar. Təəssüf ki, bu məsələdə bəzən problemlər yaranır".
Bununla belə,İlham Əliyev 20% azərbaycan torpaqlarını Ermənistanın işğal etməsini respublikanın bütün humanitar problemlərinin başlıca səbəbi adlandırıb və beynəlxalq birliyi ikili standartlar siyasətinə son qoymağa, Ermənistanı işğal ərazilərdən qoşunlarını çıxarmağa vadar etməyə çağırıb.


FEVRALIN 19-DA VAŞİNQTONDA İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ AZƏRBAVYCAN-AMERİKA İŞÇİ QRUPUNUN İCLASI KEÇİRİLİR

BAKI.18.02.2004. MEDİA-PRESS: Azərbaycanın Maliyyə naziri Əvəz Ələkbərov fevralın 19-da işə başlayan iqtisadi əməkdaşlıq üzrə azərbaycan-amerika işçi qrupunun iclasında iştirak etmək üçün təyyarə ilə Vaşinqtona uçub.
İki dövlətin ekspertləri neft gəlirlərinin idarə olunması strategiyasının işlənməsi, energetika , sığorta, bank, maliyyə, sahibkarlıq,investisiya mühitinin təkmilləşdirilməsi və sosial müdafiə sahələrinə amerika köməyi məsələlərini müzakirə edəcəklər.
Azərbaycan İqtisadi İnkişaf, Xarici İşlər , Vergilər nazirliklərinin və Milli Bankın nümayəndələri respublika heyətinin tərkibinə daxildir.
Azərbaycan Maliyyə nazirinin Beynəlxalq Valyuta Fondunun və Ümumdünya Bankının nümayəndələri ilə də danışıqlar aparacağı gözlənilir.


ABŞ AZƏRBAYCANIN SƏRHƏD XİDMƏTİ ÜÇÜN NÜVƏ TƏHLÜKƏSİZLİYİ ÜZRƏ TRENİNQ KEÇİRƏCƏK

BAKI.18.02.2004. MEDİA-PRESS: Fevralın 19-20-də Bakıda Azərbaycan Dövlət Sərhəd xidməti ( DSX) işçiləri üçün nüvə təhlükəsizliyi üzrə treninq-seminar keçiriləcək.
DSX mətbuat xidmətində "İnterfaks-Azərbaycan" agentliyinə məlumat veriblər ki, treninq ABŞ hökumətinin təşkilati dəstəyi ilə keçirilir və "məqsəd kütləvi qırğın silahının yayılmasına qarşı mübarizə vərdişlərini aşılamaqdır".


AMERİKAN KONQRESMEN BAKI İLƏ YEREVAN ARASINDA TARAZLIĞIN NƏ ÜÇÜN POZULMASI BARƏDƏ KOLİN PAUELLDƏN İZAHAT TƏLƏB EDİR

BAKI.18.02.2004. MEDİA-PRESS: ABŞ Konqresinin üzvü xanım Qreys Napolitano Ağ Evin Azərbaycan və Ermənistana göstərdiyi hərbi köməkdə tarazlığın pozulmasının səbəbləri barədə Dövlət katibi Kolin Pauellə sorğu göndərib. "Amerika Erməni Assambleyası"nın mətbuat xidmətində "Rosbalt" agentliyinə bildiriblər ki, sorğuya səbəb Buş hökumətinin gələn maliyyə ilində Azərbaycana $8,75 milyon ayırmaq təklifi olub , bir halda ki,Ermənistana bundan təqribən 4 dəfə az vəsait ayrılması nəzərdə tutulur.
Xanım Qreysin sözlərinə görə, təklif Konqreslə Ağ Ev arasındakı sazişə ziddir. Sənədə görə, hərbi kömək göstərilməsi məsələsində Ermənistan və Azərbaycan arasında tarazlıq (paritet) gözlənilməlidir.
Xatırladaq ki,ABŞ-ın Buş hökuməti tərəfindən yeni maliyyə ili üçün təqdim olunmuş büdcəsində Gürcüstana -$12 , Azərbaycana- $8,75 , Ermənistana isə - $2,75 milyon məbləğində hərbi kömək nəzərdə tutulub.


AZƏRBAYCANDA İKİ UŞAQ MİNA PARTLAYIŞINDAN HƏLAK OLUB

BAKI.18.02.2004. MEDİA-PRESS: İki uşaq respublikanın Füzuli rayonunda azərbaycan və ermənistan qoşunlarının təmas xətti yaxınlığında mina partlayışından həlak olub. Minalardan təmizləmə milli agentliyinin (ANAMA) xəbərinə görə, faciə fevralın 14-də Qazaxlılar kəndi ərazisində baş verib. Heyvanlarını otarmaq üçün örüşə çıxarmış 11 və 12-yaşlı qardaşlar minaya düşərək ikisi də yerindəcə həlak olub.
ANAMA-da bildiriblər ki, bu il ilk dəfə idi dinc sakinlər erməni-azərbaycanlı müharibəsi dövründən qalmış mina partlayışından həlak olur. Keçən il baş vermiş 18 belə hadisə nəticəsində 14 dinc sakin həlak olmiuş və bir o qədəri də yaralanmışdı.


AZƏRBAYCANIN QAZ İXRACI ŞİRKƏTİ TÜRKİYƏNİN QAZ BAZARINI HƏRTƏRƏFLİ ÖYRƏNİR

BAKI.18.02.2004. MEDİA-PRESS: Azərbaycanın qaz ixracı üzrə şirkəti (AGPC) hazırda norveç STAToil-inin başçılığı altında "Şah-Dəniz" yatağının tammiqyaslı işlənməsinin "1-ci Mərhələsi" çərçivəsində iş aparır.
STAToil-Azerbaijan-ın prezidenti Georq Qundersen deyib ki, AGPC-nin işi "Şah-Dəniz" yatağı qazının Türkiyəyə ixracına dair müqaviləni uğurla realizə etmək üçün bu ölkənin qaz bazarını hərtərəfli öyrənməkdir.Sitat:"Bəzən olur ki, gələcək gözlənildiyi kimi inkişaf etmir. Ona görə də biz elə etməliyik ki,bu müqaviləni sonadək reallaşdıraq ".
Qundersen deyib :""1-ci Mərhələ" layihəsi vaxtında reallaşmalıdır ki, bütün öhdəliklər yerinə yetirilə bilsin. Layihədə iştirak edən şirkətlərin hamısı əllərindən gələni əsirgəmir.Bunu deməyə əsasımız var ki, Türkiyə də azərbaycan qazının ölkə bazarına çıxarılması ilə bağlı öhdəliklərinin hamısını yerinə yetirəcəkdir".
Azərbaycan qazının Türkiyədən Avropaya ötürülməsinə toxunan Statoil başçısı vurğulayıb ki, yaxın gələcəkdə Avropa İttifaqı ölkələrində təbii qaza tələbatın artması və eyni zamanda "mavi yanacaq" istixracının düşəcəyi gözlənilir. Bu səbəbdən "Şah-Dəniz" layihəsindəri tərəfdaş şirkətlər azarbaycan qazının Avropaya ixracı coğrafiyasını gələcəkdə daha da genişləndirmək imkanını nəzərdən keçirirlər. Sitat:" Zənnimizcə, orada yaxşı potensial var. Lakin bu imkanlar yalnız "Şah-Dəniz" qazı üçün deyildir. Azərbaycan bunu görüb-başa düşən yeganə ölkə deyil. Burası da var ki, yarışdan qaliq çıxmaq üçün, onda iştirak etmək lazımdır".


AZƏRBAYCAN HÖKUMƏTİ QAZ İDXALI HƏCMİNİ ARTIRMAĞA ÇALIŞIR

BAKI.18.02.2004. MEDİA-PRESS: Azərbaycan hökuməti idlxal etdiyi qazın illik həcmini indiki 4 milyarddan 6 milyard kubmetrə çatdırmağa səy göstərsə də, bə məsələ ətrafındakı danışıqların əməli nəticəsi yoxdur.
Bu məlumatı jurnalistlərlə bölüşən baş nazir Artur Rasizadənin sözlərinə görə, indi respublikanın gündəlik idxalı -15 milyon kubmetrdir. Bu, ildə 4 milyard kubmetrdən bir az çox etsə də, ölkə tələbatını ödəmir. İdxalı artırmaq da problemdir. Bir tərəfdən ona görə ki, rusiya "Qazprom"u Azərbaycana qaz nəql edən Özbəkistan kəmərinin illik gücünün 4,5 milyard kubmetrdən çox olmadığını iddia edir. İkinci çətinlik yaradan amil müqavilərimizin olduğu "İtera" və "Qazprom" arasındakı münasibətlərin gərginliyidir.
Xatırladaq ki, "İtera" Özbəkistandakı qaz kəmərlərindən istifadə edə bilmədiyi üçün Azərbaycana qaz ixracını ilin əvvəlindən dayandırmışdı. Respublikamız 2004-cü ilin yanvarında "Qazprom" xətti ilə Rusiyadan artıq 466 mln. kubmetr ( gündə orta hesabla-15 mln. kubmetr) yanacaq idxal edib. Fevraldan gündəlik idxalı 19-20 mln. kubmetrə çatdırmaq nəzərdə tutulsa da, bu işi reallaşdırmaq hələ ki, mümkün olmur.Azərbaycan bu il 6 mlrd. kubmetr qaz almiağı planlaşdırır. Qazın hər min kubmetri respublikaya 52 dollara başa gəlir. "Qazeksport"la ("Qazprom"a tabedir) müqavilə 2003-cü ilin dekabrında imzalanıb və Azərbaycana minimum 2,75 mlrd. kubmetr qaz ixracını nəzərdə tutur. ARDNŞ 2003-cü ildə "İtera"dan 4 mlrd. kubmetr qaz almışdı.


ARDNŞ "HÖVSANI" YATAĞINDA SEYSMİK KƏŞFİYYATA BAŞLAYIB

BAKI.18.02.2004. MEDİA-PRESS: ARDNŞ "Hövsanı" yatağında seysmik kəşfiyyata başlayıb. Dövlət şirkətinin nümayəndəsi "İnterfaks-Azərbaycan"a bildirib ki,əsasən qeyri-ənənəvi "yuvalar"ın aşkarlanması yönümündə işlər aparılır. Çünki belə yerlərdə yeni neft yataqları "gizlənə bilir". Yataqda yeni quyuların qazılması da davam edir.
Yataq Rusiya "LUKoyl"u ilə müqavilə bağlanmış bloka daxildir. Rusiya şirkəti blokda hələ də işə başlamayıb və buna görə də ARDNŞ özü yatağın mənimsənilməsini davam etdirir. İndi "Hösanı"da hər gün 300 tonadək neft çıxarılır.
ARDNŞ-in bu strukturda qazma işləri aparmasına "LUKoyl" etiraz etmir, çünki neft müqaviləsi hələ qüvvəyə minməyib. Bu işin yubanması isə ekoloji problemlərlə bağlıdır. Yatağın yalnız ekologiya məsələlərinin həlli təqribən $100 milyon investisiya tələb edir.
"Zıx-Hövsanı" strukturunun işlənməsi və bərpası müqaviləsini ARDNŞ və "LUKoyl" bərabər pay bölgüsü ilə 2002-ci il yanvarın 9-da imzalayıblar. $250 milyon sərmayə tələb edən yataq Abşeronun cənubunda 128 kv. km. müqavilə sahəsini, o cümlədən -52 kv.km. bərpa sahəsini özündə ehtiva edir. Təqribi hesablamalara görə, yataqda 20 milyon ton neft ehtiyatı var.


QARA DƏNİZDƏN ARALIQ DƏNİZİNƏ DAŞINAN AZƏRBAYCAN NEFTİNİN BİR TANKERİ PİS HAVA ŞƏRVAİTİNƏ GÖRƏ $4 MİLYON BAHALAŞIB

BAKI.18.02.2004. MEDİA-PRESS: Tankerlərin Bosfor və Dardanel boğazlarından keçidi, eləcə də qaradəniz limanlarında tankerlərin doldurulması ilə bağlı problemlər azərbaycan neftinin Aralıq dənizinə çatdırılması xərclərini hər tanker üçün $3,5-4 milyon bahalaşdırır.
Bəllidir ki,hələlik Azərbaycanın bütün ixrac nefti Qaradənizin Supsa və Novorossiysk limanlarına, sonra Dardanel və Bosfordan keçərək Aralıq dənizinə, oradan da dünya bazarlarına daşınır.
Azərbaycan Dövlət Neft şirkətinin (ARDNŞ) nümayəndəsi deyib ki, bu ilki qışın Türkiyədə sərt keçməsi, eləcə də rusiya və gürcüstan limanlarındakı pis hava şəraiti neftin doldurulmasını və təyinatı üzrə çatdırılmasını xeyli çətinləşdirib. Məsələn, ARDNŞ-in 140 min ton neftinin dekabrın əvvəlində Novorossiyskdən yola salınmasını yalnız yanvarın əvvəlində reallaşdırmaq mümkün olub.
Şirkətin Marketinq və Xarici iqtisadi əməliyyatlar idarəsi məlumat verib ki, azərbaycan neftini daşıyan tankerlər boğazlarda 20-25 gün ləngiyir, nəticədə bu, satın alınan neftin müqavilə qiymətinə, deməli, ARDNŞ-in neft ixracından götürdüyü mənfəətin məbləğinə mənfi təsir göstərir. Yalnız yanvarda ARDNŞ tankerlərin ləngiməsi üzündən hər gün $90 min məbləğində itgiyə məruz qalır.
Dövlət şirkəti hər ay Novorossiysk limanından xam neftlə dolu 2 tanker yola salır. 2004-cü ilin ilk rübündə isə buradan 6 tanker ( hər birinə 130 min ton neft vurulmuş 3 tanker və 80 min ton tutumlu daha 3 tanker) göndərməlidir. Azərbaycan nefti ilə doldurulmuş daha 3-4 tanker də gürcüstanın Supsa limanından xaricə yollanır. Göründüyü kimi, Qaradənizdə yaranmış namüsaid hava şəraiti üzündən Azərbaycan ayda $25 milyon itirir.
Buna baxmayaraq, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin nəqlində geriliyə yol vermir və bu həmin marşrutla keçən ilki qədər, yəni 2,5 milyon ton neft axıtmaq niyyətindəir.


VN İDDİASINDA QALIR Kİ, "LUKOYL" "AÇG" MÜQAVİLƏSİNDƏKİ PAYININ SATIŞINDAN ALDIĞI PULUN MÜƏYYƏN HİSSƏSİNİ BÜDCƏYƏ ÖDMƏLİDİR

BAKI.18.02.2004. MEDİA-PRESS: "AÇG" yatağının işlənməsi layihəsindəki payını satması ilə bağlı "LUKoyl" neft şirkətinin büdcəyə ödəyəcəyi məbləğin qədərini dəqiq bilmirik.Bu, o zaman dəqiqləşə bilər ki, şirkət müvafiq sənədlər təqdim etsin". Bu fikrini jurnalistlərə açıqlayan Azərbaycanın Vergilər naziri Fazil Məmmədov şirkətlə danışıqlara toxunaraq qeyd edib ki, yataqların işlənməsi ilə bağlı məsələlərin hamısı ARDNŞ vasitəsi ilə həll edilir. Nazirlik Dövlət Neft şirkətinə müraciət edib, o da "LUKoyl"la danışıqlarda vasitəçidir.
Xatırladaq ki, Vergilər Nazirliyi bundan qabaq "LUKoyl"un guya $200 milyon borclu olduğunu iddia edirdi. Rusiya şirkətinin prezidenti Vahid Ələkbərov da öz növbəsində "LUKoyl"un azərbaycan dövlət büdcəsi qarşısındakı öhdəliklərinin hamısını ödədiyini, "Azərbaycanın dövlət vergi xidmətinə, o cümlədən AÇG yatağı üzrə, borcu olmadığını" jurnalistlərin nəzərinə çatdırmışdı.
Azərbaycanın Maliyyə Nazirliyi də bu fikirdədir kit, AÇG yataqlarının işlənməsi layihəsində 10-faizlik payını satması ilə bağlı rusiya "LUKoyl"unun Azərbaycanın dövlət büdcəsinə borcu yoxdur.Nazirliyin nümayəndəsi deyib :"Azəri-Çıraq-Günəşli"-nin işlənməsi sazişinə uyğun olaraq, sövdələşmə iştirakçısının öz payını satmasına görə, ondan vergi tutulmur. Odur ki, rusiya neft şirkəti də satdığı payından vergi ödəməməlidir".
Məlumdur ki,2002-ci ilin dekabrında "LUKoyl" müqavilədki 10-faizlik payını $1,375 milyard müqabilində yaponiya şirkəti İNPEX-ə satdığını elan etdi.
"Azəri","Çıraq" yataqlarının və "Günəşli"nin dərin sahəsinin işlənməsinə dair müqavilə 1994-cü il 20 Sentyabrda imzalanıb və həmin il 12 Dekabrda qüvvəyə minib.
"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin işlənməsi layihəsinin iştirakçıları və onların pay bölgüsü aşağıdakı kimidir: BP (Britaniya- operator)- 34,1367%, UNOCAL (ABŞ)- 10,2814%, ExxonMobil (ABŞ)- 8,0006%, Devon Energy (ABŞ)- 5,6262%, Amerada Hess (ABŞ)- 1,0413%, ARDNŞ- 10%, İnpex Corp (Yaponiya)- 10%, İTOCHU Oil (Yaponiya)- 3,9205%, Statoil (Norveç)- 8,5633%, TPAO (Türikyə)- 6,75% və Delta Oil (Səudiyyə Ərəbistanı)- 1,68%.


AZƏRBAYCANDA NEFT HOPMUŞ TORPAQLARIN TƏMİZLƏNMƏSİ $ 10 MİLYARDA BAŞA GƏLƏ BİLƏR

BAKI.18.02.2004. MEDİA-PRESS: Azərbaycanda neft hopmuş torpaqların təmizlənməsi $10 milyard xərc tələb edə bilər. Respublika Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov Media-Pressə müsahibəsində bu rəqəmi qeyd edib.
Sovetlər dövründə bütün ölkədə , eləcə də Azərbaycanda neftin istixracı və emalı texnologiyası,ilk növbədə ekoloji normalara riayət baxımından, mükəmməllikdən uzaq olub.Nəticədə respublikada min hektarlarla torpaqa neft və neft məhsulları hopub, həm də bəzi yerlərdə bu yolla çirklənmiş torpaq qatının dərinliyi metrlərlə ölçülür.
Neftlə çirklənmiş torpaqların yalnız dövlətin , yaxud özəl sektorun qüvvəsi ilə təmizlənməsinin mümkünsüzlüyünü qeyd edən nazir problemin həlli variantlarından biri kimi,bu torpaqların imtiyazlı şərtlərlə iri biznesin istifadəsinə verilməsində görür.
Sitat:" İri biznes sahibləri ilə məsləhətləşmək və bu işə nə qədər vəsait ayıra biləcəklərini öyrənmək lazımdır. Bu işə kənardan podratçı cəlb etmək bizə çox baha başa gələcək. Çünki onun marağı torpağın təmizlənməsindən izafi gəlir götürməkdir".
Təkcə qurudakı neft-qaz yataqlarının əksəriyyətinin yerləşdiyi Abşeron yarımadasında neft hopmuş ərazi 30 min hektardan yuxarıdır və ərazilərin 10 min hektarından çoxu həddən-ziyadə çirklənmiş sayılır.
İndi Azərbaycanda neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə bir layihə tətbiq edilməkdəir .Ümumdünya Bankının maliyyələşdirdiyi və dəyəri $5,1 milyon olan layihə Abşerondakı yataqlardan birində vur-tut 10 hektar torpağın təmizlənməsini nəzərdə tutur.


ÜDM YANVARDA AZƏRBAYCANDA 9,9% ARTIB

BAKI.18.02.2004. MEDİA-PRESS: Azərbaycanda 2004-cü ilin yanvarında ümumi daxili məhsulun (ÜDM) həcmi 2,6497 trilyon manat təşkil edib ki, bu da 2003-cü ilin yanvarına nisbətdə 9,9 % artıqdır.
Dövlət Statistika komitəsinin məlumatına görə, ÜDM-in 40,3 faizi -sənayenin,1,8 faizi- kənd təsərrüfatının, 12,8 faizi- tikintinin, 8,4 faizi- nəqliyyatın, 15,4 faizi - sosial və sair xidmətlərin payına düşüb.
Bütövlükdə bu ilin yanvar ayının istehsalı hesabına ÜDM-in 54,9 faizi formalaşıb.
Keçən ay adambaşına ÜDM-in həcmi 325,2 min manat, inflyasiyanın səviyyəsi isə 2% olub. Ərzaq malları, o sıradan məşrubat, tütün 2003-cü ilin dekabrı ilə müqayisədə bu ay 3,2 % bahalaşıb,qeyri-ərzaq malları -0,1% ucuzlaşıb, xidmət tarifləri isə dəyişməyib. 2003-cü ildə respublikada istehlak qiymətləri 2,2% artıb.
Bu il Azərbaycanda inflyasiya 2-3 % səviyyəsində planlaşdırılıb.
Fevralın 18-ə olan rəsmi məzənnə : 4938 manat=1$


YANVARDA AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYALAR 2 DƏFƏ ARTIB

BAKI.18.02.2004. MEDİA-PRESS: 2004-cü ilin yanvarında Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi 2,025,3 trilyon manatı keçib ki, bu da 2003-cü ilin müvafiq göstəricisindən 2 dəfə artıqdır. Bütün sərmayələrin 98 faizi istehsalata yönəldilib. Tikintidə də sərmayə qoyuluşu ötən ilə nisbətən 70,9% artıb.
İnvestisiyaların 94 faizi, yaxud 1, 904 trln. manatdan çoxu ( keçən illə müqayisədə-2,2 dəfə çox)- xarici, 6 faizi , yaxud-120, 6 milyard manatı- daxili mənbələr hesabına olub.
İnvestisiyaların 1 trilyon 882,6 milyard manatını xarici və daxili müəssisəlin öz vəsaitləri( artım-96,8%), 17,5 mlrd. manatını ( artım-4 dəfə)-bank kreditləri, 6,8 mlrd. manatını (azalma-35,9%)-büdcə vəsaitləri, 1,4 mlrd. manatını (azalma- 76,8%)- büdcədənkənar fondların vəsaitləri, 17,4 mlrd. manatını (artım-2,9%)- əhalinin öz vəsaitləri və 99,6 mlrd. manatını (20,5 dəfə artım) isə- sair vəsaitlər təşkil edib.
2004-cü ildə Azərbaycan iqtisadiyyatına 18 trilyon 405,4 mlrd. manat sərmayə qoyulacağı nəzərdə tutulur ki, bunun 14 trilyon 855,4 milyardı xarici və 3 trilyon 550 milyard manatı daxili investisiyalar təşkil etməlidir.
Fevralın 18-ə olan rəsmi məzənnə : 4938 manat =1$


AZƏRBAYCANDA "NEFT GƏLİRLƏRİNİ İDARƏETMƏ STRAĞTEGİYASI" LAYİHƏSİ HAZIRLANIB

BAKI.18.02.2004. MEDİA-PRESS: Azərbaycanın Maliyyə Nazirliyi (MN) ölkənin neft gəlirlərini idarəetmə strategityası hazırlayıb.Nazir Əvəz Ələkbərovun məlumatına görə, sənəd martda hökumətin müzakirəsinə və bəyənilərsə, prezidentin təsdiqinə veriləcək. O,neft gəlirlərindən istifadənin əsas istiqamətlərini xırdalamadı, çünki məsələni hökumət razılaşdırmalıdır.
"Neft gəlirlərini idarəetmə strategiyası" Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində hazırlanıb. BVF İkinci Avropa Departamenti başçısının müavini Con Vekman-Linnin sözlərinə görə,"bu strategiyada vəsaitlərin həcmi, onların hara və nəyə xərclənəcəyi, həmçinin bu pulun ayrılacaqı dəqiq tarix göstəriləcək". Onun fikrincə, ən yaxşısı budur ki, neftin və neft məhsullarının istixracı və satışından ələ gələn vəsait başqa sahələrə, o cümlədən məktəb tikintisinə, energetika obyektlərinin, irriqasiya sisteminin bərpasına, avtomobil yollarının çəkilişi və təmirinə xərclənsin.

<<< <<<