rus || eng


AZƏRBAYCANDƏ VERİLİŞLƏRİNİ YAYIMLAYAN ORT $285 MİN BORCUNU AVADANLIQLA ÖDƏYƏCƏK

BAKI.20.02.2004. MEDİA-PRESS: "Teleradio" İstehsalat Birliyinin (İB) rəisi Rəcəb Əbdürrəhmanovun başçılıq etdiyi Rabitə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedib.Heyət Rusiyanın ORT telekanalının nümayəndələri ilə görüşəcək və verilişlərini respublika ərazisində yayımladığına görə Azərbaycana olan borcu əvəzində müvafiq avadanlıq verməsini onunla razılaşdırmalıdır.
"İnterfaks_Azərbaycan" Rabitə Nazirliyinə istinadən xəbər verir ki, rusiya tərəfi öz borcu dəyərində olan zəruri yayım avadanlığını artıq hazırlayıb.Borcun ödənişindən sonra, tərəflər Rusiya 1-ci kanalı verilişlərinin Azərbaycana yayılmasına dair yeni saziş imzalamalıdır. Lakin bu, martdan tez olmayacaq.
İndi ORT verilişlərini Azərbaycana hələ 2000-ci ildə bağladığı sazişə əsasən yayımlayır.
Xəbər verdiyimiz kimi, ORT ilə yanaşı Rusiyanın NTV kanalı da Azərbaycan Rabitə Nazirliyinə borcludur. Lakin ORT-dən fərqli olaraq, azərbaycan tərəfi $160 min borcuna görə kanalın verilişlərinin ərazimizdə yayımlanmasını hələ 3 il bundan əvvəl dayandırıb.


"TRANSNEFT" BOSFOR VƏ DARDANELDƏN KEÇİDİ NECƏ YÜNGÜLLƏŞDİRMƏYİN YOLUNU TAPIB…

BAKI.20.02.2004.MEDİA-PRESS: Rusiya boru inhisarçısı "Transneft"in başçısı Semyon Vayştok rusiya nefti doldurulmuş tanker karvanından Türkiyənin Bosfor və Dardanel boğazlarını necə azad etməyin çaprəsini tapıb.O,Londonda neft həftəsindəki çıxışında jurnalistlərə deyib ki, "Transneft" Türkiyə ərazisində boğazlara paralel kəmər çəkməyə hazırdır.
Bəllidir ki, Bosfor və Dardanel nefti Qaradənizdən Aralıq dənizinə, oradan da dünya bazarlarına çıxaran tankerlər üçün ən dar keçiddir. Tufan, qasırğa baş verəndə isə boğazlar keçilməz olur , gəmilərin heyətinə və ixracsılara hissediləcək ziyan vurur. Hətta bu marşrutla ayda vur-tut 5-6 tanker ( Novorossiysdən və Supsadan) yola salan Azərbaycan son həftələr yükləri dolu qalmış hər tanker üçün 3,5-4 milyon dollar cərimə ödəyib . Biz hələ ayda on milyonlarla ton neft daşıyan rusiya ixracçılarını demirik. Məsələn Rusiya Eergetika nazirliyinin məlumatına görə, 2003-cü ildə boğazlardan 62 milyon ton ( Xəzər boruçəkmə konsorsiumunun nefti də hesablanarsa -təqribən -77 milyon ton ) rusiya nefti daşınıb ki, bu da 2002-ci ildəkindən25% çoxdur.
Semyon Vaynştok jurnalistlərə deyib ki, boğazlarda yaranan tıxaclar probleminin həlli hökumətlərarası səviyyədə həll oolunası işdir. Buna rəğmən "Transneft" bu işə töhfə verməyə hazırdır və bogazlardan yan keçən 193 km. kəmər çəkmək imkannı araşdırır. O. işin təfərrüatını açıqlamayıb.
"Eksport nefti" jurnalına görə, söhbət Türkiyə ərazisində çəkilə bilən Kıyikey-İbrixaba kəmərindən gedir. Qaradaniz sahilində yerləşən Kıyıkey tutumu 150 min tonadaək olan tankerləri qəbul edəcək, Egey sahilindəki İbrixaba isə sututumu 300 min tonadək olan tankerləri yükləyə biləcək. Limanlardakı terminalların xərcləri də daxil olmaqla, layihənin dəyəri $913 milyon həcmində hesablanıb.
"Transneft"ə yaxın mənbə rusiyanın "Vedomosti" qəzetinə Vaynştokun məhz bu layihəni nəzərə aldığını deyib. Lakin şirkətin özündə məlumatı şərh etməkdən boyun qaçırıblar.
Başqa bir mənbə hesab edir ki,"Transneft"in özü kredit cəlb etməklə layihəni maliyyələşdirə bilərdi. "Vedomosti"nin müsahibinə görə, borunun çəkilişi yarım il vaxt aparacaq, xərcini isə ilyarıma çıxaracaqdır. RF Federal energetika komisstiyasının nümayəndəsi "Vedomosti"yə müsahibəsində deyib:" Kreditin cəlb olunması nəqliyyat tarifini artıracaq. Bu artım ikiqat olmasa da, hər halda xeyli izafi xərc deməkdir, çünki kredit xidmətlərinin faizləri də ümumi məbləğin üstünə gəlir".
"Sovkomflot" gəmçilik şirkətinin rəhbəri Dmitri Skarqa deyir ki, layihənin reallaşması gəmi sahiblərinin və neftçilərin xeyrinədir. Çünki güclü tıxaclar yarananda tankerlər20 gün gözləməli olur ki, yük sahibləri buna görə hər ton neftdə $12 itirirlər. Boru isə boşdayamalar bilmir. Hətta yüklərin limanlarda əlavə iki dəfə boşaldılıb yüklənməsi də nəzərə alınarsa, bu, yenə də neftçilərə əl verir. Gəmi sahibləri isə tankerlərini iki hissəyə (Qaradənizdə 150 000 tonluq, Ekydə isə-300 000 tonluq tankerlər) ayırmaqla,donanmadan daha səmərəli istifadə edə bilərlər.
Neftçilər "Transneft"in ideyasını bəyənirlər. TNK-BP mətbuat xidmətinin əməkdaşı deyib :"Boğazlardan yan keçən marşrut yaratmaq cəhdi yaxşı fikirdir". LUKoyl-da bununla razılaşırlar, lakin alternativ kimi, Murmansk layihəsini məqbul sayırlar."Sibneft" Vaynştokun təklifini şərş etməyib.
Təhlilçələrin fikrinsə," layihənin reallaşması ilk növbədə siyasi amillərdən asılı olacaq. Hər şey siyasi qərardan, hökumətin Türkiyə ərazisində neft kəməri çəkmək istəməsindən asılı olacaq".- "Aton" investisiya şirkətində Stiven Daşevski belə düşünür. "Zenit"-bankdan Sergey Suverov onunla şərikdir:" Hər iki ölkənin (Türkiyə və Rusiyanın) mövqeyi əhəmiyyət daşıyır, hökumətlərarası saziş gərək olacaq". Bu zaman o, "Burqas (BolqarıstanAleksandrupolis (Yunanıstan) layihəsini ( bunu "LUKoyl" həyata keçirmək istəyirdi) məqbul sayır və Turkiyədə risqlərin, xüsusən də siyasi təhlükənin daha çox olduğunu deyir. "Troyka Dialoq" investisiya şirkətindən Valeri Nestnrov hesab edir ki, boru çəkilişi zamanı ekoloji məsələlər ortaya çıxacaq.
"Transneft"in bu təklifi hələ rusiya hökumətinə yetişməsə də, məmurlar Türkiyədə boru çəkilişinə çox ehtiyatla yanaşırlar .RF İqtisadi İnkişaf Nazirliyi nümayəndəsinin fikrincə," Rusiyanın gömrük ərazilərindən kənarda mülkiyyət tikilməsi problemlər doğuran işdir və ona heç də həmişə bəraət qazandırmaq olmur."Transneft"ə Murmansk layihəsində iştirak daha faydalıdır . Çünki Türkiyəç Rusiyaya qarşı əlverişsiz şərtlər irəli sürəcək". Başqa bir məmurun əqidəsincə, Türkiyədə neft kəməri tikmək layihəsində "Burqas_Aleksandrupolis"ə nisbətən siyasi risqlər daha çoxdur. Türkiyənin Energetika nazirliyi "Transneft"in bu təklifi barədə "Vedomosti"yə şərh verməkdən boyun qaçırıblar.


"ŞAH-DƏNİZ"DƏ MARTIN 1-DƏ 3-CÜ QABALLAYICI QUYUNUN QAZILMASINA BAŞLANMALIDIR

BAKI.20.02.2004. MEDİA-PRESS: "Şah-Ləniz" qaz-kondensat yatağında martın 1-də 3-cü qabaqlayıcı quyunun qazılmasına başlamaq nəzərdə tutulur. Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə deyib ki, dərinliyi 6600 metrə çatacaq quyu "İstiqlal" yarımdalma qurğusundan qazılacaq.
Hazırda burada 2-ci qabaqlayıcı quyunun son sazlama işləri görülür.Qazma işləri bu ilin yanvarında başa çatmış bu quyunun dərinliyi 6540 metrdir. İlk qabaqlayıcı quyunun (6566 m.) qazılması 2003-cü ilin avqustunda başa çatıb.
"Şah-Dəniz"də qabaqlayıcı qazma proqramı 3 quyu qazılmasını nəzərdə tutur .Bu,yataqda istixrac platformasının istifadəyə verilməsindən sonra orada neft hasilatı prosesini sürətləndirməlidir.
$3,2 milyard dəyəri olan "Şah-Dəniz" qaz-kondensat yatağının işlənməsinə səhmdarlar2003-cü il fevralın 27-də Bakıda qərar veriblər.
"1-ci mərhələnin" işlənməsi 15 quyu qazılması üçün TPG-500 platformasının qurulmasını; hər biri 100 km. uzunluğunda 2 sualtı kəmərin (26 düyməlik qaz borusunun və 12 düyməlik kondensat borusunun) çəkilməsini (bu xətt TPG-500 platformasını Səngəçal terminalı ilə birləşdirəcək); Sahil terminalında qazın və kondensatın hazırlanması üçün qurğu tikilməsini, həmçinin Bakı-Tbilisi-Ərzrum Cənubi Qafqaz kəmərinin tikintisini nəzərdə tutur.
"Şah-Dəniz" yatağında ilk qazın 2006-cı ilin ortalarında çıxarılacağı, "1-ci Mərhələ"də -178 milyard kubmetr qaz hasil ediləcəyi planlaşdırılır. Yataqda qaz ehtiyatı 700 milyard kubmetr civarındadır.
"Şah-Dəniz" qaz yatağının qiymətləndirmə ehtiyatları 1 trln. kub metrdir. BP- 25,5%, Norveç "Statoyl" -u 25,5%, ARDNŞ-10%, Fransa- Belçika şirkəti "TotalFinaELf"-10%, Rusiya "LukAgip" u 10%, İran şirkəti "Oiec"-10% və Türkiyə şirkəti "TPAO"-9% iştirak payı ilə layihənin səhmdarları sayılırlar.


İRAN MAYE QAZIN İSTEHSALI VƏ İXRACI PROQRAMINI SÜRƏTLƏNDİRİR

BAKI.20.02.2004. MEDİA-PRESS: İranın Əslaviyə lterminalındakı təbii maye qaz terminalı inkişaf proqramını başa çatdırandan sonra, bir gündə 350 min barrel maye qaz ixrac edə biləcək.
Bu terminalın mövcud olduğu illərdə İran 43 milyon barreldən artıq maye qaz ixrac edib. Gələcəkdə İranın Cənubi Pars yataqlarından hasil ediləcək bu növ yanacağın hamısının məhz bu terminaldan ixrac ediləcəyi gözlənilir.
Neft məhsullarının ixracı üzrə İran şirkətinin icraçı direktoru Höcət Heydəri ŞANA agentliyinə deyib ki, 43 milyon barrel maye qaz Əslaviyə terminalından 96 iritonnajlı tankerlərlə daşınıb.
İran maye qaz ixracı üzrə tanker donanmasını da genişləndirir və tərəfdaş kimi belə tankerlər hazırlayan Chantier de L'Altantiqe fransız şirkəti ilə müvafiq saziş bağlayıb. Bu haqda məlumat verən Birləşmiş gəmiçilik və sahil sənaysi şirkəti direktorunun müavini Mehdi Seyfin sözlərinə görə, maye qaz həm borularla, həm də tankeplərlə nəql olunur.3 min kilometrədək məsafəyə maye qazı borularla axıtmaq in\qtisadi baxımdan daha sərfəlidir. Lakin daha uzaq məsafələrə, xüsusən də bu qazı istehlak edən ölkələrə, onu uyğunlaşdırılmış tankerlərlə daşımaq daha münasibdir.
Seyfi İranın böyük qaz ehtiyatına ( dünya ehtiyatının 16 faizi) malik olduğunu qeyd edib. Neft nazirliyi Cənubi Pars yataqlarının gələcəkdə işlənməsini (yatağın 11-13-cü fazaları maye qaz istehsalı üçündür) nəzərdə tutur.
Maye qaz daşıyan tankerləri tikmək üçün nüfuzlu beynəlxalq şirkətlərdən birindən hökmən lisenziya (icazənamə) alınmalıdır. İran bu məqsədlə müxtəlif əcnəbi şirkətlərlə danışıqlar aparıb və nəhayət 2003-cü ilin sentyabrında Chantier de L'Atlantiqe fransa şirkəti ilə müqavilə bağlayıb. Beləliklə , İran Yaxın və Orta Şərqin ilk, Asiyanın isə 4-cü (Yaponiya,Cənubi Koreya və Çindən sonra) ölkəsidir ki, bu lisenziyanı alıb.İndi İrana müvafiq texnologiyaların verilməsi mərhələsi başlayıb.


YANVARDA AZDY 1 MLN. TONDAN ÇOX NEFT VƏ NEFT MƏHSULLARI DAŞIYIB

BAKI.20.02.2004.MEDİA-PRESS: Bu ilin yanvarında Azərbaycan Dəmir Yolu (AzDY) 1,221 mln.ton yük daşıyıb. Bu, plan göstəricisindən 13,9% çoxdur, Ötən ilin eyni dövrü ilə müqayisədə yükdaşımaları 8,7% artıb.
Media-Pressə AzDY idarəsində məlumat veriblər ki, neft və neft məhsulları bütün yüklərin 83 faizindən çoxunu, yaxud 1,016 mln. tonunu təşkil edib ki, bu da nəzərdə tutulduğundan 15,6%, yaxud-263,6 min ton çoxdur.
2004-cü ildə AzDY yükdaşımalarının həcmini 18 mln. tona çatdırmağı planlaşdırır (2003-cü ildəkindən-25% çox).Bu, neft və neft məhsulları tranzitinin artırılması hesabına mümkün olacaq. Bu qədər artımı keçən il də gözləmək olardı. Lakin Gürcüstanın Batum limanında Azərbaycandan yanacaq daşıyan sisternlərin boşaldılması prosesndəki ləngimələr buna imkan vermədi.
Beləki,Batumda 2003-cü ilin fevral-mart aylarında 3500 sisternin yükünün boşaldılmaması üzündən Bakıdan Batumadək bütün marşrutda yükdolu qatarlar günlərlə dayanmalı oldu. Bu hal öz növbəsində Azərbaycana qazaxıstan və türkmənistan neftini daşıyan Xəzər Gəmiçiliyi İdarəsinin işinə də mənfi təsir göstərirdi.Son bir ildə Batum neft terminalının genişləndirilməsi, Potidə isə yenisinin tikilməsi bu əngəli aradan qaldırıb və sisternlər indi vaxtlı-vaxtında Bakıya qayıdır.Hər gün Azərbaycandan Gürcüstana neft və neft məhsulları doldurulmuş 500-dək sistern yola salınır. Mövcud sistern parkı Azərbaycana ildə 16-18 milyon ton yanacaq daşımağa imkan verir.
Yanvarda dəmiryolu ilə 370 min sərnişin daşınıb və plana 107,1% əməl olunub. AzDY idarəsi bü növ daşımalardan 2,6 milyard manat qazanc götürüb.


YANVARDA RUSİYADAN AZƏRBAYCANA 143,353 MİLYON KVT\ SAAT ELEKTRİK ENERJİSİ VERİLİB

BAKI.20.02.2004. MEDİA-PRESS: Bu ilin yanvarında Rusiyadan Azərbaycana -143,353 milyon,Azərbaycandan Rusiyaya- 30 milyon kVt/saatdan çox elektrik enerjisi verilib.
"Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, iki ölkə müvafiq sənədlərə uyğun surətdə hər gün 330 kilovoltluq "Dərbənd" və 110 kilovoltluq "Yalama" xətləri ilə enerji mübadiləsi edir. Bu yüksək gərginlikli xətlərlə gündüz vaxtı Rusiyadan Azərbaycana 3-4 milyon, gecə vaxtı isə əks istiqamətdə-1 milyon kVt/saat elektrik enerjisi verilir.


İLİN ƏVVƏLİNDƏN BƏRİ AZƏRBAYCANDA SƏNAYE İSTEHSALININ HƏCMİ 2 TRİLYON MANAT TƏŞKİL EDİB

BAKI.20.02.2004.MEDİA-PRESS: Yanvar ayında Azərbaycanda sənaye istehsalının həcmi 2 trilyon manata çatıb.
Məhsul istehsalı emal sənayesi müəssisələrində -21,7%, elektrik enerjisi, qaz və su istehsalı və bölgüsü sektorlarında -5,4% artıb.
İstehlakçılara göndərilmiş 1,9 trilyon manatlıq sənaye məhsulunun 1, 8 trilyon manatlığı müəssisələrin özlərinin istehsal etdiyi sənaye məhsulları olub.
Fevralın 1-ə anbarlarda 726 milyard manatlıq hazır məhsul yığılıb qalıb ki, bu da 2003-cü ilin eyni dövründəkindən 69,3 milyard manatlıq çoxdur. Bu məbləğin 78,6 faizi Bakı, 8,5 faizi-Sumqayıt, 2,4 faizi-Gəncə və 1,7 faizi Mingəçevir müəssisələrinin payına düşüb.


"QAZ" SC-NİN MÜTƏXƏSSİSLƏRİ GƏNCƏ AVTOMOBİL ZAVODUNUN YENİDƏN QURULMASI İMKANLARINI BAKIDI MÜZAKİRƏ EDƏCƏKLƏR.

BAKI.20.02.2004. MEDİA-PRESS: Rusiya "Qaz" Səhmdar Cəmiyyətinin (SC) nümayəndə şeyəti Gəncə avtomobil zavodunun yenidən qurulması layihəsinin reallaşması imkanlarını müzakirə etmək üçün fevralın sonunadək Bakıya gələcək.
İqtisadi İnkişaf nazirliyinin nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə bildirib ki, hökuməd hazırda Gəncə müəssisəsində avtomobil istehsalını nizamlamaq istəyən bir neçə şirkətlə danışıqlar aparır. Rusiya investoru müəssisəni yenidən qurmağı və orada 7-11-tonluq yük avtomobilləri istehsalını qaydasına salmağı təklif edir.
Cəncədə avtozavodun tikintisi 80-ci illərdə başlasa da, maliyyə çətinlikləri, sonra da SSRİ-nin dağılması üzündən işlər yarımçıq qalıb. Azərbaycan hökuməti əvvəllər RENAULT fransız şirkətini bu işə cəlb etmək istəsə də, qarşı tərəf qoyacağı sərmayə üçün dövlət təzminatı istədi. Danışıqlar bu səbəbdən yarımçıq qaldı. Çünki kommersiya layihələrinə dövlət təzminatı verilməsi azərbaycan hökumətinin siyasətinə ziddir. Zavod layihəsi $10 milyon dəyərindədir.


ƏMƏK NAZİRLİYİ: 5 İLDƏ ÖLKƏDƏ 600 MİN İŞ YERİ YARADILMASI-REAL VƏZİFƏDİR

BAKI.20.02.2004. MEDİA-PRESS: Qarşıdan gələn 5 ildə Azərbaycanda 600 min yeni iş yerinin açılması tamamilə mümkün olan işdir və artıq bu vəzifənin icrasına başlanıb. Mətbuat konfransında bu fikrini açıqlayan Əmək və Əhalinin sosial müdafiə naziri Əli Nağıyev statistik məlumata görə Azərbaycanda 10 % , yəni Fransa və İtaliyadakı qədər, Almaniyadan (8%) isə azacıq çox oldüğünü deyib ( Azərbaycan işğal olunmuş ərazilərində 300 min iş yeri itirib- Media-Press).
BTC neft kəmərinin , sonra isə Bakı-Tbilisi_Ərzurum qaz kəmərinin tikintisinin minlərlə yeni iş yeri demək olduğunu vurğulayan nazir, indi hökumətin iri müəssisələrdə də istehsalın bərpasına başladığını, eyni halda adamları işlə təmin edə bilən xırda investisiya layihələrinin də hazırlandığını dedi.
Əli Nağıyev deyib : Son illər Azərbaycan kənd təsərrüfatının geniş imkanları, o cümlədən ixrac imkanları var. Bu sahədə də on minlərlə iş yerləri açmaq mümkündür. Sadəcə, bu sahəyə xərici investorları cəlb etmək və kənd təsərrüfatının emalı müəssisərini yaratmaq gərəkdir.


AZƏRBAYCANDA TƏQAÜD İSLAHATI LAYİHƏSİ HAZIRDIR. QALIR KREDİTİN MƏBLƏĞİNİ AYDINLAŞDIRMAQ

BAKI.20.02.2004. MEDİA-PRESS: "Təqaüdlər və əhalinin sosial mədafiəsi layihəsi əslində hazırdır və biz yaxın zamanda Ümumdünya Bankının (ÜB) nümayəndələri ilə birlikdə onun reallaşmasına tələb olunan kreditin məbləğini müəyyənləşdirəcəyik." Bu həqiqəti mətbuat klnfransında açıqlayan Əmək və Əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin sözlərinə görə, Sosial müdafiə Dövlət fondu ÜB kreditinin bir hissəsini təqaüd islahatına sərf edəcək, vəsaitin qalanı isə Əmək nazirliyinə veriləcək.
ÜB Bakı nümayəndəliyində Media-Pressə verilən məlumata görə, iyunun axırlarına kimi təsdiq olunacaq bu layihənin reallaşmasına $10 milyon ayrılacaq. Lakin bu məbləğ sonrakı müzakirələr gedişində dəyişə də bilər.
"Təqaüdlər və əhalinin sosial müdafiəsi" layihəsi hər işləyən üçün şəxsi uçot vərəqələrinin tətbiqini və kompüter məlumat bankının yaradılmasını ( oraya hər adamın əmək fəaliyyəti, iş stajı, Sosial müdafiə fonduna aylıq ödənişləri haqqında məlumat daxil ediləcək ) nəzərdə tutur. Bu iş təqaüdə çıxanın işini sənədləri hazırlamaq baxımından xeyli asanlaşdırır: ona hər cür arayış alınmasına əlavə vaxt sərf etmədən yalnız Təqaüd fonduna myraciət etməsi kifayətdir. Hər kəsin təqaüdünün məbləği əmək fəaliyyəti dövründə onun Sosial müfdafiə fonduna köçürəcəyi məbləğə əsasən hesablanacaq. Bu işi Sosial Müdafiə dövlət fondu görəcək.
Ünvanlı sosial ödənişlərin yaxşılaşdırılması işini də Əmək nazirliyi görəcəkdir. Əli Nağıyev Azərbaycanda valideynlərinə ödənişllər verilən 1,6 milyon uşaq olduğunu,ödənişin gülünc məbləgini ( hər uşağa -9 min manat -2 dollardan da az) qeyd etməklə yanaşı deyib ki, respublikamızda bu pula ehtiyac duyan ailələrlə yanaşı elələri də var ki, maddi durumlarının yaxşı olmasına baxmayaraq, onlar da bu ödənişləri qanunvericiliyə uyğun surətdə almaqdadırlar. Təminatlı ailələrə ödəniş verilməsi dayandırılarsa, qalanlara düşən müavinətlərin məbləgini 5 dəfə artırmaq olar". Nazir Əli Nağıyev belə deyir.


QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNİN HAMISI YAXIN İLLƏRDƏ MƏNZİLLƏ TƏMİN EDİLƏCƏK

BAKI.20.02.2004. MEDİA-PRESS: Azərbaycan Əmək və Əhalinin sosial müdafiə nazirliyi yaxın ğir neçə ildə Qarabağ müharibəsi əlillərinin hamısını mənzillə təmin etməyi plavnlaşdırır. Mətbuat konfransında bu fiki vurğulayan nazir Əli Nağıyev respublikada 1500 qarabağ mühəribəsi əlili olduğunu, hər il onlardan 120-130 nəfərinə mənzil verildiyini və 1997-ci ildən bəri 700 əlil ailəsinin mənzil və ya evlərlə təmin olunduğunu deyib.
Nazir xatırladıb ki, müharibə əlilləri evlə yanaşı pulsuz tibbi xidmət və alman texnologiyası əsasında hazırlanan protezlər də alırlar. Nazirlik əlilləri ttəmənnasız nəqliyyat vasitələri ilə də təmin edir. 1997-ci ildən bəri 1100 qarabağ müharibəsi əlili "Oka" minik avtomobili alıb. Hər il dövlət büdcəsindən bu məqsədlərə 1,5-2 milyard manat ayrılır.

<<< <<<