rus || eng


BP-AZERBAİJAN "ŞAH-DƏNİZ"DƏ 3-CÜ QABAQLAYICI QUYUNU QAZMAĞA BAŞLAYIB

BAKI.23.02.2004. MEDİA-PRESS: BP -Azərbaijan şirkəti "Şah-Dəniz" qaz-kondensat yatağında 3-cü qabaqlayıcı quyunu qazmağa başlayıb. Şirkətdə Media-Pressə verilən məlumata görə, tava daşından qazılan quyunun şaquli xətdən mailliyi -2,3 kilometrdir. İndiyədək qazılanların ən çətini olan qu qabaqlayıcı quyunun tava daşı 101 metr dərinlikdə quraşdırılıb. Layihə dərinliyi-6285 metr olcaq quyunun qazılması və müvəqqəti konservləşdirilməsi işllərinə təqribən 165 gün gərək olacaq. Bu quyu ilə"Şah-Dəniz" layihəsinin "1-ci Mərhələsi"ndə qabaqlayıcı qazma proqramı başa çatmış olacaq .
Bir qədər əvvəl ikinci qabaqlayıcı SDA-02 quyusunda qazma işləri uğurla başa çatdırılıb(6540 metr). Qazma burada sentyabrın 25-də başlamış və yatağın şimal-şərq cinahınadək davam etdtrilmişdi. SDA-02 yataqda uğurla başa çatdırılmış 2-ci maili quyudur və onun mailliyi 1,8 km.olub. Quyunun məhsuldar qatından xeyli ı həcmdə torpaq götürülüb və miqyaslı məlumat toplanıb. Tətbiq edilər xüsusi avadanlıq 174 metr uzunluğu olan kern sütununu uğurla çıxartmağa və layın keyfiyyəti və məhsuldarlığı barədə əlavə məlmat almağa imkan verib.
"Şah-Dəniz" layihəsinin prezidenti Rob Kelli deyib:" 2-ci quyunun uğurla başa çatdırılması yataqda və ümumən Xəzərin cənubunda qazma təcrübəmizi xeyli zənginləşdirdi.3-cü quyu da mürəkkəb həraitdə əlavə qazma təcrübəsinə yiyələnməyə, 2006-cı ilin 1-ci yarısında işə salınacaq TPG-500 platformasındakı gələcək qazma əməliyyatlərını daha səmərəli planlaşdırmağa imkan verəcək."1-ciMərhələ" çərçivəsində qabaqlayıcı qazma proqramının bu son mərhələsində də biz məhsuldar layın alt qatlarının qiymətləndirilməsini davam etdirəcəyik.


İRANLA ƏMƏKDAŞLIQ ABŞ-I ƏSƏBİLƏŞDİRİR, AMMA...

BAKI.23.02.2004. MEDİA-PRESS: Yaponiya ABŞ-ın əsəbiləşməsinə rəğmən İranın "Azadeqan" neft yataqlarının işlənməsi sazişini bağlamağa razılıq verib. İranın neft naziri Bijan Namdar Zənqane bu sənədi İranın təbii ehtiyatlarının mənimsənilməsi sahəsində İslam respublikasının başqa ölkə ilə bağladığı " ən iri və ən əlverişli müqavilə" adlandırıb.
Dünyanın ən iri yataqlarından sayılan "Azadeqan"ın mənimsənilməsinin imtiyazlı hüququ yapon şirkətləri konsorsiumuna verilir. Nazirin sözlərinə görə, İranın cənub-qərbində yerləşən və dəyəri 2 milyard dollar olan ¹Azadeqan" yataqlarının iki mərhələdə işlənməsi, orada gündəlik neft hasilatını 260 min barrelə çatdırmağa imkan verəcək.
Sərmayələrin 75 faiini Yaponiya yatıraca Layihə xərclərini 12 ilə çıxarmalıdır. Danışıqlar prosesinin çətinliklə sona çatması ABŞ-ın Yaponiyaya göstərdiyi təziqlə izah olunmalıdır. İranın nüvə proqramının təşviş doğurduğunu bəhanə gətirən Amerika ondan tələb editrdi ki, Tokio və İran üçün faydalı olan bu iri sövdələşmədən əl çəksin.
İran Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Hadinejad Hoseynian deyib ki, Tehran İranın neft-qaz layihələrində iştirak etmək istəyən amerika şirkətlərinə heç bir əngəl törətməyəcək.Çünki,ABŞ hökumətinin səhvləri və iqtisadi qadağaları üzündən
İran kimi, amerika şirkətləri də ziyana uğrayırlar .


AZƏRBAYCANDA BÜDCƏ GƏLİRLƏRİ ÜZRƏ PROQNOZLAR YANVARDA 79,8% YERİNƏ YETİRİLİB

Bakı.23.02.2004.MEDİA-PRESS: Dövlət büdcəsinin gəlirləri üzrə proqnoz yanvarda 79,8% yerinə yetirilib. Bu müddətdə büdcənin gəliri-393,9, çıxarı -300,8 milyard manat olub. Xərclər üzrə proqnoz -59,7 % icra edilib. Profisit ( qalıq)-93,1 milyard manat olub. Büdcə vəsaitlərinin 13,9 faizi -təhsilə,17,9 faizi -sosial müdafiə və təminata, 20,2 faizi- iqtisadiyyatın inkişafına, 9,8 faizi- məhkəmə, hüquq-mühafizə, prokurorluq və xüsusi xidmət orqanlarının saxsanmasına, 4,3 faizi- səhiyyəyə, 2,6 faizi isə - mədəniyyət, incəsənət, KİV və dini təşkilatlarla iş sahələrinə xəclənib.
Büdcənin xərclər üzrə maddəsinin icrası sahəsində vəziyyət belədir: Təhsil üzrə-40,4%, hüquq-mühafizə orqanları, prokurorluq və Xüsusi xidmətlər üzrə-66,2%, iqtisadiyyatın inkişafı üzrə-58,7% və sosial ehtiyaclar üzrə-96,3%.
Büdcə mədaxilinin 67,4 faizini Vergilər nazirliyi( 265,4 mlrd. m.), 22,4 faizini ( 88,3 mlrd.m.) Dövlət Gömrük komitəsi, 13,5 faizini isə qalan mənbələr təmin ediblər.
2004-cü il proqnozlarına görə, büdcənin mədaxil və məxarici -10% artacaq, kəsir isə ÜDM-in(ümumi daxili məhsulun) 0,7 faii səviyyəsində qalacaq. ÜDM 9% artacaq. Beləliklə, dövlət büdcəsinin gəlirləri - 6,7-6,8 trilyon manat, ÜDM-in həcmi isə-37,3 trilyon manat təşkil edəcək.


AZƏRBAYCANDA VƏTƏNDAŞLARIN DÖVLƏT REGİSTRİ TƏTBİQ EDİLƏCƏK

BAKI.23.02.2004. MEDİA-PRESS: Azərbaycan prezidnti İlham Əliyev vətəndaşların dövlət registrinin yaradılması haqqında fərman imzalayıb. Prezident Aparatında "İnterfaks-Azərbaycan"a bildiriblər ki, məqsəd əhali barədə zəruri məlumat toplamaqdır. Bu, sosial siyasətdə, seçkilərin hazırlanması və keçirilməsində baş verən çatışmazlıqları aradan qaldırmağa kömək edəcəkdir.
Fərman dövlət registrinin aparılması səlahiyyətini Ədliyyə nazirliyinə verir.Dövlət registrində vətəndaşlar və ailə tərkibi haqqında sorğu olacaqdır.
Fərmana görə, Ədliyyə Nazirliyi "Azərbaycan vətəndaşlarının dövlət registri haqqında" Əsasnamə layihəsini bir aya hazırlayıb prezidentə təqdim etməlidir.


GÜRCÜSTAN PREZİDENTİNİN BAKIYA SƏFƏRİ MARTIN 4-5-DƏ OLACAQ

BAKI.23.02.2004. MEDİA-PRESS: Gürcüstan prezidenti Mixail Saakaşvili ikitərəfli münasibət məsələlərini martın 4-5-də Bakıda müzakirə edəcək.Ölkənin Azərbaycandakı səfirliyinin nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində " Gürcüstan prezidentinin ilk rəsmi səfəri gedişində tərəfllər qarşılıqlı münasibətlərin strateji mahiyyət kəsb edən bütün çalarlarını müzakirə edəcəklər"lərini, bu zaman regional energetik layihələrin ,yəni Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərləri tikintisinin realizəsi məsələlərinə üstünlük veriləcəyini və danışıqların sonunda əməkdaşlıq sazişlərinin imzalana biləcəyini qeyd etdi.
Səfəri gedişində M. Saakaşvilinin Bakı Dövlət universitetində Azərbaycan-Gürcüstan münasibətləri mövzusunda çıxışı da planlaşdırılıb.


GUÖAM ÜZVLƏRİ TBİLİSİDƏ FÖVQƏLADƏ HADİSƏLƏRİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜZRƏ TƏLİMLƏR PLANI HAZIRLAYIR

BAKI.23.02.2004.MEDİA-PRESS: BU gün Tbilisidə GUÖAM (Gürcüstan,Ukrayna, Özbəkistan, Azərbaycan, Moldavap ) ölkələri nümayəndələrinin görüşündə fövqəladə vəziyyətlərin nəticələrinin ləğvi üzrə sentyabra təyin edilmiş təlimlərə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Gürcüstan DİN-i Fövqəladə vəziyyətlər idarəsinin məlumatına görə, tədbirə üzv ölkələrlə yanaşı ABŞ-ın texniki eksprtləri, Türkiyə və BMT nümayəndələri müşahidəçi qismində dəvət alıblar.
Təlimlər Jinvali SES bəndində (Tbilisinin 50 kilometrliyində) terror əməli nəticəsində yaranmış irimiqyaslı qəzanın nəticələrinin ləğvinə və oxşar vəziyyətlərdə GUÖAM ölkələrinin bitr-birinə kömək göstərməsi planının hazırlanmasına həsr olunub.


Aİ KOMİSSARI : TÜRKİYƏNİN İTTİFAQA ÜZVLÜYÜ ONU SUPERQÜVVƏYƏ ÇEVİRƏCƏK

BAKI.23.02.2004. MEDİA-PRESS: Türkiyənin Avrropa İttifaqına (Aİ ) üzvlüyü bu təşkilatı superqüvvəyə çevirəcək. Aİ-nin genişlənməsi üzrə komissar Günter Verxoqeyn "Züddöyçe saytunq" qəzetinə (Almaniya) müsahibəsində belə deyib.
Onun əqidəsincə, Türkiyənin Aİ-yə gəlişi ilə bu təşkilat Avropa hüdudlarından kənarda öz strateji potensialını xenyli artıracaq və dünya səhnəsində daha səmərəli hərəkətə qadir superqüvvəyə çevriləcək.Verxoqeyn Türkiyənin Aİ-yə qəbulunun zəruriliyini vurğulayıb:"Türkiyəyə şans vermək gərəkdir. Aİ-yə Turkiyənin qoşulmasını istəməyənlərin din və mədəniyyətlə bağlı dəlilləri artıq keçilmiş mərhələdir.Belə nüfuzlu müsəlman ölkəsinin Aİ-yə qəbulu avrpalıların maraqlarına uyğundur. Eyni zamanda bu onun sübutu olcaq ki, demokratiya, hüquqi dövlət, insan haqları və qərb meyarları islamla bir araya gəlməyə qadirdir".
Fransa XİN rəhbəri Dominik de Vilpen də "Politik Enternasonal" (Fransa) jurnalına bu yaxınlardakı müsahibəsində Türkiyənin coğrafi, dini, mədəni səbəblərə, yaxud ayrı bir mənsubiyyətinə görə Aİ-yə qəbulundan imtina səhv olardı. Sitat:"Əgər Avropa Türkiyənin islam təmayülünə görə bu ölkənin namizədliyini rədd dərsə, bu yalnız kin-küdurət doğuracaq". Nazir eyni zamanda təsdiq edib ki, Aİ Türkiyə ilə tərəfdaşlığın bütün formalarını inkişaf etdirməyə səy göstərir və qarşılığa can atır.Vilpen eyni halda "Türkiyənin elan etdiyi islahatlar yolu ilə bundan sonra da irəliləmək niyyətini təsdiqləyib-təsdiqləmədiyinə" dəqiq nəzarən olunmasını da zfruri sayır.
Alman kansleri Gerhard Şrederin bu gün Ankarada keçirəcəyi danışıqlarının əsas mövzusunu da Türkiyənin Aİ-yə qəbulu təşkil edəcək. Diplomatik mənbələrin məlumatına görə, Şröder Aİ-yə Türkiyənin üzvlüyünü dəstəkləyəcək və Ankaranın bu istiqamətdə xeyli irəlilədiyini qeyd edəcəkdir.


İRAN LİBERALLARININ QƏLƏBƏSİ RUSİYAYA ƏL VERMİR

BAKI.23.02.2004. MEDİA-PRSS: İrandakı seçkilərdə mühafizəkarların qələbə çalacağı şübhəsizdirÖ liveralların uduzmasının başlıca səbəbi isə cəmiyyətin onlara inamının itməsidir. Rusiya-İran proqramlarını əlaqələndirmə mərkəzinin rəhbəri Rəcəb Səfərov belə hesab edir.Sitat: "Parlamentdə hakim çoxluğa malik olmuş liberallar iran cəmiyyəitinin onlardan gözlədiyi xətti reallaşdıra bilmədilər.Mühafizəkarlar isə əvvəlki illərdə yol verdikləri səhvlərini təhlil edərək, onları dalbadal ikinci məğlubiyyətə uğrada biləcək amilləri aradan qaldırdılar, məsələn liberal namizədlərin üçdə ikisini sçkilərə buraxmadılar.Ancaq bu, mühafizəkarların heç də qəti qələbəsi deyi.Çünki iran cəmiyyəti indi parçalanmış vəziyyətdədir. İslahatçıların da qadınlar və gənclərin simasında ( cəmiyyətin üçdə ikisi -gənclərdir) çox etibarlı bazası var. Məhz onlar islahatlar keçirilməsində, daha açfıq cəmiyyətdə maraqlıdırlar.İslahatçılar yenidən toparlaşmaq və səylərini birləşdirmək üçün bir müddət fəal siyasi mövqelədən geri çəkiləcəklər".
Səfərov hesab edir ki, seçkilərin nəticələri nüvə məsələsinə heç bir təsir göstərməyəcək."ABŞ nüvə kartından daha fəal istifadə edəcək. İran Qərb üçün çox ipə-sapa yatmaz bir dövlət olduğundan, indiki rejimi proqnozlaşdırıla bilinən dövlətlə əvəzləmək istərdi. Məhz buna görə də nüvə kartı Amerikanın əlində bu ölkəyə qarşı əsas silah olaraq qalacaq".
Rəcəb Səfərov bir maraqlı icəliyi də qeyd etdi:əgər ABŞ İranda məhz islahatçıların qələbəsində maraqlıdırsa, Rusiya bundan ancaq uduza bilər."Hakimiyyətə islahatçılar gəlsələr,yalnız Moskva ilə məhdudlaşmayaraq, ölkənin xariclə əlaqələrini genişləndirməyə səy göstərəcəklər.Belədə Rusiya üçün İranla ticarət-iqtisadi əməkdaşlığın heç də arzu olunmayan dövrü başlayacaq- Rusiya bu bazardan sıxışdırılıb çıxarılacaq". Sitatın sonu.

<<< <<<