rus || eng
ŞİRVAN QORUĞU SALYAN OİL-Ə MANE OLUR
BAKI. 25.02.2004. MEDİA-PRESS: "Kürsəngi" və "Qarabağlı" neft yataqlarını işləyən Salyan Oil Ltd əməliyyat şirkətinin rəhbərliyi məsələ qaldırıb ki,müqavilə sahəsində qoruq olmasın. Bu haqda məlumat verən Ekologiya və Təbii Ehtiyatlar naziri (ETEN) Hüseyn Bağırov deyib ki, məsələ əvvəlcədən razılaşdırılmalı idi." Biz hesab edirik ki, qoruq ərazisində neft çıxarmaq və bu zaman təbiətə xələl vurmamaq mümkündür və şirkət bu məsələdə örnək ola bilər . Şirkətin fəaliyyətindən ekoloqların narazılıqlarına görə qoruğu müqavilə ərazisindən çıxarmağı tələt etmək düzgün deyil .
Nazir deyib ki, hətta müqavilə sahəsində qoruğun statusu ləğv edilsə belə, neftçilər yenə də ekoloqların bütün tələblərinə əməl etməli olacaqlar və mən şirkətin bu bəyanatını nazirliyin tələblərinə reaksiya hesab edirəm.
Xatırladaq ki, ETEN "Qarabağlı" yatağında istixrac qaydalarını pozduğuna və nefti ətraf sahəyə axıtdığına görə, Salyan Oil Ltd əməliyyat şirkətini 500 milyon manat ($100 mindən bir qədər çox) məbləğində cərimələyib və işi məhkəməyə verib.
"Kürsəngi" və "Qarabağlı" yataqlarının işlənməsi üzrə müqavilə 1998-ci ilin dekabrında imzalanıb və bu məqsədlə 1999-cu il mayın 12-də adını çəkdiyimiz Əməliyyat şirkəti yaradılıb. Səhmdarlar : ARDNŞ ( 50 % iştirak payı), çin şirkətləri CNODC (25%) və CNPC (25%) indiyədək yataqlara $115 milyon sərmayə yatırıblar. Burada gündəlik neft hasilatı 1000 tondan yuxarıdır. 1961-ci ildən işlənən yataqlarda 768 quyu qazılıb ki, hal-hazırda onların 260-ı işləyir.
AZƏRBAYCANDA MEŞƏLİKLƏRİN BƏRPASI VƏ GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ MİLLİ PROQRAM UĞURLA HƏYATA KEÇİRİLİR
BAKI.25.02.2004. MEDİA-PRESS: Azərbaycanın ixtisaslaşdırılmış təsərrüfatları respublikanın sənaye oduncağına, əhalininsə-oduna tələbatını ödəmək üçün ,qısa müddətdə 250 min ədəd tez böyüyən ağac tingləri yetişdirib. Sentyabradək tinklərin sayı 1 milyon ədədə çatdırıldıqdan sonra, lazımi yerlərə paylanacaqdır.
Bu məlumatı açıqlayan Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov deyib ki, nazirlik tez böyüyən ağac növlərinin yetişdirilməsi üçün ölkənin meşə fondundan 500 hektar ayırmağa hazırdır. İki ilə belə ağacların 7-8 metr boy atdığını və hər hektardan 200-400 kub metr keyfiyyətli oduncaq almağın mümkünlüyünü qeyd edən nazir deyib ki, zənnimcə, bu metod meşələrin qanunsuz qırılmasının miqyasını azaltmağa imkan verər.
Nazirin sözlərinə görə, meşələrin qanunsuz qırılması əsasən əhalinin oduna və tikinti materiallarına tələbatından irəli gəlir. "Biz qocalmış və yaxud sağlam olmayan ağaclardan ildə 60-70 min kub metr odun və iş oduncağı tədarük edirik. Ancaq bu, azdır. Bizim təklif etdiyimiz metod 5 ildə sənaye oduncağı istehsalının həcmini il ərzində 80-100 min kub metrə çatdırmağa imkan verəcək". Sanitariya qırmaları hesabına alınan müəyyən həcmdə oduncağı da bunun üstünə gəlmək olar. Belə olduqda biz əhaliyə ucuz,keyfiyyətli və leqal oduncaq vermiş, deməli, meşələrin qırılmasının qarşısını almış olarıq.
Qeyd edək ki, Azərbaycan ETE nazirliyi 2002-ci ildən başlayaraq meşə təsərrüfatının bərpası üzrə aktiv iş aparır. Məsələn, keçən il 3100 ha ərazidə yeni qələmələr basdırılıb, 5000 ha ərazidə isə bərpa işləri görülüb. Bütövlükdə 2002-ci ildə 12 mln. ədəd qələmə və şitil basdıılıb. Bu il həmin rəqəmi 25-26 milyona çatdırmaq nəzərdə tutulur.
2003-cü ilin fevralında Azərbaycanda meşələrin bərpası və genişləndirilməsi üzrə Milli proqram təsdiq edilib. Proqram 2008-ci ilə kimi 45 min ha sahədə yeni meşələr salınmasını və 200 min ha sahədə isə meşlərin bərpasını nəzərdə tutur.
Ölkə ərazisinin 11 faizi meşəlrlə örtülüb. Meşə fondunun ümumi sahəsi 1 mln. 213 min hektardır (bura talalıqlar, çəmənliklər və meşəətrafı sahələr də daxildir). Bu sahənin təqribən 950 min hektraı bilavasitə meşəlikdən ibarətdir. Azərbaycan meşlərində 107 növ ağac və 328 növ kol bitir. 2003-cü ilin Dövlət büdcəsində meşə təsərrüfatının xərcləri 9,581 mlrd. manatdır ki, bu da əvvəlki ilin göstəricisindən 961 mln. manat çoxdur.
ERMƏNİSTAN QARABAĞ MƏSƏLƏSİNDƏ CİDDİ DİPLOMATİK MƏĞLUBİYYƏTƏ UĞRAYIB
BAKI.25.02.2004. MEDİA-PRESS: Ermənistan qarabağ məsələsində ciddi diplomatik məğlbiyyətə uğrayıb. Ermənistan Milli Məclisinin müxalifətçi "Ədalət" fraksiyasından deputat Qriqor Arutyunyan bu fikirdədir.
O mətbuat konfransında qeyd edib ki,əvvəllər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı və Azərbaycanı münaqişə tərəfləri sayırdısa, son vaxtlar Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) bu subyektlər sırasına yalnız Azərbaycan və Ermənistanı aid edir, həm də biz işğalçı kimi qəbul olunuruq.Bu, ciddi məğlubiyyətdir və mühəribədə qazandığımız qələbəni sıfıra endirir".
Mövcud vəziyyəti dəyişməyin çətin olacağını vurğulayan erməni millət vəkili deyib:"Bu,prezident Robert Koçaryanın şəxsində rmənistanın indiki rəhbərliyinin yeritdiyi siyasətinin -Ermənistanı münaqişə tərəfi kimi qələmə vermək siyasətinin nəticəsidir".
HALLİBURTON ƏTRAFINDA YENİ QALMAQAL
BAKI.25.02.2004. MEDİA-PRESS: ABŞ Müdafiə Nazirliyi Halliburton korporasiyasına tabe şirkətin İraqda amerikan silahlı qüvvələrinə yanacağı baha qiymətə satması ittihamlarını araşdırmağa başlayıb.Pentaqonun mətbuat katibinin dediyi kimi, təhqiqat başlıca diqqəti Kellogg, Brown and Root şirkətlərinə yönəldib. Hər iki qurum iraqda amerika hərbçilərinə satdıqları neft məhsullarının qiymətini artırmaqda şübhəli bilinir.
Məlumdur ki, Halliburton iraqdakı amerikan əsgərlərinin ən ümdə təchizatçısıdır və Pentaqonla tikintidən tutmuş libasların yuyulmasınadək çoxlu sazişlərə malikdir.Korporasiya vitse-prezident Dik Çeyni ilə də əlaqəlidir. Axı , o,1995-200-cl illərdə korporasiyanın başçısı olub.
Pentaqon araşdırmaların nə qədər çəkəcəyini demir. Müdafiə nazirliyinin auditorları hesab edirlər ki, subpodratçı qiymətləri $61 milyon artırıb. Demokrat konqresmenlər hələ ötən ilin oktyabrında AĞ Evə göndərdikləri sorğuda Halliburtonu İraqa göndərilən yanacağın hər qallonunun ( 4 litrdən bir qədər az) qiymətini 65-75 sent artırmaqda ittiham ediblər.ABŞ hökuməti Halliburtona 0,91-0,99 dollar məbləğində nəqliyyat xərcləri də daxil, hər qallon benzinə 1,62-1,70 dollar ödəyib.Konqresmenlərin iddiasına görə, ekspertlər əmindirlər ki, benzinin Kuveytdən İraqa nəqliyyat xərci 15-25 senti aşmamalıdır.
Halliburtonun nümayəndələri isə ittihamları rədd edərək, deyirlər ki,şirkətin tənqid atəşinə tutulması indiki vitse-prezident Dik Çeyninin keçmişdə burada itşləməsi ilə bağlıdır.
Bunun Halliburton ətrafında heç də ilk qalmağal olmadığını yadınıza salmaq istərdik. Lap bu yaxınlarda korporasiya İranla ticarətə qoyulmuş qadağaları pozmaqda təqsirləndirilirdi. ABŞ Maliyyə Nazirliyi Halliburton rəhbərliyinə bildiriş göndərdi ki, onun İranla qanunsuz ticarətinin araşdırılmasına yenidən başlayıb.
Nazirlikdə bildiriblər ki, yeni təhqiqat korporasiyanın 1995-2000-ci illərdəki qanunsuz fəaliyyətinə yeni subutların aşkarlanması ilə bağlıdır.O illərdə şirkətə rəhbərlik etmiş ABŞ-ın indiki vitse-prezidenti Dik Çeyni Ağ Evə işə keçəndə əvvəlki işindən çıxanda Halliburtondan $ 36 milyon məbləğində müavinət alıb.
Halliburton və Bechtel korporasiyalarının İraqdakı fəaliyyətinə qarşı fevralın 24-də ABŞ-ın 20 şəhərində etiraz yürüşü keçirilib.Bir neçə sol liberal təşkilat bu tədbiri "İraqda varlanan korporasiyalara qarşı milli əməl günü" şüarı altında gerçəkləşdirib. Sol liberalları birləşdirən sair amillərlə yanaşı indiki hökumətə və böyük biznesə, xüsusən də Ağ Evlə sıx bağlı olan Halliburton və Bechbelə bəslənilən düşmənçilik münasibətidir.Dik Çeyninin korporasiya ilə bəlli münasibətləri ilə yanaşı, Bechtel
rəhbərliyinin iki üzvü də Ağ Ev və Pentaqonun müşavirləri qrupuna daxildir.
ARDNŞ-İN MART NEFTİNİN 2-Cİ HİSSƏSİNİ LUKOIL INTERNATIONAL TRADING & SUPPLY ALACA
BAKI.25.02.2004.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı-Novorossiysk kəməri ilə martda ixrac edəcəyi neftinin 2-ci həssəsinin müştərisi Lukoil international trading & supply rusiya şirkətidir.
ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar (MİƏ) idarəsində Media-Pressə bildiriblər ki, rusiya şirkəti mart ayı tenderinin qalibi kimi 80 min ton həcmində azərbaycan neftini alıb.Həmin neft partiyası martın 3-cü ongünlüyündə Novorossiyskdən yola salınacaq.
ARDNŞ yanvar və fevralda olduğu kimi martda da "şimal marşrutu" ilə 210 min ton "qara qızıl" nəql etməyi planlaşdırır. ARDNŞ öz neftini ayda iki dəfə tenderə çıxarır. Total və Glencore -yanvar, Vitol və Brokinq şirkətləri isə fevral tenderlərinin qalibləridir.
ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə cari ilin ixrac həcmini keçən ilin səviyyəsində -2 mln.500 min ton həcmində təsdiqləyib. Azərbaycan və Rusiyanın 1999-cu ilin yanvarında imzaladıqları hökumətlərarası sazişə görə, tərəflərdən biri hər il müddətin başa çatmasına yarım il qalmış sazişi qüvvədən salmaq qərarını qarşı tərəfə bildirməsə, sənədin qüvvəsi avtomatik bərpa olunur.Hər 5 ildən bir isə tərəflər qarşılıqlı razılıq əsasında sazişə diyişiklik edə bilərlər.
ARDNŞ NEFT-QAZ YATAQLARINDA ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ PROQRAMI HAZIRLAYIB
BAKI.25.02.2004. MDİA-PRESS: Dövlət Neft şirkəti (ADNŞ) neft-qaz yataqlarında alternativ enerji mənbələrindən istifadə proqramını işləyib hazırlayıb və onu Nazirlər kabinetinə təqdim edib. Bu məlumatı verən ARDNŞ vitse-prezidentinin müşaviri Eldar Şahbazovun sözlərinə görə, NQÇİ-lərin (neft-qaz çıxarma idarələri) enerjiyə illik tələbatı 1,2 milyard kVt/ saatdır ki, buna şirkət $38-40 milyon xərcləməli olur.
Layihə iki fazaya bölünüb. 1-ci mərhələ Almaniyada hazırlanmış 1MVt gücündə külək elektrik stansiyasının Ə. Əmirov adına NQÇİ-də quraşdırılmasını və il ərzində bu stansiyanın işinin təhlil edilməsini, 2-ci mərhələ isə bu qurğuların bilavasitə Azərbaycanda istehsalını nəzərdə tutur.
Şahbazov belə qurğunun $750 min dəyərində olduğunu, respublikada hazırlanacağı təqdirdə 35-40% ucuz başa gələcəyini və külək elektrik stansiyalarının istehsalı üçün zəruri şəraiti olan DÖZ-da (Dərinlik Özülləri zavodu) təşkil etməyin mümkünlüyünü vurğuladı. Bütün NQÇİ-ləri enerji ilə ayrıca təmin etmək üçün 300-350 belə qurğu gərəkdir. Bir külək elektrik stansiyası ildə 5,5 milyon kVt/saat enerji hasil də bilər.
Layihənin maliyyələşdirilməsinə toxunan Şahbazov qeyd edib ki, bu iş ARDNŞ-in,BMT-nin İnkişaf Proqramının və qismən də alman tərəfinin hesabına reallaşacaq. Hesablamalara görə, layihə öz xərcini 6-7 ili çıxarmalıdır.
KAŞAQAN YATAĞINDA KOMMERSİYA NEFT İSTİXRACI 2007-2008-Cİ İLLİRDƏ BAŞLAMALIDIR
BAKI.25.02.20004 .MEDİA-PRESS: Xəzərin şimalındakı neft yataqlarının işlənməsinə aid mübahəsəli məsələləri tənzimləyən sənədlər, həmçininKaşaqan layihəsinin büdcə planının təsdiqənə dair sənədlər toplusu Astanada imizalanıb.Xəzər şelfindəki Kaşaqan yatağında kommersiya neftinin istixracına 2007-2008-ci illlərdə başlamaq nəzərdə tutulur. Agip KCO konsorsiumu ilə sazişin imzalanmasından sonra fevralın 15-də Astanadakı brifinqdə bu fikirlərini açıqlayan Qazaxıstanın baş naziri Danial Axmetov deyib:" Qərara görə, qısa zaman kəsiyində ölkə iqtisadiyyatına $29 milyard sərmayə qoyulacaq.. Bu gün həm konsorsium iştirakçılarının, həm də qazaxıstan tərəfinin qəbul etdikləri ağıllı qərar bizi razı salır. Təsdiqlənmiş plana görə,2010-cü ildə 21 milyon ton, 2013-cü ildə-42, 2015-ci ildə isə -56 milyon ton neft hasil edilməlidir. Bununla da biz Qazaxıstanın neft səltənətinə çevrildiyini bəyan edirik".
Energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik jurnalistlərin suallarını cavablandırarkən izah edib ki, Kaşaqanda neftin kommersiya istixracının təxirə salınmasına görə ödəniş " birbaşa respublika büdcəsinə daxil olan və zaman etibarı ilə kommersiya hasilatı başlananadək davam edəcək pullardır".
Agip KCO ilə Qazaxıstan hökuməti arasında bağlanmış sazişin şərtlərinə görə, Kaşaqanda neft istixracı 2005-ci ildə başlamalı idi. Ancaq konsorsium yataqda neft istixracına başlanmasının təxirə salınmasına razı olmasının əvəzi kimi $150 milyon ödəməyi Qazaxıstan hökumətinə təklif etdi.
Agip KCOkonsorsiumu BG Group, ExxonMobil, Inpex Masela Ltd., ConocojPhillips, Shell və Total şirkətlərini özündə birləşdirir. Kaşaqanda ilk neft 2000-ci ilin yayında Vostok-1 quyusunda aşkarlanmışdı. Yatağın isbat olunmuş ehtiyatları -1,5 milyard tondur. Kaşaqan dünyada son 30 ildə kəşf edilmiş ən iri yataqlardan biridir əv onun geoloji neft ehtiyatlarının həcmi 4,8 milyard tondur. Yataq mürəkkəb geoloji şəraitdə işlənəcək, çünki qeyri-adi yüksək lay təzyiqinə və yüksək kükürd tərkibinə malikdir. Şimali Xəzərin dayaz zonasında yerləşən yatağın sərt iqlim və koloji şəraiti yeni texniki və texnoloji qərarlar qəbulunu qaçılmaz edir.
TÜRKİYƏ-YUNANISTAN QAZ KƏMƏRİ HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB
BAKI.25.02.2004.MEDİA-PRESS: Türkiyə və Yunanıstan iki ölkə arasında birləşdirici qaz kəmərinin tikintitsinə dair 2003-cü il dekabrın 24-də imzalanmış sazişi təsdiqləyiblər ( ratifikasiya ediblər). Kəmər "mavi yanacağ"ın Avropaya birbaşa nəqli üçün nəzərdə tutulub.
Türkiyənin Karaçabey şəhərini Mərəmərə dənizini vasitəsilə Yunanıstanla birləşdirəcək kəmərin uzunluğu 285 km.-dir. Türkiyə ərazisinin 209 kilometrini kəsib-keçən kəmər ölkəyə 80 mln. dollara başa gələcək. Yunanıstan isə öz payına düşən 76 km. üçün $15 mln. xərcləyəcək. Qaz borusunun 2006-cı ilə hazır olacağı planlaşdırılır.
MEDİA-PRESS artıq məlumat verib ki, həmin ilin oktyabrında azərbaycanın "Şah-Dəniz" yatağı qazının Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri ilə Türkiyəyə ixracına başlanacaq . Azərbaycan qazı da məhz Ankara və Afinanın təzəcə razılaşdırdıqları kəmərlə Yunanıstana, oradan da Avropanın ayrı ölkələrinə nəql edilə biləcəkdir Yunanıstanın özü Türkiyədən ildə 3 mlrd. kub metr qaz idxal etmək niyyətindədir. Fransa, İtaliya və Balkan ölkələrinin istehlakçıları isə öz idxal imkanlarını müəyyənləşdirməkdədirlər.
Ekspertlərin qeyd etdikləri kimi, yaxın gələcəkdə Türkiyə və Yunanıstanın qaz sistemlərini birləşdirərək, oradan Avropaya uzanacaq bu boru ilə ildə 30 mlrd. kub metr qaz ixrac etmək mümkün olacaq. Sonradan haçalanacaq kəmərin bir xətti Fransa, Avstriya və İtaliyadan, digəri isə- Sloveniya, Bosniya-Hesoqovina və Xorvatiya ərazilərindən keçəcək. Xatırladaq ki, BOTAŞ-ın və bəzi avropa qaz şirkətlərinin ( Bolqarıstanın - BulqarGaz, Rumıniyanın- Retrom, Macarıstanın-MOL, Avstriyanın- OMV Erdgas GmbH və Transqaz) nümayəndələri qazın Türkiyədən Bolqarıstan və Rumıniya ərazisi ilə Avstriya və Macarıstana nəqli məsələlərini hələ 2002-ci ilin noyabrında Sofiyada müzakirə ediblər. İndi bu planlar , deyəsən, məzmun kəsb etməkdədir.
Bir ay əvvəl MEDİA-PRESS-in xəbər verdiyi kimi, Türkiyədən Avstriyaya qaz ixracı layihəsinin texniki-iqtisadi əsaslandırması 2004-cü ilin sonuna hazır olacaq. Ötən çərşənbə Praqada Avropa Qaz konfransında Econ Gas avstriya qaz şirkətinin icraçı direktoru Verner Ouli belə deyib.
İcraçı direktor deyib ki, Türkiyə Azərbaycan və İran qazını öz ərazisindən ötürməklə Avropanın "mavi yanacaq"la təmininə sanballı töhfə verə bilər. layihədə Econ Gas və türkiyə BOTAŞ-ı ilə yanaşı daha bir neçə şirkət də iştirak edəcək.
Macarıstan, Bolqarıstan və Rumıniya ərazilərindən də keçəcək yeni marşrut ildə təqribən 20 mlrd. kub metr qaz nəql edə biləcək. Verner Ouli haqlı olaraq belə hesab edir ki, investisiyalara gəldikdə, çox şey movcud qaz-nəqliyyat şəbəkəsini yeni marşruta qoşmağın nə dərəcədə mümkünlüyündən asılı olacaqdır. O həmçinin qeyd edib ki,yeni kəmər avropalı istehlakçılara imkan verərdi ki, rus qazı ilə yanaşı alternativ "mavi yanacaq" mənbələrindən də istifadə etsinlər.
DÜNYA BAZARINDA NEFT TANKERLƏRİNİN KİRAYƏSİ BAHALAŞIR
BAKI.25.02.2004. MEDİA-PRESS: Dünya bazarında neft tankerlərinin kirayə qiyməti artmaqdadır. İndi supertankerin bir günlük kirayəsinə görə, şirkətlər $140 min tələb edirlər. Dənizlə neft daşınması son 30 ildə heç zaman bu dərəcədə baha olmayıb.Mütəxəsislər kirayə qiymətlərinin gələcəkdə də sürətlə artacağını iddia edirlər.
İTAR-TASS hesab edir ki, bu, xeyli dərəcədə Türkiyənin Bosfor və Dardaneldən keçid şərtlərini sərtləşdirməsi və yeni ekoloji təhlükəsizlik tədbirləri ilə bağlıdır.Ancaq agentlik dərhal da öz dediyinə zidd çıxaraq iddia edir ki,bu meyl təkcə qara və aralıq dənizləri regionuna xas deyil. Məsələn, bir barrel neftin Yaxın Şərqdən Cənub-Şərqi Asiya limanlarına çatdırılmasının qiyməti bil ildə 300% artıb.Üstəlik neft tankerləri çatışmır…
Ekspertlərin hesablamalarına görə, daşımaların bahalaşması neftin də qiymətinin artmasına gətirəcək. Hələki,dünya bazarlarında bir barrel neft 30 dollaradır və bu qiymət sabitdir.
"AZƏRENERJİ" YÜKSƏKVOLTLU TRANSFORMATORLARI TƏMİR EDİR
BAKI.25.02.2004 MEDİA-PRESS: "Azərenrji" SC-nin xüsusi bölmələri yarımstansiyaların yüksəkvoltlu transformatorlarını təmir edir. SC-nin mətbuat xidməti məlumat verib ki, indi "8-ci km." yarımstansiyasında transformatorun təmiri başa çatıb. Bu ,Bakının "8-ci km.","Əhmədli", "Günəşli" yaşayış sahələrinin enerji təchizatını yaxşılaşdırmağa imkan verəcək. "Gəncə" və "Cənub" yarımstansiyalarında müvafiq surətdə hələ 1986 və 1988-ci illərdə sıradan çıxmış iki transformator da təmir olunur. Burada işlər tamamlanandan sonra,hər iki qurğu ehtiyat fonduna veriləcək və onlardan yalnız təmir tədbirləri keçirilən zaman istifadə olunacaqdır.
SC-də qeyd ediblər ki, transformatorların təmiri xeyli vəsaitə qənaət edəcək, çünki bu cihazların xaricdən alınması SC-yə on minlərlə dollara başa gələrdi.
AZƏRBAYCAN ÜB KREDİTLƏRİNİN ÖDƏNİŞİNƏ 2005-Cİ İLDƏN BAŞLAYACAQ
BAKI.25. 02.2004. MEDİA-PRESS: Azərbaycan Ümumdünya Bankından (ÜB) müxtəlif layihələr üçün aldığı kreditlərin ödənişinə 2005-ci ildən başlayacaq.
Bankın Bakıdakı ofisində Media-pressə bildiriblər ki, ÜB Azərbaycanla ilk sazişi 1995-ci ildə imzalayıb. Bu kreditin imtiyaz müddəti gələn il qurtarır (bir qayda olaraq, ÜB kreditlərinin ödənişinə ilk 10 il qurtarandan sonra başlanır.).
Ümumiyətlə ÜB Azərbaycan hökuməti ilə müxtəlif layihələr üzrə $600 milyon məbləğində 19 kredit sazişi imzalayıb. Layihələrin 14-ü hələ realizə mərhələsində olsa da, 5-i artıq başa çatıb. Ən böyük kredit ($76,85 milyon) SAC-II adı ilə tanınan struktur dəyişiklikləri layihəsi üçün ayrılıb. ÜB kreditlərinin çoxu Bakının infrastrukturuna- su təchizatının, qaz təsərrüfatının bərpasına, irriqasiya sisteminin bərpası və inkişafına, həmçinin avtomobil yollarının çəkilişitnə yönəldilib .Krediğtləri ÜB qurumu- Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) ayırır. İndi ÜB Azərbaycana BYİB (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) xəttilə kreditlər ayırmaq imkanlarını arayır. BYİB kreditlərini daha sərt şərtlərlə, həm də adambaşına illik gəliri 800 dolları aşan ölkələrə verir. ÜB-nın iki qurumunun kreditlər ayırması faktı subut edir ki, Azərbaycan aldığı kreditləri ödəməyə qadir olan bir ölkəyə çevrilir. BİA-nın 35 ilə verdiyi kreditlərinin 10 ili güzəştli olduğu halda, BYİB-də bu, müvafiq surətdə 15 və 5 ildir. Həm də ikincinin faiz dərəcələri də yüksəkdir.
Azərbaycanada energetikanın inkişafı üçün nəzərdə tutulan $40 mitlyon krediti AYİB-in ayıracağı gözlənilir. ÜB nümayəndəsi Əkbər Nouman AYİB-in yalnız inkişaf etməkdə olan ölkələrin ən qabaqcıllarına( məsələn, Türkiyə, Yaxın Şərq , Latın Amerikası ölkələri və Çin) kredit verdiyini qeyd edərək deyib:"Azərbaycan da belə ölklərdən birinə çevrilməkdə olduğu üçün, biz ona AYİB xətti ilə kreditlər ayıra biləcəyik. Qeyd edim ki,Azərbaycanın hələ kifayət qədər kasıb olduğunu və adambaşına ümumi daxili məhsul (ÜDM) istehsalının çox olmadığını nəzərə alsaq,ona ÜB-nın hər iki strukturu xətti ilə kredit ayıra bilərik. Ancaq Azərbaycanın inkişaf sürətini nəzərə alsaq, deyə bilərik ki, müəyyən müddətdən sonra respublikanın güzəştli kreditlərə ehtiyacı olmayacaq". Sitatın sonu.
RUSİYA DƏNİZ REGİSTRİNİN NÜMAYƏNDƏSİ : AZƏRBAYCANDA YARARSIZ GƏMİLƏRİN SÖKÜLMƏSİ ÜÇÜN MEYDANÇA SALMAQ LAZIMDIR
BAKI.25.02.2004. MEDİA-PRESS: Azərbaycanda yararsız gəmilərin sökülə bilməsi üçün xüsusi sənaye meydançası yaratmaq lazımdır. Rusiyanın Azərbaycandakı Dəniz Registrinin nümayəndəsi Dmitri Şestakov "Enerji ehtiyatlarının işlənməsinin ekoloji cəhətləri" seminarında belə bəyanatla çıxış edib.
Onun dediyinə görə, 1998-ci ilə kimi Azərbaycanda 77 gəmi hesabdan silinib. İndi Ekologiya nazirliyinin səlahiyyətində olan 28 gəmidən 11-i yarasız olduğu üçün hesabdan silinməlidir. "Xəzərdənizneftdonanma" da öz balansından 20 gəmini silməyə hazırlaşır. Deməli, indi Azərbaycanda yararsız gəmilərin ümümi sayı 120-ə çatır. Dənizdə lövbər atmış bu gəmilərin hamısı paslanmaya məruz qaldığı üçün ekologiyaya sağalmaz yara vurur.
Şestakov deyib ki, dünyada mövcud qaydalara görə, hesabdan silinmiş gəmilər belə gəmilərin sökülməsi ilə məşğul olan şirkətlərə verilir , ya da ondan metal qırıntısı kimi isfifadə olunur.
Ekologiya naziri H. Bağıron onun sözlərinə cavab olaraq deyib ki, suda pas atan gəmilər Xəzərə ekoloji yox, estetik ziyan vurur. Məsələn, son xarici tədqiqatlara görə, lazımsız dəniz platformaları quşların məskəninə çevrildiyi üçün, dəniz ekologiyasına müsbət təsir göstərir.Buna rəğmən, indi biz Bakı Poladtökmə şirkəti ilə danışıqlar aparırıq ki, batmış gəmiləri öz hesabına sudan çıxardıb istədiyi kimi istifadə etsin.
O ki, qaldı Xəzərin çirklənməsinə, H.Bağırov hesab edir ki, bu çirklənmənin çox cüzi faizi yararsız gəmilərin payına düşür. Amma rusiya mənbələrinin öz məlumatına görə, Xəzəri 85% çirkləndirən Volqadır. Bu çay dənizə sənaye tullantıları, o cümlədən Tatarıstan və Başqırdıstan neft-qaz mədənlərinin işlənməsi gedişində yaranan tullantıları, çay boyunda məskunlaşmış 70 mioyon insanın əmək fəaliyyətinin məhsulu olan tullantıları axıdır.
ETEN VƏ BP "AÇG" YATAQLARININ İŞLƏNMƏSİ ZAMANI EKOLOJİ NORMALARA RİAYƏT OLUNMASI MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDƏGƏKLƏR
BAKI.25.02.2004. MEDİA-PRESS: Yaxın günlərdə Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar nazirliyi ( ETEN) və BP-Azerbaijan şirkətinin nümayəndələri "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlarının işlənməsi ilə bağlı məsələləri araşdırıcaqlar.
Nazir Hüseyn Bağırovun məlumatına görə, dəniz yataqlarında qazma zamanı sintetik məhlulların dənizə tökülməsi halları baş verib. Sitat:"Əgər qazma məhlulları dənizə tökülürsə, bu artıq qanunvericiliyin pozulmasıdır. Bu, baş verməməlidir, ya da məhlulun zəhərliliyi cüzi olmalıdır ".Nazir bu məlumatı şi rkətinin özünün verdiyini deyib.
Xatırladaq ki, bir qədər əvvəl ETEN BP-Azerbaijan barədə müvafiq sənədlər hazırlamışdı. Nazir bildirmişdi ki, əgər BP bizdən aldığı sənədlə əsasında cərimə ödəməyə hazır olarsa, məsələni bitmiş saymaq olar. Əks halda, məhkəmə orqanlarına müraciət etməli olacağıq. Nazitr cərimə məbləğinin 500 milyon-1mlrd. manat ( 6$100-200 min) arasında olacağını demişdi.
<<< <<<