rus || eng
AZƏRBAYCAN İQTİSADİYYATINA 3,356 TRİLYON MANAT KREDİT QOYULUB
BAKI.27.02.2004.MEDİA-PRESS: Azərbaycan Milli Bankının (AMB) məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş kredit vəsaitlərinin məbləği 2004-cü il fevralın 1-ə 3,356 trilyon manat təşkil edib.AMB mətbuat xidmətində Media-Pressə bildiriblər ki,bu kreditlərin 2,369 trilyon manatı- qısamüddətli,986,7 mlrd manatı isə - uzunmüddətli olub.
Kreditlərin 1,505 trilyon manatını - dövlət banklarının, 1,478 trl. manatını- özəl bankların,371,5 mlrd. manatını-qeyri-bank kredit təşkilatlarının vəsaitləri təşkil edib.Kreditlərin yalnız üçdə biri -milli, qalanı isə-xarici valyuta ilə verilib.
Kreditlərin 21,3 faizi -ticarət və xidmət sahələrinə, 12,93 faizi- nəqliyyat və rabitənin inkişafına, 8,44 faizi- energetikaya və təbii ehtiyatların işlənməsinə, 6,24 faizi - aqrar bölməyə, 7,86 faizi- ağır və yüngül sənayeyə, 5,41 faizi-tikintiyə, 27,13 faizi- fiziki şəxslərə və nəhayət, 5,84 faizi- dövlət idarəçiiyinə ayrılıb.
FEVRILIN 1-Ə AZƏRBAYCAN BANKLARI 3,2454 TRİLYON MANAT CƏLB EDİB
BAKI.27.02.2004.MEDİA-PRESS: 2004-cü il fevralın 1-ə azərbaycan bankları 3,245 mlrd. manat vəsait və depozit cəlb edib. Bu məbləğin 585,9 milyardı milli , 2,659 trilyonu (81,9%) isə xarici valyuta ilə qoyulmuş əmanətlərdir.
Fiziki şəxslərin əmanətlərinin məbləği 1,301 trilyon manat (1,203 trilyonu- xarici valyuta ),hüquqi şəxslərin depozitləri isə -1,944 trilyon manat(1,456 trilyonu- xarici valyuta) təşkil edib.
AZƏRBAYCANDA BANKLARIN NİZAMNAMƏ KAPİTALI 738 MLRD. MANATA ÇATIB
BAKI.27.02.2004.MEDİA-PRESS: 2004-cü il fevralın 1-də azərbaycan banklarının nizamnamə kapitalı (NK) 738 mlrd. manat təşkil edib. Azərbaycan Milli Bankında müxbirimizə məlumat veriblər ki, bu məbləğin 81 milyardı dövlət banklarının, 657 milyardı isə özəl bankların payına düşür.
Xarici kapitalın iştirak etdiyi bankların NK-ı ilin əvvəlində 294,7 milyard manat , yaxud ölkənin bütün banklarının NK-nın 39,9 faizini təşkil edib. Bir banka orta hesabla 16,4 milyard manat düşüb.
2004-cü il fevralın 1-də Azərbaycanda fəaliyyətdə olmuş 45 bankdan 17-də xarici kapital da iştirak edib.Bu bankların dördündə xarici kapitalın iştirak payı 50 -100% arasında ,11 bankda isə- 50 faizdən az olub. Qalan iki bank qeyri-rezident bankların filialıdır.
AZƏRBAYCANDA DÖVRİYYƏDƏ 2,47 TRİLYON MANAT PUL KÜTLƏSİ OLUB
BAKI.27.02.2004.MEDİA-PRESS: Cari il fevralın 1-də Azərbaycanda 2,47 trilyon manat pul kütləsi dövriyədə olub.Milli Bankın mətbuat xidməti Media-Pressə məlumat verib ki, 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 25,3% təşkil edib.
Bu pul kütləsinin 1,884 trilyonu -nağd, 585,9 milyardı isə -nağdsız vəsaitlər olub.
YANVARDƏ ƏHALİYƏ 1,7 TRİLYON MANATLIQ ƏRZAQ MALLARI SATILIB
BAKI.27.02.2004.MEDİA-PRESS: 2004-cü ilin yanvarında azərbaycan əhalisinə 1,7 trilyon manatlıq istehlak malları satılıb.Bu, keçən ildəkindən 11,3% çoxdur. Bütün malların 70 faizindən çoxunu fiziki şəxslər realizə ediblər.
Statistik məlumata görə, əhali ən çox ərzağa pul xərcləyib -965,4 milyard manat. Qeyri-ərzaq mallarına isə -479,8 milyard sərf edilib. Keçən ilin müvafiq dövrü il ə müqayisədə bu göstəricilər müvafiq olaraq: 8,5% və 18,5% artıb.
Yanvarda Azərbaycanın hər sakini 178,1 min manatlıq (2003-cü ilin yanvarına nisbətən- 26,1 manat çox) mal alıb.
ABDULLA GÜL: TÜRKİYƏ QARABAĞ MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏSİNDƏ İŞTİRAKA HAZIRDIR
BAKI.27.02.2004.MEDİA-PRESS: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə gömək göstərməyə hazırdır. Türkiyə Baş nazirinin müavini və Xarici İşlər naziri Abdulla Gül Moskvada "İnterfaks"ın mərkəzi ofisində mətbuat konfransında bu fikrini açıqlayaraq deyib:"Dağlıq Qarabağ münaqişəsi indi "dondurulmuş" vəziyyətdədir və Türkiyə marağı olan tərəflərlə razılıq zəminində bu münaqişənin dincliklə nizamlanması naminə kömək göstərməyə hazırdır. Türkiyə tərəfinin belə kömək göstərmək üçün "yaxşı potensialı" vardır".
"Biz Ermənistanı çıxmaqla, bu münaqişəyə aidiyyəti olan bütün ölkələrlə yaxşı münasibətlərə malikik" fikrini vurğulayan Abdulla Gül bunu da əlavə edib ki, münaqişənin dinc yolla nizamlanmasına kömək Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün də şərait yarada bilərdi.
GÜRCÜSTAN İQTİDARI GUÖAM BLOKU ÇƏRÇİVƏSİNDƏ HƏRBİ ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNDİRMƏYƏ ÇAĞIRIR
BAKI.27.02.2004.MEDİA-PRESS: Gürcüstanın yeni rəhbərliyi GUÖAM (Gürcüstan, Ukrayna,Özbəkistan, Azərbaycan, Moldova) regional təşkilatının fəaliyyətini təftiş etmək və bu blok çərçivəsində hərbi əməkdaşlığı möhkəmləndirmək ideyvsını irəli sürüb.
Ölkənin Müdafiə naziri Gela Bejuaşvili "İnterfaks AVN" agentliyinə deyib" Bu gün siyasi-iqtisadi əməkdaşlıq baxımından GUÖAM-ın hansı məqsəd və vəzifələr daşıdığını araşdırmaq vacibdir. Məsələnin hərbi yönümünü də uzlaşdırmaq gərəkdir. Əvvəllər bu məsələni qurum ölkələri ərazisində enerjidaşıyıcılarının tranziti və ya müştərək sülh məramlı batalyon yaratmaqla bağlayırdılar. İndi müzakirə olunacaq bir neçə məsələ var ". Bejuaşvilinin fikrincə, GUÖAM-ın fəaliyyətinin səmərəsi NATO ilə və sair avro-atlantik qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi ilə birbaşa bağlıdır və təşkilat da buna potensial surətdə hazırdır.
ABŞ İRAN İQTİSADİYYATINA İNVESTİSİYA QOYAN ŞƏRKƏTLƏRİ CƏZALANDIRMAQ İMKANLARINI NƏZƏRDƏN KEÇİRİR
BAKI.27.02.2004.MEDİA-PRESS: "İran iqtisavdiyyatına vəsait qoyan neft şirkətləri səhvə yol verir.Tehranın bir çox məsələlərə yanaşma tərzi dəyişmədiyi üçün,indiki məqamda İranın neft sahəsinə iəvestisiya qoymaq düşünülmüş addım deyil." ABŞ Dövlət Departamentinin (XİN) rəsmisi Riçard Bauçer bel deyib.
Bu xəbərdarlıba səbəb lap yaxınlarda İran Milli Neft şirkətinin Total S.A.(Fransa) və Petronas ( Malayziya) şirkətləri ilə $2 milyard dəyərində müqavilə imzalamasıdır. Ötən həftə Tehranın yaponiya konsorsiumu ilə "Azadeqan" yatağının işlənməsinə dair 3 milyard dollarlıq saziş imzalaması da ABŞ-ın narazılığına səbəb olub.
Bauçer izah edib ki,İran iqtisadiyyatını sərmayələşdirən şirkətləri cəzalandırmağın mümkün olub-olmadığını aydınlaşdırmaq üçün,ABŞ İran və Liviya barəsində sanksiyalar haqqında 1996-cı il qanununu nəzərdən keçirir. ABŞ Dövlət Departamentinin rəsmisi xəbərdarlıq edib ki," Biz kiminsə İranın neft sənayesinə sərmayə qoymasını təşviq etmirik.Bizim elə qanunlarımız var ki, belə investisiyalar zamanı tətbiq oluna bilər . İndiki məqamda biz həmin qanunun tətbiqi imkanını araşdırırıq".
ARDNŞ-İN QURUDAKI VƏ QİSMƏN DƏNİZDƏKİ YATAQLARINDAN NEFT İSTİXRACIT RENTABELSİZDİR
BAKI.27.02.2004.MEDİA-PRESS: Azərböaycan Dövlət Neft şirkətinin (ARDNŞ) qurudakı yataqlarının hamısında və qismən də dənizdəki yataqlarında hasilatrentabelli deyil, ona körə ki, neftin laylardan çıxarılması bu işə çəkilən xərcləri ödəmir.
Media-Pressə şirkətdə verilən məlumata görə, bu xərcləri şərtləndirən bir neçə amil var. Məsələn, ARDNŞ-in qurudakı yataqlarından bir ton neftin hasili -13, dəniz yataqlarında isə-5 ton suyun çıxarılması ilə mühayiət olunur. Neft də, su da quyudan nasoslarla çıxarılır və təbi ki, buna elektrik enerjisi sərf edilir. Hesablamalar göstərir ki, bu qatışığın hər tonunun istixracına orta hesabla sərf edilən elektrik enerjisi 14 ton neftin hasili üçün tələb olunan enerjiyə bərabərdir.
Bundan savayı,ARDNŞ-in barəsində danışdığımız yataqlarının əksəriyyəti işlənmənin son mərhələsində olduğu üçün, istixrac burada daha çox xərc tələb edir və çıxarılan neft həcmləri onu ödəmir.Məsələn, layda təzyiqi saxlamaq üçün ora hökmən su və qaz vurulmalıdır ki, bu da əlavə xərc deməkdir.
"Günəşli"dəniz yatağının dayaz yerlərində vəziiyyəti fərqləndirən cəhət istixracın burada fəvvarə üsulu ilə həyata keçirilməsində, deməli, nasos və sair avadanlıq tətbiqinə ehtiyac olmamasındadır. "Günəşli" yatağının neftini ən ucuz edən də məhz bu amillərdir.
Axırda qeyd edək ki, hal-hazırda ARDNŞ-in balansında 7-si quruda və 5-i dənizdə olmaqla 12 Neft-qaz çıxarma idarəsi vardır.
İRAN MÜVAFİQ TƏZMİNAT ALANDAN SONRA AZƏRBAYCANA QAZ VERƏCƏK
BAKI.27.02.2004.MEDİA-PRESS: Naxçıvan Muxtar respublikasının qaz boruları şəbəkəsi İran sərhədi yaxınlığında yerləşdiyi üçün, Azərbaycanın bu muxtar qurumuna qaz verilməsində heç bir çətinlək yaranmayacaq və bu baxımdan problem də olmayacaq. Bu fikrini açıqlayan İran Neft nazirinin müavini Hacınecat Hoseynian iki ölkə arasında qaz alqı-satqısına dair razılaşma olduğunu, lakin müəyyən fikir ayrılığının qaldığını deyib. Razılaşmanın gerçəkləşməməsinin əsas səbəbi təzminatla bağlıdır.İran və Azərbaycanın qaz kəmərlərinin ən yaxın zamanda birləşdiriləcəyi gözlənilir.Lvakin bunu üçün azərbaycan tərəfi alacağı qazın pulunu ödəyəcəyinə təminat verməlidir.Sitatın sonu.
ÇEÇENQAZPROM YENƏ CƏNUBİ QAFQAZA QAZ NƏQLİNİ DAYANDIRACAĞI İLƏ HƏDƏLƏYİR
BAKI.27.02.2004.MEDİA-PRESS: Dünən "Çeçenqazprom" Federal dövlət unitar müəssisəsinin (FDUM) rəhbərliyi yenə də hədələyib ki, martın z-dən Gürcüstan, Ermənistan və Azərbaycana rusiya qazının tranzitini dayandıracaq.Bu məlumatı rusiyanın "Nezavisimaya qazeta"sı yayıb.
FDUM rəhbərliyi "Qazprom"un başçısı Aleksey Millerə məktubunda qeyd edir ki, şirkət Çeçnistan ərazisindən qazın tranzitinə görə haqq ödəməlidir.
"Çnçenqazprom"un baş direktoru Vahid Bersanov yazır :"Siz Cənubi Qafqaz ölkələrinə verdiyiniz qazın tranzitinə dair hələ də müqavilə bağlamamısınız. Qanuni tələblərimizlə əsla hsablaşmadığınıza görə, qaz ixracı qaydalarına uyğün surətdə sizə xəbardar edirik ki, qaz nəqlinin həcmini azaltmağa başlayırıq və martın 3-də moskva vaxtı ilə saat 10-da tranziti tam dayandıracağıq ".
Qəzet bu tələbin normal iqtisadi siyasət çərçivəsinə sığmadığını, odur ki, ona uyğun cavab verməyin çətin olduğunu yazır. Axı, Çeçenistanın işlətdiyi qaza olan borcu tranzid tədiyyələrindən qat-qat artıqdır. Bu diyarrın iki müəssisəsi -"Çeçenqazprom" və "Çeçenqaz" tranziti 5 ildir ki, təmin edir və istədikləri qədər də qaz yandırırlar.Əlbəttə tranzitin və istehlak edilən qazın qiymətləri çox fərqlidir. İndiyə kimi işlətdiyi qaza görə Çeçenistan təqribən 5 milyard rubl borcludur ( tranzitin qiyməti isə-240 milyon rubldur). Son vaxtlaradək bu, keçərli idi. Ancaq indi FDUM həm havayı qaz , həm də tranzitə görə nağd pul almaq istəyir.Bazar ertəsi Energetika nazirliyi bu məsələni araşdıracaq və onlar da "qabaqgəlmişlik edirlər".
Qüvvədə olan müqavilələrə görə,2004-cü ildə Cçnubi Qafqazın 3 ölkəsinə 8 milyard kub metr qaz verilməlidir. Tranzit tarifi 1000 kub metr qazın hər yüz kilometri 1 dollardır. Deməli, normal halda Çeçenistan ərazisindən zəruri həcmdə qaz tranzitinin dəyəri $8 milyon ola bilər ki,"Qazprom" da bu məbləği "Çeçenqazprom" rəhbərliyinə əslində hədiyyə edib.
İİN RƏHBƏRİ : AZƏRBAYCANDA ENERJİ DAŞIYICILARININ DAXİLİ QİYMƏTLƏRİ DÜNYA QİYMƏTLƏRİNDƏN O QƏDƏR DƏ FƏRQLƏNMİR
BAKI.27.02.2004.MEDİA-PRESS: Nəqliyyat xərcləri nəzərə alınmasa, Azərbaycanda enerji daşıyıcılarının daxili qiymətləri dünyadakından çox da fərqlənmir. İqtisadi İnkişaf naziri Fərhad Əliyev Beynəlxalq Valyuta Fondunun enerji daşıyıcılarının daxili qiymətlərinin dünya qiymətləri səviyyəsinə qaldırılmasına dair Azərbaycan qarşısında qoyduğu tələbi şərh elərkən belə deyib.
Nazirin sözlərinə görə, daxili qiymətlərin artırılması mexanizmi aşağıdakı kimi olacaq: əgər enerji daşıyıcılarının dünya bazarındakı qiymətləri rüb ərzində 20% qalxarsa, Azərbaycan da qiymətlərə yenidən baxacaq. Layihənin reallaşması müddətinin hələ müəyyənləşdirilmədiyini deyən F.Əliyev vurğulayıb ki,hökumət əlindən gələni edəcək ki, bu, ölkə əhalisinin maddi durumuna çox da təsir göstərməsin.
Xatırladaq ki, Belnəlxalq Valyuta Fondu enerji daşıyıcılarının daxili qiymətlərinin dünya standartlarına uyğunlaşdırılması üzrə Azərbaycan hökumətinin öz öhdəliklərini yerinə yetirməsinin müddətini təxirə salıb. Əvvəlcə bunu 2004-cü ilin ilk günündən reallaşdırmaq nəzərdə tutulurdu.
QAZAXISTAN RUSİYANIN XBK-NI TƏBİİ İNHİSARLAR REYESTRİNƏ QOŞMAQ NİYƏTİ İLƏ RAZILAŞMIR
BAKI.27.02.2004.MEDİA-PRESS: Qazaxıstan Rusiya hökumətinin Xəzər Boru konsorsiumunu (XBK) təbii inhisarlar reyestrinə daxil etmək və onun neft daşımaları üzrə tariflərini tənzimləmək niyyəti ilə razı deyil. Dövlət"KazMunayqaz" neft-qaz şirkətinin direktoru Kairqeldı Kabıldin belə deyib.Sitat:"XBK-nı təbii inhisarlar reyestrinə salmaq istəyi 1996 -cı ildə konsorsium yaradılarkən Rusiya hökumətinin imzaladığı öhdəliklərinə ziddir. Müqavilədə deyilir: Rusiya və Qazaxıstan öz suveren hüquqlarından XBK-nın fəaliyyətinin nizamlanması və ona nəzarət hüquqlarından- imtina edirlər".
Rusiya hökumətinin Federal Energetika komissiyası (FEK) XBK-nın Rusiyanın təbii inhisarları reyestrinə daxil olunmasında israrlı idi və RF Energetika Nazirliyi (EN) 2003-cü ilin dekabrında bununla razılaşdı. Bu isə o demək idi ki, XBK-nın Rusiyaya aid hissəsində axıdılacaq neftin tariflərini artıq gələn ilin birinci yarısından FEK müəyyənləşdirəcək.
Uzunluğu 1 580 km.-ə çatan XBK neft kəməri Qərbi Qazaxıstan yataqlarını Qara dənizin rusiya sahili ilə birləşdirir. 2001-ci ilin noyabrında işə salınandan bəri boru ilə hər ay 1,3 mln. ton neft axıdılır.Keçmiş SSRİ ərazisindəki bu ilk iri özəl neft kəmərinin birinci növbəsinin illik gücü 028,2 mln. tondur və sonralar 67 mln. tona çatdırılmalıdır. XBK Rusiya, Qazaxıstan və Oman hökumətlərinə, həmçinin ChevronTexaco, Agir, ExxonMobil və LUKoyl şirkətlərinə məxsusdur.
TÜRKİYƏNİN İRANDAN ALDIĞI QAZIN QİYMƏTİNƏ İLİN AXIRINVA KİMİ BAXILA BİLMƏZ
BAKI.27.02.2004.MEDİA-PRESS: İranın ixrac qazının qiymətinin aşağı salınması məqsədilə Türkiyənin energetika nazirinin iran tərəfi ilə danışıqları barədə türkiyə mətbuatında yayılan xəbərlər əsassızdır."Fars" xəbərlər agentliyinə bu fikrini açıqlayan İranın neft naziri Muhammed Məllakinin sözlərinə görə, Türkiyəyə İranın qaz ixracına dair sazişdə göstərilən qiymət 2004-cü ilin sonunadək dəyişə bilməz. Birdə ki, türkiyə tərəfi ümumiyyətlə qazın qiymətinin aşağı salınması məsələsi ilə bağlı İranın Neft Nazirliyinə müraciət etməyib.
Eyni halda Məllaki Türkiyənin energetika nazirinin məsələ ilə bağlı İranın ali rəhbərliyinə müraciət edə bilməsini istisna etməsə də, bu haqda məlumatsız olduğunu deyib.
Öz növbəsində İran Milli qax ixracı şirkətinin icraçı direktoru Ruhəddin Cəvadi Ankaranın İrandan kəmərlə Türkiyəyə verilən qazın qiymətini azaltmaq tələblərini Tehranın rədd etdiyini vurğulayıb:"Türkiyənin İrandan aldığı qazın qiymətini aşağı salmaq tələbi iki il öncə imzalanmış müqavilənin maddələrinin pozulması deməkdir".
R.Cavadi İrandan alınan qazın ucuzlaşdırılmasına dair arabir Türkiyədən gələn tələbləri Ankaranın Türkiyə və Avropa bazarlarında İranın rəqibi saydığı Rusiyadan qaz alması imkanının olması ilə bağlayır.
2003-cü ildə İran Türkiyəyə 3,5 milyard kub metr qaz verib və cari ildə bu rəqəmi 8,3 milyarda çatdırmaqı planlaşdırır.
İİN "2004-2008-Cİ İLLƏRDƏ AZƏRBAYCAN REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFI" DÖVLƏT PROQRAMINI REALLAŞDIRIR
BAKI.27.02.2004.MEDİA-PRESS: Bu günİqtisadi İnkişaf nazirliyində (İİN) keçirilmiş müşavirə 2004-2008-ci illərdə azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının reallaşdırılmasına başlanmasına həsr olunmuşdu.
İclası açan nazir Fərhad Əliyev qeyd edib ki, 2003-cü ildə ümumi daxili məhsul (ÜDM) - 11,2% , ölkə iqtisadiyyatına investisiyalar -54,9%, xarici ticarət dövriyyəsi- 36,1%, orta aylıq təqaüdlər- 40,8% və əməkhəqqı -21,4 % artıb. İqtisadiyyata investisiyaların məbləği $17 milyard təşkil edib.
Regionların inkişaf etdirilməsinin zəruriliyini vurğulayan F.Əliyev, ölkənin əsas iqtisadi potensialının bu gün paytaxtda təmərküzləşdiyini deyib.Beləki, dövlət büdcəsi gəlirinin vur=tut 15 faizi regionlara ayrılır , birbaşa investisiyaların da yalnız 20 faizi rayonların payına düşür. Əyalətin inkişafına dair dövlət proqramının gerçəkləşdirilməsi işləməyən müəssisələrin bərpası, yeni iş yerlərinin yaradılması,sosial və komunal sahənin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı və regionlara xarici investisiyaların cəlb olunması kimi problemlərin həllinə yardım edəcək. Bu proqramın tətbiqi və əlaqələndirilməsi üçün nazirliyin nəzdində Regionların iqtisadi inkişafı üzrə katiblik, həmçinin Regional inkişaf üzrə şöbələr yaradılıb.
Nazir qeyd edib ki, hesablamalara görə, artıq 2008-ci ildə ÜDM-in həcmi 76,3 trilyon manat təşkil edəcək və 2003-cü illə müqayisədə 2,3 dəfə artacaq. Adambaşına ÜDM istehsalı 1578 dollara çatacaq, özəl sektorun ÜDM-dəki payı 85 faizə yüksələcək.5 ildə kənd təsərrüfatı məhsulları istehsalı 62,5% artacaq, ölkə iqtisadiyyatına investisiyaların həcmi -$16,8 milyard təşkil dəcəkdir.
İLİN SONUNADƏK AZƏRBAYCANDA 85 MİN YENİ İŞ YERİAÇILACAQ
BAKI.27.02.2004.MEDİA-PRESS: İqtisadi İnkişaf naziri Fərhad Əliyev öbu ilin axırına kimi Azərbaycanda 85 min yeni iş yeri açılacağını deyib. Onun sözlərinə görə, bu rəqəm özəl müəssisə sahibləri arasında aparılmış sorğunun hasilidir. Sorğuya görə, ilin sonunadək regionlarda 45 min iş yeri açmaq planlaşdırılır. Lakin dövlətin də köməyi sayəsində yeni iş yerlərinin sayını 85 minə çatdırmaq nəzərdə tutulur.
Məsələn, kənd təsərrüfatında yeni iş yerləri aqroservis şəbəkəsinin təşkili hesabına yaranacaq. Rayonlardakı müəssisələrin normal fəaliyyəti məqsədi ilə infrastrukturu, elektrik stansiyaları tikintisini və yollar çəkilməsini inkişaf etdirmək nəzərdə tutulur.
F.Əliyevin qeyd etdiyi kimi,2008-ci ilədək regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının əsas məqsədlərindən biri investisiya axınını mərkəzdən əyalətlərə yönəltməkdir. "Biz investisiyaların 60 faizini regionlara yönəltmək istəyirik. Ancaq bu, hələ proqnozdur.Reallıq başqa cür də ola bilər. Odur ki , biz bu müddətdə həmin prosesi çox diqqətlə izləyəcəyik".Sitatın sonu.
İLİN ƏVVƏLİNDƏN BƏRİ DÖVLƏT BÜDCƏSİNDƏN SAHİBKARLIĞA YARDIM ÜÇÜN 22 MLRD. MANAT AYRILIB
BAKI.27.02.2004.MEDİA-PRESS: Azərbaycan Milli Sahibkarlığa Yardım fondu ilin əvvəlindən dövlət büdcəsindən 22 mlrd. manat alıb və həmin vəsaitləri kredit şəklində iş adamlarına paylamaqdadır.
İqtisadi İnkişaf naziri Fərhad Əliyev məlumat verib ki, kreditlər üzrə faiz dərəcələrini azaltmaq və kredit verilməsi şərtlərini yumşaltmaq planlaşdırılır. Bu proqramı hazırlayarkən dövlət ondan qazanmaq məqsədi güdməyib. Bu gün ən yüksək faiz dərəcəsi yeddidir və gələcəkdə onu da azaltmağı düşünürük. Kreditlərin manatla verildiyini nəzərə alsaq, onların faizsiz olduğunu iddia edə bilərik.
Kreditləşməni 14 agent-bank həyata keçirir. Lakin Gələcəkdə bu işə ayrı banklar və kredit təşkilatları da cəlb ediləcəkdir.
Qeyd edək ki, ötən il Sahibkarlığa Yardım Fondundan iş adamlarına 50 milyard manat kredit ayrılmışdı. Bu vəsaitlə respublikanın 49 şəhər və rayonunda 273 biznes-layihə maliyələşdirilib. Bu zaman regionlara daha daha çox üstünlük verilib.Yəni maliyyələşdirilən layihələrin 80 faizi paytaxtdan kənarda reallaşdırılıb. Bu zaman üstünlük bilavasitə istehsalı və ya məhsulun emalını nəzərdə tutuan layihələrə verilib.
Nazir sonra qeyd edib ki, bu il büdcədən Sahibkarlığa Yardım Fonduna 100 mlrd. manat ayrılacaq, 2005-ci ildə isə bu rəqəm 250 milyarda çatacaq. Keçən 5 ildə sahibkarlığa üst-üstə 65 milyard manat (orta hesabla hər il -13 mlrd. man.) ayrılsa da, bu müddətdə yalnız 6 mlrd. manat xərclənib.
<<< <<<