rus || eng
2003-CÜ İLDƏ ARDNŞ 8,924 MLN. TON NEFT ÇIXARIB
BAKI.05.01.2004. MEDİA-PRESS: 2003-CÜ İLDƏ Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ) və onun iştirakı ilə yaradılmmış birgə müəssisələr (BM) 8,924 mln. ton neft çıxarıblar ki, bu da planlaşdırılandan 1,4% və ya 124,7 min ton çoxdur.Şirkətd Media-pressə bildiriblər ki, bu həcmin 8,064 mln. tonu -ARDNŞ bölmələrinin ( artım-0,2%), 861,3 min ton BM-lərin (artım-14,8%) payına düşüb.
Dekabrda 746,9 min ton ( 0,1% və ya 0,4 min ton çox) neft hasil edilib. Bunun 669,7 min tonunu -neft-qaz çıxarma idarələri, 77,2 min tonunu isə- BM-lər tədarük ediblər.
Bu il respublikada çıxarılması proqnozlaşdırılan 15,45 mln. ton yanacağın 8,75 mln. tonunu -ARDNŞ, 6,7 mln. tonunu isə- ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyt şirkəti) çıxaracaq. Bu həcmin 9,2 mln. tonu, o cümlədən- 6,7 mln. tonu- Bakı-Supsa, 2,5 mln. tonu isə- Bakı -Novorossiysk kəmərləri ilə ixrac ediləcək.
2003-CÜ İLDƏ AZƏRBAYCAND 5,167 MLRD. KUB METR QAZ IXARILIB
BAKI.05.01.2004. MEDİA-PRESS: 2003-cü ildə Azərbaycanda 5,167 mlrd kubmetr təbii qaz çıxarılıb. Bu nəzərdə tutulduğundan 2,9% çoxdur.
Dövlət Neft Şirkətində (ARDNŞ) bu barədə Media-Pressə verilən məlumatda qeyd olunur ki, bu yanacağın 4,152 mlrd. kub metrini ARDNŞ-in bölmələri, 1,015 mlrd. kub metrini - ABƏŞ ( Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) , 114,2 mln. kub metrini isə -Birgə müəssisələr (BM) hasil ediblər.
Dekabrda hasilat 440 mln.kub metr (3,2% və ya -13,6 mln. kub metr çox) olub. Bu həcmin 354,5 mln. kub metrini -ARDNŞ, 85,5 mln. kub metrini- ABƏŞ, 12,6 mln. kub metrini isə- BM-lər hasil ediblər.
Azərbaycanın tələbatının ödəilməsinə 10 mlrd. kub metr gərəkdir. Keçən il respublika "İTERA" şirkətlər qrupundan 4 mlrd kub metr mavi yanacaq alıb. Bu il ona qoşulmağa hazırlaşan "Qazprom" ölkəmizə 2,75 mlrd. kub metr qaz verəcək. İTERA isə respublikamıza ixrac edəcəyi qazın həcmini gələn il 3 mln. kub metrə endirəcək.
Respublika Səngəçal Neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində orada qaz qurutma qurğusu tikildikdən sonra, əlavə qaz əldə edə biləcək. Məsələn, bu gün terminala gələn neft qazdan və sudan təmizlənmə prosesindən keçir. Bu zaman ayrılan səmt qazı yandırılır. Qazqurutma qurğusu işə düşdükdən sonra isə buna ehtiyac qalmayacaq və ARDNŞ əldə edəcəyi əlavə həcmdə qazı istehlakçılarına ötürəcək. Bu ideyanın gerçəkləşməsi üçün ARDNŞ həm də qazı qəbul edən xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.
MİƏİ 2003-CÜ İLDƏ 2,482 MLN. TON NEFT VƏ 789,8 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.05.01.2004. MEDİA-PRESS: Dövlər Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr İdarəsi (MİƏİ) xətti ilə 2003-cü ildə 789,836 min ton neft məhsulları ixrac edilib.
İdarənin nümayəndəsinin Media-Pressə verdiyi məlumata görə, xarici müştərilərə ən çox göndərilən məhsul ( 400, 269 min ton ) dizel yanacağıdır. 252,52 min ton - avtomobil benzini, 122,497 min ton- təyyarə üçün ağ neft, 10,068 min ton -butan,4, 481 min ton isə- soba yanacağı göndərilib.
2002-ci illə müqayisədə ixrac həcmi 115,3 min ton azalıb ( neft koksu ixrac edilməyib, təyyarə yanacağı ixracı 70 min ton azalıb. 2002-ci ildə xaricə 70 min tondan artıq koks göndərilib.
ARDNŞ 2003-cü ildə Bakı-Novorossiysk borusu ilə 2,482 mln. ton neft ixrac edib. 1997-ci ilin 25 oktyabrında istismara verilən bu kəmərlə ARDNŞ ildə 2,5 mln. tona yaxın neft axıdır. Bu il də həmin ixrac həcmi saxlanılacaq. 1999-cu ilin yanvarında rusiya və azərbaycan hökumətlərinin imzaladığı sazişə görə,əgər tərəflərdən biri müddətin qurtarmasına yarım il qalmış onun qüvvədən salınması barədə niyyətini bildirməsə, sənədi qüvvəsi hər il avtomatik artırılır. Hər 5 ildə bir isə qarşılıqlı razılıqla sənəddə dəyişiklik edilə bilər.
Xatırladaq ki, Rusiya hökuməti baş nazirinin müavini Viktor Xristenko bir neçə gün əvvəl Bakıya səfəri gedişində bu marşrutla azərbaycan neftinin tranzitini artırmaq istəyini bir daha dilə gətirdi.Tərəflər bu məsələni ekspertlər səviyyəsində müzakirə etmək razılığına gəlsələr də, yaxın gələcəkdə nəyinsə dəyişəcəyi gözlənilmir, çünki ARDNŞ-in Bakı_Novorossiysk kəməri üçün artıq nefti yoxdur. Həm də bu marşrutda ixracı artırmaq Azərbaycana iqtisadi baxımdan sərfəli deyil. Bu marşrutla axıdılan neftin hər tonu bizə 15,67 dollara başa gəlir( müqayisə üçün: Bakı-Supsa xəttində hər tona görə vur-tut 2,7 dollar ödəyirik!). Azərbaycan həm də öz yüngül neftinin bu kəmərdə Rusiyanın keyfiyyətsiz Urals markalı nefti ilə qarışması üzündən xeyli ziyana düşür. Müqavilə isə bu itkinin ödənilməsi mexanizmini nəzərdə tutmur.
2008-Cİ İLƏDƏK AZƏRBAYCANDA YEK-İN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI HAZIRLANACAQ
BAKI.05.01.2004. MEDİA-PRESS: Azərbaycanın Yanacaq və Energetika nazirliyi yanacaq-energetika sahəsinin 2008-ci ilədək kompleks inkişafına dair dövlət proqramını ölkə prezidentinə təqdim edib. Proqram yanacaq- energetika kompleksində (YEK) daxili imkanlar hesabına istehsalın artırılmasını, alternativ enerji mənbələrindən istifadəni, enerji ehtiyatlarının səmərəli işlədilməsini nəzərdə tutur.
YEK-in başlıca bəndlərindən biri -"Günəşli" yatağında neft hasilatının , "Qarabağ" və "Əşrəfi" yataqlarının işlənməsinin sürətləndirilməsidir.Məlumdur ki, bu iki strukturda işləmiş əcnəbi şirkətlər yataqlarda neft aşkarlasalar da, onları kommersiya baxımından cəzbedici saymayıblar.
YEK ölkə elektroenergetikasının inkişafını və qaz təchizatının yaxşılaşdırılmasını da nəzərdə tutur. Proqram 100 min yeni iş yeri açmağa da imkan verəcək.
OPEK-İN YENİ BAŞÇISI NEFTİN YÜKSƏK QİYMƏTİNDƏN NARAHATDIR
BAKI.05.01.2004. MEDİA-PRESS: OPEK-in yeni sədri, İndoneziyanın Energetika və Mineral Ehtiyatlar naziri Purnomo Yusqiantoro 2004-cü il yanvarıfn 1-dən hm də Kartelin baş katibidir. OPEK üzvləri bu qərarı 2003-cü il dekabrın 4-də Vyanada qurumun növbədənkənar 128-ci konfransında qəbul edərək , onu prezident seçiblərö.
Yusqiantoro kartelin yeni baş katibi seçilənədək vəzifəsini yerinə yetirəcək. Vyanada OPEK katibliyinin mətbuatla əlaqələr departamenti başçısı Əbdürrəhman əl-Xareycinin Neft İnformasiya agentliyinə verdiyi məlumata görə, bu, qarşıdan gələn bir neçə ay ərzində,OPEK-in konfranslarıendan birində baş verə bilər.
OPEK-in neft nazirləri fevralın 10-da Əlcəzairdə, martın 31-də Vyanada, iyunun 3-də isə Beyrutda görüşməyi planlaşdırırlar.
Kartelin bundan əvvəlk rəhbəri Venesuelanın Enercetika naziri Alvaro Silva Kalderon idi.
Neftin qiymətlərinin artmasından narahatlığını gizlətməyən Yusqiantoronun fikrincə,"qiymətlər həddən-ziyadə yüksəkdir". Yanvarın axırlarına qiymətlərin enəcəyini deyən prezident hesab edir ki, əcər bu ay da neftin barrelinin qiyməti $22-28 dəhlizindən çıxarsa," OPEK üzvlərinin neft və energetika nazirlərinin hamısı ilə məsləhətləşmələr aparılacaq".
İRAN ÖZÜNÜN İLK YARIMDALMA QURĞUSUNU İSTİSMARA VERİB
BAKI.05.01.2004. MEDİA-PRESS: İranın Bəndər -Abbas limanında "Cənubi pars" qaz layihəsinin 6-cı növbəsi üçün nəzərdə tutulan ilk üzən qazma qurğusunu istifadəyə verib. Burada dəniz neft-qaz yataqları üçün yarım dalma qurğülarının istehsalı qaydaya salınıb, "Cənubi Pars" ən iri dəniz qaz yatağının mənimsənilməsinin 6.7 və 8-ci növbələri üçün belə qurğular tikilir.
Qazma vışkası (bürcü) ilə birlikdə ilk yarımdalma qurğusunun hündürlüyü 67 metr, ağırlığı-1550 tondur. Qurğu yaxınlarda yedəyə alınaraq Bəndər-Abbasdan 540 km. fasilədə yerləşən "Cənubi Pars" yatağına aparılacaq və orada 15 gün ərzində xüsusi sütunlar vasitəsilə bərkidiləcək. Həmin nöqtədə dənizin dərinliyi 61 metrdir.
Yatağın mənimsənilməsinin 6.7 və 8-ci mərhələlərinin realizəsi gündə 107 mln. kub metr qaz hasilatını nəzərdə tutur. Bu qaz xüsusi boru xətti ilə Xuzistan ostanındakı "Ağa Cəri" yatağına çatdırılacaq və neft quyularına vurulacaqdır ki, hasilat artsın. Həmin mərhələlərdə əlavə olaraq gündə 120 min barrel qaz kondensatı və ildə 1,2 mln. ton maye neft qazı da hasil ediləcəkdir.
"Cənubi Pars"ın 6,7 və 8-ci mərhələlərini işləyən "Petropars" iran şirkəti hökumətlə 5 mlrd. dollarlıq müqavilə imzalayıb. Məqaviləyə görə, şirkət məsləhətçilər və ya podratçılar qismində əcnəbi şirkətləri də işə cəlb edə bilər. İndilikdi yatağın əsas podratçısı Norveç STAToilidir. "Cənubi Pars"ın 6,7 və 8-ci mərhələlərini 2006-cı ildə işə salmaq planlaşdırılıb.
AVN DÖVLƏT BÜDCƏSİNƏ 4,112 TRLN. MANAT KÖÇÜRÜB
BAKI.05.01.2004. MEDİA-PRESS: Azərbaycanın Vergi Nazirliyi (AVN) 2003-cü ildə dövlət büdcəsinə 4,1122 trln. manat ödəyib. Nazirlik nümayəndəsinin Media-Pressə verdiyi məlumata görə, Baş İdarə vergi ödəmələri proqnozunu 101,2% yerinə yetirib. 2002-ci illə müqayisədə artım 21% (712,5 mlrd. manat) olub və bu, respublikada vergi sistemindəki islahatların bariz nəticəsidir. Vergi orqanlarınının fəaliyyətinin artması da büdcəyə ödəmələrin sabitləşməsinə gətirib. Vergi və ödəmələrin əksər növlər üzrə proqnozlar artıqlaması ilə icra edilib.
RƏSMİ BAKI GÜRCÜSTANIN YENİ RƏHBƏRLİYİ İLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏK
BAKI.05.01.2004. MEDİA-PRESS: Rəsmi Bakı əmindir ki, Gürcüstandakı prezident seçkilərindən sonra Tbilisi ilə munasibətlərin varisliyi davam etdiriləcək.
"Biz əminik ki, ölkələrimiz arasındakı münasibətlər Gürcüstanın yeni rəhbərliyi dövründə də əvvəlki kimi müvəffəqiyətlə inkişaf edəcək." Respublika Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində belə deyib.
İkitərəfli münasibətlərin mahiyyətinin hər iki dövlətin üstünlük verdiyi meyarlarla müəyyənləşdiyini, "Azərbaycan və Gürcüstanın ümumi iqtisadi-siyasi xətt yürütdüklərini, iri regional layihələrlə bir-birinə bağlı olduğunu , odur ki, əməkdaşlığımızın gələcəyinin heç bir şübhə doğurmadığını" qeyd edən N.Məmmədov onu da xatırladıb ki, Mixail Saakaşvili Tbilisinin Bakı ilə daha da yaxınlaşmaq niyyətini vurğulayıb.
İlkin xəbərlərə görə, M.Saakaşvili ötən bazar Gürcüstanda başa çatmış prezident seçkilərində seçicilərin 85 faizindən çoxunun səsini qaznaraq, qalib gəlib.
DANİEL YERQİN: DÜNYA RUSİYANIN BEYNƏLXALQ NEFT BİZNESİNƏ SÜRƏTLİ QAYIDIŞINDAN HEYRƏTƏ GƏLİB
Məşhur ekspert dünya neft bazarında vəziyyət və orada Rusiyanın rolu barədə
BAKI.05.01.2004. MEDİA-PRESS: DANİEL YERQİN- Ekspertlər şurasının sədri, Kembric Energetika Tədqiqat Assosiasiyasının (CERA) rəhbəri. Ancaq bu şəxs dünyada daha çox "The Prize: The Epic Quest for Oil, Money and Power" ( kitabın ruscaya tərcüməsi "İstixrac. Neft, pul və hakimiyyət uğrunda mübarizənin ümumdünya tarixçəsi" adlanır.) müəllifi kimi tanınır. 1993-cü ildə Yerqin və həmkarı Teyn Qustavson "Rusiya 2010-cu ildə və bu, dünya üçün nə deməkdir" məruzəsini dərc etdirdilər. "Finansovıye İzvestiya"nın müxbiri , belə deyək, " yarı yolda" müəlliflə mövzu barədə söhbətləşməyi qərara alıb:
-Rusiyanın inkişaf ssenarisini nəzərdə tutan kitabın nəşrindən 10 il keçir. Hər şey plan üzrə gedirmi?
-Biz liderliyin dəyişəcəyini və hakimiyyətə iqtisadiyyatı daha da inkişaf etdirməli olan qüvvələrin gələcəyini nəzərdə tutmuşduq.Rusiyada da ində məhz bu hal baş verir.
-Kitabınız sərmayəçilərin bir çoxu üçün " Rusiyaya girişə" çevrildi.1998-1999-cu illərdə adamların sizə nələr dediyini təsəvvür edə bilərəm…
-Axı,biz hsablamışdıq ki, 90-cı illərin sonunda ölkə böhranlla üzləşəcək. Oxucular üçün də gözlənilməz heç nə baş verməməli idi. Elə oradaca yeni lider barəsində proqnozlar var idi. Bu qəbil ssenarilərin yazılması - intellekt yarışıdır. Biz bütün mümkün incəlikləri nəzərə almalıyıq.
-Bu gün hamı deyir ki, yaxşılığa doğru dönüşün başlıca səbəbi neftin qiymətinin bahalaşmasıdır.
-Maraqlısı özlüyündə yüksək qiymətlər yox , onun hərəkət mexanizmidir. Günümüzün başlıca sualı da buna uyğun səslənməlidir - neftin qiymətləri iqtisadi inkişafa nə dərəcədə təsir göstərib.
-Elədirsə, sualın cavabını…
-Cavabı, təəssüf ki, yalnız təcrübi yolla - yəni qiymətlər düşəndə, almaq olar.
-Deyirlər ki, bu, heç vaxt baş verməyəcək.Bəzi təhlilçilər neft bazarında "qlobal qiymət yerdəyişməsi baş verdiyini" iddia edirlər.
-3 ildir neftin qiyməti yüksək olaraq qalır.Odur ki, bu təməyülün uzunmüddətliyi barədə bazarda gəzən söz-söhbəti anlamaq çətin deyil. Təcrübə isə əksini deyir: hər yüksəlişdə gələcək enişin bir əlaməti var və əksinə.
-Rusiya üçün neftin ən optimal qiyməti hansıdır?
-Bütün qalan dünya üçün məqbul olan qiymət. Belə deyək, 20 dollar civarında. İstehsalçı ölkələr bu nəvasanın tavanına, istehlakçılar isə- döşəməsinə üstünlük verirlər. Ancaq uzaq gələcəkdə yüksək qiymətləri saxlamaq istehsalçıların uzunmüddətli planlarına daxil deyil- heç kəs ö müştərisini müflisləşdirmək istəmir.
-Bəs, "müflisləşdirici" qiymət hansı səviyyədən başlayır?
-30 dollar artıq istehlakçı ölkələrin iqtisadiyyatına zərbə sayıla bilər. Bu isə istehsalçıların özünə zərbədir.
-Siz Rusiyanın energetika sektoruna xarici investisiyaların gələcəyini necə qiymətləndirirsiniz?
-TNK və BP arasındakı skaziş Rusiyanın neft sənayesi tarixində tam yeni səhifədir və bu, bütün dünya bazarına yönəlik güclü bir mesaj oldu. Məncə bu, hökumətin gələrlərinin artmasına gətirib çıxara bilən ümumi müsbət trendin məbdəidir.Əlbəttə ki, mənfi meyllər də var. Ancaq bütövlükdə götürsək, mən indi Rusiyanın neft sənayesinə göstərilən marağa heyran qalmışam. Ələlxüsus da 1998-99-cu illərlə müqayisədə. İndilikdə Rusiya və dünya neft sənayesinin inteqrasiyası baş verməkdədir.
- Rusiya neftinin istixracı da, ixracı da artır. Bu, Rusiya hökumətinin milli iqtisadiyyatın diversifikasiyası üzrə planları ilə nə dərəcədə uzlaşır?
-Putin komandasının, lap elə digər milli hökumətlərin, strategiyasının ümumi xətti bəllidir - neft satışından gəlirləri maksimuma çatdırmaq və bu gəlirlərin iqtisadiyyatın ayrı sahələrinə yönəldilməsinə nail olmaq. Təəssüf ki, belə siyasətin tarixi təcrübəsi heç də həmişə səmərə verməyib. Həmin gəlirləri havaya sovıurmuş dövlətlərin sayı həddən ziyadədir.Bir problem də var. Elə həmin təcrübə göstərir ki,bir qayda olaraq hökumətlər çox böyük gəlirləri bazar mexanizmləri ilə müqayisədə daha səmərəsiz sərf edirlər.
-1998-ci ilin "dəhşəti" təkrarlana bilərmi? Axı, o vaxt qiymət 10 dollardan da aşağı düşmüşdü…
- O zaman iki amilin üst-üstə düşməsi -böyük ehtiyatların mövcudluğu və eyni vaxtda neftə tələbatın düşməsi- başlıcı rol oynamışdı. Vəziyyət gələn il təkrarlana bilər: məsələn, Rusiya və İraq lap çox neft hasil edir, dünya iqtisadiyyatı isə onu sərf edə bilmir… Ancaq ümid edək ki, bu hal baş verməyəcək.
-Neftin düzgün proqnozlaşdırılması üçün daha əhəmiyyətlisi nədir: sənaye dünyası tələbatının öyrənilməsimi, yoxsa əsas istehsalçıların təklifləri?
-Ən yaxşısı ümumi daxili məhsuldan başlamaqdır - əgər iqtisadiyyatda yüksəliş dayanarsa, neft baza rında qiymətlər düşəcək. Doğrudur,1998-ci ilin təcrübəsi göstərir ki, qiymətlər 20 dollardan aşağı düşən kimi, ixracçılar daha ahəngdar hərəkət etməyə meyl göstərirlər.
-Sizin bütövlükdə gələn ilə aid proqnozunuz varmı?
-OPEK-ə üzv olmayan ölkələrdə istehsalın artması və İraqın qayıdışı bazarın başlıca amilləri olacaq. Əsas qızışdırıcı amil -OPEK və qeyri-OPEK üzvlərinin münasibətləridir. Rusiya son dərəcə mühüm rol oynayacaq.
-Rusiyanın və Neft kartelinin əlaqələri nə dərəcədə güclüdür? Bu cütlüyün gələcəyini necə görürsünüz?
-Labüd əməkdaşlıqda. Məncə, belə əməkdaşlıq demək olar ki, labüddür.
-Bəs OPEK-in öz gələcəyi?
-OPEK yaradılıb və ilk növbədə ona görə işləyir ki, üzv dövlətlərin neft sənayesi var. Deməli, ona qarşı ən böyük təhlükə neft ehtiyatlarına özəl mülkiyyətdən yarana bilər. Kartelin gələcəyinə daha çox təhlükə yaradan iki ölkə var -Əlcəzair və Nigeriya.
-Bəs, İraq barədə proqnozunuz?
-Çox mühafizəkar. Bərpa düşünüldüyündən də yavaş və mürəkkəb olacaq.Təhlükəsizlik sisteminin yoxluğu, sabotaj,istixracda elektirk təchizatı qıtlığı- bütün bunlar İraqda bərpanı ləngidir. Ekspertlər müharibədən qabaq hesablayırdılar ki, 1990-cı ilin səviyyəsinə çatmağa nə qədər vaxt lazım olacaq. İndi isə söhbət artıq 2002-ci ilin səviyyəsinə qayıtmaqdan gedir.
İraq müharibəsi neft uğrunda savaş idimi?
-Bütün Fars körfəzi regionunda sabitlik uğrunda. Bunu yalnız neftlə bağlamaq olmaz. İraq neftinə çatmaq problemi yox idi. Dünyada ayrı yerlər də var ki, orada neft kifayət qədərdir. İndiki müharibə əvvəlkinin 2-ci mərhələsidir. Bax, o zaman neft amili mühüm rol oynayırdı. Hamını çəkindirən bu idi ki, nəhayətdə Səddam Hüseyn bütün Fars körfəzi rayonunda nəzarətini bərqərar edəcək.
-Hansı hadisələr dünya energetika bazarının memarlığını ciddi əl gəzdirdi?
-Başlıcısı , dünya neft baza rında Rusiyanın strateji oyunçuya çevrilməsidir.Hələ 4-5 il əvvəl çox az adamın ağlına gələcəyi bir iş indi hamının etiraf etdiyi faktdır və dünyanın ən ir şirkətləri bu ölkəyə maraq göstərir. Başqa mühüm hadisə -Çinin netto-idxalçıya çevrilməsidir. Çin və Hindistan indi neft istehlakının yeni qlobal mərkəzidir. Əlbəttə, bazarda yeni qlobal enerji əmtəəsinin- maye təbii qazın (MTQ) peydav olması da ilin mühüm hadisəsidir.
-ABŞ Federal Ehtiyat sisteminin rəhbəri Alan Qrinspenə görə, MTQ makroiqtisadi amilə çevrilib.
-Heyrətləndirici faktdır. İndi biz əsl qlobal qaz bazarı yaradılmasına doğru irəliləyirik.!) il əvvəl isə bunu xəyala gətirmək belə olmazdı. Belə ehtimal etmək məntiqəuyğun olardı ki, qazın əsas ixracçısı olan ölkələr bu yanacaq növünün problemlərini müzakirə etmək üçün özlərinin forumunu yaradacaq. Rusiya dünyada, o cümlədən ABŞ-ın hə iki sahilinə, qaz ixrac edən ən böyük ölkəyə çevriləcək.
-Yeni bazarın yaranması biznesə necə təsir göstərəcək?
-Neft və qaz biznesləri birləşəcək. Bu iş artıq başlayıb. Dünya şirkətləri qaz biznesinə çox böyük sərmayə yatırmağa hazırlaşırlar. Bu saat Rusiya üçün də işləyir. Əgər o bu biznesdə iştirak etmək fikrindədirsə, tələsməlidir.
<<< <<<