rus || eng
AMB 2004CÜ İLDƏ PUL-KREDİT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNİ AÇIQLAYIB
BAKI.07.01.2004. MEDİA-PRESS: Azərbaycan Milli Bankı (AMB) 2004-cü ilin pul-kredit siyasətinin əsas istiqamətlərini və 2005-2006-cı illərin üstün vəzifələrini açıqlayıb. Bu sənədə görə, 2004-cü ildə AMB-nin pul-kredit siyasəti makroiqtisadi sabitiyin, iqtisadi artımın saxlanmasına və yoxsulluğun ixtisarına yönələcək.
Cari ildə inflyasiyanı -2,5%, 2005-2006-cı illərdə isə - 2-3 % həcmində saxlamaq nəzərdə tutulur.
Proqnozlar göstərir ki,hadisələr münasib inkişaf edərsə,2004-cü ildə pul kütləsi 28%, 2005-2006cı illərdə, yəni ölkənin valyuta gəlirinin xeyli artacağı vaxt-29-33% artacaq. Ümumiyyətlə 2004-2006-cı illərdə pul kütləsi 2,2 dəfə rtmalı və 5,5 trln. manat təşkil etməlidir.
2006-cı ildə banklarda depozitlərin həcminin də kəskin artacağı gözlənlir.2005-ci ildən başlayaraq əmanətlər sığortalanacaq və bu mexanizm əhalinin banklara etimadını artıracaq. Eyni halda əsasən birbaşa xarici investisiyalar hesabına respublikaya valyuta axını da güclənəcək - $4,4 milyard səviyyəsində.
Bu ilin siyasət xətti mülayim tənzimlənən rejimdə həyata keçiriləcək. ABŞ dollarının orta illik məzənnəsi 4975 manata yüksələcək. Neftin dünya qiymətləri əlverişli qalarsa, AMB-nin valyuta ehtiyatları 2004-cü ildə $800 milyona çatacaq ( 2003-də- $757milyon).
2004-cü ildə mərkəzləşdirilmişkredit reyestrinin yaardılmasını, banklarda mühasibat uçotunun beynəlxalq standartlara keçirilməsini başa çatdırmaq nəzərdə tutulur. Bundan əlavə, milli tədiyyə sisteminin daşa da inkişaf etdirilməsi üzrə dövlət proqramı işlənib hazırlanacaqdır.
AMB-NİN VALYUTA EHTİYATLARI 2003-CÜ İLİN SONUNDA $757 MİLYONA ÇATIB
BAKI.07.01.2004. MEDİA-PRESS: Azərbaycan Milli Bankının (AMB) valyuta ehtiyatları ötən il $ 77 milyon artaraq (112%) $757 milyon təşkil edib. AMB-nin mətbuat xidmətində Media-Pressə bildiriblər ki, bu məbləğ təqribən 5-aylıq idxalın ödənilməsinə ( neft bölməsinin tələbatı nəzərə alınmasa) bəs edər.
2003-cü ildə xarici kreditlər üzrə borcların silinməsinə $ 82,7 milyon sərf edilib, habelə Bakı-Ceyhan kəmərinin tikintisində Azərbaycanın payının ödənilməsi üçün Dövlət Neft Fonduna $65,4 milyon köçürülüb.
AMB-nin ixtiyarında olan valyuta ehtiyatlarının artımı əsasən daxili bazarda valyuta alınması hesabına təmin edilib. Bankın 2003-cü ildə ölkəyə xarici valyuta axınının gücləndiyi bir şəraitdə valyuta bazarına müdaxiləsi milli manatın məzənnədən düşməsinin qarşısını alıb.
Dünya iqtisadiyyatı və maliyyə bazarlarında müşahidə olunan meylləri nəzərə alan AMB 2003-cü ildə öz ehtiyatlarının diversifikasiyasını həyata keçirib.Manata nisbət dolların rəsmi məzənnəsi 30 manat və ya 0,6% artaraq ilin sonunda 4923 manat təşkil edib. Müqayisə üçün : 2001-ci ildə bu fərq 210 manat, yəni 4,6 %, 2002-ci ildə isə- 118 manat və ya 2,5% təşkil etmişdi.
AZƏRBAYCAN HÖKUMƏTİ 2004-CÜ İLİN SONUNA KİMİ ƏN AŞAĞI ƏMƏK HAQQINI 2 DƏFƏ ARTIRMAQ MƏSƏLƏSİNƏ BAXIR
BAKI.07.01.2004. MEDİA-PRESS: Azərbaycan hökuməti 2004-cu ilin sonunadək minimal əməkhaqqının (MƏH) 2 dəfə- 120 min manatadək artırılması məsələsinə baxır. Milli Məclisin (MM) Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli jurnalistlərə belə deyib.
2004-cü il yanvarın 1-dən MƏH ayda 60 min manat (indiyədək -47,5 min manat idi) olacaq.
Hadı Rəcəbli deyib: " indi hökumət 2004-cü ilin sonunadək MƏH-in 120 manata çatdırılması məsələsinə baxır.Avropa Sosial Xərtiyasına birləşmiş bir ölkə kimi, Azərbaycanda MƏH istehlak səbətinin həcmi ilə eyni olmialıdır". Hökumətin planlarına görə, MƏH həcmi istehlak səbətinin dəyər səviyyəsinə 2006-cı ildə çatdırıla bilər.
Bir qədər əvvəl Dövlət Sosial Müdafiə fondunun sədri Səlim Müslümov da demişdi ki, respublikada MƏH-i yaşayış minimumunun məbləğinə çatdırmaq məqsədi ilə onun artırılması prosesi davam etdiriləcək. Azərbaycanda yoxsulluq səviyəsinin azaldılması və iqtisadi inkişafa kömək üzrə dövlət proqramı (2003-cü ilin fevralında təsdiqlənib) respublikada yoxsulluq həddini ayda 120 min manat səviyyəsində müəyyənləşdirib.
Yanvarın 6-na rəsmi məzənnə görə 4924 manat =+1$
MALİYYƏ NAZİRİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ FEVRALDA ABŞ-DA MƏZAKİRƏ EDƏCƏK
BAKI.07.01.2004. MEDİA-PRESS: Azərbaycanın Maliyyə Naziri Əvəz Ələkbərov iqtisadi əməkdaşlıq üzrə amerika-azərbaycan işçi qrupunun novbəti iclasında iştirak etmək üçün fevralın 19-da ABŞ-a yola düşəcək.
Nazirlikdə "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki,işçi qrupun iclasında iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Danışıqlar amerika köməyinin hansı sahələrə göstərilməsini də müəyyənləşdirməlidir. Azərbaycan tərəfi əsasən sığota, kənd təsərrüfatı sahələrinə və sərhədlərin möhkəmləndirilməsinə üstünlük verir.
ABŞ-a səfəri gedişində Ə. Ələkbərov USAİD ( ABŞ Beynəlxalq İnkişaf Agentliyi) nümayəndələri ilə danışıqlarında Azərbaycanın Dövlət Xəzinədarlıq sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi layihəsinin realizəsinin gecikməsi səbəblərinə aydınlıq gətirəcək. Layihənin proqram təminatı üzrə əsas tender artıq keçirilib. Proqramın kontraktoru hələ ötən ilin sentyabrında elan edilməli idi.Lakin Vaşinqton hüquqşünaslarında daim yaranan suallar və tövsiyyələr üzündən Maliyyə Nazirliyi tenderin nəticələrini hələki açıqlaya bilmir. Ümumdünya Bankı respublika Dövlət xəzinədarlığının avtomatlaşdırılmasına $2,095 milyonkredit , ABŞ hökuməti isə - $2,6 milyon qrant ayırıblar.
Nazir Ə.Ələkbərov azərbaycan tərəfindən komissiyanın həmsədridir. İşçi qrupunun sonuncu iclası 2003zcü il mayın 15-də Bakıda keçirilib.
AZƏRBAYCAN RUSİYADAN 100 MİN TON TAXIL ALACAQ
BAKI.07.01.2004. MEDİA-PRESS: Yaxın 2 ayda Azərbaycan Rusiyadan 100 min ton taxıl və un idxal edəcək. Respublika Baş nazirinin 1-ci müavini Abbas Abbasovun bu barədə məlumatına görə, "yaxın aylarda hökumətin köməyi ilə azərbaycan şirkətləri Rusiyadan 100 min ton taxıl və 100 min ton un alacaqlar.Respublikaya taxıl və un idxalının genişlləndirilməsinin əsas məqsədi əhalinin təminatının yaxşılaşdırmaqş və respublikada taxıl ehtiyatını artırmaqdır.
İndi növbəti 50 min ton həcmində taxıl Qazaxıstandan Azərbaycana yola salınıb və respulikaya yanvarın ayı ərzində daxil olacaqdır. Bu ilin mayınadək qonşu respublikadan daha 300 min ton taxıl satın alınacaq.
A.Abbasov " bəzi istehsalçılar və idxalçılarin kifayət həcmdə taxıl və un tədarükü gördüklərini" qeyd edərək deyib:" Onları anlamaq çətindir, axı Azərbaycanda onların süni surətdə yaytmaq istədikləri vəziyyət- çörək qıtlığı yoxdur".
2003-cü ilin dekabrına Azərbaycan 50 min ton taxıl idxal edib.Respublikamız 2003-cü ilin payızında, əlverişsiz hava şəraiti üzündən yaranmış qıtlıqla bağlı,Qazaxıstandan taxıl almışı.
Ötən il Azərbaycanda 2 mln. tona yaxın taxıl tədarük edilib, bir haldaki, ölkənin tələbatı-3 mln. tondur.
Daxili bazardakı qıtlıq əsasən Qazaxıstan, Rusiya və Ukraynadan idxal edilən taxıl hesabına aradan qaldırılır.
AŞ PA-NI MONİTORİNQ KOMİTƏSİ AZƏRBAYCANIN AŞ QARŞISINDAKI ÖHDƏLİKLƏRİİ PARİSDƏ MÜZAKİRƏ EDƏCƏK
BAKI.07.01.2004. MEDİA-PRESS: Azərbaycanın Avropa Şurasına (AŞ) daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələsi bu gün Parisdə AŞ Parlament Assambleyasının (PA) Monitorinq Komitəsində müzakirə edilir. AŞ Bakı nümayəndəliyinin İnfomasiya ofisinin rəhbəri Aytən Şirinovanın bu barədə məlumatına görə, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross (İsveçrə) və Martines Kassan (İspaniya), habelə ekspertlər qismində 2003-cü il noyabrın axırı, dekabrın əvvəllərində Bakıda olmuş AŞ PA-nın Azərbaycan prezidentinin seçkiləri üzrə məruzəçisi Daniel Qule (Fransa) və Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Malkolm Brüs (Britaniya) AŞ -nın tövsiyyələri çərçivəsində Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi barədə ilkin məruzələrlə çıxış dəcəklər.
Azərbaycanın öhdəlikləri barədə hesabatın son variantı yanvarın 26-da Strasburqda AŞ PA-nın qış sessiyasında müzakirə ediləcək.
Xatırladırıq ki, 2001-ci ildə AŞ-ya üzv olmuş Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərin icra müddəti 2004-cü ilin yanvarında bitir.
Azərbaycan Milli Məclisinin (MM) AŞ PA-dakı qrupunun üzvü, millət vəkili Gültəkin Hacıyevanın RİA "Novosti"yə verdiyi məlümatına görə, Monitorinq Komitəsinin iclasında azərbaycan tərəfi "AŞ qarşısında müvəffəqiyyətlə hesabat verəcəyi" ümidinddir. Onun sözlərinə görə, bunun belə olması üçün " çox işlər görülüb, xüsusən də qanunverigilik sahəsində".
Bu günlərdə MM-də "Korrupsiyaya qarşı mübarizə haqqında" və " İctimai teleradio verilişləri haqqında" qanunların 3-cü oxunuşda qəbul ediləcəyini, Transərhəd əməkdaşlığı haqqında Konvensiyanın parlament müzakirəsinə çıxarılacağını və korrupsiyaya qarşı dövlət proqramının qəbul ediləcəyini vurğulayan millət vəkili bununla yanaşı qeyd edib ki, azərbaycan tərəfi yalnız "Alternativ hərbi xidmət haqqında" qanunun qəbulu məsələsində prinsipial mövqe tutur.
AŞ bu qanunun tz bir zamanda qəbul olunmasını tələb edir. Lakin Azərbaycan ərazisinin bir qismini Ermənistanın işğal etdiyi və bu yerlərin azad edilməsi, ola bilsin ki, silahlı yolla azad edilməsi vəzifəsinin qarşımızda durduğnu nəzərə alsaq, görərik ki, bu qanunun qəbulu dini etiqadına görə hərbi xidmətdən imtina edənlərin orduya çağrılması ilə bağlı problemlər yarada bilər".Gültəkin Hacıyeva "AŞ-nın Azərbaycanın bu mövqeyinə təfahümlə yanaşacağına" ümid edərək, vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı əfv fərmanı " Azərbaycanla AŞ arasında yaranmış gərginliyin aradan qaldırılmasçında dönüş nöqtəsi olub". AŞ "bu sənədi çox yüksək qymətləndirib və əminəm ki, qurumun səlahiyyətliləri müzakirələr gedişində fərmana münasibətlərini bildirəcəklər".
AŞ-da Azərbaycan parlament qrupunun üzvü deyib:" Azərbaycan AŞ qarşısındakı öhdəliklərinin yerine yetirilməsi baxımından qısa zaman kəsiyində çox ciddi addımlar atığ və biz ümivarıq ki, nəticələr ölkəmiz üçün uğurlu olacaqdır".
İRAQDAKI AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ ÜÇDƏ BİRİ ƏVƏZLƏNİB
BAKI.07.01.2004. MEDİA-PRESS: İraqdakı azərbaycan sülhməramlılarının üçdə biri rotasiya qaydasında əvəzlənib. Azərbaycanın Müdafiə Nazirliyində (MN) bildiriblər ki,bu, şəxsi heyətin planlı əvəzlənməsidir və 53 hərbi qulluqçunun orduda müddətli xidmətinin başa çatması ilə bağlıdır. Onları əvəzləyənlər də artıq İraqdadırlar. MN sülh məramlılarımızın sursat və ərzaq təchizatında guya ciddi çətinliklər yaranması barədə bəzi yerli mətbuat nümayəndələrinin xəbərlərini də təkzib edib.
150 nəfər əsgər və zabitdən ibarət azərbaycan sülh məramlıları keçən ilin avqustundan İraqdadırlar.
BTC-Nİ HƏTTA TƏTİL DƏ DAYANDIRA BİLMƏZ
BAKI.07.01.2004. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Kəmərinin (ƏİK) Gürcüstan sahəsinin bəzi obyektllərində tikintinin bir həftəyə yaxın dayanması ( fəhlələr əməkhaqlarının artırılması tələbi ilə tətil edirdilər) da kəmərin çəkiliş cədvəlində elə bir ciddi dəyişikliyə səbəb olmayıb. Kəmərin rəsmiləri belə deyirlər.
Gürcüstan Beynəlxalq Neft Korporasiyasının (GBNK) press-relizində " ƏİK-in Gürcüstan sahəsində 2003-cü ilin arelində başlanan tikintidə indəyədək görülən işlərin həcminin $33 milyonu keçdiyi, 248 km.-lik xəttin 112 kilometrində hazırlıq görüldüyü, bu zaman 87 km. boru döşəndiyi və 80 km. məsafədə boruların qaynaq olundüğü" vurğulanır.
Həmin mənbənin məlumatına görə, neft kəmərinin tikintisində Gürcüstanın bilavasitə 3 mindən çox vətəndaşı çalışır, layihəyə infrastruktur dəstəyində və müxtəlif xidmətlər sahəsində 16 minədək gürcü iştirak edir.
Gürcüstan şirkətlərindən təqribən 5,1 mln. lari dəyərində tikinti və mühəndis materialları alınıb.
Press-relizdən aydın olur ki, ƏİK tikintisi üçün nəzərdə tutulan yüklərin qəbulu, saxlanması və yüklənməsinə görə, Batum və Poti dəniz limanlarına 7,3 mln. lari ödənilib. Bu yükləri həm Gürcüstan , həm də Azərbaycan əraziləində daşıyan gürcüstan dəmir yolunun gəliri də elə həmin səviyyədə olub.
Ümumi dəyəri $2,95 milyard, uzunluğu 1760 km. təşkil edən BTC ƏİK tikintisini 2004-cü ilin sonunda tamamlamaq planlaşdırılır.
"ŞAH-DƏNİZ" YATAĞINDA 2-Cİ QABAQLAYICI QUYUDA GEOFİZİKİ TƏDQİQATLARA BAŞLANIB
BAKI.07.01.2004. MEDİA-PRESS: BP-Azerbaijan şikəti Xəzərin azərbaycan hissəsindəki "Şah-Dəniz" qaz-kondensat yatağında 2-ci qabaqlayıcı quyuda geofiziki tədqiqatlara başlayıb. Şirkətdə Media-Pressə bildiriblər ki, indi 6500 metr dərinliyi olan bu quyuda qazma işlərinin 7000 metrədək davam etdiriləcəyi istisna edilmir. Son qərar geofiziki tədqiqatlar başa çatdıqdan sonra qəbul ediləck.
2-ci qabaqlayıcı quyunun özülü yatağın şimal-şərq cinahında dərinliyin 101 metr olduğu nöqtədə qoyulub. Caspian Drilling Company qazma işlərini "İstiqlal" yarımdalma qurğusundan aparır.
Qazma başa çatdıqdan sonra BP-Azerbaijan sonrakı 6 ayda 3-cü qabaqlayıcı quyunu qazacaq.
"Şah-Dəniz" yatağında qabaqlayıcı qazma proqramı 3 quyu qazılmasını nəzərdə tutur. Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı boru çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzurum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən optimal istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metrə, qaz kondensatı isə- 2 mln. Tona çatacaq. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
"BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.
Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.
2003-CÜ İLDƏ ARDNŞ DÖVLƏTƏ 4,294 MLRD KUBMETR QAZ TƏHVİL VERİB
BAKI.07.01.2004. MEDİA-PRESS: Dövlət Neft Şirkəti (ARDNŞ) 2003-cü ildə dövlətə 4,294 mlrd. kub metr təbii qaz təhvil verib ( Xatırladaq ki, ARDNŞ ümumilikdə keçən il 5,167 mlrd. kub metr qaz istixrac edib.). Bu həcmin 3,574 mlrd. kub metri şirkətin, 74,4 mln. kub metri- birgə müəssisələrin, 720, 4 mln. kub metri isə -ABƏŞ-in ( AÇG yataqlarının işlənməsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) payına düşüb.
"Azəriqaz" SC -2,126 mlrd. kub metr ( planlaşdırılandan -14,9% çox), Azərbaycan Qaz Emalı zavodu (AzGEZ) -2,168 mlrd. kub metr qaz ( 9,6 %-az) alıblar.
Azərbaycanın tələbatının ödəilməsinə 10 mlrd. kub metr gərəkdir. Keçən il respublika "İTERA" şirkətlər qrupundan 4 mlrd. kub metr mavi yanacaq alıb. Bu il ona qoşulmağa hazırlaşan "Qazprom" ölkəmizə əlavə 2,75 mlrd. kub metr qaz verəcək. İTERA isə respublikamıza ixrac edəcəyi qazın həcmini gələn il 3 mln. kub metrə endirəcək.
Respublika Səngəçal Neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində orada qaz qurutma qurğusu tikildikdən sonra, əlavə qaz əldə edə biləcək. Məsələn, bu gün terminala gələn neft qazdan və sudan təmizlənmə prosesindən keçir. Bu zaman ayrılan səmt qazı yandırılır. Qazqurutma qurğusu işə düşdükdən sonra isə buna ehtiyac qalmayacaq və ARDNŞ əldə edəcəyi əlavə həcmdə qazı istehlakçılarına ötürəcək. Bu ideyanın gerçəkləşməsi üçün ARDNŞ həm də qazı qəbul edən xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.
AZƏRBAYCANIN MIDDLE EAST PETROLEUM ŞİRKƏTİ PİRSAAT YATAĞININ İŞLƏNMƏSİ LAYİHƏSİNDƏ 30% PAY ALIB
BAKI.07.01.2004. MEDİA-PRESS: Azərbaycan şirkəti Middle East Petroleum Pirsaat onşor yatağının işllənməsi layihəsində 30 % iştirak payı alıb. Layihənin operatoru olan Çinin Sheng Li şirkətinin Bakı nümayəndəliyində "İnterfaks-Azərbaycan" agentliyinə verilmiş bu məlumatda qeyd ediblər ki, operatorun özü -50% , Azərbaycan Dövlət Neft şirkəti isə 20% iştirak payına malikdirlər. Middle East Petroleum şirkəti azərbaycan Azersun Holding-inin tərkibinə daxildir, Qazaxıstan və Türkmənistandan neft daşımqda ixtisaslaşıb. Azersun Holding həm də qida məhsulları və onlar üçün qablar istehsalı ilə məşğul olur və respublika iqtisadiyyatına indiyədək $100 milyondan çox sərmayə qoyub.
Pirsaat neft yatağının bərpası, kəşfiyyatı, işlənməsi və pay bölgüsü haqqında sazişi ARDNŞ və Sheng Li 2003-cü il iyulun 4-də imzalayıblar. Milli Məclis sənədi dekabrın 2-də ratifikasiya edib və elə həmin gün ony Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
25 ilə imzalanan bu sazişin müddəti daha 5 il artırıla bilər. Çin şirkəti sazişin imzalanmasından keçən 180 gün ərzində istixracın bərpası proqramını hazırlayıb ARDNŞ-ə təqdim etməlidir. 3 il sürəcək kəşfiyyat dövründə 2-miqyaslı seysmik kəşfiyyat aparımalı və 2 kəşfiyyat qyusu qazılmalıdır. Sheng Li yataqda hasilatın indiki səviyyəsini ilk 2 ildə 2 dəfə artırmağa boyun olub. Bu şərtlər yerinə yetirilməzsə, ARDNŞ müqaviləni poza bilər.
Müqavilənin şərtlərinə görə, Azərbaycan layihə üzrə ümumi gəlirin 40-90 faizini ala bilər. Layihəyə sərmayə qoyuluşu -$140 milyondur.
Sheng Li müqavilənin qüvvəyə minməsindən keçən 30 gun ərzində Azərbaycana imza hüququna görə $1milyon bonus ödəməli idi. 2002-ci illə müqayisədə istixrac həcmi 1,5 dəfə artarsa, daha $500 min bonus ödəməli olcaq. Şirkətin çıxaracağı hər 100 mln. barrel bonus payı isə-$10 milyondur.
Pirsaat Xəzər sahilində Bakıdan 60-63 km. cənub-qərbdə yerləşən quru yataqdır və 38 kv. km. sahəni əhatə edir. Əmiroa adına NQÇİ-nin tərkibinə daxildir və 1985-ci ildən işlənməkdədir. 25 vahid quyu fonduna malikdir. Quyuların 10-u istismar edilir və ildə orta hesabla 8 min ton neft verir.Qalıq neft ehtiyatı- 7 mln. tondur.
Sheng Li SİNOPEC Çin Neft-Kimya korporasiyasının tabe şirkətidir,Çinin 2-ci böyük yatağını işləyir (illik hasilat həcmi-27 mln. ton), həmçinin Venesula, İran, Əlcəzair və daha bir sıra ölkələrdə neft istixracı ilə məşğuldur.
QAZAXISTAN 2003-CÜ İLDƏ 51 MLN. TONDAN ÇOX NEFT VƏ QAZ KONDENSATI ÇIXARIB
BAKI.07.01.2004. MEDİA-PRESS: 2003-cü ildə Qazaxıstanda neft və qaz kondensatı istehsalının həcmi, əməliyyat məlumatına görə,51,275 mln. ton olub ki, bu da 2002-ci ilin eyni göstəricisindən 8,6 % çoxdur. O cümlədən 5,945 mln. ton qaz kondensatı(14,5% çox) çıxarılıb.
Respublika hökumətində Neft informasiya agentliyinə (NİA) məlumat veriblər ki, milli "KazMunayQaz" şikətinin iştirakı ilə müəssisələr il ərzində 20,384 mln. ton neft (3,7% çox) hasil ediblər və bunun 12, 748 mln. tonundan çoxu ( 3% az) "Tengizşevroyl" SC və 5,917 mln. tonu ( 14,7% artım) Karachaganak Petroleum Operating Co.-nun payına düşür.
İRANDA YENİ NEFT YATAĞI AŞKARLANIB
BAKI.07.01.2004. MEDİA-PRESS: İranda İsfahan ostanının kaşan şhəri yaxınlığında yeni neft yatağı aşkarlanıb. Ölkə Neft nazirliyi Geoloji kəşfiyyat departamentinin direktoru Mahmud Müqəddəsin məlumatına görə,bu,ölkənin mərkəzi hissəsində aşkarlanmış ilk yataqdır və dünya baza rında yüksək qiymətləndirilən yüngül neftə malikdir.
Yatağın kəşfiyyatı və işlənməsi üzrə müqavilə Çinin SİNOPEC neft-kimya korporasiyası ilə 3 il öncə imzalanıb.İlk neft quyusunun qazılmasına ötən bahar başlanıb.
M.Müqəddəsin qeyd etdiyi kimi, yataqda sənaye istixracı da mümkündür, ancaq ehtiyatların müəyyənləşdirilməsi üçün əlavə tədqiqatlar aparılmalıdır.
İranın başlıca neft ehtiyatları ölkənin cənubunda və FARS körfəzindədir. İranın mərkəzində yatağın kəşfi ölkənin ayrı rayonlarında da neftin olması ümidlərini artırır.
İran 51 neft sahəsinin işlənməsi imtiyazını xarici şirkətlərə verib. Keçən il 500 milyon barrel neft və 74 mlrd. kub metr qaz ehtiyatı kəşf edilib.
Son 6 ildə İranda 7,6 mlrd. barel neft hasil edilib və 11,5 mlrd.barrel yanacaq ehtiyatına malik yeni yataqlar aşarlanıb.
İranın ümümi neft ehtiyatı 130 mlrd. barreldir. Bu, bütün dünya ehtiyatının 12 faizi , OPEK ölkələrinin neft htiyatının isə -15 faizi deməkdir.
BİR İLDƏ AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİ HASİLATI 10,2% ARTIB
BAKI.07.01.2004. MEDİA-PRESS: 2003- cü ildə Azərbaycanda 21,15 mlrd. kVt/saat (2002-ci ildəkindən 10,4% çox ) elektrik enerjisi hasil edilib.
Dekabrda sitehsal edilmiş 2,204 mlrd. kVt/saatın 1,998 mlrd. kVt/saatı -istilik (DRES), 205,662 mln. kVt/saatı isə-su (SES) elektrik stansiyalarının payına düşür.
"Azərenerji" SC mərkəzi dispetçer xidmətinin məlumatına görə, 2003-cü ilin dekabrında 2002-ci ilin həmin dörü ilə müqayisədə hasilat 5,2 % artıb.İstilik enerjisi hasilatı-88 573 Qkall təşkil edib.
Respublikamızda bu növ yanacaq hasilatının ildən-ilə artmasına baxmayaraq, xüsusən də rayonlarda, qıtlıq qalmaqdadır. Bunun başlıca səbəblərindən biri elektrik enerjisindən otaqların qızdırılması üçün istifadənin kütləvi hal almasıdır ki, bu da şəbəkənin həddən-ziyadə yüklənməsi və avadanlığın sıradan çıxması ilə nəticələnir.
Bunun bir səbəbi də sistemyaradıcı yüksəkvoltlu yarımstansiyaların qeyri-təkmilliyidir.Xatırladaq ki, KFW alman şirkəti Azərbaycanın enerji sisteminin veriliş xətlərinin yenidən qurulması və müasir dispetçer idarə sisteminin tətbiqi üçün 17,3 mln. avro kredit ayrılması barədə 2003-cü il fevralın əvvəlində "Azərenerji" SC ilə saziş imzalayıb. Bu vəsait 2003-2004-cü illərdə mənimsənilməlidir.Kreditin 2,5 mln. avrosu enerji sisteminin dispetçer idarəsinin təşkilinə sərf ediləcək. 13 sistemyaradıcı yüksəkvoltlu yarımstansiya da texniki baxımdan yenidən qurulmalıdır. Mütəxəssislərin fikrincə, bu, elektrik enerjisinin nəqli zamanı itgiləri 20-25% azaltmağa imkan verəcək.
2003-CÜ İLDƏ "AZƏRENERJİ" 388,5 MİN TON ŞƏRTİ YANACAĞA QƏNAƏT EDİB
BAKI.07.01.2004. MEDİA-PRESS: Azərbaycanın istilik-elektrik stansiyaları (DRES) 2003-cü ilin dekabrında 1 kVt/saat elektrik enerjisinin hasilinə 382,08 qram şərti yanacaq işlədib. Yanacağın plan üzrə sərfindən 4 qram az olan bu göstərici hesabına keçən ay 10,556 min ton şərti yanacağa qənaət etməyə imkan verib.
"Azərenerji" SC-də qeyd ediblər ki, DRES-ləri hamısı qənaətlə işləyib ki, bu da vaxtında görülmüş təmir-bərpa işlərinin nəticəsidir. "Azərbaycan", Şimal" və "Əli Bayramlı" DRES-ləri daha qənaətlə işləyib.
Bütövlükdə "Azərenerji" SC sistemində 2003-cü ildə 388,556 min ton şərti yanacağa qənaət olunub.
2003-CÜ İLDƏ BÜDCƏ KƏSİRİ PLANLAŞDIRILDIĞINDAN AŞAĞI OLUB
BAKI.07.01.2004. MEDİA-PRESS: İlkin hesablamalara görə, 2003-cü ildə Azərbaycan dövlət büdcəsinin kəsiri 120 mlord. manat və ya gəlirlərin 1,9 faizi həcmində olub.
Maliyyə nazirliyinin press-relizində büdcə gəlirlərinin 6,1103 trln. manat və ya planın 100,3 faizini təşkil etdiyi , 2002-ci illə müqayisədə bu göstəricinin 1,56 trln. manat artdığı, xərclərin isə 6,2303 trln. manat ( planın 97 faizi) təşkil etdiyi və əvvəlkiillə müqayisədə 1,707 trln. manat artdığı xəbər verilir.
"2003-cü ilin dövlət büdcəsi haqqında" qanuna əsasən gəlirlər- 6,092, xərclər-6,423 trln. manat, kəsir isə-331 mlrd. manat və ya ümumi daxili məhsulun 1 faizi məbləğində təsdiqlənib.
Yanvarın 6-na g.rə, rəsmi məzənnə: 4924 manat = 1$
<<< <<<