rus || eng
AZƏRBAYCAN MN-İ DÖVLƏTİN SATIN ALDIĞI MALLARA NƏZARƏTİ GÜCLƏNDİRMƏYİ TƏKLİF EDİR
BAKI.09.01.2004. MEDİA-PRESS: Azərbaycanın Maliyyə Nazirliyi (MN) hökumətə təklif edib ki, dövlət müəssisə və təşkilatlarının aldıqları mallara maliyyə nəzərətinin gücləndirilməsi üçün tədbirlər görsün.
Maliyyə naziri Əvəz Ələkbərov belə maliyyə nəzarətinin təkmilləşdirilməsi haqqında təklifi MN Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair prezidentin 2003-cü il 24 noyabr tarixli sərəncamına uyğun hazırlayıb.
Nazir deyib:"Bu təkliflərin mahiyyəti dövlət satınalmalarının tənzimlənməsini nəzərdə tutan qanunvericilik bazasını gücləndirməkdir.Beləki, təkliflər Dövlət satınalmaları agentliyinin nazirlirlər və baş idarələrin tender əməliyyatlarına daha ciddi müdaxilə etmək imkanı verilməsini nəzərdə tutur.Həm də Agentliyin gördüyü işlər barədə ildə iki dəfə ölkə prezidenti qarşısında hesabatla çıxış etməsi təklif olunur.
Dövlət müəssisə və təşkilatlarının mal almazdan qabaq hökmən tender keçirməli olduqlarını və bu zaman malın dəyərinin azaldıla bilməsini istisna etməyən nazir deyib:"Dövlət satınalmalarına dair qüvvədə olan qanunvericiliyə görə, dövlət müəssisələri.nazirliklər və təşkilatlar aldıqları malın qəyəri 250 milyon manatı aşarsa, onu tender əsasında həyata keçirmək məcburiyyətindədirlər.Bu məbləğ azaldıla da bilər".
Dekabrın 9-na rəsmi məzənnə : 4925 manat=1$
AZƏRBAYCANIN ƏMƏK NAZİRLİYİ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN AVTOMOBİLLƏR ALINMASI ÜÇÜN YENİ TENDER ELAN EDƏCƏK
BAKI.09.01.2004. MEDİA-PRESS: Azərbaycanın Əməmk və Əhalinin Sosial Müdafiəsi nazirliyi (ƏƏSM) Qarabağ müharibəsi əlillərinə avtomobillər alınması üçün növbəti tender keçirməyi planlaşdırır.
"İnterfaks-Azərbaycan" agentliyinin nazirlikdən aldığı bu məlumatda qeyd olunur ki, Baş idarə 2003-cü ilin sentyabrında əlillər üçün 140 "OKA" və "Tavriya" markalı avtomobil alınmasına tender elan etmişdi. Tədbirdə iştiraka razılıq vermiş şirkətlərin sayı üçdən az olduğu üçün, qanunvericiliyə əsasən tender baş tutmuş hesab edilmədi və onu təkrar keçirməyi qərara aldı.
Nazirlik 1997-ci ildən bəri qarabağ əlillərinə pulsuz 1100 avtomobil verib. Hər il dövlət büdcəsindən bu məqsəd üçün 1,5-2 mlrd. manat ( 1$=4925 manat) ayrılır.
İRANDA PAYTAXTIN TEHRANDAN BAŞQA ŞƏHƏRƏ KEÇİRİLMƏSİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMAQDADIR
BAKI.09.01.2004. MEDİA-PRESS: Şəhər təsərrüfatı üzrə iran ekspertləri əmindirlər ki, paytaxtın Tehrandan başqa şəhərə köçürülməsi həm şəhərin, həm də onun sakinlərinin mənafeinə cavab verir. Ekspert Reza Mohabi İRNA-nın müxbirinə deyib ki, bu məsələ hələ bir neçə il öncə hökumət qurumları qarşısında qaldırılsa da,onu müdafiə edən tapılmadı. Tehranın öz paytaxt və siyasi vəzifələrini başqa şəhərə verməsi onun özünün daşa da inkişaf etməsinə gətirəcək. Axı, Tehran yenə də iqtisadi, sosial-mədəni vəzifələrini qoruyub saxlayacaqdır. Paztaxt vəzifələri başqasına ötürüldükdən sonra Tehran rəhbərliyi şəhər qarşısında duran problemlərlə bilavasitə məşğul ola bilər.
Tehran millət vəkilləri assosiasiyası rəhbəri Məcid Ənsari isə hesab edir ki, paytaxtın Tehrandan köçürülməsi qeyri-real və mümkünsüzdür. Həm də İranın bir çox şəhərləri tektonik çatlar üzərindədir və ya onun yaxınlığındadır. "Biz bu şəhərlərin hamısını məgər təhlükəsiz yerə öçürə bilərikmi?" sualını verən M,Ənsari deyib:" Mən də Tehranın üzərinə düşən vəzifələrin azaldılmasının tərəfdarıyam.Şəhər Şurası da yalnız xərclər doğuran və başağrısı yaradan hökumət strukturlarının Tehrandan çıxarılması təklifini bəyənir.Ancaq paytaxtın başqa yerə köçürülməsi məsələsi ölkənin ali rəhbərliyi səviyəsində həll edilməlidir".
Hökumətin nümayəndəsi Abdulla Ramazanzadə müzakirə mövzusunu şərh edərkən deyib ki,indilikdə hökumət paytaxtın köçürülməsinə dair yeni layihələri müzakirə etmir.Ekspertlər isə 14 ildir ki,bu məsələni müxtəlif yönümlərdən müzakirə etsələr də,belə addımın üstünlüklərini və mümkünlüyünü araşdırsalar da, ortaq bir məxrəcə gələ bilməyiblər.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV XARİCİ SƏFƏRLƏRİNƏ FRANSA VƏ MOKVADAN BAŞLAYACAQ
BAKI.09.01.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev fevralın ilk dekadasında Rusiyaya ilk rəsmi səfər etmək niyyətindədir.
"Bu səfər gündəlikdədir və yəqin ki, fevralın birinci ongünlüyündə baş tutacaq". Jurnalistlərə bu məlumatı verən Xarici İşlər naziri Vilayət Quliyev İlham Əliyevin Moskvada müzakirə edəcəyi ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə aid bir sıra sənədlərin hazırlandığını və "prezidentin səfərinin başlıcı məqsədinin heç də sənədləri imzalamaqdan ibarət omadığını" qeyd edib.
Nazir İ.Əliyevin Moskvadan öncə Fransaya gedəcəyini də bildirib.
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ERMƏNİSTANI ATƏŞKƏSİ POZMAQDA TƏQSİRLƏNDİRİB
BAKI.09.01.2004. MEDİA-PRESS: Respublikanın Xarici İşllər naziri Vilayət Quliyev azırbaycan kəndinin erməni hərbçilər tərəfindən atəşə tutlması nəticəsində ölkənin iki vətəndaşının qətlə yetirilməsini "son dərəcə mənfi qarşıladığını" qeyd edərək deyib:" Bu hadisə aydın göstərir ki, erməni tərəfi nə verdiyi sözünə, nə də beynəlxalq təşkilatların prinsiplərinə riayət edir. Ona görə də təbiidir ki, hər bir belə əməl, xüsusən də insan tələfatına səbəb olan əməllər, azərbaycan xalqını hiddətləndirir".
Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi 1994-cü il mayın 12-də bərqərar olunub. ATƏT atəşkəs şərtlərinə münaqişə tərəflərinin riayət etməsi barədə məlumat almaq məqsədi ilə bu qrumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə cəbhə xəttində müntəzəm monitorinqlər təşkil edir.
TÜRKİYƏ XİN-NİN RƏHBƏRİ BAKIYA GƏLİB
BAKI.09.01.2004. MEDİA-PRESS: Türkiyənin Xarici işlər naziri Abdulla Gül azəbaycanlı həmkarı Vilayət Quliyevin dəfəti ilə Bakıya iki günlük rəsmi görüşə gəlib.
Aliməqam qonağın Azərbaycan preidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Murtuz Ələskərov və ölkə rəhbərliyinin daha bir sıra nümayəndələri ilə danışıqlar aparacaq, Bakı Dövlət universitetində turkiyə-azərbaycan münasibətləri mövzusunda məruzə ilə çıxış edəcəkdir.
AZƏRBAYCANLILARIN ÜMUMDÜNYA KONQRESİ FEVRALDA KÖLNDƏ KEÇİRİLƏCƏK
BAKI.09.01.2004. MEDİA-PRESS: Azərbaycanlıların Ümumdünya Konqresini (AÜK) fevralın 27-29-da Kölndə keçirmək planlaşdırılır. Bu xəbəri cüməaxşamı Bakıda mətbuat konfransında açıqlayan AÜK İdarə heyətinin üzvü Sabir Rüstəmxanlı tədbirdə Qafqazda, Cənubi Azərbaycanda (iran Azərbaycanında) vəziyyət, konqresin bu sahədəki fəaliyyəti,dağlıq qarabağ münaqişəsinin tənzimlənməsi, iraq türkmanlarının vəziyyəti, azərbaycan diasporunun təşəkkülü kimi məsələlərin müzakirə ediləcəyini deyib.
Onun sözlərinə görə, AÜK İdarə heyətinin bəi sabiq üzvləri Konqresin alternativ iclasını çağırmağa cəhd göstərirlər."Təşkilatda heç bir parçalanma yoxdur. Sadəcə, konqresə hazırlıqdan narazı qalan bir neçə nəfər alternativ iclas keçirmək qərarına gəlib. Ancaq biz buna mane olmağa çalışacağıq".
AZƏRBAYCANDA 2003-CÜ İLDƏ ELEKTRİK ENERJİSİ İSTEHLAKI 13,4% ARTIB
BAKI.09.01.2004. MEDİA-PRESS: 2003-cü ildə Azərbaycanda elektrik enerjisi istehlakı əvvəlki illə müqayisədə 13,4% artıb və 22,7 mlrd. kVt/saat təşkil edib. "Azərenerji" SC mətbuat xitdmətinin məlumatına görə,keçən il respublikada21,15 mlrd. kVt/saat elektrik enerjisi hasil dilib ki, bu da ötən ilin göstəricisindən 13,7% çoxdur. Qalan 2,8 mlrd. kVt/saat enerji Rusiya, İran, Türkiyə və Gürcüstandan idxal edilib. Öz növbəsində Azərbaycan keçən il 1,15 mlrd. kVt/saat elektrik enerjisi ixrac edib.
ÜB AZƏRBAYCANDA NEFT HOPMUŞ TORPAQLARIN TƏMİZLƏNMƏSİNƏ $14-15 MİLYON AYIRA BİLƏR
BAKI.09.01.2004. MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) Azərbaycanın başlıca onşor neft-qaz yataqlarının yerləşdiyi Abşeron yarımadasının neft hopmuş torpaqlarının təmizlənməsinə $14-15 milyon ayırmaq niyyətindəir.
Bu məlumatı verən Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov qeyd edib ki, ÜB bu məsələyə prinsipial razılığını verib və həmin məbləğin yarısı qrant şəklində alına bilər. Neft hopmuş abşeron torpaqlanının təmizlənməsinə 2005-ci ildən başlamaq nəzərdə tutulur.
Bu, heç də ilk belə layihə deyil.Media-Press artıq məlumat verib ki, Abşeronda neft hopmuş 10 hektar ərazi ÜB-nın vəsaitləri hesabına artıq təmizlənməkdədir. Rekultivasiya işlərinə $5,1 milyon ayrılıb. Bu, Təxirəsalınmaz ekoloji investisiyalar proqramının ( ümumi dəyəri - $24,5 milyondur) tərkib hissəsidir. Proqrama Sumqayıt Yerüstü aktiv maddələr zavodu ərazisinin civə tullantılarından təmizlənməsi, ekoloji menecmentin təkmilləşdiilməsi və təhlükəli tullantıların idarə olunması layihələri daxildir. Bu proqram çərçivəsində Neftçalada balıqyetişdirmə zavodu da tikilib.
Təxirəsalınmaz ekoloji investisiyalar proqramı ÜB-dan əlavə, Azərbaycan hökuməti hesabına, Yaponiya hökumətinin və Know-How qrantlları hesabına maliyələşdirilir.
RUSİYA VƏ QAZAXISTAN XƏZƏR EHTİYATLARININ MƏNİMSƏNİLMƏSİ BARƏDƏ SAZİŞ İMZALAYACAQLAR
BAKI.09.01.2004. MEDİA-PRESS: Rusiya və Qazaxıstan neftçiləri Xəzər şelfi ehtiyatlarının mənimsənilməsinə dair saziş imzalayacaqlar.RF Energetika nazirliyi məlumat verib ki, Vladimir Putinin Qazaxıstana bu gün başlayan səfəri çərçivəsində "Dostık" layihəsi üzrə "Lukoyl"la "KazMunayQaz" arasında ikitərəfli saziş imzalanacağı gözlənilir.
Layihə Xəzəin Qazaxıstan hissəsində iki sahənin- "Tyub karaqan" və "Ataşskaya" yataqlarının mənimsənilməsini nəzərdə tutur.Hər iki sahə dənizin Qazaxıstana aid hissəsinin mərkəzində yerləşir. "Tyub karaqan"ın kəşfiyyatı və işlənməsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) artıq hazırdır, "Ataşskaya" yatağı TİƏ-si isə hazırlanmaqdadır.
"Lukoyl" qazaxıstan şelfinin işlənməsinə təqribən 3 milyard dollar sərmayə qoymağı planlaşdırır. Şirkətin prezidenti Vahid Ələkbərov Qazaxıstana səfəri ərəfəsində bu mülumatı açıqlayaraq deyib :"Biz "KazMunayqaz"la birlikdə Xəzərin Qazaxıstan şelfindəki layihələrin , məsələn, yeni "Dostık" layihəsi üzrə yataqların işlənməsinə başlamaq mkanlarını bu yaxınlarda ölkə prezidenti Nursultan Nazarbayevlə müzakirə etdik. Bu layihədə tərəflərin hər biri 50% paya malikdir. Biz işə artıq bu il başlamağa hazırıq.Sənaye ehtiyatlarının mövcudluğu şəraitində biz bu layihəyə 3. mlrd. dollara yaxın sərmayə qoymaq fikrindəyik".
Energetika nazirliyində qeyd ediblər ki, rusiya və qazaxıstan tərəfləri xəzər şelfi yataqlarının birgə mənimsənilməsi üzrə digər layihələri də müzakirə etmək əzmindədirlər. Hazırda bir sıra layihələrin pay bölgüsü və TİƏ-nin hazırlanması işləri gedir. Beləki, "Sentralnaya" geoloji struktru ehtiyatlarının mənimsənilməsi üçün Rusiya adından iş aparmaq səlahiyyətinə malik "SentrKaspNefteqaz" şirkəti yaradılıb. Şirkət bu geoloji strukturda qazaxıstan müəssisələri ilə birgə işləyəcək.
RF Energetika nazirliyində xatırladıblar ki,hökumətlərarası sazişlərə əlavə proltokolu keçən ilin dekabrında imzalanıb. Sənəd Qazaxıstanın tranzit neftinin 22 mln. tonadək artırılmasını nəzərdə tutur.Bununla yanaşı 2004-cü ildə rusiya neftinin bu ölkə ərazisindən tranziti , habelə Karaçaqanak yatağından Orenburq qaz emalı zavoduna 4 mln. tona yaxın neft və qaz kondensatının ixracı həcmləri də müəyyənləşdirilib. Bu yataqdan qaz ixracını 7 mlrd. kub metrə çatdırmaq barədə danışıqlar da gedir…
2002-ci ildə Qazaxıstandan Rusiyaya təbii qaz ixracının həcmi 6,3 mlrd. kub metr, 2003-cü ildə -6 mlrd. kub metrdən bir qədər çox, Qazaxıstanını tranzit qazının həcmi isə 820 mln. kub metr olub.
OPEK-İN NEFT "SƏBƏT"İNİN QİYMƏTİ 24 GÜNDÜR Kİ, 30 DOLLARDAN YUXARIDIR
BAKI.09.01.2004. MEDİA-PRESS: Dünya bazarında neftin OPEK-in, demək caizdirsə, "səbət"i ilə ifadə olunan orta qiyməti yanvarın 7-də bir barrelə görə $30,23 olub.Təhlilçilər qeyd edirlər ki, bu göstərici 24 ticarət günüdür ki, barrellin müəyyən olunmuş qiymət dəhlizi həddindən də yüksəkdə qalmaqdadır.Üstəlik son iki hesabat günündə "səbət" $30 qiymət həddini aşır.
1999-cu ildə OPEK neftin dünya qiymətlərini tənzimləmə mexanizmini tətbiq edəndə "səbət" üçün müəyyən edilmiş dəhlizin aşağı həddi $22 , yuxarı həddi isə-$ 28 kimi təsdiqlənmiş və bu zaman $25 bazar üçün ən münasib sayılmışdı. Kartelin işlədiyi bu sazişə görə, "səbət"in yuxarı həddi -20 ticarət günü, aşağı həddi isə- 10 ticarət günü dəyişməz qalarsa, OPEK üzvləri bazara çıxardıqları neftin gündəlik həcminin 500 min barrel artırılması və ya azaldılması məsələsini təcili olaraq müzakirə etməlidirlər.
OPEK "səbət"i üçün 2000-ci ildən bəri qeydə alınmış rekord qiymətlər bunlardır: ən yüksək -$/barrel 33,84 ( snetyabr 2000-ci il), ən aşağı- $/barrel-15,85 (noyabr 2001).
Bu arada "səbət"in dəhlizin sərhədlərini davamlı aşmasının rekordları da iki dəfə qeydə alınıb. Beləki, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Nyu-Yorkda "səbət"in qiyməti təqribən 6 ay ( 24 sentyabr 2001-8 mart 2002) bir barrelə görə 22 dollardan aşağı olub və yalnız 11 mart 2002-ci ildən dəhliz çərçivəsinə qayıdıb. Dünya İraq müharibəsinin başlaması ehtimalı qarşısında qalarkən "səbət"in qiyməti demək olar ki, üç ay ( 16 dekabr 2002 -19 mart 2003) $/barrel 28-i keçib.
OPEK "səbəti" (OPEC oil basket) istilahı rəsmən1987-ci il yanvarın 1-dən işlədilir və onun orta qiyməti dünya bazarına çıxarılan 7 növ neft- Saharan Blend (Əlcəzair),Minas (İndoneziya),Bonny Light(Nigeriya), Arabian Light (Səudiyyə Ərəbistanı), Fateh (Dubay,BƏƏ),Tia Juana (Venesuela) və İsthmus (Meksika)- üçün orta göstərici sayılır.
İRAN OKEAN TANKERLƏRİ TİKMƏYƏ BAŞLAYIR
BAKI.09.01.2004. MEDİA-PRESS: İranda ilk dəfəir ki, su tutmu 35 min ton olan iki okean tankerin tikintisinə balayır. Bu xəbəri "MEHR" agentliyinə açıqlayan "Faraahl" gəmiqayırma birliyinin istehsalat qrupunun icraçı direktou Əhməd Nəcmabadinin sözlrinə görə, neft məhsulları daşıyacaq bu iki tankerin tikintisinə vəsaiti ölkənin Valyuta fondu ayırıb.
İcrasına yaxın vaxtlarda başlanacaq 35 min tonluq iki tankerin tikintisi üzrə müqaviləni İran Neftdoldurma Donanması Milli şirkəti və "Farasahel" gəmiqayırma birliyi bağlayıblar və bu işə $50 milyon kredit ayrılıb.
Nəcmabadinin sözlərinə görə, tankerlərin baza layihələşdirilməsini COMAK Koreya şirkətinin mütəxəssisləri hazırlayıblar. Odur ki, "Farasahel"in 10 nümayəndəsitəhsil almaq üçün məhz Koreyaya gödəriləcək. Mükəmməl layihəni koreyalı ekspertlərin nəzarəti altında "Farasahel"in mütəxəssisləri tərtib dəcəklər.
Müqavilənin realizəsinə başlanılandan 22 ay sonra 1-ci , 24 ay sonra isə- 2-ci tanker suya salınacaq.
AZƏRBAYCAN BANKLARININ MALİYYƏ HESABATINDA BEYNƏLXALQ STANDARTLARA KEÇİDİ BU İL BAŞA ÇATACAQ
BAKI.09.01.2004. MEDİA-PRESS: Azərbaycan banklarının maliyyə hesabatının beynəlxalq standartlarına (MHBS) keçidi 1998-ci ildə başlayıb və 2004-cü ildə başa çatacaq.
Bu barədə məlumat verən Azərbaycan Milli Bankının (AMB) İdarə heyətinin üzvü Rüfət Aslanlı qeyd edib ki, AMB bankların beynəlxalq standartlara keçidini qiymətləndirmək üçün xüsusi monitorinq aparacaq, sonra isə keçidin nəticələri barədə xüsusi bəyanat veriləcək.Bunun üçün nomativ-hüquqi zəmin hazırlanıb və AMB banklara zəruri texniki yardım göstərib.
AMB-nin 2004-cü ildən banklar üzərində konsolidasiya nəzarət sistemi tətbiq edəcəini bildirən R.Aslanlı deyib:" İndi Milli Bank belə nəzarətin metodologiyasını hazırlayır. İndiyədək belə tədbirin keçirilməsinə zərurət olmayıb.Lakin bir sıra bankların, məsələn,Azərbaycan Beynəlxalq Bankının,inkişaf etmiş filialları var.Bu qəbil nəzarətin mahiyyəti ondan ibarətdir ki, bankların maliyyə hesabatları təmərküzləşdiriləcək və onların bütün filialları barədə məlumat veriləcəkdir.Nəzarət bankların artıq 2003-cü il üzrə hesabatları bazasında beynəlxalq maliyyə hesabatı standartları əsasında həyata keçiriləcək."
R.Aslanlı məlumat verib ki, AMB "Banklar haqqında" qanunun qəbulundan sonra banklarda korporativ idarənin tətbiqinin xüsusi standartlarını təsdiqləyəcək və bu sənəddə idarənin həmin forması üzrə banklar qarşısında xüsusi tələblər qoyulacaq.
AMB-nin hazırladığı "Banklar haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə verilib və artıq 2003-cü ilin dekabrında birinci oxunuşda qəbul edilibdir.
Hal-hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir.
<<< <<<