rus || eng


BTC ƏİK-İN GÜRCÜSTAN SAHƏSİNİN TİKİNTİSİ CƏDVƏLƏ UYĞUN DAVAM EDİR

BAKI.12.01.2004. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin (BTC ƏİK) gürcüstan sahəsinin tikintisi cədvələ uyğun davam edir.BP-Azerbaijan şirkətinin prezidenti, layihənin operatoru Devid Vudvord Gürcüstan rəhbərliyi ilə görühşdən sonra bu fikrini açıqlayaraq, Gürcüstanda ƏİK tikintisinin sürətindən və layihənin icrasının təhlükəsizlik səviyyəsindən məmnun qaldığını qeyd edərək vurğulayıb ki, hər halda kəmərin təhlükəsizliyinin gücləndirilməsi üçün özəl şirkətlər işə cəlb olunacaq. BTC ilə ilk neft planlaşdırıldığı vaxtda , yəni 2005-ci ilin əvvəlində axıdılacaq.
Xəbər verdiyimiz kimi, kəmərin gürcüstan sahəsinin inşaatçıları əməyin ödənilməsi şərtlərinin yaxşılaşdırılması tələbi ilə dekabrda bir neçə gün tətil etmiş və bu səbəbdən bütün kəmər boyunda işlər bir neçə günlüyə dayandırılmışdı.Burada 2003-cü ilin sonunadək layihə üzrə tikinti işlərinin 50 faizi görülmüş və 25% boru qaynaq edilmişdi.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 3,6 mlrd. dollardır və bu vəsaitin 2,95 milyard dolları inşaat işlərinə sərf ediləcək.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır.


ARDNŞ FEVRAL NEFTİNİ SATMAQ ÜÇÜN TENDER EDAN EDİB

BAKI.12.01.2004. MEDİA-PRESS: ARDNŞ Bakı -Novorossiysk marşrutu ilə fevralda ixrac edəcəyi 130 min ton neftin satışına tender elan edib. Bu həcm Novorossiysk limanından fevralın ortalarında yola salınmalıdır. Dövlət şirkəti bu kəmərlə fevralda 210 min ton, yəni yanvarda olduğu qədər, neft ixrac edəcək.Yanvarda keçirilmiş iki tenderdə Total S.A ( Fransa_) və Glencore (İsveçrə) qalib olublar.
Bu il ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə 2,5 mln. ton , yəni keçənilki həcmdə, neft axıdıcıq.


"AZƏRNEFT-YAĞ" YAĞ BLOKUNUN TİKİNTİSİ BARƏDƏ ƏCNƏBİ ŞİRKƏTLƏRLƏ DANIĞIQLARI DAYANDIRIB

BAKI.12.01.2004. MEDİA-PRESS: Bakı neft emalı zavodu "Azərneft-yağ" əcnəbi şirkətlərlə sürtgü yağlarının istehsalı blokunun tikintisinə dair danışıqlırını dayandırıb.Zavodun direktoru Ramiz Mirzəyev "İnterfaks-Azərbaycan"a bu haqda məlumatına aydınlıq gətirərək deyib :" Biz bir neçə il Exxon Mobil, chevron Texaco , ABB, Shell də daxil, xarici şirkətlərlə danışıqlar aparmışıq. Onsuz da bu şirkətlərin yağları indi ölkəmizdə satılır və elə bir tələbat da yoxdur. Blokut tikintisi isə 280-300 mln. dollara başa gəlməlidir. Bu,bahadır. Odur ki, danışıqları hələləik dayandırmışıq. Müəssisə neft məhsullarının hidrotəmizləmə qurğusunun tikintisini bu il sürətləndirəcək. 2005-ci ildən Avropa bu məhsla ekoloji tələbləri artıracaq. Odur ki,
biz istehsalımızı müasir standartlara uyğun qurmaq istəyirik. Qurğunun tikintisinə dair qərar bu yaxınlarda qəbul edilməlidir. Avadanlığın növünə görə onun qiyməti 85-100 mln. dollar arasında olacaq.
"Azərneft-yağ" "Azərneftyanacaq" emal zavodu ilə birlikdə ARDNŞ tərkibinə daxildir və sürtkü yağları, ağ neft, mazut, təyyarə yanacağı və s. istesalı, 2-cisi isə neftin daha yüngül birləşmələri, məsələn, avtomobil benzini, istehsalı üzrə ixtisaslaşır.
Hər iki müəssisə il ərzində 22 mln. tonadək neft emal etmək gücündə olsalar da, son illə imkanlarının yalnız üçdə birindən yararlanırlar.


BAKIDA XƏZƏRİN STATUSU ÜZRƏ AZƏRBAYCAN-İRAN MƏSLƏHƏTLƏŞMƏLƏRİ KEÇİRİLƏCƏK

BAKI.12.01.2004. MEDİA-PRESS: Yanvarda Bakıda Azərbaycvan- İran XİN nümayəndələri Xəzərin bölünməsi və ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər. Azərbaycan XİN -nin müavini Xələf Xələfov deyib ki, iran tərəfini məsləhətləşmələrdə XİN müavini Mohsen Əminzadə və prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehti Səfəri təmsil edəcəklər. Tədbir zamanı iki ölkənin Xəzərin bölünməsi üzrə ekspert qruplarının növbəti görüşünün tarixi müəyyənləşdiriləcək.
Martda Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xüsusi işçi qrupunun iclası da keçiriləcək və orada bütün 5 xəzəryanı dövlətin nümayəndələri iştirak edəcək.


BOSFORDA TIXACLAR AVROPADA NEFT QITLIĞI YARADIR

BAKI.12.01.2004. MEDİA-PRESS: Aralıq dənizi hövzəsinin neft emalı zavodlarında xammal çatışmır. Çünki pis hava şəraiti və təhlükəsizlik sahəsindəki mhdudiyyətlər əsasən rusiya neftinin daşındığı Bosfor və Dardanel boğazlarında tıxaclara səbəb olub.
Britaniya The Financial Timesin yazdığına görə, tıxac 1991-ci ildə Fars körfəzindəki müharibə zamanı Avropada olduğu kimi, yenə də ixracın dayanması ilə nəticələnə bilər.
İspaniya, İtaliya, Fransa və Almaniyanın emal zavodları üçün neft alan bəzi menecerlər əməliyyatlarını məhdudlaşdırmağa məcburdurlar. Çünki tankerin gündəlik kirayəsinin 50 min dollara qalxmasına rəğmən yükləri 20-25 gün boğazda ilişib qalır.
Ruslar da Qara dənizə neft daşıyan kəmərlərindən birini bağlamalı olublar- tankerlər gecikir, limanlarda çənlə isə ağzınacan doludur.
İspaniya emal zavodlarından birinin nümayəndəsi bu halın biznesə mənfi təsir göstərdiyini deyib.Biz xammalı dəllal bazarından , həm keyfiyyətsiz , həm də baha, almaq məcburiyyətindəyik.
Avropaya ən çox neft ixrac edən Rusiyanın işini çətinləşdirən həm də budur ki, o daha iran neftinə ümid bəsləyə bilmir. Rusiyanın "urals" növünə yaxın olan kərkük neftinin ixracına hələki başlanmayıb.
Bu problemlər üzündən tanker kirayəsinin qiyməti at belinə çıxıb. Adi halda 20-25 min dollara olan tankeri bir günlüyə kirayələmək üçün 70-90 min dollar ödəmək lazım gəlir. Üstəlik neft də bahalaşıb.
Avropalı bəzi neft rəhbərləri Türkiyənin gecələr Bosfordan iri neft tankerlərinin keçidini məhdudlaşdırmaq qərarını şirkətləri boğazlardan yan keçən yeni kəmər xətləri tikintisinə vadar etmək və Azərbaycandan boru çəkilişini sürətləndirmək istəyi ilə bağlayırlar. Halbuki Ankara qara dəniz boğazlarının, xüsusən də Bosforun, həddən-ziyadə yükləndiyi, tankerlərin gərgin qrafikinin ciddi qəza baş verəcəyi halda 12-milyonluq İstanbul üçün əsl ekoloji fəlakət yaranacağı barədə dəfələrlə xəbərdarlıq edib və bildirib ki, gəmiçiliyin genişlənməsi və tanker daşımalırının artdığı bir şəraitdə bu hal sonsuz davam edə bilməz. Türkiyənin Ukraynadakı səfirinin müavini xanım Ceremi Yazqan Etiz 2 ay öncə " Qara dənizdən daşınan neft həcmlərinin artırılması iqtisadi və ekoloji baxımlardan qeyri-realdır" deyərək, hər iki boğazın həddən-ziyadə yükləndiyini və oradan əlavə neft daşımağın mümkün olmadığını urğulamışdı: son 5 ildə Bosfordan keçən tankerlərin sayı 75% artaraq 2002-ci ildə 7427 ədədə, neft və neft məhsulları da təqribən 2 dəfə artaraq,123 mln. tona yüksəlib.
Lakin neft ixracsıları hələ özlərini eşitməzliyə vururlar. 2003-cü ildə yalnız Novorossiysk limanından 50 mln. tona qədər neft daşınıb. Yeri gəlmişkən,tankerlər çatışmadığı üçün keçən həftə Novorossiysk fasilələrlə işləyib. Müdriyyət bunu Bosforda tıxac yaranması və oradan keçən gəmilərin sayının hələləik məhdudlaşdırılması ilə izah edib.


AZƏRBAYCANDA ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ ÜZRƏ MİLLİ PROQRAM HAZIRLANIB

BAKI.12.01.2004. MEDİA-PRESS: Azərbaycanın Yanacaq və Energetika nazirliyi (YEN) alternativ enerji mənbələrindən istifadə üzrə milli proqram işləyib hazırlayıb.YEN-də "İnterfaks_Azərbaycan" agentliyinə verilən məlumata görə, proqram respublikanın təbii imkanlarından istifadəni nəzərə almaqla elektroenergetikanın inkişaf istiqamətlərini müəyyənləşdirir :2004-2010-cu illərdə Abşeron yarımadasında və Naxçıvan Muxtar respublikasında (NMR) külək elektrik stansiyalarının, 2005-2012-ci illərdə müxtəlif güclü 10-dan artıq elektrik stansiyasının, Abşeronda, Mil-Muğan zonası və NMR-də günəş enerjisi bazasında işləyəcək günəş kollektorları və az güclü elektrik stansiyalarının tikintisini nəzərdə tutur.
Proqramın gerçəkləşdirilməsi ölkəmizin enerji ehtiyatlarından səmərəli istifadə etməyə, yeni istehsal sahələri və iş yerləri yaratmağa ,əhalinin sosial təminat səviyyəsinin artırılmasını təmin etməyə imkan verəcək.


Aİ BAKININ İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ ÜZRƏ BEYNƏLXALQ ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏSİ SİYASƏTİNİ ALQIŞLAYIR

BAKI.12.01.2004. MEDİA-PRESS: Avropa İttifaqı (Aİ) Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi üzrə tədbirlərindən razıdır.Bu, Azərbaycanda 2004-cü ildən Aİ-nin rəsmi nümayəndəliyi vəzifəsini icra edən Almaniyanın Bakıdakı səfirliyinin bəyanatında qeyd olunur.
Aİ Azərbaycan prezidentinin 160 məhbusun əfv olunmasına dair bu günlərdə imzaladığı və " Avropa İttifaqının fikrincə üçdə birindən çoxunun siyasi məhbusa şamil edildiyi fərmanın imzalanmasını Azərbaycanın Aİ qarşısındakı öhdəliklərinin icrası istiqamətində müsbət addımı sayır".
Bəyanatda deyilir: Brüssel 2003-cü il oktyabrın 15-də prezident seçkilərindən sonra Bakıda baş vermiş məlum iğtişaşlarla bağlı həbs edilənlərin işinin ədalətlə təhqiq ediləcəyinə ümid bəsləyir.


BÖYÜK BRİTANİYANIN BAKIDAKI YENİ SƏFİRİ İŞİNDƏ UĞUR QAZANACAĞINA ƏMİNDİR

BAKI.12.01.2004. MEDİA-PRESS: Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Lores Bristou uğuruna inanır : " Əminəm ki, Azərbaysanda işləyəcəyim zamanı Bakı ilə London arasındakı sıx əlaqələri daha da möhkəmləndirəcəyəm".
"İnterfaks-Azərbaycan"a daxil olmuş press-relizə görə, L.Bristou 1963 -cü ildə doğulub və 1990-cü ildən Böyük Britaniya XİN sistemindədir , Rumıniya, Türkiyə və İtaliyada işləyib.
Bu ölkənin respublikamızdakı keçmiş səfiri Endrü Taker isə Bakıdakı fəaliyyətinin 2003-cü ilin dekabrında başa çatdırıb.


AZƏRBAYCANIN SN-Yİ BAKIDAN SONRA RAYON POLİKLİNİKALARINDA DA PULSUZ TİBBİ XİDMƏTƏ KEÇMƏYİ PLANLAŞDIRIR

BAKI.12.01.2004. MEDİA-PRESS: Azərbaycanın Səhiyyə nazirliyi (SN) respublikanın bütün poliklinikalarında bu ilin birinci rübünün sonunda pulsuz tibbi xidmətə keçid məsələsinə baxmağı planlaşdırır. SN nümayəndəsinin "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda məlumatında "2004-cü il yanvarın 1-dən Bakının bütün poliklinikalarında pulsuz tibbi xidmətə keçildiyi və bu vəziyyətin ölkənin bütün rayon poliklinikalarına şamil edilməsi məsələsinin martda müzakirəyə çıxarılacağı", bununla belə, xəstəxanalarda ixtisaslaşdırılmış tibbi xidmətlərin hələ pullu olduğu qeyd olunur . Mənbə bütün tibbi xidmətlərin büdcə vəsaitlərinə keçirilməsinin asan iş olmadığını və bu səbəbdən müşkülün bir qədər gec həll ediləcəyini bildirib.

<<< <<<