rus || eng


ÜB MİSSİYASI AZƏRBAYCANDA TƏHSİL SİSTEMİNİN İSLAHATI ÜZRƏ 10-İLLİK PROQRAMIN REALİZƏSİ İLƏ TANIŞ OLACAQ

BAKI.14.01.2004. MEDİA-PRESS: Ümumdunya Bankının (ÜB) missiyası gələn həftə Bakıya gəlir. Məqsəd təhsil sisteminin islahatı üzrə yeni10-illik poqramın necə həyata keçirilməsi ilə tanış olmaqdır.Bankın Bakıdakı nümayəndəliyində Media-Pressə bu haqda məlumkat veriblər.
2003-2013-cü illəri əhatə edən proqram bu sahədə işlərin keyfiyyətinin yaxşılaşdırılmasını, yuxarı siniflərin tədris proqramlarının təzələniəsini,müəllimlərin hazırlanmasını və ixtisaslarının artırılmasını, sahənin maddi-texniki bazasının tərəqqisini nəzərdə tutur. Pproqram 3 mərhələyə - 2003-2007; 2007-2010 və 2010-2013-cü illərə bölünüb. ÜB kreditinin $18 milyon məbləğində ilk tranşı keçən ilin sentyabrında ayrılıbg.
2003-cü ilin fevralında Bakıda olmuş təhsil üzrə ÜB missiyası layihənin hər ünsürünün büdcəsini müəyyənləşdirmək üçün işçi qrupla işləyib, habelə layihənin idarə mexanizmini hazırlayıb.
Bu, ÜB-nın Azərbaycanda təhsil sisteminin islahatı üzrə 2-ci layihəsidir
$5,5 milyon dəyərində olmuş və 1999-cu ildə imzalanmış ilk sazişin tətbiqi 20020ci ilin sonunda başa çatıb. Bu vəsaitin $500 mini respublika hökumətinin payına düşüb.


"TRANSNEFT"İN VİTSE-PREZİDENTİ " BTC ƏİK NEFTİN NƏQLİ BAZA RINDA HEÇ NƏYİ DƏYİŞMƏYƏCƏK" DEMƏKLƏ RİYAKARLIQ EDİR

BAKI.14.01.2004. MEDİA-PRESS: Azərbaycan neftini Türkiyənin Ceyhan limanına, oradan da Avropaya daşıyacaq Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin işə salınması neftin nəqli baza rında yaranmış vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirməyəcək. Rusiya "Transneft"inin vitse-prezidenti Sergey Qriqoryev RİA "Novosti" agentliyinə belə deyib.
"BTC kəməri rusiyanın Bakı_Novorossiysk marşrutu müqabilində hələ öz rəqabət qabiliyyətini əməldə göstərməlidir.Bizi azərbaycan tərəfinin rusiya kəmərinə tələbatının azalması imkanı da narahat etmir". Sitatın sonu.
Qriqoryevin fikrincə, azərbaycan tərəfi rusiya kəmərinə vəd etdiyi həddə ( ildə 5 mln. ton) heç vaxt çatmayacaq, indi verdiyi illik 2,5 mln. ton isə "elə bir həcmdir ki, nə möcud vəziyyəti dəyişə, nə də kəmərin işinə əhəmiyyətli təsir göstərə bilər".Onun dediyinə görə, "Transneft" heç bir çətinlik çəkmədən bu 2,5 mln. tonu türkmən və ya qazax nefti ilə əvıəzləyə bilər.
Vitse-prezidentin sözlərində, xüsusən də Bakının Novorossiyskə verdiyi neftinin həcmini artırmaq istəməməsi barədə dediklərində, az da olsa həqiqət var. Axı, Azərbaycan artıq həcmdə neftinin olmadığını dəfələrlə deyib. Lap bu yaxınlarda ARDNŞ nümayəndəsi bir daha vurğulayıb ki, Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neftin tranziti barədə Rusiya ilə yeni saziş bağlamaq istəmir:"Bakı-Supsa və Bakı-Novorossiysk marşrutları ilə neftin nəqli tariflərinin müqayisəsi rusiya variantının xeyrinə deyil. 2005-ci ildə Bakı-Tbilisi-Seyhan boru xətti istismara verildikdən sonra, rusiya variantına tələbat ümumiyyətlə azalacaq". Sitatın sonu.
"Transneft"in vitse-prezidenti Bakı-Supsa (Gürcüstan) marşrutu ilə neft nəqli tariflərinin ( Qriqoryevin dili ilə desək- bir tonu 3 dollardan bir az çox, əslində isə-2,7 dollar!-Media-Press) rusiyanın "Bakı-Novorossiysk marşrutunun ( hər tona görə-15,67 dollar!) "xeyrinə olmaması" kimi müqayisəni düzgün saymır və hesab edir ki, Bakı-Supsa marşrutunun tarifi "Borunun öz titkintisi xərclərini" nəzərə almır.Bu xərclər bir şirkət çərçivəsində onun iştirakçıları arasında bölüşdürülüb. Ancaq hər bir kənar iştirakçı üçün Bakı- Supsanın tarifi Bakı-Novorossiyskdən daha yüksək olacaq". Qriqoryev belə iddia edir.
O ki, qaldı "Transneft"in 2,5 mln. ton azərbaycan neftini çətinlik çəkmədən türkmən və ya qazax nefti ilə əvəzləməsinə, əlbəttə ki, bunu etmək elə də mürəkkəb olmayacaq. Ancaq unutmayaq ki, bu həcm də Novorossiyskdən sonra hökmən Bosfora daşınmalıdır. Bu boğazda vəxiyyətin gündən-günə çətinləşdiyi hamıya bəllidir. Keçən il Novorossiyskdən bu istiqamətə 51 mln. tondan çox neft və neft məhsulları göndərilib. İndinin özündə Qərbi Avropada rusiya nefti çatışımır, çünki günlərlə Bosforda ilişib qalan tankerlər mənzil başına vaxtında yetişə bilmir. Bu, tək pis hava şəraiti ilə yox, həm də Türkiyənin boğazlardan gəmilərin keçid qaydalarını daim sərtləşdirməsi ilə bağlıdır.
Məhz bu səbəbdəndir ki, Bosfor və Dardaneldən yan keçən Bakı-Ceyhan boru xətti həddən -ziyadə yüklənmiş boğazlar üçün yaxın gələcəkdə alternativ olacaq. Odur ki, "Trasneft"in vitse-prezidentinin " BTC kəməri rusiyanın Bakı-Novorossiysk marşrutu ilə müqayisədə rəqabət qabiliyyətini hələ əməldə sübuta yetirməlidir" sözləri tənqidə layiq deyil və bəlkə də qısqanclıqla dyilib. Axı, BTC işə düşən kimi tək azərbaycan nefti deyil, qazaxıstan neftinin bir hissəsi də( məhz hər il rusiyadan tranzitlə axıdılan 15 mln. tona yaxın neft) bu boru ilə axıdılacaq.Halbuki, "Transneft" bundan artıq həcmdə də qazaxıstan neftini nəql etmək istərdi.
Rusiya hökuməti nümayəndəsinin bu yaxınlarda dediyi sözləri xatırlatmaq da yerinə düşərdi. O,Kaspi boru konsorsiumunun (KBK) layihəsindən bəhs edərkən qeyd edib ki,"ildə 60 mln. ton neft axıdılması üçün hesablanmış bu kəmərin bu gün yalnız 28 mln. ton neft daşımaq imkanı var. Ancaq imkanın da yarısından istifadə olunur.KVK təsisçisi Rusiya layihədə 24% paya malik olsa da, ondan heç nə əxz edə bilmir". Sitatın sonu.
Başqa sözlə, rusiya borularını doldurmaq üçün milyonlarla ton əlavə qazaxıstan nefti yerinə düşərdi. Bakı-Ceyhan kəmərinin bu milyonları özünə cəlb etmək üçün hər cür şansı vardır.


BTC LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMİƏSİNƏ DAİR KREDİT SAZİŞİ FEVRALIN 3-DƏ İMZALANACAQ

BAKI.14.01.2004. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin maliyyələşdrilməsinə dair kredit sazişi rəsmən fevralın 3-də Bakıda imzalanacaq.BP-Azeribaijan şirkətinin rəsmisi "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında qeyd edib ki, BTC kəmərinin çəkilişi və istismarı üzrə operator BTC Co-nun iştirakçı şirkətləri, eləcə də beynəlxalq maliyyə təşkilatlərı başçılarının Bakıya gələcəyi və sənədin imzalanmasında iştirak edəcəyi gözlənilir. BTC Co-nun bütün səhmdarları və Azərbaycan,Gürcüstan, Türkiyə hökumətləri ilə birümumi saziş imzalanacağı gözlənilir.
BTG layihəsinə cəlb edilmiş vəsaitlərin ümumi məbləğı faiz dərəcələri ilə birlikdə $2,6 milyard, layihənin ümumi dəyəri isə-$3,6 milyarddır.Boruların çəkilişinə bilavasitə - $2,95 mildyard xərglənəcək. Bu məbləğin 30 faizi səhmdarların öz vəsaitləri olacaq, 70 faizini isə kreditlər təşkil edəcək. Qalır boruların doldurulması üçün 10 mln. barrel neftin satın alınması ($ 250 mitlyon), kreditlərə xidmət xərcləri və s.. Beləliklə. Layihənin ümumi dəyəri$3,6 milyard təşkil edir.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 3,6 mlrd.dollardır və bu vəsaitin 2,95 milyard dolları inşaat işlərinə xərclənəcək.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır.
Xatırladaq ki, ƏİK layihəsinə kreditllər ayıran və onu təmin edən təşkilatlar 4 qrupa bölünür. Birinciyə öz vəsaitlərini ayırmaqla yanaşı kommersiya banklarının kreditlərinə də zamin duran AYİB və BMK; ikinciyə- ABŞ, Böyük Britaniya,Yaponiya, Almaniya, İtaliya əv Fransadan materiallar və avadanlıq ixracının maliyyəlşdirilməsi üçün kommersiya banklarına təzminat verən ixrac-kedit agentlikləri; üçüncüyə - 15 kommersiya bankından ibarət sindikat daxildir.ABN AMRO ,Citigroup, Miziho və Societe Generade sindikatın təşkilatçılarıdır. Dördüncü qrupa- iri kreditor şirkətlər, o cümlədən BP və Statoil , Total S.A. , Conoco Rhillips daxildir. Bu 4 şirkət ümumilikdə $800 milyon kredit ayıracaq.


ABƏŞ 2003-CÜ İLDƏ "ÇIRAQ" YATAĞINDAN 6,456 MLN. TON NEFT ÇIXARIB

BAKI.14.01.2004. MEDİA-PRESS: ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti, AÇG-"Azəri-Çıraq-Günəşli" yataqlarının operatoru) 2003-cü ildə "Çıraq"dan 6,456 mln. ton neft çıxarıb və Bakı-Supsa kəmərilə 6, 219 mln. ton neft ixrac edib.
Dekabrda yataqdan 553 min ton ( keçən ildəkindən 17 min ton çox) neft hasil edilib. İl ərzində "Çıraq -1" yatağında gündəliuk orta neft hasilatı 131 min barrel olub. 2004-cü ildə orta hasilat 125 min barrelə düşəcək, çünki 3-cü rübdə platforma qismən modernləşdiriləcək və "Çıraq-1" AÇG-nin tam işlənməsi çərçivəsində çəkilən sualtı neft kəmərinə qoşulacaqdır. Gələn il həm də 3 istixrac quyusundan suvurma quyusu kimi istifadə ediləcəkdir ki,bu istixrac həcminə mənfi təsir göstərəcək. Lakin 2005-ci ildə hər 3 quyudan yenə də istismar məqsədilə istifadə olunacaq.
1997-ci ildə "Çıraq"da 50 min ton,1998-də- 2,371 mln. ton,1999-da -4,814 mln. ton, 2000-ci ildə- 5, 0728 mln. ton, 2001-də- 5, 8974 mln. ton və 2002-ci ildə -6,34865 mln. ton neft istixrac edilib. Hazırda platformada 15 istismar və 3 suvurma olmaqla,18 quyu işləyir. Platformada texniki qurğuların ən yüksək həddə məhsuldarlığı gündə 146 min barrelədək neft hasilatına imkan verir. 2004-cü ildə platformanın gücünü gündə 165 min barrelə çatdırmaq planlaşdırılır.
"Çıraq-1" platforması 1997-ci ildə ilk neftin istixracına başlandığı gündən əslində fasiləsiz işləyib. Bu il platformada gündəlik orta hasilat 134,5 min barrel olub. Platformada və Səngəçal terminalındakı neft-qaz tikililərinin və avadanlıqlarının modernləşdirilməsi sayəsində "Çıraq-1"də güdəlik məhsuldarlıq 146 min barrelə çatdırılıb. "Erkən neft" layihəsi çərçivəsində istixrac artıq 200 mln. barreli keçib.
"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları aşağıdakılarır: VR (34,1367% - operator), Amerikanın Unocal (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%) i Amerada Hess (1,0413%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın Inrex Corr. (10%) və ITOCHU Oil (3,9205%), Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) və Səudiyyə Ərəbistanın Delta Oil (1,68%) şirkətləri.


"LUKOYL"UN VİTSE-PREZİDENTİ "BİZ "ZIX-HÖVSANI"LAYİHƏSİNƏ NİKBİN YANAŞIRIQ

BAKI.14.01.2004. MEDİA-PRESS: Rusiya "Lukoyl"u Azərbaycanın "Zıx-Hövsanı" onşor layihəsində qala bilər. Mətbuat konfransında bu bəyanatı verən şirkətin vitse-prezidenti Leonid Fedun deyib:" Biz bu layihə üzr danışıqlar aparırıq və onun reallaşmasını davam etdirəcəyimizə nikbin yanaşırıq".
Bu layihə üzrə müqavilənin qüvvəyə minməsi həll edilməmiş ekoloji məsələlər üzündən ləngiyir. Blokda ekoloji problemlərin həllinə təqribən $100 milyon( layihə dəyərinin yarısı qədər) tələb olunur.
"Zıx-Hövsanı" müqaviləsi 2001-ci il yanvarın 9-da imzalanıb. "Lukoyl" və ARDNŞ hərəyə 50% paya malikdir.. Yatağın ümumi müqavilə sahəsi -128 kv. km., o cümlədən bərpa olunmuş sahəsi- 52 kv. km. təşkil edir. Qalıq neftinin həcmi- 20 mln. ton, müqavilənin müddəti-25 ildir.
Fedu deyib ki,İtaliyanın AGİP şirkəti "Şah-Dəniz" qaz-kondensat yatağının kəşfiyyatı və işlənməsi layihəsindən çıqmağı hələ qərarlaşdırmayıb və biz bu layihədə birgə iştiraka dair danışıqlarımızı davam etdiririk.".
"LUKoyl" ENİ-nin istixrac qurumu sayılan AGİP-lə ( "Şah-Dəniz" və Bakı-tbilisi-Ərzurum kəməri layihələrində 10 faizlik paya malikdir) birlikdə LUKAgip birgə müəssisəsinin sahibidir.
2002-ci ilin dekabrında elan etdi ki, birgə müəssisədəki payını satmaq istəyir. Keçən ilin sentyabrında isə "Lukoyl" un prezidenti Vahid Ələkbərov ENİ-nin bu müəssisədəki payını onun şirkətinin ala biləcəyini bəyan etdi.
"Şah-Dəniz" yatağının işlənməsi layihəsi 1996-cı ilin iyununda imizalanıb və iştirakçıları: BP (operator, 25,5%),Statoil (25,5%), ARDNŞ 910%),LUKAgip(10%),OİEC)10%), TotalFinaElf(10%) və TPAO 9(%) şirkətləridir.


BRRİTANİYA ŞİRKƏTLƏRİ AZƏRBAYCANA YENİ SƏRMAYƏLƏR QOYMAQ İMKANINI ÖYRƏNƏCƏKLƏR

BAKI.14.01.2004. MEDİA-PRESS: Britaniya neft-qaz şirkətlərinin bir qrup nümayəndəsi Azərbaycan iqtisadiyyatına invesisiya qoymaq imkanını öyrənmək məqsədi ilə yanvarın sonunda Bakıya gələcək.
Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Böyük Britaniya səfirliyinin mətbuat xidmətində verilən məlumata görə, ölkənin işgüzar dairələrinin nümayəndələri Dövlət Neft şirkətindən (ARDNŞ),Azərbaycanda çalışan yerli və əcnəbi şirkətlərindən ehtimali tərəfdaşları ilə görüşəcəklər.


XƏZƏR NEFTİ DÜNYA NEFT EHTİYATININ BEŞDƏ BİRİNİ TƏŞKİL EDƏ BİLƏR

BAKI.14.01.2004. MEDİA-PRESS: ENİ italyan korporasiyasının başçısı Jan-Mariya Qros-Pyetro Almatıda Avrasiya İqtisadi sammitində deyib ki,Xəzər regionunun neft ehtiyatları 7,8 mlrd. ton, bəzi mənbələrə görə, 13-22 mlrd. ton və hətta 50 mlrd. ton təşkil edir.
Qazaxıstanın rəsmi hesablamalarına görə, bu ehtiyatlar 27,5 mlrd. tondur.Qros-Pyetro deyib:"Proqnozlar doğrularsa, yaxın gələcəkdə xəzər nefti dünya neft ehtiyatının beşdə birini təşkil edə və İraqla Kuveytin birgə ehtiyatları ilə bəbabərləşə bilər.
Qazaxlar Xəzər regionunda gündəlik hasilatın 4,7 mln. barrelə çatdığını iddia edirlər. Səudiyyə Ərəbistanı gündə-8,1 mln.,Rusiya isə-:6,3 mln. barrel istixrac edirlər.Beləliklə Xəzər regionu İranı (3,4 mln.) və Çini (2,8 mln.) arxada qoymaqla, artıq dünya üçüncüsü sayıla bilər.
Azərbaycan prezidenti İlham Əliyer hesab edir ki, əgər Azərbaycan, Qazaxıstan və Türkmənistanın neft hasilatı cəmlənərsə, Xəzər yaxın gələcəkdə 2-ci yerə çıxa bilər.Qazaxıstan tərəfi əmindir ki, Xəzər regionu ən yaxın gələcəkdə yalnız MDB-də yox, bütün dünyada ən böyük neft ixracçısını çevriləcək.
Bu arzunun reallaşması üçün çoxcaylı boru xətləri çəkilməlidir. İndilikdə Xəzər nefti dünya bazarlarına yalnız 5 marşrutla: Bakı-Novorossiysk, Bakı-Supa,Tengiz-Novorossiysk, Atırau-Samara və Neka-Tehran marşrutları ilə çıxarılır. Bu boruların ümumi illik buraxılış qabiliyyəti (hələ tikilməkdə olan BTC nəzərə alınmazsa) 2015-ci ildə122 mln. ton təşkil edəcək. "2015-ci ildə istixrac həcmi 250-300 mln. ton təşkil edərsə, əlavə boru xətləri çəkmək lazım gələcək.
Neft istixracı sahəsi ekspertlərinin çoxu Xəzərin ehtiyatlarının yaxın şərq ehtiyatlarının 10 faizini təşkid etməsi fikri ilə razılaşır. Uzunmüddətli proqnozlara uyğun olaraq, 2050-ci ildə Fars körfəzi və Xəzər dünya neft-qaz hasilatının 80 faizindən çoxunu verəcək. Bu iki region üst-üstə təqribən 800 milyard barrelneftə malikdirp.Müqayisə üçün: Şimali və Cənubi Amerikanın, eləcə də Avropanın birgə ehtiyatları 160 mlrd. barreldən azdır. Ekspertlər bu ehtiyatın 2030-cu ilə tükənəcəyini proqnozlaşdırırlar.


"AZƏRENERJİ" 2004-2010-CU İLLƏRDƏ YENİ OBYEKTLƏR TİKƏCƏK

BAKI.14.01.2004. MEDİA-PRESS: Azərbaycanda 2002-ci illə müqayisədə 2003-cü ildə elektrik enerjisi istehlakı 13,4% artıb. "Azərenerji" SC-də Media-Pressə məlumat veriblər ki, 2002-ci ildə istehlak -3%, 2001-ci ildə isə-2% artmışdı. Enerji istehlakının belə artımı ilə bağlı 2004-2010-cü illərdə yeni stansiyalar, yarımstansiyalar və yüksək voltlu elektrik verilişi xətləri (EVX) istifadəyə veriləcək.
Bu ilk növbədə Bakı "Şimal" istilik-elektrik stansiyasının (DRES) 400 MVt gücündə 2-ci enerji blokunun tikintisinə aiddir.Blok bbütün Abşeronun enerji təminatını yaxşılaşdırmağa və ildə 200 min ton şərti yanacağa qənaət etməyə imkan vncerəcək.
Sumqayıtda 400-500 MVt gücündə yeni buxar-qaz qurğusu da tikiləcək. Mütəxəssislərin fikrincə hər iki stansiyanın başlıca məziyyəti onların istehlakçılara yaxın olmasıdır.Axı, Abşeron yarımadası indilikdə elektrik enerjisini Mingəçevirdən gələn veriliş xətləri vasitəsi ilə alır.
"Azərbaycan" və Əli Bayramlı DRES-lərdə görüləcək kompleks yenidənqurma işləri bu stansiyaların həm layihə gücü ilə işləməsinə, həm də yanacaq sərfini xeyli azaltmağa imkan verəcək.


2003-CÜ İLDƏ AZDY İLƏ 14 MLN. TONDAN ÇOX YÜK DAŞINIB.

BAKI.14.01.2004. MEDİA-PRESS: 21003-CÜ İLDƏ Azərbaycan Dəmir yolu (AzDY) ilə 14, 407 mln. ton (plandan 8,3% çox) yük daşınıb ki , bu da 2002-ci ildəkindən 8,9% artıqdır.
AzDY nümayəndəsinin Media-Pressə verdiyi məlumata görə, yüklərin 80 faizindən çoxu və ya 11,6457 mln. tonu neft və neft məhsulları təşkil edib ki , bu da cari ilin plan göstəricisindən 3,1% və 2002-ci ilin səviyyəsindən -3,7% çoxdur.
AzDY ilə gürcüstan limanlarına əsasən qazaxıstan və türkmənistan nefti daşınır. Bu ilki artım qonşu ölkənin limanlarında neft sisternlərinin boşaldılması işlərinin normallaşması hesabına baş verib .Əvvəllər azərbaycan sisternləri boşalma növbəsini günlərlə gözləməli olurdu.Bu isə Xəzər neftinin AzDY ilə daşınmasını ləngidirdi. İndi Batum neft terminalının genişləndirilməsi və Poti terminalının istifadəyə verilməsi svayəsində əvvəlki çətinlikllər aradan qaldırılıb. İndi hər gün Azərbaycandan Gürcüstana neft və neft məhsulları ilə dolu 500-dək sistern yola salınır. AzDY-nın sistern parkı hər il 16-18 mln. ton yanacaq daşınmasına imkan verir.
2003-cü ildə dəmir yolu ilə 4,6 mln. sərnişin daşınıb və plan 109,5% yerinə yetirilib.47,9 mlrd. manat gəlir götürülüb.İstismar xərclərində 18,5 mlrd. manata qənaət edilib( Yanvarın 14-ə rəsmi məzənnə: 4926 manat=1$).


ÜB VƏ İİN ÖZƏL BÖLMƏNİN İNKİŞAFINA DƏSTƏK ÜZRƏ YENİ LAYİHƏ HAZIRLAYIRLAR

BAKI.14.01.2004. MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə respublikada özəl bölməyə dəstək məqsədilə yeni layihə hazırlayır. Bankın Bakı nümayəndəliyində Medita-Pressə bildiriblər ki, layihə $15 mitlyona başa gələcək.
Media-Press əvvələr də xəbər verib ki, Azərbaycanda özəl sektorun inkişafı naminə lisenziyalı fəaliyyət növləri 2003-cü ildə 8 dəfə azaldılıb ( 240-dan 30-a endirilib),eyni halda icazənin müddəti 2 ildən 5 ilədək uzadılıb. 2003-cü ilin ilk yekunlarına görə, ümumi daxili məhsulda (ÜDM) özəl bölmənin xüsusi çəkisi 74 faizə yaxın olub, bu il -75%, 2005-ci ildə -77%, 2006-cı ildə isə-79,5 faiz olacaq.
Respublika regionlarının inkişaf proqramı da özəl bölmənin genişlənməsinə yönəlib. Layihə ilk növbədə qeyri-neft infrastrukturunun inkişafını, sərmayələrin rayonlara yönəldilməsini, orada yeni iş yerlərinin açılmasını, kiçik və orta biznesin çiçəklənməsini nəzərdə tutur.Kənd təsərrüfatı mallarının emalı üzrə müəssisələr yaradılması poqramın məziyyətlərindən biridir. Bu, sahibkarları öz məhsullarını başqa və daha uzaq yerlərə aparmaq əziyyətindən qurtaracaq və emalı yerindəcə gerçəkləşdirməyə imkan verəcək. Belə addım həm də əhalinin paytaxta axınını zəiflədəcək.


AMMB-NIN KREDİT PORTFELİ 2004-CÜ İLDƏ 2,5-3 DƏFƏ ARTACAQ

BAKI.14.01.2004. MEDİA-PRESS: Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) cari ildə öz kredit portfelini 2,5-3 dəfə- $4 milyondan -$10-12 milyonadək artırmağı planlaşdırır. AMMB-nin İdarə heyətinin sədri Tomas Engelhard Bankın 3-cü filialının açılışına həsr olunmuş mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, AMMB 2002-ci ilin axırlarında yaradılandan bəri $7,3 milyon məbləğində 3,5 minə yaxın kredit verib. 2003-cü ilin sentyabrından etibarən Bank Bakıdakı baş ofisindən 30 km. aralıda yerləşən ticarət mərkəzlərində müştərilərinə xidmət göstərir. Bankın mütəxəssisi öz müştərilərinə kreditləri yerlərdə verirdi.
AMMB-nin indi Bakı və Sumqayıtda filialları var. Bu ilinilk yarısında Gəncədə də filial açılacaq.
AMMB-nin səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (23,75%). Qaradəniz Ticarət və İnkişaf Bankı(23,75%), Almaniya bankı KFW və LFS Financial Systemsdir(5%).

<<< <<<