rus || eng
ÇİN ENERGETİKLƏRİ AZƏRBAYCANLI HƏMKARLARI İLƏ ƏMƏKDAŞLIĞI SAHMANA SALIRLAR
BAKI.21.01.2004. MEDİA-PRESS: Elektrik avadanlığı üzrə Çin milli korporasiyası (CNEES) nümayəndə heyəti azərbaycanlı həmkarları ilə əməkdaşlığı yoluna qoymaq məqsədi ilə Baıyda danışıqldar aparırlar.
Media-Pressə "Azərenerji" SC-də verilən məluma görə, danışıqlar zamanı Şəkidə yarımstansiya tikilməsi, Mingəçevir SES-də hidroaqreqatlardan birinin bərpası və müvafiq infrastrukturun modernləşdirilməsi nəzərdə tutulur. Çinli mətəxəssislər obyektin real vəziyyətini öyrənmək üçün SES9də olub və zəruri iş həcmini müəyyənləşdiriblər.
SC-nin baş mühəndisi Marlen Əsgərovun sözlərinə görə, Şəki yarımstansiyasının tikintisi layihəsi daha çox önəm verilən obyektlərdən biridir. Çünki respublikanın şimal-qərb zonasının baş sənaye enerji istehlakçıları və bir milyondan artıq əhali bu regionda təmərküzləşib. Müasir yarımstansiyanın ti kintisi onları keyfiyyətli və etibarlı surətdə enerji ilə təmin etməyə imkan verəcək.
CNEES ekspertləri energetika obyektlərində monitorinq aparacaq və gələcək danışıqlar üçün təkliflər hazırlayacaqlar.
Azərbaycanlı mütəxəssislərin fikrincə, çin energetiklərinin hidrotexniki qurğular tikintisində böyük təcrübəsi var. İndi Çində Yansızı çayı üzərində tikilməkdə olan "Üç dərə" SES-i buna misaldır. Dünyada ən əzəmətli olacaq bu stansiya 18 200 MVt gücündədir.
AZƏRBAYCAN PREZİDENTİ: MƏMURLARIN SAHİBKARLARIN İŞLƏRİNƏ MÜDAXİLƏSİNƏ SON QOYULACAQ
BAKI.21.01.2004. MEDİA-PRESS: Sahibkarların işlərinə məmurların qarışmasına son qoyulacaq. KİV nümayəndələri ilə söhbətində bu fikri vurğulayan Azərbaycan prezidenti İlham Əliyev deyib: " Azərbaycanın gələcək iqtisadi inkişafı üçün " ilk növbədə daxili investorlar üçün əlverişli şərait yaradılması tələb olunur. Əgər biz əcnəbi investorlar üçün əla şərait yaratmağı bacarmışıqsa və indi onun bəhrəsini görürüksə, indi daha öz investorlarımızın qayğısına qalmalıyıq". Bu sahədə maksimum müstəqillik və liberalizm mühitinin yaxşı nəticələr verəcəyi qənaətində olan prezident deyib:"İnvestor əmin olmalıdır ki, onun qoyacağı sərmayə batmayacaq və taleyi də məmurun şıltaqlığından asılı olmayacaq. Biz investorları müdafiə etməliyik.Bəzi sahələrdə mənfi hallarla qarşılışdığımız heç kəsə sirr deyil. Məsələn, sahibkarlar hansısa bir iş açmaq istəyirlər. Ancaq bu məsələ ilə məşğul olan məmurlar öz mənafelərini düşünürlər. Buna son qoyulacvaq". Sitatın sonu.
Paytaxtın və regionların tarazlı inkişafına nail olmağa çalışacağını vurğulayan prezident deyib:"Azərbaycan yalnız Bakıdan ibarət deyil, onu gücü və gələcəyi bir çox cəhətdən regionlarla bağlıdır".
AZƏRBAYCANDA HÜQUQİ ŞƏXSLƏRİN SAYI BİR İLDƏ 3,4% ARTIB
BAKI.21.01.2004. MEDİA-PRESS: 2004-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda qeydiyyatdan keçmiş 61136 hüquqi şəxs var və bu, bir əvvələ nisbətən 3,4% çoxdur.İqtisadi inkişaf nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin direktoru Əlihüseyn Şalıyev bu məlumatı "İnterfaks-Azərböaycan" agentliyinə verib.
Dövlət Statistika komitəsi ötən il ölkədə 3936 yeni müəsssisə yarandığını, lakin1378-nin bağlandığını xəbər verib.
Topdan və pərakəndə satış ,habelə xidmət sahəsində daha çox hüquqi şəxs çalışır.2003-cü ildə hüquqi şəxslərin artdığı sahələr : istixrac sənayesi ( artım- 13,3%), emal (6,5%), tikintit (6,9%), nəqliyyat(7,2%) və daşınmaz əmlakın icarəsidir(3,6%).
Aqrar-sənaye kompleksində, maliyyə və təhsil sahələrində işləyən müəssisələrin sayı azalıb.
Fəliyyət göstərən hüquqi şəxslərin 19,9 faizi dövlət statusu daşıyır, 70,4 faizi özəl, 4,4 faizi-bələdiyyə, 5,3 faizi isə- xarici və birgə müəssisələrə aiddir.
Şalıyevin dediyinə görə, indi respublikada 157 986fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olur. 2003-cü ildə belələrinin sayı 23,3% artıb. Topdan və pərakəndə satış, kənd təsərrüfatı, mehmanxana və restoran xidmətləri, nəqliyyat və rabitə sahələrində daha çox sayda fiziki əxs fəaliyyət göstərir.
AZƏRBAYCANIN ÜTT-YA DAXİL OLMASINA DAİR DANIŞIQLARIN 2-Cİ RAUNDU MART-APRELƏ TƏYİN EDİLİB
BAKI.21.01.2004. MEDİA-PRESS: İqtisadi İnkişan nazirliyində "İnterfaks-Azərbaycan"a verilən məlumatva görə, Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına dair respublika hökuməti ilə ÜTT arasında danışıqların ikinci mərhələsi 2004-cü ilin mart-aprel aylarında keçiriləcək.
Hökumətin hazırladığı təkliflər danışıqlırda müzakirə ediləcək. ÜTT Azərbaycanı öz sıralarına qatmaq müqabilində ondan aqrar sektora dövlət büdcəsindən ayrılan vəsaitləri dayandırmağı, gömrük siyasətinə dəyişikliklər etməyi, qanunvericiliyini ÜTT şərtlərinə müvafiq etməyi, xidmətlər sahəsin tariflərini təkmilləşdirməyi tələb edir.
Danışıqların birinci raundu 2002-ci ilin iyulunda Cenevredə olub.
ÜB EKSPERTLƏRİ "AZƏRBAYCANIN MALİYYƏ SEKTORUNA TEXNİKİ YARDIM" LAYİHƏSİNİN REALİZƏSİ İLƏ TANIŞ OLURLAR
BAKI.21.01.2004. MEDİA-PRESS: Azərbaycanın maliyyə sektoruna texniki yardım və sahənin inkişafına dair layihənin reallaşdırılmasının təhlili Ümümdünya Bankı (ÜB) missiyasının Bakıya gəlişinin əsas məqsədidir. Bankın Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, ekspertlər bank sektorunun islahatını,strukturunun təkmilləşdirilməsini, xırda bankların birləşdirilməsini Azərbaycan Milli Bankının rəhbərliyi ilə müzakirə edəcəklər.
Bu barədə saziş 2001-ciilin noyabrında imzalanıb və 2006-cı ildin fevralınadək qüvvədə olacaq. Beynəlxəlq İnkitşaf Assosiasiyası bu məqsədlə $6, 27 milyon güzəştli kredit ayırıb. Qalan pulu isə respublikam ödəməlidir.
Missmiya nazirliklə daha bir layihəni- Azərbaycanın qeyri-neft bölməsində özəl sahəyə yardım layihəsini də müzakirə edəcək. Bu layihə təqribən $15 milyona başa gələcək.
RƏSMİ BAKI ATƏTĞ-İN MİNSK QRUPUNDAN QARABAĞ MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏSİNƏ DAİR YENİ TƏKLİFLƏR GÖZLƏYİR
BAKI.21.01.2004. MEDİA-PRESS: ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri ermənistan-azərbaycan münaqişəsinin nizamlanması üzrə yeni təkliflər hazırlamalıdır.KİV nümayəndələri ilə söhbətində Azərbaycan prezidenti İlham Əliyev belə deyib.
Dövlət başçısı Minsk qrupunun son illərdəki fəaliyyətini "uğursuzğuq" kimi qiymətləndirərək, qeyd edib ki, azərbaycan ictimaiyyəti vasitəçilərdən çox şey gözləyir.
Azərbaycan prezidenti bir daha münaqişənin dinc həllinə tərəfdar çıxaraq deyib:"Biz müharibə istəmirik.İstəmirik ki, adamlarımız həlak olsun. Biz yeni qurbanlar istəmirik".
İlham Əliyev sülh danışıqlarının, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun davm etdirilməsini indiki mərhələdə zəruri sayır, bu şərtlə ki, ATƏÇT-in Minsk qrupu "kənar müşahidəçi" mövqeyi tutmasın.
Azərbaycan lideri Ermənistan przidenti ilə artıq bir dəfə görüşdüyünü xatırladaraq deyib:" Zərurət yaranarsa, bu görüşlər gələcəkdə davam etdiriləcək".
Öz iqtisadi və hərbi potensialını möhkəmləndirməklə, Azərbaycanın poblemin siyasi həllinə nail olacağına əminliyini bildirən prezident Əliyev deyib:" Əgər bu, baş verməsə belə, biz yaranmış vəziyyətlə barışmaq niyyətində deyilik". Xalqın səbrinin tükəndiyini qeyd edən İ.Əliyev "Azərbaycanın öz ərazilərini istədiyi vaxt və bütün vasitələrlə azad etməyə tam haqqı var" deyib və eyni zamanda vurğulayıb ki, problemin həllinin ayrı yolları barədə yalnız o zaman mümkün olacaq ki," prosesin nizamlanmasının sülh vasitələrinin tam tükəndiyinə əminlik yaransın". Sitatın sonu.Prezident vurğulayıb ki, Azərbaycan işğal ərazilərini hökmən azad edəcəkdir.
İlham Əliyevin Fransaya fevralın 22-də başlayan rəsmi səfəri gedişində qarabağ nizamlanması problemi mərkəzi mövzulardan biri olacaq.Fransanın ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olduğu bəllidir. Prezident İ.Əliyev deyib:" Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, bu yöndə daha fəal rol oynamalıdır. Ona görə də hesab edirəm ki, bu mövzu danışıqlarda əsas yer tutacaq".
AZƏRBAYCAN PREZİDENTİ BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏ VƏ XƏZƏRİN STATUSU MƏSƏLƏLƏRİNİ MOSKVADA MÜZAKİRƏ EDƏCƏK
BAKI.21.01.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham ƏLİYEV VEVRALIN ƏVVƏLİNDƏ Moskvaya rəsmi səfəri gedişində beynəlxalq terrorizmlə mübarizə , Xəzərin statusu və ikitərəfdi münasibət məsələlərini müzakirə etmək niyyətindədir. Bu barədə məlumat verən XİN rəhbəri Vilayət Quliyevin sözlərinə görə,6 ikitərəfli sənəd, o cümlədən hər iki prezidentin Moskva bəyannaməsinin imzalanması planlaşdırılır. Hər iki ölkənin siyasi həyatında, regionda və dünyada baş vermiş dəyişikliklər bu sənəddə öz əksini tapacaq.
AZƏRBAYCAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN ANDİÇMƏ MƏRASİMİNDƏ İŞTİRAK ETMƏYƏCƏK
BAKI.21.01.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti Gürcüstan prezidenti seçilmiş Mixail Saakaşvilinin inaqurasiya mərasimində iştirak etməyəcək.
İlham Əliyev həmin vaxt Fransada rəsmi səfərdə olacağı üçün Gürcüstan səfərini planlaşdırmadığını, həm də belə praktikanın əvvəllər də olmadığını deyib.
Gürcüstanla ikitərəfli münasibətlərdən danışan prezident əlaqələrin inkişafına tərəfdar çıxdığını, son vaxtlar Saakaşvili də daxil, qonşu ölkənin , demək olar ki, bütün rəhbərləri ilə görüşdüyünüdeyib:"Biz əminik ki, ölkələrimizin əməkdaşlığı inkitşaf etməli və möhkəmlənməlidir,Azərbaycan və Gürcüstan yalnız birgə olarlarsa, uğur qazana bilərlər.Bakı_Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşması ölkələrimizi daha da yaxınlaşdıracaq".Sitatın sonu.
AZƏRBAYCAN-TÜRKİYƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYA BTC ƏİK TİKİNTİSİNİN GEDİŞİNİ TƏHLİL EDƏCƏK
BAKI.21.01.2004. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas ixrac kəməri (BTC ƏİK) tikintisinin gedişi yanvarın sonunda azərbaycan-türkiyə hökumətlərarası komissiyasının iclasında müzakirə ediləcək.
Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərə deyib ki, Türkiyə XİN rəhbəri Abdullah Gülün Bakıya bu yaxınlardakı səfəri gedişində ayın sonunda bu məsələnin müzakirəsini keçirmək təkli olunub. Bu məqsədlə də komissiyanın həmsədri, baş nazirin müavini Abid Şərifov Türkiyəyə səfər edəcək.
Prezidentin sözlərinə görə, borunn çəkilişi müvəffəqiyyətlə davam edir. " Bizim istəyimiz onu vaxtında başa çatdırmaqdır. Hər hansı ləngimə varsa, hələ onun qarşısını almaq mümkündür və əminəm ki, ƏİK vaxtında istismara veriləcək. Türkiyə tərəfi də bizi əmin edir ki, bütün işlər vaxtında görüləcək". Sitatın sonu.
BTC ƏİK-in Türkiyə hissəsinin çəkilişində yaranmış ləngimələr onun istismara verilməsini 2004-cü ilin sonundan 2005-ci ilin ortalarınadək yubada bilər. Lakin tikintinin əməliyyatçısı BOTAŞ dövlət boruçəkmə şirkəti öz sahəsində işləri sürətləndirməyə boyun olub.
Dəyəri 2,95 mlrd. olan ƏİK-in vəsaitlərinin 30 faizi layihə iştirakçısı olan şirkətlərin, 70 faizi isə kreditlərin payına düşür. Əvvəlcə, kreditlərin 2003-cü ilin may- iyun aylarında almaq nəzərdə tutulurdu. Lakin layihənin yubanması kreditlərin ayrılmasını noyabradək təxirə saldı. Şirkətlər öz daxili mənbələri hesabına maliyyələşdirməni davam etdirməyi qərara aldılar. Bunun üçün təqribən 800 mln. dollar lazımdır.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 3,6 mlrd.dollardır və bu vəsaitin 2,95 milyard dolları inşaat işlərinə xərclənəcək.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və
Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır.
EXXONMOBİL "ZƏFƏR-MƏŞƏL" STRUKTURUNDA YENİ KƏŞFİYYAT QUYUSU QAZMAĞA BAŞLAYIB
BAKI.21.01.2004. MEDİA-PRESS: ARDNŞ prezidentinin müavini Xohbəxt Yusifzadə "İnterfaks-Azərbaycan" agentliyin məlumat verib ki, Exxon Mobil şirkəti "Zəfər" strukturunda yeni kəşfiyyat quyusu qazmağa başlayıb.
O, yeni quyunun əvvəlkinin yüz metrliyində yerləşdiyini və layihə dərinliyinin 6,8 min metr olacağanı qeyd edərək deyib:" Dərinlik artıq min metrə çatsa da, hələ heç bir problem yoxdur".
Şirkət əvvəlki (1-ci) kəşfiyyat quyusunda qazmaya 2003-cü il noyabrın 7-də başlamışdı. Danimarkanın Maersk Contractors şirkəti qazmanı yeni yarımdalma qurğusu "Lider"dən aparırdı. Lakin dekabrın ortalarında qazmaçılar min metr dərinlikdə güclü su axını ilə qarşılaşdılar və onu dayandıra bilmədilər. Büdcədən qazma işlərinə ayrılmış vəsaitin yarısı -$40 milyonu artıq xərclənmişdi.
Quyunun layihə dərinliyi 6800 metrdir. Burada dənizin dərinliyi-618 metrə çatır. Əsas məqsəd "Fasilə layı"nı və "Balaxanı layı"nın 8-ci üfüqünü açmaqdır. ARDNŞ və transmilli Schlumberger tərəfindən təsis edilmiş Caspian Geophysical birgə müəssisəsi qüyunun təməlinin qoyulacağı nöqtəni seçməzdən qabaq 850 kv. km. ərazidə üçmiqyaslı seysmik kəşfiyyat aparıb. Layihənin operatoru- ExxonMobil amerika şirkəti, qazma podratçısı- Maersk Contractors danimark şirkətidir. Qazma işləri "Lider" yarımdalma qurğusundan aparılır.
"Zəfər-Məşəl" bloku Xəzərdə, Bakıdan 130 km. cənub-şərqdə yerləşir, sahəsi-643 kv. kilometr, dərinliyi isə- 450-950 metr arasındadır.
"ZƏFƏR-MƏŞƏL" strukturu 1961 -ci ildə seysmik tədqiqatlar nəticəsində aşkara çıxarılıb. Amma orada ilk geofiziki işlər 1985-87-ci illlərdə görülüb. Blokda kəşfiyyat qazması aparılmayıb. Müqaviləyə görə, podratçı kəşfiyyat dövrü ərzində burada 3-miqyaslı seysmik kəşfiyyat aparmalı və 2 kəşfiyyat quyusu qazmalıdır.
"Zəfər-Məşəl" müqaviləsi 1999-cu il aprelin 27-də ABŞ-da imzalanıb. İştirak payları belədir: Azərbaycan Dövlət Neft şirkəti-50%, amerika şirkətləri: ExxonMobil -30% və Conoco- 20%. Layihənin dəyəri təqribən $2 milyarddır. Neftin proqnoz eştiyatları- 140 mln. tondur( 100 mln.-Zəfər, 40 mln.-Məşəl).
"GÜNƏŞLİ" YATAĞINDA NÖVBƏTİ QUYU QAZILIB
BAKI.21.01.2004. MEDİA-PRESS: ARDNŞ-in işlədiyi "Günəşli" yatağının dayaz hissəsində stasionar dəniz platforması -19-dan 4-cü istismar quyusu qazılıb. Dərinliyi 2930 metr olan quyu gündə 194 ton neft və 50 min kub metr qaz verir.
Şirkətin Media_Pressə verdiyi bu məlumata görə, platformadan 3100-4200 metr dərinliyində 8 quyu ( 6 qaz və 2 neft) qazılacaq. Qazın bir qismi payız-qış mövsümündə respublikanın tələbatının ödənilməsinə yönəldiləcək, qalanından isə quyuların qaz-lift metodu ilə istismarı üçün istifadə ediləcək. Platformada yeni quyuların işə düşməsi ilə "Günəşli"də gündəlik qaz hasilatını 2,5 mln. kub metr artırmağa imkan verəcək.
AZƏRBAYCANA QAZ VERİLMƏSİ YNƏ DƏ SUAL ALTINDADIR?
BAKI.21.01.2004. MEDİA-PRESS: Rusiyanın "Qazprom" və "İtera" şirkətləri arasında ixtilaflar həll olunmayıb. Deməli,Azərbaycan və bütövlükdə Cənubi Qafqaz qazsız qala bilər. Bu azmış kimi, hələ keçən il adını rüsvay etmiş Federal dövlət unitar müəssisəsi "Çeçenqazprom" Gürcüstan, Ermənistan və Azərbaycana verilən qazın dayandırılması ehtimalını elan edib.
Müəssisə rəhbərliyi ehtiyat edir ki, "Qazprom" və"İtera"nın münaqişəsi üzündən onu qaçaqmalçılıqda ittiham edə bilərlər: axı , 2004-cü ildə Cənubi Qafqaz respublikalarına qazın tranzitinə dair onunla heç bir müqavilə imzalanmayıb. "Qazprom" isə eddia edir ki, "Çeçenqazprom" Çeçenistanda işlətdiyi qazın pulunu ödəmir və istəyir ki, bu yanacağın tranziti üçün pul qopartsın.
"Çeçenqazprom" Çeçenistan ərazisindəki 110-km.-lik boru xəttinin sərancamçısıdır. Bu boru ilə həm də Dağıstana və Stavropol diyarına qaz verilir (ildə azı 15 mlrd. kub metr). Bu il Azərbaycan həmin kəmərlə 6 mlrd. kub metr zanacaq almalı idi. Müəssisə "Qazprom"a tabe deyil və onunla yalnız qazın tranzitinə dair tərəfdaşlıq müqaviləsinə malikdir.
Dünən "Çeçenqazprom"un müdriyyəti "Qazprom" rəhbəri Aleksey Millerə, "İtera" İdarə heyətinin sədri İqor Makarova və RF Dövlət Gömrük komitəsinin sədri Mixail Vaninə məktub göndərərək, "yuk göndərənlərlə qaz sahibkarları arasında müvafiq müqavilələr imzalananadək gömrük tərtibatını və qaz ixracını dayandırmağı" təklif edib. Son 3 həftədə yanacaq boru ilə müqavilə olmadan axıdıldığı üçün "Çeçenqazprom"un qazı qaçaqmal saymağa formal da olsa, əsası var…
Şirkətin baş direktoru Vahid Bersanov deyib:" Biz "Qazprom"dan ən yaxın günlərdə cavab gözləyirik. Cavab müsbət olmazsa ( yəni "Qazprom" tranzit müqaviləsi bağlamazsa), biz cavab aldıqdan dərhal sonra qaz tranzitini məşdudlaşdıracağıq.
Enenrgetika nazirliyi mətbuat xidmətinin rəisi Yuri Noqotkov nazirliyin müqaviləsiz qaz tranzitinə mövqeyişi şərh etməkdən boyun qaçırıb. "Qazprom"da isə deyiblər ki, "4,69 mlrd. manat borcu olan çeçen tərəfi tranzit haqqı almaq üçün müqaviləni iki hissəyə- ixrac və tranzit müqavilələrinə ayırmağa çalışır və Çençenistanda işlətdiyi qazın pulunu əvvəlki kimi ödəmir. Biz "Çeçenqazprom"la tranziti və icracı birləndirən bir sənəd imzalamağı planlaşdırırıq və Cənubi Qafqazın bura dəxli yoxdur".
Bununla belə, "Çeçəenqazprom"un ultimatumu "Qazprom" və "İtera"nı sövq etməlidir ki, Cənubi Qafqaz bazarının bölüşdürülməsinə dair aralarındakı çəkişməni həll etsinlər. Məlum olub ki, Aleksey Miller gürcüstan və ermənistan qaz şirkətləri rəhbərliyinə "İtera" ilə münaqişəsini həll edəcəyinə və Cənubi Qafqaza qaz ixracını sabitləşdirəcəyinə söz veprib.
OPEK RƏHBƏRİ: KARTEL NEFT HASİLATINDA ƏN YÜKSƏK HƏDDƏ NAİL OLUB
BAKI.21.01.2004. MEDİA-PRESS: OPEK-də neft hasilatı ən yüksək həddə çatıb.Təşkilatın prezidenti və eyni zamanda Kartelin baş katibi Purnomo Yusgiantoro britaniya qəzeti The Financial Times-ə bu barədə müsahibəsində kartelin müəyyən edilmiş kvotaları aşdığını etiraf edib və neftin qiymətinin indi çox yüksək olması fikri ilə razılaşıb.
O deyib:" OPEK qiymətlərin sabitləşməsi üçün mümkün olanı edir, ancaq bu məsuliyyət yükü yalnız kartlin çiyinlərinə düşməməlidir. Bir barrelin dəyərini dolların aşağı düşən məzənnəsi ilə hesablasaq, qiymətin , deyilənlərə rəğmən, o qədə də yüksək olmadığını görərik".
20 yanvar hərracı nəticəsində neftin OPEK "səbəti" ilə ifadə olunmuş bir barrelinin orta qiymətinin 31,01 dolları keçib. Bu göstərici OPEK-in müəyyənləşdirdiyi orta qiymət həddindən ( $22-28) artıq 33-cü gündür ki, yüksəkdir. Kartelin yazılmamış qanunlarına görə, belə hallarda OPEK artıq 20 gündən sonra müvafiq tədbirlər görməlidir. Lakin bu, hələki, baş verməyib.
<<< <<<