rus || eng
2003-CÜ İLDƏ AZƏRBAYCANDA YÜKDAŞIMALARININ HƏCMİ 11,1% ARTIB
BAKI.23.01.2004. MEDİA-PRESS: 2003-ildə Azərbaycanda 109,4 mln. ton yük daşınıb ki, bu da 2002-ci ilin eyni dövründəkindən 11,1% çoxdur.
Respublika Dövlət Statistika komitəsinin məlumatına görə, yüklərin 54 faizi avtomobil, 18,1 faizi- dəmir yolu, 15,8 faizi- magistral boru , 12,1 faizi-dəniz nəqliyyatı ilə daşınıb.
2004-cü ildə isə yükdaşımalarının həcmi 111,5 mln. ton təşkil edəcək. Avtomobil nəqliyyatı ilə 61 mln. ton ( artım-7%), dəmir yolu ilə-19,3 mln. ton (3,7%),, borularla-17,2 mln. ton (2,3%) və dəniz nəqliyyatı ilə-14 mln. ton (12,9%) yük daşınacaq.
Proqnoza görə, 2004-cü ildə Bakı Dəniz Ticarət limanında 12 mln. ton ( artım-20%) yük vurulub-boşaldılıcıq, sərnişin dövriyyəsi-12,7 milyard (artım-5,1%) sərnişin \km. olacaq və bunun 10,1 milyardı avtomobil nəqliyyatının payına düşəcək.
AZƏRBAYCANDAN KEÇƏN AVRASİYA DƏHLİZİ İLƏ YÜKDAŞIMILARI 11 AYDA 13% ARTIB
BAKI.23.01.2004. MEDİA-PRESS: 2003-cü ilin 11 ayında Azərbaycandan keçən TRACECA Avrasiya nəqliyyat dəhlizi ilə 37,4 mln. ton yük daşınıb ki,bu da əvvəlki ilə nisbətən 13,2 % çoxdur.
Dövlət Statistika komitəsinin "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi bu məlumatında daha sonra qeyd olunur ki, daşımaların 46,4 faizini və ya 17,4 mln. tonunu tranzit yükləri təşkil edib və 2002-ci illə müqayisədə artım -16,2% və ya -2,4 mln. ton olub.
Azərbaycan nəqliyyatçılarının hesabat dövründə qazancı 2002-ci ilin 11 ayı ilə müqayisədə 19,7% artaraq 828,5 mlrd. manata çatıb (yanvarın 22-ə rəsmi məzənnə- 4931 manat =1$). Bü müddətdə tranzit daşımılarından götürülən gəlir 22,8% artaraq-507,7 mlrd. manat olub. Tranzit sərnişindaşımalarından gəlirlərin həcmi isə 8,2% çoxalaraq 133,4 mlrd. manat təşkil edib.
Avrasiya nəqliyyat dəhlizi Frankfurtdan (Almaniya) başlayıb Şanhayda (Çin) başa çatır.Azərbaycan,Ermənistan,Gürcüstan, Bolqarıstan,Rumıniya, Ukrayna, Moldova,, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan TRACECA layihəsinin iştirakçılarıdır.
UKRAYNA BAŞ NAZİRİNİN MÜAVİNİ İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİNİ BAKIDA MÜZAKİRƏ EDƏCƏK
BAKI.23.01.2004. MEDİA-PRESS: Yanvarın sonunda Bakıya gələn Ukrayna baş nazirinin müavini Andrey Klyuyev Azərbaycanla iqtisadi əməkdaşlığın gələcək inkişafı məslələrini müzakirə edəcək.
Bu barədə "İnterfaks-Azərbaycan"a məlumat verən Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko deyib:" Səfər gedişində azərbaycan hökumətinin üzvləri ilə nəzərdə tutulan görüşlərdə müxtəlif sahələrin problemləri , o sıradan, qarşılıqlı əmlak iddiaları məsələsi müzakirə ediləcək,həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın fəallaşdırılması yolları araşdırılacaq".
AZƏRBAYCAN RUSİYA VƏ İRANLA SƏRHƏDLƏRİNİ YAXIN VAXTLARDA MÖHKƏMLƏTMƏYİ PLANLAŞDIRIR
BAKI.23.01.2004. MEDİA-PRESS: Yaxın vaxtlarda Azərbaycan dövlət sərhəddini Rusiya və İran istiqamətlərində möhkəmlətmək niyyətindədir.
Azərbaycan Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyev deyib:" Yaxın vaxtlarda Horadizdə (İranla sərhəddə) və Şəkidə (Rusiya ilə sərhəddə) sərhəd dəstələrinin yaradılması, Dövlət Sərhəd Xidməti aviabazasının açılışı planlaşdırılır. Yaxın gələcəkdə şimal, şimal-qərb və cənub istiqamətlərində də ölkə sərhədlərinin möhkəmləndirilməsi üzrə ayrı tədbirlər görülməsi nəzərdə tutulur".
E.Quliyev tezliklə Azərbaycan Sərhəd Xidmətinə Xəzərin " sərhəd sularından çıxan bütün gəmiləri qeydiyyata almaq" səlahiyyətinin veriləcəyini bilditrib, beynəlxalq terrorizim, narkotik maddələr qaçaqmalçılığı və sair transsərhəd cinayətkarlığı ilə mübarizədə Azərbaycanın Rusiya və Gürcüstanla uğurlu qarşılıqlı fəaliyyətini qeyd edib.
Yeri gəlmitşkən, bu problemlər yanvarın 26-28-də Bakıya gələn İran Sərhəd Qoşunları rəisi Behnam Şəriəti Fəra ilə danışıqlarda da müzəkirə ediləcək.
BAKI İŞĞAL ƏRAZİLƏRDƏ NARKOTİK MADDƏLƏR İSTEHSALI ÜZRƏ LABORATORİYALARIN OLMASINA DAİR MƏLUMATA MALİKDİR
BAKI.23.01.2004. MEDİA-PRESS: Azərbaycan Ermənistanın Dağlıq Qarabağ və işğal etdiyi digər azərbaycan torpaqlarında narkobiznesin çiçəklənməsi üçün hər cür şərait yaratması barədə dəqiq məlumata malikdir. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK ) sədri Kəmaləddin Heydərov belə deyib.
Onun dediyinə görə, DGK və Xüsusi Xidmət orqanlarının əlində Azərbaycanın işğal edilmiş torpaqlarında uyuşdurucu maddələr emalı üzrə laboratoriyaların fəaliyyət göstərməsi barədə mülumat vardır.
K. Heydərov xatırladıb ki, azərbaycan tərəfi bu məsələni dəfələrlə beynəlxalq forumlarda qaldırıb.
FRANSA VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN İNKİŞAFI VƏ QARABAĞ TƏNZİMLƏNMƏSİ PROBLEMLƏRİNİ PARİSDƏ BUGÜNKİ GÖRÜŞDƏ MÜZAKİRƏ EDƏCƏKLƏR
BAKI.23.01.2004. MEDİA-PRESS: Fransa prezidenti Jak Şirakın dünən Parisə gəlmiş azərbaycanlı həmkarı İlham Əliyevlə bu günki danışıqlarının gündəliyinə ikitərəfli münasibətlərin inkişafı və Qarabağ nizamlanması problemləri daxildir. Bu məlumatı İTAR-TASS-ın müxbirinə Yelisey sarayınn rəsmi nümayəndəsinin müavini Lorans Oer verib.
Demokratiyanın və hüquqi dövlətin möhkəmləndirilməsi, seçkilərdən sonra Azərbaycanda daxili siyasi vəziyyətin inkişafı məsələləri də müzakirə ediləcək. Başlıca diqqət isə Azərbaycanla əməkdaşlığın daha da inkişafı məsələlərinə yönəldiləcək. Sitat:" Bizim ikitərəfli ticarətimizin həcmi üçqat artıb və Fransa indi Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. Təsadüfü deyildir ki, İlham Əliyevin səfəri proqramına işgüzar dairələrin nümayəndələri ilə bir sıra görüşlər daxil edilib.Fransa Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, nizamlanma prosesində fəal iştirak edir və odur ki, danışıqlarda bu problemin, habelə qafqaz regionunun ayrı problemlərinin qaldırılacağı da təbiidir".
Səfərinin ilk günündə İlham Əliyev Senatın sədri Kristian Ponsele və Fransa işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.
Səfərin yekununda bir sıra ikitərəfli sazişlərin imzalanacağı gözlənilir.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: BAKI RUSİYA, ABŞ, FRANSA VƏ Aİ-NİN DİGƏR ÖLKƏLƏRİ İLƏ MÜNASİBƏTLƏRİN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
BAKI.23.01.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə, ABŞ, Fransa və Avropa İttifaqının ayrı ölkələri ilə münasibətlərin inkişafına Bakının böyük əhəmiyyət verdiyini bildirib.
Azərbaycan prezidentinin Fransaya səfəri ilə bağlı Parisin "Fiqaro" qəzeti cümə günü onunla müsahibəni dərc edib.Sitat:"Rusiya ilə münasibətlərin istiləşməsi 2000-ci ildə başlayıb.Moskva və Bakı əməkdaşlığın bütün sahələrində böyük uğürlar qazanmağa müvəffəq olublar və rusiya-azərbaycan münasibətlərini iki qonşu arasınadakı münasibətlərə yaxşı nümunə hesab etmək olar".
İ.Əliyev Azərbaycanın " müvəffəqiyyətini nümayiş etdirmiş" xarici siyasət xəttinin varisliyini təsdiqləyib.Sitat:"Bəziləri ilə yaxşı münasibətlər saxlamaq başqaları ilə pis münasibətlər demək deyil.Azərbaycan ABŞ-la, Rusiya və Avropa ölkələri ilə tam müstəqil siyasət yeritməyə qadirdir".
Prezident deyib : "Biz özümüzü Avropanın bir həssəsi sayırıq. Azərbaycan Avropanın şərq sərhəddi, öz gələcəyini avropa qurumlarına inteqrasiyada görən bir ölkədir" . O,bununla bağlı Avropa İttifaqı ilə, xüsusən də Fransa ilə münasibətlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Müsahibəsində Cənubi Qafqazda hərbi bazalar və Dağlıq Qarabağ probleminin nizamlanmasına toxunan azərbaycan prezidenti ölkə ərazisində xarici bazaların olmadığını deyərək, əlavə edib ki,"Biz amerikanlarla da bu mövzuda heç bir danışıq aparmırıq".
O," Xarici hərbi bazalarsız Qafqaz" fikrini irəli sürərək, "təhlükə mənbəyi" adlandırdığı Rusiyanın Ermənistandakı bazasını da o sıraya aid edib.
Qarabağ problemindən danışan prezident deyib:"Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə və onun Ermənistanın tərkibinə qatılmasına heç zaman razılıq verməyəcək". Onun sözlərinə görə,"ATƏT-in Minsk qrupunun işinə üstünlük verilməlidir.
İ.Əliyev " qonşu Gürcüstandakı hadisələrdən hansı ibrət dərsi götürübsünüz?" sualını belə cavablandırıb.Sitat " Bizə ibrət dərsi gərək deyil. Hadisələr Gürcüstandakı vəziyyətin nə qədər kövrək oldüğünü göstərdi. Bizdə vəziyyət bam-başqadır. Bizi xalq dəstəkləyir".
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA SƏFƏRİ 2004-CÜ İLİN İLK YARISINA PLANLAŞDIRILIR
BAKI.23.01.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri cari ilin birinci yarısına planlaşdırılır. Media-Press agentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə məlumat verən Qazaxıstanın Azərbaycandakı Səlahiyyətli səfiri Andar Şukputov səfər zamanı tərəflərin bir neçə saziş imzalayacağını deyib.
Diplomat həmçinin bildirib ki, martın əvvəllərində Bakıda azərbaycan-qazaxıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 2-ci iclası keçiriləcək və ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri orada müzakirə ediləcək.
Komissiyanın həmsədrləri Azərbaycan hökuməti baş nazirinin birinci müavini Abbas Abbasov və Qazaxıstanın Energetika və Mineral ehtiyatlar naziri Vladimir Şkolnikdir.Qazaxıstanın Milli Bankını, Xarici İşlər, İqtisadiyyat əv Maliyyə nazirliklərini təmsil edən ekspertlər iclasa ilkin hazırlıq görmək məqsədi ilə bir həftədən sonra Bakıya gəlir.
RUSİYA NÖVBƏTİ XƏZƏR SAMMİTİNİN TEHRANDA KEÇİRİLMƏSİ İLEYASINI DƏSTƏKLƏYİR
BAKI.23.01.2004. MEDİA-PRESS: Rusiya tərəfi Xəzərin növbəti sammitinin Tehranda keçirilməsinə dair İranın təşəbbüsünü dəstəkləyir. Bu məlumatı jurnalistlərə RF prezident aparatı başçısının müavini Sergey Pixodko verib. O, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkməistan və İranın daxil olduğu " xəzər beşliyi"in əvvəlki sammitində "Xəzər problemləri üzrə yüksək səviyydə növbəti görüşün Tehranda keçirilməsi"ndən bəhs olunduğunu yada salaraq ,"Rusiya buna etiraz etməyib" deyib.
Prixodko bununla yanaşı qeyd edib ki, rusiya tərəfinin fikrincə, sammitdə " istər Xəzərin hüquqi statusu, ekoloji problemləri, istərsə də başqa məsələlər üzrə əməli razılaşmalara gəlmək" lazımdır.
O axırda qeyib: " yəqin "xəzər beşliyi"nin sammitinədək bu dövlətlərin XİN başçılarının görüşü keçirilcək".
BP -AZERBAİJAN VƏ ONUN "ŞAH-DƏNİZ" LAYİHƏSİ ÜZRƏ TƏRƏFDAŞLARI "ƏHALİYƏ SƏRMAYƏ" PROQRAMINA $1,5 MİLYON MƏBLƏĞİNDƏ QRAN AYIRIBLAR
BAKI.23.01.2004. MEDİA-PRESS: BP-Azerbaijan və onun "Şah-Dəniz" layihəsi üzrə tərəfdaşları "Əhaliyə sərmayə" proqramının reallaşmasına $1,5 milyon həcmində qrant ayrıblar.
"Şah-Dəniz" layihəsi çərçivəsində Sosial investisiyalar üzrə menecer Devid Parumsun məlumatına görə, tenderdə 10 yerli və beynəlxalq qeyri-hökumət təşkilatı iştirak edib.Seçim nəticəsində aşağıdakılar qrantla təltif olunub6
International Community Assistance ($399,773 min) - Bakının Zıx və Bibi-Heybət qəsəbələri yaxınlığındı "Şah-Dəniz" layihəsi çərçivəsində iş aparan yerli sahibkarların maliyyələşdirilməsi üçün;
"ÜMİD" humanitar və sosial yardım mərkəzi ($649,875 min) - başlıca sosial-iqtisadi məsələlərin həlli yolu ilə əhəlinin həyatını yaxşılaşdırmaq məqsədi ilə yerli əhalini daxili və xarici ehtiyatlardan istifadəyə təşviq proqramının realizəsinə. Bu proqram Bakının Xətayi rayonunda Zıx zavodunun ("Şah-Dəniz" layihəsinin reallaşmasının iştirakçısı) istehsalat meydançasına yaxın yerdə həyata keçiriləcək;
World Vision Elmi-İstehsalat birliyi Bakının Qaradağ rayonu əhalisinin mikrolayihələşdirilməsi üçün $450 min qran alıb.
Ümumiyyətlə BP -Azerbaijan və onun "Şah-Dəniz" layihəsi üzrə tərəfdaşları əhaliyə sərmayə ayrılmasına $1,780 milyon xərcləyəcəklər. Qalan $280 min ayrı proqramların reallaşdırılması üçündür.
Xatırladaq ki,keçən il BP-Azerbaijan və onun tərəfdaş şirkətləri Azərbaycanda bütün layihələr üzrə sosial sahəyə $4,525 milyon investisiya yönəltmişdilər.
"AZƏRENERJİ"DƏ MÜASİR SKADA DİSPETÇER İDARƏ SİSTEMİNİN TƏQDİMATI KEÇİRİLİB
BAKI.23.01.2004. MEDİA-PRESS: Transmilli Areva T&D korporasiyası (atom elektrik stansiyaları tikir və elektrik enerjisi verilişi üçün avadanlıq istehsal edir) enerji şəbəkələrinin dispetçer idarəsinin müasir SKADA sistemini Bakıda azərbaycanlı həmkarlarına təqdim edib.
"Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, SKADA dispetçer idarə sistemi Ukraynada sınaqdan uğurla çıxıb və indi Tacikistanda tətbiq edilməkdədir.
Bundan öncə Siemens (Almaniya) və ABB (İsveçrə-İsveç) şirkətləri də Bakıda öz analoji sistemlərinin təqdimatını keçiriblər.
SC-nin ötən əsrin 70-ci illərində yaradılmış dispetçer sistemi mənəvi və fiziki aşınmaya məruz qaldığından dəyişməlidir.SKADA Azərbaycanın enerji sisteminin mobilliyini (çevikliyini) , əməliyyat qabiliyyətini əhəmiyyətli surətdə artırmağa, fövqəladə hallardan çıxış yolları tapmağa imkan verəcək və "Azərenerji"nin işini daha yüksək səviyyəyə qaldıracaq.
Yeni dispetçer sisteminin tətbiqinə $2,5 milyon avro gərəkdir. Bu vəsaiti KFW bankının (Almaniya) azərbaycan enerji sisteminin bərpası üçün ayırdığı kreditindən - $17,3 milyon avrodan götürmək planlaşdırılır.
Qeyd edək ki, "Elektrik enerjisi verilişi sisteminin bərpası" proqramı 13 sistemyaradan yüksəkvoltlu yarımstansiyada texniki yenidənqurmanı da nəzərdə tutur. Bu stansiyaların transformatorları və ayrı köhnəlmiş avadanlığı əvəzlənəcək. Mütəxəssislərin fikrincə, bu, enerjinin nəqli zamanı itkini 20-25% azaltmağa imkan verəcək.
BP VƏ TPAO (TÜRKİYƏ) 2004-CÜ İLİN DEKABRINDA QARADƏNİZ ŞELFİNDƏ KƏŞFİYYAT QAZMASINA BAŞLAYACAQLAR
BAKI.23.01.2004. MEDİA-PRESS: BP və Türkiyənin dövlət şirkəti TPAO bəyan ediblər ki, Qaradəniz şelfində Türkiyənin şərq sahilində, Rize limanı ilə üzbəüz məntəqədə 2004-cü ilin sonunda kəşfiyyat qazmasına başlamaq niyyətindədirlər.
Beləki, Türkiyənin Energetika naziri Hilmi Güler neft ehtiyatlarının aşkarlanması ehtimalının böyük oduğunu deyib. İndi Türkiyənin gündəlik neft hasilatı 39 min barreldir ki, bu da onun istehlakının heç 15 faizi də deyil.
BP indiyədək bu layihəyə $25 milyon yatırıb və ehtimal ki, daha $25-30 milyon sərf edəcəkdir. Assoşieyted-Press Ankaradan belə xəbər verir.
2003-CÜ İLDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYALAR 71,2 % ARTIB
BAKI.23.01.2004. MEDİA-PRESS: 2003-cü ildə Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu 2002-ci illə müqayisədə 71,2% artıb və 17,81 trln. manat (4931 manat=1$) təşkil edib.
Dövlət Statistika komitəsinin məlumatına görə, ümumi məbləğin 14,3 trilyon manatı, yaxud 80,2 faizi- xarici, 3,51 trilyonu isə daxili sərmayələrdir. 2002-ci illə müqayisədə xarici investisiyalar-45,45%, daxili-28,77 % artıb.
İnvestisiyaların başlıca mənbəini: müəssisələrin öz vəsaitləri (15, 9 trilyon), bank kreditləri (284,9 milyard), büdcə vəsaitləri (498,68 milyard), qeyri-büdcə fondlarının vəsaitləri (142,45 milyard) və əhalinin öz vəsaitləri (569,9 milyard) təşkil edib.
İnvestisiyaların 79,7 faizi- sənayeyə ( bunun da 95 faizi- istixraca), 0,2 faizi- tikintiyə, 10,1 faizi- nəqliyyat və rabitəyə, 0,1 faizi- kənd təsərrüfatına və 0,8 faizi- ticarət və xidmət sahəsinə yönəldilib.
2004-cü ilin dövlət büdcəsi layihəsinə görə, xarici invstisiyaların həcmi təqribən 9%, birbaşa sərmayəqoyuluşu- 8% artacaq. Əcnəbi kapitalının böyük qismi əvvəllər olduğu kimi yenə də neft bölməsinə (artım-5,9%) yönəldiləcək. Bütün investisiyaların həcmi ümumən 7,4% artacaq.
AZƏRBAYCAN HÖKUMƏTİ MİNİMUM ƏMƏKHAQQININ AVQUST-SENTYABRDA YENİDƏN ARTIRILMASI MƏSƏLƏSİNƏ BAXACAQ
BAKI.23.01.2004. MEDİA-PRESS: Azərbaycan hökuməti ölkədə minimum əməkhaqqının 2004-cü ilin avqust-sentyabr aylarında artırılması məsələsinə mövqeyini müəyyənləşdirmək niyyətindədir.O vaxtadək hökumət gələn ilin dövlət büdcəsi layihəsi üzərindəki işini yekunlaşdıracaq və bu barədə fikrini müəyyənləşdirəcəkdir. Jurnalistlərə bu mlumatı Maliyyə naziri Əvəz ğƏləkbərov verib.
Xatırldaq ki, bu il yanvarın 1-dən Azərbaycanda aylıq minimum əməkhəqqı 45 min manatdan 60 min manata qaldırılıb ( yanvarın 23-nə rəsmi məzənnə : 4931 manat =1$). Bu hal məvacibi büdcə hesabına ödənilən 217 min işçiyə şamil ediləcək.2004-cü ilin dövlət büdcəsində minimum əməkhaqqının artırılmasına 44 milyard manat ayrılıb.
Nazir vurğulayıb ki,"minimum əməkhaqqının 60 min manata qaldırılmasının özü böyük bir addımdır və bunu il ərzində iki dəfə etməyə ehtiyac yoxdur. Birdə ki, bu məslədə tarazlaşdırılmış iyasət yeritmək gərəkdir".
Bundan öncə, Milli Məclisin Sosial Siyasət komissiyasının sədri Hadı Rəcəbov demişdi ki, hökumət Azərbaycanın bu yaxınlarda qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun olaraq,minimal əməkhəqqının 120 min manatadək artırılması imkanını araşdırır.
<<< <<<