rus || eng
2003-CÜ İLDƏ AZƏRBAYCANDA SƏRNİŞİNDAŞIMALARININ HƏCMİ 3,1% ARTIB
BAKI.26.01.2004. MEDİA-PRESS: 2003-cü ildə Azərbaycanda 920,9 mln. nəfər sərnişin daşınıb və bu, 2002-ci il göstəricisindən 3,1% çoxdur. Hava nəqliyyatı ilə -870,4 min nəfər ( artım-18,9 %) daşınıb və bunun 20,4 faizi qeyri-dövlət bölməsinin payına düşür.
Dəmir yolunun xidmətlərindən 4,7 milyon adam bəhrələnib (5,7% artım).
Şəhər nəqliyyatında daşımalarda da artım var. 2003-cü ildə metro ilə 127,1 milyon (9,9% çox) , avtomobillərlə-785,6 milyon ( artım-2,3%) adam daşınıb. Ancaq trolleybuslarla vur-tut 2,2 milyon (27 faizdən çox azalma), tramvay nəqliyyatı ilə -405 min _(azalma-64%) sərnişin daşınıb.
Ümumi sərnişindaşımalırının 85,3 faizi -785,6 milyon ( artım-2,3%) nəfər avtomobil nəqliyyatı ilə və bunun da 84,6 faizi qeyri -dövlət (özəl) sektoru vasitəsi ilə daşınıb.
2003-CÜ İLİN YEKUNUNA GÖRƏ, AZDYİ MDB-DƏ ƏN YAXŞI GÖCTƏRİCİLƏR QAZANIB
BAKI.26.01.2004 MEDİA-PRESS: 2003-cü ilin yekunlarına görə, Azərbaycan Dəmir Yolunun (AzDY) göstəriciləri MDB-də ən yaxşıdır.
AzDY İdarəsində Media-Pressə verilən məlumata görə, MDB və Baltik ölkələri DY Nəqliyyat Şurasının fevralın 10-12-də Riqada keçiriləcək 37-ci iclası protokolunun layihəsində və bu ölkələrin DY Baş İdarələrinin fəaliyyətinə dair yekun rəqəmlər nəzərə çatdırılır. Məlum olur ki, AzDY bəzi göstəricilər üzrə, məsələn, yüklərin təhlükəsiz və vaxtında daşınması ( 2003-də artım-8%) , habelə vaqonların dövriyyəsi üzrə birincidir.
Riqa görüşündə əvvəlki iclasın qərarlarının yerinə yetirilməsinin gedişini və 2003-cü ildə dəmir yolu şəbəkəsinin istismar fəaliyyətini; 2003-cü ildə konteyner parkının siyahıya alınmasının yekunlarını və yük vaqonları parkının 2004-cü il qeydiyyatına hazırlanmasını; 2004-cü ildə yük vaqonlarnın planauyğun təmirini; beynəlxalq sərnişin qatarlarında vaqonların texniki vəziyyətinin və sərnişinlərə xidmətin yaxşılaşdırılmasına dair Baş İdarələrin qərarlarının icrasının yekunlarını müzakirə etmək planlaşdırılır.
Bununla yanaşı, 2004-cü ildə dəmir yolu ilə beynəlxalq yükdaşımalarının tarif siyasətini, 2MDB və Baltik ölkələri DY Nəqliyyat Şurasında müşahidəçi statusu haqqında" layihəni və bir sıra təşkilati məsələlər də müzakirə olunacaq.
CODEST (İTALİYA) BİLƏCƏRİ STANSİYASINI YENİDƏN QURACAQ
BAKI.26.01.2004. MEDİA-PRESS: Azərbaycan Dəmir Yolu İdarəsi (AzDYİ) Bakının Biləcəri Yuma-buxarvurma stansiyasının yenidən qurulmasına dair italiyanın CODEST şirkəti ilə müqavilə bağlayıb.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, Biləcəri stansiyasının modernləşdirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)_ 20 milyon dollarlıq krediti hesabına reallaşdırılan respublika dəmir yollarınınyenidən qurulması layihəsi çərçivəsində həyata keçirilir. AYİB kreditinin $4,2 milyonu Biləcəri stansiyasının yenidnqurulmasına sərf ediləcək.
Yuma və buxarvurma stansiyası yeniləşəndən sonra burada gündə 275 vaqon və sistern təmizlənəcək. Stansiyada həm də qatarların yuyulması üçün işllədilən suyu neft çirklənməsindən təmizləyən qurğu tikiləcək və gündəlik gücü min kub metr olacaq.
AYİB ölkənin dəmir yollarının yenidən qurulması layihəsinin reallaşması üçün kreditini 1999-cu ildə ayırır. 15 ilə nəzərdə tutulan bu kreditin 5 ili güzəştlidir.
İRAN SƏRHƏD XİDMƏTİNİN RƏHBƏRİ BAKIYA GƏLİR
BAKI.26.01.2004. MEDİA-PRESS: İran Sərhəd Xəidmətinin rəisi Behnam Şəriəti Fər Bu gün Bakıya gəlir. O, Azərböaycan Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyi ilə görüşəcəkdir.
Danışıqların başlıca mövzusu -sərhəddə qarşılıqlı fəaliyyət, beynəlxalq terrorizm, silah və narkotiklər qaçaqmalçılığına və sair transsərhəd cinayətkarlıqlarına qarşı mübarizə məsələləri olacaq.
İRAN İSLAM İNQİLABI KEŞİKÇİLƏRİ MƏCLİSİ SEÇKİ SİSTEMİ İSLAHATINI RƏDD EDİB
BAKI.26.01.2004. MEDİA-PRESS: İslam inqilabı keşikçilərinin Məclisi parlamentin İranda seçki sisteminin islahatını dair bir gün əvvəl qəbul etdiyi qərara veto qoyub. İslahat həm Məclisin (şuranın) hüquqlarını genişləndirir , həm də qanunvericilik orqanına fevral seçkilərində yüzlərlə mühafizəkarın iştirakına imkan verirdi.
Hökumətin də qərarlarını ləğv etmək səlahiyyətinə malik mühafizəkar orqan- Şura üzvələrinin fikrincə, təklif olunan islahat Şəriət normalarına ziddir və Əsas qanunla uzlaşmır.
Müşahidəçilərin fikrincə, İranda hakimiyyət böhranı son həddə çatıb. Mühafizəkarların vetosu parlament əksəriyyətinin -islahatçıların seçkiləri baykot (təhrim) etməsinə səbəb ola bilər.
İran rəhbərliyində gərginlik İnqilab keşikçiləri 8200 millət vəkilliyinə namizədin siyahısından 3 mindən artıq islahat tərəfdarını çıxartdıqdan sonra başlayıb. Qanunvericilik orqanlarında sərt xətt tərəfdarlarının möhkəmlənməsinə yönəlmiş bu qərar İran hökumətində bir neçə nazirin istefası ilə nəticələndi.
GÜRCÜSTAN HÖKUMƏTİ HƏFTƏNİN SONUNADƏK FORMALAŞACAQ
BAKI.26.01.2004. MEDİA-PRESS: Gürcüstan hökuməti bu həftə formalaşacaq. Dövlət naziri Zurab Jvaniya jurnalistlərə deyib ki, " yeni hökumətin üzvlərindən tələb olunan əsas meyar peşəkarlıq, vətənpərvərlik və ləkəsiz nüfuzdur.O yeni hökumətdə həm gənc, həm də təcrübəli nazirlərin yer alacağını bildirib.
"ORT" TELEŞİRKƏTİ AZƏRBAYCAN ƏRAZİSİNDƏ YAYIMA GÖRƏ BORCUNU FEVRALIN SONUNDA ÖDƏMƏYƏ BAŞLAYACAQ
BAKI.26.01.2004. MEDİA-PRESS: Rusiya teleşirkəti "ORT" öz verilişlərini Azərbaycan ərazisində yayımladığına görə Rabitə Nazirliyinə olan borcunu fevralın sonunda ödəməyə başlayacaq.
Bu məlumatı "İnterfaks-Azərbaycan" agentliyinə ötürən nazirliyin nümayəndəsi sonra deyib:"Aramızda olan razılaşmaya görə, nazirliyə olan borcunu ORT avadanlıqla ödəyəcək və bu iş fevralın sonunda başlayacaq. Rusiya ictimai kanalı ilə martda yeni müqavilə bağlamaq planlaşdırılır. İndi Azərbaycan ərazisində bu kanalın verilişləri hələ 2002-ci ildə imzalanmış müqaviləyə əsasən yayımlanır".
ORT-nin 285 min dollarlıq borcu 2002-cii il yayım haqqını ödəməməsi üzündəe yaranıb. Telekanal bu borcunu yayım avadanlığı verməklə ödəyəcək.
Rusiyanın NTV kanalı da Azərbaycan Rabitə Nazirliyinə borcludur. 160 min dollar borcu olan bu kanalır respublikaya yayımladığı teleproqramlrı 3 il öncə dayandırılıb.
RUSİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN MAHİTYYƏTİ ÜZRƏ DANIŞIQLARI MÜMKÜN QƏDƏ TEZ BƏRPA ETMƏYƏ ÇAĞIRIR
BAKI.26.01.2004. MEDİA-PRESS: Rusiya " Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrədanışıqları mümkün qədər tez bərpa etməyi" zəruri sayır. RF XİN başçısının müavini Vyaçeslav Trubnikov bu gün İTAR-TASSa müsahibəsində bu fikri vurğulayaraq deyib:"Ümid edirik ki, 2004-cü ildə bu münaqişənin nizamlanması prosesində mühüm irəliləyişlər baş verəcək". Rusiya tərəfi həm ikitərəfli əsasda, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ və Fransa ilə birlikdə" mümkün olanı edir ki, bu yeni mərhələ mümkün qədər tez yetişsin".
O diqqəti belə bir cəhətə yönəldib ki, "2002-ci ildə Bakı -Yerevan danışıqları açıq-aşkar dalana dirəndi, keçən il isə prezident seçkiləri üzündən bu iş ümumiyyətlə baş tutmayıb". Ona görə də diplomat hesab edir ki, " indi ümdə məsələ nizamlamanın mahiyyəti üzrə danışıqları mümkün qədər tez bərpa etməkdir".
Ermənistar rəhbəri Robert Koçaryan və Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyev arasında dekabrda Cenevredə İnformasiya cəmiyyəti üzrə Ümumdünya Sammitində kerçəkləşmiş pərdəarxası görüş Trubnikova görə."böyük əhəmiyyət daşısa da, bir çox suallara, o sıradan prosedur qaydalarına aid süuallara aydınlıq gətirə bilmədi və buna hələ vaxt gərək olacaq. Həm də danışıqlar üçün yeni zəmin hazırlanmalıdır. Bu isə heç də sadə işh olmayacaq. Ona görə ki, tərəflərin indiki mövqeləri 2-3 il əvvəlkindən xeyli fərqlənir".
RF XİN müavini problemin həlli imkanını qiymətləndirərkən belə ehtimal irəli sürüb ki," 2004-cü ildə dağlıq qarabağ münaqişəsi nizamlanmayacaq, ancaq dolğn danışıqlar mexanizmi işə düşməlidir".
O deyib ki, "baharda regiona səfər" vasitəçilər yaxın planlarına daxildir. Bna qədər isə onlar " danışıqların müzakirəsinə çıxarılacaq məsələləri müəyyənləşdirmək üçün Bakı ilə Yerevan arasında hazırlıq görüşlərini təşkil etməyi düşünürlər".
Trubnikov deyib:"Prezidentlərin son dərəcə vacib olan görüşləri qeyri-müntəzəm və qısamüddətli olduğu üçün nizamlanmanın mahiyyətinin müzəkirəsi üçün kafi deyil. Odur ki, həmsədrlər Ermənistan və Azərbaycan arasında ikinci səviyyəli danışıqlırı da təşkil etməyə çalışacaqlar. Belə danışıqlar daha müntəzəm, ətraflı və dərin səciyyə daşıyacaq". Sitatın sonu.
Minsk qrupunun fəaliyyətindən danışın RF diplomatı qeyd edib ki," nə üzvlər, nə də həmsədrlər heç zaman passiv olmayıblar. Qrup on ildən çoxdur mövcuddur və onun bu müddətdə təklif etdiyi nizamlama variantlarının hamısı ya Ermənistan, ya da Azərbaycan tərəfindən rədd edilib. Nizamlamanın bütün mümkün variantları əslində danışıqlar prosesinin gündəliyinə çıxarılıbdır".
Trubnikov təəssüflə deyib ki, "tərəflərdən hər biri yenə də ancaq öz mənafeini güdür, rəqibinin mövqeyi ilə hesablaşmır". Buna baxmayaraq,"Minsk qrupu həmsədrləri öz qərəzsiz və xoşniyyətli vasitələr rolunu əvvəlki kimi vicdanla yerinə yetirmək niyyətindədirlər". Sitatın sonu.
UKRAYNA VƏ ERMƏNİSTAN XİN BAŞÇILARI DAĞLIQ-QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINI TBİLİSİDƏ MÜZAKİRƏ EDİBLƏR
BAKI.26.01.2004. MEDİA-PRESS: Ukrayna və Ermənistanın XİN rəhbərləri Konstantin Qrişşenko və Vardan Oskanyan Tbilisi görüşündə dağlıq-qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər.
Bu məlumatı jurnalistlərə çatdıran Ukrayna XİN-i mətbuat xidmətinin rəhbəri Markian Lubkivskinin sözlərinə görə, görüşdə Qrişşenko Ukraynanın bu münaqişənin ən tezlklə həllinə tərəfdar çıxdığını deyərək, vurğulayıb ki, Kiyev beynəlxlq münasibətlərdə ərazi bütövlüyü prinsipini əsas götürür. Mülumdur ki, Ukrayna hələ 2002-ci ilin sonunda bəyan edib ki, dağlıq-qarabağ mənaqişəsinin tənimlənməsində vasitəçi olmağa hazırdır.
Hər iki nazir ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycan arasındakı münaqişəinin həllinə yönəlmiş səylərini dəstəkləyib.
Nazirlərin Tbilisidəki bu görüşü Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Saakaşvilinin andiçmə mərasimində iştirakından sonra baş tutub.
RUSİYANIN AŞ PA-DAKI NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİ DƏSTƏKLƏYƏCƏK
BAKI.26.01.2004. MEDİA-PRESS: Kiprdə və Gürcüstanda vəziyyət Avropa Şurası Parlament Assambleyasının ( AŞ PA) bu gün Strasburqda açılan qış sessiyasının diqqət mərkəzidə duracaq. AŞ PA-da Rusiya, Azərbaycan və Gürcüstandakı seçkilərin yekunları üzrə məruzələr də dinləniləcək.
RF Fedarasiya Şurası Beynəlxalq İşlər üzrə komitəsinin sədri. AŞ PA sədrinin müavini Mixail Marqelov RİA "Novosti"yə bildirib ki, azərbaycan mövzusunda, xüsusən də "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" və Azərbaycanda siyasi məhbuslar adlandırılan mövzularda "ciddi müzakirə və mübahisələr" gözlənilir.
Ancaq M.Marqelov azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı mandatının ləğvini " mümkünsüz" sayır. "Belə halı təsəvvür etmək qeyri-mümkündür" deyən Markelov əlavə edib ki," Rusiya nümayəndə heyəti azərbaycan nümayəndə heyətini dəstəkləyəcək".
Bir sıra kütləvi informasiya vasitələri (KİV) AŞ PA sessiyası ərəfəsində azərbaycan nümayəndə heyəti mandatının ləğv edilə biləcəyini yazaraq, belə təhlükənin guya Assambleyanın Strasburq sessiyasının müzakirəsinə veriləcək qətnamə layihəsində nəzərdə tutulduğunu iddia edirdi. Andreas Qross və Martines Kassan yanvarın 27-də Azərbaycana dair məruzələrlə çıxış edəcəklər. KİV-də qeyd olunur ki, Azərbaycana aid məruzə qətnamə layihəsindən və respublikadakı vəziyyətin təhlil olunduğu məruzədən ibarətdir.
STATOİLİN VİTSE-PREZİDENTİ: AZƏRBAYCAN QAZI CƏNUBİ VƏ MƏRKƏZİ AVROPA BAZARLARINDA RƏQABƏTƏ TAB GƏTİRƏCƏK
BAKI.26.01.2004. MEDİA-PRESS: Azərbaycan qazı Cənubi Avropanın və ehtimal ki, Mərkəzi Avropanın da , bazarlarında rəqabətə tab gətirəcək.Bakıda səfərdə olan norveç şirkəti STAToilin təbii qaz üzrə vitse-prezidenti Piter Melbi belə deyib.
Sitat: " qiymət qazın nəql edilə bildiyi məsafəyə müəyyən məhdudiyyət qoyur. Məncə, azərbaycan qazı ilk növbədə Cənubi Avropa üçün və bəlkə də Mərkəzi Avropa üçün nəzərdə tutulub. Bu səbəbdən avropa bazarlarında çətin ki, norveç qazı ilə rəqabət aparsın, çünki biz qazımızı əsasən Şimali Avropaya və Böyük Britaniyaya ixrac edirik".
Melbi qeyd edib ki, Azərbaycanda Statoilin də iştirak etdiyi qaz istixracı layihələrinin reallaşdırılmasının indiki məqamda başlıca məqsədi azərbaycan qazını vaxtında Türkiyə bazarına çıxarmaqdır. " Ən əhəmiyyətlisi, qazı göstərilən vaxtda Türkiyəyə çatdırmaqdır.Sonrası bəllidir: orada azərbaycan qazı öz qiymətinə görə tam rəqabət qabiliyyətli olacaq".Sitatın sonu.
Statoil vitse-prezidentinin fikrincə, azərbaycan qazının Türkiyə hüdudlarınıdan kənara ixracı 2010-cu ildə reallaşa bilər.Türkiyə və Avropa ilə yanaşı gələcəkdə İran və Rusiya bazarları da nəzərdə tutulur.
P.Melbi "Şah-Dəniz"də qaz istixracını tədricən, bazarın tələbatına uyğun artırmağı daha məqsədəuyğun sayır.Sitat:" Bizim avropa bazarındakı təcrübəmiz göstərir ki, yatağın hasilat gücünün tədricən artırılması iqtisadi baxımdan yeni mərhələyə sıçrayışdan daha sərfəlidir.Hər bir halda əvvəlcə bütün variantların dəyəri hesablanmalı, sonra hansısa seçilməlidir. Məncə, yatağın qaz ehtiyatları daha dəqiq hesablanmalıdır."Şah-Dəniz"in ehtiyatları Norveçin ən böyük "Trol" yatağının ehtiyatları ilə müqayisə oluna bilər".
Qeyd edək ki, STAToil Azərbaycanda "Azəri-Çıraq-Günəşli" ( iştirak payı-25,5%),"Şah-Dəniz" (25,5%) "Araz-Alov-Şərq" (15%) yataqlarnın işlənməsi, "Bakı-Tbilisi-Ceyhan"( BTC -8,71%) neft və "Bakı-Tbilisi_Ərzurum ( BTƏ -25,5%) qaz kəmərlərinin tikintisi layihələrində iştirak edir.
STAToil "Şah-Dəniz" layihəsi çərçivəsində qazın satışı məsələsi ilə məşğul olan Azerbaijan Gas Supply Company-nin əməliyyatçısı( operatoru), həmçinin "Cənubi Qafqaz qaz kəməri"( "Şah-Dəniz" qazının ixracı üçün nəzərdə tutulan BTƏ kəməri) layihəsində kommersiya məsələləri üzrə əməliyyatçıdır. STAToil Azərbaycanda fəaliyyətinə 1992-ci ildə başlayıb və indiyədək müxtəlif
layihələrə -$1,23 milyard, o cümlədən 2003-cü ildə- $474 milyon sərmayə yatırıb.
"Şah-Dəniz" layihəsinin və BTƏ tikintisinin iştirakçıları bunlardır: BP- 25,5%, STAToil-25,5%, LUKAgip(Rusiya-İtaliya)-10%, TotalFinaElf (Fransa)-10%, ARDNŞ-10%, OEİC (İran)-10% və TPAO(Türkiyə)-9%.
STAoil-dən savayı BTC layihəsində BP-30,1%,ARDNŞ-25%, UNOCAL-8,9%, TPAO-6,53%, ENİ-5%, İtochu-3,4%, ConocoPhillips-2,5%, İNPEXC-2,5%, Total -5% və Amerada Hess_2,36% payla iştirak edirlər.
BAKIDA DƏNİZ NEFT-QAZ PLATFORMALARININ MÜHAFİZƏSİ ÜZRƏ AZƏRBAYCAN-AMERİKA TƏLİMLƏRİ BAŞLAYIR
BAKI.26.01.2004. MEDİA-PRESS: Bu gün Azərbaycanda dəniz neft-qaz platformalarının myhafizəsi üzrə birgə azərbaycan-amerika təlimləri başlayır.
Müdafiə Nazirliyinin (MN) məlumatına görə, təlimlər Azərbaycan Hərbi-Dəniz Qüvvələri(HDQ)şəxsi heyətinin üzən neft-qaz qurğularının təhlükəsizliyinin təmini və müdafiəsi üzrə vərdişlərinin təkmilləşdirilməsinə yönəlib.Tədbirdə 18 amerikan, 45 azərbaycan hərbi qulluqçusu və ölkə HDQ-nin iki keşikçi kateri iştirak edəcək. MN bildirib ki, ikitərəfli əməkdaşlıq planına uyğun keçirilən təlimlər fevralın 6-dək davam edəcək.
ABŞ TANKERLƏRİN BOSFORDAN KEÇİDİNİN MƏHDUDLAŞDIRILMASI İLƏ BAĞLI BOĞAZDAN YAN KEÇƏN NEFT KƏMƏRLƏRİNİN AVROPAYA ÇƏKİLMƏSİNİ DƏSTƏKLƏYİR
BAKI.26.01.2004. MEDİA-PRESS: Vaşinqton iri tankerlərin Bosfordan keçidini məhdudlaşdırmaq barədə Türkiyənin bu yaxınlarda çıxardığı qərarla bağlı Aralıq dənizi hövzəsinin emal zavodlarına neft verilməsi üçün Xəzər neftini daşıyacaq kəmərin çəkilişinin sürətləndirilməsinə tərəfdardır. Avropa və Avrasiya üzrə ABŞ Dövlət katibinin müavini Elizabet Cons belə deyib.
Xanım Cons qeyd edib ki, Qaradənizin ekologiyası xüsusi aktuallıq kəsb edir, Qaradəniz regionu və Avropa üçün fövqəladə əhəmiyyət daşıyır, çünki, sitat:"türkiyə boğazından böyük tankerlərin keçidi xeyli məhdudlaşdırılıb.Əgər qəza, neftin dənizə axması və qonşu regionların ekologiyasına ziyan vurulması təhlükəsi yaranarsa, tankerlərin keçidi ümümiyyətlə dayandırıla bilər.Odur ki, Ukrayna, Rusiya və Türkiyə hökumətlərinin bu ekoloji məsələlərin əhəmiyyətini dərk etməsi olduqca vacibdir.Məhz buna görə ABŞ Xəzər neft kəmərini ( Bakı-Tbilisi-Ceyhan neft kəməri- Media-Press) fəal dəstəkləyir".
Vaşinqton hökumətinin təmsilçisi fikrini belə tamamlayıb:" Qaradənizlə neft axınını gücləndirmək çətin ki, iqtisadi baxımdan məqsədəuyğun olsun. Bu, çox mühüm məsələdir.Ukrayna və Rusiya məmurları, eləcə də şirkətlərin rəhbərləri neftin Odessa-Brodı kəməri ilə nəqlinin istiqamətini müəyyənləşdirən zaman bu məsələnin əhəmiyyətini dərk etməlidirlər". Sitatın sonu.
QAZAXISTAN 2004-CÜ İLİN YAYINDA ÇİN SƏRHƏDT SƏMTİNƏ NEFT KƏMƏRİ ÇƏKİLİŞİNƏ BAŞLAMAQ NİYYƏTİNDƏDİR
BAKI.26.01.2004. MEDİA-PRESS: Milli neft-qaz şirkəti "KazMunayqaz" 2004-cü ilin yayında Qazəxıstanın mərkəzindən Çin sərhədinədək uzanacaq Atasu-Alaşankou neft kəmərinin tikinisinə başlamağı planlaşdırır. İnterfaksın məlumatına görə, Şirkətin prezidenti Uzakbay Karabalin Aktauda mətbuat konfransında belə deyib.
O sonra deyib:" Bu istiqaməti hökmən işləyib hazırlamaq gərəkdir. Çində milyonlarla ton neft çatmır, Bizim yaxşı qazanmaq imkanımız var".
AZERSUN HOLDİNQ AZƏRBAYCANDA İLK ŞƏKƏR ZAVODUNUN TİKİNTİSİNƏ BAŞLAYIB
BAKI.26.01.2004. MEDİA- PRESS: Azersun Holdinq şirkəti İmişli rayonunda Azərbaycanda ilk şəkər zavodunn tikintisinə başlayıb.Şirkətdə Media-Pressə bildiriblər ki, tikintisi təqribən 18 aya başa çatacaq bu zavod üçün artıq Almaniya, Türkiyə və Ukraynadan zəruri avadanlığın bir hissəsi gətirilib.
Müəssisənin inşasına $50-60 milyon sərmayə yatırılacaq. İlk mərhələdə hər birinin illik gücü 200 min ton olan iki istehsal xətti işə salınacaq. Sonralar daha iki yeni xəttin işə düşməsi zavodun gücünü ikiqat artıracaq.
Şəkər çuğundurunun yerli fermerlərdən alınması planlaşdırılr. Bu texniki bitkini yetişdirmək üçün Şəki, İmişli rayonlarının, həmçinin Naxçıvan Muxtar Respublikasının fermerlərinə kreditlər ayrılacaq və indi bu işin gerçəkləşdirilməsi yolları araşdırılır.
Respublika Kənd təsərrüfatı nazirliyinin məlumatına görə, ölkənin qəndə illik tələbatı 200 min tondur. Bu qədər məhsul istehsalına 1,5 mln. ton şəkər çüğünduru lazımdır.Ötən il isə ölkədə cəmisi 115 min ton çüğündur yetişdirilib.Ancaq gərək olan 1,5-2 mln. ton məhsulu Azərbaycan tədarük edə bilməyəcək -əkin sahəliri azlıq edir.Odur ki, zavodu xammalla təmin etmək üçün, şəkər çüğündurunun çatışmayan hissəsi İran və Türkiyədən idxal ediləcək.
İİN DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİNİN YUBADILMASI SƏBƏBLƏRİNİ ARAŞDIRIR
BAKI.26.01.2004.MEDİA-PRESS: Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN) özəlləşdirilməsi hələ də gerçəkləşməyən dövlət müəssisə, təşkilat və obyektlərinin yerləşdiyi sahənin dəqiqləşdirilməsi işini tamamlayıb.
Nazirlikdə Media-Pressə verilən məlumata görə, həmin qurumların özəlləşdirilməsini sürətləndirmək məqsədi ilə prosesin yubadılmasının səbəbləri və obyektlərin gələcəyi araşdırılıb.Eyni zamanda torpaq sahələrini qanunsuz mənimsəmiş müəssisə və təşkilatların siyahısı da dəqiqləşdirilib.Belə halların gələcəkdə təkrarlanmaması üçün indi müvafiq icra orqanları ilə birlikdə tədbirlər görülür.
<<< <<<