rus || eng


2003-CÜ İLDƏ AZƏRBAYCANDA 15 MLN. TONDAN ÇOX NEFT ÇIXARILIB

BAKI.28.01.2004. MEDİA-PRESS: 2003-cü ildə Azərbaycanda 15,378 mln. ton neft və qazkondensatı çıxarılıb. Bu ,2002-ci ildəkindən 0,3 % çoxdur.
Bu həcmin 6,456 mln. tonunu ( artım-1%) "Çıraq" yatağından ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) hasil edib.
Hesabat dövründə qaz istehsalı 0,3 % azalaraq, 5,127 mlrd. kub metr təşkil edib ki, onun da 3,169 mlrd. kub metri səmt qazıdır. Səmt qazı istixracı 1,9% artıb. Qazın sənaye hasilatı isə 3,3% azalıb.
Proqnozlara görə, 2004-cü ildə Azərbaycanda hasil ediləcək 15,45 mln. ton neftin -8,75 mln. tonu -ARDNŞ-in , 6,7 mln. tonu isə-ABƏŞ-in payına düşəcək. İxrac ediləcək 9,2 mln. ton "qara qızıl"ın 6,7 mln. tonu-Bakı-Supsa, 2,5 mln. tonu isə-Bakı -Novorossiysk kəmərləri ilə axıdılacaq.
2004-cü ildə 5,02 mlrd. kub metr qaz çıxarılacaq.


AZƏRBAYCANDA 2003-CÜ İLDƏ NEFT MƏHSULLARI İSTEHSALI 4,2 % ARTIB

BAKI.28.01.2004. MEDİA-PRESS: Azərbaycanda 2003-cü ildə neft məhsulları istehsalı 4,2 % artıb. Dövlət Statistika komitəsinin məlumatına görə, ötən il 714,1 min ton - avtomobil benzini (artım-17%), 297,5 min ton birbaşaqovulan benzin( +17,6%), 654,2 min ton - ağ neft (+0,8%), 2469 min ton-mazut (-3,9%), 1638,2 min ton-dizel yanacağı (+2,8%), 25,8 min ton- sürtgü yağları(+21,1%), 20,7 min ton -neft koksu (-71%), 79,4 min ton neft bitumu ( + 55,7%) istehsal edilib.
Respublikada "Azərneftyağ" və "Azərneftyanacaq" olmaqla cəmi iki emal zavodu var. Birincisi sürtgü yağları və sair ağır növ neft məhsulları istehsalı üzrə ixtisaslaşır . İllik gücü 14 mln. tondur. İkincisi isə neft məhsullarının yüngül fraksiyalarını buraxır və illik gücü 8 mln. tondur.


İRAN QAZININ AVROPAYA İXRACI PLANLARI REAL CİZGİLƏR KƏSB ETMƏKDƏDİR

BAKI.28.01.2004. MEDİA-PRESS: Avstriyanın OMV və NİGEC (National Iranian Gas Export Company) şirkətləri niyyət sazişi imzalayıblar. Sənəddə qeyd olunur ki, tərəflər iran yataqlarının kəşfiyyatı və istismarı layihələində kooperasiyanın gücləndirilməsi imkanlarını öyrənəcək və iran tərəfinin Türkiyədən Avstriyaya çəkiləcək(Nabucco layihəsi) qaz kəməri layihəsinə qoşulması imkanına baxacaqlar.
Məlumatda deyilir: NİOC -İran Milli Neft şirkəti- ölkədə hasil edilən təbii qazı özünün tabe şirkəti olan NİGEC vasitəsi ilə Türkiyə ərazisindən Mərkəzi və Qərbi Avropaya ixrac etməyi planlaşdırır.
Artıq ECON Gas İrandan uzun müddət qaz almaq niyyətini təsdiqləyib. OMV-nin tabe şirkəti sayılan OMV Ergas EconGas-ın səhmlərinin 50 faizinin sahibidir. OMV da NİOC-la uzunmüddətli işgüzar əlaqələr yaratmağa, cəzbedici iran layihələrində neft-qaz istixracının inkişafına maraq göstərir. İranda bu şirkəti onun tabe müəssisəsi - OMV Iran Exploration GmbH təmsil edir.
OMV türkiyə BOTAŞ-ı, bolqarıstan Bulgargazı, macarıstan MOL-u və rumıniya Transgazı ilə birgə yaradılmış məştərək müəssisənin iştirakçısıdır. Müəssisə Bolqarıstan, Rumıniya və Macarıstan ərazilərindən də keçməli olan yeni Turkiyə-Avstriya qaz kəmərini tikmək üçün yaradılıb. Kəmərin çəkilməsinin məqsədəuyğun olub0olmaması qərarı 2004-cü ilin sonunda qəbul olunacaq.


FRANSIZ CASTEL-İ AZƏRBAYCANDA ŞƏRAB ZAVODU TİKMƏK İSTƏYİR

BAKI.28.01.2004. MEDİA-PRESS: Fransız şirkəti CASTEL Azərbaycanda şərab zovodu tikintisinə maraq göstərir. İqtisadi İnkişaf naziri (İİN) Fərhad Əliyev bu barədə deyib :" Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri çərçivəsində bu ölkənin bir qrup iş adamları ilə keçirilmiş görüşdə CASTEL nümayəndələri respublikada şərab məmulatı istehsalı üzrə zavod tikilməsi ilə maraqlanıblar. Şirkətin belə bir niyyəti var. Ancaq zavodun Azərbaycanın hansı regionunda tikiləcəyi və sərmayəqoyuluşunun məbləği barədə nəsə demək hələ çətindir. Bununla belə fransız şirkətləri respublikamızla çox maraqlanırlar".Sitatın sonu.
Xatırladaq ki, CASTEL-in pivə istehsal edən tabe məüssisəsi Baku Castel artıq respublikamızda işləyir. Bu şirkət Azərbaycanın pivəbişirmə sənayesinə $40 milyondan artıq sərmayə qoyub. Ümumiyyətlə isə fransız şirkətləri respublikamızın iqtisadiyyatına $300 milyona yaxın məbləğdə investisiya qoyublar.


AZƏRBAYCANIN YENİ SEMENT ZAVODLARINA EHTİYACI VAR

BAKI.28.01.2004. MEDİA-PRESS: Azərbaycanın tikinti sənayesinin əlavə sement istehsalına ehtiyacı var. Hökumət bu tələbatı ödəmək üçün daha bir neçə sement zavodu tikməyi planlaşdırır və bu barədə müvafiq şirkətlərlə danışıq aparır.
Bu barədə məlumat verən İqtisadi İnkişaf naziri (İİN) Fərhad Əliyev danışıqların yekununda bir ,ya iki yeni sement zavodunun ucaldılmasına dair qərar qəbul edilə biləcəyini qeyd edərək deyib ki, yəqin həmin müəssisələrdən biri Bakı yaxınlığında tikiləcək, çünki ehtiyat, mənbə və obyektlərin çoxu Abşerondadır.
Qapalı Səhmdar Cəmiyyəti "Qaradağ-sement" ində Azərbaycanın bu qəbil məhsul buraxan yeganə müəssisəsidir və onun səhmlərinin 90 faizə qədəri iki isveçrə şirkətinə mənsubdur. Çatışmayan sement İran və Rusiyadan idxal edilir.


İL ƏRZİNDƏ ÖLKƏ İQTİSADİYYATINA 3,339 TRLN. MANAT KREDİT QOYULUB

BAKI.28.01.2004. MEDİA-PRESS: Azərbaycan Milli Bankının (MB) məlumatına görə, ötən il ölkə iqtisadiyyatına 3,339 trln. manat (4933 manat=1$) kredit vəsaitləri qoyulub. Bankın mətbuat xidmətində Media-Pressə bildiriblər ki, kreditlərin məbləğinin -2,452 trln. manatı-qısamüddətli, 914,1 mlrd. manatı isə-uzunmüddətlidir.
1,456 trln. manat dövlət banklarının, 1,524 trln. manat- özəl bankların, 359,1 manat isə-qeyri-bank kredit təşkilatlarının vəsaitləridir. Kreditlərin yalnız üçdə biri- milli, qalanı isə-xarici valyuta ilə verilib.
Ticarət və xidmət sahələrinə-20,62%, nəqliyyat və rabitənin inkişafına- 12,22%, energetikaya və təbii ehtiyatların işlənməsinə-7,44%, aqrar bölməyə -7,27%,ağır və yüngül sənayeyə- 7,94 %, tikintiyə-5,52%, fiziki şəxslərə - 27,49% və dövlət idarəçiliyinə -6,42% kredit verilib. YANVARIN 1-Ə AZƏRBAYCAN BANKLARI 3,052 TRLN. MANAT CƏLB EDİBLƏR

BAKI.28.01.2004. MEDİA-PRESS: Azərbaycan banklarının 2004-cü il yanvarın 1-ə cəlb etdikləri vəsait və depozitlərin həcmi -3,052 trln. manat (4933 manat=1$) təşkil edib. Bu məbləğin 551,3 mlrd. manatı milli valyuta , 2,507 trln. manatı (81,9 faizi) isə-xarici valyuta ilə qoyulan əmanətlərdir.
Fiziki şəxslərin banklara qoyduqları əmanətlərin məbləği - 1,259 trln. manat ( onun -1,164 trln. manatı xarici valyuta ilə),hüquqi şəxslərin depoziti isə -1,793 trln. manat ( 1,336 trln. manat) təşkil edib


AZƏRBAYCAN BANKLARININ NİZAMNAMƏ KAPİTALI 743,8 MLRD. MANATDIR

BAKI.28.01.2004. MEDİA-PRESS: 2004-cü il yanvarın 1-də azərbaycan banklarının nizamnamə kapitalı (NK) 743,8 mlrd. manat (4933 manat=1$) təşkil edib. Azərbaycan Milli Bankının (MB) nümayəndəsi bu rəqəmi şərh edərək deyib ki,ümumi məbləğin 81 mlrd. manatı - dövlət bankının, 662,8 mlrd. manatı isə- özəl bankların payını düşür.
Bankların xarici sərmayənin iştirakı ilə NK-ı - 294, 9 mlrd. manat və ya ölkə banklarının NK-nın -39,6 faizini təşkil edib. Hər banka orta hesabla 16,2 mlrd. manat düşür.
2003-cü il dekabrın 1-ə Azərbaycanda 46 bank olub.17 bank xarici kapitalla işləyir: 4- bankda əcnəbi sərmayənin həcmi -50-100% arasındadır, 11-də - 50 faizdən azdır, 2 bank isə-qeyri-rezident bankların filialıdır.


AZƏRBAYCANDA DÖVRİYYƏDƏ 2,592 TRLN. MANAT PUL VAR

BAKI.28.01.2004. MEDİA-PRESS: Bu il yanvarın 1-də dövriyyədə 2,592 trln. manat pul kütləsi olub. Milli Bankın (MB) mətbuat xidmətində Media-Pressə bildiriblər ki, 2002-ci ilin göstəricisi ilə müqayisədə artım-28% -dir.
Bu kütlənin ümumi həcminin 2,04 trln. manatı -nağd, 551,3 mlrd. manatı isə- nisyə vəsaitlərdir.


AZƏRBAYCANDA ORTA ƏMƏKHAQQI 2003-CÜ İLDƏ 21,5% ARTIB

BAKI.28.01.2004. MEDİA-PRESS: 2003-cü ildə Azərbaycanda orta əməkhaqqı 21,5% artıb və 383,1 min manata çatıb. 2002-də bu rəqəm 315,2 min manat olub (4933 manat=1$). Statistika komitəsinin məlumatına görə, ən yüksək əməkhaqqı istixrac sənayesində, tikintidə, kommersiya və maliyyə sahələrində, ən aşağısı isə -balıqçılıq, tibb, aqrar və sosial sahələrdə müşahidə edilib.
Cari ildə respublikamızda orta əməkhəqqı 407 min manat həcmində proqnozlaşdırılır.
Azərbaycan prezidentinin 2003-cü il 4 avqust fərmanı ilə ölkədə orta əməkhaqqı sentyabrın 1-dən 27,5 min manatdan 45 min manatadək artırılıb, 2004-cü il yanvarın 1-dən isə- 60 min manata çatdırılıb.


AZƏRBAYCANDAKI VƏZİYYƏTİN AŞ PA-DAKI DİNLƏMƏLƏRİ BAKI ÜÇÜN UĞURLUDUR

BAKI.28.01.2004. MEDİA-PRESS: Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasının 2-ci günü Azərbaycanda və ümumən Cənubi Qafqazda vəziyyətin müzakirəsi Bakı üçün uğurla keçib. Avropa Şurasındakı azərbaycan nümayəndəliyinin üzvü "İnterfaks-Azərbaycan" agentliyinə belə deyib. Sitat:" Ermənistan nümayəndə heyəti üzvlərinin müqavimətinə rəğmən, azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalı faktını AŞ PA-nın təsdiqləməsini ən başlıca uğur saymaq olar".
Diplomat azərbaycan parlament nümayəndə heyətinin başçısı Səməd Seyidovun AŞ PA-nın Büro üzvü və təşkilatın vitse-prezidenti seçilməsini indiki sessiyanın respublikamız üçün ikinci müsbət hadisəsi sayıb. Budan əvvəl həmin vəzifələri Azərbaycan prezidenti seçilmiş İlham Əliyev tuturdu.


CƏNUBİ QAFQAZ ÜZRƏ Aİ EKSPERTİNİN MƏRUZƏSİNDƏ ERMƏNİSTANIN İŞĞAL ETDİYİ AZƏRBAYCAN TORPAQLARINI BOŞALTMASI ZƏRURƏTİ QEYD OLUNUR

BAKI.28.01.2004. MEDİA-PRESS: Ermənistanın Azərbaycanın bir hissəsini işğal etdiyi aşkar faktdır. Bu, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə eksperti Per Qartonun məruzəsində qeyd olunur.
Azərbaycanın Aİ-dəki nümayəndəsi Arif Məmmədov "İnterfaks-Azərbaycan" agetliyinə müsahibəsində bu məruzənin yanvarın 27-də Brüsseldə Xarici işlər, Müdafiə və Təhlükəsizlik üzrə Komitənin iclasında təsdiqləndiyini qeyd edib. Sitat:"Məruzədə həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu azad etməsinin zəruriliyi göstərilir ki, qaçqınlar yurdlarına qayıtsınlar və bu torpaqlardan keçən,Bakını Naxçıvanla birləşdirən dəmir yolu bərpa edilsin".
A. Məmmədov sənədin bu formada qəbulunu böyük məvəffəqiyyət sayır, ona görə ki," dağlıq qarabağ münaqişəsinin tarixçəsi barədə obyektiv faktların məruzədə öz əksini tapmasına bütün Avropadakı erməni lobbisinin barızmaz müqaviməti mane olurdu".
P.Qartonun məruzəsinin Strasburqda fevralda Avropa Parlamenti sessiyasının geniş iclasında təsdiqlənəcəyi ehtimal edilir.


QARABAĞ PROBLEMİNİN HƏLLİ ƏLİYEVİN PUTİNLƏ DANIŞIQLARININ MƏRKƏZİ MÖVZUSU OLACAQ

BAKI.28.01.2004. MEDİA-PRESS: Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya qarşıdakı rəsmi səfərinin əsas mövzusuna çevriləcək. Respublika XİN rəhbəri Vilayət Quliyev belə deyib.
Nazir ümidvar olduğunu bildirib ki, danışıqlar zamanı rusiya rəhbərliyi " mənaqişənin həllinə dair mövqeyini dəqiq izhar edəcəkdir".
V.Quliyev Qarabağ prolbleminə 3-cü ölkələrin mövqeyinin tam obyektivliyinə şübhə ilə yanaşdığını deyib. Sitat:"Təssüf ki, ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələr yalnız bizim yox, həm də özlərinin mənafelərindən çıxış edirlər. Odur ki, tam obyektivliyə, tam ədalətə ümid etmək, münaqişəni bizim yerimizə kiminsə həll edəcəyini düşünmək, sadəlövhlük olardı."Sitatın sonu.


AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BTC KƏMƏRİ TİKİNTİSİNİN GEDİŞİNİ TÜRKİYƏDƏ MÜZAKİRƏ EDİR

BAKI.28.01.2004. MEDİA-PRESS: Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi azərbaycan nümayəndə heyəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəməri (BTC ƏİK) layihəsinin gedişini Türkiyədə müzakirə edir. Bu danışıqlarda Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və BTC Co boruçəkmə şirkətinin prezidenti Maykl Taunsend də iştirak edirlər.
BP-Azerbaijan-da məlumat veriblər ki, azərbaycan nümayəndə heyəti artıq tikintinin gedişini Türkiyə Energetika Nazirliyinin , habelə dövlət boruçəkmə şirkəti BOTAŞ-ın (BTC kəmərinin Türkiyə hissəsini çəkir) rəhbərliyi ilə müzakirə edib. Tərəflər razılığa gəliblər ki, layihənin realizəsinin gedişi hər ay işçi qrupları və iki ayda bir dəfə - hökumətlər səviyyəsində müzakirəyə çıxarılsın.
Boru xəttinin Turkiyə hissəsinin çəkilişində işlərin ləngidiyini və bunun BTC-nin vaxtına istifadəyə verilməsini əngəlləyə biləcəyini yazmışdıq. Lakin BOTAŞ öz sahəsində işləri tezləşdirəcəyinə boyun olub.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 3,6 mlrd.dollardır və bu vəsaitin 2,95 milyard dolları inşaat işlərinə xərclənəcək.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır


ABŞ DÖVLƏT DEPARTAMENTİNİN XƏZƏR ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ REGİONUN ENERJİ DAŞIYICILARINDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ TƏRƏFDARDIR

BAKI.28.01.2004. MEDİA-PRESS: Şəffaflıq, sabitlik və enerji daşıyıcılarından ağıllı istifadə -Mərkəzi Asiyada neft-qaz sənayesinin inkişafını təmin etməyin başlıca amilləridir. ABŞ Dövlət Departamentinin Xəzər hövzəsinin enerji daşıyıcıları sahəsində diplomatiya üzrə xüsusi nümayəndəsi Stiven Mann " Xəzər hövzəsində və Mərkəzi Asiyada neft-qaz kəmərlərinin tikintisində iştirak payının risqləri və imkanları" mövzusunda Londonda keçirilmiş konfransda İTAR-TASS-ın müxbirinə belə deyib.
Sitat:"ABŞ Xəzər regionunda enerji daşıyıcılarının gələcək istixracına çox diqqətlə yanaşır. Biz Mərkəzi Asiya ölkələrindən uzanan neft kəmərlərinə aid məsələlərə daim və böyük maraq göstəririk. Mərkəzi ünsür -Bakı -Ceyhan neft kəməridir, lakin enerji daşıyıcılarının nəqlinin başqa, məsələn , XBK ( Xəzər Boru Konsorsiumu) neft kəməri kimi( Qazaxıstandan Rusiya ərazisinə çəkilmiş) , yolları da vardır. Hamımız üçün, yəni ABŞ, Rusiya və region ölkələri üçün əhəmiyyətlisi budur ki, enerji daşıyıcılırının satışından alınan gəlirlərdən, ələlxüsus da Qazaxıstan, Azərbaycan və Türkmənistanda necə istifadə olunacaq". Sitatın sonu.
Konfransda bu barədə söylənən maraqlı fikirlər az olmadı. Lakin xüsusi vurğulamaq gərəkdir: bizim ölkələrin hökumətləri öz diqqətlərini cəmləşdirməli və region ölkələrini buna sövq etməlidirlər ki, onlar istixrac etdikləri yanacaqdan ağıllı istifadə etsinlər.
Stiven Mannın sözlərinə görə,enerjidaşıyıcılarının hasilatı və dünya bazarlarına çıxarılması ilə bağlı nə varsa, hamısında şəffaflıq təmin olunmalıdır:"Şəffafflıq -iqtisadi artımın rəhnidir. Biz bütün region ölkələrində şəffaflığın standartlarını dəstəkləməliyik".


BU GÜN AŞQABADDA XƏZƏR PROBLEMLƏRİ ÜZRƏ NÖVBƏTİ AZƏRBAYCAN-TÜRKMƏNİSTAN DANIŞIQLARI BAŞLAYIB

BAKI.28.01.2004. MEDİA-PRESS: Bu gün Aşqabadda Xəzərdibi sərhədlərin müəyyənləşdirilməsi üzrə növbəti türkmənistan-azərbaycan danışıqları başlayıb. Azərbaycanlı ekspertlər dəstəsinə Xarici İşlər Nazirinin (XİN) müavini Xələf Xələfov başçılıq edir. Xəzərin hüquqi statusunun hazırlanması məsələləri 2 gün müzakirə ediləcək.
"Türkmənistan bütün Xəzəryanı dövlətlərin iştirakı ilə hazırlanan Xəzərin hüquqi statusu haqqında Konvensiya (Müahidənamə) üzrə danışıqlar prosesində fəal iştirak etməklə, Xəzərin problemlərinin tənzimlənməsinə dair məqbul tədbirlərin axtarılması siyasətinə həmişə sadiq olub. İndi artıq yeni dolğun məzmun kəsb etməkdə olan əməli danışıqlar prosesinə məhz 2002-ci ilin aprelində, 5 Xəzəryanı ölkənin Türkmənistan paytaxtındakı ilk sammitində təkan verilib.Xəzər dənizində ətraf mühitin qorunması üzrə Çərçivə Konvensiyasının 2003-cü ildə Türkmənistan da daxil bütün Xəzəryanı dövlətlər tərəfindən imzalanması buna bariz sübutdur". Türkmənistan XİN-nin məlumatında belə deyilir.
Lakin sahilyanı dövlətlərin Xəzərin hüquqi statusu və bölünməsi problemini hələ də həll edə bilməmələrinə səbəb məhz Türkmənistanın və İranın tutduqları mövqedir. Azərbaycan ,Rusiya və Qazaxıstanın artıq öz ararlarında Xəzərdə dəniz mərzləri barədə ikitərəfli sazişllər imaladıqları halda, azərbaycan və türkmənistan ekspertlərinin dənizdə orta xəttin müəyyənləşdirilməsinə fərqli yanaşmaları üzündən tərəflərin görüşləri indiyədək nəticəsiz qalır. Məlumdur ki, hər ölkənin Xəzərdəki mərzləri məhz orta xəttin müəyyənləşdirilməsi metodikasından asılıdır.Mübahisəli neft yataqllarının kimə aid olacağı da bundan asılıdır. Məhz bu amil uzun müddətdir ki, iki ölkənin bir-birinə soyuq münasibətini müəyyənləşdirir.


GÜRCÜSTAN BTƏ KƏMƏRİ BORULARININ İLK HİSSƏSİNİ ALIB

BAKI.28.01.2004. MEDİA-PRESS: Bakı-Tbilisi-Ərzurum (BTƏ) Cənubi Qafqaz qaz kəmərinin gürcüstan hissəsi üçün nəzərdə tutulan boruların ilk partiyası Poti dəniz limanına daxil olub.
GBNK (Gürcüstan Beynəlxalq Neft Korporasiyası) nümayəndəsinin "İnterfaks"a məlumatına görə, indi ilk 3544 boru boşaldılır. Həmin borularla qaz xəttinin 41 kilometri döşənəcək. Ümumiyətlə isə BTƏ qaz xəttinin 280 kilometri Gürcüstan ərazisindən keçəcək.
GBNK nümayəndəsi qeyd edib ki, indi tikilən Bakı-Tbilisi-Ceyhan xəttində olduğu kimi, BTƏ kəmərinin boruları da Yaponiyada hazırlanır və sonra Malayziyada üzərlərinə xüsusi qoruyucu örtük (ayiq) çəkilir.
Cənubi Qafqaz kəməri "Şah-Dəniz" yatağından azərbaycan qazını Türkiyəyə nəql etmək üçündür. Bu qazın ixracı 2006-cı ilin 3-cü rübündə başlayacaq.
Kəmərin tikintisi "Şah-Dəniz" yatağının işlənməsinin 1-ci mərhələsi çərçivəsində həyata keçirilir.
BP (əməliyyatçı şirkət-25,5%), Statoil (25,5%), ARDNŞ 910%), LUKAgip(10%), OİEC(10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.
Qeyd edək ki, "1-ci mərhələ" çərçivəsində karbohidrogen xammalı ehtiyatları 178 mlrd. kub metr (6,3 trilyon kub fut) qaz və 34 mln. ton (250 mln. barrel) qaz kondensatı həcmində hesablanıb. Ehtimal olunur ki, hasilatın maksimuma çatdığı dövrdə qazın orta debiti bir ildə 8,4 mlrd. kub metrə (900 mln.kub fut / sutkada ) və kondensat isə ildə 2 mln. tona (14-16 mln. barrel ) çatacaq.
"Şah-Dəniz" yatağında çıxarıla bilən ehtiyatlar 625 mlrd. kub metr qaz (22,1 trln. kub fut) və 101 mln. ton kondensat (750 mln. barrel) həcmindədir. Daha dərin laylarda əlavə yanacağın mövcudluğu da istisna edilmir. Bütövlükdə 1 ildə 16 mlrd. kub metr həcmində qaz çıxarılması imkanı vardır. Yatağın işlənməsinin sonrakı mərhələlərində bu göstəriciyə çatmaq mümkündür.
"Şah-Dəniz" layihəsinin iştirakçıları bunlardır: BP (operator)- 25,5% iştirak payı, Statoil-25,5%, ARDNŞ-10%, LukAcip-110%, Nico-10%, TotalFinalElf-10% və TPAO-9%.


ARDNŞ YENİ DƏNİZ PLATFORMASININ TİKİNTİSİNİ MAYDA BAŞA VURACAQ

BAKI.28.01.2004. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin mayında "Günəşli" yatağının dayaz hissəsində 13 saylı dəniz stasionar (daimi) platformasının ( DSP-13) tikilməsini tamalayacaq və dərhal da quyu qazmasına başlanılacaq. Şirkətdə Media-Pressə verilən məlumata görə, DSP-13-dən hələlik 8 quyu qazılması planlaşdırılır.
DSP-13-ün əsası 2001-ci ildə Həştərxandan gətirilmiş DSP-lər üçün modullardan ibarətdir. 10 il Həştərxanın gəmiqayırma zavodlarında yatıb qalmış modullar Rusiya ilə Azərbaycan arasında əmlak mübahisəsinin tənzimlənməsini "gözləyib". Bu modulları DSP-13-ə uyğunlaşdırmaq üçün, əvvəlcə bərpa işləri görülməli idi. Metal konstruksiyalar normal olsa da, texnoloji avadanlıq pis vəziyyətdə idi. Odur ki,bütün gərginlik kabellərini, idarəetmə pultlarını və sair nəzarət-ölçü cihazlarını moduldan söküb ayırmaq lazım gəldi. "Xəzərdənizneft-qaztikinti"platformanın tikintisi üzrə ARDNŞ-in podratçısıdır.
Bütün azərbaycan neftinin 65 faizi, dənizin payına düşən neftin isə 83 faizi "Günəşli"nin dayaz hissəsindən çıxarılır. Burada hələ 94-130 milyon ton neft və 75 milyard kub metr qaz ehtiyatı qaldığı güman edilir.

<<< <<<