rus || eng
İRAN DİN RƏHBƏRİ PARLAMENT SEÇKİLƏRİNİ TƏXİRƏ SALMAĞA ÇAĞIRIB
BAKI.30.01.2004. MEDİA-PRESS: İranın Daxili İşlər naziri Əbdolvahed Musəvi-Lari parlament seçkilərini təxirə salmağa çağırıb. Nazirliyin internet- saytında İran Qanuni-əsasi keşikçiləri Şurasının rəhbəri ayətullah Əhməd Cənnətiyə ünvanlanmış məktubunda o, təxiərsalma barədə xahişini " qərəzsiz seçkilər keçirilməsi üçün indi baş verən hadisələrə yenidən baxmaq və bu tədbiri keçirmək üçün şərait yaradılması məqsədi ilə Şuraya vaxt verilməsi" ilə izah edib.
Bunadək İranın 28 ostanının valiləri də eyni təkliflə çıxış edib.
Qanuni-əsasi keşikçiləri Şurası 4 minə yaxın vəkilliyə namizəbin, o cümlədən 82 millət vəkilinin fevralın 20-ə təyin edilmiş seçkilərdə iştirakına qadağa qoymuşdu. Sonra bu qərara qismən yenidən baxılsa da, bu siyahıdan yalnız 200 nəfərin iştirakına icazə verildi.Qərar onunla nəticələndi ki, bir neçə nazir istefaya getdi və parlament üzvləri etiraz nümayişi keçirdilər.
TÜRKİYƏ PARLAMENTİ LİRƏNİN NOMİNALINI DƏYİŞMƏYİ QƏRARA ALIB
BAKI.30.01.2004. MEJİA-PRESS: Türkiya parlamenti 2005-ci il yanvarın 1-də pul islahatı keçirməyi- milli valyuta- lirənin nominalını dəyişməyi qərara alıb.
Qanun layihəsi birdən birə 6 sıfırın silinməsini nəzərdə tutur. Bu, vətəndaşların rahatlığı üçün ediləcək.Maraqlıdır ki, indi 50-minlik Türkiyənin ən az dəyəri olan sikkəsidir.Valyutaların məzənnəsi ilə bu, 4 amerika sentidir. Məsələn Türkiyədə avtobusla qısa məsafəyə gediş-gəliş haqqı 900 min lirə və ya 70 amerika senntdir.
Xatırladaq ki, bu yaxınlarda Cənubi Koreya da öz valytasının nominalına yenidən baxmağı qərara alıb. Doğrudur, burada bir nominalın daha iri nominalla əvəzlənəcəyi istisna edilmir. İndi bu ölkədə çek kitabçaları geniş yayılıb.
RBK acentliyinin məlumatınva görə, son 10 ilin nümunəsi kimi Rusiyadakı denominasiyanı qeyd etmək olar. İslahat zamanı əskinasların 3 sıfırı "silinib". Ən parlaq nümunə isə Yuqoslaviya ola bilər. Orada 1990-cı illərin əvvəllərində hətta 1 mlrd. dinar dəyərində banknotlar olub!
İRAN DİPLOMATININ ƏQİDƏSİNCƏ, XƏZƏRİN BÖLGÜSÜNDƏ SAHİLYANI ÖLKƏLƏRİN ƏHALİSİNİN SAYI DA NƏZƏRƏ ALINMALIDIR
BAKI.30.01.2004. MEDİA-PRESS: "iRAN tarixi sərhədləri, coğrafi özəllikləri və elmi yanaşmanı rəhbər tutaraq, Xəzərin kollektiv bölünməsinə üstünlük verir". İranda "Xəzərdə ticarət imkanları" konfransında çıxış edən Mehdi Səfəri ( Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə İran prezidentinin xüsusi nümayəndəsi) belə deyib.
Səfəri Xəzərin bölünməsinə İranın razı olduğunu və bu zaman ölkəsinin minimum payının 20% təşkil etdiyini bildirərək deyib:" İranın payı texniki formul, müəyyən hüquqlar , beynəlxalq qanunvericilik və təcrübə əsasında müəyyən edilib. İranın 20-faizlik payı yüz faizin mexaniki yolla beşə bölünməsindən yox, orta xəttə əsasən alınıb. Burada ölkənin sahil xəttinin uzunluğuna və əhalisinin sayına söykənən ədalətə riayət olunmalıdır".
Xəzəryanı ölkələr öz sektorlarının müəyyənləşdirilməsi məsələsində illərdən bəri davam edən müzakirələrdə orta xətt prinsipini dəlil tutsalar da, 5 dövlətin hər biri onu fərqli metodika ilə yanaşır. Doğrudur, Azərbayca, Rusiya və Qazaxıstan ortaq məxrəcə gələ və məsələni çözə biliblər- bu üç ölkə Xəzər dibinin özlərinə aid hissələrinin sərhədlərini artıq müəyyənləşdirib.
Lakin iran diplomatının dəlillərində yeni ünsür peyda olub: sən demə, Xəzəri bölərkən nəinki sahil xəttinin uzunluğu, həm də əhalinin sayı nəzərə alınmalıdır… Sonuncu amili nəzərə alsaq, onda Xəzəryanı ölkələrin ən böyüyü kimi, Rusiya dənizin çox hissəsi düşməlidir. Ancaq Qazaxıstan və Azərbaycanla sazişə uyğun olaraq Rusiya Xəzərin yalnız 19 faizinin sahibi olub.
Daha bir incəlik.İran diplomatının məntiqinə əməl etsək, 5 dövlət arasında ən az əhalisi olan Türkmənistana heç nə düşməməli və ya çox cüzi pay çatmalıdır.Di gəl ki,Aşqabad bununla razılaşarmı? Xatırladaq ki, rusiya-azərbaycan-qazaxıstan sazişlərinə əsasən xəzər dibinin 67 faizi (Qazaxıstana- 29%, Rusiya və Azərböaycana -təqribən 19%) bu 3 ölkə arasında bölüşdürülüb.Qalan 33 faizi isə Tehran və Aşqabad öz aralarında bölüşdürməlidir. Bu da ola bilər ki, tərəflər Bakı ilə danışıqlarda hansısa orta məxrəcə gəlsinlər ( İran və Türkmənistan bəzi azərbaycan yataqlarına iddialıdır) və Xəzərin mübahisəli məntəqələrini , Rusiya ilə Qazaxıstanın etdiyi kimi , müştərək işləsinlər.
Bu arada Xəzərin statusu üzrə azərbaycan-iran danışıqlarının növbəti raundu fevrala keçirilib və səbəb də, İranan Bakıdakı səfirliyinin dediyinə görə, Mehdi Səfərinin xəstələnməsidir.
Azərbaycan-türkmənistan danışıqları isə Aşqabadda təzəcə başı çatıb. Qapalı keçən danışıqlardan sonra nə azərbaycan nümayəndə heyətinin rəhbəri, XİN məavini Xələf Xələfov, nə də türkmən tərəfi mətbuat üçün heç bir bəyanat verməyiblər. TDX (Türkmənistan Dövlət Xəbərləri) yeganə informasiya mənbəi olub.TDX-nın məlumatına görə, "Tərəflər Xəzər dənizinin hüquqi statusunun işlənməsi prinsiplərinə dair əməli və maraq doğuran fikir mübadiləsi zamanı mövzu ilə bağlı kompleks məsələləri, o cümlədən Xəzərdə delimitasiya məsələsini müzakirə ediblər. Xəzər probleminin həllinə yanaşma tərzini yaxınlaşdırmağa yönəlmiş danışıqların zəruriliyini və əhəmiyyətini qeyd edən türkmənistan-azərbaycan görüşünün iştirakçıları yaxın gələcək üçün birgə iş yönümünü müəyyənləşdiriblər".
Məlumatın yetərsizliyi belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər hansısa əhəmiyyətli nəticə əldə edə bilməyiblər. Ancaq maraqlısı budur ki, indiki məsləhətləşmələrin təşəğğüskarı Aşqabaddır. "Vremya novostey" qəzetinin yazdığına görə, təşəbbusə səbəb təkcə Azərbaycanda rəhbərliyin dəyişməsi olmayıb. Türkmənistan istərdi ki, Xəzrin cənub-qərbində bir neçə neft yatağının (28,29, 30 və 31-ci blokların) mənimsənilməsinə dair İranla başlanmış gözlənilməz mübahisədə mövqelərini Bakının köməyi ilə gücləndirsin.Bu blokların işlənməsi üçün hələ iki il öncə rusiyanın "İtera", "Rosneft" və "Zarubejneft" şirkətlərinin iştirakı ilə "Zarit" birgə müəssisəsi (BM) yaradılıb. Ötən ilin dekabrında "Zarit"lə Türkmənistan hökuməti pay bölgüsüna dair saziş imzalamalı idilər. Bu yataqların işlənməsinə türkmən və iran şirkətlərini də cəlb etmək, onlara "Zarit"in 10-15% səhmlərini vermək də nəzərdə tutulurdu.
Lakin İranın müqaviməti üzündən pay bölgüsü sazişi baş tutmadı. Tehran hesab edirdi ki, bu saziş onun mənafeinə toxunur, çünki həmin bloklar əsasən Xəzərin İranın da iddia çıxdığı 20-faizlik zonasında yerləşir. Öz növbəsində bu qəbil iddialar xəzər beşliyinin orta məxrəcə gəlməsini əngəlləyən başlıca amildir. Heç kim Xəzərdən özünə düşən payı İranla bölüşməyə hazır deyil. İndi fevralda gözlənilən parlament seçgiləri ərəfəsində Tehran mövqeyini yumşalda bilməz. Odur ki, Aşqabad siyasi fənd işlədib Bakını öz tərəfinə cəlb etməyə və fürsət olarsa, Xəzərin mərkəzindəki yataqlar ("Kəpəz" və b.) ətrafında movcud olan mübahisələri xoşa-xoşluqla həll etməyə cəhd göstərdi. Sövda baş tutsa,Tehran vahid Bakı-Aşqabad cəbhəsi qarşısında qalacaq. Bu halda Azərbaycan Xəzərdə "Alov" yataqları bloku üstündə İranla mübahisəsində Ğtürkmənistanın dəstəyinə bel bağlaya bilərdi". "Vremya novostey" belə yazır.
Aydındır ki, tfrkmənistan-azərbaycan məsləhətləşmələri Rusiyanın da xeyrinədir. Həm kommersiya baxımından 28,29,30 və 31-ci neft bloklarının işlənməsində rus şirkətlərinin iştirakı baxımından, həm də Xəzərin bölüşdürülməsi məsələsində Tehrana əlavə siyasi təzyiq vasitəsinin yaranması baxamandan.
CQK ÜÇÜN BORULARIN İLK PARTİYASI AZƏRBAYCANA GƏTİRİLİB
BAKI.30.01.2004. MEDİA-PRESS: Bakı-Tbilisi_Ərzurum Cənubi Qafqaz kəməri (BTƏ CQK) tikintisi üçün boruların ilk partiyası Azərbaycana gətirilib.BP-Azerbaijan şirkətinin mətbuat xidməti xəbər verir ki, 240 boru dəmir yolu ilə Gürcüstanın Poti limanından azərbaycanın Yevlax şəhərinə gətirilib. Yaponiyanın Sumitomo zavodunda hazırlanmış belə boruların 3544 ədədi artıq Gürcüstandadır. Boruların üzərinə paslanmaya qarşı örtük isə Malayziyada çəkilib.
Boruların respublikamıza gətirilməsi ilin vaxırına kimi davam edəcək. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi başa çatdıqdan sonra CQK -nin çəkilişinə başlanacaq. Kəmərin azərbaycan hissəsinin çəkilişinə ümumiyyətlə 38,4 min boru gərək olacaq. CQK azərbaycanın "Şah -Dəniz" yatağından qazı Türkiyəyə nəql etmək üçündür. İnşaat işləri bu offşor yatağın "Mərhələ-1" layihəsi çərçivəsində həyata keçiriləcək. Ümumi uzunluğu 690 km.dir (442 km.-azərbaycan, 248 km.-gürcüstan ərazisi ilə) . "Mərhələ-1"in dəyəri 3,2 milyard dollardır. Bu vəsaitin $2,3 milyardı yatağın işlənməsinə və qaz istixracına, $0,9 milyardı- kəmərin çəkilişinə sərf ediləcək. Xəttin illik buraxılış qabiliyyəti - 20 milyard kub metrdir.
1996-cı ildə imzalanmış "Şah-Dəniz" layihəsinin iştirakçıları: BP(əməliyyatçı-25,5%), Statoil(25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OİEC (10%), TotalFinaElf (105) və TPAOdur (9%).
"QAZPROM" FEVRALDAN AZƏRBAYCANA QAZ VERƏCƏK
BAKI.30.01.2004. MEDİA-PRESS: "Qazeksport" ("Qazprom"a tabe şirkət) fevraldan Azərbaycana qaz verməyə başlayacaq. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətlisi "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə müsahibəsində qeyd edib ki,"Qazeksport"la müqavilə dekabrda bağlandığı üçün,qaz ixracına yanvardan başlamaq müşkül iş idi. Odur ki, tərəflər ixraca fevralda başlamağı razılaşdırıblar.
İndi rusiya şirkəti "İtera" ARDNŞ-lə bağladığı müqaviləyə əsasən respublikamıza gündə15 milyon kubmetr qaz verir.Fevral ayından Azərbaycana gündəlik ixrac 20 milyon kubmetr təşkil edəcək ki, onun da yarısı "İtera"-nın,yarısı da "Qazkesport"un payına düşəcək.
İdxal qazının hamısı elektrik enerjisi hasili üçün istilik-lektrik stansiyalarına göndərilir. Azərbaycanın özünün istixrac etdiyi, illik həcmi 5 milyard kubmetrdən bir qədər çox olan qaz isə əhalinin ehtiyaclarının ödənilməsinə sərf edilir.
2004-cü ildə ARDNŞ Rusiyadan hər min kubmetri $52 omaqla 6 mlrd. kubmetr qaz almağı planlaşdırır.
2003-cü ilin dekabrında ARDNŞ və "Qazeksport" arasında bağlanımış rusiya qazının alqı-satqısına dair 5-illik müqaıvilə Azərbaycana ən azı 2,75 milyard kubmetr qaz verilməsini nəzərdə tutur.
2003-cü ildə ARDNŞ "İtera"dan 4 mlrd. kubmetr qaz alıb. Ölkəmizin bu təbii yanacağa illik tələbatı isə 12-14 mlrd. kubmetr həcmindədir.
İRAN XƏZƏRDƏ NEFT QUYULARI QAZILMASINI DAYANDIRIB
BAKI.30.01.2004. MEDİA-PRESS: İran öz sahil sularında neft quyularınan qazılması işlərini dayandıraraq,bütün dəqqətini dəiz dibinin seysmoloji tədqiqatlarına yönəldib.
Bununla belə İran gələcəkdə Xəzərin neft ehtityatlarını mənimsəmək niyyətindədir, axı, gələcəkdə bu xammala tələbat daha da artacaq. İran mənbələri bir barrel xəzər neftinin ölkəyə 10-15 dollara başa gələcəyini , Fars körfəzində isə bu xərcin 2,6 dollara bərabər olduğunu iddia edirlər.
İran ekspertləri hesablayıblar ki, Xəzərin İran hissəsində dərinliyi 400-800 metrə çatan 8 yataqda neft ehtiyatları 32,8 milyard barrelə çatır.
OPEK YƏQİN Kİ, FEVRAL KONFRANSINDA NEFT HASİLATINI AZALTMAQ BARƏDƏ QƏRAR QƏBUL ETMƏYƏCK
BAKI.30.01.2004. MEDİA-PRESS: Neft ixrac edən ölkələr təşkilatı (OPEK) fevralın 10-da Əlcəzairdə keçirəcəyi növbədənkənar konfransında neft hasilatı kvotalarını ehtimal ki, azaltmayacaq. Bloomberq agentliyinə görə, Karakasda mətbuat konfransında bu bəyanatla çıxış edən Venesuela Energetika və Dağ-mədən sənayesi naziri Rafael Ramires, daha sonra deyib:" Bazarda yaranmış vəziyyətdən çıxış etsək,istehsalın ixtisarının zəruriliyindən danışmağa əsas yoxdur və məncə ,bu səbəbdən bütün nazirlər belə qərarla razılaşacaqlar".
Ramires həmçinin indiki məqamda bazara tələbatdan artıq xammal çıxarılmadığını, istixracın ixtisarına aid qərarın, ola bilsin, martın 31-də Vyanada OPEK nazirlərinin görüşündə qəbul olunacağını da qeyd edib.
Fevral konfransında Kartel üzvləri Avropada və ABŞ-da qış dövrünün başa çatması ilə bağlı neft məhsullarına tələbatın azalması ehtimalı ilə 2004-cü ilin 2-ci rübündə neft istehsalı həcmlərini müzakirə etmək niyyətindədirlər.
2004-cü ilin aprel-iyun aylarında qiymətlərin düşməsinə yol verməmək üçün, bəzi nazirlər, o cümlədən Ramires, hasilatın azaldılmasına tərəfdar çıxmışdılar.
Ramires jurnalistlərə deyib:" ABŞ-da qış davam edir və İraqın da neft ixracına hələ inam yoxdur.
OPEK-in prezidenti və baş katibi vəzifələrini icra edən Purnomo Yusgiantoro bir qədər əvvəl bəyanat vermişdi ki, indilikdə hasilat kvotalarının dəyişdirilməsi məsləsində iki mümkün variant var:" Mövcud kvotalar ya azaldılmalı, ya da saxlanmalıdır - istixracı artırmaq isə mümkünsüzdür".
İranın neft naziri Bijan Zənqane də martda neft istixracı məsələsinin açıq qalacağına rəğmən OPEK-in fevralda bunu edəcəyinə şübhə ilə yanaşaraq," movcud həraitdə OPEK yəqin ki, istixracı azaltmayacaq, lakin mart görüşündə ixtisar qərarı qəul ediləcəkdir" demişdi.
REUTERS-in Tehrandan məlumatına görə,İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili də Zənqanenin səsinə səs verərək, neftin qiymətinin yüksək oldüğü indiki zamanda istixracın azaldılmasını real saymır . İxtisarın apreldə, yəni yanacq mazutuna tələbin azalacağı və məhsulun neft çənlərində yığılıb qalacağı vaxt, mümkünlüyünü qeyd edən Ərdəbilinin sözlərinə görə, kvotadan izafə gündəlik neft hasilatı baharda 4 milyon barrelə çata bilər.
İndi OPEK -də qüvvədə olan gündəlik 24,5 milyon barrel kvota həcmini (dekabrın 4-də son konfransda qəbul edilib) kartel üzvlərinin əksəriyyəti qeyri-rəsmi qaydada aşır.
1992-2003-CÜ İLLƏRDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA $16,5 MİLYARD İNVESTİSİYA QOYULUB
BAKI.30.01.2004. MEDİA-PRESS: Müstəqillik əldə etdiyimiz 1992-ci ildən 2003-cü ilədək Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun həcmi $16,5 milyard təşkil edib. İqtisadi İnkişaf nazirlinin məlumatına görə, bu məbləğin 72,8 faizi xarici investisiyalardır.
2003-cü ildə ölkə iqtisadiyyatana 17,81 trln. manat və ya 2002-ci ildəkindən 71,2% çox vəsait yönəldilib. Keçən il bütün investisiyaların 15,805 trln. manatı (88,7 faizi) qeyri-dövlət sektoruna xərclənib.
Nazirliyin press-relizində deyilir:"Ötən il daxili mənbələr hesabına investisiyaların həcmi -3,47 trln. manat( bütün investisiyaların-19,5 faizi), xarici-14,341 trln. manat(2002-ci ilə nisbətən artım-84,2%) olub.
Azərbaycan hər adama düşən investisiyaların həcminə görə MDB ölkələri arasında birincidir. -Precc-relizdə belə deyilir.
Yanvarın 29-a olan rəsmi məzənnə : 4934 manat=1$.
BMT-NİN İP AZƏRBAYCANDA İNVESTİSİYALARA YARDIM FONDUNUN MALİYYƏLƏŞDİRİLMƏSİNDƏ İŞTİRAK EDƏCƏK
BAKI.30.01.2004. MEDİA-PRESS: 2004-gü ildə BMT-nin İnkişaf Proqramı (İP) Azərbaycanda İnvestisiyalar və məsləhətləşmələrin təşviqi Fondunun (İMTF) saxlanması xərclərinin bir hissəsini öz üzərinə götürəcək.Bu barədə Fondun yetkilisi İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində artıq İP-nın bu işə öz ilkin razılığını verdiyini və fevralın ilk günlərində müvafiq sənəd imzalanacağını , lakin qrant məbləğinin hələ tam razılaşdırılmadığını da qeyd etdi.
2004-cü ildə BMT İP ilə yanaşı Azərbaycanın İqtisadi İnkişaf nazirliyi də Fondu maliyyələşdirəcək. İMTF nazirliyin təşəbbüsü ilə 2003-cü ildə yaradılıb və bunda məqsəd respublika iqtisadiyyatına əcnəbi sərmayəni cəlb etməkdir.
"AZƏRALÜMİN" 2004-CÜ İLDƏ MƏHSUL İXRACINI 1,6-1,7 DƏFƏ ARTIRMAQ NİYYƏTİNDƏDİR
BAKI. 30.01.2004..MEDİA-PRESS: "Azəralümin" SC 2004-cü ildə öz məhsulunun ixracını 2003-cü illə müqayisədə 1,6-1,7 dəfə artırmağı planlaşdırır- $58 milyondan -$95-100 milyonadək. SC Direktorlar Şurasının sədri Əli Özkurtun "İnterfaks-Azrbaycan"a məlumatına görə,2003-cü illə müqayisədə xammal idxalı ən azı 2 dəfə artaraq-$45 -50 milyona çatacaq.
Özkurt deyib:"SC alümin istehsalı üçün boksit idxal edir. 2004-cü il yanvarın 1-dən boksitə görə ƏDV (əlavə dəyər vergisi) ödəməliyik. Deməli, hər ay bizim əlavə bir milyon dollar xərcimiz çıxacaq ki, bu da bizə əl vermir. Halbuki, biz həmin vəsaitləri istehsala yönəldə bilərdik."
Direktorlar Şurasının sədri şirkətin xammal idxalına görə ƏDV ödəməkdən azad olunması təklifi ilə hökumətə müraciət edəcəyini deyərək xatırladıb ki, 2001-ci ildən SC-nin idarəsini 25 illiyə öz öhdəsinə götürmüş hollandiya şirkəti FONDEL METAL investisiya proqramının ilk mərhələsi çərçivəsində istehsalın inkişafına $42 milyon xərcləsə də, 2-ci mərhələdə-$65 , 3-cü mərhələdə - $220-250 milyon maya qoymağı planlaşdırır.Ümumiyyətlə, şirkət istehsalın inkişafına təqribən bir milyard dollar sərf edəcək.
Gəncə Gil-torpaq zavodu, Sumqayıt alümin zavodu və Zəylik alunit idarəsi "Azəralümin"in strukturundadır.
BAKI BEŞ RAYONUN AZAD OLUNMASI ŞƏRTİ İLƏ ERMƏNİSTANLA DƏMİRYOLU ƏLAQƏSİNİ BƏRPA ETMƏYƏ HAZIRDIR
BAKI. 30.01.2004 MEDİA-PRESS: Bakı Avropa İttifaqının (Aİ) Ermənistanla dəmiryolu rabitəsinin bərpa edilməsi təklifini dəstəkləyir, bu şərtlə ki, Azərbaycanın işğal olunmuş 5 rayonundan erməni qoşunları çıxarılsın. Respublika XİN müavini Araz Əzimov jurnalistlər qarşısında belə bəyanatla çıxış edib.
"Azərbaycan,əlbəttə istərdi ki, bu, dinc yolla , razılaşma əsasında,baş versin.Məncə,işğal olunmuş 7 rayondan beşinin (Dağlıq Qarabağ nəzərə alınmadan) azad edilməsi və bunun əvəzi kimi, dəmir yolunun bərpası -məqbul layihədir".Araz Əzimov belə deyib.
Bu ideyanın reallaşacağı təqdirdə, Azərbaycanın işğal altında olan ayrı rayonlarının azad edilməsi problemi ilə məşğul olmağın mümkünlüyünü qeyd edən diplomat həmçinin deyib ki, Azərbaycanla Ermənistan arasında dəmiryolunun bərpası təklifinin aqibəti nəhayət etibarı ilə məsələyə hər iki ölkə prezidentinin münasibətindən asılı olacaq.
Aİ-nin Xarici işlər, Müdafiə və Təhlükəsizlik Komitəsi yanvarın 28-də İttifaqın Cənubi Qafqaz üzrə eksperti Per Qartonun məruzəsini təsdiq edib. Məruzədə azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının aşkar fakt olması göstərilir.
Respublikamızın Aİ-dəki nümayəndəsi Arif Məmmədov "İnterfaks-Azərbaycan" agentdiyinə müsahibəsində deyib:" Məruzədə bu da vurğulanır ki, Azərbaycanın işğal olunmuş 5 rayonuna qaçqınların qayıtması,oradan keçən və Bakını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəmiryolunun bərpası üçün Ermənistanın bu əraziləri azad etməsi zəruridir".
P. Qartonun məruzəsinin Avropa Parlamentinin Strasburqda fevral sessiyasının plenar (geniş tərkibli) iclasında təsmdiqlənəcəyi ehtimal olunur.
Dağlıq Qarabağın mənsubiyyəti məsələsinə görə 1990-cı illərdə ermənilərlə azərbaycanlılar arasında başlamış qanlı münaqişə gedişində Bakı təkcə Dağlıq Qarabağ yox, onu dövrələyən 7 rayon- Ağdam,Cəbrayıl,Füzuli, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı üzərində nəzarətini də itirdi. Nəticədə qaçqın və məcburi köçkünlərə çevrilmiş bir milyona yaxın azərbaycanlı indinin özündə də çadır şəhərciklərində daldalanmaq məcburiyyətindədir.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul edərək, azərbaycan ərazisinin işğalını pislədi, bu ərazilərdən erməni silahlı birləşmələrinin dərhal,tam və danışıqsız çıxarılması tələbini sürdü. Lakin Ermənistan bu tələbləri qulaqardına vurdu.
ERMƏNİ QHT ŞURASI GÜRCÜSTAN ERMƏNİLƏRİ ÜÇÜN MUXTARİYYATDAN İMTİNA ETDYİNƏ GÖRƏ, ÖZ DEPUTATINI PİSLƏYİB
BAKI.30.01.2004.MEDİA-PRESS: Samsxe-Cavaxetiyanın ( əsasən ermənilərin yaşadıbı gürcüstan bölgəsi) erməni qeyri-hökumət təşkilatları (QHT) şurası Gürcüstan parlamentinin deputatı Van Bayburtyanı pisləyib. O bu yaxınlarda gürcü mətbutında yazmışdı ki, Cavax ermənilərinin çoxu muxtariyyat tələb etmir.
Sitat:" Qeyd etmək lazımdır ki, Tbilisidə əyləşmiş cənab Bayburtyanın Samsxe-Cavaxetiyada nələr baş verdiyindən, oranın adamlarının istəyindən xəbəri yoxdur.Bayburtyanın bu xəbərsizliyi sübut edir ki, Samsxe-Cavaxetiya Gürcüstanın dövlət idarəçiliyi prosesindən kənarda qalıb."Corciya Tayms" və başqa qəzetlər rayona gəlib adamların fikirlərini öyrənə bilər".
Erməni QNT üzvləri dekabrın 30-da və yanvarın 16-da Nino Burcanadzeyə və Mixail Saakaşviliyə məktublarında bu regiona muxtariyyat verilməsinin zəruriliyini qeyd ediblər.
Bayburtyan "AZQ" erməni qəzetinin müxbirinə deyib: " bu təşkilatlvar adamların fikrini ifadə etmir, onların yalnız rəhbərlərit var. Əhalinin çoxu muxtariyyatdan danışmır və bu qəbil söhbətlərin Tbilisi üçün necə ağrılı olduğunu və bunun erməni-gürcü münasibətlərinə yaXşı heç nə gətirməyəcəyini dərk edir. Muxtariyyatdansa, yerli strukturların səlahiyyətinin artırılmasından danışmaq gərəkdir". Bayburtyan əlavə edib ki, " muxtariyyatdan dəm vuran, lakin arxalarında xalqın durmadığı təşkilatları maliyyələşdirən mənbələrin adlarını çəkmək istəmir".
<<< <<<