rus || eng
2003-CÜ İLDƏ ÇİN 91 MLN. TON XAM NEFT İDXAL EDİB Kİ, BU DA 2002-Cİ İLDƏKİNDƏN 31% ÇOXDUR
BAKI.01.03.2004.MEDİA-PRESS: 2003-cü ildə Çin 91 milyon xam neft idxal edib. Bu, bir il əvvəlkindən 31% çoxdur. Bu rəqəmi vurğulayan Çin Neft-kimya sənayesi assosiasiyasının prezidenti Tan Çjuçjou ölkədə neft istehlakının artan sürətlə davam etdiyini deyib. Məsələn, keçən il istehlak 10%, yaxud 252 milyon ton olub.Çinin özü isə 169 milyon ton ( bir il əvvəlkindən 1,5% az) neft çıxarıb.
Ekspertlər nəzmlə inkişaf edən Çin iqtisadiyyatının neftə illik tələbatının 2020-ci ildə 400 milyon tona çata biləcəyini proqnozlaşdırır. Pekin artıq neftin həm daxili hasilatının, həm də idxalının artırılması yollarını araşdırmaqdadır. Səudiyyə Ərəbistanı, İran və Rusiya Çinə daha çox neft ixrac edən ölkələrdir.
AZƏRBAYCANIN GÖYÇAY RAONUNDA QARABAG MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YENİ YAŞAYIŞ BİNASI TİKİLƏCƏK
BAKI.01.03.2004.MEDİA-PRESS: Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi Göyçay rayonunda Qarabag mühəribəsi əlilləri üçün üçmərtəbəli yaşayış binasının tikintisi üçün tender elan edib. Binada 21 ailə məskunlaşacaq.
Azərbaycanda 1500 qarabag müharibəsi əlili var. Hər il onların 120-130 nəfəri mənzillə təmin olunur. 1997-ci ildən bəri Nazirlik 700 əlil ailəsini mənzil və ya evlə təmin edib . Yaxın bir neçə ildə onların hamısının yeni mənzillərlə təmin olunması planlaşdırılır.
"CƏNUBİ PARS" LAYİHƏSİNİN 1-Cİ MƏRHƏLƏSİNİN SINAQ İSTİSMARI BAŞLAYIB
BAKI.01.03.2004.MEDİA-PRESS: İran hökuməti martın axırlarında "Cənubi Pars" yatağında nəzərdə tutulan həcmdə qaz istixrac ediləndən sonra,yatağın işlənməsi layihəsinin 1-ci Mərhələsinin reallaşmasına başlanacağını elan etmək niyyətindədir.
"Petro Pars" şirkətinin icraçı direktoru Qolamreza Mənuçehri "Mehr" agentliyinə müsahibəsində artıq 1-ci Mərhələnin sınaq icrasına başlanıldığını, lakin rəsmiyyət xatirinə Neft nazirliyinin sərəncamını gözləmək lazım gəldiyini deyib. İndi 1-ci Mərhələnin əvvəlində qaz hasilatı planlaşdırılmış həcmin 40 faizini təşkil edirsə, martın 20-ə kimi həcm 100 faizə çatdırılacaq.
Mənuçehrinin sözlərinə görə, "Cənubi Pars"ın 1-ci Mərhələsi ölkə podratçılarının indiyədək həyata keçirdikləri ən böyük layihədir.Layihənin tətbiqi ildə 1 milyard dollar gəlir gətirəcək. Yataq İranın qaz şəbəkəsinə hər gün 25 milyon kub metr qaz verəcək . Burada gündəlik 40 min barrel qaz kondensatı və 200 ton kükürd istehsalı da nəzərdə tutulur.
"Cənubi Pars"ın yalnız üçdə biri İranındır. Yatağın üçdə ikisinin hüquqi səlahiyyəti Qətərin əlindədir.
"Cənubi Pars" şirkətinin icraçı direktoru Əsədullah Salehinin sözlərinə görə, yatağın İran hissəsinin 26 mərhələsinin taleyi müəyyənləşib, 10 mərhələnin reallaşması üçün sazişlər artıq imzalanıb,3-ü istismara verilib , 2-si gələn il istifadəyə veriləcək ( İranda növbəti təqvim ili bu il martın 22-də başlayır).
A.Salehi daha 5 mərhələnin tenderi üçün hazırlıq işləri görüldüyünü . hər növbəti mərhələnin ən çoxu 5 il vaxt apardığını qeyd edərək deyib ki, indi bütün yatağın seysmik kəşfiyyatı aparılır .Bu iş başa çatandan və quyular qazılandan sonra yatağın ehtiyatlarından danışmaq olar.
"Cənubi Pars" şirkətinin rəhbəri yatağın İrana aid 3 min 800 kv. km.-lik sahəsində (Qətərə aid sahə ilə birlikdə-9 min kv. km.-dən çox) 14 trilyon kubmetr yanacaq ehtiyatının olduğunu , burada artıq 40-50 min yeni iş yeri açıldığını qeyd edərək, Cənubi Pars neft-qaz yatağının bütövlükdə təqribən 70 min iş yeri açmağa imkan verəcəyini deyib.
AZƏRBAYCANIN GÖYÇAY RAONUNDA QARABAG MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YENİ YAŞAYIŞ BİNASI TİKİLƏCƏK
BAKI.01.03.2004.MEDİA-PRESS: Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi Göyçay rayonunda Qarabag mühəribəsi əlilləri üçün üçmərtəbəli yaşayış binasının tikintisi üçün tender elan edib. Binada 21 ailə məskunlaşacaq.
Azərbaycanda 1500 qarabag müharibəsi əlili var. Hər il onların 120-130 nəfəri mənzillə təmin olunur. 1997-ci ildən bəri Nazirlik 700 əlil ailəsini mənzil və ya evlə təmin edib . Yaxın bir neçə ildə onların hamısının yeni mənzillərlə təmin olunması planlaşdırılır.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA İKİGÜNLÜK RƏSMİ SƏFƏRİ BAŞLAYIB
BAKI.01.03.2004.MEDİA-PRESS: Bu gün Azərbaycan prezidenti İlhamƏliyevin Qazaxıstana ikigünlük səfəri başlayıb.
Qazaxıstan prezidenti mətbuat xidmətinin məlumatına görə, bu gün İlham Əliyev Astanada dar dairədə və geniş tərkibdə Nursultan Nazarbayevlə, Senatın (parlamentin yuxarı palatası) sədri Oralbay Abdıkarimovla görüşəcək. Prezidentlərin danışıqlarının nəticəsi kimi, ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.
Çərşənbə axşamı İlham Əliyev Astanada ölkənin baş naziri Danial Axmetovla görüşəcək.
Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva Qumilyov adına Avrasiya Milli universitetinin müəllim heyəti ilə görüşəcək, Prezident Mədəniyyət mərkəzinə, "Bayterek" istiqlaliyyət abidəsinə baş çəkəcək, Astananın tikintiləri ilə tanış olacaq , Vətən müdafiəçilri abidəsi önünə gül-çiçək dəsti qoyacaq.
Təyyarə ilə Astanaya uçmazdan qabaq jurnalistlərə müsahibəsində İlham Əliyev "prezident Nursultan Nazarbayevlə ikitərəfli münasibətlərin geniş spektrini və regional problemləri müzakirə etmək niyyətini" açıqlayıb: " Azərbaycan Qazaxıstanın mühüm tərəfdaşı olduğu kimi ,Qazaxıstan da Azərbaycan üçün mühüm ölkədir".
Tərəflərin Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması məsələsinə toxunacaqlarını istisna etməyən prezident deyib:" Biz istəyirik ki, başqa ölkələrdə çıxarılan neft Azərbaycandan daşınsın və respublikamız tranzit ölkəsinə çevrilsin". BTC kəmərinin iqtisadi səmərəliyi üçün Azərbaycanda çıxarılacaq neft həcminin də kifayət edəcəyini vurğulayan İ.Əliyev hesab edir ki, yeni yataqların aşkarlandığı və böyük həcmdə neft-qaz hasilatının gözlənildiyi Qazaxıstan üçün öz nefti və qazını dünya bazarlarına çıxarmağın alternativ yollarana malik olmaq vacibdir.
İ.Əliyev Qazaxıstanda Xəzərin hüquqi statusu məsələsinin də müzakirə edilə biləcəyini, Xəzərə aid ümumi sazişin əldə edilməsinin zəruriliyini və bu məsələdə Azərbaycan, Qazaxıstan və Rusiyanın mövqelərinin üst-üstə düşdüyünü qeyd edərək , deyib:"Biz bu məsələdə müttəfiqlərik".
Qazaxıstanın şərq sahillərindən tankerlərə vurularaq Bakıya gətirilən neft daha sonra dəmir yolu ilə Azərğaycan ərazisindən Gürcüstanın qaradəniz limanlarına daşınır.2003-cü ildə Qazaxıstan bu marşrutla təqribən 3 milyon ton neft göndərib ki, bu da əvvəlki ilə nisbətən üçdə bir çoxdur.
AZƏRBAYCAN PREZİDENTİNƏ GÖRƏ, XƏZƏR REGİONUNDA OPEK-Ə ALTERNATİV QURUM YARADILMASI HAQQINDA DÜŞÜNMƏK HƏLƏ TEZDİR
BAKI.01.03.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki,Xəzər regionunda OPEK-ə alternativ qurum yaradılması baradə düşünmək hələ tezdir. O təyyarə ilə Qazaxıstana ikigünlük səfərə yola düşməzdən qabaq Bakı beynəlxalq "Binə" aeroportunda jurnalistlərə müsahibəsində bu fikrini açıqlayaraq deyib :"Xəzərdə çıxarılan və çıxarılacaq neftin həcminə nəzər salsaq, görərik ki, bu, OPEK ölkələrinin hasil etdikləri həcmlərlə hələ rəqabətə girə bilməz .Ancaq istisna etmirəm ki, gələcəkdə yeni yataqlar aşkarlanarsa və hasilat artarsa, xəzəryanı ölkələr dünya neft bazarına təsir göstərə bilər".
"AZNEFTKİMYAMAŞ" SC-NİN 6 MÜƏSSİSƏSİ ÖZ MƏHSULLARINA İSO VƏ APİ BEYNƏLXALQ STANDARTLAR NİŞANI VURMAQ HÜQUQU QAZANIB
BAKI.01.03.2004.MEDİA-PRESS: "AZNEFTKİMYAMAŞ" Açıq Səhmdar cəmiyyətinin (ASC) 6 müəssisəsi öz məhsulları üzərinə İSO (Beynəlxalq Standartlaşdırma təşkilatı) və APİ ( American Retroleum İnstitute) beynəlxalq standartlar nişanı vurmaq hüququ qazanıb.
ASC-də Media-Pressə verilən məlumata görə, İSO sertifikatını almaq hüququna Bakı neft-mədən avadanlığı zavodu( fəvvarə armaturları və açarları), Suraxanı neft-maşınqayırma zavodu( dərinlik nasosları),Elmi-Tədqiqat institutu və Xüsusi Konstruktor bürosu layiq görülüblər.
Səttərxan adına( fəvvarə armaturları istehsal edir ) və Zabrat (neft vışkaları və onların özüllərini hazırlayır) maşınqayırma zavodları isə İSO ilə yanaşı APİ sertifikatını da alıblar.Sertifikatların təqdimatı martın 5-də olacaq.
"Azneftkimyamaş" müəssisələrinin bu sertifikatlara yiyələnməsi onlara beynəlxalq tenderlərdə iştirak hüququ verir. Amma bu, ilk növbədə o deməkdir ki, bu müəssisələrin məhsulları beynəlxalq standartlara uyğundur. SSRİ zamanında "İttifaqneftmaş" adını daşımış indiki ASC neft-qaz istixrac və emal edən sovet müəssisələrinin mədən avadanlığına tələbatının 70 faizini təmin edirdi. Lakin SSRİ-nin süqutundan sonra satış bazarından məhrum olan bakı maşınqayıranlarının məhsuluna beynəlxalq səviyyədə də müştəri tapılmırdı. Bunun səbələrindən biri də bu məhsulun məhz İSO və APİ tələblərinə cavab verməməsi idi. Qəribə də olsa, ASC-nin məhsulu elə bu səbəbdən hətta Azərbaycanın özündə reallaşan beynəlxalq neft-qaz layihələrində iştiraka da demək olar ki, buraxılmırdı. Respublikanın ən müxtəlir dövlət orqanları və iqtisadi qurumları ümid edirdilər ki, məsələn, "əsrin müqaviləsi" ölkə maşınqayırma sənayesinin dirçəlişinə kömək edəcək. Lakin müqavilənin Pay bölgüsü sazişinin 11-ci Əlavəsi əslində "Azneftkimyamaş"ı azərbaycan bazarında da oyundan kənarlaşdırmış oldu. Dövlət Standartları üzrə işləyən şirkətlər Azərbaycanda neft-qaz istixracı ilə məşğul olan Əməliyyat şirkətinə və sair beynəlxalq konsorsiumlara fayda verə bilmədilər.
"CƏNUB-QƏRBİ QOBUSTAN" MÜQAVİLƏ SAHƏSİNİN "DUVANNI" VƏ "DAŞGİL" YATAQLARINDA İKİMİQYASLI SEYSMİK KƏŞFİYYAT APARILIR
BAKI.01.03.2004.MEDİA-PRESS: "Cəçnub-Qərbi Qobustan" muqavilə sahəsinin opratoru Gobustan Operating Company (GOC) "Duvannı" və"Daşgil" yataqlarında ikimiqyaslı seysmik kəşfiyyatı martda başa çatdırmaq əzmindədir.ARDNŞ-də Media-Pressə məlumat veriblər ki, bu işdən sonra növbəti tədbirlər planı hazırlanacaq.
GOC öncə müqavilə sahəsinin şimal, mərkəzi və sahil bloklarında ükmiqyaslı kəşfiyyat işlərini yerinə yetirməli idi. Mərkəzi blokun - 143 kv. km., sahil blokunun-351 kv. km. və şimal blokunun isə -113 kv. km. sahələri var. Bütün işlər 2005-ci ilədək tamamlanmalı idi.Ancaq şirkət bu fikrindən daşındı, baxmayaraq ki, şimal blokunda ikimiqyaslı seysmik kəşfiyyat artıq tamamlanmışdı.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin müştərək kəşfiyyatı və işlənməsi layihəsi 1998-ci ilin iyununda imzalanıb və həmin ilin noyabrında ölkə parlamentində təsdiqlənib. ARDNŞ (20%), Union Texas Petroleum (UTP - 40%) və Commonwealth Oil & Gas (40%) MBS-nın iştirakçılarıdır. Lakin UTP layihəni səmərəsiz hesab edərək tezliklə müqavilədən çıxıb və onun 40 faizlik iştirak payını Commonwealth şirkəti alıb. Lakin bu şirkət də 80 faizlik iştirak payını maliyyələşdirmək gücündə olmadığı üçün, payının 62, 83 faizini Çinin Smart Asses və CNOPC şirktlərinə satıb.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsi 3 blokdan ibarətdir. Əvvəllər istismarda olmuş, lakin neft-qaz istixracının azalması səbəbindən istifadəsiz qalmış "Şıx-Zakirli", "Şeytanud", "Vyurküt", "Donquzluq", "Nardaran", "İlxıçı", "Qərbi Hacıvəli", "Sündi", "Şərqi Hacıvəli", "Torağay", "Kənizdağ", "Qərbi Duvannı", "Duvannı", "Solaxay" və "Daşgil" yataqlarının ümumi sahəsi 604 kv. kilometrə çatır. Yataqda qazılmış 137 istismar quyusunun hamısı sonradan bağlanıb. Bundan əlavə orada daha 250 axtarış və qiymətləndirmə quyusu qazılıb.
Çıxarıla bilən ehtiyatları 115 mln. barrel neft və 530 mlrd. kub fut qaz (neft ekvivalenti ilə təqribən 206 mln. barrel ) həcmində hesablanmış bu layihənin reallaşmasına 470 mln. dollar civarında vəsait xərclənməlidir.
BTC KƏMƏRİNİN AZƏRBAYCAN SAHƏSİNİN TİKİNTİSİNDƏ YARANMIŞ NARAZILIQ HƏLLİNİ TAPIB
BAKI.01.03.2004.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin (BTC ƏİK) azərbaycan hissəsinin tikintisində baş vermiş narazılıq aradan qaldırlıb-tətilçilər iş yerlərinə qayıdıblar. BP-Azeribaijan şirkətində Media-Pressə məlumat veriblər ki,ƏİK-in Kürdəmir sahəsində çalışan 200 nəfərə yaxın fəhlə dünən işə çıxmayıb, əməkhaqqını artırmağı və 600 -nəfərlik tikinti düşərgəsində məişət şəraitini yaxşılaşdırmağı tələb edib. Etirazçıların əksəriyyəti sürücülər olub.
BTC ƏİK-in azərbaycan və gürcüstan sahələri tikintisinin podratçısı CCİC şirkətinin rəhbərliyi elə dünən tətilçilərin nümayəndələri ilə görüşüb və onların tələblərini dinləyiblər. Danışıqlardan sonra bu gün fəhlə və sürücülərin hamısı öz iş yerlərinə qayıdıb.
BP-Azeribaijan mətbuat xidmətinin məlumatına görə, CCİC rəhbərliyi əməkhaqqının artırılması tələbinin əsassız olduğunu bildirib, çünki işə götürülən bütün fəhlələr əməkhaqqının məbləğinin də göstərildiyi müqaviləyə qol çəkiblər.Birdə ki, fəhlə və sürücülərin aldıqları haqq aşağı sayıla bidməz, ona görə ki, respublika üzrə ortaaylıq əməkhaqqından xeyli yüksəkdir. BP Mətbuat xidməti qeyd edib ki, CCİC əmək haqqını artıra da bilər. Lakin bu hal fərdi qaydada baş verir -yəni vəzifəsi və ya ixtisası artanlar daha yüksək maaş alır. Ancaq məvaciblərin ucdantutma artırılmasından söhbət belə gedə bidməz.
Kürdəmir tikinti düşərgəsində məişət şəraitinin yaxşılaşdırılmasına gəldikdə qeyd olunub ki, bura beynəlxalq standartların bütün tələblərinə cavab verir.Şirkət rəhbərliyi bü standarta gələcəkdə də riayət etməyə çalışacaq. Eyni halda qeyd olunub ki, şirkət əsaslı olan hər bir tələbi dinləməyə və üyğun tədbir görməyə də hazırdır.
RUSİYA VƏ QAZAXISTAN 2020-Cİ İLƏDƏK NEFT BALANSINI RAZILAŞDIRIBLAR
BAKI.01.03.2004.MEDİA-PRESS: Qazaxıstan neftinin borularla Rusiya ərazisindən daşınması bütün mövcud layihələrdən daha faydalıdır.Bu, RF baş naziri əvəzi Viktor Xristenkonun fikridir.O, Qazaxıstanda işləyən bəzi şirkətlərin nefti XBK (Xəzər Boru Konsorsiumu) vasitəsi ilə deyil, BTC (Bakı-Tbilisi-Ceyhan) kəməri ilə nəql etmək qərarını şərh edərkən belə deyib. "Biz bu gün Almatıda Qazaxıstanın baş naziri Danial Axmetovla görüşdə (Avrasiya İqtisadi Birliyinin iclası çərçivəsində) bu qənaətə gəldik".
Bu zaman Xristenko qeyd edib ki, qazaxıstan neftçilərinin BTC kəmərinə dair qərarı " ölkənin layihəsi deyil, ayrı-ayrı şirkətlərin təşəbbüsüdür ki, qalan investorlar bununla razılaşmaya da bilər".
Görüşün yekununda Rusiya və Qazaxıstan 2020-ci ilə kimi neft balansını razılaşdırıblar. V.Xristenko deyib:"2020-ci ilədək Qazaxıstan neft ixracını 160 milyon tona (indilikdə-40-45 mln. tondur) çatdıracaq.
RF Baş naziri əvəzi məlumat verib ki, tərəflər qazaxıstan neftinin ixracında tranzit ölkəsi kimi Rusiyanın iştirak edəcəyi marşrutları müzakirə edirlər və" ilk dəfədir ki, hər iki ölkə neft nəqlinin həcmlərinə təminat veriblər".
VİKTOR KALYUJNI: MOSKVA BOSFORUN BAĞLANMASINA YOL VERMƏYƏCƏK
BAKI.01.03.2004.MEDİA-PRESS: Türkiyənin Xarici işlər naziri Abdulla Gülün rusiya rəhbərliyi ilə Moskvadakı danışıqlarının hələ başa çatmadığı bir vaxtda RF prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi,XİN müavini Viktor Kalyujnı onun vətəninə yollanıb.
"Vremya novostey" qəzeti yazır ki, cənab Kalyujnı məhz burada, Türkiyədə Rusiyanın energetik maraqları uğrunda "savaşın yeni cəbhəsini açıb".O , son vaxtlar Türkiyənin "Qaradəniz boğazları ətrafında süni alarmizmi(gərginliyi) açıq-aşkar qızışdırmaq səylərinə qarşı sərt bəyanatla çıxış edib. Qəzetin iddiasına görə," söhbət ondan gedir ki, son vaxtlar Ankara rusiya və qazaxıstan neftini dünya bazarlarına daşıyan tankerləri Bosfordan buraxmayacağı ilə hədələməyə başlayıb və bunu çoxmilyonlu İstanbulun ekoloji təhlükəsizliyini təmin etməyin mümkünsüzlüyü , həmçinin terror təhlükələri ilə izah edir (Ədalət naminə qeyd edək ki,Türkiyə məsələni heç manan məhz bu şəkildə qoymayıb.Ankara boğazları bağlamağa hazırlaşmır. Amma Bosfor və Dardaneldən neftdaşımalarının artmasına uyğun olaraq, məhz İstanbulun ekoloji və sair təhlükəsizliyini təmin etmək üçün tankerlərin keçidi rejimini sərtləşdirmək siyasətini artıq bir neçə ildir ki, davam etdirir.RF Energetika nazirliyinin məlumatına görə,2003-cü ildə boğazlardan 62 mln. ton rusiya nefti daşınıb ki, bu da 2002-ci ilə nisbətən 25% çoxdur.Bu zaman tankerlərin boğazlarda tıxaca düşməsi üzündən yük sahibləri neftin hər tonunda $12 ziyana düşüblər. -MEDİA-PRESS). Ankara xəbərdarlıq edir ki, əvvəl-axır hökumət Bosfordan neftdaşımaları həcminin artmasının getdikcə güclənməsinin İstanbulu "olum ya ölüm" problemi qarşısında qoyacağı ilə əlaqədar, ölkə ictimaiyyətinin sərt "antitanker" nümayişləri ilə üzləşə bilər.
Bosfor sahillərində keçirilən və Abdulla Gülün Moskva səfəri ilə bir vaxta düşən "Xəzər və Qara dənizlərin neft və qazı" beynəlxalq konfransında çıxış edən Viktor Kalyujnının birdən ağlına gəlib ki, onun bəyanatı məhz burada səslənərsə,effekti ( təsiri) daha güclü olar.
"Rusiya Türkiyənin hərəkətlərində siyasi çalar görür: bu ölkə boğazları bağlamasa da, onların buraxıcılıq qabiliyyətini süni surətdə məhdudlaşdırmağa çalşır ki, Xəzərin və Rusiyanın neft istehsalçılarını öz neftlərini Rusiyadan yan keçən tranzitlə,yəni Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşısınlar.RF prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi öz mülahizələrini əsaslandırmaq üçün ,dəlil kimi Novorossiysk Dövlət dəniz akademiyası ekspertlərinin Rusiya Nəqliyat Nazirliyinin sifarişi ilə boğazların buraxıcılıq qabiliyyəti barədə hazırladıqları rəqəmlərə istinad edib.
Kalyujnı məşhur "Lloyd recister" sığorta şirkətinin rəyini də xatırlatmağı unutmayıb . Bu şirkətə görə,Bosforda təhlükə vəziyyətin yaranması səmərəli dispetçer xidmətinin və naviqasiya avadanlığı üzrə sahil xidmətinin olmamasıdan irəli gəlir.
Rusiya XİN rəhbəri müavininin gəldiyi nəticə birmənalıdır.Sitat:" Birtərəfli hərəkətlər, üstəlik də beynəlxalq su yolu sayılan qaradəniz boğazlarını bağlamaq və özəlləşdimək cəhdləri Türkiyənin nüfuzlu dairələrinin bəzi nümayəndələrinin təbliğ etdikləri dağıdıcı ideyadır.Bu məfkurə nə zamansa kütləvi şüurlara hopar , idarəolunmaz vəziyyət yaranar və hökumət xaosla üzləşər. Bu, təhlükəli yoldur və mən cini butılkadan buraxmamağı məsləhət görərdim".-Kalyujnı belə deyib.
O, öz təbirincə desək, "ehtirasları qızışdırmaq əvəzinə" tankerlərin boğazlardan təhlükəsiz keçidinə dair İstanbulda çoxtərəfli məsləhətləşmələr keçirməyi , habelə "boğazlardan daha çox istifadə edən" ölkənin- Rusiyanın adından türkiyə tərəfinə təklif edib ki," qaradəniz hövzəsində operatorluq edə bilən birgə şirkət yaratmaq" məsələsi öyrənilsin. Rusiyalı diplomat " gəlin, qadağa qoymaq əvəzinə, iş görək" sözlərini pafosla deyərək , "bu işi" müzakirə etmək üçün energetika üzrə türkiyə naziri Hilmi Gülerin görüşünə yollanıb. "Vremya novostey" yazır ki, görüş dinc şəraitdə keçib və hətta əməli səciyyə daşıyıb.
TÜRKİYƏNİN ENERGETİKA NAZİRİ İRAN QAZININ UCUZLAŞDIRILMASINI TEHRANDA MÜZAKİRƏ EDƏCƏK
BAKI.01.03.2004.MEDİA-PRESS: Türkiyənin Energetika və Faydalı qazıntılar naziri Hilmi Güler İrandan idxal edilən qazın qiymətinin aşağı salınması məsələsini müzakirə etmək üçün bu həftə Tehrana gələn və BOTAŞ şirkəti rəhbərliyinin də daxil olduğu nümayəndə heyətinə başçılıq edəcək. İRNA agentliyinin Ankaradan məlumatına görə, H. Güler İstanbulda "Qara və Xəzər dənizlərinin neft və qazı" beynəlxalq konfransında bu haqda bəyanat verərək deyib:"Müqavilələrimizin hamısında qazın qiymətlərinə yenidən baxılmasına dair bənd var. Bu bəndə əsaslanan Türkiyə keçən ilin iyulundan iran hökuməti qarşısında qazın qiymətinin salınması məsələsini qaldırıb. BOTAŞ rəhbərliyi də öz iranlı tərəfdaşları ilə Tehranda və Ankarada danışıqlar aparıb".
Danışıqlar səmərəsiz olarsa, Türkiyə nə kimi addımlar ata bilər? sualına H.Güler cavab verib ki, Türkiyə qonşu İranla münasibətlərinin anlaşma şəraitində, qanun və sazişlərə üyğun inkişafını istəyir. Danışıqlar uğurla gedir və Rusiya ilə "Mavi axın" layihəsi üzrə danışıqlar zamanı olduğu kimi, indi də ümumi məxrəcə gələcəyimizə ümid var.
İran Neft nazirinin müavini Mohammed Məllaki isə demişdi ki, iran qazının Türkiyəyə ixracına dair sazişdə sabit qiymət göstərilib və bu qiymət 2004-cü ilin sonunadək dəyişməz qalacaq. İran Milli qaz ixracı şirkətinin icraçı direktoru Ruhəddin Cavadi boru ilə İrandan Türkiyəyə verilən qazın qiymətinin aşağı salınması barədə Ankaranın tələbini Tehran rədd edib. Sitat:"Türkiyə tərəfinin İrandan aldığı qazın qiymətini azaltmaq tələbi 2 il öncə imzalanmış müqavilə bəndlərinin pozulması deməkdir".
2003-cü ildə İran Türkiyəyə 3,5 milyard kubmetr qaz ixrac edib. Bu il həcmin 8,3 milyarda çatdırılması planlaşdırılır.
2003-CÜ İLDƏ ÇİN 91 MLN. TON XAM NEFT İDXAL EDİB Kİ, BU DA 2002-Cİ İLDƏKİNDƏN 31% ÇOXDUR
BAKI.01.03.2004.MEDİA-PRESS: 2003-cü ildə Çin 91 milyon xam neft idxal edib. Bu, bir il əvvəlkindən 31% çoxdur. Bu rəqəmi vurğulayan Çin Neft-kimya sənayesi assosiasiyasının prezidenti Tan Çjuçjou ölkədə neft istehlakının artan sürətlə davam etdiyini deyib. Məsələn, keçən il istehlak 10%, yaxud 252 milyon ton olub.Çinin özü isə 169 milyon ton ( bir il əvvəlkindən 1,5% az) neft çıxarıb.
Ekspertlər nəzmlə inkişaf edən Çin iqtisadiyyatının neftə illik tələbatının 2020-ci ildə 400 milyon tona çata biləcəyini proqnozlaşdırır. Pekin artıq neftin həm daxili hasilatının, həm də idxalının artırılması yollarını araşdırmaqdadır. Səudiyyə Ərəbistanı, İran və Rusiya Çinə daha çox neft ixrac edən ölkələrdir.
<<< <<<