rus || eng


TÜRKİYƏNİN ENERGETİKA NAZİRİ : İRAN QAZIN QİYMƏTİNİN AŞAĞI SALINMASINA MÜSBƏT YANAŞIR

BAKI.03.03.2004.MEDİA-PRESS: Türkiyənin Energetika və Faydalı qazıntılar naziri Hilmi Güler İran rəhbərliyi ilə görüş və danışıqlarının nəticələrini şərh edərkən qazın qiymətinin azaldılması barədə təklifə İranın müsbət yanaşdığını deyib.
İrna agentliyinin məlumatına görə, Guler qeyd edib ki, " ölkələrimiz arasındakı müqavilə qiymətlərə yenidən baxılmasını nəzərdə tutur və Ankara da bu haqda danışıqlara başlamaq üçün Tehrana bir həftə vaxt vermişdi".
Türkiyə nazirinin dediyinə görə, iki ölkə başçısının gələn həftə olacaq görüşündə Türkiyəyə verilən İran qazının qiymətinin aşağı salınması məsələsinə baxılacaq. Bu baş tutarsa,türkiyə istehlakçıları üçün də qazın qiyməti ucuzlaşdırılacaq. Güler danışıqların uğuruna inandığını vurğulayıb .
Bütövlükdə iki ölkənin iqtisadi əməkdaqlığından bəhs edərkən Güler qeyd edib ki, İran Avropaya qazı Türkiyə ərazisindən ixrac etməyə üstünlük verir. Ancaq bu məsələyə kompleks şəkildə baxılmalıdır. Əgər İran qazının qiymətini salarsa, qalan məsələlərə sonra baxmaq olar. Türkiyənin Energetika və Faydalı qazıntılar naziri Hilmi Güler İran rəhbərliyi ilə görüş və danışıqlarının nəticələrini şərh edərkən qazın qiymətinin azaldılması barədə təklifə İranın müsbət yanaşdığını deyib.
İrna agentliyinin məlumatına görə, Guler qeyd edib ki, " ölkələrimiz arasındakı müqavilə qiymətlərə yenidən baxılmasını nəzərdə tutur və Ankara da bu haqda danışıqlara başlamaq üçün Tehrana bir həftə vaxt vermişdi".
Türkiyə nazirinin dediyinə görə, iki ölkə başçısının gələn həftə olacaq görüşündə Türkiyəyə verilən İran qazının qiymətinin aşağı salınması məsələsinə baxılacaq. Bu baş tutarsa,türkiyə istehlakçıları üçün də qazın qiyməti ucuzlaşdırılacaq. Güler danışıqların uğuruna inandığını vurğulayıb .
Bütövlükdə iki ölkənin iqtisadi əməkdaqlığından bəhs edərkən Güler qeyd edib ki, İran Avropaya qazı Türkiyə ərazisindən ixrac etməyə üstünlük verir. Ancaq bu məsələyə kompleks şəkildə baxılmalıdır. Əgər İran qazının qiymətini salarsa, qalan məsələlərə sonra baxmaq olar.
Keçən il İran Türkiyəyə 3,5 mlrd. kubmetr qaz ixrac edib. Müqaviləyə görə, Türkiyə bu il İrandan 6 mlrd. kubmetrdən çox qaz almalıdır. Keçən il İran Türkiyəyə 3,5 mlrd. kubmetr qaz ixrac edib. Müqaviləyə görə, Türkiyə bu il İrandan 6 mlrd. kubmetrdən çox qaz almalıdır.


FEVRALDA VERGİLƏP NAZİRLİYİ BÜDCƏYƏ 352,8 MİLYARD MANAT ÖDƏYİB

BAKI.03.03.2004.MEDİA-PRESS: Azərbaycan Vergilər Nairliyi fevralda dövlət büdcəsinə 352,8 milyard manat köçürüb və proqnozu 101,9% doğruldub. Nazirlik ilk iki ayda dövlət büdcəsinə 618,1 milyard manat köçürüb ki, bu da 2003-cü ilin müvafiq dövründən 149,2 milyard manat çoxdur.
Xatırladaq ki, Vergilər Nazirliyi 2003-cü ildə dövlət büdcəsinə 4,1122 trilyon manat köçürüb və il üzrə proqnozu 101,2 % doğruldub. Nazirlik büdcə mədaxilinin70 faizə qədərini təmin edib.Bu nəticələr respublikanın vergi sistemində gerçəkləşdirilmiş islahatların nəticəsidir. Bu islahatlar vergi orqanlarının iş səmərəsini xeyli artırıb, büdcəyə daxilolmaların sabitliyini təmin edibdir.


QARADAĞ REZİN QATIŞIQLARI SC SƏHMLƏRİNİN SATIŞINA İNVESTİSİYA MÜSABİQƏSİ ELAN EDİLİB

BAKI.03.03.2004.MEDİA-PRESS: İqtisadi İnkişaf Nazirliyi (İİN) "Azərkimya" dövlət şirkətinin "Qaradağ Rezin qatışıqları" SC-nin 100% səhmlərinin satışına investisiya müsabiqəsi elan edib.
Müsabiqənin şərtlərinə görə, iddiaçılar investisiya proqramı təqdim etməlidir.Proqram yeni texnologiyaların tətbiqini, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını, iş yerlərinin bərpasını və işçilərin sosial müdafiəsini nəzərdə tutmalıdır.Müsabiqənin qalibi dövlət büdcəsinə 2,4 milyard manat köçürməli və silinmək üçün100 min özəlləşdirmə çeki təqdim etməlidir.Sərmayə yatıran əcnəbidirsə, o, həmin sayda özəlləşdirmə opsionları da təqdim etməlidir. Qalib şirkət investisiya proqramının dəyərinin 5 faizini SC-nin bank hesabına keçirməyi boynuna götürməlidir.
SC-nin Nizamnamə kapitalı 17,18 milyard , kreditor borcları-95,5 milyon, debitor borcları isə-2,2 milyon manatdır.


ÜB, "AÇIQ CƏMİYYƏT" İNSTİTUTU VƏ AVRASİYA FONDU AZƏRBAYCANDA KİÇİK QRANTLAR PROQRAMININ MALİYYƏLƏŞDİRİLMƏSİNƏ $100 MİN AYIRACAQLAR

BAKI.03.03.2004.MEDİA-PRESS: Ümumdünya Bankının (ÜB), "Açıq cəmiyyət" institutu və Avrasiya Fondunun maliyyələşdirdiyi "2004-cü ilin kiçik qrantlar proqramı"nın növbəti raundunun təqdimatı keçirilib.
ÜB-nın Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, proqram üçün nəzrdə tutulan 100 min dolların 40 minini ÜB , hərəyə 30 minini isə -"Açıq cəmiyyət" institutu və Avrasiya Fondu ayıracaqlar. Proqramın əsas ideyası vətəndaş cəmiyyətinin əhalinin kövrək təbəqələrinin (əlillər, qaçqınlar və milli azlıqlar) inkişafı prosesinə cəlb etməkdi. Bələdiyyələri inkişafına, xüsusən də bələdiyyələri icra hakimiyyətləri ilə əlaqələrinin genişləndirilməsinə də böyük diqqət yetiriləcək.
Qrantlar müsabiqə yolu ilə ayrılacaq. Qeyri-hökumət təşkilatları birillik layihələrini martın 31-dək təqdim etməlidir. Qrantlar mayın 10-da veriləcək və ən böyük məbləğ 12 min dollar olacaq.


GÜRCÜSTANDA DİN-İN 200 MƏMURU İSTEFA VERİB

BAKI.03.03.2004.MEDİA-PRESS: Dünən Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) birdən-birə 200 yüksək rütbəli zabiti istefa verib. RBK agentliyinin məlumatına görə, bu şəxslər əsasən regional və rayon polis idarələrinin rəisləri və müavinləridir.
Bu istefanı müxtəlif cür yozurlar. Deyilənə görə, daxili işlər naziri Georgi Baramidze zabitlərə məsləhət görüb ki, özləri istefa ərizələrini yazsınlar, çünki yeni iqtidar onsuz da onlara etimad bəsləmir.Bir də ki,Gürcüstanın DİN sistemi yenidən təşkilatlanır.Bu tədbir isə keçmiş iqtidarla eyniləşdirilən şəxslərin vəzifələrindən getməsini nəzərdə tutur.
Ancaq yeni iqtidarın təyin etdiyi idarə rəisləri də istefa veriblər.Gürcüstan DİN-də ehtimal edirlər ki, bu şəxslər bir müddət sonra öz vəzifələrinə qayıdacaqlar. İndiki hadisələr martın 28-ə təyin edilmiş parlament seçkilərinə mənfi təsir göstərə bilər. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) respublikada olan Monitorinq qrupu bu təşkilatın tövsiyyələrinə Gürcüstanın əməl etməməsindən narazılığını bildirib.
Beləki seçki orqanları əvvəlki kimi yenə də "Beyker formulu"na uyğun formalaşdırılır.AŞ PA bu formulu qyri-demokratik sayır seçki orqanlarının işində siyasi partiyaların paritet (bərabər) iştirakını istisna edir. Gürcüstan həm də AŞ-nın siyasi partiyaların parlamentə keçid normasının 7 faizindən 4-5 faizə endirilməsi tövsiyyəsini də qulaqardına vurub. "Martın 28-dək hələ vaxt var və biz Gürcüstan iqtidarına parlamentin fövqəladə sessiyasını çağırmağı və seçkilər haqqındakı mövcud qanunvericiliyi dəyişdirməyi tövsiyə edirik".AŞ PA nümayəndəsi belə deyib .
Onun əqidəsincə, 7-faizlik hədd " avrpopa normalarından uzaqdır və Gürcüstanı təkpartiyalı parlament formalaşdırmaq təhlükəsi ilə üz-üzə qoyur".Sitatın sonu.


AZƏRBAYCAN PREZİDENTİ: QRABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASI ÜZRƏ DANIŞIQLAR PROSESİNDƏ VƏZİYYƏT ÜMİDSİZ DEYİL

BAKI.03.03.2004.MEDİA-PRESS: Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yaranmış vəziyyət heç də çıxılmaz deyil. Qazaxıstana səfərindən qayıdan Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərlə söhbətində belə deyib.
Dövlət başçısı qeyd edib ki, ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu həmsədlərinin, o cümlədən rusiyalı həmsədrin, problemə aid bəzi bəyanatları "ümidverici idi". "Zənnimcə, çıxış yolu var və bu, hamıya bəllidir: Azərbaycanın işbal ərazilərinin azad edilməsi və onun ərazi bütövlüyünün bərpası. Bu yol mövcud beynəlxalq hüquq normalarına söykənir. Əgər Minsk qrupunun həmsədrləri sadaladığımız prinsiplərdən çıxış etsələr, problemin həli yolları tapılacaq". Sitatın sonu.


GÜRCSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİ MARTIN 4-DƏ BAKIYA RƏSMİ GÖRÜŞƏ GƏLİR

BAKI.03.03.2004.MEDİA-PRESS: Gürcüstan prezidenti Mixail Saakaşvili martın 4-də bakıya rəsmi görüşə gəlir.
Gürgüstanın Azərbaycandakı səfirliyində Media-Pressə bildiriblər ki, səfərinin ilk günündə M.Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə iki ölkə məkdəşlığının bu günü və sabahına aid məsələləri müzakirə edəcək.Gürcüstan Dövlət Dəftərxanası rəsmisinin dediyinə görə,tikintisi davam edən Bakı-Tbilisi-Ceyhan neft kəməri danışıqların əsas mövzularından olacaq.
Səfərin yekununda informasiya və təhsil sahələrndə əməkdaşlıq sazitşləri imzalanacaq.M.Saakaşvili Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşəcək,Səngəçal neft terminalında və Bakı dəniz dərinlik özülləri zavodunda da ollacaqdır. Hər iki obyekt Xəzərdə neft-qaz istixracı layihələrində və Gürcüstan ərazisindən keçəcək ixrac neft-qaz kəmərlərinin tikintisində iştirak edir.
Martın 3-də Tbilisidə jurnalistlər qarşısında çıxış edən M.Saakaşvili bəyanat verib ki," Azərbaycan Gürcüstanın ən yaxın müttəfiqi və dostudur". O məlumat verib ki, Bakı səfəri gedişində " iki ölkə xalqlarının səmimi dostluq və qardaşlığını bir daha vurğulamaq "niyyətindədir.
"Azərbaycan, Ermənistan və Gürcüstan bir regionun həssələridir.Biz mənasibətlərimizin möhkəmləndirilməsinə daha çox diqqət yetirməliyik. Gürcüstan rəhbərliyi siyasətinin mahiyyəti budur"-Sitatın sonu.
Gürcüstan prezidenti Tbilisiyə martın 5-də dönəcək.


AZƏRBAYCAN PREZİDENTİ HƏLƏ Kİ, XƏZƏRYANI DÖVLƏT BAŞÇILARI SAMMİTİNİN KEÇİRİLMƏSİNDƏ ZƏRURƏT GÖRMÜR

BAKI.03.03.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyevə görə,"hələ ki, xəzəryanı dövlət başçılarının sammitini keçirməyə ehtiyac yoxdur". Qazaxıstandan 2-günlük rəsmi səfərindən qayıdan dövlət başçısı bu fikrini jurnalistlərə açıqlayarkən deyib: "hələlik işlər ekspertlər səviyyəsində getməlidir".
Bu məsələdə Bakı və Astananın mövqelərinin ərqlənmədiyini vurğulayan İlham Əliyev qeyd edib ki, əgər Xəzərin bölünməsinə dair azərbaycan-rusiya, azərbaycan-qazaxıstan, eləcə də rusiya-qazaxıstan razılaşmaları əsas götürülərsə, o zaman bu dənizin statusu üzrə hərtərəfli sazişə nail olmaq mümkündür. Sitat :"Mövcud müqavilələrimiz bunun üçün gözəl zəmin yaradır".
Dövlət başçısı Astanadakı danaşaqları zamanı deyib ki,bu məsələnin hərtərəfli həlli üçün çox gözəl zəmin var: "Qazaxıstan və Azərbaycan, Qazaxıstan və Rusiya, Rusiya və Azərbaycan arasında bağlanmış sazişlər " beynəlxalq hüquq normalarına və beynəlxalq təcrübəyə əsaslanır. Bu ikitərəfli sazişlər çoxtərəfli sazişlərdə də əksini tapa bilən məsələlərin hamısını tam ehtiva edir".
Xəzərin məhz sektorlara bölünməsi prinsipinin bu gün heç kəsdə sual doğurmadığını , bu mövqeyə lap əvvəldən iki ölkənin -Qazaxıstan və Azərbaycanın tərəfdar çıxdığını və sonradan onlara qoşulanların olduğunu vurğulayan Azərbaycan lideri deyib:"Əminəm ki, əgər mövcud müqavilələrimiz hərtərəfli saziş üçün əsas kimi götürülərsə, biz müvafiq sazişə çox asanlıqla və ağrısız nal ola bilərik".


2004-CÜ İLDƏ AZƏRBAYCANA 4,5 MLRD. KUBMETR QAZAXISTAN QAZI VERİLƏCƏK

BAKI.03.03.2004.MEDİA-PRESS: 2004-cü ildə Qazaxıstan Azərbaycana 4,5 mlrd. kubmetr qaz ixrac edəcək. "KazMunayQaz" milli şirkətində bildiriblər ki, bu barədə müqaviləni "KazRosQaz" SC-nin baş direktoru Anuarbek Arqinqazin və ARDNŞ prezidenti Natiq Əliyev imzalayıblar . Hadisə Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan səfəri gedişində gerçəkləşib.
"KazRosQaz" bu ilin yanvarından qaz ixracına başlayıb və Azərbaycan yanvar -fevral aylarında Qazaxıstandan artıq 1 mlrd. kubmetr təbii yanagaq idxal edib. Bu qazın hər min kubmetrini biz 52 dollara alırıq. Azərbaycan bazarının idxal qazına illik tələbatı təqribən 6 mlrd. kubmetrdir.


QAZAXISTAN NEFT MAŞINQAYIRMASINDA AZƏRBAYCANIN TƏCRÜBƏSİNDƏN YARARLANMAQ İSTƏRDİ

BAKI.03.03.2004.MEDİA-PRESS: "Qazaxıstan birgə müəssisələr yaratmaqla neft maşınqayırmasında Azərbaycanın təcrübəsindən yararlanmaq istərdi. Hamıya bəllidir ki, MDB ərazisində neftmaşınqayırması Bakıdan başlayıb". Qazaxıstanın baş naziri Daniyal Axmetov dünən Astanada azərbaycan prezidenti ilə danışıqlarında bu fikrini açıqlayaraq xatırladıb ki,yaxın vaxtlarda ölkənin bir sıra neft-qaz yataqlarının işlənilməsinə başlanacaq və rspublikanın neft-mədən avadanlığına tələbatı artacaq.
İlk dövrdə bu tələbatı "Azneftkimyamaş" SC-nin maşınqayırma zavodları ödəyə bilərdi. Bir neçə gün öncə həmin zavodlardan beşi öz məhsullarına İSO (Beynəlxalq Standartlaşdırma təşkilatı) və APİ (Amerikan Petroleum İnstitute) nişanlarını vurmaq hüququ qazanıblar. Bu zavodlar fəvvarə armaturları, açarlar, dərinlik nasosları və neft vışkaları istehsal edir. SC-nin Elmi-Tədqiqat institutu və Xüsusi Konstruktor bürosu da İSO-nun sertifikatlarını alıblar.
"Azneftkimyamaş" müəssisələrinin bu sertifikatlara yiyələnməsi onlara beynəlxalq tenderlərdə iştirak hüququ verir. Amma bu, ilk növbədə o deməkdir ki, bu müəssisələrin məhsulları beynəlxalq standartlara uyğundur. SSRİ zamanında "İttifaqneftmaş" adını daşımış indiki ASC neft-qaz istixrac və emal edən sovet müəssisələrinin mədən avadanlığına tələbatının 70 faizini təmin edirdi. Lakin SSRİ-nin süqutundan sonra satış bazarından məhrum olan bakı maşınqayıranlarının məhsuluna beynəlxalq səviyyədə də müştəri tapılmırdı. Bunun səbələrindən biri də bu məhsulun məhz İSO və APİ tələblərinə cavab verməməsi idi.


FEVRALDA MİƏ İDARƏSİ 209 MİN TON NEFT VƏ 56 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB

BAKI.03.03.2004.MEDİA-PRESS: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar (MİƏ) idarəsi xətti ilə 56,305 min ton neft məhsulları ixrac edilib.
ARDNŞ-də Media-Pressə bildiriblər ki, xarici müştərilərə ən çox göndərilən məhsul dizel yanacağıdır-32,963 min ton. Həmçinin xarici bazarlarda-11,942 min ton avtomobil benzini, 11,399 min ton təyyarə yanacağı satılıb. Fevralda butan və soba yanacağı ixrac edilməyib.İlin əvvəlindən bəri İdarə 117,322 min ton neft məhsulları ixrac edib. Xaricdə azərbaycan dizel yanacağına tələbat daha yüksəkdir- 74 min ton.Bu,ixrac edilmiş benzindən (29,865 min ton) 2,5 dəfə çoxdur.
ARDNŞ fevralda Bakı-Novorossiysk kəməri ilə 209,305 min ton, əvvəlki iki ayda isə-557,401 min ton neft axıdıb.
Xatırladaq ki,bu il də həmin marşrutla əvvəlki illərin səviyyəsində neft axıdılacaq -2,5 milyon ton. Bu "şimal" marşrutu ilə axıdılan neftin hər tonu bizə 15, 67 dollara( müqayisə üçün: Bakı-Supsa kəmərində hər ton- 2,7 dollara!) başa gəlir.
Bakı-Novorossiysk xətti 25 oktyabr 1997-ci ildə istifadəyə verilib. ARDNŞ bu kəmərlə ildə 2,5 milyon ton neft ixrac edir. Bu il də ixrac həcmi həmin səviyyədə qalacaq . 1999-cu ilin yanvarında bağlanmış rusiya-azərbaycan sazişinin müddəti avtomatik olaraq hər il uzadılır, bu şərtlə ki, tərəflərdən biri müddətin başa çatmasına yarım il qalmış sənədi qüvvədən salmaq qərarını bəyan etməmiş olsun.Ümumi razılıqla hər 5 ildən bir tərəflər sazişə düzəlişlər də edə bilərlər.


AZLAB TƏDQİQAT MƏRKƏZİ İSO BEYNƏLXALQ KEYFİYYƏT SERTİFİKATI ALACAQ

BAKI.03.03.2004.MEDİA-PRESS: Dövlət Neft Şirkətinin AZLAB tədqiqat mərkəzi İSO-nun (Beynəlxalq Standartlaşdırma təşkilatı) 9001:2000 benəlxalq keyfiyyət sertifikatını almağa hazırlaşır. Şirkətdə Media-Pressə bildiriblər ki, hazırba lazımi sənədlər razılaşdırılır.
AZLAB bir qədər əvvəl Azərbaycan Dövlət standartının şəhadətnaməsini alıb.Beynəlxalq keyfiyyət sertifikatına layiq görüləndən sonra, VZLAB bütün Xəzər regionunun Elmi-tədqiqat mərkəzinə çevrilmək ümidindədir.
AZLAB Qapalı Səhmdar Cəmiyyəti kimi 1997-ci ildə yaradılıb. QSC-nin səhmdarları: ARDNŞ-in Dənizdə neft-qaz istixracı istehsalat birliyi(50%), SCHLUMBERGER fransız servis şirkəti (25%) və TPAO (25%) türkiyə neft şirkətidir.
Mərkəz müasir avadanlıqla təchiz olunub və onların köməyi ilə neftləri4 cür analiz etmək olur. AZLAB 7 ildə BP, AIOC, CIPCO, Karasu, JAOC, Exxon, Salyan Oil, Partex (Kazaxstan), Ural Oil & Gas, MAERSK, Dragon Oil, Uzbekneftegas, Frontera və Exxon/Mobile şirkətlərinin sifarişlərini yerinə yetirib.


"XƏZƏR NEFT-QAZI - 2004" 11-Cİ BEYNƏLXALQ SƏRGİ-KONFRANS BAKIDA İYUNUN 1-DƏ AÇILACAQ

BAKI.03.03.2004.MEDİA-PRESS: İyunun 1-4-də Bakıda "Xəzər neft-qazı -2004" 11-ci beynəlxalq sərgi və konfrans olacaq.
Sərginin təşkilatçılarından biri-Caspian İnvest Ltd şirkətində Media-Pressə bildiriblər ki, orada həm Azərbaycanda çoxdan işləyən, həm də müəyyən səbəblərdən son bir neçə ildə tədbirdə iştirak etməmiş şirkətlərin iştirakı gözlənilir.
Fransa, Böyük Britaniya,Almaniya, İtaliya, İran , ABŞ, Norveç və daha bir neçə ölkənin milli pavilyonları "Xəzər neft-qazı-2004" -ün yeniliyi olacaq. Tədbirin ənənəvi iştirakçılarına -ən böyük beynəlxalq neft-qaz konsernləri və podratçı şirkətlərlərə sıraları ildən-ilə genişlənən kiçik və orta müəssisələr( onların bir qisi azərbaycan pavilyonunda təmsil olunacaq) də qoşulacaq. 2003-cü llə müqayisədə sərgi iştirakçılarının sayının 25% artacağı gözlənilir.
"Xəzər neft-qazı- 2004" çərçivəsində "Enerji ehtiyatlarına qlobal tələbatın ödənilməsinin yeni məqsəd və imkanları" mövzusunda iyunun 2 -3-də daha bir konfrans keçiriləcək.Bu tədbirə Azərbaycan Yanacaq və Energetika naziri Məcid Kərimovun, habelə britaniya parlamentinin üzvü, Böyük Britaniya baş nazirinin xarici titcarət üzrə xüsusi nümayəndəsi Brayan Vilson sədrlik edəcəklər.
Konfransda aparıcı əməliyyat şirkətlərinin,podratçı və ixracçı şirkətlərin, regional neft-qaz şirkətlərinin, nazirliklərin və nüfüzlu maliyyə institutlarının nümayəndələri 40-dan artıq məruzə ilə çıxış edəcək. Natiqlər nəinki neft - qaz istixracı və nəqliyyatının vacib poblemlərini, həm də dünyanın enerjiyə tələbatının ödənilməsində xəzər regionunun imkanları, rengionun energetika sənayesinin inkişafına ehtiyacı, beynəlxalq ictimai təşkilatların regional və yerli iqtisadiyyatlara təsiri kimi kəskin məsələlərə də toxunacaqlar.


BU GÜNLƏRDƏ SƏNGƏÇAL NEFT TERMİNALI ƏRAZİSİNDƏ "TERMİNAL" YARIMSTANSİYASI İŞƏ SALINACAQ

BAKI.03.03.2004.MEDİA-PRESS: Səngəçal neft tterminalı ərazisində bu günlərdə "Trminal" yarımstansiyası işə salınacaq.
"Azərenerji" SC mətbuat xidmətinin məlumatına gbrə, artıq 40 meqavat\amper (Mva) gücündə transformator şəbəkəyə qoşulub və sazlama işləri zamanı qurğuya test gərginliyi verilib. İndi terminal ərazisində tikilmiş və hər biri 22 Mvt (meqavat) gücündə ı 5 qaz-turbin qurğusu yarımstansiyaya qoşulmalıdır. Məhz bu qurğular Səngəçalı zəruri elektrik enerjisi ilə təmin edəcək.
İndi SC və BP -Azerbaijan ekspertləri "Terminal" və "Səngəçl" yarımstansiyalarının paralel iş rejimini müzakirə edirlər. Bu yarımstansiyaları artıq 5-kilometrlik elektrik verilişi xətti birləşdirir.
Xatırladaq ki,"Səngəçal" yarımstansiyasının yenidən qurulması ötən ilin sonunda başa çatıb . Orada 125 Mva gücündə yeni transformator qoyulub. Bu işləri "Azərenerji" SC və Almaniyanın SİEMENS şirkəti görür.

<<< <<<