rus || eng
QAZAXISTAN 2010-CU İLƏDƏK QAZ İSTİXRACINI 5 -QAT ARTIRARAQ İLDƏ 60 MLRD.KUBMETRƏ ÇATDIRACAQ
BAKI.05.03.2004. MEDİA-PRESS: Qazaxıstan 2010-cu ilədək qaz hasilatını beşqat artıracaq -ildə 60 mlrd. kubmetrə çatdıracaq. Bu hədd Qazaxıstanın qaz sahəsinin inkişaf proqamında öz əksini tapıb.Hökumət hesab edir ki, proqram reallaşarsa,Qazaxıstan isbat olunmuş qaz ehtiyatına görə dünyanın ən böyük ölkələri sırasında yer tutacaq, MDB məkanının 3 əsas istehsalçısı və ixracçısından biri olacaq.Ölkənin Energetika və Mineral ehtiyatlar nazirliyinin məlumatına görə, Qazaxıstanın 94 yatağının kəşf olunmuş və hesablanmış ehtiyatları 3 trilyon kubmetrdən çoxdur.
Qazaxıstanda belə hesab edirlər ki, əmtəə qazının istixracı və realizəsi qaz kəmərləri sisteminin modernləşdirilməsi və boruların buraxıcılıq qabiliyyətinin genişləndirilməsi tədbirlərini sürətləndirməyə imkan verəcək. Bu zaman sahənin sənaye inkişafının başlıca nəticələrndən biri əhalinin təbii qaza tələbatının daha dolğun ödənilməsi olacaqdır.
İRANIN NEFT NAZİRİ MTQ ÜZRƏ İRİ MÜQAVİLƏLƏR İMZALANMASINA DAİR XƏBƏRLƏRİ TƏKZİB ETDİ
BAKI.05.03.2004. MEDİA-PRESS: İranın Neft naziri Bijan Zənqane İLNA agentliyinə müsahibəsində maye təbii qaz ( MTQ) sahəsində $4 milyard məbləğində iki müqavilə imzalanmasından xəbərsiz olduğunu qeyd edərək deyib ki, hal-hazırda həqiqətən də britaniya Royal Dutch/Shell-i, ispaniya Rispul-i və britaniyanın BG qaz korporasiyası ilə danışıqlar aparılsa da, müqavilə imzalanmayınca, bu barədə əlavə məlumat dərc olunmayacaq.
İran nazirinin bu təkzibi ölkənin heç də MTQ istehsalının sürətlə artırılması planlarından imtina edilməsi kimi başa düşülməməlidir.Xatırladaq ki, NİOC (İran Milli Neft şirkəti) fevralın sonunda Pars LNG birgə müəssisəsinin (BM) yaradılması haqqında Total S.A.(Fransa) və Petronasla (Malayziya) $2 milyardlıq müqavilə imzalayıb.BM 2009-cü ildən başlayaraq, sonrakı 25 ilin hər birində 8 milyon ton maye təbii qaz istehsal edəcək.
İran Dövlət radiosunun xəbərinə görə, qaz layihəsi səhmlərinin 30 faizi fransızlara, 20 faizi isə Petronasa məxsusdur. Birgə layihə Cənubi Pars yatağının işlənməsinin 11-ci mərhələsi çərçivəsində həyata keçiriləcək.
Bundan əlavə , İran elə həmin proqrama uyğun olaraq, maye qazı müvafiq terminallara daşıya bilən gəmilər tikməkdədir.
NOĞRVEÇ NEFTİ HESABINAMI ÇİÇƏKLƏNİR?
BAKI.05.03.2004.MEDİA-PRESS: Keçən il Norveç Neft Fondunun vəsaitləri 236 milyard norveç kronu ($33,7 milyard) məbləğində artıb və bu, Fondun tarixində (1997-ci ildən) əldə etdiyi ən boyük gəlirdir.
Gəlirlərin təqribən yarısı neft istixracı sənayesindən ələ gələn yeni vəsaitlər , qalanını isə borc öhdəlikləri və hərraclardan alınan dividentlər təşkil edir.
2003-cü ilin sonunda Norveç neft gəlirləri Fondunun qiymtləndirmə dəyəri 845 milyard norveç kronu ($120 milyard) təşkil edib və bu, indi bütün Avropada ən böyük təqaüd fondudur.
Neft Fondjunun təqribən 40 faizini təşkil edən səhmlər paketinin dəyəri nə az, nə çox, düz 22,8% artıb. 1997-ci ildən 2003-cü ilədək Fondun orta illik gəliri ( idarəçilik xərcləri çıxıldıqdan sonra) 3,7% olub, baxmayaraq ki, 2002-ci ildə səhmlər paketinin dəyəri -24,4% azalmışdı.
TÜRKİYƏ BOĞAZLARINDAN KEÇƏN "ÖLÜM GƏMİLƏRİ" VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİR
BAKI.05.03.2004. MEDİA-PRESS: Ukraynaya məxsuc olan və partlayıcı maddələr daşıyan "Delfin-1" gəmisi Dardanelin dayaz yerində torpağa oturub. Türkiyə Sahil xidməğtinin katerləri dalğaların çox güclü olması səbəbindən qəzaya uğrayan gəmiyə yaxınlaşa bilmir.
Bosfor və Dardaneldən keçən gəmilərin İstanbulun ətraf mühiti və əhalisi üçün təhlükə doğurduğuna diqqəti cəlb edən Türkiyə hökuməti tələb tdi ki, boğazlardan keçən gəmi və tankerlərin hamısı ehtimali qəzalardan sığortalansın.
Dardaneldəki hadisə gəmi mühərrikinin sıradan çıxması nəticəsində baş verib. Mühərrik dayanandan sonra 193 ton su tutumu v 33 metr uzunluğu olan gəmini güclü axın və dalğalar qoynuna alaraq, sahilə qovub . Nəticədə gəmi dayazda torpağa oturub."Delfin-1"-in kapitanı partlayıcı maddələr daşıması barədə Türkiyənin Sahil xidmətini xəbərdad edərək, kömək istəyib . Lakin, qeyd etdiyimiz kimi, yüksək dalğalar türkiyə katerinə imkan vermir ki, ukrayna gəmisinin köməyinə gəlsin. "Delfin-1" partlayıcı maddələri Livanın paytaxtına-Beyrut limanına çatdırmalı idi.
Bu arada Türkiyə hökuməti tələbində israrlıdır ki, Bosfor və Dardaneldən keçən bütün gəmilər baş verə biləcək qəzadan dəyən ziyanı ödəmək üçün sığortalansın. Türkiyənin "Zaman" qəzeti yazır ki, son illər Türkiyə boğazları dünyada ən təhlükəli və həddən-ziyadə yüklənmiş dəniz yoluna çevriliblər. Yalnız Rusiyyanın Novorossiysk limanınıntankerləri bu boğazlardan gündə 1,7 milyon barrel xam neft daşıyır. Ekspertlər hesablayıblar ki, qarşıdakı 10 ildə ( qazaxıstan və azərbaycan nefti də nəzərə alınmaqla) boğazlardan daşınan xam neftin həcmi 3 dəfə artacaq və gündə 4,5 milyon barrelə çatacaqdır.
"Hürriyyet" yazır ki, bogazlarda kiçik toqquşmalar və zədələnmələr müntəzəm şəkildə baş verir. Göyərtələrində , yaxud anbarlarında təhlükəli yük daşıyan iri tonnajlı tanker və gəmiləri istanbullular "ölüm gəmiləri" adlandırırlar. Çünki onlar bəzi hallarda sahil binalarının 100-200 metr yaxınlığından keçir. Türkiyənin bu ən nəhəng şəhərinin (İstanbulda 12 milyona yaxın əhali yaşayır) mərəkəzinə, yəni ən qiymətli tarix və mədəniyət abidələrinin yerləşdiyi yerə qədər olan məsafə isə təqribən 400 metrdir. Təhlükəli yük daşıyan hansısa bir gəminin qəzaya uğrayacağı halda nə baş verəcəyini təsəvvür etmək çətin deyil. Qəzet bu nəticələrin yalnız ən güclü zəlzələnin dəhşətləri ilə müqayisə oluna biləcəyini qeyd edir.
İTAR-TASS-ın məlumatına görə, hal-hazırda yalnız az sayda gəmilər 5-günlük sığorta qəbzlərini mmüntəzəm alır.Bu məlumatı açıqlayan Türkiyə Dəniz Nəqliyyatı idarəsinin nümayəndələri qeyd edirlər ki, yaranmış vəziyyət ətraf mühit və İstanbul sakinləri üçün çoxböyük təhlükə mənbəyidir. İdarə rəhbərliyi bu məqsədlərə xidmət edən sığorta şirkətləri ilə birbaşa əlaqə rayartmaq istəyir ki, İstanbulun Liman müdriyyəti türkiyə boğazlarından keçən gəm və tankerlərin sığorta qəbzlərinin( sığorta polislərinin) həqiqiliyini dərhal və yerindəcə yoxlaya bilsin.
İLHAM ƏLİYEV: AZƏRBAYCAN VƏ GÜRCÜSTAN MƏQSƏDLƏRİNƏ YALNIZ BİRGƏ SƏYLƏRLƏ NAİL OLA BİLƏRLƏR
BAKI.05.03.2004. MEDİA-PRESS: Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfərinin ikinci günü strateji obyektlərdən biri - çəkilişi davam edən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəməri ilə tanışlıqla başlayıb.
Bir gün əvvəl isə Mixail Saakaşvili Azərbaycan prezidenti İlham Əliyev və respublikamızın ayrı rəhbərləri ilə danışıqlar aparıb. Bu danışıqların yekununda iki dövlət başçısının imzaladığı Birgə Deklarasiya siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli münasibətlərin ümdə inkişaf istiqamətlərini müəyyənləşdirir.
Sənəd ticari-iqtisadi əlaqələrin, irimiqyaslı enerji layihələrinin realizəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, regional təhlükəsizliyin təmininə xüsusi əhəmiyyət verir.
Təhsil və informasiya sahəsində əməkdaşlıq sazişləri də imzalanıb.
Danışıqların sonunda keçirilən mətbuat konfransında prezidentlər İlham Əliyev və Mixail Saakaşvili strateji tərəfdaşlığın inkişafını öz xarici siyasətlərinin ən əsas yönlərindən biri kimi qiymətləndiriblər.
Gürcüstan prezidenti vahid azərbaycan-gürcüstan iqtisadi məkanının yaradılmasına təfəfdar çıxaraq deyib:" Gürcüstan və Azərbaycan bir-biri ilə sıx inteqrasiya edəcək", iki ölkə real surətdə " vahid tarif sistemi yaradacaq,vergi siyasətini sinxronlaşdıracaq və gömrük sədlərini aradan qaldıracaqdır ki, yaxın bir neçə ildə müştərək layihələr qarşısındakı bütün əngəllər götürülsün". Gürcüstan prezidenti ümidvar olduğunu bildirib ki, zaman keçəcək "ümumi azərbaycan-gürcüstan bazarı ümumi cənubi qafqaz iqtisadi məkanına çevriləcək . Bunun əhəmiyyəti ondadır ki, regionumuz həqiqətən Avropanın layiqli hissəsinə çevrilə bilsin".
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanla ticari-iqtisadi münasibətlərin həmahəngləşdirilməsinə tərəfdar çıxaraq qeyd edib ki, bu iki ölkənin iqtisadi əlaqələri müştərək enerji layihələrinin- BTC neft və BAKI-Tbilisi-Ərzurum qaz kəmərlərinin realizəsində əməkdaşlıq çərçivəsindən kənara çıxmalıdır, çünki qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Gürcüstan və Azərbaycan iqtisadi cəhətdən fəal inteqrasiya etməlidir".
"Avropada sərhədlərin götürüldüyü bir məqamda Azərbaycan və Gürcüstan bu prosesdən kənarda qala bilməz" fikrini xüsusi vurğulayan dövlət başçımız hər iki dövlətin regionda möhkəm mövqe tutduğunu, onlarsız heç bir regional layihənin mümkün olmadığını qeyd edərək, azərbaycan-gürcüstan münasibətlərinin yüksək səviyyəsini "strateji tərəfdaşlıq" kimi səciyyələndirib.
Bakıda Mixail Saakaşvili ilə danışıqlarını dəyərləndirən İlham Əliyev ikitərəfli, regional və beynəlxalq məsələlərdə baxışların tam üst-üstə düşdüyünü vurğulayaraq deyib:" Azərbaycan və Gürcüstan öz xalqlarının rifahını artırmaq, regionda sülhü və təhlükəsizliyi təmin etmək məqsədlərinə yalnız birgə səylərlə nail ola bilərlər".
M.SAAKAŞVİLİ: GÜRCÜSTAN ÖZ ƏRAZİSİNDƏ BTC NEFT KƏMƏRİNİN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMƏYƏ QADİRDİR
BAKI.05.03.2004. MEDİA-PRESS: Gürcüstan öz ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin səmərəli mühafizəsini təmin etməyə qadirdir. Bakıya rəsmi səfəri gedişində mətbuat konfransında belə bəyanatla çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili qeyd edib ki, neft kəmərinin təhlükəsizliyini bilavasitə ona tabe olan xüsusi bölüklər təmin edir.
Saakaşvili deyib ki, o ekoloji şüarlarla pərdələnən "bəzi siyasi qüvvələr"in niyyətindən xəbərdardır. Onlar BTC tikintisini yaxın bir neçə ayda əngəlləməyə çalışırlar ki,onun istifadəyə verilməsini bir neçə illiyə təxirə salsınlar. BTC layihəsinin müəyyən cüzi düzəlişlərə ehtiyacını istisna etməyən M.Saakaşvili deyib:"Lakin bu, kəmərin vaxtında işə düşməsinə mane olmamalıdır".
O, qeyd edib ki, kəmərin bir hissəsinin keçəcəyi rayonun- Gürcüstanın cənubunda yerləşən Cavaxetiyanın erməni əhalisi ilə ölkə iqtidarının münasibətləri yaxşıdır, ona görə də burada magistralın tikintisi və təhlükəsizliyi baxımlarından problem olmayacaq.
"Gürcüstan rəhbərliyi ölkədə hakimiyyəti mərkəzləşdirməklə yanaşı, onu yerlərdə də möhkəmləndirir. Biz artıq bir il, yaxud yarım il bundan əvvəlki Gürcüstan deyilik" deyən Saakaşvili əmin edib ki, indi onun ölkəsində yeni iqtidar formalaşıb və hər cür şantaj layiqli cavabını alacaq.
İldə 50 milyon ton neft axıtmaq gücündə olan BTC neft kəməri 2005-ci ilin əvvəllərində istifadəyə verilməlidir.
BTC CO-NUN İCRAÇI DİREKTORU ƏMİNDİR Kİ, TÜRKİYƏ İXRAC NEFT KƏMƏRİNİN ÖZÜNƏ AİD HİSSƏSİNİN TİKİNTİSİNİ VAXTINDA BAŞA ÇATDIRACAQ
BAKI. 05.03.2004. MEDİA-PRESS: "Mən əminəm: Türkiyə hökuməti və BOTAŞ şirkəti bütün tədbirləri görəcəklər ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin (ƏİK) türkiyəyə aid hissəsinin tikintisi vaxtında başa çatsın". BTC Co boruçəkmə şirkətinin icraçı direktoru Maykl Taundsen jurnalistlərə belə deyib.
Türkiyəyə səfərindən təzəcə qayıdan, orada BOTAŞ rəhbərliyi və hökumət rəsmiləri ilə görüşlər keçirən Taundsend şiddətli qar yağışı nəticəsində Türkiyənin şərqində, kəmərin gürcüstan sərhədi yaxınlığındakı hissəsində tikinti ilşərinin dayandığını qeyd edərək deyib ki, bu sahələrdə qar əriyən kimi, əlavə işçi qüvvəsi və texnika cəlb edilməklə çəkilitş bərpa ediləcək. ƏİK-in türkiyə hissəsində 4 nasos stansiyasının tikintisində də oxşar vəziyyət yaranır.Güclü qarlar nəticəsində burada da işlər dayanıb. Bununla bağlı qərara alınıb ki, stansiyalar tikinti meydançalarından kənarda, münasib yerlərdə , hissə-hissə yığılsın. Havalar düzələn kimi stansiyaların hazır blokları bilavasitə yerində quraşdırılacaq.
BTC Co-nun icraçı direktorunun sözlərinə görə, Ceyhan neft teminalına isə işlər qaydasında gedir. Hazırda orada bir milyon barrel neftin saxlanması üçün çənlər tikilir.BTC-nin terminala yaxın sahəsindəki işlər də cədvələ uyğun gedir.
ABŞ ÜMİDVARDIR Kİ, AZƏRBAYCAN VƏ ERMƏNİSTAN LİDERLƏRİ DAĞLIQ QARABAĞ ÜZRƏ DANIŞIQLARDA DALANA DİRƏNMİŞ VƏZİYYƏTİ DÜZƏLTMƏK ÜÇÜN GÜZƏŞTLƏRƏ GEDƏCƏKLƏR
BAKI.05.03.2004. MEDİA-PRESS: ABŞ Dövlət katibinin köməkçisi xanım Elizabet Cons ümidvar olduğunu bildirib ki,Ermənistan və Azərbaycan rəhbərləri "danışıqlarda yaranmış çıxılmaz vəziyyəti dağlıq-qarabağ problminin həlli üçün zəruri olan siyasi baxımdan mürəkkəb güzəştlərə getməklə yoluna qoya biləcəklər". Mediamaks agentliyinin məlumatına görə, Elizabet Cons Konqresin Beynəlxalq münasibətlər komitəsindəki çıxışında belə deyib.
Dövlət katibinin köməkçisi daha sonra deyib :"Biz Ermənistanla Azərbaycanın münasibətlərindəki gərginliyi azaltmağa çalışırıq. Bu gərginliyin azalması regional əməkdaşlıq və ticarət üçün yeni imkanlar açardı. Bunun açarı Dağlıq Qarabağ probleminin nizamlanmasıdır ".
Xanım Elizabet Cons fevralın 5-də dağlıq qarabağ münaqişəsi tərəflərinin "bəzi təkliflər" aldıqlarını, lakin mahiyyətini açıqlamaqdan boyun qaçırdıqlarını demiş və ABŞ Dövlət katibi Kolin Pauellin " ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlar prosesinin möhkəmləndirilməsinə yönəlmiş yeni səylərini" Moskvada rusiyalı həmkarları ilə müzakirə etdiyini vurğulamışdı.
YANVAR VƏ FEVRAL AYLARINDA AZƏRBAYCANDA 1,5 MLN. TONA YAXIN NEFT ÇIXARILIB
BAKI.05.03.2004.MEDİA-PRESS: Dövlət Neft Şirkəti (ARDNŞ) və onun iştirakı ilə yaradılmış birgə müəssisələr (BM) bu ilin iki ayında 1,4669 mln. ton neft (nəzrdə tutulduğundan - 12,3% , yaxud-32,8 min ton çox) çıxarıblar.Şirkətdə Media-Pressə bildiriblər ki, keçən ilin eyni dövrü ilə müqayisədə hasilat 0,5% artıb.
Bu həcmin 1,316 mln. tonunu (artım-0,4%) -ARDNŞ, 150,7 min tonunuu (22,8%)-BM istixrac edib.
Fevralda ARDNŞ-in çıxardığı 708,1 min ton (1,9% , yaxud- 14,9 min ton çox) neftin 635,8 min tonu- neft-qaz çıxarma idarələrinin (NQÇİ),72,3 min tonu- BM-in payına düşür.
Proqnozlara görə, 2004-cü ildə Azərbaycanda neft istixracı 15,45 mln. ton təşkil edəcək.Bunun 8,75 mln. tonunu-ARDNŞ, 6,7 mln. tonunu -ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) çıxaracaq. 9,2 mln. ton ixrac neftinin -6,7 milyonu- Bakı-Supsa, 2,5 milyonu isə_Bakı-Novorossiysk kəmərləri ilə axıdılacaq.
2004-CÜ İLİN İKİ AYINDA AZƏRBAYCANDA 830,2 MLN. KUBMETR QAZ ÇIXARILIB
BAKI.05.03.2004. MEDİA-PRESS: Bu ilin 2 ayında Azərbaycanda 830,2 mln. kubmetr qaz (nəzərdə tutulandan-4,8% çox) çıxarılıb.
Media_Pressə ARDNŞ-də məlumat veriblər ki, bu həcmin 639,8 milyonunu Neft şirkətinin müəssisələri, 166,6 milyonunu- ABƏŞ, 23,8 milyonunu isə -birgə müəssisələr (BM) hasil ediblər.
Fevralda çıxarılan 396,6 mln. kubmetr təbii yanacağın 318,8 milyonu ARDNŞ-in, 77,8 milyonu_ ABƏŞ-in və 11,4 milyonu isə BM-in payına düşüb.
Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10 mlrd. kubmetr qaz lazımdır. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mld. kub metr qaz almışdı. Bu il onu əvəzləyən "Qazprom" Azərbaycana 2,75 mlrd. kubmetr yanacaq verməyi planlaşdırır. Qapalı Səhmdar Cəmiyyəti (QSC) "KazRosQaz" ARDNŞ-lə bu yaxınlarda imzaladığı sazişə əsasən ölkəmizə ildə 4,5 mlrd. kubmetr qaz verməlidir və bu həcmin təqribən bir mlrd. kubmetrini artıq yanvar-fevral aylarında reallaşdırıb. ARDNŞ Kazaxıstanın bu şirkətindən qazın min kubmetrini 52 dollara alır.Azərbaycan bazarının idxal qazına tələbatı ildə 6 mlrd. kubmetrə yaxındır.
Səngəçal neft terminalının genişləndirilməsi çərçivəsində qazqurutma qurğusu istifadəyə verildikdən sonra, respublika əlavə həcmdə qaz əldə edəcək.Hazırda terminala daxil olan neft su və qazdan ayrılır .Bu yolla ələ gələn səmt qazı hələ də məşəl kimi yandırılmaqdadır. Lakin təzə qazqurutma qurğusu bu bədxərcliyin qarşısını alacaq. ARDNŞ bu əlavə qazı öz istehlakçılarına verə biləcəkdir. Şirkət bu ideyanın gerçəkləşməsi üçün qaz qəbul edən xüsusi qurğu və Səngəçal qazpaylaşdırma məntəqəsinədək boru çəkməyi də planlaşdırır.
2004-CÜ İLDƏ "RAMANA" YATAĞININ İŞLƏNMƏSİNƏ AZGERNEFT BM-İN SƏRMAYƏ YATIRIMI $600 MİNİ AŞACAQ
BAKI.05.03.2004. MEDİA-PRESS: Bu il AzQerneft azərbaycan-alman birgə müəssisəsi (BM) "Ramana" onşor (quruda yerləşən) yatağının işlənməsinə təqribən 3 mlrd. manat ($608 min), yəni keçənilki səviyyədə sərmayə yatıracaq. BM-in baş direktoru Çingiz İsayev Media-Pressə bildirib ki, keçənilki qazancımız 12 mlrd. manat ($2, 431 mln.) olub.
2004-cü ilin tədbirlər planı 3 istismar quyusunun ( ötən il-1) qazılmasını,18 quyunun əsaslı təmirini nəzərdə tutur. Bu il neft hasilatı 2003-cü ildəkindən 8% çox olmalıdır. Yataqda mövcud olan 300 quyudan hazırda 201-i işləyir. Gündəlik hasilat-162 tondur.
BM bu il 60 yeni iş yeri açacaq və bunu yeni quyuların qazılması, quyuların yeraltı təmiri briqadalarının sayını artırmaq hesabına edəcəkdir.
AZGERNEFT BM-ni ARDNŞ və alman şirkəti Grunewald & Co. GmbH. yaradıblar. BM "Balaxanı" NQÇİ 7-ci mədəninin bazasında təşkil edilib və 1995-ci il fevralın 1-də fəaliyyətə başlayıb. 25 ilə bağlanmış bu müqavilənin məqsədi qədim "Ramana" yatağını bərpa etməkdir.
"RAMANA" YATAĞININ İŞLƏNMƏSİ MÜQAVİLƏSİNİN PSA ƏSASINDA YENİDƏN BAĞLANMASI MÜMKÜNDÜR
BAKI.05.03.2004. MEDİA-PRESS: Qədim "Ramana" onşor yatağını işləyən azərbaycan-alman birgə müəssisəsi (BM) AZGERNEFT bu yataq üzrə müqaviləni PSA ( məhsulun pay bölgüsü) sazişi ilə əvəzləmək istəyir.BM-in baş direktoru Çingiz İsayevin Media-Pressə izah etdiyi kimi, indi bu barədə gedən danışıqlar uğurla başa çatsa,BM -in qazancı daha da arta bilər. Ç.İsayev RSA sazişinə keçidin müddətini açıqlamasa da, bunun baş tutacağına inandığını dedi və bildirdi ki, müqaviləyə yenidən baxılsa, layihəyə yeni tərəfdaş cəlb edə bilərik ki, o da yatağın işlənməsinə əlavə sərmayə qoyar. Hazırda BM-də payın 60 faizi almanlara, 40 faizi isə ARDNŞ-ə məxsusdur.
2002-ci ildə ABŞ şirkəti Puma Energy Grunewald & Co. GmbH şirkətinin layihədəki payının 50-60 faizini almaq istəyirdi. Hətta payın 45 faizinin amerikanlara keçməsi haqqında niyyət protokolu da imzalandı. Bununla belə, sövdələşmə baş tutmadı.
AZGERNEFT BM-ni ARDNŞ və alman şirkəti Grunewald & Co. GmbH. yaradıblar. BM "Balaxanı" NQÇİ 7-ci mədəninin bazasında təşkil edilib və 1995-ci il fevralın 1-də fəaliyyətə başlayıb. 25 ilə bağlanmış bu müqavilənin məqsədi qədim "Ramana" yatağını bərpa etməkdir.
STATOİL ( NORVEÇ) ANQOLA VƏ AZƏRBAYCANI ÖZÜNƏ ƏSAS TƏRƏFDAŞ SAYIR
BAKI.05.03.2004. MEDİA-PRESS: "Bizim əsas diqqətimiz Anqola və Azərbaycana yönəlib.İlk vaxtlar biz bu ölkələrdə gündə 100 min barrel neft istixrac etmək istəyirik". Bu sözlərin müəllifi STATOİL norveç neft-qaz konserni Direktorlar şurasının üzvü və Xarici əməliyyatlar idarəsinin rəisi Uilyam Maloni daha sonra deyib:" Məqsədimiz məhz xaricdəki fəaliyyətmizi artırmaqdır. İndi STATOİL 12 ölkədə neft-qaz istixracında və ya axtarışında iştirak edir.Ən yaxın hədəfimiz- belə ölkələrin sayını 15-ə çatdırmaqdır".
"Aftenposten" (Norveç) qəzetinin yazdığı kimi, STATOİL Azərbaycanda Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin çəkilişində iştirak edir və bir sıra neft-qaz yataqlarının ortağıdır.Konsern bu layihələrə təqribən 4 milyard kron (təqribən -$600 milyon) sərmayə qoyub. Qəzet sonda vurğulayır ki, "Azərbaycan STAOİL-in fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir".
<<< <<<