rus || eng


FEVRALDA AZƏRBAYCANDA 268 MİN KV.M. ƏRAZİ MİNALARDAN TƏMİZLƏNİB

BAKI.10.03.2004. MEDİA-PRESS: ANAMA ( boşaldılmış ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycan Milli agentliyi) bu ilitn fevralında respublikanın Füzuli, Ağcabədi, Xanlar və Ağstafa rayonlarında 268 min kv. metrdən artıq ərazini minalardan təmizləyib, 350-dən artıq partlamamış döyüş sursatı aşkarlayıb.
İlin əvvəlindən bəri isə ANAMA 500 min kv. metrdən artıq ərazini minalardan təmizləyib.
Agentliyin məlumatına görə, hazırda Azərbaycanda 400 milyon kv. m.-dən artıq ərazi təhlükəli hesab olunur , çünki orada çıxarılmamış minalar və ya partlamamış mərmilər hələ də qalmaqdadır. Həmin sahələri zərəsizləşdirmək üçün Agentliyin mövcud vəsaitləri kafi deyil. 3 ildə 7 mln. kv.m.-dən artıq ərazi təmizlənib və 2008-ci ilədək Azərbaycanda minalara qarşı mübarizə üzrə strateji plan işlənib hazırlanıb.Bu planın realizəsi ildə 10-12 mln. kv.m. ərazini təmizləməyə imkan verəcək.
ANAMA-nın icraçı direktoru Nazim İsmayılovun sözlərinə görə,1 kv.m. ərazinin ətmizlənməsi 1,1 dollara başa gəlir. "Bu hesabla, Azərbaycanın minalardan təmizlənməsinə azı $400 milyon lazımdır. Lakin maddi-texniki baza yaxşılaşdırılarsa,bu xərcləri $250-300 milyona endirmək olar". ANAMA-nın mövcud olduğu 3 ildə ərazilərin minalar və partlamamış mərmilərdən təmizlənməsinə $7 milyon sərf edilib.ı
2004-cü ildə bu işlərə $2,8-2,9 milyon xərcləmək planlaşdırılır. Agentliyin ştatında 110 minatəmizləyən mütəxəssis, xüsusi təlim görmüş 18 it və mərmiləri zərərsizləşdirən qrup vardır. ANAMA-nın məlumatına görə, Azərbaycanda 3 ildə mina partlayışlarından 25 nəfər həlak olub,35-i yaralanıbdır. Respublikanın 12 rayonunda adamlar mina partlayışına tuş gəliblər.


TÜRKİYƏ Aİ-YƏ YAXINLAŞIR

BAKI.10.03.2004. MEDİA-PRESS: "Ankara hətta 2002-ci il Kopenhagen sammitinin Türkiyə üçün nəzərdə tutduğu şərtlərin hamısını yerinə yetirməyə imkan tapmasa belə",Avropa İttifaqı (Aİ) bu ölkəni öz sıralarına qatmaq barədə danışıqların başlanması tarixini müəyyənləşdirməyə hazırdır".Aİ-yə hazırda sədrlik edən ölkənin- İrlandiyanın Xarici İşlər naziri Brayan Kouen türkiyəli həmkarı Abdullah Güllə danışıqlarının sonunda bu bəyanatla çıxış edib.
Keçən həftə İstanbula səfər etmiş Böyük Britaniyanın xarici işlər naziri Cek Stro Türkiyənin Aİ-nin Ankaraya qarşı əsas tələblərindən biri- insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması işində "əzəmətli tərəqqiyə" nail olduğunu vurğulayaraq, əmin edib ki, London bu ölkənin Avropa İttifaqında üzvlüyünü dəstəkləməyə hazırdır.
Öz növbəsində Aİ-nin bu günlərdə dərc olunmuş məruzəsində deyilir ki, Türkiyə islahatlara sədaqətini artıq sübuta yetirib və demokratik prosesin xüsusi nəzarət tələb etdiyi ölkələr siyahısından çıxarılmalıdır. Ankara " son iki ildə əvvəlki onillikdəkindən çox islahatlar aparıb. Türkiyə Avropa Şurasının bir üzvü kimi öhdəliklərini yerinə yetirmək əzmini son 3 ildə nümayiş etdirib".
"Hürriyyet" qəzeti yazır ki ,"bu, 1980-cı il 12 sentyabr çevrilişindən sonra Avropada Türkiyənin inkişaf məsələlərinə dair qəbul olunmuş ən müsbət siyasi sənəddir".
Bu sənəd Türkiyənin Aİ-yə qəbul olunması şanslarını xeyli artırır. Sənədin apreldə Avropa Şurası Parlament Assambleyasında bəyəniləcəyi də gözlənilir.
Türkiyənin baş naziri Recep Tayip Erdoqan "Tayms" qəzeinə müsahibəsində deyib ki, ölkəmzitn Aİ-yə qəbulu "təməddünlərin toqquşması" probleminin həllinə kömək edər və Avropanın islam dünyasındakı rolunu möhkəmlədərdi.Biz Aİ-yə nə bir iqtisadi ittifaq, nə də məsihilər klubu kimi baxırıq. Biz Aİ-ni təməddünlərin toqquşması yox, təmas yeri kimi qəbul etmək istəyirik".
Onun əqidəsincə, Türkiyənin Avropa İttifaqına üzvlüyü bu İttifaqın islam dünyasındakı mövqelərini möhkəmlədər , bu qurumun müəyyən dinlərin, yaxud iqtisadi mənafelərin birliyi olmasına dair bütün şübhələri yox edərdi.
Türkiyənin baş naziri xatırladıb ki,Aİ-nin tərkibinə daxil olmaq üçün türklər çox səy göstəriblər və əgər məsələnin müzakirələrində Türkiyənin quruma qəbulunun tarixi göstərilməsə,bu,xalqımız üçün, həqiqətən əsl kədərə çevriləcək.Bunun səbəblərini xalqımıza və dünyaya izah etmək bizim üçün,bəlkə də, çətin olacaq". Sitatın sonu.
Erdoğanın təşvişi əsassız deyil. Məlumdur ki, Avropada siyasətçilərin heç də hamısı Aİ-yə Türkiyənin üzvlüyü ideyasına müsbət yanaşmır. Məsələn,Vahid Avropa İttifaqı bazarının komissarı Frits Bolkenştayna görə, Avropa yaxın şərq dövlətlərindən və Rusiyadan bufer dövlətlər vasitəsi ilə qorunmalıdır.Aİ-ni yaxın şərq dövlətlərindən(Suriya, İran, İraq) -Türkiyə, Rusiyadan isə- Belarus, Moldova və Ukrayna qorumalıdır.
Bolkenştayna görə, bufer dövlətlər heç vəchlə Aİ-yə qəbul edilməməlidir. Əvvəla, ona görə ki, Avropa özünü təhlükəli qonşulardan qorumalıdır. Saniyən, Tüürkiyə Aİ-nin tamhüquqlu üzvü olarsa, onda quruma Ukraynanı da qəbul etmək lazım gələcək.Komissarın fikrincə, Ukrayna Türkiyəyə nisbətən daha çox avropa ölkəsi olsa da,Aİ-nin üzvü ola bilməz, çünki onün missiyası İttifaqı Rusiyadan ayırmaqdır.
Frits Bolkenştayn Aİ-nin 26 komissarı arasında Türkiyənin bu təşkilata qatılmasının ən barışmaz əleydarlarından biridir. Bununla belə, Financial Timesin qeyd etdiyinə görə, Aİ rəhbərliyinin özündə əksəriyyət bu məsələdə Türkiyəni dəstəkləyir.


QAZAXISTANIN BTC İXRAC KƏMƏRİNİN TİKİNTİSİ LAYİHSİNƏ QOŞULMASINA DAİR SAZİŞ 2004-CÜ İLDƏ İMZALANACAQ

BAKI.10.03.2004. MEDİA-PRESS: Qazaxıstanın BTC ƏİK (Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəməri) layihəsinə qoşulmasına dair danışıqların növbəti raundu apreldə olacaq. Jurnalistlərə bu haqda məlumat verən Dövlət Neft şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev qazaxıstan neftinin BTC ilə nəqlinə dair hökumətlərarası saziş layihəsinin müzakirə olunduğunu, işçi qruplar səviyyəsində razılaşdırıldıqdan sonra sənədin ölkə hökumətlərinin müzakirəsinə veriləcəyini qeyd edərək bildirdi ki, saiş imzalanandan sonra, Aktau-Bakı neft-nəqliyyat sisteminin investorları Azərbaycan və Qazaxıstan hökumətləri ilə tranzit sazişləri bağlayacaqlar.
Əliyevin sözlərinə görə,hökumətlərarası saziş 2004-cü ildə imzalanacaq." Bu məsələyə dair İki il əvvəl başlamış danışıqlar indi başa çatmaq üzrədir. Biz tələsməməliyik.Çünki nə BTC istismara verilib , nə də ki,Qazaxıstanın borunu doldura biləcək nefti var.Biz gələcəkdə baş verə bilən məsələləri də çözməyə çalışırıq. Danışıqlar tamamlanadək bir sıra mübahisəli məsələlər də həllini tapmalıdır.Qazaxıstan istəmir ki, bu saziş Azərbaycanda olduğu kimi parlamendə ratifikasiya olunsun(təsdiqlənsin). Ancaq investoralar təsdiqlənməni tələb edirlər ki, gələcəkdə ,hətta Qazaxıstan qanunvericiliyində dəyişikliklər baş verərsə və gömrük üzrə, vergilər üzrə yeni normativ sənədlər qəbul edilsə də, bu qanun dəyişdirilməsin.Məncə bu məsələni çözmək olar. Hökumətlərarası saziş təsdiqlənməsə,investorlar hansısa əlavə bir sənədlə qənaətlənərlər".
Aktau-Bakı sisteminin yaradılması Kurıkda (Aktaudan 76 km. cənub-şərqdə) neftin saxlanması və yola salınması üçün yeni terminalın, habelə birləşdirici boru xətlərinin tikintisini nəzərdə tutur. Beləki, Kurık sistemilə ildə 20 mln. ton neft göndərmək( ilk mərhələdə-7,5 mln. ton) mümkün olacaq. İnvestisiyaların həcmi hökumətlərarası saziş imzalandıqdan sonra müəyyənləşəcək. Yeni sistem 2006-cı ilin axırları üçün ( "Kaşaqan"dan ilk neft alınanda ) tikiləcək. Aktau-Bakı sisteminin idarə olunması üçün ayrıca şirkət yaradılacaq. "Kaşaqan"yatağının işlənməsi layihəsində iştirak edən və BTC Co-da 15 % iştirak payı olan 4 məlum şirkət - ENİ (İtaliya),TotalFinaElf(Fransa), ConocoPhilips (ABŞ) və İnpex (Yaponiya)bu yeni şirkəti maliyyələşdirəcək.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır.


QAZAXISTAN BTC KƏMƏRİ ÜÇÜN NEFTİN KAŞAQANDAN VERİLƏCƏYİNİ İSTİSNA ETMİR

BAKI.10.03.2004. MEDİA-PRESS: "Kaşaqan" yatağından çıxarılacaq neft Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri üçün ilk qazaxıstan nefti ola bilər, bu şərtlə ki, XBK (Xəzər boru konsorsiumu) borusu tam yüklənmiş olsun.
Bu məlumatı jurnalistlərə çatdıran Qazaxıstan Energetika və Mineral Ehtiyatlar nazirinin müavini Ləzzət Kiinov izah edib ki, "Kaşaqan"ın səhmdarları XBK-nın da səhmdarlarıdır. Ona görə də neft öncə XBK borusu ilə axmalıdır. Ancaq 2007-08-ci illərdə XBK -nın kifayət qədər nefti olarsa, onda biz BTC üçün Kaşaqan neftini verə bilərik.
Kiinov qeyd edib ki,BTC kəmərinə vurulacaq qazaxıstan neftinin qiymət cədvəli bu kəmərin səhmdarları üçün nəzərdə tutular tarifdən fərqlənməyəcək. Qazaxıstan neftini BTC ilə nəql etmək üçün, Azərbaycanan tankerlərlə ildə 20 milyon ton neft daşımağa hazırdır.O deyib:"Əgər imkanlarımız bu həcmdən də artıq olarsa, onda Xəzər dibi ilə Bakıyadək neft kəməri tikəcəyik".


AZƏRBAYCAN ÖZ ƏRAZİSİNDƏ QAZAXISTAN VƏ TÜRKMƏNİSTAN NEFTİNİN TRANZİT TARİFLƏRİNİ ARTIRMAYACAQ

BAKI.10.03.2004. MEDİA-PRESS: Azərbaycan və Gürcüstan dəmir yolları öz ərazilərindən qazaxıstan və türkmənistan neftinin və neft məhsullarının tranzit tariflərini bahalaşdırmayacaqlar.Müxbirimizə bu məlumatı açıqlayan respublika Nəqliyyat nazirinin müavini Musa Pənahov azərbaycan və gürcüstan tərəfləri arasında artıq müvafiq danışıqlar olduğunu deyib:"Tarif məsələləri tənzimlənəndən sonra, Qazaxıstandan neft və neft məhsulları daşımılarının həcmi artacaq və ilin sonuna3,5 milyon tona çatacaq ki , bu da əvvəlki ilə nisbətən 700 min ton çoxdur".
Neft və neft məhsulları Qazaxıstan-Bakı-Batum marşrutu ilə1990-cı illərdən daşınmağa başlayıb. Bir ton neftin tranzit qiyməti əvəllər 28 dollar idisə, son iki ildə-32 dollara yüksəlib. 2003-cü ilin sonunda Azərbaycan və Gürcüstan tranzit tarifini daha bir dollar artırmağı təklif etdilər.Bunun nəticəsi kimi, Gürcüstanın Qaradəniz limanlarına daşınan neft və neft məhsullarının həcmini Qazaxıstan 2004-cü ilin yanvar və fevral aylarında təqribən 10%, Türkmənistan isə-təqribən üçdə bir azaltdılar. Bu məhsulların xəzərin şərq sahillərindən İranın Ənzəli və Rusiyanın Mahaç-qala limanlarına nəqliyyat axını isə kəskin şəkildə, yəni təqribən 6 dəfə artdı.
Nazir müavini deyib ki, Azərbaycan və Gürcüstan keçən marşrutun rəqabət qabiliyyətini təmin etmək üçün, 2004-cü ilin əvvəlinədək qüvvədə olmuş tranzit tariflərini müəyyənləşdirmək qərara alınıb.Üstəlik ən yaxın günlərdə bu tariflərin daha iki dollar ucuzlaşdırılması imkanı nəzərdən keçiriləcək.


QAZAXISTAN ODESSA-BRODI LAYİHƏSİNİN SƏHMDARI OLMAĞA HAZIDIR

BAKI.10.03.2004. MEDİA-PRESS: Qazaxıstan neftinin nəqlinin mövcud variantları ildə cəmisi 70-80 milyon ton neft ixracına imkan verir.Lakin 2015-ci ilədək ölkədə neft hasilatının ildə 140 milyon tona çatdırılacağı səbəbindən biz yeni marşrutlar olmasını istəyirik.
Bu fikrini jurnalistlərlə bölüşən Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar nazirinin müavini Ləzzət Kiinov bildirib ki, biz BTC ilə yanaşı,neftimizi Odessa-Brodı-Plotsk-Qərbi Avropa kəməri ilə də nəql etmək istəyirik. Bu layihəni Ukrayna təklif edir.Qazaxıstan səhmlərini bəzi nəqliyyat layihələrində, məsələn , Odessa-Brodı layihəsində yerləşdirməyə hazırdır.
Xatırladaq ki, fevralın ortalarında Varşavada Ukrayna prezidenti Leonid Kuçma ilə görüşündən sonra Rolşa prezidenti Aleksandr Kvasnevski qeyd edib ki, yaxın vaxtlarda Odessa-Brodı neft kəmərinin Avropa istiqamətində tikintisini başa vurmaq üçün beynəlxalq konsorsium yaradılması imkanı müzakirə ediləcək. ilk növbədə Qazaxıstan və Azərbaycandan Odessaya kimi, sonra isə neft boruları ilə Polşaya" nəqlinə dair razılaşma əldə edilib.
Kvasnefski " yaxın zamanda marağı olan tərəflərin hökumət səviyyəsində görüşü keçiriləcək və orada da razılıq əldə edilərsə, bu layihənin tamamlanması üçün çox mötəbər bir beynəlxalq konsorsium yaratmaq yaratmaq imkanı olacaq".
Polşa prezidenti qeyd edib ki, kəmərlə xəzərineftinin nəqli barədə də ilkin razılıq var. Bu nefd ilk öncə Qazaxıstan və Azərbaycandan Odessaya çatdırılacaq, sonra da neft boruları ilə Polşaya axıdılacaqdır. Xəzər nefti sayəsində biz zəruri bir ünsür qazanacağıq ki, bu da Polşa üçün də, Avropa üçün də çox əhəmiyyətlidir.
Ukrayna prezidenti də öz növbəsində qeyd edib ki, hökumət iki şərti nəzərə almaqla "Odessa-Brodı"dan avropa istiqamətində istifadə etməyi qrara alıb: "Əvvəla, xəzə regionundan mümkün qədə tez zamanda neft almaq, ikincisi də, birlikdə,o cümlədən Avropa İttifaqı ilə bahəm Polşayadək neft kəməri çəkmək üçün". Sitatın sonu.
L.Kuçma Xəzər regionundan ilk neftin kəmərə bu ilin mayında daxil olacağını qeyd edib.
Xəbər vermişdik ki, Ukrayna Nazirlər kabineti fevralın 4-də Odessa-Brodıdan əks deyil, düz istiqamətdə istifadə etmək və kəmərdən istifadə məsələlərini neft sahibləri ilə həll edə bilən işçi qrupu yavratmaq haqqında qərar çıxarmışdı. Ukrayna hökuməti Odessa -Brodı neft kəmərinin və Odessadakı "Yujnı" neft terminalının güzəştli satışı barədə qanun layihəsini də müdafiə edir.
Bu il kəmərlə 4-5 milyon ton xəzər neftinin nəql ediləcəyi gözlənilir.
Xəzər neftinin Avrorpaya ,yoxsa rusiya neftinin Qara dəniz sahilinə daşınması üçün kəmərdən istifadə variantları ətrafında səs-küylü məbahisə və müzakirələr Ukraynada bir neçə ay davam edib.
Odessa-Brodı neft nəqli sisteminin birinci növbəsi 2002-ci ilin mayında istismara verilib. Kəmərin illik gücü -9-14,5 milyon ton, ehtiyat çənlərinin tutumu isə-200 min kubmetrdir. "Yujnı" dəniz terminalı dedveyti (su tutumu) 100 min tona çatan tankerləri qəbul edə bilər. İndi kəmərin illik gücünü 40-45 milyon tona, ehtiyat çənlərin tutumunu isə- 600 min kubmetrə çatdırmaq planlaşdırılır.


ABŞ QAZAXISTANIN MÜHÜM ALTERNATİV ENERJİ MƏNBƏYİ POTENSİALININ REALLAŞMASINI İSTƏYİR

BAKI.10.03.2004. MEDİA-PRESS: ABŞ Qazaxıstanla energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.Bu,Qazaxıstanın ABŞ-dakı səfiri Kanat Saudabayev və Konqresin Energetika və Ticarət komitəsinin sədri Co Bartonun görüşündə qeyd olunub.
Qazaxıstan XİN-i mətbuat xidmətinin məlumatına görə, görüşdə amerika tərəfi " qlobal iqtisadiyyat üçün mühüm alternativ enerji ehtiyatları mənbəyi kimi Qazaxıstanın potensialının realizəsinin" əhəmiyyətini vurğulayıb.
Əməli səciyyə daşıyan görüşdə energetika sahəsində qazaxıstan-amerika əməkdaşlığının indisi və gələcəyi, ələlxüsus, Xəzərin qazaxıstan şelfinin mənimsənilməsinə dair dövlət planının reallaşması müzakirə edilib.
Kanat Saudabayev amerika konqresi üzvünə məlumat verib ki, Qazaxıstan neft hasilatının illik həcmini indiki 52 milyon tondan 2015-ci ildə 170 milyon tona çatdıracaq və bu işdə amerika şirkətləri də mühüm rol oynayacaq.
Tərəflər Qazaxıstanın artan tələbatının ödənilməsi üçün çoxvariantlı ixrac kəmərləri sistemi yaradılmasının və bu respublikaın Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşmasında iştirakının böyük əhəmiyyətini qeyd ediblər.


FEVRALDA AZƏRBAYCANDA DÖVLƏTƏ 340,4 MLN.KUBMETR QAZ TƏHVİL VERİLİB

BAKI.10.03.2004. MEDİA-PRESS: Fevralda Azərbaycanda dövlətə 340,4 milyon kubmetr qaz təhvil verilib. Bu həcmin 275,7 milyon kubmetri ARDNŞ-in( Dövlət Neft Şirkəti), 6,8 milyon kubmetri- birgə müəssisələrin (BM), 64,7 milyon kubmetri isə- ABƏŞ-in (Azəri-Çıraq-Günəşli- AÇG- yataqlarını işləyən beynəlxalq əməliyyat şirkəti) payına düşüb.
Dövlət bu qazın 150,4 milyon kubmetrini (planlaşdırılandan 8% az) -"Azəriqaz" SC-yə, qalan 190 milyon kubmetrini(19,9% çox) isə- AzQez-ə ( Qaz emalı zavodu) verib. İlin əvvəlindən bəri "Azəriqaz" -324 milyon kubmetr, AzQez isə- 388,9 milyon kubmetr qaz alıblar.
Azərbaycanın ehtiyacının ödənilməsinə ildə10 milyard kubmetr qaz gərəkdir.Ötən il respublikamız rusiya "İtera" -sından 4 milyard kutmetr mavi yanacaq almışdı. Bu il onu əvəzləyən "Qazprom" ölkəmizə 2,75 milyard kubmetr qaz verməyi nəzərdə tutur.Bu yaxınlarda isə ARDNŞ Qazaxıstanın "KazRosQaz" şirkəti ilə bagladığı sazişə əsasən bu il ondan 4,5 milyard kubmetr qaz almalıdır.Cari ilin ilk iki ayında bu şirkət artıq Azərbaycana 1 milyard kubmetrə yaxın qaz ixrac edib. ARDNŞ Qazaxıstan qazının hər min kubmetrini 52 dollara alır və idxal qazına Azərbaycanın illik tələbatı təqribən 6 milyard kubmetrdir.
Səngəçal neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində qazqurutma qurğusu işə salındıqdan sonra respublika əlavə həcmdə qaz alacaq.Bilirsiniz ki, terminala daxil olan neft onun tərkibindəki su və qazdan ayrılma prosesindən keçir və bu zaman ələ gələn səmt qazının hamısı yandırlır. Ancaq yeni qurğunun işə düşməsindən sonra buna ehtiyac qalmayacaq. Neftdən ayrılan səmt qazı ARDNŞə veriləcək, o da əlavə qazı öz istehlakçlarına çatdıracaq.Dövlət şirkəti bu ideyanın reallaşdırılması üçün qaz qəbul edən xüsusi qurğu və Səçngəçal qazpaylaşdırma məntəqəsinə kimi kəmər çəkməyi planlaşdırır.


10 İLDƏN SONRA İRANIN NEFT VƏ NEFT MƏHSULLARI İXRACINDAN QAZANCI BƏRABƏRLƏŞƏCƏK

BAKI.10.03.2004. MEDİA-PRESS: 10 ildən sonra İranın neft və neft məhsullarından gəliri bərabərləşəcək. Fars agentliyinə müsahibəsində bu məlumatı açıqlayan İran Neft nazirinin müavini Nüsrət Rəhimiyə görə,neft-qaz və sair faydalı qazıntıların mövcudluğu İran qarşısında hüdüdsuz imkanlar açır. Təbii ehtiyatlar heç vaxt iqtisadi problemlər doğurmayacaq.
Ölkənin iqtisdi çətinliklərinin səbəbləri barədə bəzi mütəxəssislərin tənqidi fikirlərini nəzərə çatdıran N.Rəhimi deyib:" Neft İran iqtisadiyyatı üçün əlverişli şərait yaradır. Ancaq onun ixracından ələ gələn qazancın necə və hansı məqsədlərə xərcləndiyini nəzərə almaq gərəkdir". Onun fikrincə, neft gəlirlərinin cari xərclərə sərf olunması imkanların itirilməsi və xalq sərvətini küləyə sovurmaq deməkdir.


"AVTOKRAZ" AZƏRBAYCANDA YÜK AVTOMOBİLİ YIĞILMASINI TƏŞKİL ETMƏYİ PLANLAŞDIRIR

BAKI.10.03.2004. MEDİA-PRESS: Ukraynanın iritonnajlı yük avtomobillərinin yeganə istehsalçısı "AvtoKraz" Holdinq şirkəti (Poltava vilayəti, Kremençuk şəh.) Azərbaycanda avtomobilyığma istehsalını yaratmağı planlaşdırır.
"AvtoKraz"ın mətbuat xidmətinə istinadən UNİAN ukrayna agentliyinin xəbərinə görə, avtomobilyığma istehsalının təşkili Azərbaycanda yeni iş yerləri yaratmağa, avtomobilin müxtəlif hissələrinin yerlərdə istehsalını təşkil etməyə və avtomobil istehsalını ucuzlaşdırmağa imkan verəcək.
"AvtoKraz" İdarə Heyətinin sədri Sergey Saonov deyib:" Əminəm ki, azərbaycan müəssisələri ilə əməkdaşlığımız səmərəli və hər iki tərəf üçün faydalı olacaq".
Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, azərbaycan müəssisələri uzun illər boyu Kraz-ların şassiləri bazasında neft-qaz ompleksi üçün xüssi qurğular hazırlayıblar. Odur ki, "AvtoKraz"ın azərbaycan zavodları ilə qarşılıqlı fəaliyyətinin yaxşı gələcəyi var, axı, "Kraz" lar elədir ki, onun üstündə ən müxtəlif qurğuları montaj etmək mümkündür, neft-qaz kompleksləri isə Holdinqin inkişafını şərtləndirən başlıca sahələrdəndir. Şirkət idarə sisteminin İSO-9001:2000 beynəlxalq keyfiyyət standartı sisteminə uyğunluğunu təsdiqləyən sertifikatı ilin sonunadək almaq üçün müəssisəni hazırlayacaq.
Arayış:"AvtoKraz" Holdinq şirkəti iritonnajlı avtotexnikanın 27 əsas modelini və təqribən 150 modifikasiyası və ya dəstini, o cümlədən mədənlərdə işləyən və yükünü özü boşaldan , odundaşıyan avtomobillər, bortlu avtomobillər, ağır yükdaşıyanlar, orduda hər şəraitdə hərəkət edən, həmçinin neft-qaz hasilatına xidmət qurğularına malik avtomobillər istehsal edir.


ÜB VƏ AZƏRBAYCAN HÖKUMƏTİ AQRAR BÖLMƏ ÜÇÜN YENİ LAYİHƏ HAZIRLAYIRLAR

BAKI.10.03.2004.MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) Azərbaycan hökuməti ilə birlikdə respublika kənd təsərrfatı infrastrukturunun maliyyələşdirilməsi layihəsini tərtib edirlər.
ÜB Bakı ofisində Media-Pressə bildiriblər ki, martın axırında Bankın aqrar missiyası bu məqsədlə Bakıya gəlir. İkiyönümlü layihə kənd yerlərində yollar çəkilişini və su təchizatının yaxşılaşdırılmasını, bələdiyyələrin və sair yerli idarə orqanlarının imkanlarının genişlndirilməsini nəzərdə tutur. Layihənin gerçəkləşməsi işinə ÜB kreditləri və Azərbaycan hökumətinin maliyyəsi ilə yanaşı kənd əhalisinin vəsaitləri də cəlb ediləcək.
ÜB layihəyə ayıracağı $15 milyon krediti 10-illik güzəşt dövrü ilə 35 ilə verəcək. Üstəlik , Yaponiya hökumətinin də bu layihəyə qrant ayıracağı gözlənilir. Lakin bu məbləğin qədəri hələ bəlli deyil.
Bu, ÜB və Azərbaycan hökumətinin heç də ilk birgə layihəsi deyil. "Təsərrüfatların özəlləşdirilməsi" adı ilə tanınan və hələ 1997-ci ildə 6 pilot rayonda (Bərdə, Ucar, Salyan, Xaçmaz, Şərur və Naxçıvan-kənddə) başlayan ilk belə layihə ötən il başa çatıb. $30 milyon dəyərində olmuş bu layihə 150 kəndi ehtiva etmişdi. Layihə fermerlərə kredit və zəruri informasiya verilməsini, bazar münasibətlərinin öyrədilməsini, torpaqların özəlləşdirilməsinə köməyi nəzərdə tuturdu.Layihə çərçivəsində 5 minə yaxın fermerə $ 5,8 milyon məbləğində kredit verilib.
"Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" adı ilə bəlli olan və realizəsinə 2002-ci ilin aprelində başlanmış 2-ci layihənin dəyəri $100 milyondur. 10 ilə nəzərdə tutulan bu layihənin ilk 4 ili üçün $33,6 milyon ayrılacaq. Bu vəsaitin köməyi ilə fermerlərin daşınmaz əmlakı pasportlaşdırılacaq, torpaqların qeydiyyatı və fermer təsərrüfatlarının kreditləşdirilməsi üzrə regional idarələr yaradılacaq.

<<< <<<