rus || eng


GÜRCÜSTAN YENƏ DƏ VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDADIR

MİXAİL SAAKAŞVİLİ "QULDURLARLA" BARIŞIĞA GETMƏYƏCƏYİNİ DEYİR , ASLAN ABAŞİDZE İSƏ DÜNYA BİRLİYİNİ TBİLİSİNİN MUXTARİYYƏTƏ TƏZYİQ CƏHDLƏRİNİN QARŞISINI ALMAĞA ÇAĞIRIR.
BAKI.15.03.2004. MEDİA-PRESS:
Gürcüstan prezidentibu gün Potidə jurnalistlərə deyib ki, "Acarıstanın inzibati sərhədini tutmuş quldurlara hansısa güzəştdən söhbət belə gedə bilməz.Ya biz hamılıqla ayağa qalxaraq ,Gürcüstanda quldurluq, feodalizm və satqınlığın gökünü birdəfəlik kəsirik, ya da biz bir dövlət kimi mövcud olmayacağıq".
M. Saakaşvili Aslan Abaşidzeyə verilən ultimatumun müddəti barədə sualı cavablandırarkən, deyib:" söhbət ultimatumdan getmir. Mən sözümü demişəm.Qoy hər kəs də özü üçün nəicə çıxartsın"
Prezident bazar günü Gürcüstan əhalisinə müraciət edərək, A.Abaşidze ilə telefon söhəbtində Acarıstandakı qanunsuz silahlı dəstələrin dərhal təresilaş edilməsini ondan tələb etdiyini bildirib və jurnalistlərə deyib ki, muxtar qurumn rəhbərliyi sərhədə, dənizə, kommunikasiyalara və limana nəzarət etmək hüququnu mərkəzi hökumətə verməlidir.
M.Saakaşvili deyib ki, mən Aslan Abaşidzeyə bazar ertəsinədək vaxt vermişəm ki, Gürcüstan prezidentinin və vəzifəli şəxslərinin Acarıstanda maneəsiz hərəkətlərini təmin etsin və muxtar qurumun hər sakininə ölkə parlamentinə qarşıdakı seçkilərdə fikrini sərbəst ifadə etmək imkanı versin.
Bu arada A.Abaşidze acarıstan televiziyasına bugünki müshibəsində bildirib ki,Tbilisi-Batumi qarşıdurması Abxaziya və Cənubi Osetiya rəhbərliyinin gürcüstan rəhbərliyinə etimadıın itirməsinə gətirib. İndi onlar bu iqtidara daha az inanırlar.
Abaşidze deyib:" Biz ilk prezidentimizin hakimiyyəti dövründə Cənubi Osetiyanı itirdik,ikincinin dövründə-Abxaziyanı əldən verdik. Üçüncü prezidentimiz də həmin yolu tutub və növbə Acarıstana çatıb".
Martın 13-də Moskvada jurnalistlərlə görüşündə A.Abaşidze BMT-ni "Tbilisinin Acarıstana təzyiq cəhdlərinin qarşısını almağa" çağıraraq deyib:"Mən istəyirəm ki, Avropa Şurası, BMT-nin Təhlükəsizlik Şurası, qonşularımız olan- Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın, aparıcı avropa ölkələrinin rəhbərliyi, bir sözlə, Avropa və dünyanın ali-məqam təşkilatları səsimizi eşitsinlər və ağır nəticələr verə biləcək qüvvə tətğiqinin qarşısının alınmasına kömək etsinlər".
Aslan Abaşidze xatırladıb ki, təsdiqlənmiş məlumata görə, martın 15-də Gürcüstanın müxtəlif rayonlarından 100 minə yaxın adamın, o cümlədən hərbi təlim görmüş şəxslərin Acarıstan ərazisinə keçəcəyi gözlənilir. Gürcüstanın daxili qoşunları və onun təbirincə desək, Vazianı hərbi bazasının komandos bölükləri döyüşə hazırdır.Rusiya və qonşu dövlətlər Acarıstanda baş verə biləcək zorakılığın arşısını almğa borcludurlar.
Abaşidze qeyd edib ki,"Problemləri Acarıstan respublikası törətmir. Nə qədər çətin də olsa, biz problemi dincliklə həll etməyə çalışırıq."
Prezident Mixail Saakaşvili ilə danaşıqları vasitəçilərin köməyi ilə davam etirdiyini vurğulayan Abaşidze, gürcülər arasındakı qarşıdurmanın ölkədə dövlətçiliyə təhlükə doğurduğunu deyib. Acarıstan Gürcüstan birliyinin istinadgahıdır və sağlam fikirli adamlar bunu dərk etməlidir".
A.Abaşidze Moskvaya yola düşməzdən öncə Batumidə jurnalistlərə deyib:" Gürcüstan iqtidarının Acarıstan rəhbərliyi ünvanına sürdüyü yalançı ittihamlar təsadüfü deyil.Mən qardaş qırğınına yol verməmək üçün əlimdən gələni əsirgəməyəcəyəm .. Təssüf ki, Abxaziya və Osetiya münaqişələri, eləcə də Gürcüstanın ilk qanuni prezidenti devrilməsi mərkəzdən başlayıb. Mən milləti, ölkə əhalisini həddi-hüdudu bilinməyən plüralizmə, özbaşınalığa qarşı ayağa qalxmağa çarırıram.Əks halda vətənimizdə heç vaxt sülh olmayacaq.
Mövcud vəziyyəti hər iki tərəf Moskvanın necə hərəkət edəcəyini gözləyir. Tbilisi Acarıstanda rus tanklarının peyda olduğunu iddia edir, Batum isə bunu təkzib edir.
Gürcüstan mətbuatı Acarıstanın Xevaçaur rayonundakı rusiya bazasından bazar ertəsi 6 tankın hərəkət etdiyini yazsa da, Acarıstan DİN-də bunu fitnəkərlıq adlandırıblar. İnterfaks-AVN agentliyi 12-ci rusiya hərbi bazasında ( Acarıstandadır) ehtimali fitnəkarlıqlara qarşı və şəxsi heyətin daxili qarşıdurmalara cəlb edilməsinə qarşı tədbirlər görülür. Rusiyanın Qafqaz qoşunları qərarcahının rəsmisi Vladimir Kuparadze Acarıstandakı rus hərbiçilərinin neytrallığa tam riayət etdiklərini və daxili qarşıdurmalara qarışmalıqlarını deyib. Onun sözlərinə görə, rusların silahlarının ələ keçirilməsi cəhdlərinə qarşı tədbirlər görüləcək.


AZƏRBAYCAN PREZİDENTİ HESAB EDİR Kİ, VLADİMİR PUTİNİN SEÇKİLƏRDƏKİ İNANDIRICI QƏLƏBƏSİ CƏMİYYƏTİN İRADƏSİNİ ƏKS TDİRİR

BAKI.15.03.2004 MEDİA-PRESS: Bu gün Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini yenidən Rusiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Onun təbrikində deyilir:"Seçkilərdə sizin qazandığınınz inandırıcı qələbə rusiya cəmiyyətinin iradəsini əks etdirir, sizin yeritdiyiniz dövlətçilik, dərin sosial-iqtisadi islahatlar, ardıcıl xarici siyasət xəttinin tam dəstəklənməsinin nümayişidir".
Prezident Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlər , genişmiqyaslı əlaqələr " bütün sahələrdə strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində, habelə tarixən dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq mühitində yaşamış iki ölkə xalqlarının mənafeinə bundan sonra da inkişaf edəcəkdir".


DAŞKƏNDDƏ İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ AZƏRBAYCAN-ÖZBƏKİSTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN 7-Sİ İCLASI AÇILIB

BAKI.15.03.2004. MEDİA-PRESS: Bu gün Daşkənddə iqtisadiəməkdaşlıq üzrə azərbaycan-özbəkistan hökumətlərarası komissiyasının 7-ci iclası açılıb.
Media-Pressə Özbəkistanın respublikamızdakı səfirliyində deyiblər ki, tədbir iştirakçılarıiqtisadi əməkdaşlığın inkişafı məsələlərini iki gün ərzində müzakirə edəcəklər. Azərbaycan prezidenti İlham Əliyevin martın 23-24-də Daşkəndə planlaşdırılan səfərinə hazırlıq da komissiyanın mühüm işidir.Axı,iqtisadiyyat, nəqliyyat, xarici işlər nazirliklərinini əməkdaşlığı və ehtimal ki, hərbi-txniki əməkdaşlıq barədə bir sıra sazişlər imzalanmaq üçüın hazırlanmalıdır.
Azərbaycan prezidentinin səfəri zamanı rəsmi görüşlərdən, əməkdaşlığa dair imzalanacaq sənədlərdən savayı Daşkənddə azərbaycan səfirliyinin, azərbaycan-özbəkistan dostluğu mədəniyyət mərkəzinin yeni binalarının, bu mərkəzin önündə isə mərhum prezidentimiz Heydər Əliyevin abidəsinin açılışı olacaq, paytaxt küçələrindən birinə onun adı veriləcək.
Həmin günlərdə Daşkənddə dahi azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan universitet binası önündə abidəsi də açılacaq.


STATOİL RƏHBƏRLİYİ AZƏRBAYCANDAKI LAYİHƏLƏRİNİN REALİZƏSİ İLƏ TANIŞ OLACAQ

BAKI.15.03.2004. MEDİA-PRESS: Norveçin STATOİL neft şirkətinin texnoloji məsələlər üzrə vitse-prezident Terye Overvikin başçılığ etdiyi nümayəndə heyəti martın 17-də Bakıya gəlir. Şirkətin ofisində Media-Pressə bildiriblər ki, Statoilin nümayəndələri Azərbaycan rəsmiləri ilə və layəhələr üzrə tərəfdaşları ilə görüşlər keçirirlər. İndi Azərbaycanda BTC neft ,Cənubi Qafqaz qaz kəmərlərinin çəkilişinin, AÇG və ŞAH-Dəniz yataqlarının işlənməsinin qızmar çağı oldüğü üçün şirkət rəhbərliyi bu işlərlə yerindəcə tanış olmağı üstün tutub.
STAToilin Azərbaycana gəldiyi 1992-ci ildən bəri şirkət ölkə iqtisadiyyatına 1,23 milyard dollara yaxın sərmayə yatırıb. Statoil "AÇG" layihsində-8,5%, "Araz-Alov-Şərq"-də-15%, "Şah-Dəniz"də-25,5% paya malikdir, "Şah-Dəniz" yatağı qazının Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarında satacaq AGPC azərbaycan şirkətinin operatoru, Cənubi Qafqaz qaz kəmərinin kommersiya operatorudur və BTC neft kəmərində 8,71 faiz payla iştirak edir.


ANSHAD PERTOL BM-Sİ NEFTÇALA- XILLI-DUROVDAĞ YATAĞINA 2004-CÜ İLDƏ 1,5 MİLYON İNVESTİSİYA QOYACAQ

BAKI.15.03.2004. MEDİA-PRESS: Azərbaycan-türkiyə birgə müəssisəsi (BM) ANSHAD PETROL Neftçala-Xıllı-Durovdağ müqavilə sahəsinin işlənməsinə 1,5 milyon dollar sərmayə yatırıcaq.
ARDNŞ-də müxbirimizə deyiblər ki, bu sahədə mövcud olan 600 quyudan yalnız 178-i işləyir. Bu il yataqda 5 quyu əsaslı təmir ediləcək, Neftçala-Xıllıda -4, Durovdağda isə 2 yei quyu qazılacaq. Babazənən yatağında isə kəşfiyat quyusunun qazması bərpa ediləcək. Bir vaxt başlanmış , lakin yarımçıq qalmış bu quyuda qazma layihə dərinliyinə çatdırılacaq.
ARDNŞ və Türkiyənin Attila Dogan Petroleum of Turkey şirkətinin yaratdıqları BM 19993-cü ildən fəaliyyətdədir və bu, xarici şirkətlə bağlanmın ilk saziş sayılır. İndi gündəlik həsilat 130-135 tondur ki, bu da 1994-cü illə müqayisədə 31,4% artıqdır. Bu il yanvarın 1-dək BM 313 min ton neft və 172,3 mln. kubmetr qaz hasil edib. Yatağa 45,5 milyon dollar sərmayə xərclənib.
Bu müqavilə sahəsi Kürün aşağı hövzəsindədir və "Babazənən","Xıllı","Neftçala","Həşimxanlı","Şorsulu","Orta Muğanlı",Muğanlı","Sərxanbəyli","Azadkənd" və "Nəsimkənd" yataqlarını özündə birləşdirir. BM-in Xəzərdə öz terminalı da var.


GÜRCÜSTAN BANK VƏ BTC CO ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALAYIBLAR

BAKI.15.03. 2004 MEDİA-PRESS: Tbilisidə "Gürcüstan -Bank" və BTC Co boruçəkmə şirkəti BTC kəmərinin tikintisi layihəsinin realizəsinə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK), Avropa Ynidənqurma və İnkişaf bankının (AYİB) və sair donorların vəsaitlərinə xidmətə aid saziş imzalayıblar.
Sənəd "Gürcüstan-Bank"ın layihənin Gürcüstan hissəsinə maliyyə xidməti göstərəcək, CitiCorp, Trustee Limited, Societe General təşkilatları ilə bahəm donorların BTC layihəsinə ayıracaqları vəsaitlərə bank xidmətləri göstərəcək.
"Gürcüstan-Bank" sazişi imzalamaqla BTC layihəsinin realizəsində iştirak edən 75 şirkət və təşkilatın sıralarına daxil olub. Xatırladaq ki, 8 ixrac kredit agentliyi , 3 beynəlxalq maliyyə qurumu və 15 kommersiya bankı BTC layihəsinin kreditorlarıdır.


XƏZƏRYANI ÖLKƏLƏRİN XÜSUSİ İŞÇİ QRUPUNUN SABAH BAKIDA İŞƏ BAHLAYAN NÖVBƏTİ İCLASI XƏZƏRİN STATUSUNU MÜƏYYƏNLƏŞDİRMƏYƏ ÇALIŞACAQ

BAKI.15.03.2004. MEDİA-PRESS: Martın 16 Bakıda Xüsusi işçi qrupunun Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə növbəti iclası olacaq.Azərbaycan, Rusiya, iran, Qazaxıstan və Türkmənistan ekspertləri dənizin statusu üzrə konvensiyanın tərtibini davam etdirəcəklər.Azərbaycan tərəfinin hazırladığı bu layihəni ekspertlər ilk dəfə bir əvvəl Bakıda müzakirə ediblər.
"İnterfaks-Azərbaycan"ın bu məlumatında İran prezidentinin Xəzərin statusu üzrə xüsusi eümayəndəsi, ölkə XİN-nin müavini Mehdi Səfərinin bu gün Bakıya gələcəyi və işçi qrupu iclasının açılışınadək azərbaycanlı həmkarı Xələf Xələfovla danışıqlar aparacağı qeyd olunur.


XƏZƏRİN CƏNUB-ŞƏRQ HİSSƏSİNİN MƏNİMSƏNİLMƏSİ LAYİHƏSİ TÜRKMƏNİSTAN, İRAN VƏ RF ARASINDA ƏMƏKDAŞLIQ NÜMUNƏSİDİR, YOXSA, NİFAQ ALMASI?

BAKI.15.03.2004. MEDİA-PRESS: Xəzərin cənub-şərq hissəsinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi layihəsi Tyrkimənistan, İran və Rusiya arasında əməkdaşlıq nümunəsinə çevrilə bilər. Bu bəyanatla RF XİN müavini, Xəzərin statusunun tənzimlənməsi üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Viktor Kalyujnı Türkmənistan rəhbərliyi ilə Aşqabad məsləhətləşmələrinin sonunda çıxış edib.
O deyib:" Bu layihə heç vəchlə xəzəryanı dövlətlərin mənafelərinin toqquşmasına gətirmməlidir. Rusiya, Qazaxıstan və Azərbaycanın səyləri ilə bu gün Xəzərin şimalında mənafelər toqquşmur".
Kalyujnı prezident Saparmurat Niyazovla görüşündə "ZARİT" konsorsiumunun iştirakı ilə iri layihənin gerçəkləşməsi imkanlarını müzakirə etdiyini, onun iran tərəfinin layihədə mümkün iştirakına müsbət yanaşdığını qeyd etdi.
2 il əvvəl "İtera","Rosneft" və "Zarubejneft" şirkətləri "ZARİT"i təsis edərək, Türkmənistan hökuməti ilə məhsulun bölüşdürülməsinə dair saziş (MBS) layihəsini hazırlasalar da,imzalanma iki dəfə təxirə salınıb.Buna səbəb Tehranın mövqeyidir.İran bəyanat verib ki, adı çəkilən layihə əsasən Xəzərin 20-faizlik zonasında yerləşir və dənizin statusu müəyyənləşərkən ondan İrana da pay düşür.
Kalyujnı mənafelərin toqquşmasından təsadüfi danışmayıb. "Nezavisimaya qazeta"nın yazdığı kimi, Türkmənbaşı bu layihəyə görə az qala Rusiyanın İranla arasını vurmuşdu. Rusiya və İran az qala münaqişəyə sövq olunacaqdı. Bunun səbəbkarı Türkmənistan prezidenti Niyazov idi. Xəzər şelfinin işlənməsinə dair "ZARİT"lə Türkmənistan hökuməti arasında imzalanmalı olan müqavilənin müddəti fevralda bitdi.
Ondan əvvəl də imzalanma "texniki səbəblərə görə", dəfələrlə təxirə salınmışdı.Geniş reklam edilmiş "Zarit" konsorsiumunun yaradılması ətrafında baş verənlər Niyazovun iştirak ilə bağlanmış layihələrin bir çoxu üçün səciyyəvidir.Hay-küy çox olsa da nəticə, olmur. Beləki, "Qazprom"la 25-illik sazişə imza atmış Türkmənbaşı paralel olaraq Ukrayna, Belarus , Qazaxıstan və İranla da eyni səpgidə danışıqlar aparır. Qazın hamıya çatmayacağı isə göz qabağındadır.
Türkmənbaşı ilə ortaq olmağı qərarlaşdıran Rusiya dövlət şirkətləri bəlkə də mövqelrini möhkəmlətməyə can atırdılar. Beynəlxalq seysmik xidmətin tədqiqatları müəyyənləşdirib ki, "Zarit"in Xəzərdə işləyəcəyi sahə ən zəngin ehtiyatlara malikdir ( 11 milyard ton neft və 5,5 milyard kubmetr qaz).
Türkmənistan hökumətinin və Mərkəzi Bankının keçmiş müavini, indi isə müxalifət liderlərindən biri Xudayberdı Orazov qəzetə müsahibəsində deyib:" Rusiya tərəfi bu ideyaya ehtiyatla yanaşır. "Zarit"in neft istixrac etmək istədiyi yerin Türkmənistanın İranla su sərhədi məntəqəsinə təsadüf etdiyini desək bu narahatlığı anlamaq olar. Yəqin Moskvadakılar növbəti dəfə Niyazovun tələsinə düşdüyünü dəork ediblər.Axı burada neft quyularının qazılması dərhal İranla qarşıdurmaya gətirərdi. Axı Tehran Xəzərin statusu müəyyənləşənədək ona aid hövzə ilə həmsərhəd yerlərdə hər hansı tədqiqat və qazma işlərinin əleyhinədir.


BİR İLDƏ İRANIN TÜRKİYƏYƏ QAZ İXRACI 255% ARTIB

BAKI. 15.03.2003. MEDİA-PRESS: Bu il yanvarın 21-dən feralın 19-dək Türkiyəyə iran qazının ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 255 faizdən çox artıb.
İran milli qaz şirkətinin İnformasiya mərkəzinin direktoru Abbas Pasdar SHANA agentliyinə müsahibəsində qeyd edib ki, bu dövrdə Türkiyəyə 3,2 milyard kubmetr, iki ölkə arasında müqavilənin qüvvədə olduğu dövr ərzində isə -4, 840 mlrd. kubmetr qaz ixrac edilib. Türkiyə yeganə ölkədir ki, İrandan qazı 25-illik müqavilə əsasıda alır.
İxrac cədvəlinə görə, İran Türkiyəyə ildə 3 mlrd., daha sonra isə ildə 10 lrd. Kubmetr qaz verməlidir.
O ki, qaldı Türkmənistandan İrana qaz verilməsinə,Pasdarın sözlərinə görə, bu il ixrac həcmi 5,1, müqavilənin qüvvədə olduğu müddətdə isə-22,6 milyard kubmetr təşkil edib.İranın cənubundakı qaz yataqları ilə ölkənin şimal ostanları arasındakı məsafənin böyüklüyü üzündən türkmən qazının idxalı qazın istehlakçılara çatdırılmasıbaxımındın xeyli vəsaitə qənaət etməyə imkan verir. Pasdar belə deyib.


AZƏRBAYCANIN ELEKTRİK ENERJİSİ SAHƏSİ TAM ÖZƏLLƏŞDİRİLMƏYƏCƏK

BAKI.15.03.2004.MEDİA-PRESS: "Azərenerji" SC-nin tam özəlləşdirilməsi indilikdə nəzərdə tutulmur. SC rəhbəri Etibar Pirverdiyevin sözlərinə görə, elektrik stansiyalarının özəlləşdirilməsinə baxmayaraq, bir çox ölkələrdə yüksək gərginlikli elektrik xətləri və dispetçer xidməti dövlətin əlindədir. Özəlləşdirilməyə çıxarılmış 5 kiçik SES-dən hələlik ikisi şəxsi mülkiyyətə çevrilib və SC bu istiqamətdə işi davam etdirəcək.
Pirverdiyev məlumat verib ki, hökumət ayrı-ayrı SES-lərin özəlləşdirilməsi və yenilərinin tikilməsi barədə təkliflər alır.
İndi Azərbaycanda 4 istilik - və 5 su-elektrik stansiyası işləyir. Onların layihə gücü 5000 meqavat olsa da,yalnız 4000 meqavat enerji hasil edir.

<<< <<<