rus || eng
AZƏRBAYCAN QAZAXISTAN TAXILININ İXRACI ÜÇÜN TRANZİT ÖLKƏYƏ ÇEVRİLƏ BİLƏR
BAKI.17.03.2004.MEDİA-PRESS: Azərbaycan qazaxıstan taxılının ixracı üçün tranzit ölkəsinə çevrilə bilər.Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov bu fikrini Media-Pressə açıqlayarkən hər iki ölkəyə sərfəli olan bir sıra layihələri, o sırada Bakıda taxıl terminalı tikilməsi ideyasını nəzərdə tutduğunu vurğuladı.
A. Şukputov Qazaxıstanın taxıla illik tələbatının 10 milyon ton olsa da, ölkədə ildə 15-16 milyon ton taxıl tədarük olunduğunu,illik tələbatı 3 milyon ton olan Azərbaycanın isə ildə, ən yaxşı halda 2,5 milyon ton taxıl yetişdirdiyini və bunun nəticəsi kimi, hər il əlavə 500 min ton taxılı satın almaq məcburiyyətində qaldığını vurğuayaraq deyib:" Biz qazaxıstan buğdasını daimi zəmində Azərbaycana ixrac edə bilərik ki, bu da, taxıl bazarındakı qıtlıqla bağlı olan bahalaşmalardan yayınmağa imkan verərdi.Buna Bakıda taxıl terminalını tikməklə nail olmaq"ın mümkünlüyünü nəzərə çatdıran səfir obyektin inşasını Qazaxıstanın öz öhdəsinə götürə biləcəyini, terminalın gücünün həm Azərbaycanın tələbatına uyğun , gələcəkdə isə taxılın Gürcüstana və Avropaya ixracını nəzərə almaqla hesablanmasının mümkünlüyünü vurğulayıb.
AMERİKAN ŞİRKƏTİ BAKIDA YENİ İŞGÜZAR VƏ YAŞAYIŞ KOMPLEKSİ TİKƏCƏK
BAKI.17.03.2004. MEDİA-PRESS: Amerikanın Tennesi ştatındakı Memfis şəhərinin "Səba" şirkəti Bakıda yeni işgüzar və yaşayış kompleksi tikəcək. Görüləcək layihə-tikinti işləri üzrə podratın dəyəri $20 milyondur.
ABŞ hökumətinin İxrac-İdxal Bankı bu məbləğin $19,3 milyonuna zəmanətli kredit açıb. Bu zəmanətə əsasən krediti "Kommersbank AQ"-nın Nyu-York şöbəsi verəcək.
Eksimbankın mətbut xidiətinin məlumatına görə, layihə 7-mərtəbəli binanın tikintisini nəzərdə tutur. Binada yerləşəcək ticarət mərkəzinin, ofislərin və mənzillərin ümumi sahəsi 23 min 500 kv. m. olacaq.
"Səba" nın prezidenti Con Ostin şirkətin azərbaycan bazarındakı bu ilk addımını əhəmiyyətli və gələcəyi olan iş hesab edir.
Bundan əvvəl "Səba" Eksimbankın dəstəyi ilə Rusiya, Tüürkiyə və Türkmənistanda işləyib.
XƏZƏRİN BİOEHTİYATLARI ÜZRƏ KOMİSSİYANIN 21-Cİ İCLASINDA NƏRƏKİMİLƏRİN OVU VƏ QARA KÜRÜ İXRACI KVOTASI RAZILAŞDIRILIB
BAKI.17.03.2004. MEDİA-PRESS: Xəzərin bioehtiyatları üzrə komissiyanın Moskvada olmuş 21-ci iclasında 2004-cü ildə nərəkimilərin ovu və qara kürü ixracı üzrə kvotalar razılaşdırılıb.
Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin (ETEN) Balıqartırma departamentində bildiriblər ki, Moskva iclasından sonra Komissiyanın bütün üzvləri BMT-nin CİTES ( Vəhşi heyvanların və yabanı bitkilərin nadir növlərinin beynəlxalq ticarəti haqqında) Konvensiyanın 50-ci iclasında iştirak etmək üçün İsveçrəyə yollanıblar. Odur ki, biz azərbaycan nümayəndə heyəti Bakıya döndükdən sonra Moskva iclasının təfsilatından bəhs edəcəyik. CİTES-in iclasları martın 20-də tamamlanacaq.
Departamentin rəsmisi qeyd edib ki, qaydalara görə, Komissiyanın 21-ci iclasında razılaşdırılmış kvotalar CİTES-in təsdiqinə verilməlidir.
Bu ilin kvotaları yeni vahid metodika əsasında müəyyənləşdirilib. Yeni üsuldan istifadə etməklə Xəzərin balıq ehtiyatlarının ümumi monitorinqi aparılıb, ona əsasən ovun ümumi kvotası müəyyənləşdirilib və ölkələr arasında bölüşdürülüb.
İndiyədək hhər ölkə yem bazası, öz sektorunun balıq ehtiyatları, balıqartırma imkanları barədə hesablamalarını təqdim edirdi. Xəzərin ümumi balıq ehtiyatları, bütövlükdə nərəkimilərin ovu və onların ölkələr üzrə paylaşdırılması da məhz bu hesablamalara əsasən müəyyənləşdirilirdi.
Xəzərin bioehtiyatlarıı üzrə komissiya sahilyanı 5 ölkəni- Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanı özündə birləşdirir. İran yalnız 2002-ci ildə CİTES-ə daxil olub, qalan dördlük isə Komissiyanın işində 1992-ci ildən - onun yarandığı gündən iştirak edir. Komissiya ildə bir dəfə nərəkimilərin ovu və qara kürünün ixracı üzrə hər ölkənin normasını müəyyənləşdirir.
2003-cü ilin kvotasına görə Azərbaycan 130 ton nərə balıqları (2002-ci illə müqayisədə artım-41,3%) ovlaya, 9,1 ton qara kürü ( artım-17,1%) ixrac edə bilərdi. 2003-cü ildə qalan 4 dövlətin balıq və kürü kvotası belə olub: Qazaxıstan -216 ton nərəkimilər və 23,18 ton qara kürü, Rusiya- 429 ton və 30,3 ton, Türkmənistan- 56,25 ton və 5,85 ton, İran- 676,4 ton və 78,8 ton.
BATUM LİMANI FORS-MAJOR ELAN EDİB: NEFT İXRACÇILARI ÇAŞQINLIQ KEÇİRİR
BAKI.17.03.2004.MEDİA-PRESS: Batum limanının rəhbərliyi Acarıstandan keçən dəmiryolu rabitəsinin dayanması ilə bağlı fors-major vəziyyəti elan edib.Bu gözlənilməz vəziyyət ilk növbədə Qazaxıstan və Türkmənistandan neftin ixracına aiddir.Çünki bu neftin dəmiryolu ilə daşınması martın 15-i axşamı dayandırılıb.
Tbilisinin qoyduğu qadağayadək Batuma dəmir yolu ilə hər gün 27 min tona yaxın neft və neft məhsulları daxil olurdu. İnnən belə bu yüklər Poti limanına, ya da ki, Xəzərlə İrana göndərilə bilər.
Gürcüstanın Sahil Mühafizə xidməti Batum limanında lövbər salmış gəmilərə Potiyə getmək barədə sərəncam verib. Martın 15-də Gürcüstan prezidenti Mixail Saakaşvili Acarıstanı blokadaya almaq əmrini verib.
Ba arada Gürcüstanın İqtisadiyyat naziri İrakli Rexviaşvili jurnalistlərə deyib ki, Acarıstanın uzunmüddətli iqtisadi mühasirəsi təkcə ona yox, həm də bütün ölkəyə ziyan vuracaq.
Ölkənin baş naziri Zurab Jvaniya Acarıstanı Gürcüstanın qalan rayonları ilə birləşdirən dəmiryolunun tam blokadaya alındığını deyib, çünki muxtar qurum iqtidarının göstərişi ilə onun inzibati sərhədində relslər sökülüb."Gürcüstan dəmiryolu" şirkəti Müşahidə şurasının üzvü Georgi Xuxaşvili deyib ki, Acarıstanda münaqişə uzanarsa, qazaxıstan və türkmənistan neftinin ölkə ərazisindən daşınması dayana bilər.Bu iki ölkənin ayda 700-800 min ton neft və neft məhsulu tranzitlə Batüm limanına daşınırdı.
Yaranmış vəziyyət qazax və türkmən ixracçılarından fərqli olaraq, Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ) rəhbərlyini o qədər də narahat etmir.Şirkətin vitse-prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə deyib ki, Acarıstandakı vəziyyət azərbaycan neftinin gürcüstan limanlarından tranzitinə mənfi təsir göstərməyəcək.Çünki biz neftimizin 80 faizini Potiyə və yalnız 20 faizini Batuma göndərirdik.Hansısa çətinlik yaransa, biz o 20 faizi də Potiyə yönəldəcəyik.
Xoşbəxt Yusifzadə onu da vurğulayıb ki, Acarıstandakı vəziyyət ARDNŞ-i Bakı- Tbilisi-Ceyhan neft kəmərinin tikintisi baxımından da narahat etmir.
Azərbaycan Dəmiryolu İdarəsi (AzDİ) Gürcüstandakı hadisələrlə bağlı tranzitlə Azərbaycandan Potiyə və Batuma daşınan Qazaxıstan və Türkmənistan neftinə və neft məhsullarına heç bir məhdudiyyət qoymayıb. Bu məlumatı verən İdarənin Hərəkət Xidmətinin rəisi İskəndər Kərimovun sözlərinə görə, Azərbaycanın qərbindəki Böyük-Kəsik sərhəd stansiyasında martın 16-da günün birinci yarısında gürcüstan dəmiryolçuları neft və neft məhsulları ilə dolu 14 qatarı həmişəki qaydada qəbul ediblər. Bu zaman Kərimov Xəzərin şərq sahilindən tankerlərlə gətirilən yanacağın həcmindən asılı olaraq və mal sahiblərinin sifarişinə əsasən Gürcüstana yola düşən sistern qatarlarının hər gün Bakıda formalaşdırıldığını xüsusi vurğulayıb.
Azərbaycan Nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, hələki, tranzit yükləri də daxil, neft və neft məhsullarının Gürcüstana daşınmasında elə bir çətinlik yaranmayıb.O vurğulayıb ki, "Acarıstanda vəziyyət gərginləşərsə, gürcüstan dəmiryolunun əlavə yanacaq qatarlarını qəbul etmək imkanı var.
Bununla belə, Gürcüstandakı son hadisələrlə bağlı, ARDNŞ-in Batuma ağ neft ixracını müvəqqəti dayandırdığı da məlum olub. Bu məlumatı verən ARDNŞ-in Marketinq və İqtisadi əməliyyatlar idarəsinin rəis müavini Muxtar Babayevin sözlərinə görə, ağ neftin növbəti prartiyasını ARDNŞ-dən satın almış və onu Batum limanından yola salmağı planlaşdıran fransa şirkəti "Total" limanın işi dayanandan sonra, malının hələlik Bakıda qalmasını istəib. M. Babayev deyib: "Biz ağ neft ixracını həm də ona görə dayandırdıq ki, bir qədər öncə Bakıdan Batuma yola saldığımız 6 min ton ağ neft Gürcüstan dəmiryolunda ilişib qalmışdı.Dizel yanacağı ilə bağlı elə bir problem yoxdur.Biz əvvəlki kimi yenə də bu yanacağı dəmiryolu ilə Potiyə göndəririk.
ARDNŞ hər ay gürcüstan təriqi ilə dünya bazarlarına 10-15 min ton ağ neft və 100 min ton dizel yanacağı göndərir, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri ilə isə ildə təqribən 8,7 milyon ton neft nəql edir.
Qazaxıstan və Türkmənistanın Bakıdan tranzitlə Potiyə və Batuma daşınan nefti və neft məhsullarının orta aylıq həcmi 500 min tondur. Cari ilin əvvəlindən bəri bu yanacağın gürcüstan limanları istiqamətində daşınması həcminin düşməsi Acarıstan hadisələri ilə yox, qonşu ölkə dəmiryolçularının bu yüklərin tranzit tariflərini bahalaşdırmaq niyyəti ilə bağlıdır.
BAKI GÜRCÜSTANDAKI VƏZİYYƏTİ DİQQƏTLƏ İZLƏYİR VƏ ONUN SÜLHLƏ NƏTİCƏLƏNƏCƏYİNƏ ÜMİD BƏSLƏYİR
BAKI.17.03.2004. MEDİA-PRESS:Mərkəzi hakimiyyətlə Acarıstan iqtidarı arasındakı qarşıdurma səbəbindən Gürcüstanda yaranmış vəziyyətin inkişafı azərbaycan paytaxtında diqqətlə izlənir. Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İTAR-TASS-ın müxbirinə belə deyib. Sitat:" Bizim yeganə istəyimiz budur ki,Gürcüstanın daxili işi olan bu qarşıdurma sülhlə, danışıqlar yolu ilə başa çatsın".
Hal-hazırda işləyən Bakı-Supsa və tikilməkdə olan Bakı-Tbilisi_Ceyhan (BTC) neft kəmərlərinin operatoru BP-Azerbaijan şirkətində də qonşu ölkədəki vəziyyətin dincliklə həllinə ümid bəslənilir.Bununla belə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının qeyd etdiyi kimi," rəhbərlik Acarıstandan yan keçən neft magistralları üçün təhlükə görmür. BTC-nin gürcüstan sahəsinin tikintisi üçün nəzərdə tutulan boruların hamısı artıq Batumdan aparılıb".Bayatlı Bakı-Tbilisi_Ərzurum Cənubi Qafqaz qaz kəmərinin gürcüstan sahəsinə aid boruların isə hələ də Batumda qaldığını qeyd edərək, bu xəttin tikintisinə 2004-cü ilin sonlarında, yəni BTC tikintisi başa çatdıqdan dərhal sonra başlanacağını deyib.
BAKIDAKI DANIŞIQLARDA XƏZƏR ÜZRƏ KONVENSİYANIN 22 MADDSSİNDƏN YARISI RAZILAŞDIRILIB.
BAKI.17.03.2004. MEDİA-PRESS: Bakı danışıqlarında Xəzər üzrə Konvensiyanın maddələrinin yarısı razılaşdırılıb. Xəzər üzrə Xüsusi işçi qrupunun Bakıdakı iclasının sonuncu günü bu haqda jurnalistlərə məlumat verən Rusiya nümayəndə heyətinin rəhbəri Viktor Kalyujnı" Konvensiyanın 22 maddəsindən 11-nin tam razılaşdırıldığını" deyərək,"qalan maddələrdə dırnağa alınmış bir çox sözlərin qaldığıını, mövqelərini öz rəhbərlikləri ilə razılaşdırmaq üçün nümayəndə heyətlərinin taym-aut (fasilə) götürdüklərini" vurğulayıb.
RİA "Novosti" məlumatlı mənbələrə istinadən xəbər verir ki, bu günki iclasda Xəzərin dibi ilə neft və qaz borularının çəkilişi məsələsi müzakirə edilib. Rusiya tərəfi belə layihələri bir, yaxud ikitərəfli qaydada yox, konsensus (ümumi razılıq) əsasında reallaşdırmaq təklifini sürüb. Səsvermədə Rusiyanı yalnız İran dəstəkləyib və , beləliklə layihəyə 3 ölkə "hə", 2 ölkə isə "yox" deyib.
Viktor Kalyujnı yenə də "Xəzər probleminin həllində başlıcası onun necə bölüşdürülməsində razılığa gəlməkdir" təsəvvürünü yanlış adlandıraraq deyib ki, Xəzərin bölünməsi məsələsi "yeni təşəkkül tapmış dövlətlər üçün energetikanın inkişafı baxımından, şübhəsiz ki, həyati əhəmiyyət daşıyır. Lakin xəzər pobleminin sosial tərəfi, o cümlədən ekologiya və bioeytiyatların qorunması problemləri,bundan heç də az əhəmiyyət daşımır"
Kalyujnı həmçinin qeyd edib ki, regionda təhlükəsizlik məsələlərinə, xüsusən də terrorizmin və narkotik maddələr biznesinin doğurduğu təhlükələrə xüsusi diqqət yetirmək gərəkdir.
XƏZƏRİN DİBİ İLƏ BORU XƏTTİNİN ÇƏKİLİŞİ BU DƏNİZİN STATUSU ÜZRƏ HAZIRLANAN KONVENSİYA ÇƏRÇVƏSİNDƏ MÜZAKİRƏ OLUNACAQ
BAKI.17.03.2004. MEDİA-PRESS: Xəzərin statusu üzrə konvensiyaya sualtı boruların çəkilişi məsələsi də daxil ediləcək.Bu barədə Media-Pressə məlumat verən Əlahiddə tapşırıqlar səfiri, Qazaxıstanın bu dəniz üzrə xüsusi nümayəndəsi Ravil Çerdobayev Xəzərin statusunu müəyyənləşdirən Xüsusi işçi qrupunun Bakı iclasında iştirak edib. O hesab edir ki, tərəflər bu məsələdə razılığa gələcəklər. Çünki müvafiq boru şəbəkəsi olmasa, yatağı istismar etmək mümkünsüzdür.
Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Viktor Kalyujnı isə Bakıdakı çıxışında deyib ki, rusiya tərəfi Xəzrin dibi ilə neft kəmərinin çəkilişinə dair digər sahilyanı dövlətlərin nikbinliyinə şərik deyil. Sitat:" Ehtimal var ki, gözlənilməz fəlakət və ya layihədəki hansısa noqsana görə Xəzərin ekologiyasına sağalmaz yara vurulsun.Xəzərin dibi ilə neft borusu çəkilərkən ilk növbədə regionun seysmik fəallığı nəzərə alınmalıdır.
Çerdobayev də, Kalyujnı da ilk növbədə Aktau -_Bakı neft kəmərinin Xəzərin dibi ilə çəkilitşini nəzərdə tutublar. Bu xətt o zaman çəkilə bilər ki, Bakı-Tbilisi-Ceyhan (BTC) borusu ilə axıdılacaq qazaxıstan neftinin illik həcmi 20 milyon tonu aşsın.
Qazaxıstan ilk neftini bu kəmərlə 2007-ci ildən tez axıda bilməyəck və ilk vaxtlar bu xəttə yalnız 7,5 milyon ton neft vura biləcək.
Mülahizələrinin sanbalını artırmğa səy göstərən Kalyujnı " gündəlik xeyir naminə bu nadir su hövzəsinin aqibəti ilə oynamaq olmaz" deyərək, " hər bir layihənin reallaşmaq hüququn olduğunu" qeyd edib. Diplomat daha sonra deyib:" Bunun belə ola bilməsi üçün gərək bütün şərtlər- ekoloji, seysmik və texniki təhükəsizlik şərtləri nəzərə alınsın və bütün sahilyanı dövlətlər layihənin realizəsinə öz razılığını bildirsin".
Yəqin Kalyujnının yaddaşını təzələmək yerinə düşərdi ki, Qaradənizin dibi ilə "Mavi axın " qaz kəmərini Türkiyəyə çəkəndə Rusiyanın özü bu dənizin ətrafındakı dövlətlərin heç biri ilə nə məsləhətləşdi, nə də rəsmiyyət xatirinə də olsa, onların bu işə razılığını istədi. Halbuki , "Mavi axın" kəmərinin Qaradənizin ekologiyasına ziyan vurmaq şansı daha çoxdur.Axı, bu kəmər 2 kilometrdən də çox dərinlikdən keçir və boru mütəmadi surətdə kükürdlü-hidrogen mühitinin təcavüzkar təsirinə məruz qalır.
QAZAXISTAN BTC KƏMƏRİNƏ MAYDA QOŞULA BİLƏR
BAKI.17.03.2004. MEDİA-PRESS: Astana Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinə (BTC ƏİK) qoşulacağını artıq may ayının ilk günlərində, yəni Qazaxıstanın baş naziri Danial Axmatovun Azərbaycana səfəri zamanı, rəsmən elan edə bilər. Qazaxıstanın respublikamızdakı səfiri Andar Şukputov Media-Pressə məlumatında bildirib ki, səfər zamanı qazax neftinin BTC kəməri ilə nəqlinə dair hökumətlərarası sazişin imzalanacağı da istisna edilmir.
Qarşıdakı danışıqlarda tərəflər qazaxıstan neftinin ƏİK-lə nəqlinə dair hökumətlərarası çərçivə sazişi layihəsinin hazırlanmasını tamamlamalıdırlar. Əvvəlcə sazişin bu ölkələrin hökumətlərinə təqdim oluna bilməsi üçün danışıqları 2003-cü ilin sonunadək yekunlaşdırmaq nəzərdə tutulurdu. Sazişin imzalanmasından sonra Aktau-Bakı nəqliyyat sisteminin investorları Azərbaycan və Qazaxıstan hökumətləri ilə tranzit sazişləri imzalayacaqlar.
Aktau-Bakı sisteminin yaradılması Kurıkda( Aktaudan 76 km. cənub-şərqdə yerləşən liman) neftin boşaldılması, saxlanması və yüklənib yola salınmasını reallaşdıra bilən yeni terminalın, eləcə də birləşdirici kəmərlərin tikintisini nəzərdə tutur.Terminal ilk dövrdə ildə 7,5 milyon, sonradan isə 20 milyon ton nefti qəbul edib yola sala biləcək. İnvestisiyaların həcmi hökumətlərarası sazişin imzalanmasından sonra müəyyənləşəcək. Sistemi idarə etmək üçün ayrıca şirkət yaradıacaq və onu 4 şirkət -qazaxıstan yatağı "Kaşaqan"ın işlənməsi layihəsində iştirak edən və BTC Co şirkətində 15% iştirak payına malik olan -ENİ (İtaliya),TOTAL (Fransa),ConocoPhillips (Amerika) və İNPEX ( Yaponiya) şirkətləri maliyyələşdirəgək.
Ümumi uzunluğu 1767 km olan BTC kəmərinin 443 kilometri Azərbaycandan, 248 kilometri Gürcüstandan, 1076 kilometri isə Türkiyədən keçəcək. Kəmər ildə 50 mln. ton neft daşıya bilər. 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin 4-cü rübündə başa çatacaq. Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin 2-ci rübündə nəzərdə tutulub.
BTC layihəsinin üzvləri və onların iştirak payı ilə tanış olub: : BP - 30,1%, QNKAR - 25%, Unocal - 8,90%, Statoil - 8,71%, TPAO - 6,53%, Eni - 5%, Itochu - 3,4%, ConocoPhillips - 2.5%, INPEX - 2,5%, TotalFinaElf - 5% i Amerada Hess - 2,36%.
QAZAXISTAN NEFT VƏ QAZININ İXRACI ÜÇÜN YENİ MARŞRUTLAR ARAYARKƏN İQTİSADƏ SƏRFƏLİYİ VƏ SİYASİ SABİTLİYİ ƏSAS TUTUR
BAKI.17.03.2004. MEDİA-PRESS: "10 milyard ton neft və 7 trilyon kubmetr qaza (proqnoz ehtiyatları- Media-Press) malik Qazaxıstan öz karbohidrogen xammalı nəqliyyatının alternativ yollarını arayır. Qazaxıstanın Əlahiddə tapşırıqlar naziri və Xəzər üzrə xüsusi nümayəndəsi Ravil Çerdobayev jurnalistlərə bu barədə məlumatında respublikanın Tengiz-Novorossiysk boru xəttinə malik olduğunu, lakin Bosfordakı vəziyyətlə bağlı nəql həcminin son vaxtlar azaldığını qeyd edib.
THE REVALUATION OF SUPPLIES OF "SHAKH-DENIZ" IS POSSIBLE AFTER CONDUCTION OF THE EXPLORATION DRILLING ON THE SOUTH-WEST WING OF THE FIELD
BAKU.17.03.2004.MEDIA-PRESS: The re-estimation of the supplies of "Shakh-Deniz" is possible only after the conduction of the exploration drilling on the east-west wing of the field. Now all the works are conducted only on the northeastern wing, the Vice-President of the State Oil Company of Azerbaijan Mr. Khoshbakht Yusifzade has said.
We shall remind that on the largest gas condensate field in the Azerbaijan sector of the Caspian Sea thee exploration wells were drilled and by estimations of experts, the supplies of "Shakh-Deniz" make about 700 MM cubic meters of gas and about 200 MM tons of gas condensate.
The production of the primary gas from the field "Shakh-Deniz" is planned by the mid of 2006.
The "Stage-1" of the development of the field provides the production of 178 bn cubic meters of gas and 34 MM tons of condensate. The maximum production will make 8.4 bn cubic meters of gas and 2 MM tons of the condensate per a year.
BP (25.5%), Statoil (25.5%), the SOCAR(10%), LUKAgip(10%), OIEC (10%), TotalFinalElf (10%) and TRAO (9%) are the participants of the project "Shakh-Deniz". The supplies of the field "Shakh-Deniz" make approximately 1trln cubic meters by estimations.
İRAN TƏBİİ QAZININ XARİCƏ, O SIRADAN AVROPA ÖLKƏLƏRİNƏ İXRACINI ARTIRIR
BAKI.17.03.2004. MEDİA-PRESS: iRAN xaricə ,o cümlədən Avrorpa ölkələrinə qaz ixracı həcmini artırır. Neft naziriinin müavini Hadi Nicat Hoseynianın dediyinə görə, əgər əvvəllər İran qazı yalnız daxili istehlak məqsədi ilə çıxarırdısa, indi əsas diqqət ixracadır. O, İran-Rusiya_Ukrayna-Avrorpa marşrutu ilə Avropaya qaz verilməsi barədə Ukrayna, Bolqarıstan və Rumıniya ilə danışıqlar aparıldığını, İran-Türkiyə-Rumıniya-Bolqarıstan marşrutunun da olduğunu vurğulayıb.
Nazir müavini deyib ki, qarşıdakı 10 ildə İranın neft sahəsinə $45 milyard, qaz sahəsinə isə-$ 4 milyard investisiya qoyuluşu tələb olunur.
Bu ölkə təbii qaz ehtiyatına görə dünyada Rusiyadan sonra ikincidir. Hoseynianın sözlərinə görə, ində Kuveyt , Ermənistan və Azərbaycana qaz verilməsinə dair danışıqlar başa çatmaq üzrədir. Tezliklə həmin ölkələrlə müvafiq müqavilələr də imzalanacaq. İran 2004-cü ildə Türkiyəyə 9 milyard kubmetr qaz ixrac edəcək.
FİNLANDİYA ENPRİMA-SI SUMQAYITDA BUXAR-QAZ QURĞUSUNUN İNŞASI LAYİHƏSİNƏ KONSALTİNQ XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK
BAKI.17.03. 2004. MEDİA-PRESS: "Azərenerji" SC və fin şirkəti ENPRİMA Sumqayıtda 400-500 mVt gücündə buxar-qaz qurğusunun (BQQ) tikintisi layihəsi üzrə konsaltinq xidmətlərinin göstərilməsi barədə saziş imzalayıblar. Enprima İsveçrənin COLENCO və Finlandiyanın ELEKTROVATT-ECONO şirkətlərinin də iştirak etdiyi tenderin qalibi kimi, bir aya layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) hazırlamalı, sonra da BQQ-nun inşasının baş podratçısını müəyyənləşdəirmək üçün keçiriləcək tendərin sənədlərinin tərtibinə başlamalıdır.
Yaxın günlərdə layihnin maliyyə məsləhətçisinin də adı açıqlanacaq. Almaniya,Yaponiya və İsveçrənin maliyyə qurumları da tenderdə öz təkliflərini veriblər.
Xatırladaq ki, avadanlığın istehlakı və həddən-ziyadə yanacaq sərfi üzündən Sumqayıtın 2 istilik -elektrik stansiyası (İES) hələ 2002-ci ildə bağlanmışdı. Elə o vaxt qərara alınmışdı ki, Sumqayıtda iki köhnə İES əvəzinə ümumi gücü 400-500 mVt olan yeni bir PQQ bloku tikilsin.
"ŞAH-DƏNİZ"İN EHTİYATLARINI YENİDƏN QİYMƏTLƏNDİRMƏK YATAĞIN CƏNUB-QƏRB CİNAHINDA KƏŞFİYYAT QAZMASINDAN SONRA MÜMKÜNDÜR
BAKI.17.03.2004.MEDİA-PRESS: "Şah-Dəniz"in ehtiyatlarını yenidən qiymətləndirmək yatağın cənub-qərb cinahında kəşfiyyat qazmasından sonra mümkündür.Hələlik isə işlər yatağın yalnız şimal-şərq cinahında aparılır. Bu məlumatı jurnalistlərə Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə verib.
Xatırladaq ki, "Şah-Dəniz"də üç kəşfiyyat qazması aparılıb və eksprtlər Azərbaycanın ən möhtəşəm qaz-kondensat yatağında təqribən 700 milyon kubmetr qaz və 200 milyon ton qaz kondensatı ehtiyatı olduğunu hesablayıblar. Yataqda istixraca 2006-cı ilin ortalarında başlamaq nəzərdə tutulur.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən optimal istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metrə, qaz kondensatı isə- 2 mln. Tona çatacaq. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
"BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.
<<< <<<