rus || eng


AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYALAR BU İL 3 TRİLYON MANATI KEÇİB

BAKI.19.03.2004. MEDİA-PRESS: Bu ilin iki ayında ölkə iqtisadiyatına bütün mənbələrdən sərmayə qoyuluşunun həcmi 3,167 trilyon manat olub ki, bu, 2003-cü ilin eyni göstəricisindən 59,2% çoxdur.
Statistikaya görə, bütün sərmayəqoyuluşlarının 89 faizini xaici investisiyalar təşkil edib. Müəssisə və təşkilatların öz vəsaitləri ( o cümlədən xarici şirkətlər) -2,9 trilyon manat (91,7%), bank kreditləri-25,33 milyard manat( 0,8%), büdcə vəsaitləri- 15,835 mlrd. manat (0,5%), büdcədənkənar fondların vəsaitləri-3,1 mlrd. manat (0,1%), əhalinin öz vəsaitləri -41,11 mlrd. manat(1,3%) təşkil edib.
2004-cü ildə ölkə iqtisadiyyatına18 trilyon,405,4 milyard manat sərmayə qoyulması nəzərdə tutulur ki, bunun 14 trilyon,855,4 milyardı- xarici və 3 trilyon 550 milyard manatını -daxili investisiyalar təşkil edəcək.


YANVAR -FEVRALDA AZƏRBAYCANDA 17,1 MİLYON TON YÜK DAŞINIB

BAKI.19.03.2004. MEDİA-PRESS: 2004-cü ilin iki ayında Azərbaycanda 17,1 milyon ton yük daşınıb ki, bu da ötən ilin eyni dövründən 8,7% çoxdur.
Dövlət Statkomun məlmatına görə, bu həcmin 52,4 faizi- avtomobil, 18,3 faizi- dəmiryolu, 17,1 faizi - magistral boru və 12,2 faizi isə- dəniz nəqliyyatı ilə daşınıb.
Bu müddətdə avtomobil nəqliyyatı ilə daşımalar 0,7%, dəmiryolu və dənizlə müvafiq olaraq- 0,1% və 0,3% artsa da, borularla yanacaq nəqli -1,1% azalıb.
Proqnozlara görə, 2004-cü ildə yükdaşımalarının həcmi 111,5 milyon ton təşkil edəcək və bu illə müqayisədə 6,4% artacaq. Məsələn avtomobillərlə- 61 milyon ton ( artım-7%), dəmiryolu ilə-19,3 milyon ton ( 3,7%), borularla-17,2 milyon ton (2,3%) və dənizlə- 14 milyon ton (12,9%) yük daşınacaq.


AZAL BAKDAN MOSKVAYA REYSLƏRİN SAYINI ARTIRIB

BAKI.19.03.2004. MEDİA-PRESS: "AZAL" (Azərbaycan Hava Yolları milli aviaşirkəti) Bakı-Moskva_Bakı marşrutu üzrə reyslərin sayını artırıb. İndi "Boinq 757-200","Boinq 727-235" və Tu-154M təyyarələri "Domodedovo"dan Bakıya hər gün uçacaq.
"Domodedovo" və "AZAL" 2003-cü ildən əməkdaşlıq edir. 2004-cü ilin martınadək bu istiqamətdə çərşənbə axşamı, cümə və bazar günləri reyslər işləyirdi.


V. KALYUJNI: RUSİYA NSC NEFT KƏMƏRİNİN ÇƏKİLMƏSİ İMKANINI NƏZƏRDƏN KEÇİRMİR, BOSFOR PROBLEMİ İSƏ UYDURMADIR

BAKI.19.03.2004. MEDİA-PRESS: Rusiya Novorossiyskdən Gürcüstanın Supsa limanına birləşdirici neft kəmərinin çəkilməsi,sonradan isə onun Bakı-Tbilitsi-Ceyhana birləşdirilməsi təklifini nəzərdən keçirmir. RF prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, XİN müavini Viktor Kalyujnı Bakıda bu bəyanatla çıxış edib.
Xatırladaq ki, bu ideyanı ilk dəfə hələ Eduard Şevardnadzenin prezidentliyi dövründə gürcüstan tərəfi vermiş, sonra yeni prezident Mixail Saakaşvilinin Moskvaya bu yaxınlardakı səfəri zamanı bir qədər dəyişdirilmiş formada təkrarlanmışdı.Layihənin təşəbbüskarı GİOC (Gürcüstan Beynəlxalq Neft korporasiyası) KTK (Xəzər boruçəkmə konsorsiumu) kəməri ilə Novorossiyskə gələn nefti, Sibir neftini, eləcə də Maxaçqaladan dəmiryolu ilə Novorossiyskə daşınan nefti ( ildə ümumiyyətlə-120 milyon ton) yeni şaxə ilə axıtmağı, sonra bu borunu Bosfor və Dardaneldən yan keçən Bakı-Tbilisi-Ceyhana (BTC) yönəltməyi təklif edirdi. İdeyanın müəlliflərinə görə, Bu,Türkiyənin təhlükəsizlik tədbirlərini sərtləşdirməsi üzündən boğazlarda, xüsusən də 15-milyonluq İstanbuluiki hissəyə ayıran Bosforda yaranan tıxaclarla bağlı bir çox çətinliklərdən yayınmağa imkan verərdi.
GİOC prezidenti Giya Çanturiya o vaxt hesablamalara istinadən iddia edirdi ki,layihə kommersiya baxımından olduqca faydalıdır və rusiya tərəfində də maraq doğurmalıdır. "Biz ruc həmkarlarımıza layihənin çox uğurlu olacağanı təsdiqləyən ilkin mühəndisi və iqtisadi araşdırmalarımızı verməyə hazırıq." Onun sözlərinə görə, rusiya ixrac neftinin çox hissəsinin daşındığı Bosfor boğazı bu qədər yanacağı "həzme-rabe"dən keçirmək gücündə deyil. Odur ki, NSC (Novorossiysk-Supsa-Ceyhan) neft kəmərinin çəkilişi lap yerinə düşərdi.
Lakin Kalyujnı gürcülərin bu nikbinliyəni bölüşmür." İdeya yaxşı olsa da, reallaşdırmaq mümkünsüzdür. İki variant var: boru ya qaradəniz sahili ilə, ya da dənizin dibi ilə çəkilməlidir. Sağlam düşüncə sahibi kəməri bu dənizin sahili ilə (Kurort zonası ilə-Media-Press) çəkməz, sualtı kəmərin iqtisadi göstəricələri isə mənfi olacaqdır. Odur ki, Rusiyada bu varianta baxılmır".
V.Kalyujnı Bosfordan yan keçməyərək,"boğazlar problemi uydurulub" sözlərini yenə təkrarladı. Burada BTC-yə daha çox iştirakçı cəlb etmək siyasəti qabardılıb.Müstəqil monitorinq Bosforun zö gücünün 50 faizi həcmində yükləndiyini göstərib. Bosforda ekoloji təhlükəsizlik məsələləri mövcuddur və onlarla məşğul olmaq gərəkdir.
Rusiyalı diplomat axırda deyib:" Rusiya bu məsələlərin həlli ilə məşğul ola bilər. Yeni avadanlıq, tankerlərə ikiqatlı gövdə tələb olunur. Gəlin, məsələni müzakirə və həll edək.Lakin vəziyyəti süni tərzdə gərginləşdirmək, onu hansısa layihənin xeyrinə siyasiləşdirmək olmaz.Bosforu da tam bağlamaq olmaz".Yeri gəlmişkən, Gürcüstanın yeni seçilmiş prezidenti də Moskvanı türkiyə böoğazlarının bağlanması ilə qorxutmağa çalışıb.Lakin bu xəbərdarlıqda Gürcüstanın mənafei aşkar sezildiyindən, onu ciddi qəbul edən olmadı.
Ədalət naminə deyək ki, Türkiyə məsələni heç zaman belə qoymayıb, boğazları da bağlamağa hazırlaşmır. Ancaq Ankara İstanbulun məhz ekoloji və sair təhlükəsizliyini təmin etmək üçün ,artıq bir neçə ildir ki, tankerlərin boğazlardan keçidi şərtlərini sərtləşdirib və daşıma həcmləri artdıqca, siyasətini də ona munasib davam etdirməkdədir.
RF Energetika nazirliyinin məlumatına görə, 2003-cü ildə Bosfor və Dardaneldən 62 milyon ton rusiya nefti daşınıb ki, bu da bir il əvvəlkinə nisbətən 25% çoxdur. Özü də boğazlardakı tıxaclar üzündən bəzən 20-günlərlə dayanan tankerlərin sahibləri artıq indinin özündə hər ton neftdən təqribən 12 dollar ziyana düşüblər. Ankara xəbərdarlıq edir ki, ölkə iqtidarı əvvəl-axır ictimaiyyətin " antitanker nümayişləri" ilə üzləşə bilər. Axı, Bosforda tankerlərin hərəkəti istanbullular qarşısında az qala Uilyam Şekspirin "olum, ya ölüm" dilemmasını qoyur.


5 İLDƏ BAKI-SUPSA KƏMƏRİ İLƏ 200 MİLYON BARRELDƏN ÇOX NEFT DAŞINIB

BAKI.19.03.2004.MEDİA-PRESS: 1999-cu ildən ( istismara başlanandan) Bakı-Supsp kəməri ilə 200 milyon barreldən çox neft daşınıb.
BP-Azeribaijanda Media-Pressə bildiriblər ki, bu müddətdə 216 tanker, o cümlədən azərbaycanın mənfəət neftini daşıyan 32 tanker yola salınıb.
5 ildə kəmərin iş səmərəsi 99,5 faizə, gündəlik buraxıcılıq qabiliyyəti isə-150 min barrelə çatdırılıb. Həmçinin kəmər İSO 14001 Beynəlxalq Standartlaşdırma təşkilatının sertifikatına layiq görülüb.
Xəzər sahilindəki Səngəçal terminalından başlayan kəmərGürcüstanın Qaradəniz sahilindəki Supsa üzən yuk terminalında başa çatır. 833 km. uzunluğu olan kəmər boyunca 6 nasos stansiyası ( üçü Azərbaycanda və üçü Gürcüstanda),həmçinin Gürcüstanda iki təzyiqi salan stansiya işləyir.
İlk dəfə 1998-ci il dekabrın 10-da boruya vurulmuş neft Supsa terminalına 1999-cu il martın 11-də çatıb. Supsadan ilk tanker 1999-cu il martın sonunda yola salınıb.


V. KALYUJNI: BTC "AVROPAYA QARŞI YÖNƏLMİŞ SIRF AMERİKAN LAYİHƏSİDİR"

BAKI.19.03.2004.MEDİA-PRESS: "Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi layihəsi "avropaya qarşı yönəlmiş sırf amerikan layihəsidir", çünki bu marşrutun nefti Avropanı görmədən yalnız ABŞ-a daşınacaq. Bakıda jurnalistlərlə görüşündə bu müddəanı irəli sürən RF prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, XİN müavini Viktor Kalyujnının sözlərinə görə, Bu neft Ceyhanda dedveyti (tutumu) 300-500 min ton olan tankerlərə vurulacaq ki, onlarla yanacağı yalnız ABŞ-a daşımaq sərfəli ola bilər. Avropa üçün isə Qaradənizdən 150 min tonluq tankerlər göndərmək də kifayət edər".
Güman etmək olar ki, cənab Kalyujnı məhz BTC-yə görə amerikanların yox, avropalıların mənafelərinin müdafiəçisinə çevrilib. Çünki gələcəkdə bu kəmər Qaradənizdən ixrac olunan rusiya neftinin ən ciddi rəqibinə çevriləcək. Özü də həcminə görə deyil, Aralıqdənizi limanı Ceyhanda ticarətin Novorossiysk və ya Tuapseyə nisbətən daha asan olcağına görə. Axı, hər iki limandan alınan nefti onsuz da tankerlərlə Aralıq dənizinə daşımaq lazımdır!. Biz hələ bu gəmiləri Bosfor və Dardanel kimi çətin keçidlərin gözlədiyini demirik…
Rusiya diplomatına inansaq, Xəzər nefti ABŞ-a göndərilmək üçün Ceyhanda tutumu 300-500 min ton olan tankerlərə vurulacaq. Məgər elə oradaca Avropa üçün 150 min tonluq tankerləri yükləmək olmazı? Bu barədə nə qədər desən mülahizə yürütmək və ya mübahisə etmək olar. Ancaq hər şeyi zaman, daha doğrusu, xəzər neftinin alıcılırı, o sıradan avropalı müştərilər , həll edəcəklər.


AZƏRBAYCANDA NEFT MƏHSULLARI İSTEHSALI BİR İLDƏ 7% ARTIB

BAKI.19.03.2004.MEDİA-PRESS: 2004-cü ilin yanvar- fevral aylarında Azərbaycan neft emalı zavodlarında (AzNEZ) neft məhsulları istehsalı ötən ilin eyni dövrünə nisbətən 7% artıb.
Statistikaya görə,99,9 min ton( artım-1,6%) -avtomobil benzini, 292, 8 min ton ( 10,5%)-dizel yanacağı, ağ neft-110,8 min ton ( 4,7% az), neft bitumu-4,7 min ton(artım-17,5% ) və sürtgü yagları -4,4 min ton (artım- 4,8%) istehsal olunub.
Respublikamızda iki NEZ var-"Azərneft-yağ" və "Azərneftyanacaq". İllik gücü 14 milyon ton olan "Azərneft-yağ" sürtgü yağları və neft məhsullarının bir sıra ağır növlərini, 8 MLN. TON GÜCÜNDƏ OLAN "Azərneftyanacaq" isə neft məhsullarının daha yüngül fraksiyalarını istehsal edirlər.


TÜRKİYƏ AVROPA BAZARLARINDA QAZ TİCARƏTİNƏ HAZIRLAŞIR

BAKI.19.03.2004.MEDİA-PRESS: Avropada yeni təsis edilmiş şirkət İran və Azərbaycan qazını Türkiyə ərazisindən qitəyə daşıya bilən kəmərin çəkilməsi imkanlarını öyrənəcək. İşlər sürətlə gedir və tikintiyə başlamaq qərarı artıq bu il qəbul oluna bilər. RusEnergu internet-saytının bu məlumatına görə, iş uğurla sonuclanarsa, rusiya "Qazprom"u özünün ənənəvi avropa bazarının bir hissəsini rəqiblərinə güzəştə getmək məcburiyyətində qalacaq.
Nabucco layihəsi 2002-ci ilin oktyabrından məşhurlaşıb.O zaman Avropanın bir neçə ölkəsi qityüə qaz idxalını sürətləndirmək üçün səylərini birlşdirməyi qərara aldı. Bu il martın 12-də isə layihənin rəsmisi də bəlli oldu - Nabucco Company Pipeline Study GmbH . Tərəfdaşlar qərargahı Vyanada yerləşən şirkətin təsisi barədə saziş imzaladılar. Yeni qurum layihənin TİƏ-ni ( texniki-iqtisadi əsaslandırmasını) hazırlayacaq.
Söhbət Türkiyədən Mərkəzi Avropaya çəkiləcək qaz borusundan gedir. Təqribən 3 min km. uzunluğu olacaq bu xətlə ildə 20-30 milyard kubmetr azərbaycan və iran qazı qitəyə çatdırılacaq. Layihənin reallaşması müddəti də təqribən bəllidir: TİƏ bu il tamamlanmalı və dərhal da titkintiyə başlamaq barədə qərar qəbul olunmalıdır. Kəmər 2009-cu ildə istismara veriləcək və dəyəri 4,4 milyard avroya çatacaq. Bu, bir müddət əvvəl Türkiyə və Yunanıstanın müzakirə etdikləri planlarla müqayisədə irəliyə doğru çox böyük bir sıçrayışdır.Bu iki ölkənin keçən ilin dekabrında imzaladığı sazişə əsasən çəkilməli olan qaz xəttinin illik gücü fəqət 500 milyon kubmetrə bərabər olacaqdı. Vur-tut 200 km. uzunluğu olacaq bu kəmər investorlara 250 milyon avroya başa gəlməli idi. Bu layihənin ikinci mərhələsi kəmərin buraxıcılıq qabiliyyətinin ildə 11 milyard kubmetrə çatdırılmasını nəzərdə tuturdu. Ancaq, indi üfüqdə daha əzəmətli həcmlər nəzərə çarpmaqdadır.


İQTİSADİ BLOKADADAN SONRAKI 8 SAATDA ACARISTAN DƏMİRYOLU İLƏ 3 MİN TON NEFT MƏHSULU DAŞINIB

BAKI.19.03.2004.MEDİA-PRESS: Acarstanda İqtisadi qadağalar götürüləndən və dəmiryolu rabitəsinin bərpasından keçən ilk 8 saatda muxtar qurumun ərazisindən 20 yük qatarı, o cümlədən Azərbaycan və Orta Asiyadan 3 min ton neft məhsulu aparan sisternlər keçib. Kabuleti şəhərinin stansiya rəisi David Baladze İTAR-TASS-a verdiyi bu məlumatına əlavə edib ki, daşımalar əvvəlki cədvlə əsasən icra edilir. Batum-Tbilisi sərnişin qatarı, həmçinin Batuma və Kutaisiyə gedən şƏhərətrafı elektrik qatarları da adi qrafik üzrə yola salınıb.


TBİLİSİDƏ 3-CÜ BEYNƏLXALQ KONFRANS BAŞA ÇATIB

BAKI.19.03.2004.MEDİA-PRESS: Tbilisidə "Neft, qaz, energetika və infrastruktura-GİOGİE 2004" 3-cü beynəlxalq konfrans başa çatıb. BTC neft və Cənubi Qafqaz qaz kəmərləri layihələrinin, avrorpa nəqliyyat dəhlizinin inkişaf məsələləri , Gürcüstan ərazisindən neft və qazın nəqlinin təmayül və imkanları müzakirə edilib. İştirakçılar Asiyadan Avropaya gedən yolların kəsişməsində yerləşən Gürgüstanın xəzər regionunun enerji ehtiyatlarının daşınmasında başlıca həlqə olduğunu qeyd ediblər. Gürcüstandan keçən neft kəməri ölkənin neft sektorunun inkişafının mühüm strateji şərtidir və ona 800 milyon dollar mənfəət verəcək.
Gürcüstan BTC layihəsinin realizəsindən ildə 62 milyon dollar qazanacaq.Ölkənin 2003-cü ildəki əsas idxal maddəsi neft və neft məhsulları (ümümi idxal həcminin -9,7 faizi) və neft kəmərinin tikintisi üçün borular idxalı (8,9%) təşkil edib. Konfransda Gürcüstanın yanacaq-energetika infrastrukturunun inkişaf etdirilməsi, ölkənin neft sənayesinə investisiyalar və yerli neft-qaz istixracının perspektivi də müzakirə edilib.
Tədbirdə BP, boruçəkmə şirkəti BTC Co, norveç SATOİli , türkiyə BOTAŞı və ARDNŞ də daxil olmaqla 15 ölkənin 180 nümayəndəsi iştirak edib.


İRANIN NEKA LİMANINA BİR İLDƏ 4 MİLYON TONA YAXIN XAM NEFT DAXİL OLUB

BAKI.19.03.2004.MEDİA-PRESS: 2003-cü ilin martından 2004-cü ilin martınadək İranın NEKA limanına əvəzlənmə yolu ilə təqribən 4 mln. ton neft daxil olub. İranın Limanlar və Gəmiçilik Sazmanının icraçı direktoru Əhməd Donyəmalının dediyinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 4 dəfə çoxdur. İranda martın 21-də başlayan yeni ildən Sazman əvəzlənmə yolu ilə 10 milyon ton neftala biləcək. Əlbəttə bu həcm Neft nazirliyinin bağlayacağı müqavilələrin həcmində də asılı olacaq.
Orta Asiya respublikaları ilə mübadilə əməliyyatlarını sürətləndirən Tehran onların neftini İranın şimalında alaraq, həmin həcmi tərəfdaşlarına Fars körfəzində ödəyir.Milli Neftdoldurma donanmasının icraçı direktoru Məhəmməd Surini sözlərinə görə, onun şirkəti Xəzər dənizində əvəzləmə yolu ilə 280 milyon dollarlıq dəyərində xam neft nəql edib. Bu vəsaitə hər birinin su tutumu 63 min ton olan 6 tankerin tikilməsi, Maxaçqala, Aktau və Neka limanlarında 6 mln. dollar dəyərində boru çəkilişi və s. nəzərdə tutulur.Hazırda Xəzərdə itşləyən və tutumu 5 min ton olan tankerlərlə xam neftin daşınması iqtisadi səmərə verməyəcək. Dedveyti 63 min tona çatan tankerlər isə bir ton neftin nəqliyyat xərcini 14 dollardan 6 dollara endirməyə imkan verəcək.


BMT-NİN YENİ ANTİTERROR QANUNVERİCİLİYİ ABŞ-A NEFT İXRACIN POZA BİLƏR

BAKI.19.03.2004.MEDİA-PRESS: ABŞ yaxın günlərdə OPEK ölkələrindən neft idxalının pozulması faktı ilə üzləşə bilər. Qəribə də olsa, buna səbəb BMT-nin yeni antiterror qanunvericiliyi ola bilər. Məlum olub ki, OPEK üzvləri BMT-nin 2004-cü il iyulun 1-dən qüvvəyə minən yeni dəniz antiterror qanunvericiliyinə hpzır deyillər.
Röyter agentliyinin məlumatına görə, 2001-ci ilin faciəvi 11 sentyabr halisələrindən sonra beynəlxalq nəqliyyat daşımalarının təhlükəsizliyinə tələblər sərtləşib. ABŞ-ın təşəbbüsü ilə işlənmiş İSPS Code ( Gəmilərin və liman tikililərinin mühafizəsi üzrə beynəlxalq Məcəllə) 2002-ci ilin dekabrında Dənizçiliyin təhlükəsizliyi komitəsinin növbəti sessiyasında qəbul edilib.
Ekspertlərə görə, sənədin qüvvəyə minməsi dənizdə beynəlxalq yükdaşımaları yenidən bölüşdərülməsinə gətirə bilər ( əgər həmin bazarın iştirakçısı lazımi sənədləri vaxtında təqdim edə bilməsə).
İSPS Code beynəlxalq ticarətdə iştirak edən bütün gəmiçilik şirkətləri və limanları üçün məcburi sayılan mindən yuxarı yeni qaydanı nəzərdə tutur. Lakin OPEK-in bir sıra üzvləri ( Səudiyyə Ərəbistanı, Nigeriya, Küveyt və İndoneziya) bu qaydaların tətbiqinə əsla hazır deyil. Yaxın Şərq və Afrika ölkələrinin hökumətlərinin məşvərətçisinə istinad edən "Röyter" yazır:" Bizdə olan məlumata görə,məsləhət verdiyimiz ölkələrdən heç biri Məcəllənin tələblərinə uyğun tədbirlər görməyib. Baxmayaraq ki, bəziləri təhlükəsizlik xidmətləri zabitlərinə məşqlər keçir və müfaviq proqramları da qəbul ediblər.
Bu arada ABŞ-ın dəniz sərhədlərini Mühafizə xidmətinin nümayəndələri artıq bəyan ediblər ki, müvafiq sertifikatları olmayan neft və qaz tankerləri bu il yayın əvvəlindən amerika limanlarına girmək imkanlarından məhrum ola bilər. ABŞ-ı ehtiyatlandıran budur ki, "Əl-Qaidə" və sair terrorçu qruplaşmalar "çirkli bombaları" və ayrı kütləvi qırğın silahını məhz dəniz yolu ilə ölkə ərazisinə ötürə bilərlər.


AZƏRBAYCAN-DRES-İN 8 ENERJİ BLOKUNUN YENİDƏN QURULMASININ TİƏ-Sİ HAZIRLANIB

"Azərbaycan" DRES-in bütün 8 enerji blokunun yenidən qurulması layihəsinin TİƏ-si (texniki-iqtisadi əsaslandırması) hazırdır. "Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, layihənin texniki hissəsini tenderdə qalib gələn podratçı hazırlayacaq. Layihənin tətbiqi hə enerji blokunun məhsuldarlığını 280 mVt-dan 310-a çatdırmağa imkan verəcək və bu zaman 2 KVt elektrik enerjisi hasilatına sərf edilən yanacağın həcmi 390 qramdan 330-a düşəcək.
SC bu DRES-in modernləşdirilməsinə təqribən 80 milyon dollar cəlb etməyi və bunun 50 milyonunu indi danışıqlar apardığı AYİB-dən (Avrpa Yenidənqurma və İnkişaf Bankı) almağı planlaşdırır. Almaniya bankları da layihəyə maraq göstərir.
AYİB "Azəreneji " ilə artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Mingəçevir SES-in modernləşdirilməsi ($ 21 milyon) və Yenikənd SES-in tikintisinin başa çatdırılması ($53 milyon) məhz bu bankın kreditləri hesabına baş tutub.
"Azərbaycan" DRES-in layihə gücü -2,4 QVt-dır. Stansiyanın ilk bloku 1981-ci, 8-ci bloku isə-1989-cu ildə istismara verilib. Respublika hasil edilən elektrik enerjisinin yarısındın çoxu bu DRES-in payına düşür.

<<< <<<