rus || eng
TÜRKMƏNİSTAN VƏ UKRAYNA 25-İLLİK QAZ SAZİŞİNİN TƏRTİBİNİ MAY AYINADƏK BAŞA ÇATDIRACAQLAR
BAKI.22.03.2004.MEDİA-PRESS: Ukrayna və Türkmənistan prezidentləri telefonla danışıq gedişində razılığa gəliblər ki, 2007-ci ildən türkmən qazının Ukraynaya ixracına dair 25-illik saziş bağlamaq üçün mayın əvvəlində Aşqabadda görüşsünlər.
"Türkmən xəbərləri" agentliyinin məlumatına görə, Leonid Kuçma və Saparmurat Niyazov şərtləşiblər ki,"səfər gedişində türkmən təbii qazının ixracına dair uzunmüddətli dövlərtərarası sazişin müddəalarını tam razılaşdırsınlar". Prezidentlərin tapşırığı ilə indi ekspertlərin hazırladığı bu sənədi iki dövlətin bahçısı imzalayacaq.
Ukrayna və Türkmənistan arasında hazırda qüvvədə olan sənədin müddəti 2006-cı ildə aşa çatır. İndi Kiyev Türkmənistandan itldə 30-35 milyard kubmetr qaz alır və hər min kubmetrinə 44 dollar ödəyir. Ukrayna bu sövdələşmənin dəyərinin yarısını malla ödəyir, qalan yarısının əvəzində iəs Türkmnistanda müvafiq işlər görür.
"Türkmən xəbərləri"nin məlumatına görə, yeni müqavilə Kuçmanın mayın əvvəlində Aşqabada rəsmi səfəri zamanı imzalanacaq. Sövdələşmə indiyədək 3 dəfə təxirə salınıb. Sonuncu təxirəsalma tranzitin şərtləri barədə Rusiya və Qazaxıctanla məsləhətləşmələrlə bağlı olub.
MDB məkanında Rusiyadan sonra ikinci böyük qaz itxracçısı Türkmənistan bu yanacağını illik gücü 50 milyard kubmetrə çatan "Orta Asiya-Mərkəz" boru xətti ilə ixrac edir.
İndi Aşqabad bu xəttin yenidən qurulması və Xəzər sahili ilə çəkmək istədiyi (Kiyevi və Moskvanı da marşrutun səmərəliyinə inandıormağa çalışır) yeni marşrut hesabına ixrac həcmini artracağına ümid bəsləyir. Tyrmənistanın 2003-cü ilin aprelində rusiya "Qazprom"u ilə bağladığı 25-illik müqavilə də 2007-ci ildən Rusiyaya qaz ixracının xeyli artırılmasını nəzərdə tutur.
OPEK ƏLCƏZAİR KONFRANSININ QƏRARINI DƏYİŞMƏYƏCƏK
BAKI.22.03.2004.MEDİA-PRESS: OPEK əlcəzair konfransının qərarını dəyişməyəcək və aprelin 1-dən xam neftin gündəlik istixrac və ixrac kvotalarını üst-üstə 1 milyon barrel azaldacaq. OPEK prezidenti və baş katibi Purnomo Yusgiantoro " neftin indiki çox yüksək qiymətlərinin köklü səbəblərlə bağlı olmadığını, beynəlxalq bazarlara xam neft çıxarılmasındakı qüsurlarla " izahlayıb. "Bazarlardakı belə vəziyyəti bakşlıca səbəbi İraq və Venesuelada neftlə bağlı vəziyyətdəki qeyri-sabitlikdir"
Purnomo OPEK eksprtlərinə istinadən deyib ki, kartelin 10 üzvü cari ilin 2-ci rübündə gündə 24,76 milyon barreldən artıq neft ixrac etməyəcək.
11-ci ölkə, yəni İraq da daxil, OPEK üzvlərinin fevralda gündəlik ixracı 28,14 milyon barrel olub ki, bu da OPEK-in 129-cü əlcəzair konfransının ayırdığı kvotalarda təqribən 2 milyon barrel çoxdur.
Rusiya da daxil, müşahidəçi ölkələrin iştirakı ilə martın 31-də Vyanada keçiriləcək OPEK-in növbəti konfransında neft kvotalarının yeni siyasəti işlənəcək.
OPEK-ə Səudiyyə Ərəbistanı, İran,Venesuela, BƏƏ,Nigeria, İraq, Əlcəzair, Kuveyt , İndonziya, Liviya və Qətər daxildir.
İRANIN TANKER DONANMASININ ÜMÜMİ TUTUMU 600 MİN TON ARTIB
BAKI.22.03.2004.MEDİA-PRESS: İranın milli tanker şirkəti tutumu 300 min ton olan "İran-Demavend" tankeri alıb. İran Mania agentliyinə görə, tanker Total (Fransa) şirkətinin sifarişi ilə xam neftdən ibarət yükünü Rotterdam limanına çatdırıb. Milli tanker şirkətinin Planlaşdırma departamentinin direktoru Təvəkkol deyib ki, Çinin Dalyan şəhəri tərsanəsində suya buraxılan tanker müasir avadanlığa malikdir,beynəlxalq təhlükəsiz dənizçilik standartlarına cavab verir və neft terminallarına giriş məhdudiyyətləri ona şamil edilmir. Birqat gövdəyə malik tankenrlər keçən ilin sentyabrından neft idxal edən avropa və amerika ölkələrinin limanlarına daxil ola bilmirdi. İran tankerləri indi ikiqat gövdəyə malik olduğu üçün, beynəlxalq limanlara sərbəst daxil ola bilir.
İran Milli tanker donanması keçən ilin avqustunda da 300 min ton su tutumu olan , Cünubi Koreyada tikilən daha bir tanker-"İran-Herselin" tankerini alıb. Beləliklə, İran tankerlərinin ümumi tonnajı bir ildə 600 min ton artıb.
AZƏRBAYCAN PREZİDENTİ MARTIN 24-DƏ ÖZBƏKİSTANA RƏSMİ SƏFƏR EDƏCƏK
BAKI.22.03.2004. MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev martın 24-də Özbəkistanda ikitərəfli əməkdaşlığın bu günü və sabahını müzakirə edəcək. Özbəkistan XİN-i mətbuat xidmətində deyiblər ki, səfər gedişində vacib beynəlxalq problemlər, Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi vəziyyət, beynəlxalq təşkilatlarda iki və çoxtərəfli əməkdaşlıq müzakirə olunacaq.
Proqrama görə, prezidentlərin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək, sonda iki dövlət arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında bəyannamə, konsul konvensiyası, elmi-texniki əməkdaşlığa dair hökumətlərarası saziş və daha bir sıra sənədlər imzalanacaq.
Artıq Media-Pressin verdiyi xəbərə görə, prezident İlham Əliyevin səfəri zamanı rəsmi danışıqlardan əlavə Daşkənddə azərbaycan səfirliyinin,habelə azərbaycan-özbəkistan dostluğu mədəniyyət mərkəzi binalarının və mədəniyyət mərkəzi binası önündə isə mərhum prezidentimiz Heydər Əliyevin abidəsinin açılış mərasimləri olacaq, paytaxt küçələrindən birinə Heydər Əliyevin adı veriləcək.
Elə həmin günlərdə Daşkənddə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan universitet binası önündə onun heykəlinin də açılışı olacaq.
TÜRKİYƏ GƏMİSİNƏ HEYDƏR ƏLİYEVİN ADI VERİLİB
BAKI.22.03.2004. MEDİA-PRESS: Volqoqrad gəmiqayırma zavodunda "Palmali" türkiyə şirkətinin sifarişi ilə tikilmiş çayda və dənizdə üzmək üçün nəzərdə tutulan qüru yük gəmisi suya buraxılıb. Aralıq, Qara və Xəzər dənizlərində işləyəcək gəmiyə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adı verilib. Zavodun direktoru Aleksey Litra deyib ki, su tutumu 6,9 min ton və uzunluğu 140 metr olan gəmini Odessa konstruktorları layihələşdirib. Gəmi qum-çınqıl , taxıl, odun, mineral gübrələr, beynəlxalq standarta uyğun konteynerlər, həmçinin çox təhlükə doğuran yüklər daşıya bilər. İkiqat gövdəyə malik gəmi keçən il qüvvəyə minmiş Beynəlxəlq Dəniz Konvnsiyasının tələblərinə uyğundur. Yüksək manevrliyə malik gəmi az qala yerindəcə 360 dərəcə dönə bilir.
Bu, 2007-ci ildək türkiyə şirkətinin sifariş etdiyi 6 quru yük gəmisindən və 5 özü hərəkət edən neft daşıyan barjadan birincisidir. "0030cü ilin martında bağlanmış bu müqavilənin dəyəri $40 milyondan yuxarıdır. İndi Volqoqrad zavodunun tərsanələrində tikintisi başa çatmaqda olan daha iki quru yük gəmisi mayda sifarişçiyə təhvil veriləcək.
2004-CÜ İLİN 2 AYINDA ÜDM AZƏRBAYCANDA 5 TRİLYON MANATI KEÇİB
BAKI.22.03.2004.MEDİA-PRESS: Azərbaycanda 2 ayda ÜDM-in (ümumi daxili məhsulun) həcmi 5,296 trilyon manat olub ki, bu da ötən ilin eyni dövründən 10,2% çoxdur.
Bunun 55,6 faizi- istehsalın, 37,8 faizi xidmət sahəsinin payına düşüb. Bir ildə adambaşına -4,3 mln. manat düşüb. Bu il ÜDM-in həcmi 37,3 trilyona çatmalıdır.
Azərbaycan rayonlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət planına uyğün olaraq, dövrün sonunda ÜDM-in həcmi 76,3 trilyon manata çatacaq və 2003-cü ildəkindən 2,3 dəfə artıq olacaq. Adambaşına ÜDM istehsalı $1,578 minə çatacaq, özəl sektorun payı 85 faizə çatacaq.
AZƏRBAYCANDA ORTA ƏMƏKHAQQI 438,1 MİN MANATA ÇATIB
BAKI.22.03.2004. MEDİA-PRESS: Bu ilin 2 ayında respublikada orta əməkhaqqı 438,1 min manata çataraq, keçən ilə nisbətən 20,3% artıb. Azərbaycanda olan 3,8 milyon nəfər əmək qabiliyyətli adamın 54,7 mini rəsmi işsiz statusuna malikdir.
2003-cü ildə Azərbaycanda orta əməkhaqqı 383,1 min manat, 2002-də isə-315,2 min manat olub. Ən yüksək əməkhaqqı yenə də istixrac sənayesində, tikintidə, kommersiya və maliyyə sahələrindədir. Ən az əməkhaqqı isə balıqçılıqda, kənd təsərrüfatında, səhiyyə və sosial sahədədir.
Azərbbaycan prezidentinin 2003-cü il 4 avqust fərmanı ilə ölkədə minimum əməkhaqqı sentyabrın 1-dən 27,5 min manatdan 45 min manata, 2004-cü ilin yanvarından isə 60 min manata qaldırılıb.
"TƏQADLƏR VƏ AZƏRBAYCAN ƏHALİSİNİN SOSİAL MÜDAFİƏSİ" LAYİHƏSİNİN TƏRTİBİ BAŞA ÇATMAQ ÜZRƏDİR
BAKI.22.03.2004.MEDİA-PRESS: "Təqaüdlər və azərbaycan əhalisinin sosial müdafiəsi" layihəsinin hazırlanmasını başa çatdırmaq və onun reallaşmasına ayrılacaq kreditin məbləğini müəyyənləşdirmək üçün Ümumdünya Bankının (ÜB) nümayəndə heyəti martın 25-də Bakıya gəlir. ÜB-nın Bakı nümayəndəliyində Mdia-Pressə bildiriblər ki, layihə iyunun axırınadək təsdiqlənəcək və onun kerçəkləşməsi üçün $10 milyon ayrılacaq. Lakin azərbaycan tərəfi ilə danışıqlar prosesində bu məbləğ dəyişə bilər.
Dövlət sosial müdafiə fondu ÜB kreditinin bir hissəsini təqaüd islahatına sərf edəcək, qalanı isə Əmək və əhalinin sosial müdafiəsi nzirliinin hesabına köçürüləcək.
Layihə işləyən kəsin şəxsi uçot vərəqinin tətbiqini və kompüter məlumat bankının ( hər kəsin əmək fəaliyyəti, iş sabiqəsi, Sosial müdafiə fonduna aylıq ödəmələri bu banka daxil ediləcək) yaradılmasını nəzərdə tutur. Məlumat bankı təqaüdə çıxanın qayğılarını xeyli azaldacaq. Onun çoxlu sayda arayışlar almağa əlavə vaxt sərf etmədən Təqaüd fonduna üz tutması kifayətdir. Təqaüdün həcmi hər kəsin işlədiyi dövrdə Sosial müdafiə fonduna köçürəcəyi məbləğdən asılı olacaq. Layihənin bu bəndini Dövlət sosial müdafiə fondu icra edəcək. Əmək nazirliyi isə sosial ödəmələrin ünvanlığının yaxşılaşdırılması vəzifəsini yerinə yetrəcək.
İyunun 30-da başa çatan cari maliyyə ilində ÜB Azərbaycana $50-70 milyon civarındı kredit ayırmağı planlaşdırır. Bu layihə il yanaşı ÜB "Kənd icmalarına investisiyalar" və "Bazar münasibətlərinin inkişafı" layihələrinə də kredit ayıracaq.
VOLKSWAGEN AZƏRBAYCANDA AVTOMOBİL İSTEHSALINA HAZIRLAŞIR
BAKI.22.03.2004.MEDİA-PRESS: Almaniyanın avtomobil konserni VOLKSWAGEN Gəncə avtomobil zavodunun yenidən qurulmasına ilkin razılığını verib. Müəssisənin direktoru Musa Abdullayev konsernin nümayəndələri ilə başa çatmış danışıqların sonunda "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatına onu da əlavə edib ki, hələlik almanlar məhz hənsı modeli buraxacaqlarını, istehsalın yığma , yoxsa təkmil olacağını da müəyyənləşdirməyiblər.
M.Abdullayev deyib ki, indi konsernin nümayəndələri qəti qərara gəlmək üçün satış bazarını və zavodun imkanlarını öyrənirlər.
Gəncədə avtomobil zavodu tikintisi keçən əsrin 80-ci illərində başlasa da, maliyyə çatışmazlığı, eləcə də SSRİ-nin dağılması səbəblərindən yarımçıq qalıb.
GUÖAM-IN MİLLİ ƏLAQƏLƏNDİRİCİLƏRİ NƏQLİYYAT DƏHLİZLƏRİNİN TƏHLÜKƏSİZLİYİNİ BAKIDA MÜZAKİRƏ EDİRLƏR
BAKI.22.03.2004. MEDİA-PRESS: GUÖAM (Gürcüstan, Ukrayna,Özbəkistan, Azərbaycan və Moldova) ölkələri milli əlaqələndiricilərinin martın 22-də Bakıda açılmış iclasının başlıca mövzusu - təhlükəsizlik sahəsində əməkdaşlıqdır. 2 gün ərzində bu regional birliyin ekspertləri avrasiya nəqliyyat dəhlizi TRACECA da daxil olmaqla regional yükdaşımaların təhlükəsizliyi və səmərəliyinin təmini məsələlərini, bu məsələdə ABŞ-la və bir sıra ayrı ölklərlə əməkdaşlığı müzakirə edəcəklər.
Görüş iştirakçıları regional layihələrin reallaşlırılmasının gedişini və GUÖAM qurumlarının inkişafını da müzakirə edəcəklər.
APRELDƏ BAKIDA 3-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM SƏRGİSİ "AİTF-2004" AÇILACAQ
BAKI.22.03.2004.EDİA-PRESS: Aprelin ilk dekadasında Bakıda 3-cü azərbaycan beynlxalq turizm sərgisi "AİTF-2004" təşkil ediləcək. Tədbirin təşkilatçıları Böyük Britaniyanın beynəlxalq sərgi şirkəti İTE Group PLC və onun azərbaycan tərəfdaşı İTECA Gaspian Ltd.-dir.
Təşkilatçıların fikrincə, respublikamız turizmin sürətli inkişafı üçün hər cür şşəraitə malikdir. Azərbaycanda olan 6 mindən çox tarixi-memarlıq abidəsinin əksər hissəsi Böyük İpək Yolunun üstndədir.
Əlveişli iqlim şəraiti də turizmin inkişafına kömək edir. Azərbaycanda İlin 284 gününün günəşli olduğu Azərbaycanda 11 iqlim zonasından 9-u mövcuddur. Azərbaycanda 12 təbii və tarixi qoruq, 17 yasaq və ovçsuluq təsərrüfatı, 250-dən çox göl, 1200-dən artıq böyük və kiçik çay var.
Beynlxalq rabtə də inkişaf edib-"Azərbaycan hava yolları" dövlət konserninin təyyarələri Almaniya, Hindistan, Fransa, Misir,Böyük Britaniya, Türkiyə, Çin və ayrı ölkələrə uçur.
Türkiyə,İran, Gürcüstan, Rusiya, Ukrayna və Mərkəzi Asiya ölkələri də daxil,turist biznesinin 9 min nümayəndəsinin sərgiyə gələcəyi gözlənilir. 15 ölkənin 70-ə yaxın şirkəti öz mallarını nümayiş etdirəcək.
Keçən il Bakıda keçirilmiş sayca 2-ci belə sərgidə iştirak etmiş Azərbaycan,Rusiya,Qazaxıstan, Türkiyə, Avstriya, İtaliya və Fransanın turist şirkətləri turizm biznesinin fəal və macəralı istirahət, kruizlər, təhsil turizmi, işgüzar turizmin təşkili, müalicə və sağlamlıq turizmi kimi sahələrində qazandıqları uğurlarını numayiş etdiriblər. "AİTF-2004" Ümümdünya Turizm Təşkilatının, Azərbaycan Gənclər, idman və turizm nazirliyinin, respublika turizm sənayesinin inkişafı ittifaqının və Ticarət-Sənaye palatasının dəstəyi ilə təşkil edilib.
KAŞAQAN LAYİHƏSİNİN TƏXİRƏ SALINMASI BEYNƏLXALQ KONSORSİUMA $150 MİLYONA BAŞA GƏLİB
BAKI.22.03.2004. MEDİA-PRESS: İtalyan ENİ-sinin başçılıq etdiyi beynəlxalq konsorsium Kaşaqan yatağının mənimsənilməsini təxirə saldığına görə, Qazaxıstana $150 milyon cərimə ödəyəcək. Maliyyə naziri Erbolat Dosayev ödənişin vaxtını deməsə də, məbləğin $100 və $50 milyon həcmində iki dəfəyə ödəniləcəyini , vəsaitin "Gələcək nəsillər Fondu"na köçürüləcəyini və martın 15-dək bu Fondda $3,692 milyard olduğunu vurğulayıb.
Royal Dutch/Shell, Total, ExxonMobil, ConocoPhillips və Inpex konsorsiumun üzvləri kimi yatağa artıq $2 milyard sərmayə yatırıblar.Astanadan REUTERS-in məlumatına görə, analitiklərin fikrincə, yatağın mənimsənilməsinin 1-ci mərhələsi - $10 milyarda, tam mənimsənilmə isə- $29 milyarda başa gələ bilər.
<<< <<<